Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-590/2025 04.06.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Ərizəçi Zaqatala rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Komissiyasının maraqlı şəxslər Maraqlı şəxs1 Şahruhbəy oğluna və Maraqlı şəxs2 qarşı “şəxsin fəaliyyət qabiliyyətli hesab edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X5 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, Ərizəçi Zaqatala Rayon İcra Hakimiyyəti yanında qəyyumluq və himayəçilik orqanının nümayəndəsi X2, Maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 iştirakları ilə, Ərizəçi Zaqatala rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi” tələbinə dair ərizəsi ilə bağlı mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 14 mart 2025-ci il tarixli, e-2(033)- 327/2025 nömrəli qətnaməsindən Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları
1. Ərizəçi Zaqatala Rayon İcra Hakimiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **********7 saylı cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 263.1.3 və 264-cü maddələri ilə təqsirləndirilən şəxs xx.xx.1985-ci il təvəllüdlü, ünvan 1 ünvanda yaşayan Maraqlı şəxs1 fəaliyyət qabiliyyətli hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Zaqatala RPŞ-nin xx.xx.2024-cü il tarixli 027/24 nömrəli məktubuna əsasən Zaqatala RPŞ İB-də Maraqlı şəxs1 Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin istintaqı aparılır. Maraqlı şəxs1 anası X1 ərizəsi əsasında Zaqatala Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(033)-372/2017 nömrəli qətnaməsi fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilmiş buna görədə sonuncu RİHB-nin 2017-ci il 186 nömrəli Sərəncamı ilə oğlu üzərində qəyyum təyin edilmişdir. Maraqlı şəxs1 hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. O, müvafiq məhkəmə qərarına əsasən fəaliyyət qabiliyyəti olmayan şəxs olsa da yuxarıda qeyd olunan rəyə əsasən onun hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olması onun üzərində müəyyən edilmiş qəyyumluq ləğv edilir.
Birinci instansiya məhkəməsində icraat:
3. Məhkəmə iclasında ərizəçi Zaqatala Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
4. Məhkəmə iclasında maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 iştirak etməmiş, işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Zaqatala Rayon Məhkəməsinin 14 mart 2025-ci il tarixli, 2(033)-327/2025 nömrəli qətnaməsi ilə (hakim Zərifə Məmmədova) iddianın təmin edilməsi, xx.xx.1985-ci il tarixdə Zaqatala şəhərində doğulmuş və orada yaşayan Maraqlı şəxs1 fəaliyyət qabiliyyəti olan şəxs hesab edilməsi və 100 (bir yüz) manat dövlət rüsumunun maraqlı şəxslər Maraqlı şəxs1 Şahruhbəy oğlu və Maraqlı şəxs2 tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
6. Məhkəmə müəyyən etmişdir ki, xx.xx.1985-ci il tarixdə anadan olmuş Maraqlı şəxs1 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək, öz hərəkətlərinə rəhbərlik edə bilmək və onları şüurlu idarə etmək iqtidarındadır. Maraqlı şəxs1 anası olan Maraqlı şəxs2 himayədarlıq edir. Maraqlı şəxs1 psixi vəziyyəti ilə əlaqədar öz hərəkətlərinin mənasını başa düşür, öz hərəkətlərinə rəhbərlik edə bilir. Maraqlı şəxs1 fəaliyyət qabiliyyəti olan hesab olunması ilə bağlı ekspert komissiyasının da müvafiq rəyi vardır.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
7. İşin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlmişdir ki, Maraqlı şəxs1 psixi vəziyyəti ilə əlaqədar öz hərəkətlərinin mənasını başa düşür, öz hərəkətlərinə rəhbərlik edə bilir. Maraqlı şəxs1 fəaliyyət qabiliyyəti olan hesab olunması ilə bağlı ekspert komissiyasının da müvafiq rəyi vardır. Bu əsaslarla ərizə təmin edilməli, xx.xx.1985-ci il tarixdə Zaqatala şəhəri, S.Kazımov küçəsi, ev 16-da doğulmuş və orada yaşayan Maraqlı şəxs1 fəaliyyət qabiliyyəti olan şəxs hesab edilməlidir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4, 305.1.3, 322.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a)Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən narazı qalan Maraqlı şəxs2 apellyasiya şikayəti vermişdir. 10.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, AR MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilməlidir.
11. Hesab edir ki, ekspert rəyi məhkəmə üçün məcburi olmamaqla yanaşı, digər sübutlarla birlikdə qarşılıqlı qiymətləndirilməli və yekun qərar qəbul edilməlidir. Lakin hazırki mülki iş üzrə məhkəmə mülki işə əlavə olunan 2017-ci il tarixli ekpert rəyinə ümumiyyətlə qiymət verməmiş, 2025-ci il tarixli ekspert rəyinə istinad edərək ərizəçinin ərizəsi təmin edilmişdir. Bununla da MPM-nin 103-cü maddəsinin tələbləri pozulmuşdur. 12 Zaqatala Rayon Məhkəməsi mülki işi hərtərəfli, tam və obyektiv araşdırmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir.
13. Belə ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında izahatında bildirmişdir ki, Maraqlı şəxs1 onun övladıdır. xx.xx.2004-cü ildə hərbi xidmətdə olmuş, Naxçıvan Muxtar Respublikasında xidmət keçmişdir. xx.xx.2004-cü ildə ona zəng gəlib ki, oğlu vəfat etmişdir. Bu xəbəri aldıqdan sonra dərhal Naxçıvana yola düşmüş və oğlunun ölüb adı ilə morqda saxlandığını görmüşdür. Oğlunun öldüyünə inanmamış və həkimlərlə uzun mübahisədən sonra onu reanimasiyaya şöbəsinə keçirtmişdir. Təxmini üç ay Naxçıvanda qaldıqdan sonra, Bakıda müalicəsini davam etdirmişdir. Sonradan məlum olmuşdur ki, oğlu minaya düşmüş və baş nahiyəsindən olduqca ciddi xəsarətlər almışdır. Onun hazırki vəziyyətə gəlməsinə isə kifayət qədər maddi xərc çəkmişdir. Qeyd edir ki, oğlunu evləndirmiş və hal-hazırda 2 uşağı vardır. Yoldaşı onu atıb getmiş, iki övladı və özü onun himayəsindədir. Oğlu heç nə anlamır, əşyaları sındırır, evi dağıdır. O, anlaqlı deyil və keçirilmiş ekspertizanın rəyi ilə razı deyildir. 2017-ci ildən oğlunun səhhətində heç bir irəliləmə yoxdur.
14. Mülki iş materiallarına Zaqatala Rayon Məhkəməsinin 17 avqust 2017-ci il tarixli qətnaməsini əlavə etmişdir. 15.Qətnamədə övladının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair diaqnozunda qeyd olunur ki, o, Azərbaycan Respublikasının müdafiəsi zamanı hərbi travma almışdır. Qapalı kəllə beyin travması, baş beynin silkələnməsindən öz fəaliyyət qabiliyyətini itirmişdir. Xəstəliyi ilə əlaqədar öz hərəkətlərinin mahiyyətini baş düşmür və öz hərəkətləri üzrəində rəhbərlik edə bilmir. 2017-ci il tarixdə Ekspertizada həmin diaqnoza uyğun olaraq fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair rəy verilmişdir. Lakin Məhkəmənin iraatında olan mülki iş üzrə təyin edilmiş ekspertiza rəylərində qeyd olunur ki, övladı fəlaiyyət qabiliyyətli hesab olunmalıdır. 2017-ci il tarixli məhkəmə qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan hesab olunmasına dair diaqnozla, hazırki mülki iş üzrə keçirilmiş ekspertiza rəylərində qeyd olunmuş diaqnoz eynilik təşkil etməkdədir. Necə ola bilər ki, eynilik təşkil edən diaqnoz ilə ekspertiza tərəfindən 2017-ci il tarixdə övladıma fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair rəy verilsin, 2025-ci ildə isə eyni diaqnoz ilə övladıma fəaliyyət qabiliyyətli olan şəxs hesab edilməsinə dair rəy verilsin. Onda belə anlaşılmalıdır ki, övladı artıq sağalmışdır.
16. Görünür ki, məhkəmə sübutları tam araşdırmamış, əsassız qətnamə qəbul etmişdir. 17.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 N-liqərarının 1-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
18. Qərarın 2.1-ci bəndində məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunması zəruriliyinə cəlb edilir. Qərarın 2.2-ci bəndinə görə, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə, qanuni hesab edilir.
19. Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
20. Qərarın 6.2-ci bəndinə görə, qətnamənin əsaslandırıcı hissəsinəxüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir.
21. Yuxarıda qeyd olunanlara əsasən və qanunvericiliyin müvafiq maddələrini rəhbər tutaraq, Zaqatala Rayon Məhkəməsinin 2(033)-327/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi, ərizəçi Zaqatala rayon İcra hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyasının ərizəsinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
22. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçinin nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmaması, Zaqatala Rayon Məhkəməsinin 14 mart 2025-ci il tarixli, 2(033)-327/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən Maraqlı şəxs2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(033)-327/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən Maraqlı şəxs1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(033)-327/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
26.Azərbaycan Respublikası Konstitusiyasının: 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsində göstərilir ki, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Həmin Məcəllənin 28.9-cu maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir.
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 322.2.-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda məhkəmə müvafiq icra hakimiyyəti orqanının, ailə üzvlərinin, psixiatriya (psixonevroloji) müəssisəsinin, qəyyumluq və himayəçilik orqanının ərizəsi üzrə, məhkəmə-psixiatriya ekpertizasının müvafiq rəyinə əsasən şəxsin fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında qətnamə çıxarır. 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
29. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Hazırkı halda maraqlı şəxs apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ərizənin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin maraqlı şəxsə münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
32. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 14 mart 2025-ci il tаrixli, 2(033)- 327/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
34. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, xx.xx.1985-ci il tarixdə anadan olmuş Maraqlı şəxs1 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək, öz hərəkətlərinə rəhbərlik edə bilmək və onları şüurlu idarə etmək iqtidarındadır. Maraqlı şəxs1 psixi vəziyyəti ilə əlaqədar öz hərəkətlərinin mənasını başa düşür, öz hərəkətlərinə rəhbərlik edə bilir. 35.Birinci instansiya məhkəməsi hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X3 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli rəyinə əsaslanmış və ərizənin təmin edilməsi qənaətinə gəlmişdir. Həmin rəyə əsasən Maraqlı şəxs1 öz hərəkətlərinin mənasını başa düşmək və onları şüurlu idarə etmək iqtidarındadır. Buna görə də Maraqlı şəxs1 hazırkı psixi vəziyyətinə görə fəaliyyət qabiliyyətli hesab edilməlidir.
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin işə baxan birinci instansiya məhkəməsinin övladının hələdə anlaqlı olmaması, keçirilmiş ekespertizanın rəyi ilə razı olmaması, 2017-ci ildən oğlunun səhhətində heç bir irəliləyişin olmaması, oğlunun psixi durumunun pisləşməsi, həmçinin məhkəmə mülki işə əlavə olunan 2017-ci il tarixli ekpert rəyinə ümumiyyətlə qiymət verməməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X3 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 3716 saylı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi əlavə Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli, 247 saylı ekspert rəylərindən görünür ki, Maraqlı şəxs1 öz hərəkətlərinin mənasını başa düşmək və onları şüurlu idarə etmək iqtidarındadır. Həmçinin Zaqatala Rayon X10 Bölməsinin qərarı əsasında keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 181 saylı ekspert rəyindən görünür ki, Maraqlı şəxs1 cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. 37.Göründüyü kimi, Maraqlı şəxs1 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olduğundan fəaliyyət qabiliyyətli hesab edilir.
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ekspert rəyi məhkəmə üçün məcburi olmamaqla yanaşı, digər sübutlarla birlikdə qarşılıqlı qiymətləndirilməli və yekun qərar qəbul edilməli olduğu halda birinci instansiya məhkəməsinin sadəcə 2025-ci il tarixli ekspert rəyinə istinad edərək ərizəçinin ərizəsini təmin etməklə MPM-nin 103-cü maddəsinin tələblərini pozmasına dair dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarından görünür ki, şəxsin psixi vəziyyətini müəyyən etmək üçün birinci instansiya məhkəməsi tərəfindən iş üzrə ambulator və əlavə ambulator məhkəmə-psixiatriya ekspertizaları təyin edilmiş və müvafiq rəylər alınmışdır. İş üzrə verilmiş ekspert rəyləri hazırki real vəziyyəti əks etdirdiyi üçün məhkəmə kollegiyası da həmin rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır.
39. Belə ki, Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
40. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
41. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir.
42. “X7rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.
43. Beləliklə, məhkəmə kollegiyası hesаb edir ki, iş üzrə məhkəmə-psixiаtriyа ekspertizаlarının rəyləri Maraqlı şəxs1 fəаliyyət qаbiliyyətli hesаb edilməsi üçün əsаsdır. Onun qeyd olunan xəstəlik nəticəsində hazırkı vəziyyətdə fəaliyyət qabiliyyətsiz olması öz təsdiqini tаpmamışdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır.
44. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizənin təmin edilməsi qənaətinə gələrkən haqlı olmuşdur 45.Göründüyü kimi, apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, iş üçün əhəmiyyəti olan hallar kifayət qədər əsaslandırılmış, məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas olan hər hansı mötəbər sübut təqdim edilməmişdir.
46. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair» 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. 47.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. 48.“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
49. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 51.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
52. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 14 mart 2025-ci il tаrixli, 2(033)-327/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.