Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-595/2025 22.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “ümumi istifadəyə verilmiş ictimai yolun açılması, cavabdeh tərəfindən qoyulmuş dəmir keçid qapıların sökülərək götürülməsi” tələbinə dair (Açar sözlər: gediş-gəliş yolunun açılması) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq və X9 ibarət tərkibdə, məhkəmə iclas katibi Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “ümumi istifadəyə verilmiş ictimai yolun açılması, cavabdeh tərəfindən qoyulmuş dəmir keçid qapıların sökülərək götürülməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2(019)- 388/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları 1.İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən Rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1988-ci tarixli 08 nömrəli qərarına əsasən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş JN 731 Kod 40110018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının 731 N planşetində göstərilən cizgisində qeyd olunan 1089.79 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsində olan ictimai yolun açılması, Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması və cavabdeh tərəfindən yolun giriş hissəsinə qoyulmuş taxta qapıların öz hesabına sökülərək götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2.İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə iddia tələbinin azaldılması barədə məhkəməyə ərizə verərək Balakən Rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 saylı qərarı ilə İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş JN-731 Kod 40110018 olan “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktının JN-731N planşetində göstərilən cizgilərdə qeyd olunan 1089,79 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulan ictimai yolun açılması,Cavabdeh tərəfindən qoyulmuş dəmir keçid qapıların sökülərək götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Balakən rayonu Gərəkli kəndində ailəsilə birlikdə yaşayır. Bir oğlu X24 Federasiyasındadır, qızı Havva Muradova isə Bakı şəhərinə ərə köçüb. Balakən rayonu Gərəkli kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsini və evini Balakən rayonu Mahamalar kənd sakini X2. Ona və ailə üzvlərinə məxsus Balakən Rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1988-ci tarixli 08 nömrəli qərarına əsasən 0.39 ha olan kənd təsərrüfatı təyinatlı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının 731 N planşetində göstərilən 1089.79 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsində bir mərtəbəli ev tikmiş və həmin evdə yaşayır. Onun JN 731 Kod 40110018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gedən ictimai yol vardır.Həmin yolu qonşusu Cavabdeh taxta qapılar qoyaraq bağlamış, onun və ailə üzvlərinin gediş-gəlişinə maneçilik yaradır. Dəfələrlə, onunla məhkəmədən kənar pretenziya qaydasında aparılan danışıqlar müsbət nəticə verməmişdir. İddia ərizəsinə əlavə edilmiş Balakən rayonu Gərəkli Bələdiyyəsinin 25 may 2023-cü il tarixli 25 nömrəli arayışından da görünür ki, Gərəkli kənd sakini Cavabdeh qonşusu İddiaçı evinə gedən dalan yola taxta qapı salaraq bağlamışdır. Həmin bağlanmış yol bələdiyyə mülkiyyətinə aid olan ümumi istifadədə olan yoldur.İddia ərizəsinə əlavə edilmiş Baxış Aktında göstərilir ki, “Balakən rayonu Gərəkli Bələdiyyəsinin sədri X11, Balakən rayon İHB-nin Gərəkli kənd İƏD üzrə nümayəndəsi X16, Balakən rayonu Gərəkli kənd sakini İddiaçı etibarnamə üzrə nümayəndəsi-vəkil Nümayəndə və Gərəkli kənd sakini Cavabdeh iştirakları ilə həmin aktı tərtib edirik, ondan ötəri ki, İddiaçı şikayəti əsasında onun həyətyanı sahəsinə və evinə gedən ümumi istifadədə olan yolun qonşusu Cavabdeh tərəfindən taxta qapılar qoyularaq bağlanması, həmin yola qoyduğu qapıları qıfıllayaraq, İddiaçı və qeyrilərinə yol ilə gediş-gəlişinə və hərəkət etməsinə maneəçilik yaratması ilə bağlı şikayəti əsasında həmin yola baxış keçirilmiş və mübahisənin həlli üçün Cavabdeh taxta qapıların götürülməsi, ictimai yolun açılması lazım olması barədə xəbərdarlıq edildi. Lakin, Cavabdeh bununla razılaşmayaraq, ictimai yolun açılmasına razılıq verməmiş və işin məhkəmə yolu ilə həllinə üstünlük verdiyini bildirmişdir. Bu barədə yola baxış aktı tərtib edildi, yolun qapı qoyulmuş hissəsinin fotoşəkli çəkildi,aktın doğruluğunu imzaları ilə təsdiq edirik.” İddia ərizəsinə əlavə edilmiş Torpağa Mülkiyyət Hüququna dair JN-731 kod 40110018 olan Dövlət Aktının 731 N planşetindən görünür ki, İddiaçı ailə üzvlərinə 1089.79 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmışdır. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş 13 fevral 2024-cü il tarixli 3-21-3-47/2-520/2024 nömrəli məktubunda göstərilmişdir ki, “Balakən rayonu Aqrar İslahat Komissiyasının 30 iyun 1988-ci il tarixli 08 saylı qərarı ilə İddiaçı və onun ailə üzvlərinin adına verilmiş N-731 kod ******* olan “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktın” da 731 N planşetinin cizgisində qeyd olunan 1089 kv.m olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gedişgəliş üçün yol nəzərdə tutulması barədə müraciətinizə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmışdır. Müraciətinizin icrası ilə bağlı məlumat veririk ki, idarənin xidməti istifadəsində olan TEKUİS məlumat bazasında İddiaçı və onun ailə üzvlərinin adına verilmiş JN-731 kod 40110018 olan “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktın” da 731 N cizgisində qeyd olunan 1089 kv/m olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş üçün yol nəzərdə tutulmuşdur və həmin sahənin yaxınlığında ictimai yol mövcuddur. İddia ərizəsinə əlavə edilmiş fotoşəkildən görünür ki, Balakən rayonu Gərəkli kəndində yerləşən ictimai yola taxta qapılar qoyulmuşdur. Odur ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998- ci il tarixli 08 saylı qərarı ilə İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş JN- 731 Kod 40110018 olan “Torpağa mülkiyyət Hüququna dair” Dövlət Aktının JN-731N planşetində göstərilən cizgilərdə qeyd olunan 1089,79 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulan ictimai yolun açılması,Cavabdeh tərəfindən qoyulmuş dəmir keçid qapıların sökülərək götürülməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Cavabdeh iddianı qəbul etməyərək məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçı X12, özünün və ailə üzvülərinin mülkiyyətində olan torpaq sahəsinə gedən ictimai yolun olub-olmaması barədə heç bir sübut təqdim etməmişdir. Heyvanlar gəlib onun həyətinin ağzında natəmizlik yaradırlar. O və ailə üzvüləri isə heyvan natəmizliyinin iyinə dözə bilmirlər. Bu səbəbdən o, həyətinin qarşısındakı dalana dəmir keçid qapıları qoymuşdur. İddiaçının iddia tələbi əsassızdır. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Balakən rayon Gərəkli bələdiyyəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
7. Məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
8. Balakən Rayon Məhkəməsinin ( hakim Hümbət Səlimov ) 28 noyabr 2024-cü il tarixli, 2(019)-388/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Balakən Rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 saylı qərarı ilə X13 və onun ailə üzvülərinin mülkiyyətinə verilmiş JN731 Kod 40110018 olan “Torpağa mülkiyyət Hüququna dair” Dövlət Aktının 731N planşetində göstərilən cizgilərdə qeyd olunan 1089,79 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulan ictimai yol açılması, Cavabdeh tərəfindən həmin ictimai yolun başlanğıc hissəsinə qoyulmuş dəmir keçid qapıları onun özünün hesabına sökülərək götürülməsi, 100 manat dövlət rüsumu xərci Cavabdeh tutulub iddiaçı X6 ödənilməsi, 50 manat ekspertiza xərcinin Cavabdeh tutulub dövlət büdcəsinə AzMEM VÖEN **********, X5, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 köçürülməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 nömrəli qərarı ilə X14, İddiaçı və X17 birgə mülkiyyətinə Balakən rayonu Gərəkli kəndi ərazisindən 0.39 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmiş və bu barədə JN-731 Kod 40110018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı təqdim edilmişdir. İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş JN-731 Kod 40110018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının 731 planşetində göstərilən cizgidə qeyd olunan 1089.79 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş üçün yol nəzərdə tutulmuş, lakin həmin gediş-gəliş yolu Cavabdeh tərəfindən dəmir keçid qapıları ilə bağlanmışdır.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
10. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 16 oktyabr 2024-cü il tarixli 10/2979 nömrəli ekspert rəyində göstərilmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2024-cü il tarixdə təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin müvafiq mütəxəssis rəyinə əsasən, Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 nömrəli qərarına əsasən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş JN- 731 Kod 40110018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının 731 planşetində göstərilən cizgidə qeyd olunan 1089.79 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə idarənin xidməti istifadəsində olan TEKUİS məlumat bazasında gediş-gəliş üçün yol nəzərdə tutulmuşdur. Həmin rəyə əsasən, Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 nömrəli qərarına əsasən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş JN-731 Kod 40110018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının 731 planşetində göstərilən cizgidə qeyd olunan 1089.79 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliiş üçün nəzərdə tutulmuş həmin yolun başlağıc hissəsində Cavabdeh tərəfindən keçid qapıları qoyularaq gediş-gəliş yolu bağlanmışdır.Torpaq sahələrinin yerləşmə vəziyyəti və mövcud olan yolun ölçüləri, koordinatları mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi İddiaçı və ailə üzvülərinin mülkiyyətində Balakən rayonu Gərəkli kəndində yerləşən 0.39 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə gediş-gəliş üçün bələdiyyə mülkiyyətində olan ictimai yol mövcuddur. İddiaçı və ailə üzvülərinin həmin ictimai yoldan istifadə etmək hüquqları olsa da o, həmin yoldan istifadə edə bilmir. Belə ki, İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 1089.79 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş yol Cavabdeh tərəfindən zəbt olunaraq dəmir keçid qapıları ilə bağlandığından iddiaçı X13 həmin yoldan istifadə edə bilmir, onun hüquqları pozulur. Məhkəmə sözügedən yolun Balakən rayonu Gərəkli bələdiyyəsinin mülkiyyətində olmaqla ümumi istifadədə olan yol olmasını nəzərə alaraq hesab edir ki, iddiaçı X4 mülkiyyətində olan 1089.79 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş üçün yol nəzərdə tutulmuş ictimai yol açılmalıdır. Eyni zamanda Cavabdeh həmin yolu zəbt edib yolun başlanğıc hissəsinə dəmir keçid qapıları qanunsuz olaraq qoyduğundan, həmin dəmir keçid qapıları onun özünün hesabına sökülməlidir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsi, “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsi, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84, 111, 47-ci maddəsinin 1-3-cü hissəsi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1 və 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh apellyasiya şikаyəti vermişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı X12, özünün və ailə üzvülərinin mülkiyyətində olan torpaq sahələrınə gedən ictimai yolun olub-olmaması barədə birinci instansiya məhkəməsinə heç bir sübut təqdim etməmişdir. Onun açılmasını tələb etdiyi yol cavabdehin həyətyanı sahəsinə gedən yoldur. Həmin torpaq sahəsi ictimai yol deyildir. Dalan yolun eni 4 metrə qədərdir. İctimai yol isə 6 metr, yaxud ondan daha az olmamalıdır.
15. Həmçinin qeyd edir ki, heyvanlar gəlib onun yaşayış evinə gedən bu yolda natəmizlik yaradırlar. O və ailə üzvüləri isə heyvan natəmizliyinin iyinə dözə bilmirlər və bu səbəbdən də həyətinin qarşısındakı dalana dəmir keçid qapıları qoydurmuşdur.
16. İddiaçının da qeyd etdiyi kimi o (cavabdeh) özünə məxsus 0.12.ha həyətyanı torpaq sahəsini və evini Ramazan Mahatov adlı şəxsə satmışdır. Ceerçiyeva özünə məxsus torpaq sahəsini və evini satarkən hal-hazırda qanunsuz olaraq yaşayış evi tikdirdiyi 1089.79 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yolu kəsilmişdir. Bundan sonra isə iddiaçı onunla dalan yolun açılması ilə bağlı mübahisələrə başlamışdır. 17.Qeyd edir ki, mübahisəli torpaq sahəsini öz adına rəsmiləşdirmək üçün dəfələrlə Balakən rayon Gərəkli kənd Bələdiyyəsinə müraciət etsə də, Bələdiyyə tərəfindən ona bildirilmişdir ki, həmin torpaq sahəsi sənə dədə babandan miras qalmışdır və sənin mülkiyyətindədir. Hal-hazırda isə Gərəkli kənd Bələdiyyəsi bu torpaq sahəsinin Bələdiyyənin hesabında olduğunu bildirir. 18.Həmçinin iddiaçının birinci instansiya məhkəməsinə verdiyi bu iddia tələbi ilə bağlı mülki işə bir il yeddi ay müddətində baxılmış və iş üzrə iki dəfə Məhkəmə Tikinti Texniki ekspertizası keçirilmişdir. Mülki iş üzrə keçirilmiş xx.xx.2023-cü il tarixli 3-16- 16/2-106322 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı və ailə üzvlərinin adına tərtib edilmiş torpağa mülkiyyət hüququna dair 731A KOD 40110018 nömrəli Dövlət Aktının 731N cizgisində göstərilən 0.11ha pay torpaq sahəsinə kompleks yer quruluşu lahiyəsində yol nəzərdə tutulmamışdır. İddiaçının naturada mübahisələndirdiyi yol C. Ceerçiyevanın mülkiyyətində olan Balakən rayonu Gərəkli kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinə nəzərdə tutulmamışdır. İş üzrə ilkin olaraq verilmiş və ekspert Ziya Tağıyev tərəfindən imzalanmış bu rəydən məlum olmuşdur ki, iddiaçının yol olaraq mübahisələndirdiyi torpaq sahəsi ümumi istifadədə olan torpaq sahəsi deyildir və belə olan halda iddiaçının həmin torpaq sahəsinin açılmasını tələb etməsi əsaslı hesab oluna bilməz.
19. Əlavə edir ki, bundan sonra iş üzrə təkrar ekspertiza keçirilərək 16 oktyabr 2024cü il tarixli 10/2979 saylı ekspert rəyi alınmışdır. Bu rəydə isə göstərilmişdir ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 nömrəli qərarına əsasən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş JN-731 KOD 40110018 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 731 planşetində göstərilən cizgidə qeyd olunan 1089.79kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə idarənin xidməti istifadəsində olan TEKUİS məlumat bazasında gediş-gəliş üçün yolu nəzərdə tutulmuşdur. Həmin yolun başlanğıc hissəsində Cavabdeh tərəfindən keçid qapıları qoyularaq gediş gəliş yolu bağlanmışdır. Bu rəyin də ekspert Ziya Tağıyev tərəfindən imzalandığı görünür.
20. Hesab edir ki, Balakən Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2(019)- 388/2024 nömrəli qətnaməsi qanunsuz və ədalətsizdir. Eyni iş üzrə bir-birinə zidd iki ekspert rəyinin olması halı araşdırmamış və sübutlara düzgün qiymət verilməmişdir 21.Əlavə olaraq qeyd edir ki, iddiaçının sözü gedən iddiasının baxıldığı müddətdə hakim Hümbət Səlimov tərəfindən 05 mart 2024-cü il və 18 mart 2024-cü il tarixli Qərardadları ilə ərizəçi İddiaçı və onun nümayəndəsi vəkil H Muradovun “ Müvəqqəti təminat tədbirinin tətbiqinə dair” ərizələri təmin edilməmişdir. Hakim H.Səlimov özünün qəbul etdiyi qərardadların ziddinə olaraq iş üzrə 08 aprel 2024-cü il tarixdə iş üzrə ekspertiza təyin edib işin baxılmasında süründürməçiliyə yol verməklə qanunsuz qətnamə çıxarmışdır. 22.Həmçinin Məhkəmə prosesinə Balakən rayon Gərəkli kənd Bələdiyyəsinin sədri Mehman Qaybalıyevi və Bələdiyyə üzvlərini dəvət edərək iş üzrə əhəmiyyyət kəsb edən suallara cavab verilməsinin təmin edilməsini xahiş etsə də tələbi təmin edilməmiş, məhkəmə dəfələrlə onu məhkəmə iclasından kənarlaşdıracağı ilə hədələmişdir.
23. Odur ki, Balakən Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2(019)- 388/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. İddiaçı etibarnamə üzrə nümayəndəsi-vəkil Nümayəndə apellyasiya şikayətinə yazılı etirazında Cavabdeh hazırkı mülki iş üzrə apellyasiya şikayətinin təmin edilməməsi, Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(019)-388/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
25. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin olunması, Balakən Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, e-2(019)-388/2024 nömrəli qətnaməsinin ləğv olunması, İddiaçı ona qarşı “ümumi istifadəyə verilmiş ictimai yolun açılması” tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsi, Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(019)-388/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
27. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Balakən rayon Gərəkli Bələdiyyəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.
29. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin; 18-ci maddəsinə görə, şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edlir və ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatinin ödənilməsinə xidmət edən digər obyektlər altindakı torpaq sahələri yaşayiş məntəqələrinin torpaqlarinin tərkibinə daxildir. 84-cü maddəsinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Onların pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağandır və özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
31. Qərar: “X7rşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.
Apellyasiya baxışının hədləri
32. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Apellyator Balakən Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, e-2(019)- 388/2024 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.
36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
37. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı və ailə üzvülərinin mülkiyyətində Balakən rayonu Gərəkli kəndində yerləşən 0.39 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə gediş-gəliş üçün bələdiyyə mülkiyyətində olan ictimai yol mövcuddur. İddiaçı və ailə üzvülərinin həmin ictimai yoldan istifadə etmək hüquqları olsa da o, həmin yoldan istifadə edə bilmir. Belə ki, İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 1089.79 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş yol Cavabdeh tərəfindən zəbt olunaraq dəmir keçid qapıları ilə bağlandığından iddiaçı X13 həmin yoldan istifadə edə bilmir. Həmçinin sözügedən yol Balakən rayonu Gərəkli bələdiyyəsinin mülkiyyətində olmaqla ümumi istifadədə olan yoldur.
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır.
39. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının açılmasını tələb etdiyi yolun cavabdehin həyətyanı sahəsinə gedən yol olması, həmin torpaq sahəsinin ictimai yol olmaması, həmçinin heyvanların onun yaşayış evinə gedən bu yolda natəmizlik yaratmasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, iş materiallarında olan Balakən rayonu Gərəkli kənd Bələdiyyəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışda göstərilmişdir ki, Gərəkli kənd sakini Cavabdeh Şəmsəddlin oğlu tərəfindən qonşusu İddiaçı evinə gedən bağlanmış yol bələdiyyə mülkiyyətinə aid olan ümumi istifadə olan yoldur. 40.Məhkəmə kollegiyası apellyasiya şikayətinin mülki iş üzrə keçirilmiş xx.xx.2023-cü il tarixli 3-16- 16/2-106322 saylı ekspert rəyi ilə İddiaçı və ailə üzvlərinin adına tərtib edilmiş torpağa mülkiyyət hüququna dair 731A KOD 40110018 nömrəli Dövlət Aktının 731N cizgisində göstərilən 0.11ha pay torpaq sahəsinə kompleks yer quruluşu lahiyəsində yol nəzərdə tutulmaması, 16 oktyabr 2024-cü il tarixli 10/2979 saylı ekspert rəyində isə Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 nömrəli qərarına əsasən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş JN-731 KOD 40110018 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 731 planşetində göstərilən cizgidə qeyd olunan 1089.79kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə idarənin xidməti istifadəsində olan TEKUİS məlumat bazasında gediş-gəliş üçün yol nəzərdə tutulmasının göstərilməsi, eyni iş üzrə bir-birinə zidd iki ekspert rəyinin olmasına dair dəlili ilə bağlı qeyd edir ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli 3-16-16/2-106322 saylı ekspert rəyində göstərilən məlumatlar yanlış təfsir olunmuşdur. 41.Belə ki, 2(019)-388/2024 nömrəli mülki iş (digər mülki iş) üzrə verilmiş xx.xx.2023cü il tarixli 3-16-16/2-106322 saylı ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı mülkiyyətində olan 259 A saylı Şəhadətnamədə göstərilən Balakən rayonu, Gərəkli kəndində yerləşən 0.12 ha həyatyanı torpaq sahəsi ilə özünün ailə üzvlərinin ümumi birgə mülkiyyətinə işlənmiş 731 A KOD 40110018 nömrəli Dövlət Aktının 731 N cizgisində göstərilən 0.11 ha pay torpaq sahəsi bitişik ərazidə yerləşdiyinə görə həmin həyatyanı torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmuş, ancaq pay torpaq sahəsinə ayrıca gediş-gəliş yolu nəzərdə tutulmamışdır. 42.Göründüyü kimi birinci ekspert rəyi verilərkən İddiaçı ayrıca mülkiyyətində olan 259 A saylı Şəhadətnamədə göstərilən Balakən rayonu, Gərəkli kəndində yerləşən 0.12 ha həyatyanı torpaq sahəsi ilə özünün ailə üzvlərinin ümumi birgə mülkiyyətinə işlənmiş 731 A KOD 40110018 nömrəli Dövlət Aktının 731 N cizgisində göstərilən 0.11 ha pay torpaq sahəsi bitişik ərazidə yerləşmiş və ümumi gediş-gəliş yolu olmuşdur. Sonradan iddiaçı tərəfindən özünün mülkiyyətində olan 259 A saylı Şəhadətnamədə göstərilən Balakən rayonu, Gərəkli kəndində yerləşən 0.12 ha həyatyanı torpaq sahəsi digər şəxsə X1. 43.Hazırkı iş üzrə məhkəmənin qərarı əsasında keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 16 oktyabr 2024-cü il tarixli 10/2979 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatı nəticəsində müəyyən olunmuşdur ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 nömrəli qərarına əsasən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş JN-731 KOD 40110018 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 731 planşetində göstərilən cizgidə qeyd olunan 1089.79kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə idarənin xidməti istifadəsində olan TEKUİS məlumat bazasında gediş-gəliş üçün yolu nəzərdə tutulmuş həmin yolun başlanğıc hissəsində cavabdeh X3 tərəfindən keçid qapıları qoyularaq gediş-gəliş yolu bağlanmışdır. Həmçinin cavabdehin gediş-gəliş üçün nəzərdə tutulmuş bağladığı yol Balakən rayonu, Gərəkli kəndi Bələdiyyəsinin mülkiyyətində olmaqla, ümumi istifadədə olan yoldur.
44. Məhkəmə kollegiyası qeyd edir ki, məhkmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli 10/2979 nömrəli ekspertiza rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, cavabdeh bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
45. Həmçinin ekspert tərəfindən Məhkəmə ekspertizası fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən onun üzərinə qoyulmuş vəzifələrin pozulması halı müəyyən edilməmişdir.
46. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin eyni iş üzrə bir-birinə zidd iki ekspert rəyinin olması halının məhkəmə tərəfindən tam araşdırılmamasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
47. Göründüyü kimi qanunverici mülki iş üzrə ekspertiza təyin edilib-edilməməsini məhkəmənin üzərinə bir vəzifə olaraq qoymamışdır. Ona hüquq kimi tanımışdır. Buna baxmayaraq birinci instansiya məhkəməsi iş üzrə obyektiv və hərtərəfli araşdırmasının aparılmasını təmin etmək məqsədi ilə məhkəmə tikinti texniki ekspertizası təyin etmiş, mübahisəyə dair mütəxəssisin də rəyi alınmışdır. Həmçinin iş materiallarından iş üzrə torpaq sahələrinə yerində baxış keçirilməsi, yenidən ekspertizanın təyin edilməsi zərurəti də müəyyən edilməmişdir.
48. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının iddia tələbi ilə bağlı hər hansı sübut təqdim etməməsi, ekspert rəyi alınsa da, həmin rəyin mülki işin düzgün araşdırılması üçün kifayət olmamasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin hər iki tərəfinin verdiyi sübutlar tədqiq edilmiş, sübutların tədqiqi məhkəmə qətnaməsində aydın şəkildə öz əksini tapmış, birinci instansiya məhkəməsi gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutları sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir.
49. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
51. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli e-2(019)-388/2024 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.