Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-603/2022 26.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı və X2 cavabdehlər Cavabdeh2, X5 qarşı «mənzilə istifadə hüququnun müəyyən edilməsi və mənzilə köçürülmə» tələbinə dair (Açar sözlər: mənzilə istifadə hüququnun müəyyən edilməsi və mənzilə köçürülmə) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X3 iclas katibliyi və cavabdeh X4 vəkili Vəkil iştirakı ilə İddiaçılar İddiaçı və X2 cavabdehlər Cavabdeh2, X5 qarşı «mənzilə istifadə hüququnun müəyyən edilməsi və mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Mingəçevir Şəhər Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2(051)-187/2022 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları: 1.Mingəçevir ŞİHB-nın 21.12.1992-ci il Sərəncamının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh2 əvəzsiz olaraq şəxsi mülkiyyətinə verilmişdir və notarial qaydada müqavilə bağlanmaqla şəxsi mülkiyyət hüququnu təsdiq edən sənədlər Cavabdeh2 təqdim edilmiş və bu mənzil dövlət qeydiyyatına alınmışdır. 2.26.01.1993-cü il tarixli Qeydiyyat Vəsiqəsindən də görünür ki, bu mənzil mülkiyyət hüququ ilə Cavabdeh2 adına 1/113 nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. DƏDRX Yevlax Rayon Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın surətindən (əsli elektron baza sistemindədir) görünür ki, Mingəçevir şəhəri, H.Əliyev prospekti ev 40, 25 saylı mənzili mülkiyyət hüququ üzrə Cavabdeh2 adına 26.04.2018-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. 3.Mingəçevir ŞPŞ-nın 07.10.2021-ci il tarixli vəkil sorğusuna cavab məktubundan görünür ki, Cavabdeh2 İddiaçı notarial qaydada razılıq ərizəsi verməsi aşkar olunmamışdır. 4.İddiaçı şəxsiyyət vəsiqəsinin surətindən və yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, Alıyeva X1 şəhəri, H.Əliyev prospekti ev 40, 25 saylı mənzilində qeydiyyatdadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat 5.İddiaçılar İddiaçı və X6 iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququnun müəyyən edilməsi və mənzilə köçürlməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. 6.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı Cavabdeh2 gəlini olmuşdur. Cavabdehin oğlu olan X8 ilə nikahlarını 24 dekabr 2003-cü ildə Mingəçevir şəhər VVADQ şöbəsində rəsmiləşdirmişlər. Onların birgə nikahdan 26 noyabr 2004-cü il təvəllüdlü Gülgün və 21 fevral 2009-cu il təvəllüdlü Elgün adlı uşaqları dünyaya gəlmişdir. Bir neçə ay əvvəl Anar Alıyevlə münasibətləri pozulmuş və Mingəçevir Şəhər Məhkəməsinin 08.09.2021-ci il tarixli qətnaməsinə əsasən aralarında olan nikah pozulmuşdur. 26 noyabr 2004-cü il təvəllüdlü Gülgün adlı uşaqları onun yanında qalmışdır. Anar Alıyevlə ayrılsa da onun və qızının yəni X2 yaşamağa başqa bir yeri yoxdur. 2003-cü ildən gəlin köçmüş və həmin vaxtdan mənzildə qeydiyyatdadır. X6 həmin mənzildə anadan olmuş və həmin mənzildə qeydiyyatdadır. Evdən istifadə etməyinə qaynatası notarial qaydada razılıq vermişdir. Lakin ailə münasibətlərində yaranmış münasibətlər nəticəsində sözügedən mənzildən lazımi qaydada istifadə edə bilmir. 7.Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ə.Hüseynov) 10 yanvar 2022-ci il tarixli, 2(051)-187/2022 nömrəli qətnaməsi ilə İddiaçı və X2 cavabdehlər Cavabdeh2 və X5 qarşı «mənzilə istifadə hüququnun müəyyən edilməsi və mənzilə köçürülmə» tələbinə dair iddiası əsassız olduğu üçün rədd edilmişdir. 8.Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, təqdim olunmuş sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən obyektiv, hərtərəfli və tam baxaraq, tərəflər arasında olan münasibətlərə tətbiq olunan hüquq normaları əsasında qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri yaşayış sahəsindən istifadə hüququ verilməsi və mənzilə köçürmə ilə bağlı yaranan mülki mübahisədir. Baxılan iş üzrə, mənzilin mülkiyyətçisinin mənzilə sahiblik, sərəncam və istifadə hüquqlarını məhdudlaşdıran müqavilə və qanunla müəyyənləşdirilmiş elə bir hal yoxdur ki, mülkiyyətçi iddiaçının mənzildən istifadə hüququna razılıq verməyə borclu olsun. Məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının istinad etdiyi 1982-ci ilin Mənzil Məcəlləsinin 53, 54 və 123-cü maddələri özəlləşməyən, yəni Mənzil Orderi olan evlərə şamil olunur. Bu mənzilin heç vaxt orderi olmayıb, yəni ilkin sənədindən də görünür ki, bu mənzil Cavabdeh2 xüsusi mülkiyyətinə verilmiş və dövlət qeydiyyatına alınmışdır. İddiaçının tələbinin hüquqi əsası yoxdur. Belə ki, yuxarıda göstərilənlərə əsasən cavabdehlərə məxsus olan mənzil mülkiyyət sənədinə bərabər tutulmuş və həmin mənzildə qeydiyyatda olan iddiaçının mənzilə hər hansı hüququ olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə mülkiyyətçinin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqlarını daha üstün hüquq kimi tanıyaraq iddiaçının tələbinin heç bir hüquqi əsasının olmaması qənaətindədir. 9.Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli qərarına, AR Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il qərarına, AR Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5ci maddəsinə dair 27 may 2008-ci il qərarına, AR Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.2, 218.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri 10.Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. 11.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş materiallarını araşdırmamış və öz mülahizələrinə uyğun qətnamə çıxarmışdır. Qarşı tərəfin təqdim etdiyi sübutları təkzib edəsi lazım qədər sübutları var. Onları Apellyasiya məhkəməsində təqdim edəcəkdir. Həmin sübutları birinci instansiya məhkəməsində təqdim etmək imkanı olmamışdır. Belə ki, məhkəmə tələsik işi tam araşdırmadan və sübutlarını təqdim etmək üçün şərait yaratmadan qətnamə çıxarmışdır. Cavabdehin yəni mənzilin mülkiyyətçisinin onun mənzilə istifadə hüququnun tanınması ilə bağlı razılığı olması ilə bağlı sübutları var. Bunlardan cavabdehin xəbəri yoxdur və o öz sübutlarını təqdim edəcəkdir. Qeyd edilənlərə əsasən Mingəçevir Şəhər Məhkəməsinin 10.01.2022-ci il tarixli, 2(051)- 187/2022 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 12.Apellyasiya şikayətlərinə qarşı iddiaçı tərəfindən yazılı etiraz verilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X4 vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, İddiaçı mübahisəli mənzilə 2003-cü ildə gəlin köçmüşdür. Həmin vaxt mənzil qeydiyyat vəsiqəsi ilə mülkiyyət hüququ əsasında digər Cavabdeh2, yəni birinci iddiaçının qayınatasına məxsus olmuşdur. Mənzildə istifadə hüququnun yaranması ilə bağlı mülkiyyətçi ilə iddiaçı arasında heç bir notarial razılaşma olmamışdır. Hesab edir ki, apellyasiya şikayəti tam əsassızdır. Ona görə də şikayətin təmin olunmamasını xahiş edir. 14.Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı tərəf və digər cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
15.Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 16.Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
17.Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. 228.5-ci maddəsində isə təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Həmin qərarda Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5ci maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələlərlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onları tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına uyğun olaraq 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1. və 228.2. maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər
Apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayətindən görünür ki, apellyator Mingəçevir Şəhər Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2(051)-187/2022 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Ona görə də kollegiya Mingəçevir Şəhər Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2(051)-187/2022 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 22.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir.
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. 24.İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş və mübahisələndirilməyən hallarından göründüyü kimi iddiaçı Aynur Alıyeva birinci cavabdehin oğlu Anar Alıyevlə 2003-cü ildə nikaha daxil olduqdan sonra mübahisəli mənzilə köçmüş, orada əri və onun valideynləri ilə birlikdə yaşayıb ümumi təsərrüfat aparmışdır. 25.Göründüyü kimi tərəflər arasında hazırki mənzil hüquq münasibətləri 2003-cü il tarixdə yarandığından hazırki mübahisəyə 2000-ci il redaksiyalı Mülki Məcəllənin müddəaları tətbiq edilməlidir
26. Yuxarıda sadalanan qanunvericilik normalarının (Mülki Məcəllənin 228.5-ci maddəsinin mənasından və Konstitusiya Məhkəməsinin qərarından) aydın olur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə birgə yaşayan ailə üzvlərindən yalnız ər, arvad, valideynlər və uşaqlar yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququna malikdirlər və onların istifadə hüququnun tanınması üçün notarial qaydada təsdiq olunmuş müqavilə tələb olunmur.
27. Mülki işin faktiki hallarından görünür ki, iddiaçılar mülkiyyətçiyə münasibətdə “ailə üzvü” olmamaqla, “digər ailə üzvü” statusuna malik olan şəxslərdir. Bu baxımdan iddiaçıların həmin yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.2-ci və ya 228.1-ci maddələrinə əsasən yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanın bağlanması və ya bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunur. Hazırkı işdə belə razılaşmanın olması sübut olunmur. 28.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı Aynurə Alyeva və onun azyaşlı uşağının mübahisəli mənzilə dair istifadə hüququ əmələ gəlməmişdir. Ona görə də, onların mübahisəli köçürülməsi tələbləri əsassızdır.
29. İddiaçıların mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmalarına münasibət bildirən kollegiya bildirir ki, onların həmin mənzildə qeydiyyatda olması hələ istifadə hüququnu olması anlamına gəlmir. Çünki qeydiyyat əmlak hüquqlarını yaratmır. Qeydiyyatın məqsədi isə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda açıqlanmışdır. Həmin Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. 30.Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər 31.Göründüyü kimi qeydiyyat hər hansı hüquq yaratmır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Sonuncuya dair kollegiya qeyd edir ki, əşyalara dair əmlak hüquqlarının yaranması, qeydiyyatı və s. məsələlər Mülki Məcəllə ilə tənzimlənir və həmin Məcəllənin tələblərinə görə iddiaçıların mübahisəli mənzilə istifadə hüququ yaranmamışdır. 32.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 33.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2(051)-187/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Ayaz Mahmudov