Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-592/2021 19.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Kərimli İsmayıl Aslan oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “texnikanın geri qaytarılması və maddi ziyanın ödənilməsi” tələbinə dair Şəki rayon məhkəməsinin 27.11.2019-cu il tarixli, 2(075)-1777/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq Müəyyən etdi: Şəki rayon məhkəməsinin 27.11.2019-cu il tarixli, 2(075)-1777/2019 saylı qətnaməsi ilə, iddia qismən təmin edilmiş, lizinq obyekti olan BOREX-2102 markalı, 841952 şassi nömrəli, 683288 mühərrik nömrəli, 10 N 907 dövlət nömrə nişanlı ekskavator Cavabdeh alınaraq saz vəziyyətdə İddiaçı ASC-nə qaytarılması, 450,00 (dörd yüz əlli) manat və 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməsi qət edilmişdir.Həmin qətnamədən iş üzrə Cavabdeh apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-597/2020 saylı, 06.05.2020-ci il tarixli qətnaməsi ilə,Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Şəki rayon məhkəməsinin 27 noyabr 2019-cu il tarixli, 2(075)-1777/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya məhkəməsinin qətnaməsindən Cavabdeh kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4723/20 saylı qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-597/2020 saylı, 06.05.2020-ci il tarixli qətnaməsi ləğv olunmuş və iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir. Bu səbəbdən mülki işə yenidən baxılması üçün Şəki Apellyasiya məhkəməsinin icraatına daxil olmuşdur. İşin halları İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lizinq obyekti olan BOREX-2102 markalı, 841952 şassi nömrəli, 683288 mühərrik nömrəli, 10 N 907 dövlət nömrə nişanlı ekskavatorun cavabdehdən alınaraq saz vəziyyətdə İddiaçı ASC-nə qaytarılması, 450,00 (dörd yüz əlli) manat məbləğdə ödənilməmiş borcun, 1 241,00 (bir min iki yüz qırx bir) manat əldən çıxmış faydanın və 30 (otuz) manat dövlət rüsumunun cəmi 1 721,00 (bir min yeddi yüz iyirmi bir) manat məbləğin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X3 oğlu göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 mart 2005-ci il tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları”na müvafiq olaraq İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 14.02.2017-ci il tarixli, 11/309 saylı operativ lizinq müqaviləsi ilə cavabdehə BOREX-2102 markalı, 841952 şassi nömrəli, 683288 mühərrik nömrəli, 10 N 907 dövlət nömrə nişanlı ekskavatoru lizinqə verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətlə Cavabdeh arasında bağlanmış operativ lizinq müqaviləsinin öhdəliyi 1241 manat olmağına baxmayaraq Lizinq alan Cəmiyyətin hesabına 791 manat ödəniş etmiş, 450 manat məbləği isə ödəməmişdir. Müqavilə müddəti 30.12.2017-ci il tarixində bitsə də, cavabdeh Cəmiyyətin mülkiyyətində olan texnikanı geri qaytarmamış və bu günədək onun istifadəsindədir. Lakin, iddiaçıya olan borc vaxtında qaytarılmadığından iddiaçı dəfələrlə yaranmış borcun ödənilməsini və texnikanın geri qaytarılmasını tələb etsə də, cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə iddiaçıya olan borcunu ödəməkdən və texnikanı qaytarmaqdan yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 2018-2019-cu il tarixlərində müqavilə bağlayacağı təqdirdə tarif cədvəlinə əsasən cavabdeh, Cəmiyyətin bank hesabına 1241,00 (bir min iki yüz qırx bir) manat öhdəlik ödəməli idi. İddiaçı Cavabdeh vermiş olduğu texnikanı başqa vətəndaşa verərək ondan gəlir əldə edə bilərdi. Lakin cavabdeh həmin texnikanı vaxtında geri qaytarmadığına görə iddiaçı texnikanı yenidən dəyərləndirə bilməmişdir. Buna görə də, iddiaçı adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olmuşdur. Buna görə də, Cavabdeh İddiaçı ASC-yə əldən çıxmış faydaya görə 1241 AZN ödəməlidir. İddianı müdafiə edir. İddianın təmin edilməsini məhkədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək göstərdi ki, 14.02.2017-ci il tarixli, 11/309 saylı operativ lizinq müqaviləsi ilə ona BOREX-2102 markalı, 841952 şassi nömrəli, 683288 mühərrik nömrəli, 10 N 907 dövlət nömrə nişanlı ekskavator ona lizinqə verilmişdir. Sözügedən müqaviləni imzalayıb, texnikanı özü təhvil alsa da, həmin texnika həmişə dayısının istifadəsində olmuşdur. Həmçinin dayısı ona lizinq müqaviləsi ilə hansı pul məbləğlərini ona vermişdirsə həmin pulu ödəniş kimi iddiaçıya ödəmişdir. Özü heç bir ödəniş etməmiş və texnikadan istifadə etməmişdir. Həmin texnika hal-hazırda da dayısı Abidin istifadəsindədir. Qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki işdə olan 14.02.2017-ci il tarixli, 11/309 saylı kənd təsərrüfatı texnikasının qısa müddətli lizinqə verilməsi barədə müqavilənin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh ASC BOREX-2102 markalı, 841952 şassi nömrəli, 683288 mühərrik nömrəli, 10 N 907 dövlət nömrə nişanlı ekskavatoru lizinqə verilmişdir. Mülki işdə olan qəbzlərdən görünür ki, Cavabdeh tərəfindən İddiaçı ASC-nə 13.04.2017-ci il tarixdə 100 manat, 27.04.2017-ci il tarixdə 100 manat, 10.05.2017-ci il tarixdə 50 manat, 13.10.2017-ci il tarixdə 200 manat, 18.08.2017-ci il tarixdə 150 manat, 26.05.2017-ci il tarixdə 150 manat ödəniş edilmişdir Məhkəmə iclasında iddiaçının nümayəndəsinin və cavabdehin izahatı, işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 14.02.2017-ci il tarixli, 11/309 saylı operativ lizinq müqaviləsi ilə cavabdehə BOREX-2102 markalı, 841952 şassi nömrəli, 683288 mühərrik nömrəli, 10 N 907 dövlət nömrə nişanlı ekskavatoru lizinqə verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətlə Cavabdeh arasında bağlanmış operativ lizinq müqaviləsinin öhdəliyi 1241 manat olmağına baxmayaraq Lizinq alan Cəmiyyətin hesabına 791 manat ödəniş etmiş, 450 manat məbləği isə ödəməmişdir. Buna görə də İddiaçı ASC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışlar ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, işə baxan birinci instansiya məhkəməsi işdə olan iddia tələblərinin əsaslarına dair sübutları əsas götürmüş, cavabdeh tərəfindən təqdim olunmuş sübutları bir kənara qoymuşdur. Beləliklə də, məhkəmə tərəfindən işdə olan- sübutlara obyektiv və tam baxılmasını təmin etməmiş və həmin sübutlara tətbiq edilməli qanun normalarına müvafiq qiymət verməməmişdir. Beləliklə də, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 87-ci maddəsinin tələblərinə ziddiyyətli mövqe göstərmişdir. Qeyd etmişdir ki, məhkəmənin ədalət mühakiməsinin əsas prinsiplərini - çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsini təmin etməyən, şəffaf həqiqət olan, işin qanuna əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiqini tapan faktiki hallarına dair sübutlara obyektiv, hərtərəfli və tam baxmaması ilə bağlı əlavə sübutlarını məhkəməyə təqdim edəcəyini bildirmişdir. Həmin sübutlara tətbiq edilməli olan qanunları tətbiq etməyən məhkəmə qəbul etdiyi qərar üçün istinad etdiyi qanunlara belə müvafiq qiymət verməmişdir. Odur ki, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş birinci instansiya məhkəməsinin qətnaməsində məhkəmənin rəhbər tutduğu qanunlar işin faktiki halları ilə açıq-aşkar böyük ziddiyyət təşkil edir. İddiaçı tərəfindən tələb olunan əmlakın ona heç bir aidiyyətinin olmadığını, əsl cavabdehin X1 bildirmişdir. Həmçinin həmin şəxsin məhkəmə iclasına çağırıldığını və həmin şəxsin məhkəmədə ifadə verməsinə baxmayaraq, məhkəmə onu işə cəlb etməmiş və iş üçün əhəmiyyətli olan təqdim edilmiş sübutları nəzərə almaq istəməmişdir. Yuxarıda qeyd olunanlara əsasən Şəki rayon məhkəməsinin 27.11.2019-cu il tarixli, 2(075)-1777/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 27.11.2019-cu il tarixli, 2(075)- 1777/2019 saylı qətnaməsinin qüvvədə saxlanılmasına dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 27.11.2019-cu il tarixli, 2(075)-1777/2019 saylı qətnaməsinin ləğv edilərək yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 izahatında göstərmişdir ki, həmin texnika üçün Cavabdeh ilə lizinq müqaviləsi bağlansa da, həmin texnika həmişə onun istifadəsində olmuş və onun tərəfindən Cavabdeh lizinq müqaviləsi üzrə pul məbləği vermişdir və o, həmin pulu ödəniş kimi iddiaçıya ödəmişdir. Cavabdeh özü heç bir ödəniş etməmiş və texnikadan istifadə etməmişdir. Həmin texnikanın hal-hazırda istifadəsində olduğunu bildirmişdir. Apellyasiya şikayətinin təmin edilməsini və Şəki Rayon Məhkəməsinin 27.11.2019-cu il tarixli, 2(075)- 1777/2019 saylı qətnaməsinin ləğv edilərək yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı “texnikanın geri qaytarılması və maddi ziyanın ödənilməsi” tələbinə dair Şəki rayon məhkəməsinin 27.11.2019-cu il tarixli, 2(075)-1777/2019 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 747.1-ci maddəsinə əsasən güzəştli lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinqalana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verəməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana güzəştli lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) tərqdim etməlidir. Məhkəmə kollegiyasına təqdim edilmiş qediyyat şəhadətnaməsindəm görünür ki, mübahisənin predmeti olan BOREX-2102 markalı, 841952 şassi nömrəli, 683288 mühərrik nömrəli, Ekskavator İddiaçı ASC mülkiyyətindədir. Məhkəmə kollegiyasına təqdim edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 14.02.2017-ci il tarixli 11/309 nömrəli müqavilə üzrə İddiaçı ASC-nə olan gecikdirilmiş borcu 450 manat təşkil edir. İşə əlavə edilmiş texniki vəziyyət haqqında 14 fevral 2017-ci il tarixli, 11/309 nömrəli aktın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ASC-nin Şəki RN-nin istifadəsində olan BOREX-2102 markalı, 841952 şassi nömrəli, 683288 mühərrik nömrəli, 10 N 907 dövlət nömrə nişanlı ekskavatorbölmənin mexanizatoru Cavabdeh təhvil verilmişdir. Cavabdeh aktı imzalayaraq sözügedən texnikanı təhvil almışdır. Məhkəmə kollegiyanın iclasına təqdim edilmiş 14.02.2017-ci il tarixli, 11/309 saylı kənd təsərrüfatı texnikasının qısa müddətli lizinqə verilməsi barədə müqaviləsinə əsasən İstifadəçi 2.2.5 bəndinə əsasən istifadə müddəti başa çatanadək onun üçüncü şəxsə istifadəyə verilməsinin, satılmasının, girova qoyulmasının, özgəninkləşdirilməsinin və təyinatının dəyişdirilməsini öz öhdəsinə götürür. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаra hüquqi qiymət verərək müəyyən edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Cavabdeh arasında bağlanmış operativ lizinq müqaviləsi baglanmışdır,Cavabdeh i 14.02.2017-ci il tarixli, 11/309 saylı operativ lizinq müqaviləsi ilə ona Cəmiyyətə məxsus BOREX-2102 markalı, 841952 şassi nömrəli, 683288 mühərrik nömrəli, 10 N 907 dövlət nömrə nişanlı ekskavator ona lizinqə verilmişdir. Cavabdeh tərəfindən müqaviləni imzalanıb, texnikanı özü təhvil alsa da, həmin texnika həmişə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abid Abdurəhimovun (dayısı) istifadəsində olmuşdur və Abid Abdurəhimov tərəfindən cavabdehə lizinq müqaviləsi üzrə pul məbləği vermişdir və o, həmin pulu ödəniş kimi iddiaçıya ödəmişdir.Cavabdeh özü heç bir ödəniş etməmiş və texnikadan istifadə etməmişdir. Həmin texnika hal-hazırda da müstəqil tələb irəli sürməyən üçüncü şəxs (dayısı) Abidinin istifadəsindədir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış operativ lizinq müqaviləsinin öhdəliyi 1241 manat olmağına baxmayaraq lizinq alan Cəmiyyətin hesabına 791 manat ödəniş etmiş, 450 manat məbləği isə ödəməmişdir. Buna görə də İddiaçı ASC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 386.1.-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Tərəflər arasında belə bir müqavilə imzalanmamışdır. - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. - 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Göründüyü kimi, tərəflər arasında operativ lizinq müqaviləsi baglanmış, həmin müqaviləyə əsasən iddiaçının mülkiyyətində olan daşınar əmlakın istifadə müddəti başa çatanadək onun üçüncü şəxsə istidadəyə verilməsinin,satılmasını, girova qoyulmasını, özgəninkləşdirilməsini və təyinatının dəyişdirilməsini öz öhdəsinə götürür. Bundan başqa bağlanmış operativ lizinq müqaviləsinin öhdəliyi üzrə cavabdehin 450 manat məbləği ödəməmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 mart 2005-ci il tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları”na müvafiq olaraq İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 14.02.2017-ci il tarixli, 11/309 saylı operativ lizinq müqaviləsi ilə cavabdehə BOREX-2102 markalı, 841952 şassi nömrəli, 683288 mühərrik nömrəli, 10 N 907 dövlət nömrə nişanlı ekskavatoru lizinqə verilmişdir. Həmin müqaviləyə əsasən istifadəçi istifadə müddəti başa çatanadək onun üçüncü şəxsə özgəninkləşdirilməsini öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış operativ lizinq müqaviləsinin öhdəliyi 1241 manat olmağına baxmayaraq Lizinq alan Cəmiyyətin hesabına 791 manat ödəniş etmiş, 450 manat məbləği isə ödəməmişdir. Müqavilə müddəti 30.12.2017-ci il tarixində bitsə də, cavabdeh Cəmiyyətin mülkiyyətində olan texnikanı geri qaytarmamış və lizinq müqaviləsi ilə yaranmış 450 manat borcunun ödəməməsi iş materiallarında olan lizinq müqaviləsi, maliyyə arayışı və ödəniş qəbzləri ilə təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı vardır. Konstitusiyanın 68-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin ona dəymiş zərərin əvəzini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Qüvvədə olan mülki qanunvericilik normalarına müvafiq olaraq mülki hüquq məsuliyyəti qanunda və müqavilədə nəzərdə tutulan elə bir tədbirdir ki, bunun tətbiqi öhdəliyi lazımınca icra etməyən və ya icra etməyən borclu üçün dövlətin məcburetmə qüvvəsi ilə təmin edilən əmlak xarakterli mənfi nəticələr yaradır. Mülki hüquq Məsuliyyətinin tətbiq edilməsi üçün tərəflər arasında müqavilə öhdəlikləri olmadığı halda mülki hüquq pozuntusu barədə mübahisələr mülki qanunvericiliyin mülki hüquq pozuntularını tənzimləyən normaları əsasında həll olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsinin iddia tələbinin əldən çıxmış fayda hissəsində gəldiyi hüquqi mövqeyi ilə razılaşır və hesab edir kii, iddiaçı cavabdehdən əldən çıxmış faydanın əvəzi olaraq 1241 manat məbləğində pul tələb etsə də, əldə olunacaq faydanın nədən ibarət olması və həmin faydanın miqdarı barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişlər. Buna görə də birinci instansiya məhkəməsi iddianı bu hissədə əsassız hesab edilməsində haqlı olmuşdur Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin: - 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. - 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. - 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apellyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apellyasiya şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin apellyasiya qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Şəki Rayon Məhkəməsinin 27.11.2019-cu il tarixli, 2(075)-1777/2019 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 27.11.2019-cu il tarixli, 2(075)-1777/2019 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən,tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(107)-592/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-592/2021
19.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver