Məhkəmə qərarları › İş №2(107)-61/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-61/2024

06.05.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-61/2024 06.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "torpaq sahəsinə gedən su bərəsinin açılması və maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- torpaq sahəsinə gedən su bərəsinin açılması və maneələrin aradan qaldırılması, yerli baxış, ekspertiza məsələləri, prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X2 ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "torpaq sahəsinə gedən su bərəsinin açılması və maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 9 mart 2023cü il tarixli, 2(046)-38/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan torpaq sahəsinə gedən qanunsuz bağlanmış su bərəsinin açılması və torpaq sahəsinin suvarılması üçün cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göyçay rayonu Aqrar İslahat Komissiyasının 21 iyul 1998-ci il tarixli 39 saylı qərarı ilə ailə üzvlərinin mülkiyyətinə torpağın mülkiyyətə verilməsinə dair JN- 242A saylı şəhadətnaməyə əsasən 0.43 ha həyətyanı torpaq sahəsi verilmişdir. 2021-ci ilin iyun ayından başlayaraq torpaq sahəsi ilə həmsərhəd torpaq sahəsinin sahibi olan cavabdeh qardaşı X3 torpağından keçib onun həyətyanı torpağına gedən su bərəsini qanunsuz olaraq bağlamış və torpağına su verilməsindən imtina edərək maneələr yaratmışdır. Bu barədə dəfələrlə Göyçay rayonu Ləkçıplaq Bələdiyyəsinə müraciət etmiş, bələdiyyənin üzvləri və polis işçiləri su yolunun açılması üçün əraziyə gəlmişlər və cavabdehə su yolunun açılmalı olduğunu izah edərkən cavabdeh su yolunu açmaqdan imtina etmişdir. Bununla əlaqədar Göyçay rayonu Ləkçıplaq Bələdiyyəsinin 19 avqust 2021- ci il tarixli məktubu ilə ona rəsmi olaraq cavab verilmişdir. Beləliklə, cavabdehin təqsiri üzündən mübahisəni məhkəmədən kənar qaydada həll etmək mümkün olmamışdır. Ona görə də pozulmuş hüququnun bərpası üçün məhkəməyə müraciət etmişdir. Mülkiyyətində olan həyətyanı torpaq sahəsinin suvarılması üçün nəzərdə tutulan su bərəsi cavabdeh tərəfindən bağlandığı üçün mülkiyyətində olan torpaq sahəsindəki bitkiləri suvara, torpaq sahəsindən istifadə edə, torpaq sahəsinə sahiblik edə bilmir və bununla da mülkiyyət hüququ pozulur. Birinci instansiya məhkəməsində icraat Göyçay Rayon Məhkəməsinin (hаkim İ.Fəttahov) 9 mart 2023-cü il tarixli, 2(046)- 38/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan JN242A saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Göyçay rayonu Ləkçıplaq kəndində yerləşən 0.43 ha həyətyanı torpaq sahəsinin suvarılması üçün nəzərdə tutulan su bərəsinin Cavabdeh vəsaiti hesabına açılması, dövlət rüsumu kimi ödənilmiş 10 manatın Cavabdeh alınaraq İddiaçı verilməsi, iş üzrə ekspertiza xərci olan 100 manatın Cavabdeh alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Göyçay rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 39 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinə Göyçay rayonu Ləkçıplaq kəndində 0.43 ha həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçıya məxsus həyətyanı torpaq sahəsinin suvarılması üçün nəzərdə tutulan su arxı cavabdeh tərəfindən bağlanmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Göyçay rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 39 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinə Göyçay rayonu Ləkçıplaq kəndində 0.43 ha həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçıya məxsus həyətyanı torpaq sahəsinin suvarılması üçün nəzərdə tutulan su arxı cavabdeh tərəfindən bağlanmışdır. Birinci instansiya məhkəməsi iddia tələbinin əsaslığını yoxlamaq üçün mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edərək, müvafiq rəy almışdır. Mütəxəssis və ekspert rəyindən görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN- 242A saylı şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan Göyçay rayonu Ləkçıplaq kəndində yerləşən 0.43 ha həyətyanı torpaq sahəsinə gedən su bərəsi cavabdeh tərəfindən bağlanmışdır. İstinad olunan maddi hüquq normalarının tələbinə görə mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davamlı şəkildə edildikə isə hüququ pozulmuş şəxs pozulmuş hüquqlarının bərpasını məhkəmə vasitəsilə tələb edə bilər. Hazırki işin hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçının torpaq üzərində mülkiyyət hüquqları pozulmuş, iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsində becərdiyi kənd təsərrüfatı məhsullarının suvarılması üçün nəzərdə tutulan su bərəsi bağlanmışdır. Belə olan halda iddiaçının pozulmuş hüquqları bərpa edilməli, cavabdeh tərəfindən bağlanmış su bərəsi açılmalı və həmin su bərəsindən iddiaçının istifadəsinə yaradılan maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu cavabdehdən alınaraq İddiaçı ödənilməli, iş üzrə ekspertiza xərci olan 100 manat cavabdehdən tutularaq məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Beləliklə, birinci instansiya məhkəməsi tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, İddiaçı iddiası təmin edilməli, Göyçay rayonu Ləkçıplaq kəndində yerləşən Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan 0.43 ha həyətyanı torpaq sahəsinə gedən su bərəsi cavabdehin vəsaiti hesabına açılmalıdır. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4-cü maddələri, "İnsan hüquqları və əsas azadlıqların müdafiəçi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarı, "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarı, "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 217 və 119.1ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki işə bахаn birinci instаnsiyа məhkəməsi istinаd оlunаn nоrmаtiv hüquqi аktlаrın tələblərini pоzmuş, işin faktiki hallarını düzgün müəyyən etməmiş, nəticədə onun mülkiyyət hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. İddiaçının açılmasını tələb etdiyi su arxı xəritə materiallarında tərəflərin, eləcə də digər mülkiyyətçilərin istifadəsi üçün nəzərdə tutulmamışdır. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin şimal hissəsindən keçən və xəritə materiallarında nəzərdə tutulan su arxından zəruri texniki işlər görməklə, torpaq sahəsinin suvarılmasını təmin edə bilər. Xəritə materiallarında Göyçay rayon Aqrar İslahat Komissiyasının 21 iyul 1998-ci il tarixli 39 saylı qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş və JN- 242A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən 0.42 ha torpaq sahəsinin suvarılması üçün nəzərdə tutulan su arxı qeyd edilən torpaq sahəsinin şimal hissəsindən keçir. Bundаn bаşqа, Göyçаy rаyоn Ləkçıplаq bələdiyyəsinin 10 оktyаbr 2022-ci il tаriхli 43 sаylı məktubundаn görünür ki, Göyçay rayon Ləkçıplaq bələdiyyəsi mübаhisəli ərazidə olmuş va tərəflərin iştirаkı ilə ərаziyə baxış keçirilmişdir. Müəyyən оlunmuşdur ki, İddiaçı Ağakarim oğlunun su bərəsi (kolxozlar dönəmində) İslahat zamanında, Qardaşı Cavabdeh Ağakarim oğlunun pay torpaq sahəsindən keçmiş və onlar birgə olaraq su bərəsindən istifadə etmişlər. Ərazinin cənub hissəsində bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş sahəsi və həyətyanı torpaq sahəsinin daxilində 0.25 ha (16958 BB) torpaq sahəsinin olduğu müəyyən olundu. Mübahisəli su arxı onun mülkiyyətində olan pay torpaq sahəsinin daxilindən keçərək həmin örüş sahəsinə qədər uzanır. Həmçinin həmin sahələrin şimal-şərq hissəsində alternativ su arxı mövcuddur. Həmin arxdan suvarma məqsədilə qazıntı işləri aparılaraq suyun çəkilməsi mümkündür. Lakin həmin hissədə qismən torpaq sahəsində çökəklik mövcüddur. Məlumat üçün bildirilmişdir ki, hazırda mövcud olan və mübahisəli su bərəsi bağlanana qədər Cavabdeh Ağakarim oğlu ilə qardaşı İddiaçı Ağakarim oğlu birgə istifadə еtmişlər. Əlavə olaraq qeyd edir ki, məhkəmə işinin getdiyi dövrdə əraziyə baxış keçirmək üçün işlə bağlı səlahiyyətli hakim və eləcə də Rayon İcra hakimiyyətinin Səlahiyyətli nümayəndələri Ərazidə olmuş, danışıqlar zamanı o, iddiaçıya su bərəsinin açılması üçün köməklik məqsədi ilə öz bağının sağ cinahı sayılan sərhəd hissəsindən keçməklə həyətyanı sahəyə daxil olmamaq şərti ilə öz torpaq sahəsindən su bərəsinin çəkilməsi təklifini irəli sürmüş və bu da iştirakçılar tərəfindən bəyənilərək müsbət addım kimi qiymətləndirilmişdir. Şifahi danışığa əsəsən o, öz şəxsi maddi imkanlarına əsasən muzdlu işçi qüvvəsinin hesabına təklif etdiyi hissədə su bərəsinin keçəcəyi hissəni təmizləmiş və iddiaçıya istifadə edə biləcəyi su bərəsi hazırlamış və Bələdiyyə orqanına məlumat vermişdir. Lakin İddiaçı bu müsbət addımla da kifayətlənməmiş və su bərəsini onun həyətyanı sahəsinin daxilindən keçməsini tələb etmişdir. İstinаd оlunаn sənədlərdən, еləcə də, mülkiyyət hüququnu təsdiq еdən şəhаdətnаmədən görünür ki, mübаhisəli su bərəsi onun mülkiyyətində оlаn tоrpаq sаhəsindən kеçməklə, yаlnız mülkiyyətində оlаn tоrpаq sаhəsinin suvаrılmаsı üçün nəzərdə tutulmuşdur. Bununlа dа onun mülkiyyətçi kimi hüquqlаrı kоbud şəkildə pоzulmuşdur. Yuхаrıdа qеyd еtdiyi mütəхəssis rəyindən və bələdiyyənin məktubundаn göründüyü kimi, mülkiyyətində оlаn tоrpаq sаhəsindən kеçən və məhz həmin sаhənin suvаrılmаsı üçün istifаdə оlunаn su bərəsi iddiаçıyа məхsus sаhənin suvаrılmаsı üçün nəzərdə tutulmаmışdır. İddiаçı digər qоnşulаr kimi, оnlаrın tоrpаq sаhələrinin suvаrılmаsı üçün nəzərdə tutulаn digər, аltеrnаtiv su аrхındаn istifаdə еtməlidir. Lаkin iddiаçı onunla lüzumsuz mübаhisə yаrаdаrаq, məhkəmə çəkişməsi аpаrır. Hаlbuki, хəritə mаtеriаllаrındа kimin, hаnsı su bərəsindən, аrхındаn istifаdə еdərək tоrpаq sаhələrini suvаrmаlı оlmаsı аçıq, аydın, аnlаşılаn tərzdə göstərilmişdir. İddiаçının hеç bir hüququnu pоzmur və məhkəmənin bаrəsində çıхаrdığı qətnаmə əsаssızdır. Məhkəmə işin yuхаrıdа qеyd оlunаn fаktiki hаllаrını nəzərə аlmаmış, onun mülkiyyətində оlаn tоrpаq sаhəsinin suvаrılmаsı üçün nəzərdə tutulmuş, mülkiyyətində оlаn həmin tоrpаq sаhəsindən kеçən su bərəsinin аçılmаsı ilə bаğlı əsаssız və qаnunsuz qətnаmə qəbul еtmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin 9 mart 2023-cü il tarixli, 2(046)- 38/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin 9 mart 2023-cü il tarixli, 2(046)-38/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Göyçay Rayon Məhkəməsinin 9 mart 2023-cü il tarixli, 2(046)-38/2023 saylı qətnaməsinin dəyişdirilmdən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq üçüncü şəxs Göyçay Rayon Ləkçıplaq Bələdiyyəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə üçüncü şəxs Göyçay Rayon Ləkçıplaq Bələdiyyəsinin nümayəndəsi iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 97.1-ci maddəsində qeyd olunur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Göyçay Rayon Məhkəməsinin 9 mart 2023-cü il tarixli, 2(046)-38/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Göyçay Rayon Məhkəməsinin 9 mart 2023-cü il tarixli, 2(046)-38/2023 saylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi ümumilikdə iddianı təmin etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlsə də, qətnamə qəbul edərkən prosessual hüquq normalarının tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2 və 387.2.2-ci maddələrinə əsasən, işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. İşin materiallarından görünür ki, Göyçay Rayon Məhkəməsinin 13 fevral və 28 fevral 2023-ci il tarixdə cavabdehə məhkəmə bildirişi göndərilsə də, lakin Cavabdeh göndərilməsi və yaxud alması barədə hər hansı bir sənəd mövcud olmamışdır. Nəticədə Göyçay Rayon Məhkəməsinin 9 mart 2023-cü ildə yekun məhkəmə baxışı keçirilmiş və cаvаbdeh Cavabdeh məhkəmə prosesində iştirakı təmin edilmədən qətnamə qəbul edilmişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin 9 mart 2023-cü il tarixli, 2(046)-38/2023 saylı qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Göyçay rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 39 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinə Göyçay rayonu Ləkçıplaq kəndində 0.43 ha həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçıya məxsus həyətyanı torpaq sahəsinin suvarılması üçün nəzərdə tutulan su arxı cavabdeh tərəfindən bağlanmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşsa da iddianın rədd edilməsi barədə dəlilləri ilə razılaşmır. Apelyator şikayətində qeyd etmişdir ki, xəritə materiallarında Göyçay rayon Aqrar İslahat Komissiyasının 21 iyul 1998-ci il tarixli 39 saylı qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş və JN- 242A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən 0.42 ha torpaq sahəsinin suvarılması üçün nəzərdə tutulan su arxı qeyd edilən torpaq sahəsinin şimal hissəsindən keçir. Kollegiya şikayətin bu hissəsi ilə razılaşmır. Belə ki, iş materiallarında olan Torpağın Mülkiyyətə Verilməsinə dair JN-242A saylı Şəhadətnamənin surətindən görünür ki, Göyçay rayon Ləkçıplaq kəndində yerləşən 0.43 ha həyətyanı torpaq sahəsi İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İş materiallarında olan Göyçay Rayon Ləkçıplaq Bələdiyyəsinin 4 may 2024-cü il tarixli, 34 nömrəli arayışdan görünür ki, 15-il müdətində idiaçı İddiaçı həyətinin suvarılması üçün istifadə edilmişdir. 3-il bundan öncə Cavabdeh hazırda mövcüd olan iddia yaranan suvarma bərəsindən istifadə etməyə imkan verməmişdir. Həmin ərazidə olarkən səsləndirilən həyətlərin şimal hissəsində olan qədim suvarma bərəsi bələdiyyənin sədrinin işlədiyi 15 il müddətində istifadə edilməsinin şahidi olmamışdır. Həmin ərazidən faktiki sahənin kənar tərəfindən Göyçay Rayon Məhkəməsinin iddianı sülh yolu ilə həlli üçün Cavabdeh tərəfindən alternativ olması və istifadə edilməsi üçün su bərəsin qazılması təşkil edilmişdir. İddiaçı adı gedən proseslə razılaşmamışdır .(Həmin suvarma bərəsindən istifadə etməyə razı olmamışdır). Eyni zamandan məhkəmə kollegiyasının 13 iyul 2023-cü il tarixli qərardadı ilə məhkəmə-texniki ekspertiza təyin edilmiş, ekspertizanın aparılmasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən ekspertiza tədqiqatı aparılaraq, məhkəməyə 26 fevral 2024-cü il tarixli 3-16-16/2-10/307 nömrəli rəy verilmişdir. Rəydə göstərilmişdir ki, 6, 7 və 8-ci sualları üzrə sözügedən su bərəsi Cavabdeh faktiki istifadəsində olan həyətyanı torpaq sahəsindən JN- 242A seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,43 ha həyətyanı torpaq sahəsindən keçən hissədə torpaq sahəsinə baxış zamanı bağlandığı müəyyən olunmuşdur. Göründüyü kimi ekspert rəyi ilə də təsdiq edilir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-242A saylı şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan Göyçay rayonu Ləkçıplaq kəndində yerləşən 0.43 ha həyətyanı torpaq sahəsinə gedən su bərəsi cavabdeh tərəfindən bağlanmışdır. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bundan başqa məhkəmə kollegiyası tərəfindən hazırki mübahisənin obyektiv həll edilməsi üçün mübahisəli əraziyə yerli baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus həyətyanı torpaq sahəsinin suvarılması üçün nəzərdə tutulan su barəsi cavabdeh tərəfindən bağlanmışdır. Yəni iddia tələbində qeyd edilən hallar öz təsdiqini tapmışdır. Eyni zamanda yerli baxış zamanı tərəflər (həm iddiaçı, həmdə cavabdeh tərəf) verdikləri izahatlarında təsdiq etmişlər ki, apellyasiya şikayətində qeyd edilən torpaq sahəsinin şimal hissəndə mövcud olmuş su arxı 30 ilə yaxındır ki, bağlıdır. Onun əvəzində 30 ilə yaxındır ki, iddiaçı hazırda mübahisələndirilən su arxından istifadə edir. Göründüyü kimi iddiaçı iddia tələbində haqlı, cavabdeh tərəfin apelyasiya şikayəti isə əsassızdır. Daha sonra şikayətdə bildirilmişdir ki, danışıqlar zamanı o, iddiaçıya su bərəsinin açılması üçün köməklik məqsədi ilə öz bağının sağ cinahı sayılan sərhəd hissəsindən keçməklə həyətyanı sahəyə daxil olmamaq şərti ilə öz torpaq sahəsindən su bərəsinin çəkilməsi təklifini irəli sürmüş və bu da iştirakçılar tərəfindən bəyənilərək müsbət addım kimi qiymətləndirilmişdir. Şifahi danışığa əsəsən o, öz şəxsi maddi imkanlarına əsasən muzdlu işçi qüvvəsinin hesabına təklif etdiyi hissədə su bərəsinin keçəcəyi hissəni təmizləmiş və iddiaçıya istifadə edə biləcəyi su bərəsi hazırlamış və Bələdiyyə orqanına məlumat vermişdir. Lakin İddiaçı bu müsbət addımla da kifayətlənməmiş və su bərəsini onun həyətyanı sahəsinin daxilindən keçməsini tələb etmişdir. Kollegiya şikayətin bu hissəsi ilə də razılaşmır. Mülki Məcəllənin 170.3-cü maddəsinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Yerli baxış zamanı həmin təkliflə iddiaçının razılaşıb-razılaşmamsı məsələsinə də aydınlıq gətirilmişdir. Belə ki, iddiaçı tərəf təklif edilən həmin torpaq sahəsinin çökəklik olduğunu və suyun onun həyətinə gəlmə ehtimalının olmadığını bildirmişdir. Kollegiyanın qənaətinə görə, bununla bağlı tərəflər öz aralarında razılığa gələ bilərlər. Nə qədər ki, tərəflər alternativ su arxının çəkilməsində razılağa gələ bilməmişlər, iddiaçının əvvəlki su arxından istifadə edilməsinə törədilən maneələr aradan qaldırılmalıdır. Eyni zamanda kollegiya qeyd edir ki, cavabdeh tərəf iddiaçı tərəfə suyun buraxılması nəticəsində ona ziyan dəyməsi barədə hər hansı etiraz bildirməmişdir. İddiaya etirazının əsasını isə iddiaçının onlara məxsus torpaq sahəsinə daxil olması ilə əlaqələndirmişdir. Yuxarıda istinad olunan maddi hüquq normalarının tələbinə görə mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davamlı şəkildə edildikə isə hüququ pozulmuş şəxs pozulmuş hüquqularının bərpasını məhkəmə vasitəsilə tələb edə bilər. Hazırki işin hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçının torpaq üzərində mülkiyyət hüquqları pozulmuş, iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsində becərdiyi kənd təsərrüfatı məhsullarının suvarılması üçün nəzərdə tutulan su bərəsi bağlanmışdır. Məlum olduğu kimi, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Haqlar istənilən şəkildə deyil, yalnız onların tanınma məqsədlərinə uyğun gəldiyi hədlər daxilində istifadə oluna bilər. Məhkəmələr hüquqi mübahisələrə baxarkən hüquqdan sui-istifadə hallarını tərəflərin irəli sürüb-sürməməyindən asılı olmayaraq nəzərə almalıdırlar. Əks halda, yəni hüquqdan sui-istifadə halını nəzərə almadan çıxarılan məhkəmə qərarları başda konstitusiya olmaqla bütün qanunvericiliyə zidd olaraq ədalətsiz nəticələrin əmələ gəlmə səbəbi olar. Belə bir nəticə “ədalət mühakiməsi” anlayışının özünə kökündən ziddir. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Kollegiyanın qənaətinə görə iddianın təmin edilməməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olsa da, qətnamə qəbul edilərkən prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin 9 mart 2023-cü il tarixli, 2(046)-38/2023 saylı qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin 9 mart 2023-cü il tarixli, 2(046)-38/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan JN242A saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Göyçay rayonu Ləkçıplaq kəndində yerləşən 0.43 ha həyətyanı torpaq sahəsinin suvarılması üçün nəzərdə tutulan su bərəsi Cavabdeh vəsaiti hesabına açılsın. Dövlət rüsumu kimi ödənilmiş 10 manat Cavabdeh alınaraq İddiaçı verilsin. Birinci instansiya məhkəməsinin təyin edilmiş iş üzrə ekspertiza xərci olan 100 manat Cavabdeh alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. İş üzrə apellyasiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza xərcini təşkil edən 100 (yüz) manat pulu Cavabdeh tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar