Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-591/2025 19.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" ASC və "xxxx" ASC-nin X3 Elektrik Təchizat və Satış İdarəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia ərizəsinin geri qaytarılması-aidiyyəti üzrə düzgün mediasiya təşkilatının seçilməməsinə görə) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçı cavabdehlər "xxxx" ASC və "xxxx" ASC-nin X3 Elektrik Təchizat və Satış İdarəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 17 aprel 2025-ci il tarixli, e-2(051)-1082/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər "xxxx" ASC və "xxxx" ASC-nin X3 Elektrik Təchizat və Satış İdarəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 17 aprel 2025-ci il tarixli, 2(051)-1082/2025 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçının tələbi əmək münasibətlərindən irəli gələn mübahisədir və həmin tələblər üzrə tərəflərin ilkin olaraq mediasiya prosesində iştirakı tələb olunur, lakin iddiaçı ünvan 1 ünvanında, yəni mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhərdə yerləşən, Mingəçevir 1 saylı Mediasiya Təşkilatına müraciət etməli olduğu halda, Şəki 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Bu hal isə iddia ərizəsinin qaytarılması üçün əsasdır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1 və 3.1.3-cü maddələrinə əsasən mediasiya əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə tətbiq edilir. Həmin Qanunun 28.3-cü maddəsinə əsasən tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. Göründüyü kimi qeyd olunan Qanunda başqa ərazi vahidində yerləşən mediasiya təşkilatına müraciət edilməsi, həmin ərazidə mediasiya təşkilatının olmaması ilə şərtləndirilmişdir. Hazırda isə ünvan 2 ünvanında yerləşən ünvan 3 gəlməyə əsas verir ki, iddiaçı “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq mediasiya təşkilatına müraciət etməmişdir. Birinci instansiya məhkəməsi öz mövqeyini “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 3.1, 3.1.3 və 28.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-1, 150.1.7 və 152.1.6-1-ci maddələrinə istinadla əsaslandırmışdır. Qərardaddan narazı qalan İddiaçı şikayətlə məhkəməyə müraciət edərək Mingəçevir Şəhər Məhkəməsinin 17 aprel 2025-ci il tarixli, 2(051)-1082/2025 saylı qərardadın ləğv edilməlisini, iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsini və mahiyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, o, qərardadı qanunsuz və əsassız hesab edir. Ona görə ki, məhkəmə prosessual hüquq normalarının tələbini pozmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin e2(051)-1082/2025-saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, məhkəmə belə nəticəyə gəlmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin yerləşdiyi inzibati ərazi vahidində, yəni Mingəçevir şəhərində dövlət qeydiyyatına alınmış və fəaliyyət göstərən Mingəçevir 1 saylı Mediasiya Təşkilatı olmasına baxmayaraq işə əlavə edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan müəyyən edilir ki, mediasiya prosesi Şəki şəhərində təşkil edilmiş və Şəki 1 saylı Mediasiya Təşkilatı tərəfindən arayış verilmiş və aidiyyəti üzrə düzgün mediasiya təşkilatı seçilməmişdir. Məhkəmə qərardadında yuxarıda qeyd olunan nəticəyə gələrkən Mülki Prosessual Məcəlləsinin 149.2.4-1-ci və 152.1.6-1-ci maddələrinə istinad etmişdir. Hesab edir ki, məhkəmənin gəldiyi bu nəticə qanuni sayıla bilməz. Belə ki, iş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. “M e d i a s i ya Haqqında” Azərbaycan RespublikasınınQanununun: 1.0.1-ci maddəsinə əsasən mediasiya – mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu Qanunla müəyyən olunan prosesdir; 4.1-ci maddəsinə əsasən mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır; 6.3-cü maddəsinə əsasən mediasiya mübahisənin həllində tərəflərin əməkdaşlığına, habelə ünsiyyət və danışıqlara əsaslanır; 29.3-cü maddəsinə əsasən tərəflərdən biri və ya hər ikisi mediasiya prosesini davam etdirməyə razılıq vermədikdə, habelə bu Qanunun 3.3-cü və 26.4-cü maddələrinə əsasən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etdikdə, mediator mediasiya prosesinə xitam verir və “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” ilə bağlı arayışı tərəflərə təqdim edir. Yuxarıda sadalanan maddələrin mənasına görə mediasiya ümumi anlamda mübahisənin tənzimlənməsinə yardım edən üçüncü şəxsin, yəni vasitəçinin (mediatorun) iştirakı ilə mübahisə edən tərəflərin öz aralarında könüllü danışıqlar aparması yolu ilə barışdırılması prosedurudur. Mediasiya – mübahisənin həll edilməsinin alternativ vasitələrindən biridir. Bu sahəni tənzimləyən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda mediasiyanın anlayışı, məqsədi, habelə prinsipləri təsbit edilmişdir. Belə ki, həmin Qanuna əsasən mediasiyanın mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı müəyyən olunan proses olduğu göstərilmiş və bu prosesin tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədi daşıdığı qeyd edilmişdir. Bununla belə, mediasiyanın anlayışı, onun məqsədi, bu prosesin mübahisənin həllində tərəflərin əməkdaşlığına, habelə ünsiyyət və danışıqlarına əsaslanması və könüllü xarakter daşıması bir mənalı şəkildə belə qənaətə gəlməyə imkan verir ki, bu prosesə cəlb edilmiş tərəflərin öz aralarında yaranmış mübahisəni hər hansı formada həll etmək imkanı olur. Hazırki işin halları baxımından qeyd etməyi vacib hesab edir ki, bu qəbildən olan işlər üzrə mediasiya prosesində iştirak tələb olunduğundan iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin bu tələbinə riayət etmiş və bunu təsdiq edən sənədi iddia ərizəsinə əlavə etmişdir. Göründüyü kimi xx.xx.2025-ci il tarixdə keçirilən ilkin mediasiya sesiyasında cavabdehin nümayəndəsi iştirak etməmiş, bu sessiyadan sonra prosesi davam etdirmək niyyətini bildirməmişdir. Bununla belə, tərəflərin bundan sonra mediasiya prosesində iştirakı formal xarakter daşımaqla əhəmiyyətsiz olur. Bundan başqa qeyd edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 28.3-cü maddəsinə əsasən mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılması imperativ tələb kimi göstərilməmişdir. Hesab edir ki, mediasiyanın aidiyyəti barədə məsələyə bu cür həddən artıq ciddi yanaşma, iddianın mümkünlüyünə dair tələblərlə bağlı prosessual qanunvericiliyin məqsədlərinə cavab vermir. Ümumiyyətlə MPM-in 152-ci maddəsində mediasiyanın aidiyyəti məsələsinə görə iddia ərizəsinin geri qaytarılması nəzərdə tutulmadığından, birinci instansiya məhkəməsi qanunda göstərilməyən əsasa görə iddia ərizəsini geri qaytarmaqla prosessual pozuntuya yol vermişdir. Göründüyü kimi Mingəçevir Şəhər Məhkəməsi Mülki Prosessual Məcəlləsinin 149.2.4-1-ci və 152.1.6-1-ci maddələrinin tələblərini pozmuş, bununla da (Mülki Prosessual Məcəlləsinin 149.2.4-1-ci və 152.1.6-1-ci maddələrinin) tətbiqində səhvə yol vermişdir. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin 17 aprel 2025-ci il tarixli, 2(051)-1082/2025 saylı qərardadın ləğv edilməlisini, İddiaçı cavabdehlər "xxxx" ASC-yə və "xxxx" ASC-nin X3 Elektrik Təhcizat və Satış İdarəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsinin Mingəçevir Şəhər Məhkəməsinin icraatına qəbul edilməsini və mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, e-2(051)-1082/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 372.7-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аslı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 17 aprel 2025-ci il tarixli, e-2(051)- 1082/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mediator seçilərkən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinin tələblərinə əməl edilməmiş və aidiyyəti üzrə düzgün mediasiya təşkilatı seçilməmişdir. Qeyd edilməlidir ki, 01 iyul 2021-ci il tarixdən qüvvəyə minmiş “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla) üzrə mediasiya tətbiq edilir. 3.2-ci maddədinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 28.3-cü maddəsinə əsasən tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 149.2.4-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. Hazırkı iş üzrə mübahisəyə baxmalı olan məhkəmə Mingəçevir Şəhər Məhkəməsi olduğundan tərəflər mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı tərəfindən baxılmalıdır. Bundan başqa “Mediasiya haqqında” Qanunun 28.4-cü maddəsinə əsasən məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı mövcud olmadıqda və ya həmin mediasiya təşkilatında işə baxılması mümkün olmadıqda, tərəflərdən hər hansı birinin müraciəti əsasında Mediasiya Şurası ilkin mediasiya sessiyasının aparılması üçün mediator müəyyən edə bilər. Göründüyü kimi, mediasiya təşkilatının olmaması mediatorun iddiaçı tərəfindən seçilməsi üçün əsas deyildir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, X2 şəhərində fəaliyyət göstərən mediasiya təşkilatı (Mingəçevir 1 saylı Mediasiya Təşkilatı) olduğu halda, qanunun 28.3-cü maddəsinin tələblərinə zidd olaraq Şəki 1 saylı Mediasiya Təşkilatınına müraciət edə bilməz. Belə ki, bu hal istər Mediasiya haqqında qanunun, istərsə də regionlarda mediatorların yaradılmasının prinsip və məqsədlərinə ziddir. Məhkəmə kollegiyası həmçinin iddiaçının şikayət ərizəsində göstərdiyi hallarla bağlı qeyd edir ki, məhkəməyə müraciət etməmişdən əvvəl mübahisə üzrə mediasiya sesiyasının keçirilməsi, həmçinin hansı mediatorun mübahisənin həllində iştirak etməsi ilə bağlı qanunvericiliyin tələbləri imperativdir və bu hal formal olaraq mediasiya sesiyasının keçirilməsindən imtina barədə arayışı təqdim etməklə bu tələb yerinə yetirilmiş kimi qəbul edilə bilməz. Əks halda mediasiyanın həyata keçirilməsində hər hansı bir səmərəliliyin və effektivliyin əldə edilməsi qeyri-mümkün olmaqla bərabər belə hal qanunvericiliyin tələblərinə ziddir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi də “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənədin məhkəməyə təqdim olunması, əks halda iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını imperativ olaraq müəyyən etmişdir. Ona görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən mediasiya prosessinə əməl edilməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən iddiaçı tərəfindən qanunvericiliyin mediasiya ilə bağlı tələblərinə riayət edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. İddiaçı tərəf şikayət ərizəsinə həmçinin Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2-2(107)-44/2023 saylı qərardadını əlavə edərək həmin qərarda oxşar mövqenin sərgiləndiyini bildirmişdir. Kollegiya iddiaçının bu dəlili ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.9-cu maddəsi istehlakçının hüququnun müdafiəsi haqqında iddiaların iddiaçının seçiminə görə yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilməsini nəzərdə tutmuşdur. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(107)-44/2023 saylı qərardadına nəzər saldıqda müəyyən olunur ki, həmin iş üzrə iddia tələbi istehlakçıların hüquqlarının müdafiəsi (“Azərişıq ASC-yə qarşı akt əsasında hesablanmış borcun silinməsi) ilə bağlı olmuşdur. Hazırkı iddia tələbi ilə bağlı qanun iddiaçıya seçim hüququ verməyərək imperativ qaydada cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsində (MPM maddə 35.1) baxılmasını və tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatında mediasiya sessiyasında iştirakını müəyyən etmişdir. Belə olan halda iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq ilkin mediasiya sessiyasında iştirak etməsi üçün Şəki 1 saylı Mediasiya Təşkilatına deyil, mübahisənin aid olduğu Mingəçevir Şəhər Məhkəməsinin yerləşdiyi inzibati ərazi vahidində, yəni Mingəçevir şəhərində dövlət qeydiyyatına alınmış və fəaliyyət göstərən Mingəçevir 1 saylı Mediasiya Təşkilatına müraciət etməli olmuşdur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı sayır. MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normaları baxımından qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş və şikayətin dəlilləri əsassızdır, ona görə də Mingəçevir Şəhər Məhkəməsinin 17 aprel 2025-ci il tarixli, 2(051)-1082/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. MPM-in 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 17 aprel 2025-ci il tarixli e-2(051)-1082/2025 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-591/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-591/2025
19.05.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver