Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-616/2020 20.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu, Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(046)-1482/2019 saylı qətnaməsindən cavabdeh X3tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2 və Göyçay rayonu Qarabaqqal bələdiyyəsinə, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 16 saylı Ərazi İdarəsinə və Göyçay rayon notariat ofisinə qarşı xx xxx 2013cü il tarixli A seriyalı 425254 saylı torpaq sahəsinin planı və ölçüsünün, xx xxxxxx 2013-cü il tarixli RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, cavabdeh Göyçay rayonu Qarabaqqal Bələdiyyəsi ilə Cavabdeh2 arasında Göyçay rayon notariat kontorunda xx xxxxxx 2015-ci il tarixdə bağlanmış icarə müqaviləsinin, xx xxxxxxx 2015-ci il tarixli **********5 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsünün, xx xxxxxxx 2015-ci il tarixli RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın JN seriyalı 1061 nömrəli, 1062 nömrəli və 1063 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktları ilə iddiaçıların mülkiyyətlərinə verilmiş torpaq sahələri ilə üst-üstə düşən və X=735247.8348 Y=4503229.1232, X=735240.9851 Y=4503188.3412, X=735223.5340 Y=4503194.0029, X=735230.4212 Y=4503235.0036, X=735230.4212 Y=4503235.0036, X=735223.5340 Y=4503194.0029, X=735219.8679 Y=4503195.1924, X=735226.7616 Y=4503236.2394 və X=735226.7616 Y=4503236.2394, X=735219.8679 Y=4503195.1924, X=735216.3972 Y=4503196.3184, X=735223.2979 Y=4503237.4091 koordinatlarda yerləşən 0,0752 ha, 0,0158 ha, 0,27 ha torpaq sahələrinə münasibətdə etibarsız sayılması, Cavabdeh2 istifadəsində olan 0,0752 ha, 0,0158 ha, 0,27 ha torpaq sahələrinin boşaldılaraq 0,0752 ha torpaq sahəsinin İddiaçı1, 0,0158 ha torpaq sahəsinin iddiaçı X1, 0,27 ha torpaq sahəsinin İddiaçı2 qaytarılması barədə qətnamə çıхarılmasını хahiş etmişlər. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(046)-1482/2019 saylı qətnаməsi ilə iddia təmin edilmiş, xx xxx 2013-cü il tarixli A seriyalı 425254 saylı torpaq sahəsinin planı və ölçüsü, xx xxxxxx 2013-cü il tarixli RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, cavabdeh Göyçay rayonu Qarabaqqal Bələdiyyəsi ilə Cavabdeh2 arasında Göyçay rayon notariat kontorunda xx xxxxxx 2015-ci il tarixdə bağlanmış icarə müqaviləsi, xx xxxxxxx 2015-ci il tarixli **********5 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü xx xxxxxxx 2015-ci il tarixli RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın JN seriyalı 1061 nömrəli, 1062 nömrəli və 1063 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktları ilə iddiaçılar İddiaçı1, X2 və İddiaçı2 mülkiyyətlərinə verilmiş torpaq sahələri ilə üst-üstə düşən və X=735247.8348 Y=4503229.1232, X=735240.9851 Y=4503188.3412, X=735223.5340 Y=4503194.0029, X=735230.4212 Y=4503235.0036, X=735230.4212 Y=4503235.0036, X=735223.5340 Y=4503194.0029, X=735219.8679 Y=4503195.1924, X=735226.7616 Y=4503236.2394 və X=735226.7616 Y=4503236.2394, X=735219.8679 Y=4503195.1924, X=735216.3972 Y=4503196.3184, X=735223.2979 Y=4503237.4091 koordinatlarda yerləşən 0,0752 ha, 0,0158 ha, 0,27 ha torpaq sahələrinə münasibətdə etibarsız sayılması, Göyçay rayonu Qarabaqqal kəndində Cavabdeh2 istifadəsində olan 0,0752 ha, 0,0158 ha, 0,27 ha torpaq sahələri boşaldılaraq 0,0752 ha torpaq sahəsi İddiaçı1, 0,0158 ha torpaq sahəsi iddiaçı X1, 0,27 ha torpaq sahəsi İddiaçı2 qaytarılması və ödənilmiş 10 (on) manat dövlət rüsumunun müştərək qaydada cavabdehlərə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən cаvаbdeh X3tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏKÜRX-nin verdiyi xx.xx.2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, xx.xx.2013cü il tarixdə tərtib edilmiş **********45 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” və RX-0297972 nömrəli çıxarış əsasında Göyçay rayon Qarabaqqal bələdiyyəsinin mülkiyyətinə verilmiş 1,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları JN 1061 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə mülkiyyətə verilmiş 1,03 ha torpaq sahəsinin 0,0752 ha hissəsi ilə, koordinatları JN 1062 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə mülkiyyətə verilmiş 0,27 ha torpaq sahəsinin 0,0158 ha hissəsi ilə, koordinatları JN 1063 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə mülkiyyətə verilmiş 0,27 ha torpaq sahəsinin 0,0150 ha hissəsi ilə üst-üstə düşür. Göyçay rayon məhkəməsi isə öz qətnaməsində qeyd edir ki, onun istifadəsində olan torpaq sahəsi boşaldılaraq həmin sahədən 0,27 ha torpaq sahəsi İddiaçı2 qaytarılmalıdır.Lakin bunun hüquqi əsası göstərilmir və məhkəmə bunun üçün heç bir sübuta əsaslanmır. İddiaçıların istinad etdiyi sənədin etibarsızlığını təsdiq edən əlamətlərdən biridir və məhkəmə tərəfindən sübut kimi qəbul edilməsi hüquqi cəhətdən əsaslı deyildir. Belə ki, bu qərarı ilə məhkəmə Dövlət tərəfindən təminat verilmiş hüquqları, təminatsız hüquqlardan üstün tutmuşdur. Ancaq qeyd edilən Dövlət aktının və Göyçay rayon məhkəməsinin qətnaməsinin mövcudluğu onun istifadəsində olan torpaq sahəsinə olan istifadə hüquqlarını pozur, həmin torpaq sahəsinə maddi və fiziki cəhətdən sərf etdiyi maddi və qeyri-maddi nemətlərin əlindən qanunsuz olaraq alınması ilə nəticələnir. Ona isə qeyd edilmiş torpaq sahəsi qanunla müəyyənləşdirilmiş qayda və zəruri sənədləşmələr aparılmaqla, rüsumlar ödənilməklə verilmişdir və bu isə iddia ərizəsində qismən öz əksini tapır. Bütün bunlarla yanaşı, Göyçay rayon məhkəməsi iddianı təmin etmiş və yuxarıda qeyd edilən qətnaməni çıxarmışdır. O isə təklif edir ki, apellyasiya məhkəməsinin icraatı zamanı araşdırılmalıdır: Birinci instansiya məhkəməsi nəyə əsasən mənim istifadəmdə olan torpaq sahəsinin iddiaçılara məxsus olmasını, onların mülkiyyətində hesab edilən torpaq sahəsinin onun istifadəsində olan və bələdiyyə mülkiyyətinə aid edilən torpaq sahəsinin sərhədləri daxilində olmasını qeyd edir? Məhkəmənin əsaslandığı Dövlət aktı hal-hazırkı torpaq və və mülkiyyət qanunvericiliyinin hansı tələblərinə cavab verir ki, onun sübut kimi qəbul edilməsi baş verir (nəzərə alaraq ki, istifadəsində olan torpaq sahəsinə hüquqlarını təsdiq edən sənədlər bu tələblərə uyğun hazırlanmışıdır)? iddiaçıların həmin torpaq sahəsinə hüquqları nə vaxtdan və hansı qanuni əsaslarla vardır, bu hüquqlar qeydə alınmış hüquqlar hesab edilmədiyi halda qanunun Dövlət təminatı verdiyi hüquqlardan üstünülüyü nədir? Göstərilənlərə əsasən Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(046)-1482/2019 saylıqətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarıına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəblərini bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(046)-1482/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, hazırda qüvvədə olan Şəki İnzibati- İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli 21(84)-183/2019 saylı qərarı ilə iddiaları qismən təmin edilmiş, Göyçay rayon Qarabaqqal Bələdiyyəsinin xx xxxx 2012-ci il tarixli 07 nömrəli qərarı onların JN seriyalı 1061 nömrəli, 1062 nömrəli və 1063 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktları ilə mülkiyyətlərinə verilmiş torpaq sahələri ilə üst-üstə düşən və X=735247.8348 Y=4503229.1232, X=735240.9851 Y=4503188.3412, X=735223.5340 Y=4503194.0029, X=735230.4212 Y=4503235.0036, X=735230.4212 Y=4503235.0036, X=735223.5340 Y=4503194.0029, X=735219.8679 Y=4503195.1924, X=735226.7616 Y=4503236.2394 və X=735226.7616 Y=4503236.2394, X=735219.8679 Y=4503195.1924, X=735216.3972 Y=4503196.3184, X=735223.2979 Y=4503237.4091 koordinatlarda yerləşən 0,0752 ha, 0,0158 ha, 0,27 ha torpaq sahələrinə münasibətdə ləğv edilmişdir. RХ seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıхarışdan görünür ki, Göyçay rayоnu Qarabaqqal kəndi ərazisində yerləşən 1,00 ha kənd təsərrüfatlı təyinatlı tоrpaqlar bələdiyyə mülkiyyəti kimi Göyçay rayоnu Qarabaqqal bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü ildə qeydiyyata alınmışdır. RХ seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıхarışdan görünür ki, Göyçay rayоnu Qarabaqqal bələdiyyəsinin mülkiyyətində olan Göyçay rayоnu Qarabaqqal kəndi ərazisində yerləşən 1,00 ha kənd təsərrüfatlı təyinatlı tоrpaqlara dair Cavabdeh2 icarə hüququ xx.xx.2015-ci il tarixli icarə müqaviləsi əsasında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci ildə qeydiyyata alınmışdır. Göyçay rayоnu Qarabaqqal bələdiyyəsi ilə Cavabdeh2 arasında xx.xx.2015-ci ildə bağlanmış icarə müqaviləsinə əsasən Göyçay rayоnu Qarabaqqal bələdiyyəsinin mülkiyyətində olan Göyçay rayоnu Qarabaqqal kəndi ərazisində yerləşən 1,00 ha kənd təsərrüfatlı təyinatlı tоrpaqlar 50 il müddətinə Cavabdeh2 icarəyə verilmişdir. Cavabdeh2 illik icarə haqqı olaraq 120 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. xx xxx 2013-cü il tarixli A seriyalı 425254 saylı Tоrpaq sahəsinin planı və ölçüsündən görünür ki, Göyçay rayоnu Qarabaqqal kəndi ərazisində yerləşən 1,00 ha tоrpaq sahəsinə dair Göyçay rayоnu Qarabaqqal bələdiyyəsinin adına adı qeyd оlunan sənəd tərtib edilərək, miqyası 1:2000 оlan хəritədə (daşınmaz əmlakın rəqəmli kadastr хəritəsindən çıхarış) tоrpaq sahəsinin yerləşdiyi kооrdinatlar, qоnşu sahələr və digər parametrlər öz əksini tapmışdır. xx xxxxxxx 2015-ci il tarixli **********5 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsünə görə Göyçay rayоnu Qarabaqqal kəndi ərazisində yerləşən 1,00 ha tоrpaq sahəsinə dair Göyçay rayоnu Qarabaqqal bələdiyyəsinin adına adı qeyd оlunan sənəd tərtib edilərək, miqyası 1:25000 оlan хəritədə (daşınmaz əmlakın rəqəmli kadastr хəritəsindən çıхarış) tоrpaq sahəsinin yerləşdiyi kооrdinatlar, qоnşu sahələr və digər parametrlər öz əksini tapmışdır. Azərbaycan Respublikasının Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə müvafiq olaraq Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyətin tam həcmdə müdafiəsi ali dəyərlərdən biri kimi qiymətləndirilir. Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir. Məhz buna görə mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsinə yönələn hüquqi fakt kimi çıxış edir. Sərəncam vermək hüququ mülkiyyətçiyə öz əmlakı barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada istənilən mülki-hüquqi əqd bağlamaq imkanı verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apelyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Belə ki, Göyçay rayonu Qarabaqqal Bələdiyyənin mülkiyyəti kimi qeydə alınıb Cavabdeh2 ilə xx.xx.2015-ci ildə bağlanmış icarə müqaviləsinə görə sonuncuya icarəyə verilmiş və bu müqavilə əsasında icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış 1,00 ha torpaq sahəsinin 0,36 ha hissəsi iddiaçıların mülkiyyətlərində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Bununla da iddiaçıların mülkiyyət hüquqları pozulmuşdur. Həmin fakt Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2-1(84)183/2019 saylı qərarında əks olunmuş, araşdırılmış və qiymətləndirilmişdir. Ona görə də bu məhkəmə aktı il müəyyən edilən hallar hazırkı məhkəmə prosesində mübahisələndirilə və yenidən sübut edilə bilməz. Belə ki mülki işin icraatı zamanı preyudisial faktlar sübut olunmur. Başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarları ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar bu aktın məzmunu ilə razılaşmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Konstitusiya Məhkəməsinin Plenumu S.Teymurovanın şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarında qeyd etmişdir ki, işlərin bütün məhkəmə instansiyalarında maddi və prosessual qanunvericiliyin normalarına riayət edilməklə həll olunması mahiyyət üzrə çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və ədalətliliyinin hüquqi əsasını təşkil etməklə onların şübhə altına alınmasını istisna edir. Ona görə də apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(046)-1482/2019 saylıqətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cаvаbdeh X3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(046)-1482/2019 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-616/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-616/2020
20.02.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver