Məhkəmə qərarları › İş №2(107)-615/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-615/2021

07.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-615/2021 07.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Əliyev Fərid Mehdi oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iştirakları ilə, İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdehlər Cavabdeh1 və Qax rayon Dövlət Notariat ofisinə qarşı mirasın qəbulu müddətinin bərpası, vərəsəliyin açılması və X2ndan miras qalmış 0.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən qanun üzrə paylarının ayrılıb onlara verilməsi tələbinə dair ilk, Cavabdeh1 İddiaçı1 və qeyrilərinə qarşı vərəsəliyin açılması və X2ndan miras qalmış 0.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən qanun üzrə payının ayrılıb verilməsi tələbinə dair qarşılıqlı iddiası və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 mərhum X2ndan miras qalmış 0.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona düşən qanun üzrə payının ona verilməsi tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(024)-533/2020 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(024)-533/2020 nömrəli qətnaməsi ilə (hakim Malik Qarayev) ilkin iddia qismən təmin edilmiş, mərhum X9 miras qalmış 0.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzrə vərəsəlik açılması, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 miras əmlakı qəbul etməsi üçün qanunla müəyyən edilmiş müddətin üzürlü hesab edilərək uzadılması və həmin torpaq sahəsinin ½ hissəsi üzərində iddiaçılar İddiaçı1 məcburi payının 1/6 hissə, İddiaçı2 məcburi payının 1/6 hissə, İddiaçı3 məcburi payının 1/6 hissə və İddiaçı4 məcburi payının 1/6 hissə olmaqla müəyyən edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, mərhum X9 miras qalmış 0.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ½ hissəsi üzərində Cavabdeh1 məcburi payının 1/6 hissə olmaqla müəyyən edilməsi, mərhum X9 miras qalmış 0.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ½ hissəsi üzərində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 məcburi payının 1/6 hissə olmaqla müəyyən edilməsi qət edilmişdir. İşin halları İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Qax rayon Dövlət Notariat ofisinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 və Qax rayon X20 mərhum ataları X9 miras qalmış torpaq sahəsinə dair sənədlərin, miras qalmış digər əmlaklara dair sənədlərin alınması, miras əmlakın vərəsələr arasında bərabər bölüşdürülməsi, bu tapşırığın icrasından əmələ gələn bütün məsələlərin həll edilməsini cavabdeh Qax rayon Dövlət Notariat ofisinə həvalə olunması, İddiaçı1 əri X10 həmin torpaq sahəsində aparılmış abadlıq işləri üçün çəkdiyi 1000 manat xərcin Cavabdeh1 tutulması barədə, Cavabdeh1 isə İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək vərəsəliyin açılması və X2ndan miras qalmış 0.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən qanun üzrə payının ayrılıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmədə işə baxılıb qətnamə çıxarılana qədər iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 qarşı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək mirasın qəbulu müddətinin bərpası, vərəsəliyin açılması və X2ndan miras qalmış 0.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən qanun üzrə paylarının ayrılıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmədə işə baxılıb qətnamə çıxarılana qədər X15 məhkəməyə vəsatət təqdim edərək özünün mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs kimi işə cəlb edilməsini xahiş etmiş və iddia ərizəsi ilə müraciət edərək mərhum X2ndan miras qalmış 0.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona düşən payın özünə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən Reyhan Rəhimova mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs kimi işə cəlb olunmuşdur. Birinci instansiya məhkəməsinin iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, cavabdehlər Cavabdeh1 və Qax rayon Dövlət notariat Ofisinin dövlət notariusu və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X15 məhkəmə iclasına gəlməmiş, Cavabdeh1 məhkəməyə ərizə göndərərək xəstəliyi ilə əlaqədar üzürül səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərərək işə onun iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini xahiş etmiş, Reyhan Rəhimova məhkəməyə ərizə göndərərək üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməcəyəyini göstərərək, miras əmlakdan ona düşən qanuni payın verilməsini xahiş etmiş, cavabdehlər Cavabdeh1 və Qax rayon Dövlət notariat Ofisinin dövlət notariusu isə gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Birinci instansiya məhkəməsi işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və Qax rayon Dövlət notariat Ofisinin dövlət notariusunun və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı1 məhkəmə iclasında izahatı verərək göstərmişdir ki, X2 xx.xx.2013-cü il tarixdə, anası X16 isə xx.xx.2013-cü il tarixdə vəfat etmişlər. Mərhum atasından Qaxmuğal kəndində yerləşən 0.47 ha torpaq sahəsi və həmin ünvanda yerləşən fərdi yaşayış evi miras qalmışdır. Hazırda atasından miras qalmış əmlaklardan ona düşən payı tələb edir. Atasının nəvəsi Aqşinə etdiyi vəsiyyətnamə ilə bağlı qeyd edir ki, həmin vəsiyyətnamə etibarsızdır. Çünki sözügedən vəsiyyətnamə xx xxxx 1999-cu ildə tərtib edilmiş, orada atasının bütün əmlakının nəvəsinə vəsiyyət etdiyi göstərilmiş, lakin 0.47 ha torpaq sahəsi isə vəsiyyətnamə tərtib edildikdən sonra, yəni Qax rayon Aqrar İslahat komissiyasının 2000-ci il tarixli qərarı ilə verilmişdir. Ona görə də, atasından miras qalmış əmlaklarda bütün vərəsələrin, o cümlədən onun da payı bərabər hesab edilməlidir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən mirasın qəbulu müddətinin bərpası, vərəsəliyin açılması və X2ndan miras qalmış 0.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən qanun üzrə payının ayrılıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında digər İddiaçı2 izahat verərək göstərmişdir ki, atası Məcid Rəhimov xx.xx.2013-cü il tarixdə, anası Şəfiqə Rəhimova isə xx.xx.2013-cü il tarixdə vəfat etmişlər. Mərhum atasından Qaxmuğal kəndində yerləşən 0.47 ha torpaq sahəsi və həmin ünvanda yerləşən fərdi yaşayış evi miras qalmışdır. O da atasının qanun üzrə vərəsəsidir. Ona görə də, atasından miras qalmış torpaq sahəsindən özünə düşən payı tələb edir. Sözügedən vəsiyyətnaməni etibarsız hesab edir. Ona görə də, atasından miras qalmış torpaq sahəsindən özünə düşən qanun üzrə payı tələb edir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən mirasın qəbulu müddətinin bərpası, vərəsəliyin açılması və X2ndan miras qalmış 0.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən qanun üzrə payının ayrılıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında digər İddiaçı3 izahat verərək göstərmişdir ki, o da mərhum atası Rəhim Məcidovdan miras qalmış torpaq sahəsindən ona düşən qanun üzrə payı tələb edir. Atasının nəvəsi Aqşinlə bağlı tərtib edilmiş vəsiyyətnamə isə etibarsızdır. Çünki həmin torpaq sahəsi vəsiyyətnamə tərtib edildikdən sonra atasına verilmişdir. Ona görə də, atasından miras qalmış torpaq sahəsindən özünə düşən qanun üzrə payı tələb edir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən mirasın qəbulu müddətinin bərpası, vərəsəliyin açılması və X2ndan miras qalmış 0.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən qanun üzrə payının ayrılıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında digər İddiaçı4 izahat verərək göstərmişdir ki, o mərhum Rəhim Məcidovun qanun üzrə vərəsəsidir. Hesab etmişdir ki, atasından miras qalmış Qaxmuğal kəndində yerləşən 0.47 ha torpaq sahəsində onu qanun üzrə payı vardır. Həmin payı tələb etmək qərarına gəlmişdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən mirasın qəbulu müddətinin bərpası, vərəsəliyin açılması və X2ndan miras qalmış 0.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən qanun üzrə payının ayrılıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsində göstərmişdir ki, o Qax rayonu Güllük kəndində doğulmuşdur. Hazrıda Qax şəhəri, M.F.Axundzadə küçəsi, ev 4-də yaşayır. Qax rayon Aqrar İslahat komissiyasının xx xxxxxx 2000-ci il tarixli 09 nömrəli qərarına əsasən X2na JN-0081 saylı, KOD 40310005 saylı Dövlət Aktı verilmişdir. Dövlət Aktına əsasən 0.47 ha pay torpaq sahəsi atasının mülkiyyətinə verilmişdir. X2 xx.xx.2013-cü il tarixdə ölmüşdür. O, atasından miras qalmış əmlakla bağlı Qax rayon DNO-nə müraciət etdikdə, orada məlum olmuşdur ki, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddəti keçirmişdir. Həmçinin notarius ona izah etmişdir ki, məhkəməyə müracitə hüququ vardır. Onun, mirasın qəbulu müddətinin üzürlü hesab edilərək uzadılması barədə məhkəmə qətnaməsi qəbul edilmiş, həmin qətnaməni notariat ofisinə təqdim etmiş, lakin miras əmlakla bağlı mübahisə olduğu üçün ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən vərəsəliyin açılması və X2ndan miras qalmış 0.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən qanun üzrə payının ayrılıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X15 iddia tələbində göstərmişdir ki, X25 xx.xx.2013-cü il tarixdə ölmüşdür. Atasından 0.47 ha torpaq sahəsi miras qalmışdır. O, da atasının vərəsəsidir və hesab edir ki. Atasından miras qalmış əmlakda onun da payı vardır. Ona görə də, miras əmlakdan öz payını tələb edir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən mərhum X2ndan miras qalmış 0.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona düşən payın özünə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 apellyasiya şikаyəti vermişlər. Apellyasiya şikayətinin dəlilləri İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 apellyasiya şikayətini əsaslandıraraq göstərmişlər ki, hesab edirlər ki, məhkəmə ədalətli bölgü aparmamışdır. Belə ki, məhkəmə mərhum ataları X25 tərəfindən nəvəsi (iddiaçı) Aqşin Hüseynova xx.xx.1999-cu il tarixdə Qax rayon Dövlət Notoriat kontorunda vəsiyyət etdiyi 2B-67 reystr nömrəli vəsiyyətnaməni nəzərə alaraq yuxarıda qeyd edilən bölgünü etmişdir. Hesab edirlər ki, mərhum ataları X25 tərəfindən nəvəsi (iddiaçı) A.Hüseynova xx.xx.1999-cu il tarixdə Qax rayon Dövlət Notoriat kontorunda vəsiyyət etdiyi 2B-6- reystr nömrəli vəsiyyətnamə 0.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzrə etibarlı hesab edilə bilməz. Çünki həmin qətnamə xx.xx.1999-cu il tarixdə tərtib edilmişdir. Lakin, 0.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mərhum atalarına Qax rayon X14 xx.xx.2000-ci il tarixli, 09 saylı qərarı əsasında 1 il 18 gün sonra verilmişdir. Yəni vəsiyyətnamə tərtib edildiyi vaxt həmin torpaq sahəsi atalarının mülkiyyətində olmamışdır. Əlavə olaraq qeyd edirlər ki, iddiaçı X21 onlara qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mirasın qəbulu müddətinin uzadılması, vərəsəliyin açılması, və babası X9 miras qalmış 0.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən vəsiyyət üzrə payın ayrılıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd olunan tələblə bağlı iş məhkəmənin icraatına 2(024)-596/2020 sayla qəbul edilmişdir. 2(024)-596/2020 saylı mülki işlə bağlı onlar cavabdeh X11 qarşı ataları X9 miras qalmış 0.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzrə xx.xx.1999-cu il tarixli, 2-B 67 reystr nömrəli vəsiyyətnamənin etibarsız hesab edilməsi, mirasın qəbulu müddətinin uzadılması, Vərəsəliyin açılması, və miras əmlak üzrə payların naturada müəyyən edilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə bağlı məhkəməyə müraciət etmişlər və məhkəmə baxış iclası xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Hazırkı tələbin baxılmamış saxlanılmasına dair isə məhkəməyə xx.xx.2020-ci il tarixdə ərizə təqdim etmişlər. Lakin məhkəmə ərizəni nəzərə almamış və hazırkı qətnaməni çıxarmışdır. Ona görə də, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(024)-533/2020 nömrəli qətnaməsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş edirlər. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Cavabdehlər Cavabdeh1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X15 və Qax rayon Dövlət Notariat ofisi (nümayəndəsi) işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli 2(024)-533/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan JN-0081, KOD 40310005 saylı Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, 0.47 ha torpaq sahəsi X13 mülkiyyətinə verilmişdir. İşdə olan Qax rayonu Qax şəhər İƏD-nin verdiyi xx.xx.2020-ci il tarixli 2748 saylı arayışdan görünür ki, mərhum X25 öldüyü-xx.xx.2013-cü il tarixədək, Qax şəhəri, M.F.Axundzadə küçəsi, ev 4-də yaşamış, hal-hazırda mərhumun Cavabdeh1, X18, İddiaçı2, İddiaçı1, X15 və İddiaçı4 ibarət vərəsələri qalmışdır. İşdə olan xx.xx.1999-cu il tarixdə Qax rayonu DNK-da tərtib olunmuş vəsiyyətnamənin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, X25 ölən günə ona məxsus olmuş Qax şəhəri, M.F.Axundov küçəsi. ev 4-də yerləşən evini və bütün əmlakını nəvəsi X11 vəsiyyət etmişdir. İşdə olan Vİ-CQ № 355992 saylı nikah haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, X22 ilə X4 nikahları xx xxx 1992-ci ildə qeyd edilmiş və Fənurə Rəhimovaya ərinin “Dunusova” soyadını daşımaq hüququ verilmişdir. İşdə olan Vİ-CQ № 259272 saylı nikah haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, X26 ilə X5 nikahları xx xxxxxx 1992-ci ildə qeyd edilmiş və Ulduzə Rəhimovaya ərinin “Yusifova” soyadını daşımaq hüququ verilmişdir. İşdə olan İİİ-CQ № 329697 saylı nikah haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, X23 ilə X6 nikahları xx xxxxxx 1984-cü ildə qeyd edilmiş və Qətibə Rəhimovaya ərinin “Məmmədova” soyadını daşımaq hüququ verilmişdir. İşdə olan Qax rayon VVADQ şöbəsinin verdiyi İİ-JQ, № 481724 saylı Çıxarışın surətindən görünür ki, X7 ilə X4 nikahları xx xxxxxxxx 1982-ci ildə qeyd edilmiş və Fənurə Rəhimovaya ərinin “Əlicanova” soyadını daşımaq hüququ verilmişdir. İşdə olan Qax rayon Qeydiyyat şöbəsinin verdiyi xx xxxxxx 2020-ci il tarixli, № 05/76-437/69 saylı arayışdan görünür ki, X6 valideyinləri X25 və X12r. İşdə olan Qax rayon Qeydiyyat şöbəsinin verdiyi xx xxxxxx 2020-ci il tarixli, № 05/76-438/69 saylı arayışdan görünür ki, X8 valideyinləri X25 və X12r. İşdə olan Qax rayon Qeydiyyat şöbəsinin verdiyi xx xxxxxx 2020-ci il tarixli, № 05/76-436/69 saylı arayışdan görünür ki, X4 valideyinləri X25 və X12r. İşdə olan Qax rayon Qeydiyyat şöbəsinin verdiyi xx xxxxxx 2020-ci il tarixli, № 05/76-443/69 saylı arayışdan görünür ki, X5 valideyinləri X25 və X12r. İşdə olan АZ ******* saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X3 valideyinləri X25 və X12r. İşdə olan İ-İE № 764166 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 valideyinləri X25 və X12r. İşdə olan Qax rayon Qeydiyyat şöbəsinin verdiyi xx xxxxxx 2020-ci il tarixli, № 05/76-442/69 saylı arayışdan görünür ki, X16 xx xxxxx 2013-cü ildə ölmüşdür. İşdə olan Qax rayon Qeydiyyat şöbəsinin verdiyi xx xxxxxx 2020-ci il tarixli, № 05/76-441/69 saylı arayışdan görünür ki, Rəhimov Məcid Yahya oğlu xx xxxx 2013-cü ildə ölmüşdür. İşdə olan Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, Məmmədova X28 şəhəri, F.Xoyski küçəsi, ev 18 ünvanında qeydiyyatdadır. İşdə olan Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı2 ünvan 3 ünvannıda qeydiyyatdadır. İşdə olan Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı3 ünvan 4 ünvanında qeydiyyatdadır. İşdə olan AA ******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı4 Qax şəhəri, Hürü Tağıyeva küçəsi, ev 25-də qeydiyyatdadır. İşdə olan Seriya AZE № 08636383saylı şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, X1 rayonu Güllük kəndində qeydiyyatdadır. İşdə olan ... tarixli ödəniş qəbzindən görünür ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X15 iddia tələbi ilə bağlı10 manat məbləğində dövlət rüsumu ödəmişdir. İşdə olan xx xxxxxx 2020-ci il tarixli qəbzdən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 məhkəmədə iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişlər. İşdə olan xx xxxxxxx 2020-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh1 məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət etmək üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Birinci instansiya məhkəməsi ilk və qarşılıqlı iddianın qismən təmin edilməsi qənaətinə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1145, 1146, 1152, 1159.1.1, 1193, 1194 və 1243.1-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsində göstərilir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1152-ci maddəsinə əsasən miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən maddəsinə görə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsələr sırasına daxildir. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, X25 xx.xx.2013-cü il tarixdə, onun arvadı X16 isə xx.xx.2013-cü il tarixdə vəfat etmişlər. X27 0.47 ha torpaq sahəsi və fərdi yaşayış evi miras qalmışdır. X44 oğlu ölən günə ona məxsus olmuş Qax şəhəri, M.F.Axundov küçəsi, ev 4-də yerləşən evini və bütün əmlakını nəvəsi X11 vəsiyyət etmiş və bu barədə xx.xx.1999-cu il tarixdə Qax rayonu DNK-nun notariusu tərəfindən vəsiyyətnamə tərtib edilmişdir. X13 ölümündən sonra Cavabdeh1, X18, İddiaçı2, İddiaçı1, X15 və İddiaçı4 ibarət vərəsələri qalmışdır. Hazırda iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 X2ndan miras qalmış 0.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən qanun üzrə paylarının verilməsini, Cavabdeh1 X2ndan miras qalmış 0.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən qanun üzrə payının ayrılıb verilməsini, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X15 mərhum X2ndan miras qalmış 0.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona düşən payın özünə verilməsini xahiş edirlər. Hazırki mülki iş üzrə mübahisəli miras əmlak mərhum Məcid Rəhimov tərəfindən vərəsə Aqşin Hüseynova vəsiyyət edilmişdir. Ona görə də, ilkin iddiaçılar və qarşılıqlı iddiaçı tələblərində miras əmlakdan qanun üzrə pay tələb etməkdə haqlı olmamışlar. Mübahisə predmetini təşkil edən miras əmlak barədə vəsiyyətnamə olduğundan digər vərəslərin həmin əmlakdan məcburi payı vardır. Məhkəmə hər üç tələblə bağlı qeyd edir ki, mərhum Məcid Rəhimov 1999-cu ildə ölən günədək ona məxsus olan fərdi yaşayış evini nəvəsi Aqşin Hüseynova vəsiyyət etmişdir. Mübahisəli 0.47 ha torpaq sahəsi vəsiyyətnamə tərtib edildikdən sonra, yəni Aqrar İslahat Komissiyasının 2000-ci il tarixli qərarı ilə verilsə də, vəsiyyətnamədə Məcid Rəhimov ölən günədək ona məxsus olan əmlakı vəsiyyət etdiyini göstərdiyi üçün, həmin torpaq sahəsi də vəsiyyət olunan əmlaka daxildir. Beləliklə də, miras əmlak üzrə vəsiyyətnamə mövcud olduğu üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1193-cü maddəsinin tələbinə uyğun olaraq vəsiyyətnamənin məzmunundan asılı olmayaraq digər vərəsələr olan Cavabdeh1, X18, İddiaçı2, İddiaçı1, X15 və İddiaçı4 mübahisəli miras əmlak üzərində məcburi pay hüququna malikdirlər və həmin pay qanun üzrə payın yarısını təşkil etdiyinə görə və əgər vəsiyyətnamə olmasaydı qanun üzrə paya görə çağırılmalı olan vərəsələrin sayı 6 nəfər olduğuna görə, Cavabdeh1, X18, İddiaçı2, İddiaçı1, X15 və İddiaçı4 iddia tələbində göstərilən miras əmlakdan düşən məcburi payları miras əmlakın ½ hissəsinin 1/6 hissəsini təşkil edir. Ona görə də, məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri qismən, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 tələbi isə tam təmin edilməlidir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, ilkin iddia qismən təmin edilməli, mərhum X9 miras qalmış 0.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzrə vərəsəlik açılmalı və ilkin iddiaçıların həmin miras əmlakı qəbul etməsi üçün qanunla müəyyən edilmiş müddət üzürlü hesab edilərək uzadılmalı, həmin torpaq sahəsinin ½ hissəsi üzərində iddiaçılar İddiaçı1 məcburi payı 1/6 hissə, İddiaçı2 məcburi payı 1/6 hissə, İddiaçı3 məcburi payı 1/6 hissə və İddiaçı4 məcburi payı 1/6 hissə olmaqla müəyyən edilməli, qarşılıqlı iddia qismən təmin edilməli, mərhum X9 miras qalmış 0.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ½ hissəsi üzərində Cavabdeh1 məcburi payı 1/6 hissə olmaqla müəyyən edilməli, ilkin və qarşılıqlı iddia tələblərinin qalan hissəsi rədd edilməli, mərhum X9 miras qalmış 0.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ½ hissəsi üzərində üçüncü şəxs X3 məcburi payı 1/6 hissə olmaqla müəyyən edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçıların apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçılar da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduqları halda bunu etmədiklərindən, apellyasiya şikayətində qeyd olunan məsələlər birinci instansiya məhkəməsi tərəfindən tam araşdırıldığından və qiymətləndirildiyindən onların göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Məcəlləsinin 1152-ci maddəsinə əsasən miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun. Qax rayon Aqrar İslahat komissiyasının xx xxxxxx 2000-ci il tarixli 09 nömrəli qərarına əsasən X17 0,47 ha pay torpaq sahəsi ilə bağlı JN-0081 saylı, KOD 40310005 saylı Dövlət Aktı verilmişdir. X25 isə xx.xx.1999-cu ildə Qax rayon Dövlət Notoriat kontorunda verdiyi 2B-67 reystr nömrəli vəsiyyətnamə ilə bütün əmlakını nəvəsi X11 vəsiyyət etmişdir. Nəzərə alsaq ki, xx xxxx 1996-cı il tarixli, 155-İQ nömrəli Azərbаycаn Respublikаsının Torpaq islahatı haqqında qanununun 9-cu maddəsində göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Bu da ona dəlalət edir ki, X17 Qax rayon Aqrar İslahat komissiyasının xx xxxxxx 2000-ci il tarixli 09 nömrəli qərarına əsasən verilmiş Dövlət Aktında göstərilən torpaq sahəsi daha öncə onun qanuni istifadəsində olmuşdur və konkret göstərilməsə də, həmin torpaq sahəsini də vəsiyyət etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası həmçinin onu da qeyd edir ki, hazırki iş üzrə cavabdehlər iddiaçıların mübahisələndirilən mirası qəbul edib-etməmələrini apellyasiya qaydasında mübahisələndirmədiklərinə görə həmin hissədə araşdırma aparılmamışdır. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin apellyasiya qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(024)-533/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apellyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apellyasiya şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(024)-533/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar