Məhkəmə qərarları › İş №2(107)-597/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-597/2020

06.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-597/2020 06.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, X4 katibliyi, İddiaçı ASCnin nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı texnikanın geri qaytarılması və maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-1777/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-1777/2019 nömrəli qətnaməsi ilə (hakim Cahid İmanov) iddia qismən təmin edilmiş, lizinq obyekti olan BOREX-2102 markalı, 841952 şassi nömrəli, 683288 mühərrik nömrəli, 10 N 907 dövlət nömrə nişanlı ekskavatorun Cavabdeh alınaraq saz vəziyyətdə İddiaçı ASC-nə qaytarılması, 450,00 (dörd yüz əlli) manat və 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lizinq obyekti olan BOREX-2102 markalı, 841952 şassi nömrəli, 683288 mühərrik nömrəli, 10 N 907 dövlət nömrə nişanlı ekskavatorun cavabdehdən alınaraq saz vəziyyətdə İddiaçı ASC-nə qaytarılması, 450,00 (dörd yüz əlli) manat məbləğdə ödənilməmiş borcun, 1 241,00 (bir min iki yüz qırx bir) manat əldən çıxmış faydanın və 30 (otuz) manat dövlət rüsumunun cəmi 1 721,00 (bir min yeddi yüz iyirmi bir) manat məbləğin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı ASC-nin nümayəndəsi X3 göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2005-ci il tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları”na müvafiq olaraq İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 11/309 saylı operativ lizinq müqaviləsi ilə cavabdehə BOREX-2102 markalı, 841952 şassi nömrəli, 683288 mühərrik nömrəli, 10 N 907 dövlət nömrə nişanlı ekskavatoru lizinqə verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətlə Cavabdeh arasında bağlanmış operativ lizinq müqaviləsinin öhdəliyi 1241 manat olmağına baxmayaraq Lizinq alan Cəmiyyətin hesabına 791 manat ödəniş etmiş, 450 manat məbləği isə ödəməmişdir. Müqavilə müddəti xx.xx.2017-ci il tarixində bitsə də, cavabdeh Cəmiyyətin mülkiyyətində olan texnikanı geri qaytarmamış və bu günədək onun istifadəsindədir. Lakin, iddiaçıya olan borc vaxtında qaytarılmadığından iddiaçı dəfələrlə yaranmış borcun ödənilməsini və texnikanın geri qaytarılmasını tələb etsə də, cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə iddiaçıya olan borcunu ödəməkdən və texnikanı qaytarmaqdan yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 2018-2019-cu il tarixlərində müqavilə bağlayacağı təqdirdə tarif cədvəlinə əsasən cavabdeh, Cəmiyyətin bank hesabına 1241,00 (bir min iki yüz qırx bir) manat öhdəlik ödəməli idi. İddiaçı Cavabdeh vermiş olduğu texnikanı başqa vətəndaşa verərək ondan gəlir əldə edə bilərdi. Lakin cavabdeh həmin texnikanı vaxtında geri qaytarmadığına görə iddiaçı texnikanı yenidən dəyərləndirə bilməmişdir. Buna görə də, iddiaçı adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olmuşdur. Buna görə də, Cavabdeh oğl İddiaçı ASC-yə əldən çıxmış faydaya görə 1241 AZN ödəməlidir. İddianı müdafiə edir. İddianın təmin edilməsini məhkədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, xx.xx.2017-ci il tarixli, 11/309 saylı operativ lizinq müqaviləsi ilə ona BOREX-2102 markalı, 841952 şassi nömrəli, 683288 mühərrik nömrəli, 10 N 907 dövlət nömrə nişanlı ekskavator ona lizinqə verilmişdir. Sözügedən müqaviləni imzalayıb, texnikanı özü təhvil alsa da, həmin texnika həmişə dayısının istifadəsində olmuşdur. Həmçinin dayısı ona lizinq müqaviləsi ilə hansı pul məbləğlərini ona vermişdirsə həmin pulu ödəniş kimi iddiaçıya ödəmişdir. Özü heç bir ödəniş etməmiş və texnikadan istifadə etməmişdir. Həmin texnika hal-hazırda da dayısı Abidin istifadəsindədir. Qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpelyаsiyа şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cаvаbdeh Cavabdeh apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qətnaməsindən narazıdır. Elə hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Odur ki, qətnamədən apelyasiya şikayəti vermişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, e-2(075)- 1777/2019 saylı qətnaməsindən göründüyü kimi, işə baxan birinci instansiya məhkəməsi işdə olan iddia tələbinin əsaslarına dair sübutları əsas götürmüş, cavabdeh tərəfindən təqdim olunmuş subutları bir kənara qoymuşdur. Beləliklə də, məhkəmə tərəfindən işdə olan sübutlara obyektiv və tam baxılması təmin ediməmiş və həmin sübutlara müvafiq gələn qanun normalarına müvafiqqiymət verilməmişdir. Beləliklə də, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 87-ci maddəsinin tələblərinə ziddiyyətli mövqe göstərmişdir. Məhkəmənin ədalət mühakiməninin əsas prinsiplərini - çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsini təmin etməyən, şəffaf həqiqət olan, işin qanuna əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiqini tapan faktiki hallarına dair sübutlara obyektiv, hərtərəfli və tam baxmaması ilə bağlı əlavə sübutlarını məhkəməyə təqdim edəcəkdir. İşdə olan sübutlara tətbiq edilməli olan qanunları tətbiq etməyən məhkəmə qəbul etdiyi qərar üçün istinad etdiyi qanunlara belə müvafiq qiymət verməmişdir. Odur ki, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş birinci instansitasiya məhkəməsinin qətnaməsində məhkəmənin rəhbər tutduğu qanunlar işin faktiki halları ilə açıq-aşkar böyük ziddiyyət təşkil edir. İddiaçı tərəfindən tələb olunan əmlakın ona heç bir aidiyyəti olmadığını, iddia tələbi üzrə onun deyil, X1 əsl cavabdeh olduğunu bildirməyi, buna dair sübutlarını təqdim etməsinə, məhkəmənin tapşırığı əsasında X1 məhkəməyə dəvət olunmasına və onun məhkəmədə ifadə verməsinə baxmayaraq məhkəmə, onu işə cəlb etməmiş və iş üçün əhəmiyyətli olan təqdim olunmuş sübutları nəzərə almaq istəməmişdir. Beləliklə də, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinin tələblərin təmin etməmişdir. Məhkəmə tərəfindən qeyd etdiyi nöqsanlara yol verilməsi birinci instansiya məhkəməsinin qətnaməsində öz təsdiqini tapır. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)- 1777/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında Cavabdehapelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi X3 apelyasiya şikayətinə etiraz edərək apelyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-1777/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdehtərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-1777/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan xx.xx.2017-ci il tarixli, 11/309 saylı kənd təsərrüfatı texnikasının qısa müddətli lizinqə verilməsi barədə müqavilənin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh ASC BOREX-2102 markalı, 841952 şassi nömrəli, 683288 mühərrik nömrəli, 10 N 907 dövlət nömrə nişanlı ekskavatoru lizinqə verilmişdir. İşdə olan texniki vəziyyət haqqında xx xxxxxx 2017-ci il tarixli, 11/309 nömrəli aktın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ASC-nin Şəki RN-nin istifadəsində olan BOREX-2102 markalı, 841952 şassi nömrəli, 683288 mühərrik nömrəli, 10 N 907 dövlət nömrə nişanlı ekskavatorbölmənin mexanizatoru Cavabdeh təhvil verilmişdir. Cavabdeh aktı imzalayaraq sözügedən texnikanı təhvil almışdır İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixli 11/309 nömrəli müqavilə üzrə İddiaçı ASC-nə olan gecikdirilmiş borcu 450 manat təşkil edir. İşdə olan qəbzlərdən görünür ki, Cavabdeh tərəfindən İddiaçı ASC-nə xx.xx.2017-ci il tarixdə 100 manat, xx.xx.2017-ci il tarixdə 100 manat, xx.xx.2017-ci il tarixdə 50 manat, xx.xx.2017-ci il tarixdə 200 manat, xx.xx.2017-ci il tarixdə 150 manat, xx.xx.2017-ci il tarixdə 150 manat ödəniş edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 442, 448.2, 465.2,, 747.1 və 748-1.1-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1.-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən güzəştli lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinqalana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verəməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana güzəştli lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) tərqdim etməlidir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 11/309 saylı operativ lizinq müqaviləsi ilə cavabdehə BOREX-2102 markalı, 841952 şassi nömrəli, 683288 mühərrik nömrəli, 10 N 907 dövlət nömrə nişanlı ekskavatoru lizinqə verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətlə Cavabdeh arasında bağlanmış operativ lizinq müqaviləsinin öhdəliyi 1241 manat olmağına baxmayaraq Lizinq alan Cəmiyyətin hesabına 791 manat ödəniş etmiş, 450 manat məbləği isə ödəməmişdir. Buna görə də İddiaçı ASC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin əldən çıxmış fayda hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı cavabdehdən əldən çıxmış faydanın əvəzi olaraq 1241 manat məbləğində pul tələb etsə də, əldə olunacaq faydanın nədən ibarət olması və həmin faydanın miqdarı barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişlər. Buna görə də məhkəmə iddianı bu hissədə əsassız hesab edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia qismən təmin edilərək Cavabdeh 450 manat əsas borc və 20 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nə ödənilməli, lizinq obyekti olan BOREX-2102 markalı, 841952 şassi nömrəli, 683288 mühərrik nömrəli, 10 N 907 dövlət nömrə nişanlı ekskavator saz vəziyyətdə Cavabdeh alınaraq İddiaçı ASC-nə geri qaytarılmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehin göstərdikləri əsaslı hesab edilə bilməz. Yuxarıda göstərilən qanun normalarının və qərarların tələblərindən də göründüyü kimi, iddiaçı hazırki iddia ilə məhkəməyə müraicət etməkdə, birinci instansiya məhkəməsi isə iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edirki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh apelyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-1777/2019 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpelyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyаbilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-1777/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar