Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-603/2020 20.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu, Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı onun, vəkili X6, Cavabdeh1 və onun vəkili X2 iştirakları ilə, Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2014-cü il tаrixli, 2(051)-627/2014 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzil sahəsinə olan istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanda yerləşən 9 saylı mənzilin yaşayış sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2014-cü il tаrixli, 2(051)-627/2014 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanda yerləşən 9 saylı mənzilin yaşayış sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilmiş və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. Bundan sonra Cavabdeh1 apelyasiya şikayəti və qarşılıqlı iddia ərizəsi verərək ünvan 1 ünvanda yerləşən 9 saylı mənzilin yaşayış sahəsinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.Mingəçevir ŞəhərXDS İcraiyyə Komitəsinin xx xxxx 1984-cü il tarixli 187№-li qərarıilə onlara 4 nəfər ailə tərkibi ilə (ər-arvad biz, iki uşaq) mənzil növbəliliyi qaydasında hazırda mübahisələndirilən S.Vurğun küçəsi (hazırda Təbriz küçəsi) 15 №-li evin yaşayış sahəsi 47.31 kv.metr olan 3 otaqlı 9 saylı mənzili verilmiş və İddiaçı adına xx.xx.1984-cü il tarixli 1458№-li Order yazılmışdır. İddiaçı həmin mənzil işlədiyi 102 №-li Tikinti idarəsində iş yeri üzrə mənzil növbəliliyi qaydasında verilmişdir. O 1988-ci ilə qədər X1 işləmiş və kombinatdan işdən çıxaraq X7 Zavoduna fəhlə işə düzəlmişdir. Yəni, ailələrinin saxlanması üçün ev işləri görməklə, ailə təsərrüfatı aparmaqla yanaşı ailə büdcələrinə qazanc da gətirmişdir. Özü də İİ qrup əlidir,kirayə haqqı verməyə imkanı yoxdur. Qayıdıb gəlib Mingəçevir şəhərinə, müvəqqəti olaraq qardaşı Eyyub Əliyevin yanında yaşayır. İddiaçı da əvvəlki kimi onu öz qanuni və hüquqi əsaslarla yaşadığı mənzilə buraxmır. Həmin mənzildə onun cehiz əşyaları da bu günə qədər var {siyahı əlavə olunur).O daha qardaş evində yaşamaq istəmir. Onu da qeyd edir ki, aralarında olan nikah Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2011-ci il tarixli 2(051)-166/2011 saylı qətnaməsiilə İddiaçı iddiası əsasında pozulmuş və o həmin məhkəmə iclasında da məlumatlı olmadığına görəiştirak etməmişdir. Ona görə də Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2014-cü il tаrixli, 2(051)-627/2014 saylı qətnaməsi ləğv olunmalı, ilk iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 və onun vəkili X4 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili X6 apelyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq Cavabdeh2 heç bir üzrlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş qarşılıqlı iddia icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayaraq, proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2014-cü il tаrixli, 2(051)- 627/2014 saylıqətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2 və 387.2.2-ci maddələrinə əsasən, işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. İş materiallarından görünür ki, mülki iş üzrə cavabdeh məhkəmə baxışı iclasları təyin edilmiş, lakin bu barədə işdə iştirak edən cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş və işə onun iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdır. Bu hal isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2 və 387.2.2-ci maddələrinə əsasən, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. “Gyuleva Bolqarıstana qarşı” iş üzrə x xxxx 2016-cı il tarixli Qərarında Avropa Məhkəməsi vurğulamışdır ki, tərəflərin məhkəmə baxışında iştirak etmək hüququ Konvensiyanın 6-cı maddəsinin məqsədləri və təyinatından irəli gəlir. 6-cı maddənin 1-ci paraqrafı sənədlərin rəsmi qaydada verilməsinin xüsusi formasını nəzərdə tutmur. Buna baxmayaraq, işin çəkişmə prinsipi əsasında həyata keçirilməsini müəyyən edən fundamental prinsipin də daxil olduğu ədalətli məhkəmənin ümumi konsepsiyası tələb edir ki, mülki prosesin bütün tərəfləri məhkəmə qərarına təsir etmək üçün əks tərəfin irəli sürdüyü dəlillərlə, təqdim etdiyi sübutlarla tanış olmaq və onlara şərh vermək imkanına malik olmalıdır. İlk növbədə, məhkəmə baxışı kimə qarşı yönəlmişsə, o şəxs məlumatlandırılmalıdır. Məhkəmə bildirişləri də daxil olmaqla, məhkəmə sənədlərinin şəxsən çatdırılmaması ərizəçini, məhkəmədə özünü müdafiə etmək hüququndan məhrum edə bilər. Beləliklə, Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən, məhkəmə sənədlərinin lazımi qaydada göndərilməməsi ədalətli məhkəmə araşdırmasının pozuntusu kimi qiymətləndirilir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2014-cü il tаrixli, 2(051)-627/2014 saylı qətnаməsi tamamilə ləğv edilməli və yeni qətnamə qəbul edilməlidir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2014-cü il tаrixli, 2(051)-627/2014 saylı qətnaməsi Cavabdeh1 tərəfindən mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya dəlilləri həcmində yoxlamağı zəruri hesab edir. Bu mövqe həm də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyası ilk növbədə ilk iddia tələbinə münasibət bildirərək qeyd edir ki, ilk iddia Cavabdeh1 münasibətdə əsassızdır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçıla Cavabdeh1 ilə 1978-ci ilin iyun ayındafaktiki ailə qurmuşlar. Toyları Gədəbəy rayonunun Daşyurd kəndində olmuşdur, toydan sonra cavabdeh həyat yoldaşının valideynlərinin evinə gəlin köçmüş, gəlin köçəndə həmin evə cehiz əşyalarını da aparmışdır. Nikahları isə xx.xx.1978-ci ildəMingəçevir şəhər VVADQ Şöbəsində rəsmiləşdirilmişdir. Cavabdeh toylarından əvvəl o 1976-cı ilin payızından Mingəçevir şəhərində yaşayır, 1977-ci ildən X1 sarıyıcı sexində fəhlə işləyirmiş və kombinatın “qızlar yataqxanasında” qeydiyyatda olmaqla kombinatın “ailəlilər yataqxanasında” qardaşı X5 ilə birgə yaşayırmış. Ailə qurandan l(bir) həftə sonra o, İddiaçı və qardaşı ilə birgə yaşadıqları yataqxanaya köçmüşlər. Mingəçevir ŞəhərXDS İcraiyyə Komitəsinin xx xxxx 1984-cü il tarixli 187№-li qərarıilə onlara 4 nəfər ailə tərkibi ilə (ər-arvad, iki uşaq) mənzil növbəliliyi qaydasında hazırda mübahisələndirilən S.Vurğun küçəsi (hazırda Təbriz küçəsi) 15 №-li evin yaşayış sahəsi 47.31 kv.metr olan 3 otaqlı 9 saylı mənzili verilmiş və İddiaçı adına xx.xx.1984-cü il tarixli 1458№-li Order yazılmışdır. İddiaçı həmin mənzil işlədiyi 102 №-li Tikinti idarəsində iş yeri üzrə mənzil növbəliliyi qaydasında verilmişdir. O 1988-ci ilə qədər X1 işləmiş və kombinatdan işdən çıxaraq X7 Zavoduna fəhlə işə düzəlmişdir. Tərəflər 2008-ci ilə kimi birgə yaşadıqdan sonra iddiaçı cavabdehi döyərək evdən qovmuşdur. Bundan sonra cavabdeh dəfələrlə evlərinə gəlmiş, lakin idiaçı onu içəri buraxmayıb, qapının qıfılını dəyişmişdir. Hazırda cavabdeh İİ qrup əlil olmaqla işləmir. Cavabdehin cehiz əşyaları da bu günə qədər mübahisəli mənzildədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında mübahisəli hüquq münasibətləri xx xxxxxxx 2009-cu il tarixədək yarandığına görə, hazırkı mübahisə ilə bağlı hüquq münasibətlərinə 01 оktyаbr 2009-cu il tаrixədək qüvvədə оlmuş Аzərbаycаn Respublikаsı Mənzil Məcəlləsinin mаddələri tətbiq edilməlidir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Аzərbаycаn Respublikаsı Mənzil Məcəlləsinin 60-cı mаddəsinin 1-ci hissəsinə görə, icаrədаr və yа оnun аilə üzvləri müvəqqəti bаşqа yerə getdikdə, оnlаrın yаşаyış sаhəsi аltı аy sаxlаnılır. Həmin Məcəllənin 87-ci maddəsinə görə, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. «Аzərbаycаn Respublikаsı Mənzil Məcəlləsinin 60-cı mаddəsi hаqqındа» Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin xx.xx.1999-cu il tаrixli qərаrındа göstərilmişdir ki, Аzərbаycаn Respublikаsı Mənzil Məcəlləsinin 60-cı mаddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə аlınmаlıdır ki, Аzərbаycаn Respublikаsı Mənzil Məcəlləsinin 87-ci mаddəsində və Аzərbаycаn Respublikаsının digər qаnunvericilik аktlаrındа göstərilən əsаslаr müəyyən edilmədikdə, icаrədаr və yа оnun аilə üzvlərinin müvəqqəti, о cümlədən аltı аy və dаhа uzun müddətə bаşqа yerə getməsi həmin şəxsləri yаşаyış sаhəsinə оlаn hüquqlаrındаn məhrum etmir. «Respublikа məhkəmələri tərəfindən mənzil qаnunvericiliyinin tətbiqi təcrübəsi hаqqındа» Аzərbаycаn Respublikаsı Аli Məhkəməsi Plenumunun xx.xx.1992-ci il tаrixli 2 nömrəli Qərаrının 9-cu bəndinə müvafiq olaraq kirayəçinin və onun ailə üzvlərinin daimi yaşamaq üçün başqa yerə getmələri ilə əlaqədar, kirayə müqaviləsinin ləğv edilməsinə dair mübahisəni həll edərkən məhkəmə kirayəçinin başqa yerə getməsini və ya həmin yaşayış məntəqəsinin başqa yaşayış sahəsinə köçməsini sübut edən sənədləri tələb etməyə borcludur. Belə sübutlara yaşayış sahəsindən qeydiyyatdan çıxarılmağa, iş yerindən çıxıb, yeni iş yerindən mənzillə təmin edilməyə və sair sənədlər ola bilər. Beləliklə kollegiya hesab edir ki, cavabdehin mübahisəli evdə yaşamamasının səbəbi daimi olaraq başqa ünvanda yaşamaq üçün getməsi deyil, iddiaçının onun mübahisəli mənzilə buraxmaması olmuşdur. Ona görə də kollegiya hesab edir ki, iddia təmin edilə bilməz və rədd edilməlidir. Məhkəmə kollegiyası ilk iddia tələbinin Cavabdeh2 istifadə hüququnun itirilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia ərizəsi həmin hissədə əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, o ailə quraraq daimi olaraq mübahisəli mənzili tərk etmişdir. Ona görə də iddia Cavabdeh2 aid hissədə təmin edilməli, Cavabdeh2 mübahisəli mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir. Məhkəmə kollegiyası qarşılıqlı iddia ərizəsi ilə bağlı onu qeyd edir ki, qarşılıqlı iddia əsaslıdır. İş materiallarına əlavə olunmuş xx xxxx 1984-cü il tarixli 1458 saylı orderin təsdiq olunmuş surətindən görünür ki. Mingəçevir şəhər XDS İK-nın xx xxxx 1984-cü il tarixli qərarına əsasən Mingəçevir şəhər Səməd Vurğun küçəsi 15 saylı evin 9-cu mənzili 4 nəfər ailə bi ilə (özü, arvadı, oğlu və qızı) İddiaçı istifadəsinə verilmişdir. Göründüyü kmi, mübahisəli mənzil iddiaçı ilə ailə üzvlərinin birgə istifadəsinə verilmişdir. Cavabdeh iddiaçı ilə bərabər ailə üzvü kimi birgə təsərrüfat aparmışdır. Azərbaycan Respublikası Konstitusiyaının 33, 43 və 71-ci maddələrinin tələbinə görə hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz və Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə əsasən kollegiya hesab edir ki, qarşılıqlı iddia əsaslı olduğundan təmin edilməli,Cavabdeh1 mübahisəli mənzilə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər., maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2014-cü il tаrixli, 2(051)-627/2014 saylıqətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 apelyasiya şikayəti təmin edilsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2014-cü il tаrixli, 2(051)-627/2014 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanda yerləşən 9 saylı mənzilin yaşayış sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə iddia ərizəsi qismən təmin edilsin. Cavabdeh2 mübahisəli ünvan 1 ünvanda yerləşən 9 saylı mənzilə istifadə hüququ itirilmiş hesab edilsin. İddia ərizəsi Cavabdeh1 münasibətdə təmin edilməsin. Qarşılıqlı iddia ərizəsi təmin edilsin. Məmmədova X3 şəhəri Təbriz küçəsi ev 15 ünvanda yerləşən 9 saylı mənzilə köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-603/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-603/2020
20.02.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver