Məhkəmə qərarları › İş №2(107)-59/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-59/2023

24.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-59/2023 24.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 3 avqust 2022-ci il tarixli 2(014)-32/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Ağdaş rayon Məşəd bələdiyyəsinin xx.xx.2001-ci il tarixli qərarı ilə İddiaçı fərdi sahibkarlıq məqsədi üçün Ağdaş Xaldan asvalt yolunun sol tərəfindən yanacaq doldurma məntəqəsinin sağ tərəfindən boş torpaq sahəsindən 15x30 metr 450 kv.m torpaq sahəsinin verilməsi məqsədəuyğun hesab edilmişdir. Həmçinin, Ağdaş rayon Məşəd birgəkəndli təsərrüfatının 25 noyabr 1997-ci il tarixli ümumi iclas protokolunun qərarı ilə İddiaçı Bakı-Tbilisi şose yolunun sol hissəsindən təsərrüfata məxsus olan dörd yol adlanan torpaq sahəsində yerləşən benzin doldurma məntəqəsinin şərq hissəsindəki boş və istifadəsiz, əkinə yaramayan torpaq sahəsindən mağaza tikintisi üçün 0.02 ha torpaq sahəsi ayrılıb verilməsi qərara alınmışdır. Həmin torpaq sahələrinin Cavabdeh tərəfindən hasarlanaraq zəbt edildiyi iddia edilir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Məşəd bələdiyyəsinin xx.xx.2001-ci il tarixli qərarı ilə ona fərdi sahibkarlıq məqsədi üçün Ağdaş Xaldan asvalt yolunun sol tərəfindən yanacaq doldurma məntəqəsinin sağ tərəfindən boş torpaq sahəsindən 15x30 metr 450 kv.m torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi cavabdeh tərəfindən hasarlanaraq, zəbt edilmişdir. Tərəfindən dəfələrlə bildirilməsinə baxmayaraq, torpaq sahəsindən çıxmır və onun hüquqlarını pozur. Ağdaş rayon Dövlət arxivindən verilmiş arayışdan görünür ki, Ağdaş rayon Məşəd bələdiyyəsinin xx.xx.2001-ci il tarixli qərarı hazırda qüvvədədir və həmin qərar arxivə verilmişdir. Həmin torpaq sahəsinin koordinatları ayrılmış torpaq sahəsinin yerquruluşu planında əks olunmuşdur. Göstərilənlərə əsasən Cavabdeh zəbt etdiyi torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinə çəkilmiş hasarın sökülməsi və torpaq sahəsinin ona naturada təhvil verilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur.

4. İddiaçı iddia tələbinin artırılması barədə məhkəməyə ərizə ünvanlayaraq, Cavabdeh Azərbavcan Respublikası ƏMDK yanında DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş **********03 reyestr nömrəli Torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi, Cavabdeh Ağdaş rayon ərazisində aparılan elektron uçot xəritəsinə əsasən zəbt etdiyi 450 kv.m və 0,02 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinə çəkilmiş hasarın sökülməsi və torpaq sahəsinin naturada İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur.

5. İddiaçı vəkili və nümayəndəsi X3 məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir

6. Məhkəmə iclasında Cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etdi.

7. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdeh tərəfindən onun istifadəsində olan Ağdaş şəhər ərazisindən 450 kv.m və 0,02 hektar torpaq sahəsinin zəbt edilməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmış, **********03 reyestr nömrəli çıxarışla (Torpaq sahəsinin planı və ölçüsü AA №548850) Cavabdeh mülkiyyətinə verilmiş 0,4921 ha kənd təyinatlı torpaq sahəsi Ağdaş Rayon Məhkəməsinin təqdim etdiyi 2 ədəd sxemdə qeyd edilmiş koordinatlarla müəyyən olunan 0,04 ha torpaq sahəsinin 180,7 kv.m hissəsi ilə üst-üstə düşməsi müəyyən etmişdir.

8. Lakin məhkəmə iclasında müəyyən olundu ki, iddiaçının istinad etdiyi sxem heç bir rəsmi qurum tərəfindən imzalanmamış və təsdiq olunmamışdır. Ekspert rəyində də ekspert torpaq sahələrinin üst-üstə düşməsinə dair qənaətə gələrkən məhz işin materiallarında olan həmin 2 ədəd sxemdə qeyd edilmiş koordinatlarla müəyyən olunan 0,04 ha torpaq sahəsinin 180.7 kv.m hissəsi ilə üst-üstə düşməsini göstərmişdir.

9. Göründüyü kimi qeyd olunan üst-üstə düşən torpaq sahələrinə dair cavabdehin mülkiyyət hüququna dair çıxarışı mövcud olduğu halda iddiaçının heç bir orqan tərəfindən təsdiq olunmamış sxemi vardır.

10. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilməməlidir.

11. Ağdaş Rayon Məhkəməsinin 3 avqust 2022-ci il tarixli 2(014)-32/2022 saylı qətnaməsi ilə (hakim Cavid Sultanov) İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiasının təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi, İddiaçı 50 manat ekspertiza xərcinin tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; VÖEN **********; Hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir.

12. Qətnamə qəbul edilərkən aşağıda göstərilən sənədlərə istinad edilmişdir:

13. İşin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 sayli Yevlax ərazi idarəsi tərəfindən verilmiş oktyabr 2020-ci il tarixli № **********89 olan məktubdan görünür ki, daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası 13 yanvar 2015-ci il tarixli fərmanında qeyd olunan tələblərə əsasən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər Ərazi idarəsinə təqdim olunduqdan sonra qanunamüvafıq qaydada baxılacaqdır.

14. İşin materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Ağdaş rayon Dövlət Arxivi tərəfindən verilmiş 20 iyun 2017-cı il tarixli, № 254 saylı arxiv arayışından görünür ki, Ağdaş şəhəri, Nizami küçəsi 51 N-li evde yaşayan İddiaçı fərdi sahibkarliq məqsədi üçün Ağdaş-Xaldan asvalt yolunun sol tərəfindən yanacaq doldurma məntəqəsinin sağ tərəfindən boş torpaq sahəsindən 15x30 metr (450m2) torpaq sahəsi verilməsi məqsədə uyğun hesab edilmişdir. Ağdaş rayon İcra Hakimiyyəti Ağdaş rayon Dövlət Arxivi tərəfindən verilmiş 20 iyun 2017-cı il tarixli, № 255 saylı arxiv arayışından görünür ki, Ağdaş rayon Məşəd birgə kəndli təsərrüfatının 25 noyabr 1997 ci il tarixli 08 saylı ümumi iclas protokolunun qərarı ilə Ağdaş şəhəri Nizami küçəsi 51N-İİ evde yaşayan İddiaçı azad sahibkarlıqla məşqul olması ilə əlaqədar olaraq onun özünə məxsus şəxsi mağaza tikintisi üçün Baki-Tbilisi şosse yolunun sol hissəsindən təsərrüfata məxsus olan dörd yol adlanan torpaq sahəsində yerləşən benzin doldurma məntəqəsinin şərq hissəsindəki, boş və istifadəsiz əkinə yaramayan torpaq sahəsindən həmən məqsədə yəni mağaza tikintisi üçün 0.02 ha torpaq sahəsi ayrılmışdır.

15. İşin materiallarında olan Ağdaş rayon Məşəd Bələdiyyəsinin xx.xx.2001-ci il tarixli, ümümi iclas protokolundan görünür ki, Ağdaş şəhəri, Nizami küçəsi 51N-li evde yaşayan İddiaçı fərdi sahibkarliq məqsədi üçün Ağdaş-Xaldan asvalt yolunun sol tərəfindən yanacaq doldurma məntəqəsinin sağ tərəfindən boş torpaq sahəsindən 15x30 metr (450m2) torpaq sahəsi verilməsi məqsədə uyğun hesab edilmişdir.

16. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 69 saylı arayışdan görünür ki, X4 adına ayrılmış 400 (dörd yüz) kv metr torpaq sahəsi Bakı - Şamaxı - Yevlax avtomobil yolunun 244 km sahəsi yolun mühavizə zolağına düşmür və həmin yerə daşınılmaz əmlakın dövlət reyestirindən çıxarış və texniki pasport verilməsinə etiraz edilmir.

17. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 sayli Yevlax ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AA seriyalı, № 548850 saylı tprpaq sahəsinin planı və ölçüsünün təsdiqlənmiş sürətindən görünür ki, Cavabdeh xüsusi mülkiyyətinə Ağdaş şəhəri ərazisindən 0,4921 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir

18. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, reyestr nomrəsi **********03 saylı çıxarışın surətindən gürünür ki, Cavabdeh xüsusi mülkiyyətinə Ağdaş şəhəri ərazisindən 0,4921 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.

19. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 iyun 2022-ci il tarixli, 10/2865 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMCnin Mingəçevir Layihə-Tədqiqat İdarəsinin mühəndisi Pərviz Məmmədovun mütəxəssis rəyində qeyd edilir ki, Ağdaş Rayon Məhkəməsi tərəfindən təqdim olunan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmış, **********03 reyestr nömrəli çıxarışla (Torpaq sahəsinin planı və ölçüsü AA №548850) Cavabdeh mülkiyyətinə verilmiş 0.4921 ha kənd təyinatlı torpaq sahəsi Ağdaş Rayon Məhkəməsinin təqdim etdiyi 2 ədəd sxemdə qeyd edilmiş koordinatlarla müəyyən olunan 0,04 ha torpaq sahəsinin 180.7 kv.m hissəsi ilə üst-üstə düşür. Ekspert tərəfindən qeyd edilir ki, Mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olmaması və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəsindən mütəxəssis rəyində yazılan məlumatlara, baza məlumatlarını muqayisə edərək tədqiqatın aparılması mümkün olmamışdır. Mütəxəsiss rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər.

20. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

21. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə qətnamədə istinad etdiyi iddiaçının cavabdeh tərəfindən onun istifadəsində olan Ağdas səhər ərazisindən 450 kv.m və 0,02 hektar torpaq sahəsinin zəbt edilməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməməsi qənaəti ilə bağlı qeyd edir ki, bu xüsusat Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ‘Dasınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi səxsi "xxxx" MMC-nin Mingəçevir Layihə-Tədqiqat İdarəsinin mühəndisi Pərviz Məmmədovun mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, dasınmaz əmlakın Dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmıs, **********03 reyestr nömrəli çıxarısla (Torpaq sahəsinin planı və ölçüsü A A No548850) Cavabdeh mülkiyyətinə verilmiş 0.4921 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı məxsus 2 ədəd sxemdə qeyd edilmiş koordinatlarla müəyyən olunan 0,04 ha torpaq sahəsinin 180.7 kv.m hissəsi ilə üst-üstə düsür. Onu da qeyd edir ki, İddiaçı ayrılmış torpaq sahəsi sahibkarlıq məqsədləri üçün, Cavabdeh məxsus qeydiyyata alınmış torpaq sahəsi isə kənd təsərrüfatı təyinatlı torpaq sahələri olmuşdur ki, belə olan halda həmin torpaq sahələrinin üstüstə düşməsi mümkünsüz olmuşdur. Lakin mütəxəssis rəyi ilə Cavabdeh ayrılmış kənd təsərrüfatlı torpaq sahəsinin İddiaçı sahibkarlıq məqsədləri üçün ayrılmış torpaq sahəsinin 180.7 kv.m ilə üst-üstə düşdüyü təsdiq edilmişdir. Qeyd edilən mütəxəssis rəyi torpaq sahələrinin yerində koordinatları müəyyən edilməklə müəyyən edilmiş və verilmişdir. Belə olan təqdirdə məhkəmənin gəldiyi qənaət əsassız olmuşdur.

22. Ona görə də, Ağdaş Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli 2(014)- 32/2022 saylı qətnaməsinin ləğv edilməsini, iddianın tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

25. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ağdaş Rayon Məhkəməsinin 3 avqust 2022-ci il tarixli 2(014)-32/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

28. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

29. Cavabdeh Ağdaş Rayon Məhkəməsinin 3 avqust 2022-ci il tarixli 2(014)-32/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

31. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir.

32. Bu səbəblə, məhkəmə kollegiyası tərəfindən tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş 10 aprel 2023-cü il tarixli 10/1555 nömrəli ekspert rəyində göstərilmişdir: “Qərardadın birinci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 17 saylı Yavlax Ərazi İdarəsinin 09 fevral 2023-cü il tarixli 3-21-3-35/2-543/2023 nömrəli mütəxəssis rəyinə əsasən, xx.xx.2020-ci il tarixli, **********03 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan 0,4921 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları aşağıdakı kimi müəyyən olunur: X= 708646.83, Y= 4500565.26, X= 708695.26, Y= 4500550.48, X= 708690.22, Y= 4500539.61, X= 708643.33, Y= 4500557.59. Qərardadın ikinci sualı üzrə: Mütəxəssis rəyinə əsasən, Ağdaş rayon Məşəd birgə kəndli təsərrüfatının 25 noyabr 1997 ci il tarixli 08 saylı ümumi iclas protokolunun qərarı ilə Ağdaş şəhəri Nizami küçəsi 51N-İİ evdə yaşayan İddiaçı azad sahibkarlıqla məşğul olması ilə əlaqədar olaraq onun özünə məxsus şəxsi mağaza tikintisi üçün Baki-Tbilisi şosse yolunun sol hissəsindən təsərrüfata məxsus olan dörd yol adlanan torpaq sahəsində yerləşən benzin doldurma məntəqəsinin şərq hissəsindəki, boş və istifadəsiz əkinə yaramayan torpaq sahəsindən mağaza tikintisi üçün ayrılmış 0,02 ha torpaq sahəsinə aid sxem (ilkin torpaqayırma sənədləri), torpaq sahəsinin koordinatları və dəqiq ölçüləri təqdim edilmədiyindən və elektron məlumat bazasında mövcud olmadığından, həmçinin torpaq sahəsinin sənəd üzrə koordinatları məlum olmadığı üçün, həmin torpaq sahəsini naturada müəyyən etmək mümkün olmadı. Qərardadın ücüncü sualı üzrə: Mütəxəssis rəyinə əsasən, Ağdaş rayon Məşəd Bələdiyyəsinin 31 mart 2001-ci il tarixli 19 nömrəli ümumi iclas protokolunun qərarı ilə Ağdaş şəhəri, Nizami küçəsi 51N-1İ evdə yaşayan İddiaçı fərdi sahibkarliq məqsədi üçün Ağdaş-Xaldan asfalt yolunun sol tərəfindən yanacaq doldurma məntəqəsinin sağ tərəfindən boş torpaq sahəsindən verilmiş 15x30 metr (450m2) torpaq sahəsinə aid sxem (ilkin torpaqayırma sənədləri), torpaq sahəsinin koordinatları və dəqiq ölçüləri təqdim edilmədiyindən və elektron məlumat bazasında mövcud olmadığından, həmçinin torpaq sahəsinin sənəd üzrə koordinatları məlum olmadığı üçün, həmin torpaq sahəsini naturada müəyyən etmək mümkün olmadı. Qərardadın dördüncü sualı üzrə: Mütəxəssis rəyinə əsasən, İddiaçı verilmiş yuxarıda göstərilən torpaq sahələrinə aid sxemlər (ilkin torpaqayırma sənədləri), torpaq sahəsinin koordinatları və dəqiq ölçüləri təqdim edilmədiyindən və elektron məlumat bazasında mövcud olmadığından, torpaq sahələrinin təyinatını, kateqoriyasını və uqodiyasını müəyyən etmək olmadı. Məlumat üçün bildiririk ki, mülki iş materiallarına əlavə edilmiş sxemdə göstərilmiş koordinatlar daxilində yerləşən 0.04 ha torpaq sahəsi elektron məlumat bazasında mövcud olan “X2 X5”nə əsasən 175 kv. m hissəsi yaşayış məntəqələrinin torpağı, 225 kv. m hissəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Qərardadın beşinci sualı üzrə: Mütəxəssis rəyinə əsasən, xx.xx.2020-ci il tarixli, **********03 reyestr nömrəli olan çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan 0,4921 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə İddiaçı naturada göstərdiyi və iddia etdiyi 0,0511 ha torpaq sahəsinin 0,0152 ha hissədə üst-üstə düşdüyü müəyyən olundu. Mülki iş materiallarına əlavə edilmiş sxemdə göstərilmiş koordinatlar daxilində yerləşən 0,04 ha torpaq sahəsinin, xx.xx.2020-ci il tarixli, **********03 reyestr nömrəli olan çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan 0,4921 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edildi. Qərardadın altıncı sualı üzrə: Mütəxəssis rəyinə əsasən, üst-üstə düşən hissənin mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planına əsasən 0,0152 ha olduğu müəyyən olundu.”

33. Beləliklə, Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş 10 aprel 2023-cü il tarixli 10/1555 nömrəli ekspert rəyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 17 saylı Yavlax Ərazi İdarəsinin 09 fevral 2023-cü il tarixli 3-21-3-35/2-543/2023 nömrəli mütəxəssis rəyi və həmin mütəxəssis rəyinə əlavə edilmiş 1:2000 miqyasda olan yerquruluşu planından göründüyü kimi, İddiaçı naturada göstərdiyi və iddia etdiyi 0,0511 ha torpaq sahəsinin mülkiyyət sənədləri mövcud olmamaqla, həmin torpaq sahəsinin yalnız 0.04 ha hissəsi elektron məlumat bazasında mövcuddur. Həmin 0.04 ha hissə isə Cavabdeh mülkiyyətində olan 0,4921 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşmür. İddiaçı naturada göstərdiyi və iddia etdiyi 0,0511 ha torpaq sahəsinin 0.0152 ha hissəsi Cavabdeh mülkiyyətində olan 0,4921 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşsə də, həmin üst-üstə düşən torpaq sahəsi ilə bağlı İddiaçı məxsus mülkiyyət sənədləri olmamaqla, elektron məlumat bazasında mövcud deyil.

34. Göründüyü kimi, hazırki işdə iddia tələbinin qanuni əsası müəyyən edilmir. Bu qətnamənin 31-ci bəndində göstərildiyi kimi, iddia tələbinin qanuni əsasının müəyyən edilmədiyi aşkar olunduqda, məhkəmə araşdırması başa çatır.

35. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə iddianı rədd etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası, həmçinin, qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən mülkiyyət hüququ haqqında maddi hüquq normalarının bir çoxunu qətnamədə qeyd etməsə də, qətnamənin məzmunundan həmin maddələrə istinad edərək qərar qəbul etdiyi görünür. Bu səbəbdən də, məhkəmə kollegiyası qətnamənin maddi hüquq normalarının göstərilməməsi əsası ilə ləğv olunmasına zərurət görməmişdir.

36. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağdaş Rayon Məhkəməsinin 3 avqust 2022-ci il tarixli 2(014)-32/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat İddiaçı tutularaq dövlət büdcəsi hesabına keçirilsin. (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22).

37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 3 avqust 2022-ci il tarixli 2(014)-32/2022 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat İddiaçı tutularaq dövlət büdcəsi hesabına keçirilsin. (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar