Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-61/2022 22.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsindən cavabdehin çıxarılması tələbinə dair” Göyçay Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tаrixli, 2(046)-129/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin (hаkim İbrahim Fəttahov) 03 iyun 2020-ci il tаrixli, 2(046)-129/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı JN471 saylı Torpağa mülkiyyət hüququna X5 əsasən mülkiyyətində olan Göyçay rayonunun Mallı- Şıxlı kəndində yerləşən 2.43 ha torpaq sahəsinin 1.27 ha hissəsindən çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə mütəxəssis rəyinin verilməsinə çəkilmiş 63.24 manat məhkəmə xərci Cavabdeh alınaraq Kadastr və Yerquqluşu Layihə Tədqiqat Mərkəzinin müvafiq hesabına keçirilməsi, iş üzrə ekspertiza xərcləri olan 100 manat Cavabdeh alınaraq məhkəmə ekspertiza mərkəzinin müvafiq hesabına keçirilməsi və qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qət оlunmuşdur. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN471 saylı Torpağın Mülkiyyət Hüququna X5 əsasən ona və ailə üzvlərinə məxsus Göyçay rayonu Mallı-Şıxlı kəndində yerləşən 2.43 ha torpaq sahəsinin 1.60 ha hissəsindən Cavabdeh çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, 1997-ci ildə torpaq islahatı keçrildikdən sonra ona kənd ərazisində torpaq sahəsi ayırmışlar. Təxminən 2017-ci ildə bələdiyyə tərəfindən onun istifadə etdiyi torpaq sahəsinə tut ağacları əkilərkən ona məlum olmuşdur ki, həmin ərazi ona məxsus deyil. Sonradan torpağın yerini müəyyən etmək üçün ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestri Xidmətinə müraciət etmiş və həmin idarədən ona məxsus olan ərazini göstərilmişdir. Bundan sonra ona məlum olmuşdur ki, qeyd edilən torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilmişdir. Cavabdeh zəbt olunmuş torpaq sahəsindən çıxarılması tələbinə iddia qaldırsa da məhkəmənin qərardadına əsasən ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerqurluşu layihə tədqiqat Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 02/0007 saylı mütəxəssis rəyində uyğunsuz olduğundan Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(046)-135/2019 nömrəli qərardadına əsasən mülki iş baxılmamış saxlanılmış və JN-471 nömrəli Torpağın Mülkiyyət Hüququna X5 əsasən ona verilmiş 2.43 hektar torpaq sahəsinin naturada ona tanıdılması (Dövlət aktında nəzərdə tutulmuş plan sxemə uyğun) ilə bağlı OMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə müraciət etmək hüququ izah edilmişdir. Bundan sonra ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestri Xidmətinə müraciət etmiş, xx.xx.2019-cu il tarixdə xidmət tərəfindən Göyçay rayonu Mallı-Şıxlı kəndində yerləşən ona məxsus JN-471 nömrəli Torpağın Mülkiyyət Hüququna X5 əsasən aktda nəzərdə tutulmuş plan və sxemə uyğun torpaq sahəsi tanıdılmışdır. Baxış keçrilməsi barədə Cavabdeh da məlumat verilmişdir. Tanıdılma zamanı yenidən ona məlum olmuşdur ki, Cavabdeh tərəfindən ona məxsus torpaq sahəsi zəbt edilmişdir. Buna görə də məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmiş və iddiaçıya məxsus torpaq sahəsi qeyd edilən ərazidə yerləşməmişdir. Buna görə də iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul eidlməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında maraqlı tərəf Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi X1 izahat verərək mövcud xəritə materialları ilə natura arasındakı uyğunsuzluqları arada qaldırılması Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-ci il tarixli 818 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” əsasında aparılan uçot işləri başa çatdıqdan və torpaqların rəqəmsal kadastr xəritələri hazırlananadək iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Qətnamədən narazı qalan Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 sentyabr 2020-ci il tarixli, 2(107)-1681/2020 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Göyçay Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tаrixli, 2(046)- 129/2020 nömrəli qətnаməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 sentyabr 2020-ci il tarixli, 2(107)-1681/2020 nömrəli qətnaməsindən Cavabdeh və onun vəkili Vəkil tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 mart 2021-ci il tarixli, 2(102)-1299/2021 nömrəli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 sentyabr 2020-ci il tarixli, 2(107)- 1681/2020 nömrəli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, o, mübahisəli torpaq sahəsini zəbt etməmişdir. Ona görə də iddianı da qəbul etməmişdir. Lakin birinci instansiya məhkəməsi bunu nəzərə almamışdır. Ona görə də qeyd edilənlərin nəzərə alınaraq Göyçay Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tаrixli, 2(046)-129/2020 saylı qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinə qarşı verilmiş etiraz: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izhatları: Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tаrixli, 2(046)-129/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüququ məsələlər: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 mart 2021-ci il tarixli, 2(102)-1299/2021 nömrəli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 sentyabr 2020-ci il tarixli, 2(107)-1681/2020 nömrəli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 mart 2021-ci il tarixli, 2(102)-1299/2021 saylı qərarında göstərilmişdir ki, iddiaçı və onun ailə üzvlərinə məxsus Göyçay rayonu, Şıxlı kəndində yerləşən 2,43 ha torpaq sahəsi JN-471 nömrəli Torpağa Mülkiyyət Hüququna X5 əsasən qeydiyyata alınmışdır. Bununla əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 mart 2020-ci il tarixli, 32440 №-li məhkəmə ekspertizasının rəyində aşağıdakılar qeyd olunmuşdur: “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində "xxxx" MMC-nin Ağsu LTİ-nin mütəxəssis rəyinə əsasən, X2 ilə naturadakı vəziyyət arasında uyğunsuzluq olduğundan JN-471 nömrəli Torpağa mülkiyyət hüququna X4 göstərilən konfiqurasiya faktiki naturada olan vəziyyəti əks etdirmir və dəqiq yerini (kv.m.) müəyyən etmək mümkün deyildir. Eyni zamanda "xxxx" MMC-nin Ağsu LTİ-nin mütəxəssis rəyinə əlavə edilmiş sxemdən isə görünür ki, JN-471 nömrəli Torpağa Mülkiyyət Hüququna X4 nəzərdə tutulmuş 2,43 ha torpaq sahəsinin 1,27 hektar hissəsi Cavabdeh tərəfindən istifadə olunduğu müəyyən olunur”. Lakin apellyasiya instansiyası məhkəməsi qətnamədə ekspert rəyi ilə bağlı tədqiqatın nəticəsi üzrə 1-ci hissəyə istinad etməmiş və həmin hissəyə hər hansı hüquqi münasibət bildirməmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi 12 mart 2020-ci il tarixli ekspert rəyi üzrə ziddiyyətli nəticəyə gəlinmişdir. Lakin bununla əlaqədar apelyasiya instansiyası məhkəməsi MPM-nin 102.1 və 102.2ci maddəsinin tələblərini nəzərə almadan düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, MPM-in 102.1-ci maddəsinə əsasən ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. MPM-in 102.2-ci maddəsinə görə isə məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Buna görə apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən iddia tələbi üzrə düzgün hüquqi nəticəyə gəlmək üçün iddiaçıya və cavabdehə məxsus qeydiyyatdan keçmiş torpaq sahələri üzrə yenidən əlavə və ya təkrar ekspertiza təyin olunubolunmaması məsələsini müzakirə etməlidir. MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə və Ali Məhkəmənin göstərişlərinə əsasən hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tаrixli, 2(046)-129/2020 nömrəli qətnaməsi ləğv edilməli, iddia isə təmin edilməməlidir. Belə ki, Şəki Apellyasiya Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2(107)-61/2022 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. 30 aprel 2022-ci il tarixində Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsindən Şəki Apellyasiya Məhkəməsinə daxil olmuş məktubunda göstərilmişdir ki, mülki iş üzrə tədqiqat obyektinə baxış zamanı iddiaçı və cavabdeh razılığa gəldiklərini bildirdilər və baxışda iştirakdan imtina etdikləri üçün çölölçmə işlərinin aparılması və mütəxəssis qarşısında qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Bununla bağlı 19 aprel 2022-ci il tarixdə akt tərtib edilmiş və bu akt həm iddiaçı, həm də cavabdeh tərəfindən imzalanmışdır. Daha sonra iş üzrə icraat təzələnmiş və 24 may 2022-ci il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında tərəflər iş üzrə razılığa gələ bilmədiklərini göstərərək məhkəmə araşdırmasının davam etdirilməsini xahiş etmişlər. Bundan sonra Şəki Apellyasiya Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2(107)- 61/2022 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası yenidən icraya yönəldilmiş və 18 iyul 2022-ci il tarixində Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsindən Şəki Apellyasiya Məhkəməsinə məktub və mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərc barədə tərtib olunmuş smeta və hesab vərəqi göndərilmişdir. Həmin məktubda göstərilmişdir ki, təqdim edilən smetada nəzərdə tutulmuş xidmət haqqı ödəniləcəyi və ödənişin təsdiqi barədə sənəd 16 saylı Ucar Ərazi İdarəsinə təqdim ediləcəyi təqdirdə mütəxəssis rəyinin göndərilməsi təmin ediləcəkdir. Smeta və hesab vərəqi tərəflərə göndərilmiş, smeta və hesab vərəqində göstərilmiş rüsumun ödənilməsi və məhkəməyə məlumat verilməsi xahiş olunmuş, lakin tərəflərdən heç biri smetada nəzərdə tutulmuş xidmət haqqını ödəməmişdir. Şəki Apellyasiya Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(107)-61/2022 nömrəli qərardadı ilə iş üzrə icrааt təzələnmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29.3-cü maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 29.4-cü maddəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqlamüəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Təhlil olunan işdən aydın olur ki, hazırkı iş üzrə mütəxəssis rəyinin verilməsi ilə bağlı smeta və hesab vərəqi tərəflərə göndərilmiş, smeta və hesab vərəqində göstərilmiş rüsumun ödənilməsi və məhkəməyə məlumat verilməsi xahiş olunmuş, eyni zamanda MPM-in 97.5-ci maddəsinin tələbləri tərəflərə izah olunmuşdur. Buna baxmayaraq, tərəflərdən heç biri smetada nəzərdə tutulmuş xidmət haqqını ödəməmişdir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-in 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. MPM-in 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyl, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Hazırda təhlil olunan işdən bəlli olur ki, tərəflərə məhkəmə kollegiyası tərəfindən 20 iyul 2022-ci il tarixdə məktub ünvanlanmış və MPM-in 97.5-ci maddəsinin tələbləri izah edilmişdir. Buna baxmayaraq tərəflərdən heç biri smetada nəzərdə tutulmuş xidmət haqqını ödəməmişdir. Öz növbəsində iddiaçı da öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmədiyindən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Apellyasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə iclasında tədqiq olunan sübutları məcmu halda qiymətləndirən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Cavabdeh apellyasiya şikayətləri təmin edilməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tаrixli, 2(046)-129/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, İddiaçı Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsindən cavabdehin çıxarılması tələbinə dair” iddiası rədd edilməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları nəzərə alaraq və MPM-in 372, 384, 387, 392, 393-cü maddələrini rəhbər tutaraq Qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tаrixli, 2(046)-129/2020 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsindən cavabdehin çıxarılması tələbinə dair” iddiası rədd edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-61/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-61/2022
22.11.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver