Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-593/2020 10.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X1 iclas katibliyi ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(046)-46/2019 nömrəli qətnaməsindən iş üzrə İddiaçı QSC-nin nümayəndəsi X2 və Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətlərinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə xx.xx.2011-ci il tarixli 06R000006216 saylı kredit razılaşması üzrə 169157 ABŞ dolları 97 sent əsas, 20598 ABŞ dolları 33 sent faiz borcu və 334817 ABŞ dolları 56 sent cərimə borcu olmaqla, cəmi 524573 ABŞ dolları 86 sent borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Göyçay şəhəri Natəvan küçəsində mülkiyyətdə olan 65 nömrəli 3 girişli, 818.1 kv.m ümumi, 714 kv.m əsas, 104.1 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməsi və həmin qeyri-yaşayış binasının açıq hərracdan satılması və cəmi 524573 ABŞ dolları 86 sent borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetinin hərracda satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracda əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması, Göyçay şəhəri Natəvan küçəsində mülkiyyətdə olan 65 nömrəli 3 girişli, 818.1 kv.m ümumi, 714 kv.m əsas, 104.1 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli qeyriyaşayış binasına tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin əmlaka istifadə hüququnun itirilməsi, qeyri-yaşayış binasının boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi sonra iddia tələbinin həcminin artılması barədə ərizə verərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə xx.xx.2011-ci il tarixli 06R000006216 saylı kredit razılaşması üzrə 169157 ABŞ dolları 97 sent əsas, 39017 ABŞ dolları 75 sent faiz borcu və 401118 ABŞ dolları 92 sent cərimə olmaqla, cəmi 609294 ABŞ dolları 64 sent borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Göyçay şəhəri Natəvan küçəsində mülkiyyətdə olan 65 nömrəli 3 girişli, 818.1 kv.m ümumi, 714 kv.m əsas, 104.1 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməsi və həmin qeyri-yaşayış binasının açıq hərracdan satılması və cəmi 609294 ABŞ dolları 64 sent borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetinin hərracda satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracda əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması, Göyçay şəhəri Natəvan küçəsində mülkiyyətdə olan 65 nömrəli 3 girişli, 818.1 kv.m ümumi, 714 kv.m əsas, 104.1 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasına tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin əmlaka istifadə hüququnun itirilməsi, qeyri-yaşayış binasının boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi daha sonra iddia tələbinin həcminin artılması barədə ərizə verərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə xx.xx.2011-ci il tarixli 06R000006216 saylı kredit razılaşması üzrə 169157 ABŞ dolları 97 sent əsas, 49684 ABŞ dolları 10 sent faiz borcu və 439513 ABŞ dolları 29 sent cərimə olmaqla, cəmi 658355 ABŞ dolları 36 sent borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Göyçay şəhəri Natəvan küçəsində mülkiyyətdə olan 65 nömrəli 3 girişli, 818.1 kv.m ümumi, 714 kv.m əsas, 104.1 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməsi və həmin qeyri-yaşayış binasının açıq hərracdan satılması və cəmi 658355 ABŞ dolları 36 sent borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetinin hərracda satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracda əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması, Göyçay şəhəri Natəvan küçəsində mülkiyyətdə olan 65 nömrəli 3 girişli, 818.1 kv.m ümumi, 714 kv.m əsas, 104.1 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasına tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin əmlaka istifadə hüququnun itirilməsi, qeyri-yaşayış binasının boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(046)-46/2019 nömrəli (hakim Z.Quliyev) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, xx.xx.2011-ci il tarixli 06R000006216 saylı kredit razılaşması üzrə 164184 (bir yüz altmış dörd min bir yüz səksən dörd) ABŞ dolları 61 (altmış bir) sent əsas, 49684 (qırx doqquz min altı yüz səksən dörd) ABŞ dolları 10 (on) sent faiz, 1000 (bir min) ABŞ dolları cərimə olmaqla, cəmi 214868 (iki yüz on dörd min səkkiz yüz almış səkkiz) ABŞ dolları 71 (yetmiş bir) sent məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı Cavabdeh1 tutulub İddiaçı QSC-yə ödənilməsi, tələb ipoteka predmeti olan Cavabdeh1 məxsus Göyçay şəhəri, Natəvan küçəsində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 65 nömrəli qeyri-yaşayış binasına yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 820000 (səkkiz yüz iyirmi min) manat məbləğində müəyyən edilməklə açıq hərracda satılması, əldə edilən vəsaitdən 214868 (iki yüz on dörd min səkkiz yüz almış səkkiz) ABŞ dolları 71 (yetmiş bir) sent məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı, məhkəməyə müraciət etmək üçün xərcin cavabdehə aid hissəsi 25 (iyirmi beş) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 21 (iyirmi bir) manat xidmət haqqı İddiaçı QSC-yə ödənilməsi, satıldıqdan 1 ay ərzində Cavabdeh1 məxsus Göyçay şəhəri, Natəvan küçəsində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 65 nömrəli qeyri-yaşayış binasının boşaldılması, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 5 (beş) manatı İddiaçı QSC-yə aid edilməsi, 25 (iyirmi beş) manatı Cavabdeh1 tutulub İddiaçı QSC-yə ödənilməsi, iş üzrə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 21 (iyirmi bir) manat xidmət haqqı Cavabdeh1 tutularaq İddiaçı QSC-yə ödənilməsi, iddia tələbi Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair hissədə və qalan hissədə təmin olunmaması qət edilmişdir. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan İddiaçı QSC-nin nümayəndəsi X2 və Cavabdeh1 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. işin faktiki halları: İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx xxx 2011-ci il tarixdə Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 06L000003109 saylı kredit xətti müqaviləsinə əsasən, Cavabdeh1 120 aymüddətinə 400000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2015-ci il tarixli 06L000003109S saylı sazişə əsasən kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilmiş, kredit xəttinin müddəti artırılaraq 168 ay müəyyən edilmişdir. xx xxxx 2011-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 06R000006216 saylı kredit razılaşması əsasında Cavabdeh1 60 ay müddətinə, aylıq 1,3333 faiz olmaqla 292000 ABŞ dollar məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları xx.xx.2012-ci il tarixli 6216 saylı, xx.xx.2013-cü il tarixli 6216 (A) saylı, xx.xx.2013-cü il tarixli 6216 (B) saylı, xx.xx.2013-cü il tarixli 6216 (B) saylı, xx.xx.2015-ci il tarixli 06R000006216S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Öhdəliyin icrasını təmin etmək məqsədi ilə bankla Cavabdeh2 arasındaxx.xx.2011-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. xx xxx 2011-ci il tarixdə Cavabdeh1 ilə İddiaçı QSC arasında sonrakı ipoteka müqaviləsi bağlanmış, ipoteka müqaviləsinə əsasən Göyçay şəhəri Natəvan küçəsində mülkiyyətdə olan 65 nömrəli 3 girişli, 818.1 kv.m ümumi, 714 kv.m əsas, 104.1 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binası İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən borclunun hesablaşmalara görə iddiaçıya kredit razılaşması üzrə 169157 ABŞ dolları 97 sent əsas, 49684 ABŞ dolları 10 sent faiz borcu və 439513 ABŞ dolları 29 sent cərimə olmaqla, cəmi 658355 ABŞ dolları 36 sent borcu qalmışdır. Cavabdehlərə dəfələrlə bildirişlə müraciət olunmasına baxmayaraq, kreditin və faizlərin ödənilməsi üçün tədbir görməmişlər, kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişlər. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı QSC-nin nümayəndəsi X2 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qiymətləndirmə həyata keçirilən zaman “xxxx” MMC ipoteka predmeti olan Göyçay şəhəri, Natəvan küçəsində mülkiyyətdə olan 65 nömrəli 3 girişli, 818.1 kv.m ümumi, 714 kv.m əsas, 104.1 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasını əsassız olaraq 780000 (yeddi yüz səksən min) manat qiymətləndirmişdir.İş üzrə digər qiymətləndiriri şirkət “xxxx” MMC ipoteka predmeti olan Göyçay şəhəri, Natəvan küçəsində mülkiyyətdə olan 65 nömrəli 3 girişli, 818.1 kv.m ümumi,- 714 kv.m əsas, 104.1 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasını real olaraq 37000 (üç yüz yetmiş min) manat qiymətləndirmişdir. “xxxx” MMC ipoteka predmeti olan Göyçay şəhəri, Natəvan küçəsində mülkiyyətdə olan 65 nömrəli 3 girişli, 818.1 kv.m ümumi, 714 kv.m əsas, 104.1 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasını əsassız olaraq 820000 (yeddi yüz səksən min) manat qiymətləndirmişdir. xx xxxxxx 2019-cu il tarixində keçirilmiş məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi “xxxx” MMC ekspert rəyinə etiraz etmiş və ipoteka predmeti olan Göyçay şəhəri, Natəvan küçəsində mülkiyyətdə olan 65 nömrəli 3 girişli, 818.1 kv.m ümumi, 714 kv.m əsas, 104.1 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasının qiymətləndirilməsi üçün təkrar əmtəəşünaslıq ekspertizası təyin edilməklə qiymətləndirilmənin keçirilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə tapşırılması barədə vəsatət vermişdir. Lakin ipoteka predmetinm qiymətini “xxxx” MMC-nin rəyinə əsasən məqbul hesab etmişdir. Cavabdeh — ipoteka verən Cavabdeh1 ilə Bank arasında bağlanılmış xx.xx.2009-cu il tarixli Q6M000000398 saylı ipoteka müqaviləsinin 2.4-cü bəndinə əsasən Göyçay şəhəri, Natəvan küçəsində mülkiyyətdə olan 65 nömrəli 3 girişli, 818.1 kv.m ümumi, 714 kv.m əsas, 104.1 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasının dəyəri tərəflərin razılığı ilə 271412.4 manat qiymətləndirilmişdir. “xxxx” MMC-nin rəyindəki qiymət isə tərəflərin razılaşdırdıqları qiymətdən 3 dəfə yüksəkdir. Göründüyü kimi ipoteka müqaviləsi bağlanılan zaman tərəflərin qarşılıqlı sürətdə razılaşdıqları qiymətlə hazırda müstəqil ekspert tərəfindən verilmiş rəydəki qiymət arasında kəskin fərq var. Yuxarıda göstərilənləri nəzərə alaraq, Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(046)-46/2019 saylı qətnaməsi ipoteka predmetinin qiymətinə aid hissədə ləğv edilməli, təkrar əmtəəşünaslıq ekspertizası keçirilməklə ipoteka predmetinin ilkin satış qiymətinin yenidən müəyyən edilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməlidir. Cavabdeh1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır, ona görə ki, həmin qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, qanunvericilik düzgün tətbiq edilməmiş, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, iş üçün əhəmiyyəti olan bütün faktiki halları sübut etməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Belə ki məhkəmə iddianı qismən təmin etməklə kreditorun maraqlarını əsas tutmuşdur. Məhkəmə qeyd edilən daşınmaz əmlak açıq hərracda satıldıqdan sonra 1 ay müddətinə boşaldılması nəticəsinə gələrkən, faktiki olaraq hakim öz şəxsi mülahizələrinə və ehtimallara əsaslanaraq, gələcəkdə güman etdiyi halın baş verməsi nəticəsində qeyd edilən daşınmaz əmlak açıq hərracda satıldıqdan sonra 1 ay müddətinə boşaldılması məsələsini həll etmişdir. Halbuki, qeyd edilən daşınmaz əmlak açıq hərracda satışa çıxarılarkən hərracın qalibinin kim olması bu gün heç kimə məlum deyil. Ona görə də Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(046)-46/2019 saylı qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddiaçının nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(046)-46/2019 nömrəli qətnaməsi ipoteka predmetlərinin dəyərinə münasibətdə dəyişdirilməli, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti isə təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə kollegiyası iclasında tədqiq edilmiş: İddiaçı QSC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2011-ci il tarixli 06L000003109 saylı kredit xətti müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 120 aymüddətə 400000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır (1.1 və 1.2-ci bəndlər). İddiaçı QSC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında xx xxxx 2015-ci il tarixli sazişə əsasən kredit xətti müqaviləsinin müddəti artırılaraq 168 (bir yüz altmış səkkiz) ay müəyyən edilmişdir (xx.xx.2015-ci il tarixli saziş). İddiaçı QSC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2011-ci il tarixli 06R000006216 saylı kredit razılaşmasına əsasən bank tərəfindən Cavabdeh1 aylıq 1,3333 % hesablanmaqla 60 aylıq müddətə 292000 ABŞ dolları məbləğində kredit verilmişdir (1.1-ci bənd). İddiaçı QSC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında xx xxxxxx 2012-ci il tarixli 6216 saylı sazişə əsasən kredit alan kreditin qalığını və ona hesablanmış faizləri sazişə əlavə olunan ödəniş planına uyğun ödəməyi öhdəsinə götürmüşdür (xx.xx.2012-ci il tarixli 6216 saylı saziş). İddiaçı QSC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında xx xxxxxx 2013-cü il tarixli 6216 (A) saylı sazişə əsasən kredit alan kreditin qalığını və ona hesablanmış faizləri sazişə əlavə olunan ödəniş planına uyğun ödəməyi öhdəsinə götürmüşdür (xx.xx.2013-cü il tarixli 6216 (A) saylı saziş). İddiaçı QSC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında xx xxxx 2013-cü il tarixli 6216 (B) saylı sazişə əsasən kredit alan kreditin qalığını və ona hesablanmış faizləri sazişə əlavə olunan ödəniş planına uyğun ödəməyi öhdəsinə götürmüşdür (xx.xx.2013-cü il tarixli 6216 (B) saylı saziş). İddiaçı QSC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında xx xxxxxx 2013-cü il tarixli 6216 (B saylı ) sazişə əsasən kredit alan kreditin qalığını və ona hesablanmış faizləri sazişə əlavə olunan ödəniş planına uyğun ödəməyi öhdəsinə götürmüşdür (xx.xx.2013-cü il tarixli 6216 (B saylı saziş). İddiaçı QSC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında xx xxxxxx 2015-ci il tarixli sazişə əsasən kredit alan kreditin qalığını və ona hesablanmış faizləri sazişə əlavə olunan ödəniş planına uyğun ödəməyi öhdəsinə götürmüşdür (xx.xx.2015-ci il tarixli saziş). Cavabdeh2 borclu kredit xətti müqaviləsindən irəli gələn öhdəliyini icra etmədikdə bank qarşısında həmin öhdəliyin tam icra olunmasını üzərinə götürmüşdür (xx xxx 2011-ci il tarixli zaminlik müqaviləsinin 1.1-ci bəndi). İddiaçı QSC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan Cavabdeh1 mülkiyyət hüququ ilə ona məxsus olub bu müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı həmin müqavilənin 1.1-ci bəndində göstərilən öhdəliyin təminatı kimi ipotekaya qoyur (müqavilənin 1.1-ci bəndi). İpotekanın predmeti Göyçay şəhəri Natəvan küçəsində mülkiyyətdə olan 65 nömrəli 3 girişli, 818.1 kv.m ümumi, 714 kv.m əsas, 104.1 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli qeyriyaşayış binasıdır (2.1-ci bənd). İpoteka predmetinin qiyməti 271412 manat 40 qəpik məbləğində qiymətləndirilmişdir (2.4-cü bənd). İddiaçı QSC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında xx xxxxxx 2009-cu il tarixli ipoteka müqaviləsinə dair saziş bağlanmışdır (xx.xx.2015-ci il tarixli saziş). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MA seriyalı ******* saylı çıxarışa əsasən Göyçay şəhəri, Natəvan küçəsində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 65 nömrəli qeyri-yaşayış binası İddiaçı QSC-nin xeyrinə yüklü edilmişdir (qeydiyyat tarixi xx.xx.2009). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarışa əsasən Göyçay şəhəri, Natəvan küçəsində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 65 nömrəli qeyri-yaşayış binası İddiaçı QSC-nin xeyrinə yüklü edilmişdir (əlavə qeydiyyat tarixi xx.xx.2015). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MA seriyalı ******* saylı çıxarışa əsasən Göyçay şəhəri, Natəvan küçəsində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 65 nömrəli qeyri-yaşayış binası İddiaçı QSC-nin xeyrinə yüklü edilmişdir (əlavə qeydiyyat tarixi xx.xx.2011). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarışa əsasən Göyçay şəhəri, Natəvan küçəsində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 65 nömrəli qeyri-yaşayış binası İddiaçı QSC-nin xeyrinə yüklü edilmişdir (qeydiyyat tarixi xx.xx.2015). İddiaçı QSC Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə xx.xx.2016-cı il tarixli ərizə ünvanlayaraq, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Bildiriş bank tərəfindən xx.xx.2016-cı il tarixdə ipoteka qoyan Cavabdeh1 göndərilmiş və xx.xx.2016-cı il tarixdə bildiriş alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin elektron xidmətlər portalından görünür ki, ipoteka predmetinə olan Göyçay şəhəri, Natəvan küçəsində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 65 nömrəli qeyri-yaşayış binasına tutmanın yönəldilməsi haqqında bildiriş xx.xx.2016-cı il tarixdə qeydə alınmışdır. Cavabdeh1 kredit razılaşması üzrə götürdüyü öhdəliyi lazımınca icra etməməsi nəticəsində bank qarşısında xx.xx.2018-ci il tarixə 169157 ABŞ dolları 97 sent əsas, 49684 ABŞ dolları 10 sent faiz borcu və 439513 ABŞ dolları 29 sent cərimə olmaqla, cəmi 658355 ABŞ dolları 36 sent borcu yaranmışdır (xx.xx.2018-ci il tarixli maliyyə arayışı). Məhkəmə ekspertiza mərkəzinin xx.xx.2017-ci il tarixli 13495 nömrəli rəyinə əsasən Cavabdeh1 xx xxxxxx 2016-cı il tarixinə banka olan borcu 164184 ABŞ dolları 61 sent əsas, 17751 ABŞ dolları 94 sent faiz borcu olmaqla, cəmi 181936 ABŞ dolları 55 sent təşkil edir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Аzərbаycаn Respublikаsı Xаmmаl və Əmtəə Birjаsı qiymətləndirmə Xidməti xxxx MMC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli rəyə əsasən Cavabdeh1 məxsus Göyçay şəhəri, Natəvan küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 65 nömrəli qeyri-yaşayış binasının xx.xx.2017-ci il tarixinə bazar qiyməti 780.000 manat təşkil edir. “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli rəyə əsasən Cavabdeh1 məxsus Göyçay şəhəri, Natəvan küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 65 nömrəli qeyri-yaşayış binasının xx.xx.2019-cu il tarixinə bazar qiyməti 370.000 manat təşkil edir. “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli rəyə əsasən Cavabdeh1 məxsus Göyçay şəhəri, Natəvan küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 65 nömrəli qeyri-yaşayış binasının xx.xx.2019-cu il tarixinə bazar qiyməti 820.000 manat təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qimətləndirmə fəaliyyətinin obyekti sayılır və hər bir şəxsin öz əmlakını qiymətləndirmək hüququ vardır. Məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə xxxxnə zərurət olduqda (bu halda qiymətləndirmə əmlakın mülkiyyətçisi olan şəxslərin sifarişi ilə qiymətləndirici tərəfindən və ya qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır) əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. Ona görə də apelyasiya instansiyası məhkəməsi hesab edir ki, işə yenidən apelyasiya qaydasında baxılarkən, ilk növbədə ipoteka predmetinin hazırkı vaxta olan real bazar dəyərinin müəyyən edilməsi üçün iş üzrə müvafiq ekspertiza təyin edilməklə və ya müstəqil qiymətləndirici dəvət etməklə əsaslandırılmış rəy alınmalı və yalnız bundan sonra mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni və əsaslı olmasına hüquqi qiymət verilməlidir Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çaışmış və yenidən əmlakların qiymətləndirilməsini təşkil etmişdir. Apelyasiya icraatı zamanı təyin edilmiş "xxxx" MMC-nin xx xxxxxxxx 2020-ci il tarixli, LF 09 nömrəli qiymətləndirmə rəyindən müəyyən olunur ki, Cavabdeh1 məxsus Göyçay şəhəri, Natəvan küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 65 nömrəli qeyri-yaşayış binasının hazırkı real bazar qiymət 530000 manat, likvid dəyəri isə 430000 manat müəyyən edilmişdir. Beləliklə məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, xx xxx 2011-ci il tarixdə Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 06L000003109 saylı kredit xətti müqaviləsinə əsasən, Cavabdeh1 120 aymüddətinə 400000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2015-ci il tarixli 06L000003109S saylı sazişə əsasən kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilmiş, kredit xəttinin müddəti artırılaraq 168 ay müəyyən edilmişdir. xx xxxx 2011-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 06R000006216 saylı kredit razılaşması əsasında Cavabdeh1 60 ay müddətinə, aylıq 1,3333 faiz olmaqla 292000 ABŞ dollar məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları xx.xx.2012-ci il tarixli 6216 saylı, xx.xx.2013-cü il tarixli 6216 (A) saylı, xx.xx.2013-cü il tarixli 6216 (B) saylı, xx.xx.2013-cü il tarixli 6216 (B) saylı, xx.xx.2015-ci il tarixli 06R000006216S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Öhdəliyin icrasını təmin etmək məqsədi ilə bankla Cavabdeh2 arasındaxx.xx.2011-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. xx xxx 2011-ci il tarixdə Cavabdeh1 ilə İddiaçı QSC arasında sonrakı ipoteka müqaviləsi bağlanmış, ipoteka müqaviləsinə əsasən Göyçay şəhəri Natəvan küçəsində mülkiyyətdə olan 65 nömrəli 3 girişli, 818.1 kv.m ümumi, 714 kv.m əsas, 104.1 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binası İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci mаdəsində isə göstərilir ki, borc müqаviləsinin predmeti pul məbləği olduqdа,o, kredit müqаviləsi аdlаnır. Həmin Məcəllənin 442-ci mаdəsinin tələbinə görə öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. Həmin Məcəllənin 445.2.1-ci mаdəsində qeyd edilir ki, öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır. Həmin Məcəllənin 448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Həmin Məcəllənin 448.2-ci mаddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). Həmin Məcəllənin 298-ci mаddəsinə görə girov qoyulmuş əşyаnın sаtılmаsı nəticəsində götürülmüş məbləğdən, tutmаnın həmin əşyаyа yönəldilməsinə və onun sаtılmаsınа çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdаn sonrа, girov qoyаnın tələbləri ödənilir, qаlаn məbləğ girov qoyаnа verilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. "İpoteka haqqında" Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. "İpoteka haqqında" Qanunun 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. "İpoteka haqqında" Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 39.3. və 39.3.3-cü maddələrinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 ilə iddiaçı arasında ipoteka müqaviləsi kredit müqaviləsinin təminatı kimi bağlanılmış və bu müqavilə bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun; 59.1. Yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda həmin Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. 59.2. Yaşayış evinin və ya mənzilin yeni mülkiyyətçisi ilə evin və ya mənzilin keçmiş mülkiyyətçisi arasında həmin evin və ya mənzilin kirayəsi barəsində müqavilə bağlanılır. Yeni mülkiyyətçi kirayə müqaviləsi bağlamaqdan imtina etdikdə keçmiş mülkiyyətçi (ipoteka qoyan) kirayə müqaviləsinin bağlanması üçün məhkəməyə müraciət edə bilər. 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə kollegiyası iddiаçı «xxxx» QSC tərəfindən verilmiş apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, şikayət qismən əsaslıdır. Belə ki, iş materiallarında olan “xxxx” MMC-nin xx xxxxxxxx 2020-ci il tarixli, LF 09 nömrəli qiymətləndirmə rəyindən müəyyən olunur ki, Cavabdeh1 məxsus Göyçay şəhəri, Natəvan küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 65 nömrəli qeyri-yaşayış binasının hazırkı real bazar qiymət 530000 manat, likvid qiyməti isə 430000 manat təşkil edir. Məhkəmə kollegiyası İddiaçı QSC-nin nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, həmin apelyasiya şikayətində mübahisələndirilən dəlillər əsaslı olduğundan qismən təmin olunmalıdır. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin dəlillərinə gəlincə, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəf şikayətin dəlilləri ilə bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, məhkəmə tərəfindən dəfələrlə təklif olunmasına baxmayaraq iclaslarda iştirak etməmiş, şikayətin dəlillərini formal mülahizələr əsasında əsaslandırmağa çalışmışdır. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(046)-46/2019 nömrəli qətnaməsi ipoteka predmetlərinin dəyərinə münasibətdə dəyişdirilməli, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti isə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 385, 387, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İddiaçı QSC-nin nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(046)-46/2019 nömrəli qətnaməsi“ipoteka predmeti olan Göyçay şəhəri, Natəvan küçəsində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 65 nömrəli qeyri-yaşayış binasının ilkin satış qiymətinin 820.000 (səkkiz yüz iyirmi min) manatmüəyyən edilməsi” hissəsində dəyişdirilsin. İpoteka predmeti olan Göyçay şəhəri, Natəvan küçəsində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 65 nömrəli qeyri-yaşayış binasının hazırkı vəziyyətdə likvid dəyəri 430.000 (dörd yüz otuz min) manat həddində müəyyən edilsin. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(046)-46/2019 nömrəli qətnaməsi mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-593/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-593/2020
10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver