Məhkəmə qərarları › İş №2(107)-608/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-608/2021

14.04.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-608/2021 14.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Şükürov İmanverdi Həşimxan oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rəfail qızının katibliyi, İddiaçı, cavabdeh Qəbələ şəhər 1 saylı tam orta məktəbinin nümayəndəsi (direktoru) X1, üçüncü şəxslər Qəbələ rayon Təhsil şöbəsinin nümayəndəsi X7 və Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi X3 iştirakları ilə, İddiaçı cavabdeh Qəbələ şəhər 1 saylı tam orta məktəbinə və üçüncü şəxslər Qəbələ rayon Təhsil şöbəsi və Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi X2rşı «işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı» tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 2 dekabr 2020-ci il tarixli 2(025)-1212/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin 2 dekabr 2020-ci il tarixli 2(025)-1212/2020 nömrəli qətnaməsi ilə (hakim Abbas Əliyev) İddiaçı cavabdeh Qəbələ şəhər 1 saylı tam orta məktəbinə və üçüncü şəxslər Qəbələ rayon Təhsil şöbəsi və Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi X2rşı «işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı» tələbinə dair iddiası təmin edilməmiş, ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilmişdir. İşin halları İddiaçı cavabdeh Qəbələ şəhər 1 saylı tam orta məktəbinə və üçüncü şəxslər Qəbələ rayon Təhsil şöbəsi və Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi X2rşı «işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Qəbələ şəhər 1 saylı tam orta məktəbi direktorunun 14 iyun 2019-cu il tarixli, 14 saylı əmrini ləğv edib əvvəlki vəzifəsinə bərpa olunması, məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehin 15 sentyabr 2014-cü il tarixli, 1 saylı əmri ilə əvəzçi müəllim vəzifəsinə təyin olunmuş, 16 iyun 2017-ci il tarixli, 81 saylı əmri ilə tutduğu vəzifədən azad edilmişdir. Bundan sonra cavabdehin 01 noyabr 2017-ci il tarixli, 91 saylı əmri ilə həmin məktəbdə ibtidai sinif müəlliməsi vəzifəsinə qəbul edilmiş, eyni zamanda texnologiya fənnini tədris etmişdir. Müqavilə müddətsiz bağlanmışdır. 14 iyun 2018-ci il tarixli əmrlə heç bir əsas və səbəb göstərilmədən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin normalarına istinad edilmədən tutduğu vəzifədən azad edilmiş, 17 sentyabr 2017-ci il tarixli, 111 saylı əmrlə 1 (bir) il müddətinə onunla əmək müqaviləsi bağlanmış, lakin müqavilə müddəti başa çatmadan 01 iyul 2019-cu il tarixli əmrlə tutduğu vəzifədən azad edilmişdir. Əmrdə işdən azad edildiyi əmrin verildiyi gündən 16 gün əvvəlki tarixdən qüvvəyə mindiyi göstərilmişdir. Lakin əmrin ona göndərilmiş surəti ilə əmək kitabçasına yazılmış tarixlərdə fərqlər olmuşdur. Bundan sonra işdən azad edilməsinə dair əmrin surətini ala bilməmişdir. Sorğu əsasında əmrlərin surətləri ona 31 yanvar 2020-ci il tarixli məktubla göndərilmişdir. Qəbələ şəhər 1 saylı tam orta məktəbin tabe olduğu Qəbələ rayon Təhsil Şöbəsinin yüksək vəzifəli şəxslərinin qanunsuz və şifahi göstərişinə uyğun olaraq əmək hüquqları pozulmuşdur. Buna sübut olaraq cavabdeh təşkilatın direktoru, N.Rüstəmovanın Azərbaycan Respublikası Təhsil Nazirliyinin 4 saylı Ərazi maliyyə hesablaşma mərkəzinə ünvanladığı təqdimatı göstərmək olar. Təqdimatda işlədiyi müddətdə müsbət xarakterizə olunduğunu, müsabiqələrdə iştirak edərək yüksək bal topladığı qeyd edilmiş, müqavilə bağlamaq üçün icazə istənilsə də, işlə təmin olunmamışdır. Hesab edir ki, əmək hüquqları kobud şəkildə pozulmuşdur. Mülki işin 16.11.2020-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında məhkəmənin təşəbbüsü ilə Qəbələ rayon Təhsil şöbəsi və Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi Maliyyə Hesablaşama Mərkəzi müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 57.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. Birinci instansiya məhkəməsinin iclаsındа İddiaçı qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda göstərdi ki, onunla bağlanmış müddətli əmək müqavilələri fasiləsiz olaraq 5 ildən artıq davam etmişdir. Bu səbəbdən onunla bağlanmış əmək müqavilələri müddətsiz hesab edilməli və bununla bağlı normalar tətbiq edilməlidir. Həmçinin o, hal-hazırda İsmayıllı rayon İstisu kənd tam orta məktəbində ixtisası üzrə müəllim işləyir. İstəyir ki, iki yerdə də işləsin. Məhkəmədən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа cavabdeh Qəbələ şəhər 1 saylı tam orta məktəbinin nümayəndəsi (direktoru) X5 verdiyi izahatında qeyd etmişdir ki, İddiaçı ilə bağlanılmış 15 sentyabr 2014-cü il tarixli müddətli əmək müqaviləsinə əsasən o, öz ixtisası üzrə məktəbdə müvəqqəti olaraq ibtidai sinif müəllimi (əvəzçi) olaraq işə qəbul olunmuşdur. İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin müddəti 14.06.2017-ci il tarixdən bitdiyindən, 16 iyun 2017-ci il tarixli, 81 nömrəli əmrlə əmək müqaviləsinin 68-b bəndinə əsasən İddiaçı ilə bağlanmış müqaviləyə 14.06.2017-ci il tarixdən xitam verilərək axırıncı hesab ödənilməsi qərara alınmışdır. Bundan sonra İddiaçı ilə 15.09.2017-ci il tarixdə onun 15.09.2017-ci il tarixdən 14.06.2018-ci il tarixədək bir il müddətinə müddətli (əvəzçi müəllim təyin olunması barədə) əmək müqaviləsi bağlanmış və ona 6 (altı) saat texnologiya dərsi verilmişdir. İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin müddəti 14.06.2018- ci il tarixdən bitdiyindən, 14 iyun 2018-ci il tarixli, 105 nömrəli əmrlə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Daha sonra məktəbin müəllimi X11 analıq məzuniyyətində olduğu üçün İddiaçı ilə 15.09.2018-ci il tarixdə sonuncunun 15.09.2018-ci il tarixdən 14.06.2019-cu il tarixədək bir il müddətinə müddətli (əvəzçi müəllim təyin olunması barədə) əmək müqaviləsi bağlanmış və ona 7 (yeddi) saat şahmat dərsi verilmişdir. İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin müddəti 14.06.2019-cu il tarixdən bitdiyindən, 14 iyun 2019-cu il tarixli, 14 nömrəli əmrlə İddiaçı ilə bağlanmış müqaviləyə xitam verilərək axırıncı hesab ödənilmişdir. İddiaçı ilə müqavilələr bağlanan zaman ştat üzrə vakansiya olmamış, o, analıq məzuniyyətində olan müəllimələrin yerinə işə qəbul olunmuşdur. Həmçinin İddiaçı diaqnostiq qiymətləndirmədə iştirak etməməmişdir. Hal-hazırda isə iddiaçı İsmayıllı rayon İstisu kənd tam orta məktəbində ixtisası üzrə müəllim işləyir. İş üzrə ədalətli qərar çıxarılmasını məhkəmənin mülahizəsinə buraxır. Birinci instansiya məhkəməsinin iclаsındа cavabdeh Qəbələ rayon Təhsil şöbəsinin nümayəndəsi X12 verdiyi izahatında qeyd etmişdir ki, İddiaçı 15 sentyabr 2014-cü il tarixdə 01 nömrəli əmrlə Qəbələ şəhəri 1 saylı tam orta məktəbinə müddətli əmək müqaviləsi bağlayaraq 14.06.2017-ci il tarixədək həmin məktəbdə ixtisası üzrə ibtidai sinif müəllimi vəzifəsinə işə qəbul olunmuşdur. Bundan sonra İddiaçı ilə 15.09.2017-ci il tarixdən 14.06.2018-ci il tarixədək bir il müddətinə müddətli (əvəzçi müəllim təyin olunması barədə) əmək müqaviləsi bağlanmış və ona 6 (altı) saat texnologiya dərsi verilmişdir. Daha sonra isə iddiaçı ilə 15.09.2018-ci il tarixdən 14.06.2019-cu il tarixədək bir il müddətinə müddətli (əvəzçi müəllim təyin olunması barədə) əmək müqaviləsi bağlanmışdır. 14.06.2019-cu il tarixdə 14 nömrəli əmrlə müddətli əmək müqaviləsinin müddəti bitdiyinə görə əmək fəaliyyətinə xitam verilərək işdən azad edilmişdir. İş üzrə qərar çıxarılmasını məhkəmənin mülahizəsinə buraxır. Birinci instansiya məhkəməsinin iclаsındа müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi Maliyyə Hesablaşama Mərkəzinin nümayəndəsi X9 iddianı etiraf etməyərək verdiyi izahatında göstərmişdir ki, İddiaçı 15 sentyabr 2014-cü ildə 01 saylı əmrlə məktəbə ibtidai sinif ixtisası üzrə müvəqqəti olaraq Qəbələ şəhər Vahid Qəhrəmanov adına 1 saylı tam orta məktəbə əvəzçi müəllim təyin olunmuş, 6 (altı) saat dərs verilmiş və 14.06.2017-ci il tarixə qədər müddətli əmək müqaviləsi bağlamışdır. 16.06.2017-ci il 81 saylı əmrlə onla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və son hesab ödənilmişdir. 15.09.2017-ci ildə 91 saylı əmrlə İddiaçı Qəbələ şəhər Vahid Qəhrəmanov adına 1 saylı tam orta məktəbə əvəzçi müəllim təyin olunmuş, 6 (altı) saat texnologiya dərsi verilmiş və 14.06.2018-ci il tarixə qədər müddətli əmək müqaviləsi bağlanmışdır. 14.06.2018-ci il 105 saylı əmrlə onla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və son hesab ödənilmişdir. 15.09.2018-ci ildə 109 saylı əmrlə İddiaçı Qəbələ şəhər Vahid Qəhrəmanov adına 1 saylı tam orta məktəbə əvəzçi müəllim təyin olunmuş, belə ki, məktəbin müəllimi X11 analıq məzuniyyətdə olduğu üçün 7 (yeddi) saat şahmat dərsi verilmiş və 14.06.2019-cu il tarixə qədər müddətli əmək müqaviləsi bağlanmışdır. 14.06.2019-cu il 14 saylı əmrlə onla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və son hesab ödənilmişdir. Həmçinin İddiaçı diaqnostiq qiymətləndirmədə iştirak etməməmişdir. İş üzrə qərar çıxarılmasını məhkəmənin mülahizəsinə buraxır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə və birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatının dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, həmin qətnamə qanunsuz və əsassız olduğundan ləğv edilməli, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş üzrə prosessual hüquq normaları kobud şəkildə pozulmuş, maddi hüquq normaları düzgiin tətbiq edilməmişdir. Barəsində şikayət verilən məhkəmə aktından da göründüyü kimi nə cavabdeh, nə də işə məhkəmənin təşəbbüsü ilə, iddianın predmet və əsaslarına müstəqil tələb irəli sürməyən üçüncü şəxslər-Qəbələ rayon Təhsil Şöbəsi, Azərbaaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi iddiaya etiraz etməmişlər. Məhkəmə bu xüsusatı nəzərə alaraq iddianı təmin etməli olduğu halda bunu etməmişdir. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 2 dekabr 2020-ci il tarixli 2(025)- 1212/2020 nömrəli qətnaməsini ləğv edib, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, onunla bağlanmış, əmək müqaviləsinin müddəti 15 sentyabr 2019-cu ildə bitməsinə baxmayaraq nə əvvəlki işlədiyi müddət, nə də qalan müddət nəzərə alınmadan onunla bağlanmış əmək müqaviləsinə 14 iyun 2019-cu ildə əsassız olaraq vaxtından əvvəl birtərəfli qaydada xitam verilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh Qəbələ şəhər 1 saylı tam orta məktəbinin nümayəndəsi (direktoru) X5 izahat verərək qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxslər Qəbələ rayon Təhsil şöbəsinin nümayəndəsi X12 və Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi X10 izahat verərək qanuni qərar qəbul edilməsini xahiş etdilər. Hüquq məsələləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apelyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apelyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiаçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 2 dekabr 2020-ci il tarixli 2(025)-1212/2020 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə iddiаçı İddiaçı cavabdeh Qəbələ şəhər 1 saylı tam orta məktəbinə və üçüncü şəxslər Qəbələ rayon Təhsil şöbəsi və Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi X2rşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair iddiası təmin edilməli, Qəbələ şəhər 1 saylı tam orta məktəbi direktorunun 14 iyun 2019-cu il tarixli, 14 saylı əmri ləğv edilməli, İddiaçı Qəbələ şəhər 1 saylı tam orta məktəbin şahmat müəllimi vəzifəsinə bərpa edilməli, İddiaçı işdən azad olunduğu 14 iyun 2019-cu ildən 15 sentyabr 2020-ci ilə kimi məcburi iş buraxmaya görə əmək haqqı hesablanaraq ödənilməlidir. İşdə olan İddiaçı məxsus ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, o, 15 sentyabr 2014-cü il tarixli, 01 nömrəli əmrlə Qəbələ şəhər 1 saylı tam orta məktəbdə ixtisası üzrə müddətli müqavilə əsasında (14.06.2017-ci il tarixə) əvəzçi müəllim təyin olunmuşdur. Eyni zamanda 16.06.2017-ci il 81 saylı əmrlə onla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan İddiaçı məxsus ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, o, 15 sentyabr 2017-ci il tarixli, 91 nömrəli əmrlə Qəbələ şəhər 1 saylı tam orta məktəbdə ixtisası üzrə müddətli müqavilə əsasında (14.06.2018-ci il tarixə) əvəzçi müəllim təyin olunmuşdur. Eyni zamanda 14.06.2018-ci il 105 saylı əmrlə onla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan İddiaçı məxsus ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, o, 15 sentyabr 2018-ci il tarixli, 109 nömrəli əmrlə Qəbələ şəhər 1 saylı tam orta məktəbdə ixtisası üzrə müddətli müqavilə əsasında (14.06.2019-cu il tarixə) əvəzçi müəllim təyin olunmuşdur. Eyni zamanda 14.06.2019-cu il 14 saylı əmrlə onla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan Qəbələ şəhər 1 saylı tam orta məktəb direktoru X1 15.09.2014-cü il tarixli 1 nömrəli əmrindən görünür ki, X8 2008-ci il məzunu İddiaçı 15 sentyabr 2014-cü il tarixdən Qəbələ şəhər 1 saylı tam orta məktəbinə əvəzçi müəllim təyin edilmiş və 6 saat dərs yükü ilə təmin edilmişdir. İşdə olan Qəbələ şəhər 1 saylı tam orta məktəb direktoru X1 01.02.2017-ci il tarixli 77 nömrəli əmrindən görünür ki, məktəbin əvəzetmə sinif müəllimi İddiaçı adı 01.02.2017ci il tarixindən tarifləşmədən çıxarılmış və onunla müddətli 14.06.2017-ci il tarixə qədər əmək müqaviləsi bağlanmışdır. İşdə olan Qəbələ şəhər 1 saylı tam orta məktəb direktoru X1 16.06.2017-ci il tarixli 81 nömrəli əmrindən görünür ki, əmək müqaviləsinin 68-b bəndinə əsasən İddiaçı ilə bağlanmış müqaviləyə 14.06.2017-ci il tarixdən xitam verilərək axırıncı hesab ödənilmişdir. İşdə olan Qəbələ şəhər 1 saylı tam orta məktəb direktoru X1 17.09.2018-ci il tarixli 110 nömrəli əmrindən görünür ki, İddiaçı ilə 2018-2019-cu il tədris ilinə 1 (bir) il müddətinə əmək müqaviləsi bağlanmışdır. İşdə olan Qəbələ şəhər 1 saylı tam orta məktəb direktoru X1 14.06.2019-cu il tarixli 14 nömrəli əmrindən görünür ki, İddiaçı 14.06.2019-cu il tarixindən əmək müqaviləsinə xitam verilmiş və axırıncı hesab ödənilmişdir. İşdə olan işə götürən məktəbin direktoru X5 ilə İddiaçı arasında 15.09.2017-ci il tarixdə bağlanmış əmək müqaviləsinin surətindən müəyyən olunur ki, iddiaçı 15.09.2017ci il tarixdən 15.09.2018-ci il tarixədək bir il müddətinə məktəbdə 6 saat dərs deməklə müəllim işinə qəbul edilmişdir. İşdə olan işə götürən məktəbin direktoru X5 ilə İddiaçı arasında 15.09.2018-ci il tarixdə bağlanmış əmək müqaviləsinin surətindən müəyyən olunur ki, iddiaçı 15.09.2018ci il tarixdən 15.09.2019-cu il tarixədək bir il müddətinə məktəbdə 7 saat dərs deməklə müəllim işinə qəbul edilmişdir. İşdə olan 13.03.2017-ci il tarixdə sistemə daxil edilmiş «əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi»nin surətindən müəyyən edilir ki, İddiaçı ilə Qəbələ şəhəri 1 saylı tam orta məktəbi arasında 01.08.2014-cü il tarixdə müddətli əmək müqaviləsi bağlanaraq o, məktəbdə ibtidai sinif müəllimi təyin edilmişdir. Müqavilənin müddətinin bitmə tarixi kimi 14.06.2017-ci il qeyd olunmuşdur. Bildirişdə ona müəyyən olunmuş aylıq əmək haqqının məbləği 200 manat göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi İsmayıllı Rayon Təhsil Şöbəsi İstisu kənd tam orta məktəbindən verilmiş 18 noyabr 2020-ci il tarixli, 115 nömrəli arayışdan görünür ki, İddiaçı 15 sentyabr 2020-ci il tarixdən müddətsiz müqavilə ilə İstisu kənd tam orta məktəbində müəllim vəzifəsində işləyir. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi İsmayıllı Rayon Təhsil Şöbəsi İstisu kənd tam orta məktəbinin direktoru Zamin Allahverdiyev tərəfindən imzalanmış 15 sentyabr 2020-ci il tarixli, 85 nömrəli əmrin surətindən görünür ki, İddiaçı 15 sentyabr 2020-ci il tarixdən İstisu kənd tam orta məktəbinə ixtisası üzrə müəllim təyin edilmişdir. İşdə olan Qəbələ şəhər 1 saylı tam orta məktəbin direktoru M.Rüstəmova tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə və Qəbələ rayon Təhsil şöbəsinin müdiri Arifə Bayramovaya yazılmış təqdimatda göstərilmişdir ki, İddiaçı 2014-cu il tarixdən Qəbələ şəhər 1 saylı tam orta məktəbində əvəzetmə ibtidai sinif müəllimi işləyir. Müəllimə işlədiyi illər ərzində şagirdlərin, müəllimlərin və valideynlərin hörmətini qazanmış, dəfələrlə 10-15 müəllimin ilə açıq dərslər, geniş bayram tədbirləri keçirmişdir. Onun uşaqlara sevgi və səbirlə yanaşması, valideynlərdə ona qarşı böyük hörmət yaratmışdır. O, işə qəbul imtahanında 2017-ci tədris ilində 44 bal, 2018-ci tədris ilində 43 bal, 2019-cu tədris ilində 48 bal toplamışdır. İşdə olan 02 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin Qəbələ rayonu üzrə aparıcı məsləhətçisi X4 məhkəməyə təqdim etdiyi məlumatda göstərilmişdir ki, İddiaçı 15 sentyabr 2014-cü ildə 01 saylı əmrlə məktəbə ibtidai sinif ixtisası üzrə müvəqqəti olaraq Qəbələ şəhər Vahid Qəhrəmanov adına 1 saylı tam orta məktəbə əvəzçi müəllim təyin olunmuş, 6 (altı) saat dərs verilmiş və 14.06.2017-ci il tarixə qədər müddətli əmək müqaviləsi bağlamışdır. 16.06.2017-ci il 81 saylı əmrlə onla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və son hesab ödənilmişdir. 15.09.2017-ci ildə 91 saylı əmrlə İddiaçı Qəbələ şəhər Vahid Qəhrəmanov adına 1 saylı tam orta məktəbə əvəzçi müəllim təyin olunmuş, 6 (altı) saat texnologiya dərsi verilmiş və 14.06.2018-ci il tarixə qədər müddətli əmək müqaviləsi bağlanmışdır. 14.06.2018-ci il 105 saylı əmrlə onla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və son hesab ödənilmişdir. 15.09.2018-ci ildə 109 saylı əmrlə İddiaçı Qəbələ şəhər Vahid Qəhrəmanov adına 1 saylı tam orta məktəbə əvəzçi müəllim təyin olunmuş, belə ki, məktəbin müəllimi X11 analıq məzuniyyətdə olduğu üçün 7 (yeddi) saat şahmat dərsi verilmiş və 14.06.2019-cu il tarixə qədər müddətli əmək müqaviləsi bağlanmışdır. 14.06.2019-cu il 14 saylı əmrlə onla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və son hesab ödənilmişdir. Həmçinin İddiaçı diaqnostiq qiymətləndirmədə iştirak etməməmişdir. İş üzrə qərar çıxarılmasını məhkəmənin mülahizəsinə buraxır. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Əmək Məcəlləsinin aşağıda göstərilən maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44.3-cü maddəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az omayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Həmin Məcəllənin 68-ci maddəsində əmək müqaviləsinin xitam verilməsinin əsasları kimi - tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması (həmin maddənin «b» bəndi), əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, tərəflərin iradəsindən asılı olmayan hallar, tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar sadalanmışdır. Həmin Məcəllənin 73-cü maddənin birinci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Həmin maddənin ikinci bəndinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Əmək Qanunvericiliyinin tələblərinə görə işəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. İşdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. Həmin Məcəllənin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istər işəgötürən tərəfindən, istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. Həmin Məcəllənin 296-cı maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin (sərəncamın, qərarın) əmək kitabçasının, haqq hesab sənədlərinin (kitabçasının, vəsiqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən billə-bilə qəsdən pozulduğu gündür. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olumuş hesab оlunmuşdur ki, İddiaçı ilə cavabdeh Qəbələ şəhər 1 saylı tam orta məktəbi arasında bağlanımış 15 sentyabr 2014-cü il tarixli müddətli əmək müqaviləsinə əsasən o, öz ixtisası üzrə məktəbdə müddətli əmək müqaviləsi ilə analıq məzuniyyətində olan müəllimənin yerinə müvəqqəti olaraq ibtidai sinif müəllimi (əvəzçi) olaraq işə qəbul olunmuşdur. Bu barədə həmin tarixdə məktəb direktoru X5 tərəfindən 01 nömrəli əmr imzalanmış və ona Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən (həmin maddəyə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmasının əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.) ******* nömrəli əmək kitabçası tərtib edilmişdir. İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin müddəti 14.06.2017-ci il tarixdən bitdiyindən, 16 iyun 2017-ci il tarixli, 81 nömrəli əmrlə əmək müqaviləsinin 68-b bəndinə əsasən İddiaçı ilə bağlanmış müqaviləyə 14.06.2017-ci il tarixdən xitam verilərək axırıncı hesab ödənilmişdir. Eyni zamanda 13.03.2017-ci il tarixdə sistemə daxil edilmiş «əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildiriş»lə müəyyən edilir ki, İddiaçı ilə Qəbələ şəhəri 1 saylı tam orta məktəb direktoru arasındakı müddətli əmək müqaviləsinin müddəti 01.08.2014-cü il tarixdən 14.06.2017-ci il tarixə kimi göstərilmişdir. Bundan sonra işəgötürən məktəbin direktoru X5 ilə İddiaçı arasında 15.09.2017-ci il tarixdə onun 15.09.2017-ci il tarixdən 14.06.2018-ci il tarixədək bir il müddətinə müddətli (əvəzçi müəllim təyin olunması barədə) əmək müqaviləsi bağlanmış və ona 6 (altı) saat texnologiya dərsi verilmişdir. İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin müddəti 14.06.2018-ci il tarixdən bitdiyindən, 14 iyun 2018-ci il tarixli, 105 nömrəli əmrlə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Daha sonra məktəbin müəllimi X11 analıq məzuniyyətində olduğu üçün işəgötürən məktəbin direktoru X5 ilə İddiaçı arasında 15.09.2018-ci il tarixdə onun 15.09.2018-ci il tarixdən 14.06.2019cu il tarixədək bir il müddətinə müddətli (əvəzçi müəllim təyin olunması barədə) əmək müqaviləsi bağlanmış və ona 7 (yeddi) saat şahmat dərsi verilmişdir. İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin müddəti 14.06.2019-cu il tarixdən bitdiyindən, 14 iyun 2019cu il tarixli, 14 nömrəli əmrlə İddiaçı ilə bağlanmış müqaviləyə 14.06.2019-cu il tarixdən xitam verilərək axırıncı hesab ödənilməsi qərara alınmışdır. Bundan sonra İddiaçı məxsus əmək kitabçasında adı çəkilən əmr qeyd olunaraq məktəb direktorunun imzası və möhürü ilə təsdiq edilmiş və əmək kitabçası qanunvericiliyin tələblərinə uyğun surətdə ona təqdim olunmuşdur. Göründüyü kimi, İddiaçı 15 sentyabr 2014-cü il tarixdə məktəbdə müddətli əmək müqaviləsi ilə işə qəbul olunmuş, onunla bağlanmış əmək müqaviləsinin müddəti bitdiyindən 16.06.2017-ci il tarixdə onunla bağlanmış müqaviləyə xitam verilmişdir. Daha sonra 15.09.2017-ci il tarixdən 14.06.2018-ci il tarixə onunla yeni əmək müqaviləsi bağlanmış və həmin müqavilə 14.06.2018-ci il tarixə kimi bağlandığından həmin tarixdə müqaviləyə xitam verilmişdir. Daha sonra məktəbin analıq məzuniyyətinə çıxmış müəllimi X6 7 (yeddi) saat şahmat dərsi15.09.2018-ci il 109 saylı əmrlə İddiaçı müvəqqəti olaraq, yəni müddətli əmək müqaviləsinin sonuncu tarixinə, 14.06.2019-cu il tarixə kimi verilmişdir. 14.06.2019-cu i tarixdə isə müqavilənin müddəti bitdiyindən əmək müqaviləsinə xitam verilmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi Maliyyə Hesablaşama Mərkəzinin nümayəndəsi X4 məhkəmədə verdiyi izahatı və məhkəməyə təqdim etdiyi məlumata görə İddiaçı diaqnostik qiymətləndirmədə iştirak etməmişdir. Bir sözlə, əmək qanunvericiliyinin yuxarıda sadalanan normalarını və işin şərh olunan hallarını nəzərə alaraq, müqayisəli təhlil edərək məhkəmə hesab edir ki, İddiaçı ilə cavabdeh Qəbələ şəhəri 1 saylı tam orta məktəb arasında bağlanmış müddətli əmək müqaviləsinin müddətinin bitməsi ilə onunla bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsinə dair məktəb direktoru X1 14.06.2019-cu il tarixli 14 saylı əmri əmək qanunvericiliyinin tələblərinə uyğundur, tam qanuni və əsaslıdır. Buna görə də iddiaçının adı çəkilən əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddiası təmin edilməməlidir. Mülki işin məhkəmə araşdırılması zamanı tərəflərin verdikləri izahatlarla və eləcə də işdə olan, Azərbaycan Respublikası Təhsil Nazirliyi İsmayıllı Rayon Təhsil Şöbəsi İstisu kənd tam orta məktəbindən verilmiş 18 noyabr 2020-ci il tarixli, 115 nömrəli arayışdan və Azərbaycan Respublikası Təhsil Nazirliyi İsmayıllı Rayon Təhsil Şöbəsi İstisu kənd tam orta məktəbinin direktoru Zamin Allahverdiyev tərəfindən imzalanmış 15 sentybar 2020-ci il tarixli, 85 nömrəli əmrin surətindən müəyyən edilir ki, İddiaçı ilə İsmayıllı rayonu İstisu kənd tam orta məktəbi arasında 15.09.2020-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış və o, həmin məktəbdə ixtisası üzrə müəllim təyin edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh Qəbələ şəhər 1 saylı tam orta məktəb direktoru ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin «b» bəndinə əsasən (müqavilənin müddətinin bitməsi əsası ilə) həmin müqaviləyə xitam verilməsi barədə 14 iyun 2019-cu il tarixli, 14 nömrəli əmrdən iddiaçının vaxtında xəbəri olduğu halda o, aralarında olan əmək münasibətlərini qanunla nəzərdə tutulmuş müddətdə mübahisələndirməmiş və vaxtında işə bərpa olunmasına dair iddia ərizəsi və ya buraxdığı müddətin bərpa olunması barədə ərizə ilə məhkəməyə müraciət etməmişdir. İddiaçı işə bərpa olunması üçün əmək qanunvericiliyi ilə müəyyən olunmuş və onun tərəfindən buraxılmış müddətin üzürlü (iradəsindən asılı olmayan səbəblərdən) səbəblərdən baş verməsi barədə heç bir sübutu onda olmadığı üçün məhkəməyə təqdim edə bilməmişdir. Bir sözlə, İddiaçı iradəsinin ifadəsi olaraq məktəb direktorunun onun işdən azad olunması barədə 14 iyun 2019- cu il tarixli, 14 nömrəli əmri ilə razılaşmışdır. Həmin razılaşmanın məntiqi nəticəsi kimi də o, hazırda İsmayıllı rayonu İstisu kənd orta məktəbində öz ixtisası üzrə müəllim vəzifəsində işləyir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı izahatında 01 noyabr 2017-ci il tarixli, 91 saylı əmək müqaviləsinin müddətsiz bağlandığını qeyd etsə də, iddia ərizəsinə və məhkəmə araşdırması zamanı bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda cavabdehin məhkəməyə təqdim etdiyi müddətli əmək müqavilələrindəki imzaların ona məxsus olduğunu bildirmiş və müqavilələrin məzmunundan xəbərsiz olduğunu qeyd etmişdir. İddiaçı məhkəmə zamanı verdiyi ifadəsində Azərbayan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinin işəgötürən tərəfindən pozulduğunu və onunla bağlanmış müddətli əmək müqaviləsinin fasiləsiz olaraq 5 ildən artıq davam etməsini qeyd etsə də, işin halları ilə müəyyən olunmuşdur ki, onunla bağlanmış əmək müqavilələrinin ümumi müddəti 5 ildən artıq olmamışdır. Belə ki, iddiaçı ilə ilk əmək müqaviləsi 15 sentyabr 2014-cü il tarixdə bağlanmış və onunla bağlanmış sonuncu 15.09.2018-ci il tarixli müddətli müqaviləyə 14.06.2019-cu il tarixdə müddət bitdiyindən xitam verilmişdir. Yuxarıda göstərilən qanunvericilik normalarının tələblərindən də, göründüyü kimi eyni iş üzrə əmək münasibəti fasiləsiz olaraq 5 ildən artıq müddət davam edərsə əmək müqaviləsi müddətsiz hesab edilir. Göründüyü kimi iddiaçının vəzifəsi üzrə əmək fəaliyyəti 5 ildən artıq müddət təşkil etmir. Həmçinin birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqavilələrinə xitam verilmiş, daha sonra isə yeni əmək müqavilələri bağlanmışdır. Bu isə qanunda göstərilən əmək müqaviləsinin fasiləsiz olaraq davam etməsinin qarşısını almış, həmin müddət kəsilmişdir. Buna görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, əmək qanunvericiliyinin qeyd olunmuş normasına görə müddətli əmək müqaviləsinin müddətsiz əmək müqaviləsinə hesab olunmasının iddiaçı tərəfindən mübasisələndirilməsi üçün heç bir hüquqi əsas yoxdur. Əmək qanunvericiliyinin yuxarıda sadalanan normalarını və işin şərh olunan hallarını nəzərə alaraq, müqayisəli təhlil edərək birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı işə bərpa və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası əsassızdır. Buna görə də iddia verilən zaman ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Birinci instansiya məhkəməsi tərəflərin təqdim etdikləri sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, İddiaçı cavabdeh Qəbələ şəhər 1 saylı tam orta məktəbinə və üçüncü şəxslər Qəbələ rayon Təhsil şöbəsi və Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi X2rşı «işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı» tələbinə dair iddiası təmin edilməməlidir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə görə hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh Qəbələ şəhər 1 saylı tam orta məktəbi arasında bağlanımış 15 sentyabr 2014cü il tarixli müddətli əmək müqaviləsinə əsasən o, öz ixtisası üzrə məktəbdə müddətli əmək müqaviləsi ilə analıq məzuniyyətində olan müəllimənin yerinə müvəqqəti olaraq ibtidai sinif müəllimi (əvəzçi) olaraq işə qəbul olunmuşdur. Bu barədə həmin tarixdə məktəb direktoru X5 tərəfindən 01 nömrəli əmr imzalanmış və ona ******* nömrəli əmək kitabçası tərtib edilmişdir. İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin müddəti 14.06.2017-ci il tarixdən bitdiyindən, 16 iyun 2017-ci il tarixli, 81 nömrəli əmrlə əmək müqaviləsinin 68-b bəndinə əsasən həmin müqaviləyə xitam verilərək axırıncı hesab ödənilmişdir. Eyni zamanda 13.03.2017-ci il tarixdə sistemə daxil edilmiş «əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildiriş»lə müəyyən edilir ki, İddiaçı ilə Qəbələ şəhəri 1 saylı tam orta məktəb direktoru arasındakı müddətli əmək müqaviləsinin müddəti 01.08.2014-cü il tarixdən 14.06.2017-ci il tarixə kimi göstərilmişdir. Bundan sonra işəgötürən məktəbin direktoru X5 ilə İddiaçı arasında 15.09.2017-ci il tarixdə onun 15.09.2017-ci il tarixdən 14.06.2018-ci il tarixədək bir il müddətinə müddətli (əvəzçi müəllim təyin olunması barədə) əmək müqaviləsi bağlanmış və ona 6 (altı) saat texnologiya dərsi verilmişdir. İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin müddəti 14.06.2018-ci il tarixdən bitdiyindən, 14 iyun 2018-ci il tarixli, 105 nömrəli əmrlə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Daha sonra məktəbin müəllimi X11 analıq məzuniyyətində olduğu üçün işəgötürən məktəbin direktoru X5 ilə İddiaçı arasında 15.09.2018-ci il tarixdə onun 14.06.2019-cu il tarixədək bir il müddətinə müddətli əmək müqaviləsi bağlanmış və ona 7 (yeddi) saat şahmat dərsi verilmişdir. İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin müddəti 14.06.2019-cu il tarixdən bitdiyindən, 14 iyun 2019cu il tarixli, 14 nömrəli əmrlə İddiaçı ilə bağlanmış müqaviləyə 14.06.2019-cu il tarixdən xitam verilərək axırıncı hesab ödənilməsi qərara alınmışdır. Bundan sonra İddiaçı məxsus əmək kitabçasında adı çəkilən əmr qeyd olunaraq məktəb direktorunun imzası və möhürü ilə təsdiq edilmiş və əmək kitabçası qanunvericiliyin tələblərinə uyğun surətdə ona təqdim olunmuşdur. İşin mübahisələndirilməyən hallarından göründüyü kimi, Qəbələ şəhər 1 saylı tam orta məktəbin müəllimi X11 analıq məzuniyyətində olduğu üçün işəgötürən məktəbin direktoru X5 ilə İddiaçı arasında 15.09.2018-ci il tarixdə onun 14.06.2019-cu il tarixədək bir il müddətinə müddətli əmək müqaviləsi bağlanmış və ona 7 (yeddi) saat şahmat dərsi verilmişdir. Göründüyü kimi 15.09.2018-ci il tarixdə İddiaçı ilə müddətli əmək müqaviləsi 1 il müddətinə bağlansa da, həmin əmək müqaviləsinə müqavilənin müddəti bitmədən 14.06.2019-cu il tarixdə 14 saylı əmrlə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu fəslində müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları göstərilmişdir. Hazırki halda İddiaçı ilə bağlanmış əmək müqaviləsinə vaxtından əvvəl xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əməl edilməmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianın təmin edilməməsini qət etməklə düzgün nəticəyə gəlmədiyindən, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilmədiyindən, qətnamə qəbul edərkən qətnamənin ləğv edilməsinə əsas ola biləcək maddi və prosessual hüquq normalarının pozulmasına yol verdiyindən iddiаçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 2 dekabr 2020-ci il tarixli 2(025)-1212/2020 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə iddiаçı İddiaçı cavabdeh Qəbələ şəhər 1 saylı tam orta məktəbinə və üçüncü şəxslər Qəbələ rayon Təhsil şöbəsi və Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi X2rşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair iddiası təmin edilməli, Qəbələ şəhər 1 saylı tam orta məktəbi direktorunun 14 iyun 2019-cu il tarixli, 14 saylı əmri ləğv edilməli, İddiaçı Qəbələ şəhər 1 saylı tam orta məktəbin şahmat müəllimi vəzifəsinə bərpa edilməli, İddiaçı işdən azad olunduğu 14 iyun 2019-cu ildən 15 sentyabr 2020-ci ilə kimi məcburi iş buraxmaya görə əmək haqqı hesablanaraq ödənilməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 389-ci maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-ci maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 2 dekabr 2020-ci il tarixli 2(025)-1212/2020 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiаçı İddiaçı cavabdeh Qəbələ şəhər 1 saylı tam orta məktəbinə və üçüncü şəxslər Qəbələ rayon Təhsil şöbəsi və Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi X2rşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair iddiası təmin edilsin. Qəbələ şəhər 1 saylı tam orta məktəbi direktorunun 14 iyun 2019-cu il tarixli, 14 saylı əmri ləğv edilsin. İddiaçı Qəbələ şəhər 1 saylı tam orta məktəbin şahmat müəllimi vəzifəsinə bərpa edilsin. İddiaçı işdən azad olunduğu 14 iyun 2019-cu ildən 15 sentyabr 2019-cu ilə kimi məcburi iş buraxmaya görə əmək haqqı hesablanaraq ödənilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: İmanverdi Şükürov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar