Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-611/2025 12.06.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X11 qızının katibliyi, cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri şəhərlərin X13 Xidməti” publik-hüquqi şəxsin Mingəçevir şəhər Sukanal İdarəsinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri şəhərlərin X13 Xidməti” publik-hüquqi şəxsin Mingəçevir şəhər Sukanal İdarəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 21 fevral 2025-ci il tarixli 2(051)-331/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ:
1. İşin halları
İddiaçı 12 dekabr 2024-cü ildə cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri şəhərlərin X13 Xidməti” publik-hüquqi şəxsin Mingəçevir şəhər Sukanal İdarəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri şəhərlərin X13 Xidməti” publik-hüquqi şəxsin Mingəçevir şəhər Sukanal İdarəsinin 22 oktyabr 2024-cü il tarixli, 363-K nömrəli əmrinin ləğv edilməsi, onun işə bərpa edilməsi, məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi və ödənilmiş mediasiya xərcinin cavabdehdən alınıb ona qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 10 avqust 1992-ci ildən Azərbaycan DRES-də, sonra struktur dəyişikliyi ilə əlaqədar 01 aprel 2005-ci ildən isə Mingəçevir şəhər Su Təsərrüfatı İdarəsində maşinist vəzifəsində çalışmışdır. 15 mart 2017-ci ildən bağlanmış əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən isə 2-ci dərəcə ilə nasos qurğularının istismarı sahəsinin 3 saylı çirkab su nasos stansiyasının “nasos qurğularının maşinisti” peşəsinə təyin edilmişdir. İşəgötürənin ona qarşı qərəzi ondan ibarət olmuşdur ki, əvvəllərdə onu işdən çıxartmış olsalar da, məhkəmə qətnaməsinə əsasən o, işə bərpa olunmuşdur. Cavabdeh orqanın 22 oktyabr 2024-cü il tarixli, 363-K saylı əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 «b» bəndinə əsasən ştat vahidi ixtisar edildiyinə görə onunla bağlanılmış əmək müqaviləsi ləğv edilmişdir. Əmrin əsası olaraq «İri şəhərlərin X13 Xidməti» PHŞ təsdiq edilmiş strukturu və ştat cədvəli, Həmkarlar Komitəsinin xx.xx.2024-cü il tarixli 04 saylı məktubu göstərilmişdir. Buna baxmayaraq çirkab su nasos stansiyasının nasos qurğularının maşinisti vəzifəsi mövcuddur və onun yerinə başqa şəxs götürülmüşdür. Bildirir ki, o, ailə qurmamış və tək yaşayır. Ailənin yeganə qazanc gətirəni odur və başqa yerdən gəliri yoxdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71.3-cü maddəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Qeyd edir ki, həmin əmrin surətini xx.xx.2024-cü il tarixdə aldıqdan sonra o, 04 noyabr 2024-cü il tarixdə cavabdeh orqana mediasiya təklifi ünvanlamış, 04 dekabr 2024-cü ildə mediasiya prosesi yekunlaşmış və cavabdeh sessiyada iştirak etməmişdir. İş materiallarından görünür ki, iddia ərizəsi ilə əlaqədar birinci instansiya məhkəməsində aparılan araşdırma üzrə aşağıda qeyd olunan sənədlər məhkəməyə təqdim olunmuşdur: - ИT-1 №0260257 nömrəli Əmək Kitabçasının notarial qaydad təsdiq edilmiş surəti: Həmin sənəddən görünür ki, xx xxxxxx 1957-ci il təvəllüdlü İddiaçı 10 avqust 1992-ci ildən Azərbaycan Respublikası DRES-də işləmiş, sonra isə struktur dəyişikliyi səbəbindən 01 aprel 2005-ci ildə Mingəçevir Şəhər Su təsərrüfatı İdarəsində maşinist vəzifəsinə təyin olunmuşdur. xx.xx.2019-cu il tarixində "xxxx" ASC Birləşmiş Sukanal MMC-nin Mingəçevir Sukanal İdarəsi ilə bağlanmış əmək müqaviləsinə əsasən, su və kanalizasiya sistemlərinin istismarı sahəsinə 2-ci dərəcə ilə nasos qurğularının maşinisti vəzifəsinə təyin edilmişdir. - Ştat vahidinin ixtisara düşməsi barədə xx.xx.2024-cü il tarixli Xəbərdarlıq: Həmin sənəddən görünür ki, işçi İddiaçı Ştat cədvəlinin ixtisara düşməsi ilə əlaqədar məlumat verilmişdir. - Mingəçevir şəhər Sukanal İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin iclasının xx.xx.2024-cü il tarixli 03 saylı protokolu: Həmin sənəddən görünür ki, X4 Təşkilatının 21 oktyabr 2024-cü ildə keçirilən iclasında Mingəçevir şəhər Sukanal İdarəsinin 18 oktyabr 2024-cü il tarixli 3-53-3-17/2-238/2024 saylı məktubunun icrası ilə bağlı Mingəçevir şəhər Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli qüvvədə olan ştat cədvəlinə əsasən işçinin əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci madddəsinin “b” bəndinə əsasən xitam verilməsinə etiraz olunmamışdır. - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri şəhərlərin X13 Xidməti” publik-hüquqi şəxsin Mingəçevir şəhər Sukanal İdarəsinin “əmək müqaviləsinin ləğv edilməsi” haqqında xx.xx.2024-cü il tarixli 363-K №-li əmri: Həmin əmrdə əmr olunur ki, İddiaçı – Su və kanalizasiya sistemlərinin istismarı sahəsinin 3 saylı çirkab su nasos stansiyasının nasos qurğularının maşinisti ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştat vahidi ixtisar edildiyinə görə xx.xx.2024-cü il tarixdən ləğv edilsin. İddiaçı Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən Mingəçevir Sukanal İdarəsində 24 il 1 ay 29 gün əmək stajı olduğuna görə orta aylıq əməkhaqqının 2 misli miqdarında işdənçıxarma müavinəti verilsin. xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətinə görə 17 təqvim günü pul əvəzi ödənilsin (Əsas: “İri şəhərlərin X13 Xidməti” publik-hüquqi şəxsin təsdiq edilmiş strukturu və ştat cədvəli, Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2024-cü il tarixli 04 saylı protokolu). - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri şəhərlərin X13 Xidməti” publik-hüquqi şəxsin Mingəçevir şəhər Sukanal İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 25 oktyabr 2024cü il tarixli məktubu: Həmin məktubda məlumat verilir ki, «İri şəhərlərin X13 xidməti» publik-hüquqi şəxsin Mingəçevir Şəhər Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli, 363-k saylı əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. - Mərkəzləşdirilmiş elektron informasiya sisteminə xx.xx.2024-cü il tarixdə daxil edilmiş “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək müqaviləsi bildirişi”: Həmin Bildirişlə müəyyən olunur ki, işçi İddiaçı ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsinə “işçilərin sayı və ya ştatların ixtisar edilməsi” əsası ilə İdarənin xx.xx.2024-cü il tarixli 363-K nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri şəhərlərin X13 Xidməti” publik-hüquqi şəxsin Mingəçevir şəhər Sukanal İdarəsinin Mingəçevir Şəhər Məhkəməsinə ünvanlanmış 24 yanvar 2025-ci il tarixli məktubu: Həmin məktubda göstərilir ki, xx.xx.2024-cü il tarixdən qüvvədə olan xx.xx.2024-cü il tarixdə təsdiq olunmuş "xxxx" MMC-nin Mingəçevir Sukanal İdarəsinin fəhlələrinin ştat cədvəlinə əsasən Su və kanalizasiya sistemlərinin istismarı sahəsinə 32 vahid nasos qurğularının maşinisti ştatı verilmişdir. Struktur dəyişikliyi ilə əlaqədar olaraq xx.xx.2024-cü il tarixdən qüvvədə olan xx.xx.2024-cü il tarixdə təsdiq olunmuş “İri şəhərlərin X13 Xidməti” publik-hüquqi şəxsin Mingəçevir şəhər Sukanal İdarəsinin ştat cədvəlinə əsasən su və kanalizasiya sistemlərinin istismarı sahəsində 28 vahid nasos qurğularının maşinisti ştatı verilmiş və 4 vahid nasos qurğularının maşinisti ştatı ixtisara düşmüşdür. Təqaüd yaşına çatması ilə əlaqədar olaraq 3 işçi nasos qurğularının maşinisti peşəsi üzrə ştat vahidlərinin ixtisarı ilə bağlı işdən azad olunnmuş, 1 işçinin isə xx.xx.2023-cü il tarixdən hal-hazıra kimi xəstəlikdə olmuşdur. Verilmiş peşə üzrə 28 ştat vahidindən 24 ştat vahidi üzrə işləyən işçi sayına görə tutulmuş, 3 ştat vahidi vakansiya yaranmış və 1 vahid nasos qurğularının maşinisti peşəsi üzrə işləmiş işçi köhnə strukturda qalmışdır. Boş iş yerlərinə müvafiq olaraq adları qeyd edilən şəxslər: X7 xx.xx.2024-cü il tarixdə nasos qurğularının maşinisti, X1 xx.xx.2024-cü il tarixdə nasos qurğularının maşinisti, X10 xx.xx.2024-cü il tarixdə nasos qurğularının maşinisti, X2 xx.xx.2024-cü il tarixdə nasos qurğularının maşinisti və X8 xx.xx.2024-cü il tarixdə istehsalat sahəsini və xidməti otaqları yığışdıran peşəsi üzrə yerləşdirilmişdir. - 04 dekabr 2024-cü il tarixli MŞŞ/MT031/2024-00681 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə Arayış: Həmin Arayışdan görünür ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri şəhərlərin X13 Xidməti” publik-hüquqi şəxsin Mingəçevir şəhər Sukanal İdarəsi ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən müvafiq qaydada ilkin mediasiya sessiyasının keçirilməsi təmin olunsa da, cavabdehin nümayəndəsi həmin ilkin mediasiya sessiyasında iştirak etməmişdir.
2. Birinci instansiya məhkəməsində icraat
Birinci instansiya məhkəməsində aparılan icraat zamanı iş üzrə qəbul edilmiş Mingəçevir Şəhər Məhkəməsinin (hakim Elza Cəbrayılzadə) 21 fevral 2025-ci il tarixli 2(051)-331/2025 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri şəhərlərin X13 Xidməti” publik-hüquqi şəxsin Mingəçevir şəhər Sukanal İdarəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” barədə iddia tələbi rədd edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 21 fevral 2025-ci il tarixli 2(051)-331/2025 nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı 10 avqust 1992-ci ildə Azərbaycan DRESdə, sonra isə struktur dəyişikliyi ilə 01 aprel 2005-ci ildə Mingəçevir Şəhər Su təsərrüfatı İdarəsində maşinist vəzifəsində çalışmışdır. 15 mart 2017-ci ildən bağlanmış əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən 2-ci dərəcə nasos qurğularının istismarı sahəsinin 3 saylı çirkab su nasos stansiyasının nasos qurğularının maşinisti peşəsinə təyin edilmişdir. xx.xx.2024-cü il tarixli 363-K №-li əmrə əsasən onun ştat vahidi ixtisar edildiyinə görə xx.xx.2024-cü il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. İxtisarın səbəbi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli fərmanına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkil yolu ilə “İri şəhərlərin X13 Xidməti” publik hüquqi şəxsin yaradılması olmuşdur. Mingəçevir Sukanal İdarəsində çirkab su nasos stansiyasının nasos qurğularının maşinisti 4 ştat vahidi ixtisar edilməklə 28-ə endirilmişdir. İşçi ilə İşəgötürən arasında bağlanmış əmək müqaviləsinə işçilərin sayı və ya ştatları ixtisar edilməsi əsası ilə xitam verilmişdir. 4 ştat vahidi isə boş qalmışdır. 3 ştat vahidi vakansiya yaranmış və 1 vahid nasos qurğularının maşinisti peşəsi üzrə işləmiş işçi köhnə strukturda qalmışdır. Boş iş yerlərinə müvafiq olaraq adları qeyd edilən şəxslər: X7 xx.xx.2024-cü il tarixdə nasos qurğularının maşinisti, X1 xx.xx.2024-cü il tarixdə nasos qurğularının maşinisti, X10 xx.xx.2024-cü il tarixdə nasos qurğularının maşinisti, X2 xx.xx.2024-cü il tarixdə nasos qurğularının maşinisti və X8 xx.xx.2024-cü il tarixdə istehsalat sahəsini və xidməti otaqları yığışdıran peşəsi üzrə yerləşdirilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, İşəgötürən ştatların sayı ixtisar edilərkən əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan, həmçinin işçilərin yaşı da nəzərə almaqla, müvafiq işçiləri işdə saxlamışdır. Digər tərəfdən iddiaçının əmək müqaviləsinə xitam verilərkən İddiaçı - işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda şəxslərin işdə saxlanmasına üstünlük verilən işçi kateqoriyasına daxil olmadığından və əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər kateqoriyasına daxil olmadığından və işə baxılarkən həmin hallar müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə qanunun tələblərinə uyğun xitam verilmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, iddiaçının iddiası təmin edilə bilməz. Birinci instansiya məhkəməsi həmin qətnamədə gəldiyi nəticənin əsaslandırılması üçün məhkəmə iclaslarında iştirak etmiş tərəflərin izahatlarına, proses iştirakçıları tərəfindən məhkəməyə təqdim olunmuş və mübahisə üzrə məhkəmə araşdırmasının predmeti olan sənədlərə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 70, 77, 78 və 79-cu maddələrinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 80, 217.3, 217.4 və 218.1-ci maddələrinə istinad etmişdir.
3. Apellyasiya şikayəti və ona etiraz
3.1 İş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri
İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Mingəçevir Şəhər Məhkəməsinin 21 fevral 2025-ci il tarixli 2(051)-331/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Mingəçevir Şəhər Məhkəməsinin 21 fevral 2025-cü il tarixli 2(051)-331/2025 nömrəli qətnaməsini ləğv edib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin mübahisə doğurmayan halları bundan ibarətdir ki, o, 10 avqust 1992-ci ildən Azərbaycan DRES-də, sonra isə struktur dyişikliyi ilə 01 aprel 2005-ci ildən Mingəçevir şəhər Su təsərrüfatı İdarəsində maşinist vəzifəsində çalışmışdır. 15 mart 2017-ci ildən bağlanmış əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən 2-ci dərəcə ilə nasos qurğularının istismarı sahəsinin 3 saylı çirkab su nasos stansiyasının “nasos qurğularının maşinisti” vəzifəsinə təyin edilmişdir. Cavabdeh orqanın 22 oktyabr 2024-cü il tarixli 363-K saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 «b» bəndinə əsasən “ştat vahidi ixtisar edildiyinə” görə onunla bağlanılmış əmək müqaviləsi ləğv edilmişdir. Əmrin əsası olaraq «İri şəhərlərin X13 Xidməti» PHŞ təsdiq edilmiş strukturu və ştat cədvəli, Həmkarlar Komitəsinin xx.xx.2024-cü il tarixli 04 saylı məktubu göstərilmişdir. Buna baxmayaraq çirkab su nasos stansiyasının “nasos qurğularının maşinisti” vəzifəsi mövcuddur və həmin yerə başqa şəxs götürülmüşdür. İşə baxan məhkəmə hesab etmişdir ki, “iddiaçı 10 avqust 1992-ci ildə Azərbaycan DRES-də, sonra isə struktur dəyişikliyi ilə 01 aprel 2005-ci ildə Mingəçevir Şəhər Su təsərrüfatı İdarəsində maşinist vəzifəsində çalışmış və 15 mart 2017ci ildən bağlanmış əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən 2-ci dərəcə nasos qurğularının istismarı sahəsinin 3 saylı çirkab su nasos stansiyasının nasos qurğularının maşinisti peşəsinə təyin edilmişdir. İşəgötürən ştatların sayı ixtisar edilərkən əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan, həmçinin işçilərin yaşı da nəzərə almaqla işçiləri işdə saxlamışdır. Digər tərəfdən iddiaçının əmək müqaviləsinə xitam verilərkən iddiaçı işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda şəxslərin işdə saxlanmasına üstünlük verilən işçi kateqoriyasına daxil olmadığından və əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər kateqoriyasına daxil olmadığından və işə baxılarkən həmin hallar müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə qanunun tələblərinə uyğun xitam verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, şəxsin iddiası təmin edilə bilməz.». Məhkəmə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 70, 77, 78 və 79-cu maddələrinə istinad etsə də, onları səhv tövsif etmişdir. Məhkəmə sübut qismində «İri şəhərlərin X13 xidməti» publikhüquqi şəxsin Mingəçevir Şəhər Sukanal İdarəsinin 24 yanvar 2025-ci il tarixli məktubuna istinad etmişdir. Həmin məktubdan görünür ki, “xx.xx.2024-cü il tarixdən qüvvədə olan xx.xx.2024-cü il tarixdə təsdiq olunmuş "xxxx" MMC-nin Mingəçevir Sukanal İdarəsinin fəhlələrinin ştat cədvəlinə əsasən Su və kanalizasiya sistemlərinin istismarı sahəsinə 32 vahid nasos qurğularının maşinisti ştatı verilmişdir. Struktur dəyişikliyi ilə əlaqədar olaraq xx.xx.2024-cü il tarixdən qüvvədə olan xx.xx.2024-cü il tarixdə təsdiq olunmuş “İri şəhərlərin X13 Xidməti” publik-hüquqi şəxsin Mingəçevir şəhər Sukanal İdarəsinin ştat cədvəlinə əsasən su və kanalizasiya sistemlərinin istismarı sahəsində 28 vahid nasos qurğularının maşinisti ştatı verilmiş və 4 vahid nasos qurğularının maşinisti ştatı ixtisara düşmüşdür. Təqaüd yaşına çatması ilə əlaqədar olaraq 3 işçi nasos qurğularının maşinisti peşəsi üzrə ştat vahidlərinin ixtisarı ilə bağlı işdən azad olunnmuş, 1 işçinin isə xx.xx.2023-cü il tarixdən hal-hazıra kimi xəstəlikdə olmuşdur. Verilmiş peşə üzrə 28 ştat vahidindən 24 ştat vahidi üzrə işləyən işçi sayına görə tutulmuş, 3 ştat vahidi vakansiya yaranmış və 1 vahid nasos qurğularının maşinisti peşəsi üzrə işləmiş işçi köhnə strukturda qalmışdır. Boş iş yerlərinə müvafiq olaraq adları qeyd edilən şəxslər: X7 xx.xx.2024-cü il tarixdə nasos qurğularının maşinisti, X1 xx.xx.2024-cü il tarixdə nasos qurğularının maşinisti, X10 xx.xx.2024-cü il tarixdə nasos qurğularının maşinisti, X2 xx.xx.2024-cü il tarixdə nasos qurğularının maşinisti və X8 xx.xx.2024-cü il tarixdə istehsalat sahəsini və xidməti otaqları yığışdıran peşəsi üzrə yerləşdirilmişdir”. Göründüyü kimi, cavabdeh orqan təsdiq etmişdir ki, ixtisar aparılmasına baxmayaraq 3 ştat vahidi üzrə vakansiya yaransa da, işəgötürən həmin vəzifəyə həmin vəzifədə daimi əsaslarla çalışan işçi olaraq onu deyil, başqa sahədən işçiləri işə götürmüşdür. Bu zaman işəgötürən həmin şəxslərin himayəsində azyaşlı uşaq olmasını, digərinin isə qazancı olmamasını əsas gətirmişdir. Bu zaman isə həm işəgötürən, həm də işə baxan məhkəmə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78.1-ci maddəsinin tələblərini pozmuşlar. Belə ki, Azərbaycan Resrublikası Əmək Məcəlləsinin 78.1-ci maddəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. O, 1992-ci ildən eyni idarədə, eyni əmək funksiyası ilə maşinist vəzifəsində çalışmaqla 2-ci dərəcə nasos qurğusu maşinistidir və 32 ildi ki, eyni vəzifəni yerinə yetirir. Əmək Məcəlləsinin 78.2-ci maddəsinə əsasən isə İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvləri; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Məhkəmə isə “işəgötürənin işçilərin ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda, işdə saxlanılmasına üstünlük verilən şəxslərin işdə saxlanılmasını” nəzərə almışdır. Cavabdehin də etiraf etdiyi kimi, sonradan maşinist vəzifəsinə götürülmüş həmin 3 işçi başqa sahədə fəhlə olaraq çalışmış şəxslərdir. İş materiallarına əlavə olunmuş Mingəçevir şəhər Sukanal İdarəsinin Həmkarlar İttifaqı Təşkilatı iclasının xx.xx.2024-cü il tarixli 03 saylı protokolundan görünür ki, Mingəçevir şəhər Sukanal İdarəsinin 18 oktyabr 2024-cü il tarixli 3-53-3-17/2-238/2024 saylı məktubunun icrası ilə bağlı Mingəçevir şəhər Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli qüvvədə olan ştat cədvəlinə əsasən işçinin əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci madddəsinin “b” bəndinə əsasən xitam verilməsi etiraz etmədikləri qərarına gəlmişlər. Əmək Məcəlləsinin 80.1-ci maddəsinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Məcəllənin 80.2-ci maddəsinə əsasən Həmkarlar İttifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir və təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı isə bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Göründüyü kimi, işəgötürənin Həmkarlar Təşkilatına ünvanladığı təqdimat müzakirəyə «Ştat vahidlərinin ixtisar olunması ilə əlaqədar olaraq Mingəçevir şəhər Sukanal idarəsinin rəhbərliyinin 18 oktyabr 2024-cu il tarixli 3-53-3-17/2-238/2024 sayll məktubunun müzakirə edilməsi» kimi olmuşdur. Halbuki, işəgötürən işçi İddiaçı 20 avqust 2024-cü ildə ştat vahidinin ixtisara düşməsi və 9 həftə sonra əmək müqaviləsinin ləğv ediləcəyi barədə xəbərdarlıq verilmiş, xəbərdarlığın verilməsi barədə akt tərtib edilmişdir. Məhkəməyə cavabdeh orqanın təqdim etdiyi 12 fevral 2025-ci il tarixli məktubundan isə görünür ki, xx.xx.2024-cü il tarixə İdarənin 153 fəhlə ştatı təsdiq olunsa da, Struktur dəyişikliyi ilə əlaqədar olaraq xx.xx.2024-cü il tarixdən qüvvədə olan xx.xx.2024-cü il tarixdə təsdiq olunmuş “İri şəhərlərin X13 Xidməti” publik-hüquqi şəxsin Mingəçevir şəhər Sukanal İdarəsinin fəhlələrin ştat cədvəlinə əsasən 128 fəhlə ştatı verilmiş, 25 ştat ixtisar olunmuşdur. 25 ştatdan 4 ştat maşinist vəzifəsinə aid olsa da, işəgötürən 32 maşinist vəzifəsindən 24-nü həmin vəzifədə calışan adamları saxlamış, əlavə 4 ştata digər sahələrdən ixtisara düşən şəxsləri həmin vəzifəyə kecirtməklə, ştatların ixtisarı ilə bərabər işcilərin sayının ixtisarını da həyata kecirmişdir. Həmkarlar Təşkilatına isə ixtisara düşən ştatın deyil, işcinin ixtisara düşdüyünə dair təqdimat vermişdir. Əmri isə ştatın ixtisarı kimi sənədləşdirmişdir. Əgər doğrudan da 4 maşinist ştatı ixtisara düşərkən 32 ştatdan 28 ştat qalırdısa, necə ola bilər ki, həmin vəzifəyə başqa sahədən işci kecirilmişdir. Məhkəmə, işəgötürənin «ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan, həmçinin işçilərin yaşı da nəzərə almaqla işçilər işdə saxlanılmışdır» qənaətinə gələrkən, işdə saxlanılan 28 işçinin iddiaçıdan hansı xüsusiyyətinə görə işdə saxlanılmasına üstün olduğunu araşdırmadan bu qənaətə gəlmişdir. Halbuki, qanunvericilik fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsinin təmin edilməsi qaydalarının minimum həddini imperativ qaydada müəyyən edərək, işçini daha çox qorumuş və əmək müqavilələrində də işçinin qanunda göstərilən hüquqlarının daha əlverişsiz vəziyyətə salan müddəaların göstərilməsini, qanunda göstərilməyən əsaslarla və qaydada əmək müqaviləsinin ləğvini qadağan etmişdir (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1356/2023 saylı qərarı - 5-ci səhifə 3-cü abzas). Hesab edir ki, işəgötürən onu işdən azad edərkən ona münasibətdə qərəzli olmuş, ştatın ixtisarına formal istinad etmişdir. Belə ki, «74. Qeyd edilməlidir ki, işçilərin sayının ixtisarı dedikdə, konkret vəzifə üzrə ştat vahidlərinin azaldılması (eyni funksiyaları yerinə yetirən işçilərin arasından bir neçəsinin ixtisarı) başa düşülür. Ştatların ixtisarı dedikdə isə, konkret vəzifənin ümumilikdə müəssisənin ştat cədvəlindənm çıxarılması (eyni və ya oxşar funskiyaları həyata keçirən bütün işçilərin ixtisarı) başa düşülür . İxtisar keçirilən zaman bəzi tələblərə əməl etmək lazımdır. İxtisar real olmalıdır. İxtisarın real olduğunu aşağıdakı sənədlərin məcmusu təsdiq edir: İxtisar edilmiş ştatlar çıxarılmaqla müəssisənin yeni ştat cədvəlinin təsdiq edilməsi və ya köhnə ştat cədvəlində müvafiq dəyişiklik edilməsi barədə əmr, işdə qalmaqda üstünlük hüquqlarının müqayisəli analizinin nəticələri barədə sənəd, Həmkarlar ittifaqının üzvü olan işçilərin ixtisarı zamanı müəssisənin həmkarlar təşkilatının əsaslandırılmış yazılı qərarı, İxtisar barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarına 2 ay əvvəlcədən məlumat verildiyini təsdiq edən sənəd…» (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3211/2023 saylı qərarı). İxtisar barədə məlumat isə Həmkarlar Təşkilatına mənə xəbərdarlıq 20 avqust 2024-cü il tarixdə göndərildikdən sonra 2 ay sonra göndərilmişdir. Halbuki, «Həmkarlar İttifaqları haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 2-ci bəndinə əsasən İşəgötürənin təşəbbüsü ilə istehsalın səmərələşdirilməsi, əməyin təşkilinin təkmilləşdirilməsi, müəssisənin ləğv edilməsi, işçilərin sayının və ya ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq işçilərin sərbəstləşdirilməsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan hallar istisna olmaqla, müvafiq həmkarlar ittifaqı orqanlarına qabaqcadan (azı 3 ay əvvəl) yazılı məlumat verməklə, işçilərin hüquqlarının və mənafelərinin gözlənilməsi barədə onlarla danışıqlar aparılmaqla həyata keçirilir.
3.2) Apellyasiya şikayətinə qarşı etiraz
Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
4. İş üzrə apellyasiya icraatı:
4.1). Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinə baxılması ilə əlaqədar mülki iş üzrə 12 iyun 2025-ci il tarixinə təyin edilmiş məhkəmə iclasına cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri şəhərlərin X13 Xidməti” publik-hüquqi şəxsin Mingəçevir şəhər Sukanal İdarəsinin nümayəndəsi X12 gəlmiş olsa da, həmin məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq apellyasiya şikayəti vermiş İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, məhkəmə iclasına gəlmiş proses iştirakçısının mövqeyini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, apellyasiya şikayəti vermiş İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iclasında cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri şəhərlərin X13 Xidməti” publik-hüquqi şəxsin Mingəçevir şəhər Sukanal İdarəsinin nümayəndəsi X12 apellyasiya şikayətini qəbul etmədiyini bildirib, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Mingəçevir Şəhər Məhkəməsinin 21 fevral 2025-ci il tarixli 2(051)-331/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi və öz mövqeyini onunla əsaslandırdı ki, 01 yanvar 2024-cü il tarixdən qüvvəyə minmiş və 29 yanvar 2024-cü il tarixdə təsdiq olunmuş Mingəçevir Sukanal İdarəsinin fəhlələrinin ştat cədvəlinə əsasən Su və kanalizasiya sistemlərinin istismarı sahəsinə 32 vahid nasos qurğularının maşinisti ştatı verilmişdir. Struktur dəyişikliyi ilə əlaqədar olaraq 21 iyun 2024-cü il tarixdən qüvvədə olan 27 iyun 2024-cü il tarixdə təsdiq olunmuş “İri şəhərlərin X13 Xidməti” publik-hüquqi şəxsin Mingəçevir şəhər Sukanal İdarəsinin ştat cədvəlinə əsasən isə su və kanalizasiya sistemlərinin istismarı sahəsində 28 vahid nasos qurğularının maşinisti ştatı verilmiş və 4 vahid nasos qurğularının maşinisti ştatı ixtisara düşmüşdür. Təqaüd yaşına çatması ilə əlaqədar olaraq 3 işçi nasos qurğularının maşinisti peşəsi üzrə ştat vahidlərinin ixtisarı ilə bağlı işdən azad olunmuş, 1 işçi isə 01 sentyabr 2023-cü il tarixdən xəstəliklə əlaqədar işə çıxmamışdır. Verilmiş peşə üzrə 28 ştat vahidindən 24 ştat vahidi üzrə ştatlar işləyən işçi sayına görə tutulmuş, 3 ştat vahidi vakansiya yaranmış və 1 vahid nasos qurğularının maşinisti peşəsi üzrə işləmiş işçi köhnə strukturda qalmışdır. Həmin ixtisarlar zamanı verilmiş Mingəçevir şəhər Sukanal İdarəsinin “əmək müqaviləsinin ləğv edilməsi” haqqında 22 oktyabr 2024cü il tarixli 363-K №-li əmrinə əsasən Su və kanalizasiya sistemlərinin istismarı sahəsinin 3 saylı çirkab su nasos stansiyasının nasos qurğularının maşinisti və eyni zamanda, pensiya yaşına çatmış və müvafiq olaraq əmək pensiyası da alan İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, yəni ştat vahidi ixtisar edildiyinə görə 22 oktyabr 2024-cü il tarixdən ləğv edilməsi tamamilə qanuni olmuşdur. 4.2). Apellyasiya baxışının hədləri
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - İddiaçı tərəfindən hazırkı apellyasiya şikayətində “Mingəçevir Şəhər Məhkəməsinin 21 fevral 2025-cü il tarixli 2(051)-331/2025 nömrəli qətnaməsini ləğv edib, iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.
4.3). Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsinin normaları (maddələri)- 2-ci maddənin 1-ci bəndi: Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 2-ci maddənin 2-ci bəndi: Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 3-cü maddənin 5-ci bəndi: Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Maddə 71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər
1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Maddə 78. İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər
1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.
2. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Maddə 79. Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar
1. İşəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; ; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. 76-cı maddənin 1-ci bəndi: İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 76-cı maddənin 2-ci bəndi: Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 87-ci maddənin 3-cü hissəsi: İşdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. 300-cü maddənin 1-ci hissəsi: Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.
9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla, faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsində iddiaçının iddia tələbinin dəlillərinə və cavabdeh tərəfin iddia tələbi üzrə mövqeyinə uyğun araşdırmalar aparılmış və apellyasiya şikayətində mübahisələndirilən xüsusatlar üzrə müəyyən olunmuş hallara düzgün hüquqi qiymət verilərək, yekun nəticəyə gəlinmişdir. Belə ki, iş materiallarında olan sənədlərlə və işin konkret halları ilə müəyyən olunur ki, xx xxxxxx 1957-ci il təvəllüdlü İddiaçı 10 avqust 1992-ci ildən Azərbaycan Respublikası DRES-də, 01 aprel 2005-ci ildən Mingəçevir Şəhər Su təsərrüfatı İdarəsində maşinist vəzifəsində və 02 sentyabr 2019-cu ildən isə "xxxx" ASC-nin "xxxx" MMC-nin Mingəçevir Sukanal İdarəsidə su və kanalizasiya sistemlərinin istismarı sahəsinə 2-ci dərəcə ilə nasos qurğularının maşinisti vəzifəsində işləmişdir. Struktur dəyişikliyi ilə əlaqədar olaraq 27 iyun 2024-cü il tarixdə təsdiq olunmuş “İri şəhərlərin X13 Xidməti” publik-hüquqi şəxsin Mingəçevir şəhər Sukanal İdarəsinin ştat cədvəlinə əsasən su və kanalizasiya sistemlərinin istismarı sahəsində 28 vahid nasos qurğularının maşinisti ştatı verilmiş və 4 vahid nasos qurğularının maşinisti ştatı ixtisara düşmüşdür. Bu ixtisarla əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri şəhərlərin X13 Xidməti” publik-hüquqi şəxsin Mingəçevir şəhər Sukanal İdarəsinin “əmək müqaviləsinin ləğv edilməsi” haqqında xx.xx.2024-cü il tarixli 363-K №-li əmrinə əsasən Su və kanalizasiya sistemlərinin istismarı sahəsinin 3 saylı çirkab su nasos stansiyasının nasos qurğularının maşinisti İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, yəni ştat vahidi ixtisar edildiyinə görə 22 oktyabr 2024-cü il tarixdən ləğv edilmişdir. Məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək, qanuni və əsaslı qətnamə qəbul etmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassızdır, formal mülahizə xarakteri daşıyır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Mingəçevir Şəhər Məhkəməsinin 21 fevral 2025ci il tarixli 2(051)-331/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 21 fevral 2025-ci il tarixli 2(051)-331/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir . Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.