Məhkəmə qərarları › İş №2(107)-614/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-614/2024

25.04.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-614/2024 25.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X6 və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, Zaqatala Rayon Məhkəməsinin 1 mart 2024-cü il tarixli, e-2(033)-443/2024 saylı qərardadından İddiaçı verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Tibbi X5 Zaqatala rayon Mərkəzi X1rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Tibbi X5 Zaqatala Rayon X7 Hüquqi Şəxsin xx.xx.2023-cü il tarixli K- 0015(44) saylı əmrin ləğv edilməsi, onun Dəstək Xidmətləri şöbəsinin Təhlükəsizlik Bölməsinin növbə rəisi vəzifəsinə işə bərpa olunması və məcburi iş buraxmağına görə ona əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, e-2(033)-443/2023 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Tibbi X5 Zaqatala rayon Mərkəzi X1rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş baxılmamış saxlanılmışdır. İddiaçı 28 fevral 2024-cü il tarixdə şikayət və müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e- 2(033)-443/2023 saylı baxılmamış saxlama haqqında qərardadından apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, cavabdeh Azərbaycan Respublikası Tibbi X5 Zaqatala rayon Mərkəzi X1rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Tibbi X5 Zaqatala rayon X7 Hüquqi Şəxsin xx.xx.2023-cü il tarixli K-0015(44) saylı əmrin ləğv edilməsi, onun Dəstək Xidmətləri şöbəsinin Təhlükəsizlik Bölməsinin növbə rəisi vəzifəsinə işə bərpa olunması və məcburi iş buraxmağına görə ona əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixlie-2(033)-443/2023 saylı qərardadı (hakim Vüqar Məmmədovun sədrliyi) ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Tibbi X5 Zaqatala rayon Mərkəzi X1rşı ““əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 259.0.6-cımaddəsinə əsasən baxılmamış saxlanmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ona xx.xx.2024- cü il tarixdə poçt vasitəsi ilə təqdim edilmişdir. Məhkəməyə işin baxılması barədə müraciət etdikdə məlum olmuşdur ki, iddia ərizəsi baxılmamış saxlanmışdır. Bundan sonra ona məlum oldu ki, iddia ərizəsi baxılmamış saxlanmışdır. Məhkəmə işdə iştirak edən şəxslərə məhkəmə sənədlərini rəsmi qaydada verməlidir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(033)-443/2023 saylı baxılmamış saxlanma haqqında qərardadından apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətin bərpa edilməlidir. Hesab edir ki, bu hal üzürlü hesab edilməlidir. İddia ərizəsinin məzmunundan görünür ki, işə götürən onu heç bir hüquqi əsas olmadan işdən azad etmişdir. İşdən azad etmə barədə sənədlər formal olmaqla yanaşı, saxtalaşdırılmışdır. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(033)-443/2023 saylı qərardadı ilə İddiaçı Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(033)- 443/2023 saylı qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(033)-443/2023 saylı qərardadından İddiaçı tərəfindən şikayət verilməsi üçün ödənilmiş 50 (əlli) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılması qərar alınmışdır. Həmin qərardaddan İddiaçı şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin baxılması barədə müraciət etdikdə məlum olmuşdur ki, iddia ərizəsi baxılmamış saxlanmışdır. Bundan sonra ona məlum olmuşdur ki, iddia ərizəsi baxılmamış saxlanmışdır. Məhkəmə işdə iştirak edən şəxslərə məhkəmə sənədlərini rəsmi qaydada verməlidir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(033)-443/2023 saylı baxılmamış saxlanma haqqında qərardadından apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətin bərpa edilməlidir. Hesab edir ki, bu hal üzürlü hesab edilməlidir. İddia ərizənin məzmunundan görünür ki, onun heç bir hüquqi əsas olmadan işdən azad edilmişdir. İşdən azad etmə barədə sənədlər formal olmaqla yanaşı, saxtalaşdırılmışdır. İşə baxılarkən xüsusi bilik tələb olunan suallara izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Qeyd edir ki, poçt xəbərnaməsində olan imza ona aid deyildir. Qərardad ona rəsmi qaydada təqdim edilməmişdir. İş üzrə həqiqəti müəyyən etmək üçün öz imza və xətt nümunələrini məhkəməyə təqdim edir. Poçt xəbərnaməsində şəxsən sözünün qarşısında olan imzanın kim tərəfindən imzalanması barədə məhkəmə xətt ekspertizası təyin edəsiniz. Məhkəmənin xx.xx.2023-cü il tarixli e-2(033)-443/2023 saylı qərardadı İddiaçı xx.xx.2024-cü il tarixdə poçt vasitəsi ilə təqdim edilmişdir. Ona görə də Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(033)-443/2023 saylı qərardadının ləğv eilməsini, onun Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(033)-443/2023 saylı qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsinin təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli, e-2(033)-443/2024 saylı qərardadı ilə, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(033)-443/2023 nömrəli qərardadından İddiaçı verdiyi şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə 7 (yeddi) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(033)-443/2023 saylı qərardadından İddiaçı tərəfindən şikayət verilməsi üçün ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun dövlət büdcəsindən İddiaçı geri qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 1 mart 2024-cü il tarixli, e- 2(033)-443/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Yusifov X4 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(033)-443/2023 saylı qərardadının surətini 16 may 2023-cü il tarixdə məhkəmə qəbzinə imza etməklə rəsmi qaydada alınmışdır. İddiaçı Yusifov X4 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(033)-443/2023 nömrəli qərardadından qərardadı aldığı gündən 10 gün müddətində şikayəti verməli olduğu halda, buna riayət etməmiş və qərardadı təhvil aldığı vaxtdan yalnız 7 ay 9 gündən artıq müddət keçdikdən sonra xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək 26 aprel 2023-cü il tarixə təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməyəcəyi ilə bağlı teleqram vuraraq məhkəməni xəbərdar etdiyini bildirmiş, bundan sonra məhkəm işinin gedişi barədə onda heç bir məlumat olmadığıdan ərizəsinin nə ilə nəticələnməsindən xəbərsiz olduğunu qeyd etmiş, işə yenidən baxılması barədə qərar qəbul edilməsinin xahiş etmişdir. Daha sonra İddiaçı tərəfindən bir neçə dəfə məhkəməyə şikayətlər ünvanlanmış, Zaqatala Rayon Məhkəməsinin müvafiq qərardadları ilə şikayətlər qanunvericiliyin tələblərinə cavab vermədiyindən geri qaytarılmışdır. Sonuncu xx.xx.2024-cü il tarixdə müddətin bərpası haqqında ərizə və ona əlavə edilən şikayətlə məhkəməyə müraciət etmiş, lakin şikayətin qanunvericiliklə müəyyən edilmiş müddətdə verə bilməməsinə əsas ola biləcək hər hansı bir sübutu, sənədi məhkəməyə təqdim etməmişdir. İddiaçı xəbərnamədə qeyd edilən imzanın özüna aid olmaması və bununla da qərardadı almadığı üçün ondan xəbərsiz olduğunu iddia etsə də, İddiaçı “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində elektron kabineti mövcuddur və həmin qərardad xx.xx.2023-cü il tarixdə İddiaçı elektron kabinetinə yerləşdirilmişdir. Həmçinin İddiaçı həmin dövrdə müalicə almasını qeyd etsə də, bunu təsdiq edə biləcək hər hansı bir sənədi və ya sübutu ərizəsinə əlavə etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, müddətin ötürülməsinin səbəblərinin üzürlü sayılması üçün təkzibolunmaz əsaslar təqdim edilməlidir. Müddətin bərpa edilməsi məsələsi bütün hallarda artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə əlaqədar olan məsələ kimi ortaya çıxır. Odur ki, Mülki Prosessual Məcəllənin 133-cü maddəsində məhkəmə qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi imkanlarının həmin müddətin davamiyyəti ilə əlaqələndirilməməsi, bu prosessual hüquq normasından sui-istifadəyə yol açmamalı və maddənin müddəaları qüvvəyə minmiş məhkəmə aktının istənilən vaxt mübahisələndirilməsinə imkan yaradan qaydalar kimi təfsir olunmamalıdır. Çünki, apellyasiya şikayəti vermək hüququ, konkret şəxsin, pozulduğunu ehtimal etdiyi, birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş vəzifələrin növbəti məhkəmə instansiyasında müdafiə vasitəsi olub, mülki-mühakimə icraatında fərdi maraqların təminat mexanizmi kimi çıxış edir. Lakin bu hüquq, yalnız fərdi maraqların deyil, həm də ictimai maraqların mühafızəsi təyinatına malik olan prosessual qaydaların pozulması hesabına həyata keçirilməməlidir. Başqa sözlə, mülki-prosessual hüquqlardan, o cümlədən MPM-in 133-cü maddəsində nəzərdə tutulan, buraxılmış müddətin bərpa edilməsi yolu ilə şikayət vermək imkanlarından elə istifadə olunmalıdır ki, mülki mühakimə icraatında fərdi və ictimai maraqlar arasında tarazlıq pozulmasın. Qüvvəyə minmiş məhkəmə aktına müddət keçdikdən sonra müdaxilə edilməsi və belə müdaxilə üçün prosessual imkanların yaradılması fərdi maraq ilə ictimai maraq arasında tarazlığı pozur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. MPM-in 133.2-ci maddəsinə əsasən, buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Həmin Məcəllənin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Həmin Məcəllənin 267.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 267.3-cü maddəsinə əsasən şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Həmin Məcəllənin 269.3-cü maddəsinə əsasən əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. X2 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 13 fevral 2007-ci il tarixli qərarında göstərilir ki, qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Qeyd edilməlidir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. “X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında da deyilir ki, atılmalı olan formal adımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Zaqatala Rayon Məhkəməsinin 1 mart 2024-cü il tarixli, e-2(033)-443/2024 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də şikayət təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 1 mart 2024-cü il tarixli, e-2(033)-443/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 1 mart 2024-cü il tarixli, e-2(033)-443/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar