Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-604/2025 10.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada ayrılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada ayrılması tələbi, rədd) X2 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada ayrılması tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, 2(051)-13/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada ayrılmasını tələb edir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada ayrılması tələbinə dair Mingəçevir şəhər Məhkəməsində iddia qaldırmışdır.
3. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Minngəçevir şəhər Topçubaşov küçəsi 6 ünvanında yerləşən 0.08 ha torpaq sahəsi üzərində ½ hissədə onun, ½ hissədə isə Cavabdeh əmməd oğlunun paylı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Qardaşı ilə əldə etdiyi razılığa əsasən 25 il bundan əvvəl qeyd olunan torpaq sahəsində inşa olunmuş evin 2 otağının bir otağındn qardaşı olan cavabdeh bir otağında isə o istifadə edəcəkdir. Cavabdeh ailəsi 4 nəfərdən onun ailəsi isə 5 nəfərdən ibarətdir və münasibətləri yaxşı deyildir. Bir daha bildirir ki qardaşı Cavabdehla o uzun müddətdir öz aralarında olan faktiki razılıq əsasınd yaşadıqları evin bir hissəsindən Cavabdeh digər hissəsindən isə o bərabər şərtlər daxilində istifadə etmək üçün özlərinə zəruri şərait yaratmışdır. Onların istifadəsində olan yaşayış sahəsi bir birlərindən təcrid olunmuşdur. Bu isə evə iki giriş yolunun açılması ilə nəticələnmişdir. Mübahisəli evin daxilində və xaricində aparılmış dəyişikliklər nə Cavabdeh nədə ki onun mənzilindən istifadə hüquqları məhdudlaşdırılmamış əksinə dahada yaxşılaşdırılmışdır. Ona görə də bu hal uzun müddət davam etmiş onlar bu bölgüyə və dəyişikliyə həmin vaxt etiraz etməmişlər. Bundan başqa cavabdehin yaşadığı evdən və həyətyanı torpaq sahəsindən təyinatına uyğun olaraq istifadə etmələri onun tərəfindən məhdudlaşdırılmır. Buna baxmayaraq Cavabdeh Məhkəmədə ona qarşı əsassız iddialar qaldırır. Hazırkı vaxtda torpaq üstündə əsassız mübahisələr edir. İlkin əvvəldə payların xx.xx.2016-cı il tarixli RX seriyalı ******* saylı çıxarışa əsasən naturada ayrılmasını məhkəmədən xahiş etmişdir. Mingəçevir şəhər Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli 2(051)-198/2019 saylı qətnaməsinə əsasən iddia tələbi təmin olunmuşdur. X11 Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(107)41/2020 saylı qətnaməsinə əsasən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmişdir. Həmin qətnamədə xx.xx.2016-cı il tarixli RX seriyalı ******* çıxarışda o və İddiaçı başqa X7 Məmmədovun da paylı mülkiyyətçi olduqları Mingəçevir şəhər Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli qətnaməsi ləğv olunmuşdur. Hazırda Mingəçevir şəhəri, Topçubaşov küçəsi, 6 ünvanda yerləşən 0.08 ha torpaq sahəsi üzərində ½ hissədə onun ½ hissədə isə cavabdeh əmmədov Zahir Məmməd oğlunun paylı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır.
4. Mingəçevir Şəhər Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, 2(051)-13/2025 nömrəli qətnaməsi ilə (hakim Elza Cəbrayılzadə) iddia tələbi təmin edilmiş, xx.xx.2020–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********58 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsasən ünvan 1 ünvanında yerləşən 0.08 ha torpaq sahəsi üzərində İddiaçı payı ½ hissə və Cavabdeh payı ½ hissə olmaqla naturada ayrılması qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikasının Konstitusiyasına 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 213.1 və 213.2-ci maddələrinə istinad etmişdir.
6. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İşdə olan Məhkəməyə təqdim olunmuş DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.08 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə 1/2 hissədə İddiaçı və 1/2 hissədə Cavabdeh adına xx.xx.2020-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır İşdə olan Məhkəməyə təqdim olunmuş DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.08 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı Məmmədov Məmməd Əziz oğlunun X3 və Cavabdeh xx.xx.2015-ci il tarixdə ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli 2(051)- 198/2019 saylı qətnaməsindən görünür ki İddiaçı və Cavabdeh məxsus həyətyanı torpaq sahələri arasında sərhəd naturada müəyyən edilməsi Sərhədlər İddiaçı və Cavabdeh arasında faktiki istifadəsində olan variantda müəyyən edilməsi Cavabdeh aparılan söküntü işləri və digər qanunsuz əməllərin aparılması qadağan edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin 2 107 -41/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsi, Mingəçevir Şəhər Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli, 2(051)-198/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinə mülkiyyət payının naturada ayrılması və özbaşına söküntü işlərinin aparılmasının dayandırılması tələbinə dair iddiası rədd edilməsi haqqında qətnamə qəbul edilmişdir. İşdə olan Azərbaycan espublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020- ci il tarixli 2(102)-3437/2020 saylı qərarına əsasən İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-41/2020 nömrəli iş üzrə 13 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin 2(051)-46/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçılar Cavabdeh, X1, X9, X6 cavabdeh İddiaçı qarşı ünvan 3 ünvanda yerləşən, 2 otaqlı, 35 kvadrat metr sahədən ibarət mənzilin otaqları arasında olan qapıların açılıb əvvəlki vəziyyətə qaytarılması, İddiaçı istifadəsində olan otağın pəncərəsinin əvvəlki yerinə qaytarılması, mövcud olan pəncərənin bağlanması, orderdə qeyd olunan 35 kvadrat metrlik sahədən ibarət 2 otaqdan yaşayış hüquqlarının bərpa edilməsi, cavabdeh tərəfindən qoyulan maneələrin aradan qaldırılması, mənzilə girişin əvvəlki vəziyyətdə bərpa olunması, cavabdehin yaşayış otağına bitişik inşa etdirdiyi tualet-hamamın öz vəsaiti hesabına sökülməsi, Məmmədov Məmməd Əziz oğlunun sağlığında inşa olunmuş otağa və köməkçi sahəyə girişə qoyulmuş maneənin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməmişdir. X8 2-1(116)-163/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddiaçı Cavabdeh Azərbaycan espublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı ünvan 4 ünvanda olan 35 kv.m olan yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydə alınıb çıxarııın verilməsi öhdəliyin cavabdhin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamışdır. Məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 07 sentyabr 2023-cü il tarixli, 10/3807 saylı rəydə göstərilmişdir ki, Mingəçevir şəhəri Topçubaşov küçəsi ev 6 ünvanda yerləşən torpaq sahəsinin naturada tərəflər arasında faktiki istifadəsində olan variantda iki hissəyə bölünməsi texniki cəhətdən mümkündür.
7. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
8. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, İddiaçı məhkəmədə ona qarşı Mingəçevir şəhəri Topçubaşov küçəsii 6 unvanında yer1əşən 0,08 ha torpaq sahəsinin ********** qeydiyyat nömrəli, 18.11 .2020-ci ii qeydiyyat tarixli cixarışa əsasən onunla arasında 1/2 hissədə naturada ayrılması haqqında iddia qaldırmışdır. İddia ərizəsinə sübut qismində Şəki Apellyasiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali məhkəməsinin qərarını təqdim etmişdir Məhkəmə də qətnaməsində həmin qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinə istinad etmişlər. Həmin qətnamələrdən görünür ki, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinə mülkiyyət payının naturada ayrılması ve özbaşına söküntü işləri aparılmasının dayandayandırılması tələbinə dair 2019-cu ildə iddia qaldırmış və Mingəçevir şəhər məhkəməsinin 30 yanvar 2019-cu il tarixli, 2(051)-198/2019 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 13 fevral 2020-i il tarixli, 2(107)-41/2020 saylı qətnaməsinə əsasən tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 30 yanvar 2019-cu ii tarixli, 2(051)-198/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qebul edilərək İddiaçı ona qarşı torpaq sahəsinə mülkiyyət payının naturada ayrılması və özbaşına söküntü işlərinin aparılmasının dayandırılması tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 iyul 2020-ci il tarixli 2(102)-3437/2020 saylı qətnaməsi ilə İddiaçı qətnamədən vermiş olduğu kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin 13 fevral 2020-i il tarixli, 2(107)-41/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddianı əsaslı hesab etməyən məhkəmələr göstərmişlər ki, «Qanunla tərəflərdən hər birinə 400kv. metr torpaq sahəsindən istifadə etməli olduğı halda hər iki tərəf qanunla muəyyən edilmiş torpaq sahəsindən daha cox sahədən (İddiaçı 457 kv. metr və Cavabdeh 405 kv. metr) istifadə edirlər. İddianın məzmunundan görünür ki, torpaq sahəsində tikintilər mövcuddur. Belə ki, həmin sahə həyətyanı torpaq sahəsi olmaqla üzərində fərdi yaşayış evi yerləşir. xx.xx.2019-cu il tarixli ekspert rəyi obyektivliyi təmin etməmişdir. Ekspertiza həyətyanı torpaq sahəsində yerləşən evin yerləşmə vəziyyətini nəzərə alınmadan keçirilmişdir. Torpaq sahəsinin 16 metrlik en hissəsi iddiaçı, 8 metrlik hissəsi cavabdeh üçün bölünmüşdür. Birinci instansiya məhkəməsi hansı səbəbdən söküntü işlərinin özbaşına olması və həmin tikililərin hansi səbəbdən iddiaçiya məxsus olması səbəbindən cavabdehə qadağan edliməsini əsaslandıra bilməmişdir.» Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3-cü maddəyə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İlk öncə iddianın icraata qəbul edilməsi ilə onu bildirir ki, Məcəllənin 153.2.-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyniəsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina etməlidir. İş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmasına baxmayaraq məhkəmə nəinki iddianı icraata qəbul etmiş, həmçinin qətnamə üzrə müəyyən edilmiş faktları nəzərə almadan yeni qərar qəbul etmişdir. Məhkəmənin istinad etdiyi 07 sentyabr 2023-cü il tarixli məhkəmə tikinti –texniki ekspertizasının rəyindən də görünür ki, Mingəçevir şəhəri Topçubaşov küçəsi ev 6 ünvanda yerləşən torpaq sahəsinin üzərində fərdi yaşayış evinin və əlavə tikililərin olduğu müəyyən edilmişdir. Hesab edir ki, məhkəmənin iddianı təmin edilməsi üçün istinad etdiyi 07 sentyabr 2023-cü il tarixli ekspert rəyi həmçinin Mingəçevir şəhəri Topçubaşov küçəsi ev 6 ünvanda yerləşən torpaq sahəsinin ümumi sahəsinin 800 kv metr olması ilə bağlı mübahisəlidir. Belə ki, Məhkəmə Ekspertiza Mərkəzinin 03 yanvar 2019-cu il tarixli rəyində isə Mingəçevir şəhəri Topçubaşov küçəsi ev 6 ünvanda yerləşən torpaq sahəsinin faktiki 862 kv. metr(405 və 457 olmaqla) olması müəyyən edilmişdir. Hansı ki, həmin rəydə iddiaçı tərəfdən sübut qismində məhkəməyə təqdim edilmişdir. Məhz həmin 62 kv.m sahənin həmin torpaq sahəsində order əsasında Məmməd Məmmədov və ailəsinə verilmiş yaşayış evi yerləşir ki, torpaq islahatı zamanı həmin yaşayış evi nəzərə alınmaqla həyətyanı torpaq sahəsi istifadəçilərin mülkiyyətinə verilmişdir. Hazırda isə həmin yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsini paylı mülkiyyətinə almış İddiaçı əmlakın vahid daşınmaz əmlak olmasını nəzərə almadan evin ölçüləri nəzərə alınmadan torpaq sahəsinin naturada ayrılmasını tələb etmiş və məhkəmədə onun əsassız iddiasını təmin etmişdir. İddiaçının təqdim etdiyi yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Mingəçevir şəhəri Topçubaşov küçəsi 6 ünvanda tərəflərdən başqa Tahirə Həbibullayeva, Tural Məmmədov. Orxan Məmmədov qeydiyyatdadırlar. İş materiallarından görünür ki, ünvan 5 ev Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 10 aprel 1969-cu il tarixli 1 saylı qərarı əsasında tərəflərin atası Məmmədov Məmməd Əziz oğluna və onun ailə üzvlərinə verilmiş, 353 saylı order yazılmışdır. Həmin mənzil özəlləşdirilməmiş və bununla bağlı məhkəmə mübahisəsi məhkəmədə davam edir. Həmin evdə isə yaşayış yeri haqqında arayış üzrə adı keçən şəxslər qeydiyyatadırlar və yaşayırlar. Məhkəmə qətnaməsi ilə isə həmin yaşayış evi nəzərə alınmadan iddia tələbinə qiymət verilərək iddia təmin edilmişdir.
9. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, 2(051)- 13/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Mingəçevir Şəhər Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, 2(051)-13/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və Mingəçevir Şəhər Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, 2(051)-13/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Konstitusiyası: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.1., 220.2 və 220.3-cü maddələri).
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
19. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
20. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
21. Cavabdeh Məmmədov X4 Şəhər Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, e- 2(051)-13/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verdiyindən və qətnamənin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.
23. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsaslıdır.
24. Belə ki, iş materiallarına əlavə olunmuş məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, ünvan 5 ünvanda yerləşən torpaq sahəsinin naturada tərəflər arasında faktiki istifadəsində olan variantda iki hissəyə bölünməsi texniki cəhətdən mümkünlüyü qeyd olunmuşdur.
25. Lakin işdə olan ünvan 5 ünvanda yerləşən torpaq sahəsinin bölgü sxemindən görünür ki, naturada tərəflər arasında faktiki istifadədə olan variantda 2 hissəyə bölünərkən torpaq sahəsinin üzərindəki tikililərin tərəflər arasında bərabər bölünməsi təmin edilməmişdir.
26. Belə ki, həmin torpaq sahəsində olan ölçüləri 41.25 m² və 19.98 m² olan tikililər tamamilə İddiaçı istifadəsində olan sahəyə düşmüşdür.
27. Halbuki, həmin tikililərin kimin mülkiyyətində olmasını müəyyənləşdirmək mümkün deyildir.
28. Apellyasiya şikayətinin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
29. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
30. Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz.
31. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir.
32. Məhkəmə kollegiyasının apellyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla apelyasiya şikayətinin təmin edilməsinə və qətnamənin ləğv olunmasına əsas olan hallar müəyyən edilmişdir.
33. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 217-ci mаddəsinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır.
34. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir.
35. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
36. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
37. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəlmədiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olmadığından, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, 2(051)-13/2025 nömrəli qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməli, iş üzrə 50 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, 2(051)-13/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada ayrılması tələbinə dair iddiası rədd edilsin. İş üzrə 50 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.