Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-612/2025 06.08.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “həyətyanı torpaq torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Evdən çıxarılma) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), X3 və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçı və vəkili Vəkil1, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “həyətyanı torpaq torpaq sahəsindən və fərdi yaşayış evindən cavabdehin çıxarılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli, 2(039)-2630/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakıları müəyyən etdi. İşin halları
1. İddiaçı Cavabdeh qarşı həyətyanı torpaq torpaq sahəsindən və fərdi yaşayış evindən cavabdehin çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Yevlax rayonu Malbinəsi kəndində (yeni qaydalarla ünvan 1 yerləşən onun (iddiaçının) xüsusi mülkiyyətində olan 0.1682 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 118 kv.m olan fərdi yaşayış evindən çıxarılmasına və cavabdehdən 100 (bir yüz) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yevlax rayonu Malbinəsi kəndində (yeni qaydalarla AZ6625, ünvan 1 yerləşən 0.1682 ha olan həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 118 kv.m olan fərdi yaşayış evi onun (iddiaçının) mülkiyyətindədir. Qeyd edilən daşınmaz əmlaka dair mülkiyyət hüququ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015- ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsi olan çıxarışa əsasən təsbit edilmişdir. Cavabdeh onun doğma bacısıdır. X9 2002- ci ildə, anası Rəqimə Qasımova isə 2012-ci ildə vəfat etmişdir. X7 yas mərasimin 3-cü günündən cavabdeh Pəri Qasımova ona məxsus mübahisələndirilən ünvandan çıxıb getmişdir. Artıq uzun illərdir ki, cavabdeh Rusiya Federasiyasında yaşayır (özünün deməsinə görə). O, Yevlax rayonu Malbinəsi kəndində yerləşən mübahisələndirilən daşınmaz əmlakı-yaşayış sahəsini 2024-cü ilin avqust ayında başqa şəxsə satmışdır. Aralarında rəsmi alqı-satqı müqaviləsi bağlanmış və alıcı mülkiyyət hüququnu təstiq edən Dövlət reyestrindən çıxarış əldə etmişdir. Alqı-satqı müqaviləsi rəsmiləşdirildikdən 1 ay sonra o, yeni alıcıya yaşayış sahəsini təhvil vermişdir. Cavabdeh bu məlumatı haradan və kimdən aldığını bilmir. Artıq 22 ildir ki, həmin ünvana gəlməyən (anasının dəfninə belə gəlməmişdir) Cavabdeh təcili Yevlax rayonuna yeni alıcının evinə getmiş və orada əsassız davadalaş, qalmaqal yaratmışdır. O, mübahisənin daha da böyüməməsini istəyir, eyni zamanda kənar şəxslərin hazırkı mübahisədən əziyyət çəkməsinə razı ola bilməzdi. Odur ki, alqı-satqı müqaviləsi notariat qaydasında ləğv edilmiş və mülkiyyət hüququ ilkin vəziyyətə qayıtmışdır. (onun mülkiyyət hüququ yenidən Dövlət reyestrində tanınmışdır) O, mübahisələndirilən daşınmaz əmlakı satdıqdan sonra həmin ünvanı bütün əşyalarını götürərək tərk etmiş və yeni alıcı evə daşınmamışdır. Mübahisələndirilən ünvan bir neçə əşyalar saxlanılmasına baxmayaraq əsas etibarı ilə boşdur. Cavabdeh onun mübahisələndirilən daşınmaz əmlakı tərk etdiyindən istifadə edərək orada yerləşmişdir (əsas istifadə əşyaları olmadığı halda). Darvazanın açarını dəyişmiş, yeni qıfıl vurmuş və onu (iddiaçını) evə buraxmır. xx.xx.2024-cü il tarixdə arxa tərəfdən-bağ hissədən həyətə girmiş, cavabdehin onun (iddiaçının) həyətində saxladığı su mühərrikini, beli, çaloşu, yavanı, dəmir boruları, armaturları, taxtaları götürdüyünü görmüşdür. Həyətdə bar verən ağacları kəsib doğramışdır. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır
Birinci instansiya məhkəməsində icraat
3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uygun izahat vermiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh və onun vəkili Vəkil2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər.
5. Məhkəmə işə Cavabdeh və onun vəkili Vəkil2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Yevlax Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli, 2(039)-2630/2024 nömrəli qətnaməsi ilə, iddia təmin edilmiş, Cavabdeh Əmlak Məsələləri Dövlət Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli (********** qeydiyyat nömrəli) çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Yevlax rayonu Malbinəsi kəndində (yeni qaydalarla ünvan 1 yerləşən 0.1682 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 118 kv.metr olan fərdi yaşayış evindən çıxarılması, Cavabdeh 100 (Bir yüz) manat dövlət rüsumu alınıb İddiaçı verilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli (********** qeydiyyat nömrəli) çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Yevlax rayonu Malbinəsi kəndində (yeni qaydalarla ünvan 1 yerləşən 0.1682 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 118 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə girmiş, iddiaçı tərəfindən tələb edilməsinə baxmayaraq heç bir qanuni əsas olmadan həmin əmlaklardan çıxmaqdan imtina etmişdir. Buna görə də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, İnsan Hüquqları və X2 X1 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 157.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a)Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən narazı qalan Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir.
10. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, iddiaçının doğma bacısıdır. Bu evdə doğularaq burada yaşamışdır. X9 2002-ci ildə, anası Rəqimə Qasımova isə 2012ci ildə vəfat etmişdir. Anasının ölümündən 2 il sonra mütəmadi olaraq ara-sıra iş üçün Rusiya Federasiyasına gedib-qayıtmışdır. Mübahisələndirilən daşınmaz əmlak valideynlərinə məxsus olmuşdur. Onun yaşadığı vaxtlarda da mübahisəli əmlak onların adında idi. Valideynləri rəhmətə gedəndən sonra o (cavabdeh) onların övladı olaraq birinci növbəli vərəsələrdən biri olduğunu qeyd edir. Ancaq işin gedişindən məlum olur ki, iddiaçı yəni bacısı onun vərəsəlik haqqına girərək xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış əldə edərək onun məlumatı və xəbəri olmadan nəinki bu işləri görmüş hətta 2024cü ildə mübahisəli əmlakı başqa bir şəxsə satdığını bildirir. O, bu halı bildikdən sonra dərhal yaşadığı evə gəlmiş və evin satılmasına görərək, alıcı ilə danışmış və alıcı vəziyyəti görərək onun valideynlərindən qalmış və yaşadığı fərdi yaşayış evinin qanunsuz alıcısı bu halları bilərək bağlanmış alqı-satqı müqaviləsini ləğv etmişdir. Çünki şəxsə (alıcıya) aydın olmuşdur ki, əldə olunan çıxarış onun mülkiyyət hüququna müdaxilə edilməklə əldə edilmişdir. Bütün bunlarda iddiaçının vicdansız vərəsə olduğu anlamına gələrək vərəsə olaraq ona çatası payada sahib çıxması üçün qanunsuz qaydada payını ələ keçirmişdir. Həmçinin qeyd etmişdir ki, özü bu evdə yaşayır. Onun hər hansı bir yerə müvəqqəti getməyi, istifadə və mülkiyyət hüququnu əlindən ala bilməz. Mübahisəli ev valideynlərimin evi olmaqla bərabər onların ölümündən sonra saxta sənədlər əldə edilməklə vərəsələrin əhatə dairəsini gizlətməklə əldə edildiyindən öz-özlüyündə bu neqativ hallarla mülkiyyət əldə edib başqalarınında payına sahib çıxmaq olmaz. Hal-hazırda mülkiyyətçi hazırki cavabdehin adında qalıb. O, bu evdə yaşayır. Ev valideynlərinin olmaqla onların ölümündən sonra vərəsəlik qaydasında onun da payı vardı. Həmdə doğulduğu gündən halhazıra kimi həmin evdə yaşayır. İddiaçının hazırki evə almış olduğu sənədlər hazırda mübahisələndirilir. Onun evdən çıxarılmağı qanuni əsaslarla tənzimlənmir. O, doğulduğu gündən bu evdə yaşamaqla həmin evə istifadə hüququ əldə etmişdir. Onun istifadə hüququ hazırki Mülki Məcəllə ilə yox 1999-cu il 28 dekabr tarixli qanunla təsbit edilmiş 2000-ci il sentyabr 1-dən qüvvəyə minmiş Mülki Məcəllə ilə yox həmin qanun norması qüvvədə olanadək qüvvədə olan Mülki Məcəllə ilə tənzimlənir. Bütün bunlarda həmin əmlak üzərində onun istifadə hüququnu müəyyən etməklə bərabər qanunla qoruyur.
11. Həmçinin qeyd etmişdir ki, o, məhkəmədə iştirak etməmişdir. Bu barədə məlumatı olmamış, yəni, məhkəməyə çağırılmamışdır. O, məhkəmə prosesində olsaydı, bütün bunları məhkəmənin nəzərinə çatdırardı. Onun prosesdə iştirak etməməyinə səbəbi kimi iddiaçının qəsdən onun yerini məhkəməyə bildirməməsi olmuşdur. Hər bir halda məhkəmə onun iddiaya münasibətini ortaya qoymağı üçün heç bir şərait yaratmamışdır. Ona görədə düşünür ki, qərar birtərəfli araşdırılmış və əleyhinə olaraq qəbul edilmişdir.
12. Bundan başqa qeyd etmişdir ki, məhkəmə işin faktiki hallarını araşdırmamış, o, mübahisəli evin ailənin miras qoyanın övladlarından biri olduğu halda bütün bunlar dəyərləndirilməmişdir. Məhkəmə bu evdə yaşadığı, miras qoyanların övladlarından biri olduğunu, yaşayış yerinin, əşyalarının hələdə bu evdə olduğunu, onun yaşayış yerinin bura olduğunu aydınlaşdırmadan, habelə əldə etmiş hazırki mülkiyyət sənədindən məlumatsız olduğu halı mübahisələndirdiyi, məhkəmə onun iddiaya münasibətini bildirməsi üçün heç bir şərait yaratmamışdır.
13. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, Yevlax Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli, 2(039)-2630/2024 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunmamasına dair yeni məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə iddiaçının vəkili Vəkil1 yazılı etiraz verərək bildirmişdir ki, apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və verilmiş apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(039)-65/2025 saylı qətnaməsinin ləğv edilərək, iddianın tamamilə rədd edilməsini xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(039)-65/2025 saylı qətnaməsinin ləğv edilərək, iddianın tamamilə rədd edilməsini xahiş etmişdir. Bildirmişdir ki, iddiaçı, cavabdehin xəbəri olmadan mübahisəli evə çıxarış almış və evi başqasına satmışdır. Bununla da, cavabdehin hüquqlarını kobud şəkildə pozmuşdur.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini və Yevlax Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli, 2(039)-2630/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ əmlaka(əşyaya) faktik sahibliyin həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlə qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
23. Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsini tam mübahisələndirmiş, Yevlax Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli, 2(039)-2630/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın tam təmin edilməməsini xahiş etmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, onun apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının apellyasiya şikayətinə münasibətdə ləğv olunması üçün əsas yoxdur.
25. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
26. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Cavabdeh iddiaçının doğma bacısıdır. İddiaçı və cavabdehin ataları Qını Qasımov 2002-ci ildə, anaları Rəqimə Qasımova isə 2012-ci ildə vəfat etmişlər. Yevlax rayonu Malbinəsi kəndində (yeni qaydalarla ünvan 1 yerləşən 0.1682 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 118 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi iddiaçının valideynlərindən miras qalmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli (********** qeydiyyat nömrəli) çıxarışa əsasən tam mülkiyyət hüququ ilə İddiaçı adına qeyd edilmişdir. Cavabdeh mübahisəli fərdi yaşayış evinə girmiş, iddiaçı tərəfindən tələb edilməsinə baxmayaraq cavabdeh evdən çıxmaqdan imtina etmişdir. Buna görə də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
27. Həmçinin baxılan işin faktiki hallarından müəyyən edilir ki, Cavabdeh 1983-cü ildə ailə quraraq mübahisəli mənzildən köçüb getmiş və bir müddət ailəsi ilə yataqxanada yaşamış, sonradan, yəni 1999-cu ilədə özlərinə ayrıca fərdi yaşayış evi almış və həmin evdə yaşamışlar. Cavabdeh 1983-cü ildə ailə qurub Yevlax rayonu Malbinəsi kəndində (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini daimi əsaslarla tərk etdikdən sonra geriyə qayıdaraq həmin evdən istifadə etməsi halı müəyyən edilməmişdir.
28. Məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətində göstərdiyi onun birinci növbə vərəsə olması, onun da mirasdan payının olması, iddiaçının valideynləri rəhmətə gedəndən sonra qanunsuz olaraq mübahisəli evə mülkiyyət hüququ əldə etməsi, həmin əmlakdan onun da istifadə hüqunun olmasına dair dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, işin müəyyən olunmuş faktiki hallarından görünür ki, mübahisəli əmlak iddiaçının xüsusi mülkiyyətindədir. Apellyator şikayətində evin onun valideynlərinə məxsus olduğunu və evə onun istifadə hüququnun olduğunu göstərsə də, həmin göstərilənlər işin materiallarında mövcud olan sübutlarla təsdiq edilmir. 29.Həmçinin məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, Cavabdeh uzun müddətdir həmin ünvanda yaşamır. Cavabdehin özünün izahatı ilə müəyyən olunur ki, o, 1983-cü ildə ailə quraraq mübahisəli mənzildən köçüb getmiş və bir müddət ailəsi ilə yataqxanada yaşamış, sonradan, yəni 1999-cu ilədə özlərinə ayrıca fərdi yaşayış evi almış və həmin evdə yaşamışlar. Sonuncu mübahisəli fərdi yaşayış evini daimi əsaslarla tərk etdikdən sonra geriyə qayıdaraq həmin evdən istifadə etməsi halı müəyyən edilməmiş və cavabdehin qeyd edilən evdən istifadə hüququnun mövcud olması ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir.
30. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür.
31. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur.(MPM-in 9.3, 77.1, 88-ci maddələri).
32. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 127, həmçinin Azərbaycan Respblikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyasının (Avropa Konvensiyası) 6-cı maddəsinə, habelə Azərbaycan Respublikası MPM-nin 9 və 14-cü maddələrinə əsasən məhkəmə işdə tərəf deyildir və hər hansı işə baxılmasında arbitr funksiyasını daşıyır. Məhkəmə tərəfləri təmsil etmək və onların adından hər hansı prosessual hərəkəti etmək, o cümlədən sübut toplamaq səlahiyyətinə malik deyildir. Məhkəmənin əsas vəzifəsi ədalətli məhkəmə araşdırmasını təmin etməkdir ki, bu da tərəflər üçün ilkin şərtlərin bərabərliyini, yəni işdə iştirak edən şəxslərə öz işlərini aparmaq üçün bərabər imkanlar yaradılmasını və çəkişmə prinsipinin bərqərar edilməsini ehtiva edir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qərar verir.
33. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 34.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
35. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
36. Hazırki işin materiallarından görünür ki, iddiaçı öz iddiasını əmlakın onun mülkiyyətində olması ilə əsaslandırır və göstərdiklərini təsdiq edəcək sübutları məhkəməyə təqdim etmişdir. Cavabdeh isə bu qətnamənin 10-13-cü bəndlərində göstərilmiş arqumentlərlə çıxış edərək apellyasiya şikayəti versə də, göstərdikləri işdə olan sənədlər ilə sübut olunmamaqla, onun tərəfindən sonradan da məhkəməyə heç bir sübut təqdim edilməmişdir.
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin o, doğulduğu gündən mübahisəli evdə yaşamaqla həmin evə istifadə hüququ əldə etməsi və 2000-ci il sentyabr 1-dək qüvvədə olan Mülki Məcəllənin normalarına əsasən mübahisəli fərdi yaşayış evindən istifadə hüququnun olmasına dair dəlilləri ilə razılaşmayaraq qeyd edir ki , Cavabdeh 1983cü ildə ailə quraraq mübahisəli mənzildən köçüb getmiş və fərdi yaşayış evini daimi əsaslarla tərk etdikdən sonra geriyə qayıdaraq həmin evdən istifadə etməsi halı müəyyən edilməmişdir. Cavabdeh uzun müddətdir, yəni 1983-cü ildən Yevlax rayonu Malbinəsi kəndində (yeni qaydalarla ünvan 1 yerləşən fərdi yaşayış evində yaşamaması onun mübahisəli mənzilə olan bağlılığını itirmişdir. Həmçinin cavabdeh tərəfindən qeyd edilən evdən istifadə hüququnun mövcud olması ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir.
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmə iclasları barədə məlumatının olmaması, məhkəməyə çağırılmaması, bu səbəbdən birinci instansiya məhkəməsində iddiaya öz münasibətini bildirə bilməməsinə dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, mülki işin materiallarından görünür ki, işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə bildirişi Cavabdeh yaşayış ünvanına göndərilmiş, həmçinin cavabdehin istifadəsində olan mobil telefon nömrəsinə AZEMİS vasitəsilə məhkəmə iclasının yeri və vaxtı barədə SMS xəbərdarlığı göndərilmişdir. Bundan başqa, iş materiallarında olan cavabdehin vəkili Vəkil2 tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmuş vəkil orderi və xx.xx.2024-cü il tarixli vəsatətdən görünür ki, vəkil məhkəmə prosesinin təxirə salınmasını xahiş etmiş, birinci instansiya məhkəməsi tərəfindən vəsatət təmin edilərək məhkəmə baxışı iclası təxirə salınaraq xx.xx.2024-cü il tarixə təyin edilmiş və işdə iştirak edən şəxslər, eyni zamanda cavabdehin vəkili bu barədə rəsmi qaydada məlumatlandırılmışlar.
39. Məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətinin məhkəmə işə baxarkən işin faktiki hallarını araşdırmaması, qətnamə çıxararkən maddi və prosessual hüquq normalarını pozmasına dair dəlillərini də əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır.
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. 41.Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
42. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli 2(039)-2630/2024 nömrəli qətnaməsi Cavabdeh aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.
43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi:
Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli 2(039)-2630/2024 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.