Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-615/2020 05.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X9 iclas katibliyi, İddiaçı nümayəndəsi (atası) X2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(051)-2231/2019 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı azyaşlı uşaqları ilə birlikdə Mingəçevir şəhəri 20 Yanvar küçəsi 9”A” №-li evin 30 №-li mənzilinə köçürülmələri tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(051)-2231/2019 nömrəli (hakim M.Kərimova) qətnaməsi ilə iddia tələbi təmin edilərək, İddiaçı uşaqları-xx xxxxxx 2014-cü il təvəllüdlü X7 və xx xxxxxxxx 2017-ci il təvəllüdlü X10 ilə birlikdə Mingəçevir şəhəri 20 Yanvar küçəsi 9 “A” №li evin 30 №li mənzilinə köçürülmələri qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayətləri verərək, qətnamənin ləğv olunması və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Araz Abdullayevlə xx xxxxxxx 2013-cü il tarixdə el adəti ilə toy edərək faktiki ailə qurmuş, nikahları xx xxx 2014-cü ildə qeydə alınmışdır. İddiaçı ailə qurduqdan sonra Goranboy rayonu Alpout kəndinə köçmüş, qayınatasıgilin evində yaşamışdır. İddaçı ilə Araz Abdullayevin birgə nikahından xx xxxxxx 2014-cü il təvəllüdlü İlahə və xx xxxxxxxx 2017-ci il təvəllüdlü Araz adlı iki nəfər uşaqları olmuşdur. Onlar Goranboy rayonunda yaşasalar da Mingəçevir şəhəri 20 Yanvar küçəsi, 9 “A” №-li evin 30 №-li mənzili iddiaçının əri Araz Abdullayevin mülkiyyətində olmuşdur. İddiaçının əri Araz Abdullayev xx xxxxxxxx 2017-ci ildə vəfat etmişdir. Ərinin ölümündən sonra İddiaçı mirasın qəbulu ilə əlaqədar notariat orqanına müraciət etmiş, ona vərəsəlik şəhadətnaməsi verilmiş, vərəsəlik şəhadətnaməsi əsasında da ərindən miras qalmış Mingəçevir şəhəri 20 Yanvar küçəsi 9”A” №-li evin 30 №-li mənzilin beşdə bir hissəsi iddiaçının, hər birinə beşdə bir hissə olmaqla da iddiaçının azyaşlı uşaqları- X7 və X5 payları müəyyən edilmiş və bununla əlaqədar onlara mülkiyyət hüququnu təsdiq edən Çıxarış verilmişdir. Hal-hazırda iddiaçı uşaqları ilə birlikdə şəraitsiz bir mənzildə kirayədə yaşayırlar. Cavabdeh isə onlara mülkiyyət payları müəyyən edilmiş 20 Yanvar küçəsi 9”A” №-li evin 30 №-li mənzilinə köçüb yaşamağa icazə vermirlər. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddianın təmin olunmasını, iddiaçının İlahə və Araz adlı azyaşlı uşaqları ilə birlikdə Mingəçevir şəhəri 20 Yanvar küçəsi 9 “A” №-li evin 30 №-li mənzilinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir və məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut olunmamışdır. Hakim nəzərə almamışdır ki, bu mənzil oğlu tərəfindən deyil, onlar tərəfindən alınmış, sadəcə onun adına rəsmiləşdirmişlər. Ona görə də Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(051)-2231/2019 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 apelyasiya şikayətinə ertiraz edərək bildirmişdir ki, iddiaçı onun qızıdır. Mübahisəli ev əvvəllər iddiaçının əri Araz Abdullayevə məxsus olmuşdur. Lakin sonuncunun vaxtsız ölümündən sonra həmin evə dair vərəsəlik işi açılmış və vərəsəlik qaydasında iddiaçının və onun uşaqlarının payı müəyyən edilmişdir. Lakin cavabdehlər iddiaçını və uşaqlarını həmin evə köçüb yaşamasına maneəçilik törədir. Hesab edir ki, apelyasiya şikayəti tam əsassızdır, ona görə də Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(051)- 2231/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh tərəf məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdehlərrəsmi poçt vasitəsilə yanaşı, həmçinin adına qeydə alınmış 055 *** ** ** mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə də xəbərdar olunmuşdur. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iddiaçı tərəfin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(051)-2231/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından,cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X3 arasında xx xxx 2014-cu ildə Goranboy rayonu Alpout kənd İcra Nümayəndəliyində 2 №-li nikah qeydə alınmışdır. Nikah bağlandıqdan sonra qadın Abdullayeva soyadını qəbul etmişdir. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X11 ilə X1 birgə nikahlarından xx xxxxxx 2014-cü il təvəllüdlü X7 və xx xxxxxxxx 2017-ci il təvəllüdlü X10 adlı uşaqları olmuşdur. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx xxxxxxx 2017-ci ildə vəfat etmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri 20 Yanvar küçəsi 9 “A” №-li evin 30 №-li mənzilin beşdə iki hissəsi X6, hər birinə beşdə bir hissə olmaqla İddiaçı, X7 və X5 paylı mülkiyyətindədir. Çıxarışın qeydiyyat tarixi xx xxxxxxxx 2018-ci ildir. Cavabdehlər tərəfindən təqdim olunmuş, işə əlavə edilmiş, xx xxxxxxx 2019-cu ildə qeydiyyata alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri 20 Yanvar küçəsi 9”A” №-li evin 30 №-li mənzili hər birinə beşdə bir hissə olmaqla İddiaçı, X7, X10, Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyətindədir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesabedirki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Kollegiya iddia ərizəsində qeyd olunan mübahisəli mənzilin araşdırılması üçün ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir. Belə ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyasının tədqiqi zamanı müəyyən edildi ki, mübahisəli Mingəçevir şəhəri 20 Yanvar küçəsi 9”A” №-li evin 30 №-li mənzili əvvəllər iddiaçının əri X6 mülkiyyətində olmuşdur. Araz Abdullayev xx xxxxxxxx 2017-ci ildə vəfat etmiş və sonuncunun vəfatından sonra miras qalmış əmlaka dair vərəsəlik işi açılaraq iddiaçının, onun uşaqlarının, həmçinin cavabdehlərin payları müəyyən edilməklə onların adına mülkiyyət hüququnu təsdiq edən sənəd verilmişdir. Lakin iddiaçı tərəf öz mülkiyyətində olan evə qayıtmaq və orada yaşamaq istəsə də cavabdehlərin maneəsi və qəsdi ilə qarşılaşmışdır ki, bu da onun mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Beləliklə müəyyən olunur ki, iddiaçının yаşаyış sаhəsinə ehtiyаcı аrtıq köçüb yаşаdığı yerdə təmin оlunmadığına görə о, yаşаyış sаhəsinə оlаn ehtiyаclаrını öz mülkiyyətində olan evdən istifаdə etməklə qаrşılаmаq məcburiyyətində qalmışdır. Kollegiya həmçinin qeyd edir ki, bu həm də onun mülkiyyət hüququndan irəli gələn konstitusion hüquqdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının öz mülkiyyətində olan mənzilə köçüb yaşamaq istəyinə dair cavabdeh tərəfin etirazı və bununla bağlı apelyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kоllegiyаsı həmçinin hesаb edir ki, аpelyаsiyа şikаyətində göstərilən dəlillər əsаssız оlduğundаn qətnаmənin ləğvi üçün əsаs оlа bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara və sadalanan qanunvericilik aktlarına istinadən hesab edir ki, iddiaçının paylı mülkiyyət hüququ ilə özünə məxsus olan mənzilə köçürülmə tələbinə dair iddiası əsaslı olduğundan birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətindəgöstərilənlər həmin hissəyə münasibətdəəsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi “evə köçürülmə” hissəsində qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin qeyd olunan hissədə ləğviüçünəsas yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(051)-2231/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-615/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-615/2020
05.05.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver