Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-607/2020 10.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X13 iclas katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X8 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdehnə və Cavabdeh Zaqatala X2rşı əmrin ləğv edilməsi və işə bərpa olunmaqla məcburi proqula görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(033)-441/2019 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh nümayəndəsi X14 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Cavabdeh Zaqatala X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Zaqatala Regional X17 xx xxxxxx 2018-ci il tarixli, 299-k saylı əmrinin ləğv edilərək, işinə bərpa olunmaqla məcburi proqula görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Əliyyəddin oğlu xx.xx.2019-cu il tarixli ərizə ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək onun Cavabdeh Zaqatala X2rşı “İşə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair” mülki işə Cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(033)-441/2019 nömrəli (hakim T.Həsənov) qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh Zaqatala Regional Birliyinin Qİİ-nin xx xxxxxx 2018-ci il tarixli 299-K saylı əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh Zaqatala Regional Birliyinin Qİİ-nin Ağdaş rayonu üzrə Təmir-bərpa xidmətinə altıncı dərəcəli əl ilə qaynaqda elektrik qaynaqçısı vəzifəsinə bərpa olunması və ona məcburi proqula görə əmək haqqı ödənilməsi, Cavabdehndən 126 (bir yüz iyirmi altı) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinədarlıq Agentliyi - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4 qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh nümayəndəsi X14 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, “Cavabdeh” Ağdaş X17 xx xxxx 2006-cı il tarixli, 17 saylı əmrinə əsasən idarənin qəza dispecer xidmətinə çilingər peşəsinə işə qəbul edilmişdir. İdarənin xx xxxxxxxx 2008-ci il tarixli 74 saylı əmrinə əsasən qaynaqçı işinə keçirilmişdir. İşlədiyi müddətdə işinə vicdanla yanaşmış, üzərinə düşən vəzifənin öhdəsindən ləyaqətlə gəlmişdir. Müdiriyyət tərəfindən barəsində heç bir inzibati tənbeh tədbiri görülməmişdir. Cavabdeh Zaqatala X20 İdarəsi rəisinin 299-K saylı, xx xxxxxx 2018-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin "ç" bəndinə əsasən (heç bir üzürlü səbəb olmadan işə gəlməməsi) onunla bağlanmış əmək müqaviləsi ləğv edilərək tutduğu işdən azad edilmişdir. Cavabdeh orqan Zaqatala X1 işdən azad olunması barədə həmin əmrini aşağıda göstərilən səbəblərə görə qanunsuz və əsassız hesab edir, həmin əmr ləğv edilməklə o işinə bərpa olunmalı və məcburi proqula görə görə əmək haqqı almalıdır. Cavabdeh orqan onu işdən azad edərkən heç bir qanunvericilik normalarına əsaslanmamış, səbəbsiz yerə onu işdən azad etmişdir. Belə ki, hələ 2018-ci ildə cavabdeh orqanın Ağdaş sahəsinin rəhbərliyi heç bir əsas göstərmədən ona deyirdi ki,onunla işləmək istəmirlər. Get xəstəlik vərəqinə (bülletenə) çıx və sonra da özünə pensiya düzəltdir. O, pensiyaya hələ çox vaxt qaldığını, qüsursuz işləməyini, onunla işləmək istəməməsinin səbəbini ondan soruşanda və qısa cavab verərək bildirmişdir ki, sadəcə onun işdən çıxmasını istəyirlər. Özü çıxmasa bir bəhanə ilə onu işdən çıxaracaqlar. Həmin vaxtdan rəhbərlik onu naryada yazmır, hər dəfə onunla kobud rəftar edirdi. Nəhayət xx xxxxxx 2018-ci il tarixdə onun işə gəlməyinə, işə davamiyyət tabelinə imza etməyinə baxmayaraq ona deyildi ki, bu gündən işdən azaddır. O, birbaşa cavabdeh Zaqatala X20 İdarəsinə gedərək işə buraxılmamağının səbəbini onlardan soruşanda ona dedilər ki, səbirli ol yaxın günlərdə onu işinə bərpa edəcəklər. Bu bəhanələrlə onu 2019-cu ilin fevral ayının 10-na kimi işə bərpa edəcəklərinə arxayın etmişlər. İşdən azad olunması ilə əlaqədar İdarə və Həmkarlar İttifaqı tərəfindən heç bir iclas keçirilməmiş, keçirilibsə belə o, həmin iclasa dəvət olunmamış və iştirak etməmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar ona heç bir xəbərdarlıq edilməmiş, müqavilənin ləğv edilməsi barədə ona məktub göndərilməmişdir. Bildirir ki, o yuxarıda qeyd etdiyi kimi işlədiyi uzun müddət ərzində işində və əmək funksiyasının yerinə yetirilməsində heç bir qanunsuzluğa, özbaşınalığa, səhlənkarlığa və digər neqativ hallara yol verməmişdir. Ona görə də, işlədiyi müddət ərzində ona heç bir xəbərdarlıq edilməmiş, irad tutulmamış və töhmət və şiddətli töhmət verilməmişdir. İşlədiyi müddətdə əmək intizamına ciddi riayət etmiş, işinə vicdanla yanaşmış, peşəsi üzrə üzərinə düşən öhdəliyi vaxtlıvaxtında yerinə yetirmişdir. Hətta faydalı işinə və nümunəvi əmək fəaliyyətinə görə xx xxxxxxxx 2011- ci il Cavabdeh Həmkarlar İttifaqı Komitəsi tərəfindən, xx xxxxxxxx 2014-cü il tarixdə "Nefçilər günü” münasibəti ilə Birliyin Baş Direktoru və xx xxxxx 2018-ci il də yenə də Birliyin Baş direktoru tərəfindən Fəxri Fərmanlarla təltif olunmuşdur. Cavabdeh orqanın X23 idarəsi İdarənin X27 sahəsi rəhbərinin qərəzli mövqeyinə inanaraq Əmək Məcəlləsinin tələblərinə uyğun olmadan onu işdən azad etməsi ədalət prinsipinə və həmçinin Əmək Məcəlləsinin müvafiq maddələrinə uyğun gəlmir. Ona qarşı belə qərəzli mövqe tutmuş cavabdeh orqan ən azı onun işlədiyi müddətdə heç bir qanun pozuntusuna yol vermədiyinə, işinə vicdanla yanaşmasına, rəhbərlik tərəfindən əməyinin qiymətləndirilməsinə hörmətlə yanaşmalı, indiki çətin vəziyyətdə balalarına bir tikə çörək pulu qazanmağına bais olmamalı idi. Belə ki, cavabdeh onu Əmək Məcəllləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad etsə də əmək kitabçasında əmək vəzifələrinin kobud şəkildə pozulması əsasını yazmışdır. Halbuki Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəni iki hissədən ibarət olmaqla “yaxud” sözü ilə ayrılır və "əmək vəziflərinin kobud şəkildə pozulması” ikinci hissəyə aid olmaqla 72-ci maddədə nəzərdə tutulur. (70-ci maddənin ç bəndi: - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda). Göründüyü kimi cavabdeh onu Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad etsə də, əslində həmin Məcəllənin 72-ci maddəsini tətbiq etmişdir ki, həmin maddədə sadalanan halların heç biri baş verməmişdir. Eyni zamanda İddiaçı izahatına əlavə olaraq göstərmişdir ki, guya o, Cavabdeh Zaqatala Regional X17 rəisi Qurban Mehdiyevə izahat yazaraq xx xxxx 2018-ci il tarixdən xx xxxx 2018-ci il tarixinədək tabeldə çəkilən imzaların ona məxsus olduğu, xx xxxxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixinədək tabeldə çəkilən imzaların isə ona məxsus olmadığını göstərmişdir. Halbuki o, elə bir izahat yazmamışdır. Bundan başqa, X22 X15 XS-də təmir bərpa xidmətində işləyən işçilərin işə davamiyyət jurnalında onun adı qarşısındakı imzalar ona məxsusdur. Bundan əlavə Cavabdeh əmək kitabçasının və onun içliyinin hərəkətinin uçotu kitabında onun adının qarşısında, “əmək kitabçasını alan fəhlə və ya qulluqçunun imzası və tarixi” qrafasındakı imza və tarix onun tərəfindən icra edildiyini xatırlamır, amma onu dəqiq bilir ki, qeyd olunan yazı həmin tarixdə icra edilməmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh nümayəndəsi X14 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Zaqatala Rayon Məhkəməsi xx xxxxxxx 2019-cu il tarixli 2(033)-441/2019 nömrəli qətnaməni çıxararkən maddi və prossesual hüquq normalarını pozmuş, mülki işdə olan maddi sübutlara və işin hallarına düzgün hüquqi qiymət verməmişdir. Zaqatala Rayon Məhkəməsi hazırkı qənaətə gələrkən qərarında araşdırmalı olan məqamlara və maddi sübutlara diqqət yetirməmiş, iş üzrə tələb olunan sübutlar təqdim edilməsinə baxmayaraq onlara düzgün hüquqi qiymət verməmiş və iş üzrə maddi hüquq normasını düzgün tədbiq etməmişdir. Keçən məhkəmə araşdırmalarında müəyyən edilmiş hallardan, tərəflərin izahatlarından və məhkəmə iclasında tədqiq edilən sübutlarından göründüyü kimi İddiaçı xx xxxxxx 2018-cı ildə 299/k saylı əmrlə iş yerindən azad edilmişdir. Həmin əmr ona elan olunmuş, müvafiq sənədlər ona təqdim edilmiş və iddiaçı da öz növbəsində "əmək kitabçası və onun içliyinin hərəkətinin uçotu” jurnalına xx.xx.2019-cu il tarixdə imza etməklə götürmüşdür. Mülki işin faktiki hallarından və sübutlarından göründüyü kimi İddiaçı xx.xx.2018-ci ildən işdən azad edilməsindən və ona əmrin elan olunmasından bir ay müddətində xx.xx.2019-cu il tarixədək hazırkı tələblə məhkəməyə müraciət etməli halda əksinə bir ay sonra xx.xx.2019-cu il tarixdə poçt vasitəsilə məhkəməyə müraciət etmişvəonun ərizəsi xx.xx.2019-cu il tarixdə iddia müddətinin ötürüldüyü bir ay səkkiz gün sonra məhkəmədə qeydiyyata alınmışdır. Beləliklə İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməklə iddia müddətini ötürmüşdür.Bununla bağlı iddia müddətinin tətbiq edilməsi ilə bağlı məhkəməyə əsaslanıdırlmış ərizə təqdim edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2, 296.6, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 382-ci maddələrini rəhbər tutaraq iddia müddətinin tətbiqinə dair ərizəni təmin etməmişdir. Belə ki, məhkəmə bununla bağlı qənaətə gələrkən İddiaçı xəstəliyini, savadsızlığını, köməksiz vəziyyətdə olmasına dair ərizəsini nəzərə almış, onun 13 il qaz təsərrüfatında işləməsini, 54 yaşında olmasını müstəsna hal kimi iddia müddətinin ötürülməsini üzürlü hesab edilməsinə əsas gətirmişdir ki, bu da tamamilə əsassızdır. İddiaçı xx.xx.2018-ci ildən etibarən faktiki işə çıxmaması və işə çıxmamasının səbəbləri barədə məlumatın verilməməsi ilə bağlı Ağdaş xidmət sahəsi xx.xx.2018-ci il tarixli 2153 saylı xidməti məlumat vermişdir. Bununla əlaqədar olaraq Zaqatala RQİİ tərəfindən İddiaçı Ağdaş Mərkəzi Rayon Xəstəxanasında və Ağdaş Rayon Polis Şöbəsində qeydiyyata düşməsi barədə xx.xx.2018-ci il tarixli sorğular edilmişdir. Adı çəkilən müəssisələr sorğuları cavablandıraraq İddiaçı qeydiyyatının olmamasını bildirmişlər. Araşdırma zamanı eyni zamanda Ağdaş xidmət sahəsi tərəfindən xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018-ci il tarixli tərtib edilmiş aktlar təqdim edilərək İddiaçı faktiki iş yerində olmamasını bildirmişlər. Eyni zamanda TBX-də işçilərin davamiyyət jurnalında xx.xx.2018- ci il tarixədək imza qrafalarının qarşısında İddiaçı imza icra etmədiyi müəyyən edilmişdir. Qeyd olunan tarixədək İddiaçı işdə olmasını sübut edəcək sənədlər, həmçinin işə gəlməməsinin üzürlü olması üçün sübutlar təqdim etmədiyindən, həmçinin araşdırma zamanı onun işdə olmamasının üzürlü olması faktı ilə bağlı əsaslı dəlillər olmadığından onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə işdən azad edilməsinə münasibət bildirilməsi üçün Zaqatala RQİİ-nin xx.xx.2018ci il tarixli xx.xx.2018-ci il tarixli 01/QM-1838 saylı müşayət məktubu ilə Həmkarlar Təşkilatına xx.xx.2018-ci il tarixli 2763 saylı təqdimat verilmişdir. Həmkarlar Təşkilatı xx.xx.2018-ci il tarixli 02 saylı rəy təqdim edərək İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə işdən azad edilməsinə etiraz edilmədiyini bildirmişdir. Həmkarlar Təşkilatının təqdim etdiyi sənədlərdən göründüyü kimi, HT Zaqatala RQİİ-nin təqdimatı əsasında xx.xx.2018-ci il tarixdə İddiaçı xx.xx.2018-ci il tarixdə saat 10:00-da İdarə heyyətinin iclasına dəvət etmiş və bu barədə akt tərtib edilmişdir. Lakin İddiaçı xx.xx.2018-ci il tarixdə X9 heyyətinin iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat daxil olmamışdır və bu barədə də xx.xx.2018-ci il tarixli Təşkilat tərəfindən akt tərtib edilmişdir. Daha sonra Zaqatala RQİİnin təqdimatı X9 heyyətinin iclasında müzakirə edilmiş və İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndi ilə işdən azad edilməsinə etiraz edilmədiyi qərara alınmış və bu barədə xx.xx.2018-ci il tarixli protokol tərtib edilmişdir. Həmkarlar Təşkilatından daxil olmuş xx.xx.2018-ci il tarixli 02 saylı rəy, protokol və digər sənədlər əsasında İddiaçı Əliyyədin oğlu ilə bağlanılmış əmək müqaviləsinə Zaqatala RQİİ-nin xx.xx.2018-ci il tarixlii 299/k saylı əmri ilə xitam verilmişdir. Göründüyü kimi İddiaçı işdən azad edilərkən qanunverciliyin tələbləri gözlənilsə də birinci instansiya məhkəməsi bununla bağlı təqdim edilmiş sübutlara faktiki və düzgün hüquqi qiymət verməmiş və sonda düzgün olmayan qənaətə gəlmişdir. Mülki işin faktiki hallarından göründüyü kimi İddiaçı xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilədək faktiki olaraq iş yerində olmamışdır. Bununla bağlı İddiaçı nə məhkəmyəqədər müəssisəyə, nə də məhkəmədə həmin dövrlərdə işdə olmamasının üzürlü hesab edilməsinə dair sübutlar və izahatlar təqdim etməmişdir. Birinci instnasiya məhkəməsi ekspert rəyində əsaslanaraq iddiaçının xx.xx.2018- xx.xx.2018 və xx.xx.2018-xx.xx.2018ci il tarixlərdə işdə olması qənaətinə gəlsə də digər dövrlərdə xx.xx.2018-xx.xx.2018 və xx.xx.2018-xx.xx.2018-ci il ərzində iddiaçının işdə olmamasına ümumiyyətlə münasibət bildirilməmişdir. Beləliklə, apellyasiya şikayətinin dəlillərində istinad edilən hallarla müəyyən edilir ki, məhkəmə tərəfindən maddi və prossesual hüquq pozuntularına yol verilməsi ilə işə qərəzsiz, obyektiv və ədalətli baxılmaması kimi qiymətləndirilməli və sonda düzgün olmayan qətnamə çıxarılması birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılması üçün əsasdır. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyası iclasında iştirak edən Cavabdeh nümayəndəsi X14 apelyasiya şikayətini müdafiə edərək, sonda Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(033)-441/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətini qəbul etməyərək bildirmişdir ki, o 2006-cı il tarixdən həmin idarədə qaynaqçı işləyir. İdarəyə təyin edilmiş yeni rəis onunla işləmək istəmədiyindən onu işdən azad etmişdir. Halbuki o bu illər ərzində nizam-intizamlı işçi olmuşdur. İddiaçı sonda birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini tərəflərin izahatı, iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(033)-441/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; ARDNŞ Cavabdeh İB-nin xx.xx.2014-cü il tarixli 39/ü saylı “Zaqatala X18 İdarəsinin yaradılması haqqında” əmrin və Zaqatala X18 İdarəsinin əsasnaməsinin təsdiq edilmiş surətlərindən görünür ki, Zaqatala X18 İdarəsi ARDNŞ-nin Cavabdeh İB-nin tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilatlar kimi fəaliyyət göstərən Oğuz, Şəki, Zaqatala, Balakən və Qax qaz istismarı sahələrinin maddi-texniki bazasında ARDNŞ-nin xx.xx.2014-cü il tarixli ARDNŞ/14-1000/01/SM-04-000008 nömrəli əmrinə əsasən yaradılmışdır. İddiaçı cavabdeh Zaqatala X20 İdarəsinə təqdim etdiyi xx.xx.2018-ci il tarixli 85 saylı ərizənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı cavabdeh X22 X15 rayonu üzrə Təmir bərpa xidmətində 6-cı dərəcəli əl ilə elektrik peşəsinə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Zaqatala Regional X17 xx.xx.2018-ci il tarixli 85-K saylı əmrin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı X22 X15 rayonu üzrə Təmir bərpa xidmətində 6-cı dərəcəli əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsinə qəbul edilməsinə dair xx xxxxxx 2018-ci il tarixli 84 saylı əmək müqaviləsi rəsmiləşdirilmişdir. xx xxxxxx 2018-ci il tarixli xxxxxxx000400 nömrəli Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi və onun qeydiyyata alınmasına dair məlumatın təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsi “xx.xx.2018-ci il tarixli xxxxxxx000400” nömrəli “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətinin 47-ci səhifəsindən görünür ki, İddiaçı xx xxxx 2006-cı il tarixli 17 nömrəli əmrə əsasən xx.xx.2006-cı il tarixdə X27 X24 xidmətinə çilingər vəzifəsinə təyin edilmiş və xx xxxxxxxx 2008-ci il tarixli 76 nömrəli əmrə əsasən xx.xx.2008-ci il tarixdən qaynaqçı vəzifəsinə keçirilmişdir. Həmin əmək kitabçasının 55-ci səhifəsinə xx.xx.2018-ci il tarixdə edilmiş qeyddən görünür ki, 85-K nömrəli xx.xx.2018-ci il tarixli əmrə əsasən SOCAR Cavabdeh Zaqatala X20 İdarəsi əmək müqaviləsinə əsasən İddiaçı bir il müddətinə Ağdaş rayonu üzrə təmir-bərpa xidmətinə 6-cı dərəcəli əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmişdir. Həmin əmək kitabçasının 55-ci səhifəsinə Q.Mehdiyev tərəfindən imzalanmış qeyddən görünür ki, İddiaçı 299-K nömrəli xx xxxxxx 2018ci il tarixli əmrə əsasən xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (hüç bir üzrlü səbəb olmadan işə gəlməməsi) onunla bağlanılan əmək müqaviləsinə xitam verilməklə işdən azad edilmişdir. xx xxxxx 2018-ci il tarixli fəxri fərmana əsasən İddiaçı Əliyyəddin oğlu Cavabdehndə faydalı işinə. Nümunəvi əmək fəaliyyətinə və Həmkarlar İttifaqı hərəkatında fəal iştirakına görə təltif edilmişdir. xx xxxxxxxx 2014-cü il tarixli fəxri fərmana əsasən İddiaçı Əliyyəddin oğlu Cavabdehndə səmərəli və nümunəvi əmək fəaliyyətinə və Həmkarlar İttifaqı hərəkatında fəal iştirakına görə “Nefçilər günü” münasibəti ilə təltif edilmişdir. xx xxxxxxxx 2011-ci il tarixli fəxri fərmana əsasən İddiaçı Əliyyəddin oğlu Cavabdehndə faydalı işinə, nümunəvi əmək fəaliyyətinə və Həmkarlar İttifaqı hərəkatında fəal iştirakına görə təltif edilmişdir. X22 X7 Təşkilatının sədrinin cavabdeh Zaqatala Regional X17 rəisinə ünvanladığı 02 nömrəli xx xxxxxx 2018-i il tarixli müvafiq rəyin verilməsi barədə məktubundan görürür ki, İddiaçı Əlyəddin oğlunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi məsələsinə Zaqatala RQİİ-nin X9 Heyətinin iclasında baxılmışdır. Zaqatala RQİİ-nin Ağdaş xidmət sahəsinin Təmir Bərpa xidmətinin əl ilə qaynaqda elektrik qaynaqçısı İddiaçı Əlyəddin oğlunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə etiraz edilmədiyi qərara alınmışdır. Cavabdeh Zaqatala X18 İdarəsinin 260-Ü nömrəli xx xxxxxx 2018-ci il tarixli əmrinin 1-ci bəndindən görünür ki, X22 X12 rayonu üzrə Təmir-bərpa xidmətinin əl ilə qaynaqda elektrik qaynaqçısı İddiaçı Əlyəddın oğlunun barəsində toplanmış iş materiallarını, eləcə də iş üzrə Zaqatala RQİl-nın Həmkarlar Təşkilatının 02 saylı xx.xx.2018-ci il tarixli razılıq məktubunu nəzərə alaraq qüvvədə olan qanunvericiliyin və Azərbaycan Respublikasının Əmək Məcəlləsi tələblərinin təmini məqsədilə Zaqatala RQİİ-nin Ağdaş rayonu üzrə Təmir-bərpa xidmətinin əl ilə qaynaqda elektrik qaynaqçısı İddiaçı Əlyəddin oğlu ilə bağlanmış 84 saylı xx.xx.2018-cü il tarixli əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən ləğv edilməsi və bu istiqamətdə sənədləşmə xx.xx.2018-ci il tarixə qədər yekunlaşdırılması əmr edilmişdir. Cavabdeh Zaqatala Regional X17 əmək müqaviləsinin ləğv edilməsi haqqında 299-K nömrəli xx xxxxxx 2018-ci il saylı əmrin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Əlyəddin oğlu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurduğundan onunla bağlanılmış xx.xx.2018-ci il tarixdə bağlanmış 84 nömrəli əmək müqaviləsi ləğv edilməklə işdən azad edilmişdir. xx xxxxxx 2018-cı il tarixli xxxxxxx0004X0 nömrəli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi və onun qeydiyyata alınmasına dair məlumatın təsdiq edilmiş surətindən görünür ki, cavabdeh Zaqatala X20 İdarəsi ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi “xx.xx.2018-cı il tarixli xxxxxxx0004X0” nömrəli “Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. X22 X6 Təşkilatının idarə heyətinin xx xxxxxx 2018-ci il tarixli 02 nömrəli protokolunun nəticə hissəsindən görünür ki, X22 X12 rayonu üzrə Təmir bərpa xidmətitinin əl ilə qaynaqda elektrik qaynaqçısı İddiaçı Əlyəddin oğlu ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz edilməməsi qərara alınmışdır. X22 X6 Təşkilatının üzvləri tərəfindən tərtib edilmiş aktdan görünür ki, Zaqatala X18 İdarəsinin xx.xx.2018-ci il tarixli 01/QM-1838 saylı müraciətinə əsasən Ağdaş XS-nın TBX-nin əl ilə qaynaqda elektik qaynaqçısı İddiaçı Əlyəddin oğluna 12.12.218-ci il tarixdə X9 heyətinin saat 10:00-da keçiriləcək iclası və iclasının gündəliyi barədə məlumat verilmişdir. Ağdaş Rayon Mərkəzi Xəstəxanasının xx xxxxxxx 2018-ci il tarixli 1109 nömrəli məktubundan görünür ki, İddiaçı Əliyyəddin oğlu xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Ağdaş RMX PHŞ-ə xəstə kimi müraciət etməmişdir. İddiaçı Əlyəddin oğlunun xx xxxxxx 2018-ci il tarixdə Zaqatala RQİİ-nin rəisi Qurban Mehdiyeva verdiyi izahatından görünür ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək tabeldə çəkilən imzalar özünə məxsusdur. Həmin günlər səhhəti ilə bağlı işə çıxmasa da, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək tabeldə çəkilən imzalar ona məxsus deyildir. Zaqatala RQİİ-nin Ağdaş XS-nin işçilərinin iştirakı ilə tərtib edilmiş xx.xx.2018-ci il tarixli aktdan görünür ki, Ağdaş rayonu üzrə TBX-nin əl ilə qaynaqda elektrik qaynaqçısı İddiaçı 2018-ci il iyul ayı ərzində işə getmədiyi üçün adına naryad-buraxılış vərəqəsi yazılmamış və Zaqatala RQİİnə təqdim olunmuş iyul ayı üzrə iş vaxtının uçotu tabelində ona işburaxma qeyd edilmişdir. Zaqatala RQİİ-nin Ağdaş XS-nin işçilərinin iştirakı ilə tərtib edilmiş xx.xx.2018-ci il tarixli aktdan görünür ki, Ağdaş rayonu üzrə TBX-nin əl ilə qaynaqda elektrik qaynaqçısı İddiaçı 2018-ci il avqust ayı ərzində işə getmədiyi üçün adına naryad-buraxılış vərəqəsi yazılmamış və Zaqatala RQİİ-nə təqdim olunmuş avqust ayı üzrə iş vaxtının uçotu tabelində ona işburaxma qeyd edilmişdir. Zaqatala RQİİ-nin Ağdaş XS-nin işçilərinin iştirakı ilə tərtib edilmiş xx.xx.2018-ci il tarixli aktdan görünür ki, Ağdaş rayonu üzrə TBX-nin əl ilə qaynaqda elektrik qaynaqçısı İddiaçı olu 2018ci il sentyabr ayı ərzində işə getmədiyi üçün adına naryad-buraxılış vərəqəsi yazılmamış və Zaqatala RQİİ-nə təqdim olunmuş sentyabr ayı üzrə iş vaxtının uçotu tabelində ona işburaxma qeyd edilmişdir. Zaqatala RQİİ-nin Ağdaş XS-nin işçilərinin iştirakı ilə tərtib edilmiş xx.xx.2018-ci il tarixli aktdan görünür ki, Ağdaş rayonu üzrə TBX-nin əl ilə qaynaqda elektrik qaynaqçısı İddiaçı 2018-ci il oktyabr ayı ərzində işə getmədiyi üçün adına naryad-buraxılış vərəqəsi yazılmamış və Zaqatala RQİİ-nə təqdim olunmuş oktyabr ayı üzrə iş vaxtının uçotu tabelində ona işburaxma qeyd edilmişdir. Zaqatala RQİİ-nin Ağdaş XS-nin işçilərinin iştirakı ilə tərtib edilmiş xx.xx.2018-ci il tarixli aktdan görünür ki, Ağdaş rayonu üzrə TBX-nin əl ilə qaynaqda elektrik qaynaqçısı İddiaçı olu 2018ci il noyabr ayı ərzində işə getmədiyi üçün adına naryad-buraxılış vərəqəsi yazılmamış və Zaqatala RQİİ-nə təqdim olunmuş noyabr ayı üzrə iş vaxtının uçotu tabelində ona işburaxma qeyd edilmişdir. xx xxxxxxxx 2019-cu il tarixli 20532 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, Ağsu RQİİnin Ağdaş XS-də TBX-də işləyən işçilərin işə davamiyyət jurnalının 6-66-cı səhifələrində xx.xx.2017-ci il 09.00 tarixdən xx.xx.2017-ci il 09.00 tarixədək “5-ci” sıradakı imzalar, 66-122-ci səhifələrində xx.xx.2017-ci il 09.00 tarixdən xx.xx.2018-ci il 09.00 tarixədək “5-ci” sıradakı imzalar, 134-147-ci səhifələrində xx.xx.2018-ci il 09.00 tarixdən xx.xx.2018-ci il 18.00 tarixədək 5-ci sıradakı imzalar; Cavabdeh əmək kitabçasının və onun içliyinin hərəkətinin uçotu kitabının 177-ci vərəqəsində İddiaçı adı qarşısında, “əmək kitabçasını alan fəhlə və qulluqçunun imzası və tarixi” qrafasındakı imza və “14- 12.18” rəqəmləri - İddiaçı tərəfindən icra olunması, ekspertizaya təqdim edilmiş Zaqatala RQİİ-nin Ağdaş XS-də TBX-də işləyən işçilərin işə davamiyyət jurnalının 66-cı səhifəsində “xx.xx.2017. 18.00” tarix və saat göstəricisinin aşağı tərəfində 5-ci sıradakı imza; 122-123-cü səhifələrində “xx.xx.2018. 18.00”, “xx.xx.2018. 09.00” tarix və saat göstəricilərinin aşağı tərəfində 5-ci sıradakı imzalar - İddiaçı tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunduğu nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesabedirki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Belə ki, məhkəmə kollegiyasının iclasında tərəflərin izahatları və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, İddiaçı Əliyyəddin oğlu “Cavabdeh” Ağdaş X17 xx xxxx 2006-cı il tarixli, 17 saylı əmrinə əsasən idarənin qəza dispeçer xidmətinə çilingər vəzifəsinə işə qəbul edilmişdir və xx xxxxxxxx 2008-ci il tarixli, 74 saylı əmrinə əsasən qaynaqçı işinə keçirilmişdir. İddiaçı Əliyyəddin oğlu xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət ərzində iş yerinə gəlməməsi əsası ilə və işə gəlməməsinin səbəbləri barədə hər hansı bir məlumatı Cavabdeh İB Zaqatala X20 İdarəsinə verməməsi səbəbindən müvafiq sorğular verilmiş və mülki iş üzrə iddiaçı olan İddiaçı Əliyyəddin oğlunun həmin müddət ərzində xəstəliyi ilə bağlı qeydiyyatda olmadığı, eyni zamanda məsuliyyətə cəlb edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən də Həmkarlar təşkilatının 02 saylı xx.xx.2018-ci il tarixli razılıq məktubu nəzərə alınaraq Zaqatala RQİİ-nin xx.xx.2018-ci il tarixli 299-k saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 6-cı bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən–iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 382-ci maddəsinə əsasən iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir.İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Birinci instansiya məhkəməsinin qənaətinə görə, məhkəməyə müraciət etmək hüququnun məzmununa, mənasına görə iddia müddətinin tətbiq edilməsi barədə ərizənin verilibverilməməsindən asılı olmayaraq məhkəmə iddiaya mahiyyəti üzrə baxmalıdır. Yəni məhkəmə işin hallarını araşdırıb, sübutları qiymətləndirməklə hərtərəfli proses aparmalıdır. Araşdırmalar nəticəsində müəyyən edilsə ki, iddia müddəti üzürlü səbəblərdən ötürülmüşdür, məhkəmə həmin müddəti bərpa edir və iddia tələbinin təmin edilməsi və yaxud rədd edilməsi barədə qətnamə qəbul edir. İddia müddətinin bərpası əsaslarına iddiaçının şəxsiyyəti ilə əlaqədar olan müstəsna hallar daxildir. Buraya ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq halları konkret göstərilsə, digər halların olması da, istisna edilmir. Məhkəmə qeyd etmişdir ki, İddiaçı Əliyyəddin oğlunun “Cavabdeh” Ağdaş X25ndə 13 ildir işləməsi, artıq onun 54 yaşında olması iddia müddətinin bərpası üçün müstəsna hal kimi nəzərə alınmalı və onun iddia müddətinin ötürülməsi üzürlü sayılmalıdır. Məhkəmə kоllegiyаsı hesаb edir ki, аpelyаsiyа şikаyətində göstərilən dəlillər qeyri müəyyən оlduğundаn və şəxsi mülаhizələrə əsаslаndığındаn əsаssızdır və qətnаmənin ləğvi üçün əsаs оlа bilməz. Çünki, cаvаbdeh Əmək Məcəlləsinin bir sıra imperativ tələblərinə riayət etməmiş və həmin Məcəllə müəyyən edilmiş əmək müqаviləsinin ləğv edilməsi qаydаlаrınа əməl оlunmаdаn xitam vermiş və əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamışdır. Şikаyətdə isə bu tələblərə ümumiyyətlə riаyət оlunmаsı bаrədə hər hаnsı bir fikir bildirilməmişdir. Apelyasiya şikayətinin digər dəlilinə, yəni iddia müddətinin mübahisələndirilməsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı işdən azad edildikdən sonra cavabdeh təşkilatla qarşılıqlı razılıq əsasında işə bərpa olunmaq istəmiş, lakin danışıqları baş tutmadığından, eləcə də savadsızlığı nəticəsində müddəti ötürmüşdür. Məhkəmə kollegiyası apelyasiya şikayətinin bu dəlilinə qiymət verərək qeyd edir ki, iddia müddətinin üzrsüz səbəbdən buraxılması işçinin pozulmuş hüquqlarının bərpası üçün müraciət etmək hüququndan məhrum etmir. Sadəcə bu halda müddətin buraxılması səbəbinə xüsusi diqqət yetirilməlidir. Hazırki işin faktiki halından da göründüyü kimi tərəflər arasındakı müqaviləyə xitam verildikdən sonra iddiaçı heç də susmamış, cavabdeh təşkilata müraciət etməklə öz hüququnun bərpasına çalışmışdır. Lakin yuxarıda qeyd olunduğu kimi Mülki Məcəllənin 382-ci maddəsinin tələbi baxımından iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbi məhkəmə tərəfindən üzrlü sayılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətindəgöstərilənlərəsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh nümayəndəsi X14 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(033)-441/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-607/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-607/2020
10.03.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver