Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-595/2023 18.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Sabəddin qızının cavabdehlər Cavabdeh1 və Cəfərova (Səfərəliyeva) Leyla Məmməd qızına qarşı əqdin bağlanmış hesab edilməsi tələbinə dair mülk iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin geri qaytarılması, şikayət vermə müddəti ötürülüb, ləğv, icraatdan çıxarılma, 384.0.6) Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, cavabdeh Cəfərova (Səfərəliyeva) Leyla Məmməd qızının, maraqlarına toxunun şəxslər Cavabdeh4 və Cəfərova (Musayeva) Günay Talıb qızının və onların vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Sabəddin qızının cavabdehlər Cavabdeh1 və Cəfərova (Səfərəliyeva) Leyla Məmməd qızına qarşı əqdin bağlanmış hesab edilməsi tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 3 iyul 2007-ci il tarixli, 2(039)-321/2007 saylı qətnaməsindən cavabdeh Cəfərova (Səfərəliyeva) Leyla Məmməd qızı və maraqlarına toxunun şəxslər Cavabdeh4 və Cəfərova (Musayeva) Günay Talıb qızı tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Sabəddin qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər X7 və cavabdeh Cəfərova (Səfərəliyeva) Leyla Məmməd qızının ər-arvad olmaqla Yevlax rayonu Tanrıqulular kəndində iki nəfər azyaşlı uşaqları ilə birlikdə 2.88 hektar pay torpaq sahələri olmasını, cavabdeh X2 JN 608 (KOD ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən rəsmi mülkiyyətçi kimi tanınmasını, qeyd olunan 2.88 hektar pay torpaq sahəsinin cavabdehlərin razılığı ilə ona satıldığını və qarşılıqlı razılaşma əsasında müəyyənləşdirilmiş məbləği Cavabdeh1 ödədiyini və həmin torpaq sahəsini təhvil aldığını, eyni zamanda Cavabdeh1 qeyd olunan daşınmaz əmlakın alqı-satqısının tezliklə rəsmiləşdirəcəyinə söz verməsini, lakin hal-hazıradək əqdən irəli gələn öhdəliyi yerinə yetirmədiyini, ötən zaman kəsiyində cavabdehlərin rəsmi olaraq boşanmaqla iki nəfər azyaşlı uşaqlarının Cavabdeh1 himayəsində qalmasını, cavabdehlər rəsmi boşandıqdan sonra cavabdeh Leyla Cəfərovanın onun torpaq payının satışından əldə edilən məbləğin ona verilmədiyi üçün alqı-satqının rəsmiləşdirilməsinə razılıq verməyəcəyini bildirməsini, eyni zamanda Cavabdeh1 da Leyla Cəfərovaya çatacaq məbləğin ödənilməsinə dair mübahisə etdiyini, yəni həmin məbləği ödəmək istəmədiyini, bu halın da onun mənafeyinə toxunduğunu, bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmasını göstərib Yevlax rayonu Tanrıqulular kəndində cavabdeh X4 JN 608 (KOD ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən mülkiyyətçisi hesab edildiyi 2.88 hektar pay torpaq sahəsinin alqı-satqısına dair cavabdehlər X7 və X8 ilə onun arasında olan əqdin bağlanmış hesab edilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 3 iyul 2007-ci il tarixli, 2(039)-321/2007 saylı qətnaməsi ilə (hakim Ə.Tağıyev) iddia təmin olunmuş, İddiaçı Sabəddin qızı ilə X7 arasında Yevlax rayonu Tanrıqulular kəndində JN 608 ( KOD ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən rəsmi mülkiyyətçisi olduğu 2.88 hektar pay torpaq sahəsinin alqısatqısı ilə bağlı aralarında olan əqdin bağlanmış hesab edilməsi, JN 608 (KOD********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən təsbit edilmiş Yevlax rayonu Tanrıqulular kəndində 2.88 hektar pay torpaq sahəsinə dair İddiaçı Sabəddin qızının mülkiyyət hüququnun tanınması, qətnamənin surətinin müvafiq qeydiyyat aparılması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax Rayon Ərazi İdarəsinə göndərilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh Cəfərova (Səfərəliyeva) Leyla Məmməd qızı və maraqlarına toxunun şəxslər Cavabdeh4 və Cəfərova (Musayeva) Günay Talıb qızı tərəfindən apellyasiya şikayətləri vermişlər, apellyasiya şikayətləri baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1009/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə аpellyasiya şikayəti təmin edilərək Yevlax Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir. Həmin qətnamədən İddiaçı Sabəddin qızı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 6 mart 2023-cü il tаrixli, 2(102)-289/2023 saylı qərarı ilə İddiaçı Sabəddin qızının kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 avqust 2022-ci il tarixli, 2(107)-1009/2022 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh Cəfərova (Səfərəliyeva) Leyla Məmməd qızı və onun vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin 3 iyul 2007-ci il tarixli, 2(039)-321/2007 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən maraqlarına toxunun şəxslər Cavabdeh4, Cəfərova (Musayeva) Günay Talıb qızı və onların vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin 3 iyul 2007-ci il tarixli, 2(039)-321/2007 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 may 2023-cü il tarixli məhkəmə bildirişi Cavabdeh1 Yevlax rayonu, Tanrıqulular kəndinə göndərilmiş, lakin zərf “vəfat etmişdir” qeydilə geri qaytarılmışdır. Məhkəmə iclasında Cavabdeh1 övladları Cavabdeh4 və Günay Cəfərovadan atalarının ölməsi ilə bağlı ölüm haqqında şəhadətnamə tələb edilsə də, ölüm haqqında şəhadətnaməni təqdim edə bilməmişdirlər. Əlavə olaraq məhkəmə kollegiyas qeyd edir ki, Elektron məhkəmə portalından Cavabdeh1 ölməsi ilə bağlı hər hansı bir qeyd aşkar edilməmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, İddiaçı Sabəddin qızı heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kоllegiyаsı hesаb edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin uyğunluğunu yoxlamalı olduğu halda, bunu etmədiyindən həmin şikayətə apellyasiya qaydasında baxılması mümkün deyildir. Ona görə də hazırki iş üzrə Şəki Аpellyаsiyа Məhkəməsinin şikayətə baxılmasının mümkün hesab edilməsi və işin icraata qəbul edilməsi haqqında qərardadı ləğv edilməklə, iş apellyasiya baxışından çıxarılmalı və apellyasiya qeyri-mümkün hesab edilməklə Yevlax Rayon Məhkəməsinə qaytarılmalıdır. İlk olaraq, məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası MPM-in normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir. Məcəllədə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Həmçinin ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda bu hüququn müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o, mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də bir sıra qərarlarında yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsini yolverilən hesab etmişdir (bu Qərarın 24-cü bəndi). Lakin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” AR Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. Mülki prosessual qanunvericilikdə nəzərdə tutulan məhdudiyyətlərlə bağlı qeyd olunmalıdır ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət etməlidir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran şikayətin mümkünlüyü, prosessual müddətlər, məhkəmə qərarlarından şikayət verə biləcək konkret şəxslərin dairəsi və sair amillər nəzərdə tutulmuşdur. Belə məhdudlaşdırıcı tədbirlərdən biri də birinci və apellyasiya instansiyası məhkəmələrinin aktlarından şikayət vermək hüququ olan şəxslərin dairəsinin müəyyən edilməsidir. Bir qayda olaraq, məhkəmə aktlarından işdə iştirak edən şəxslər şikayət vermək hüququna malikdir. Lakin qanunverici qəbul edilmiş məhkəmə aktı ilə işdə iştirak etməyə cəlb edilməyən, yaxud işdə tərəf olsa da iştirakı təmin edilməyən şəxslərin hüquqlarının pozulma ehtimalının olduğunu və şikayətə baxan məhkəmə instansiyasının spesifik xüsusiyyətlərini nəzərə alaraq onların işə cəlb edilməsinin və ya şikayətlərinə baxılmasının fərqli qaydalarını müəyyən etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında işdə iştirak etməyə cəlb olunmayan, yaxud işdə tərəf olsa da iştirakı təmin edilməyən və məhkəmə qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin hüquqi statusuna aydınlıq gətirmiş, onların pozulmuş hüquq və azadlıqlarının bərpası üçün səmərəli vasitələrlə təmin edilməsinin vacibliyini vurğulamışdır (K.Marayevin şikayəti üzrə xx.xx.2016-cı il tarixli Qərar). Həmin şəxslərin statusunun səciyyəvi əlamətlərinə onların məhkəmədə baxılan işə tərəf qismində cəlb edilməməsi, yaxud işdə tərəf olsalar da bu barədə məlumatsız olduqları üçün iştiraklarının təmin edilməməsi, iş üzrə qəbul edilmiş məhkəmə qərarının onların hüquqlarına və qanuni maraqlarına toxunması, öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olması aiddir. İşdə iştirak etməyə cəlb olunmayan (iştirakı təmin edilməyən) şəxslərin hüquq və vəzifələrinə dair məsələnin onların iştirakı olmadan məhkəmə tərəfindən həll edilməsi məhkəmə araşdırmasının ədalətli olmasını, hər kəsin hüquq və azadlıqlarına dair mübahisələrə müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə baxılmasını, işinin ədalətli və açıq araşdırılması hüququnun təmin edilməsini şübhə altına alır. Bu baxımdan, işə cəlb edilməyən (iştirakı təmin edilməyən) şəxslərin prosessual fəaliyyəti onların iştirakı olmadan qəbul edilmiş məhkəmə qərarı ilə pozulmuş hüquqlarının bərpa edilməsi məqsədinə xidmət etməlidir. Lakin hər bir halda bu şəxslərin həmin aktlardan verdikləri şikayətdə (müraciətdə) qəbul edilən qətnamə ilə onların hüquq və vəzifələrinin pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və ya mənafelərinə toxunması, habelə keçən müddət ərzində məhkəmə aktlarından xəbərsiz olmalarının onların iradəsindən asılı olmaması və özləri tərəfindən dəf edilməli imkanlardan kənara çıxması əsaslandırılmalıdır. Eyni zamanda, bu şəxslərin hüquqlarının bərpası üçün nəzərdə tutulmuş prosessual təminat həyata keçirilərkən qanunvericilikdə müəyyən edilmiş məhkəmə sisteminin mahiyyətinə, xüsusiyyətlərinə xələl gətirilməməlidir. Bu kontekstdə, apellyasiya şikayəti verilməsi və onun mümkün hesab edilməsi üçün prosessual əsaslar olmalıdır. Belə ki, apellyasiya şikayətinin mümkünlüyünü araşdıran məhkəmə həmin şəxsin müvafiq prosessual hüquqa malik olub-olmamasını, qanunvericiliyin tələblərinə əməl edib-etməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 227.3-cü maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi işdə iştirak edən şəxslərə tərtib edildikdən sonra 3 gün ərzində rəsmi qaydada verilməlidir. Cavabdehə və maraqlı şəxslərə birinci instansiya məhkəməsinin qətnaməsinin MPMnin 227.3-cü maddəsində göstərilən müddətlərdə təqdim olunması (alınması) və ya rəsmi qaydada verilməsi barədə sübut yoxdur. Lakin hazırki işin vəziyyəti, apellyasiya şikayətinin verilməsində müddətlərin həllində bir qədər atraflı araşdırma aparılmasını tələb edir. İşdən görünür ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdeh L.Cəfərova və işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan şəxslər qismində Cavabdeh4 və G.Cəfərova tərəfindən xx.xx.2022-ci il tarixdə, yəni mübahisəli qətnamədən 15 ilə yaxın müddət keçdikdən sonra verilən apellyasiya şikayəti, Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən qərarlarında şərh olunan hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipinin tələblərinə cavab verib-verməməsi, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulan müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının həmin prinsipin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirib-gətirməməsi, ən əsası isə mülki məhkəmə icraatında iştirakı təmin olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsi məsələləri araşdırılmadan, bu məsələlərə heç bir hüquqi qiymət verilmədən, o cümlədən MPM-in 364-cü maddəsinin tələbləri yerinə yetirilmədən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Halbuki, iddiaçı Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından xx.xx.2022-ci il tarixli şikayətində mübahisəli torpağa dair DƏDRX-dən xx.xx.2007-ci il tarixdə çıxarış əldə etdiyini, cavabdeh L.Cəfərovanın iddiaçının mülkiyyətində olan torpaqla bağlı öz nümayəndəsi X6 adlı şəxsə xx.xx.2009-cu il tarixli etibarnamə verdiyini, həmin etibarnamə əsasında sonuncunun, iddiaçının şikayətinə baxılan məhkəmə prosesində L.Cəfərovanın nümayəndəsi olduğunu, həmin etibarnamənin Yevlax Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi qəbul edilən mülki işin qovluğunda olduğunu, bu halın Şəki Apellyasiya Məhkəməsinin 2(107)-447/11 saylı iş üzrə xx.xx.2011ci il tarixli qətnaməsində də öz əksini tapdığını, L.Cəfərovanın torpaq sahəsi ilə bağlı mövcud qətnamədən xəbərdar olduğunu irəli sürmüşdü. Yüksək İnstansiya Məhkəməsinin Hüquqi mövqeyində qeyd edilmişdir ki, iddiaçının istinad etdiyi Yevlax Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnamələri hər bir halda nəzərdən keçirilməli, cavabdeh L.Cəfərovanın və onun apellyasiya şikayəti verən iki övladının Yevlax Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi ilə öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu an müəyyən edilməli, sözügedən tarix təsbit edildikdən sonra 15 il müddətin keçməsində apellyatorların təqsirinin olub-olmamasına, həmçinin onların bu barədə məlumatlı olduqdan sonra qanunla nəzərdə tutulan 1 aylıq prosessual müddətə əməl edib-etmədiklərinə, hər iki halda müddətin buraxılmasının üzrlü sayılıb-sayıla bilməyəcəyinə hüquqi qiymət verilməlidir. Yüksək İnstansiya Məhkəməsinin Hüquqi mövqeyini və qanuni göstərişlərini nəzərə alan Məhkəmə kollegiyası Şəki Apellyasiya Məhkəməsinin 2(107)-447/11 saylı iş üzrə xx.xx.2011-ci il tarixli qətnaməsini Şəki Apellyasiya Məhkəməsinin arxivindən tələb edərək iş materiallarına əlavə etmişdir. Məhkəmə kollegiyası tərəfindən Şəki Apellyasiya Məhkəməsinin 2(107)-447/11 saylı iş üzrə xx.xx.2011-ci il tarixli qətnaməsini nəzərdən keçirərkən müəyyən etmişdir ki, Cəfərova (Səfərəliyeva) Leyla Məmməd qızı İddiaçı mülkiyyətində olan torpaq sahəsi üzərində cavabdeh X3 30 aprel 2009-cu il tarixli etibarnamə ilə sərəncam verməyi etibar etmişdir. Göründüyü kimi X5 Yevlax Rayon Məhkəməsinin 3 iyul 2007-ci il tarixli, 2(039)- 321/2007 saylı qətnaməsindən ən azından 2011-ci il tarixdən məlumatlı olmuşdur. Ancaq o, qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti verməmişdir. Daha sonra kollegiya Yevlax Rayon Məhkəməsinin 3 iyul 2007-ci il tarixli, 2(039)- 321/2007 saylı qətnaməsi ilə maraqlarına toxunulan şəxslər Cavabdeh4 və Cəfərova (Musayeva) Günay Talıb qızının apellyasiya şikayətinin mümkünlüyünə qiymət verərək qeyd edir ki, həmin şəxslər də apellyasiya şikayəti vermə müddətini ötürmüşlər. Belə ki, Cavabdeh4 18 yaşı 2011-ci il tarixdə tamam olmuşdur. Cəfərova (Musayeva) Günay Talıb qızının 18 yaşı isə 2012-ci il tarxdə tamam olmuşdur. Bu müddətdə apellyatorların Yevlax Rayon Məhkəməsinin 3 iyul 2007-ci il tarixli, 2(039)-321/2007 saylı qətnaməsindən məlumatlı olmamaları barədə dəlilləri əsassızdır. Kollegiyanın iclasında izahat verən Cavabdeh4 və Cəfərova (Musayeva) Günay Talıb qızı izahat verərək bildirmişlər ki, qeyd edilən mübahisəli torpaq sahəsinin ataları tərəfindən icarəyə verilmişdir. Ona görə də torpaq sahəsi ilə maraqlanmamışlar. Kollegiya apellyatorların bu izahatlarını inandırıcı hesab etmir. Belə ki, Cavabdeh1 Yevlax Rayon Məhkəməsinin 3 iyul 2007-ci il tarixli, 2(039)- 321/2007 saylı qətnaməsini mübahisələndirməmişdir. Həmin qətnaməni mübahisələndirmədiyi halda Cavabdeh1 öz övladları Cavabdeh4 və Cəfərova (Musayeva) Günay Talıb qızına necə deyə bilərdi ki, torpaq sahəsini icarəyə vermişdir. Eyni zamanda torpağı hansı məbləğdə icarəyə verdiyini deyə bilərdi. Halbuki, apellyatorlar torpaq sahəsini hansı məbləğdə icarəyə verilməsinə dair hər hansı bir sübutu məhkəmələrə təqdim etməmişlər. Həmin torpaq sahəsinin icarəyə verilməsinə dair apellyatorların dedikləri inandırıcı deyildir. Ona görə də kollegiya hesab edir ki, apellyatorlar mübahisəli torpaq sahəsinin ataları tərəfindən satılmasına dair Yevlax Rayon Məhkəməsinin 3 iyul 2007-ci il tarixli, 2(039)- 321/2007 saylı qətnaməsindən ən azından 18 yaşları tamam olduğu müddətdə xəbərdar olmuşdurlar. Çünki həmin vaxt onlar mübahisəli torpaq sahəsinin əkib-becərilməsində maraqlı olardılar. Ancaq torpaq sahəsinin satılmasından xəbərdar olduqlarından bu işdə maraqlı olmamışlar. Göründüyü kimi Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdeh L.Cəfərova və işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan şəxslər qismində Cavabdeh4 və G.Cəfərova tərəfindən xx.xx.2022-ci il tarixdə, yəni mübahisəli qətnamədən 15 ilə yaxın müddət keçdikdən sonra apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulmuş hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminatın mahiyyətinə görə, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Ədalətli məhkəmə araşdırması hüquqi müəyyənlik prinsipi ilə sıx bağlıdır və hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur. Hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli və mütənasiblik prinsipinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir. Məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə nəticələnə bilər. Qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək məqsədilə Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları, o cümlədən məhkəmə aktlarından müvafiq şikayətin verilməsinin prosessual müddətlərini tənzimləmişdir. Bu isə proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında prosessual müddətlər çərçivəsində şikayət vermək hüququnun təmin olunmasına, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir. “Akif Həsənov Azərbaycana qarşı” məhkəmə işi üzrə qəbul etdiyi Hüquqları Məhkəməsi göstərmişdir ki, “Hətta Bakı Apellyasiya Məhkəməsi onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir.” Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bundan başqa, həmin Məcəllənin 357.1-ci maddəsində deyilir ki, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 364.2-ci maddəsinə əsasən apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 363.1-ci maddəsinə əsasən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə. Həmin Məcəllənin 363.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Həmin Məcəllənin 363.4-ci maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.3-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Həmin Məcəllənin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər. Belə оlаn hаldа məhkəmə kоllegiyаsı hesаb edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətin uyğunluğunu yoxlamalı olduğu halda, bunu etmədiyindən həmin şikayətə apellyasiya qaydasında baxılması mümkün deyildir. Ona görə də hazırki iş üzrə Şəki Аpellyаsiyа Məhkəməsinin şikayətə baxılmasının mümkün hesab edilməsi və işin icraata qəbul edilməsi haqqında qərardadı ləğv edilməklə, iş apellyasiya baxışından çıxarılmalı və apellyasiya qeyri-mümkün hesab edilməklə Yevlax Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 402.2.5-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 263-264, 384, 395-397, 400, 402 və 405-ci maddələrinin tələblərini rəhbər tutаrаq, məhkəmə kоllegiyаsı QƏRARA ALDİ: İddiaçı Sabəddin qızının cavabdehlər Cavabdeh1 və Cəfərova (Səfərəliyeva) Leyla Məmməd qızına qarşı əqdin bağlanmış hesab edilməsi tələbinə dair 2(107)-1009/2022 saylı mülki iş üzrə Şəki Аpellyаsiyа Məhkəməsinin şikayətə baxılmasının mümkün hesab edilməklə işin icraata qəbul edilməsi haqqında 21 iyul 2022-ci il tarixli qərardadı ləğv edilsin. İş apellyasiya baxışından çıxarılsın və apellyasiya qeyri-mümkün hesab edilməklə Yevlax Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına “Elektron məhkəmə” informasiya sistemi qaydasında kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(107)-595/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-595/2023
18.05.2023 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver