Məhkəmə qərarları › İş №2(107)-616/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-616/2024

02.07.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-616/2024 02.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı (açar sözlər: Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və X9 ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı “torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və torpaq sahəsinin mülkiyyətə verilməsi tələbinə dair” mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, e-2(033)-810/2022 saylı qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İş materiallarında olan 20 mart 1998-ci il tarixdə sadə yazılı formada Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində tərtib edilmiş müqavilənin surətindən görünür ki, Zaqatala rayonu Yuxarı Çardaxlar kənd sakinləri Mustafayev Ramazan Abdulqədir oğlu və həyat yoldaşı Cavabdeh5 mülkiyyətlərində olan 0,47 ha fındıq bağını Yuxarı Çardaxlar kənd sakinləri İddiaçı və onun həyat yoldaşı X2 15000000 (on beş milyon) manata satmışdır. Alıcılar tərəfindən 15000000 (on beş milyon) manatın alınması göstərilmiş və müqavilə onun iştirakçıları olan tərəflər və şahidlər tərəfindən imzalanmışdır.

2. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair çıxarışdan görünür ki, Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yerləşən reyestr nömrəsi **********63 olan 0,6464 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət kimi ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh1, Mustafayev Ramazan Abdulqədir oğlu, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 200 nömrəli reyestr kitabının 88 nömrəli vərəqində qeydiyyata alınmışdır.

3. İş materiallarında olan Dövlət torpaq kadastrı kitabında xx.xx.2013-cü il tarixdə 18 nömrə ilə uçota alınmış A seriyalı 457057 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Zaqatala rayon Aqrar İslahatı Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 nömrəli qərarı ilə Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində 6464 kv.m kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi Mustafayev Ramazan Abdulqədir oğluna verilmişdir.

4. Mustafayev Ramazan Abdulqədir oğlu 2014-cü ildə ölmüşdür.

5. İş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(033)-625/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh5 arasında Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndində yerləşən 0.42 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia təmin edilməmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır.

6. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən Cavabdeh4 dair şəxsi məlumatlar barədə çıxarışdan görünür ki, o, xx.xx.1979-cu il tarixdə anadan olmuşdur.

7. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən Cavabdeh3 dair şəxsi məlumatlar barədə çıxarışdan görünür ki, o, xx.xx.1978-ci il tarixdə anadan olmuşdur.

8. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən Cavabdeh2 oğluna dair şəxsi məlumatlar barədə çıxarışdan görünür ki, o, xx.xx.1982-ci il tarixdə anadan olmuşdur.

9. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən Cavabdeh1 dair şəxsi məlumatlar barədə çıxarışdan görünür ki, o, xx.xx.1985-ci il tarixdə anadan olmuşdur.

II. Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 məxsus Yuxarı Çardaxlar kəndində yerləşən ********** qeydiyyat nömrəli, xx.xx.2020 qeydiyyat tarixli Çıxarışda qeyd olunan 0,6464 ha kənd təsərrüfatlı təyinatı torpaq sahəsinin 0,47 ha hissəsi üzərində onunla cavabdehlər arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə və həmin torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, 20 mart 1998-ci ildə mərhum qardaşı Mustafayev Ramazan Abdulqədir oğlu ailə vəziyyətinin ağır olduğunu əsas gətirərək 0,47 ha torpaq sahəsini ondan satın almağını xahiş etdi. O da öz növbəsində qardaşına həmin dövrdə 15000000 manat pul ödəyərək həmin torpaq sahəsini qardaşından satın almışdır. Lakin torpaq sahəsinin hüquq müəyyənedici sənədləri olmadığı üçün onlar, yəni özü, arvadı X3, mərhum qardaşı Mustafayev Ramazan Abdulqədir oğlu, onun arvadı Cavabdeh5 və X4 şahidliyi ilə aralarında alqı-satqı müqaviləsi bağlamış və imzalamışdırlar. Daha sonra Dövlət tərəfindən verilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədini qardaşı 2014-cü ildə ona verərək mərhum qardaşı yenə də maddi vəziyyətinin çətin olduğunu əsas gətirərək alqı-satqı müqaviləsini notarial qaydada təsdiq edilməsini biraz da gözləməyini xahiş etdi. Lakin 2014-cü ildə qardaşı avtomobil qəzasına düşərək vəfat etdi. Qardaşının vəfatından sonra cavabdehlər 2021-ci ildə həmin torpaq sahəsinə çıxarış alsalar da torpaq sahəsini notarial qaydada təsdiqləməkdən boyun qaçırdılar. Həmin alqı-satqı onların arasında 1998-ci ildə baş tutmuşdur. Həmin vaxtdan torpaq onun istifadəsində olmuşdur. Həmin torpağın vergilərini özü ödəmişdir. Cavabdehlər torpaq sahəsinin alqı-satqı müqaviləsini notarial qaydada təsdiqləməkdən imtina etdikləri üçün məhkəməyə müraciət etməli olmuşdur. Torpaq alqı-satqı əməliyyatı cavabdehlərlə aralarında 1998-ci ildə həyata keçdiyindən onun iddiası həmin dövrdə, yəni 1998-ci ildə qüvvədə olmuş Mülki Məcəllənin maddələrinə uyğun həll edilməlidir.

12. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

13. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 izahat verərək göstərmişdir ki, X5 ilə qardaşı Mustafayev Ramazan Abdulqədir oğlu və onların həyat yoldaşlarının arasında olan razılığa əsasən iddiaçı Mustafayev Ramazan Abdulqədir oğluna və onun ailəsinə məxsus 0,6464 torpaq sahəsini 15000000 manata almışdır. Müqavilə sadə yazılı formada tərtib edilərək tərəflər arasında imzalanmışdır. Torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından həmin torpaq sahəsinin alqı-satqısına dair müqavilənin notarial qaydada tərtib və təsdiq edilməsi mümkün olmamışdır. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli 2(033)-625/2020 nömrəli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh5 arasında Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndində yerləşən 0.42 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia təmin edilməmişdir. Hazırda həmin torpaq sahəsinin 0,47 ha hissəsinə dair alqı-satqı müqaviləsinin təsdiq edilməsi tələbinə dair iddia ərizəsi ilə iddiaçı müraciət etmiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

14. Birinci instansiya məhkəməsində işə cavabdehlərin iştirakı olmadan baxılmışdır.

15. Zaqatala Rayon Məhkəməsinin (hakim Tural Həsənov) 26 oktyabr 2022-ci il tarixli, e-2(033

16. Məhkəmə mülki hüquq münasibətinin baş verdiyi zaman (20 mart 1998-ci il) qüvvədə olan Mülki Məcəllənin 43-cü maddəsinə istinad edərək göstərmişdir ki, maddənin mahiyyətinə görə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdi icra etmiş tərəfin tələbi; əqdin notarial qaydada təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasından təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır.

17. İddiaçı iddia tələbində notariat təsdiqi tələb olunan 20 mart 1998-ci il tarixli əqdin tərəfi kimi həmin əqd üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etdiyini bildirərək, yəni 15000000 manatı pulu qardaşı Mustafayev Ramazan Abdulqədir oğlu və onun həyat yoldaşı Cavabdeh5 ödədiyini desə də, cavabdehlərin bununla bağlı mövqeyini öyrənmək mümkün olmamışdır.

18. Məhkəmə qeyd etmişdir ki, mübahisəli 0,47 ha torpaq sahəsinin də daxil edildiyi 0,6464 ha torpaq sahəsi 20 mart 1998-ci il tarixdə sadə yazılı formada tərtib edilmiş müqavilənin iştirakçısı olan Mustafayev Ramazan Abdulqədir oğlu və onun həyat yoldaşı olan Cavabdeh5 ilə yanaşı, onların ailə üzvlərinin ümumi birgə mülkiyyətində olmaqla həmin torpaq sahəsi üzərində mülkiyyətçilərin payları müəyyən edilməmiş, onların payları natura qaydasında bölünməmiş və paylı mülkiyyət hüquqlarına xitam verilməmişdir.

19. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş 20 mart 1998-ci il tarixli sadə yazılı müqavilə özü-özlüyündə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi üçün tələb edilən etibarlı əqd hesab edilə bilməz. 20 mart 1998-ci il tarixdə sadə yazılı formada tərtib edilmiş müqaviləyə əks yanaşma isə, həmin torpaq sahəsinin digər mülkiyyətçilərin mülkiyyət hüququnun pozulmasına səbəb ola bilər.

20. Məhkəmə mübahisəli 0,47 ha torpaq sahəsinin bir hissəsinin, yəni 0,22 ha hissəsinin də daxil edildiyi 0,6464 ha torpaq sahəsinin 0,42 ha hissəsinə dair İddiaçı ilə Cavabdeh5 arasında mübahisə olduğunu və Zaqatala Rayon Məhkəməsinin 2(033)- 625/2020 nömrəli 06 avqust 2020-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddiaçının alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsinin təmin edilmədiyini də qeyd etmişdir. İddiaçı hazırda 0,47 ha torpaq sahəsinin alqısatqısına dair müqavilənin bağlanmış hesab olunmasını xahiş edir. Göründüyü kimi, iddiaçının alqı-satqı müqaviləsi əsasında tələb etdiyi torpaq sahələri cəmləşdirildiyi halda 0,97 ha torpaq sahəsi olmuş olur. Halbuki, cavabdehlərin mülkiyyətində olan torpaq sahəsinin ərazisi 0,6464 ha təşkil edir. İddiaçının bu barədə mülahizələri ondan ibarət olmuşdur ki, əslində onun hazırkı iş üzrə bağlanmasını tələb etdiyi torpaq sahəsinin ölçüsü 0,22 ha (0,6464-0,42) təşkil edir. Qalan 0,25 ha (iddiaçının tələb etdiyi 0,47 ha – əslində tələb etməli olduğu 0,22 ha = 0,25 ha) torpaq sahəsi isə iddiaçının deməsinə görə zəbt olunmuş torpaq sahəsidir. Həmin torpaq sahəsinin də cavabdehlərə məxsus olmasını zənn edərək o, istifadə etmişdir. Məhkəmə vurğulamışdır ki, iddiaçının həmin zəbt olunmuş 0,25 ha torpaq sahəsi ilə bağlı hazırkı iddiasında cavabdeh kimi cəlb edilmiş şəxslərə qarşı iddia qaldırmaq üçün hüququ olmamış, nə də həmin cavabdehlərin öz mülkiyyətlərində olan torpaq sahəsindən başqa digər torpaq sahəsi barəsində sərəncam vermək kimi də hüquqları olmamışdır.

21. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəlləsinin 43-cü, hazırda qüvvədə olan Mülki Məcəllənin 28.1, 28.2, 139-1.1.3, 140, 144.1, 146.3, 147.1, 147.2, 152.1, 152.5, 157.4, 213.1, 213.3, 215.1, 215.4, 337.2, 394, 404.1, 406.2, 567, 568.1, 568.2, 646.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 88, 217.2, 217.4, 218.3-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İ.K.Rəcəbovun şikayəti üzrə” 22 mart 2006-cı il tarixli, “Ə.Ə.Nəsibovanın şikayəti üzrə” 03 may 2012-ci il tarixli və s. qərarları, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent qərarları ilə əsaslandırmışdır.

III. Apellyasiya instansiya məhkəməsində birinci icraat

22. İddiaçı apellyasiya şikayəti verərək, Zaqatala Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, e-2(033)-810/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 fevral 2023-cü il tarixli, 2(107)-210/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(033)-810/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

24. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və göstərmişdir ki, birinci instansiya məhkəməsi 1998-ci ildə qüvvədə olmuş Mülki Məcəllənin 43-cü maddəsinə düzgün şəkildə istinad etmişdir. Belə ki, bu qətnamənin həmin maddənin tələbində “əqddə qanuna zidd əməl olmadıqda” şərti nəzərdə tutulmuşdur ki, hazırkı iş üzrə alqı-satqı müqaviləsində qanuna zidd əməl, yəni paylı mülkiyyətçilərin hüquqlarının pozulması hal mövcuddur.

IV. Kassasiya instansiya məhkəməsində birinci icraat

25. İddiaçı kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 fevral 2023-cü il tarixli, 2(107)-210/2023 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 12 iyun 2023-cü il tarixli, 2(102)-2480/2023 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 fevral 2023-cü il tarixli, 2(107)-210/2023 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

V. Apellyasiya instansiya məhkəməsində ikinci icraat

27. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 oktyabr 2023-cü il tarixli, 2(107)-935/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, e-2(033)-810/2022 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla, İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı “cavabdehlərə məxsus Yuxarı Çardaxlar kəndində yerləşən ********** qeydiyyat nömrəli, xx.xx.2020 qeydiyyat tarixli Çıxarışda qeyd olunan 0,6464 ha kənd təsərrüfatlı təyinatı torpaq sahəsinin 0,47 ha hissəsi üzərində onunla cavabdehlər arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və torpaq sahəsinin mülkiyyətə verilməsi” tələbinə dair iddiası təmin edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsi mövqeyini 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəlləsinin 43, 59, 228-ci, qüvvədə olan Mülki Məcəllənin 28.1, 28.2, 139-1.1.3, 140, 144.1, 146.3, 147.1, 147.2, 152.1, 152.5, 157.4, 213.1, 213.3, 215.1, 215.4, 337.2, 358, 394, 404.1, 406.2, 567, 568.1, 568.2, 646.2-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə” 03 mart 2023-cü il tarixli qərar ilə əsaslandırmışdır.

Vİ. Kassasiya instansiya məhkəməsində ikinci icraat

29. Cavabdeh1 kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 oktyabr 2023-cü il tarixli, 2(107)-935/2023 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 16 fevral 2024cü il tarixli, 2(102)-510/2024 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 oktyabr 2023-cü il tarixli, 2(107)- 935/2023 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

VII. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

31. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ...tərəflər arasında baş vermiş alqı-satqı müqaviləsi 1998-ci ildə baş tutduğuna görə həmin dövrdə qüvvədə olmuş MMnin 43-cü maddəsinə əsasən mübahisə həll edilməli idi. Məhkəmə qətnamədə həmin Məcəllənin 43-cü maddəsini qeyd etsə də, maddəni izah etsə də düzgün tətbiq etməmişdir. Alqı-satqı müqaviləsi bağlanarkən müqaviləni imzalayan şəxslər Ramazan Mustafayev və Cavabdeh5 özlərinə məxsus torpaq sahəsinin alqı-satqısına imza atmışlar. Belə ki, Aqrar islahat zamanı Yuxarı Çardaxlar kəndində adam başına 0,25 ha torpaq sahəsi pay olaraq verilmişdir. Bundan başqa məhkəmə iclası zamanı müəyyən olmuşdur ki, mübahisəli torpaq sahəsi 1998-ci ildən bu günədək onun istifadəsindədir. Onun tərəfindən həmin torpaq sahəsinə ağaclar əkilmiş, torpaq sahəsi münbitləşdirilmiş, darvaza qoyulmuş, altıaçıq tikilmiş, bir sözlə torpaq sahəsi yaxşılaşdırılmışdır. Bütün bu faktları məhkəmə iclasında qeyd etmişdir. Lakin məhkəmə qarşı tərəfin bu halların əksinə dair hər hansı bir sübut təqdim etməmələrinə baxmayaraq, nə özü yerində araşdırmamış (baxış keçirməmiş), nə də ki, düzgün qiymət verməmişdir. Mübahisə predmeti olan xx.xx.1998-ci il tarixli alqısatqı müqaviləsi bağlanan dövrdə qüvvədə olan MM-nin 228-ci maddəsində qeyd olunur ki, alqısatqı müqaviləsi üzrə satıcı əmlakı satıcının mülkiyyətinə verməli, alıcı isə əmlakı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Bu maddədə qeyd olunan bütün şərtlər həyata keçirilməsinə baxmayaraq, məhkəmə qərarında ümumiyyətlə bu maddəyə tövsif etməmişdir. Daha sonra məhkəmə qətnaməsində qeyd edir ki, xx.xx.1998-ci il tarixli müqavilə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi üçün tələb edilən etibarlı əqd hesab edilə bilməz. Əks yanaşma isə həmin torpaq sahəsinin digər mülkiyyətçilərinin mülkiyyət hüququnun pozulmasına səbəb ola bilər. Məhkəmə bu fikrini maddi hüquq normasına əsasən əsaslandırmamışdır və əsaslandıra bilməmişdir. Bunun əksi olaraq bildirmək istəyirəm ki, MM-nin 222.3-cü maddəsində qeyd olunmuşdur ki, birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qaydada irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Qeyd olunan maddədən görünür ki, Ramazan və Ümüküs Mustafayevlər özlərinə və ailə üzvlərinə məxsus torpaq sahəsinə dair sərəncam vermək hüquqları vardır. Cavabdehlərin mülkiyyətində təkcə 0,6464 ha torpaq sahəsi deyil, ümumilikdə 1,5 ha torpaq sahələri vardır. İddiaçının tələb etdiyi torpaq sahəsi isə 0,6464 ha torpaq sahəsinin daxilində olan 0,47 ha torpaq sahəsindən ibarətdir. Məhkəmənin “zəbt” adlandırdığı torpaq sahəsi isə üçüncü şəxsə aiddir ki, həmin şəxslərlə iddiaçı arasında torpaq mübahisəsi yoxdur. Zaqatala rayonu Yuxarı Çardaxlar kənd Aqrar İslahat Komissiyası Yuxarı Çardaxlar kənd sakinlərinin hər birinə 0,25 ha torpaq payı verilməsi haqqında qərar qəbul etmişdir. Onun və mərhum qardaşı Mustafayev Ramazanın ailə tərkibi 6 (altı) nəfərdən ibarət olduğundan onların hər birinə 1,5 ha torpaq payı verilmişdir. X12 kəndin 200 ha əkin torpaqlar kənddən 40 km aralıda olan Aşağı Çardaxlar kəndinin yanında olduğundan Yuxarı Çardaxlar kənd Aqrar Komissiyası kənd sakinlərinə veriləcək torpağın müəyyən hissəsini Aşağı Çardaxlarda olan torpaq sahəsindən verilməsi haqqında qərar vermişdir. Yuxarı Çardaxlar kənd Aqrar Komissiyasının qərarı ilə mərhum qardaşım Ramazan Mustafayev 0,64 ha torpaq payı Yuxarı Çardaxlar kəndindən, qalan 0,90 ha torpaq payı Aşağı Çardaxlar kəndindən verilmişdir. Qeyd olunanlara əsasən Zaqatala Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, e-2(033)-810/2022 saylı qətnaməsinin ləğv olunması, iddia tələbinin təmin edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

33. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək göstərdi ki, 20 mart 1998-ci ildə mərhum qardaşı Mustafayev Ramazan Abdulqədir oğlu ailə vəziyyətinin ağır olduğunu əsas gətirərək 0,47 ha torpaq sahəsini ondan satın almağını xahiş etdi. O da öz növbəsində ona həmin dövrdə 15000000 manat pul ödəyərək həmin torpaq sahəsini qardaşından satın almışdır. Lakin torpaq sahəsinin hüquq müəyyənedici sənədləri olmadığı üçün onlar, yəni o, həyat yoldaşı X3, mərhum qardaşı Mustafayev Ramazan Abdulqədir oğlu, onun həyat yoldaşı Cavabdeh5 və X4 şahidliyi ilə aralarında alqı-satqı müqaviləsi bağlanmış və imzalanmışdır. Daha sonra Dövlət tərəfindən verilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədini qardaşı 2014-cü ildə ona verərək yenə də maddi vəziyyətinin çətin olduğunu əsas gətirərək alqı-satqı müqaviləsini notarial qaydada təsdiq edilməsini bir az da gözləməyini xahiş etmişdir. Lakin 2014-cü ildə qardaşı avtomobil qəzasına düşərək vəfat etdi. Qardaşının vəfatından sonra cavabdehlər 2021-ci ildə həmin torpaq sahəsinə çıxarış alsalar da torpaq sahəsini notarial qaydada təsdiqləməkdən boyun qaçırdılar. Həmin alqısatqı onların arasında 1998-ci ildə baş tutmuşdur. Həmin vaxtdan torpaq onun istifadəsində olmuşdur. Həmin torpağın vergilərini o ödəmişdir. Cavabdehlər torpaq sahəsinin alqı-satqı müqaviləsini notarial qaydada təsdiqləməkdən imtina etdikləri üçün o məhkəməyə müraciət etməli olmuşdur. Torpaq alqısatqı əməliyyatı cavabdehlərlə aralarında 1998-ci ildə həyata keçdiyindən onun iddiası həmin dövrdə, yəni 1998-ci ildə qüvvədə olmuş Mülki Məcəllənin maddələrinə uyğun həll edilməlidir. 1998-ci ildə qüvvədə olmuş Mülki Məcəllənin 43-cü maddəsində qeyd olunmuşdur ki, əgər tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur. O qardaşının və onun həyat yoldaşının pay torpağını almışdır. Zaqatala rayonu Yuxarı Çardaxlar kənd Aqrar İslahat Komissiyası Yuxarı Çardaxlar kənd sakinlərinin hər birinə 0,25 ha torpaq payı verilməsi haqqında qərar qəbul etmişdir. Onun və mərhum qardaşı Mustafayev Ramazanın ailə tərkibi 6 nəfərdən ibarət olduğundan onların hər birinə 1,5 ha torpaq payı verilmişdir. X12 kəndin 200 ha əkin torpaqlar kənddən 40 km aralıda olan Aşağı Çardaxlar kəndinin yanında olduğundan Yuxarı Çardaxlar kənd Aqrar Komissiyası kənd sakinlərinə veriləcək torpağın müəyyən hissəsini Aşağı Çardaxlarda olan torpaq sahəsindən verilməsi haqqında qərar vermişdir. Yuxarı Çardaxlar kənd Aqrar Komissiyasının qərarı ilə mərhum qardaşı Ramazan Mustafayev 0,64 ha torpaq payı Yuxarı Çardaxlar kəndindən, qalan 0,90 ha torpaq payı Aşağı Çardaxlar kəndindən verilmişdir. Odur ki,göstərilənləri nəzərə alaraq Zaqatala Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(033)-810/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.

34. İddiaçı verilən suallara cavab olaraq bildirdi ki, 2001-ci ildə qardaşı yenə də ona yaxınlaşaraq 0,42 ha torpaq sahəsini ona satıb. O 1200 ABŞ dollarına həmin torpaq sahəsini almışdır. Qardaşı Torpaq sahəsinin planı və ölçüsü sənədini ona verəndə 0,6464 ha torpaq sahəsi olduğu ona məlum oldu. O həmin torpaq sənədində nə üçün 0,89 ha torpaq sahəsinin olmadığını soruşanda qardaşı sənədi düzəldəcəyini bildirmişdir.

35. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək iddiaçı bundan əvvəl məhkəmədə 2001-ci ilin aktına əsasən iddia qaldırıb. Həmin iddia da 0,6464 ha torpaq sahəsi qeyd edilib. İddiaçı yenidən 1998-ci ilin torpaq sahəsinə iddia qaldırıb ki, burdada 0,6464 ha torpaq sahəsi qeyd edilib. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsində 0,6464 ha torpaq sahəsinin 0,42 ha sahəsini tələb edir. İddiaçı hər iki tələbdə bələdiyyənin verdiyi qəbzləri, 1998-ci ilin aktını iş materiallarına əlavə etmişdir. 1998-ci ilin aktında 0.47 ha fındıq bağı, 2020-ci ilin aktında isə 0,42 ha boş torpaq sahəsi qeyd edilmişdir. İddiaçı qeyd edir ki, 1998-ci ildə verilən torpaq sahəsini o artıq öz adına keçirmişdir. 0.6464 ha torpaq sahəsinin daxilində 0,47 ha və 0,42 ha torpaq sahəsi yerləşir. 0,6464 ha torpaq sahəsinin mübahisə predmeti eynidir. 0,47 ha torpaq sahəsinin harda olduğunu iddiaçı onlara göstərə bilmir. Apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, e-2(033)-810/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

36. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 ərizə ilə məhkəməyə müraciət edərək hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edə bilməyəcəyini və bu səbəbdən iclasında başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. VIII. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

37. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

38. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

39. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

40. İş üzrə iddiaçı tərəf birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

IX. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası:

41. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

42. Maddə 28.1. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir.

43. Maddə 28.2. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir.

44. Maddə 139-1.1.3. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır .

45. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

46. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.

47. Maddə 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır.

48. Maddə 147.1. Torpaq sahəsi (üzərindəki tikilmiş və ya tikintisi başa çatmayan tikinti obyektləri də daxil olmaqla) ilə bağlı hər hansı hüququn əldə edilməsinə yönəlmiş tələbləri təmin etmək məqsədilə daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsi barədə təminat qeydi aparıla bilər. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu paylarla əlaqədar təminat qeydinin aparılmasının xüsusiyyətləri bu maddənin tələbləri nəzərə alınmaqla, bu Məcəllənin 144-1-ci maddəsində müəyyən olunur.

49. Maddə 147.2. Təminat qeydinin aparılması üçün torpaq sahəsinin mülkiyyətçisi ilə torpaq sahəsinə hüquq əldə etmək istəyən şəxs arasında notarial formada bağlanılmış müqavilə tələb olunur. Müqavilədə digər müddəalarla yanaşı, torpaq sahəsinin mülkiyyətçisinin öz mülkiyyətində olan torpaq sahəsi barədə təminat qeydinin aparılmasına və torpaq sahəsinə hüquq əldə etmək istəyən şəxsin həmin torpaq sahəsi barədə öz xeyrinə təminat qeydinin aparılmasına dair razılıqları, habelə müvafiq tələblər yerinə yetirildikdən sonra müqavilədən irəli gələn hüquqların xeyrinə təminat qeydi aparılmış şəxsə keçməsinə dair torpaq sahəsi mülkiyyətçisinin razılığı aydın şəkildə ifadə edilməlidir.

50. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

51. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

52. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

53. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

54. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir;

55. Maddə 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.

56. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər.

57. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

58. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

59. Maddə 394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.

60. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

61. Maddə 406.2. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır.

62. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

63. Maddə 568.1. Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

64. Maddə 568.2. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur.

65. Maddə 646.2. Bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.

Azərbaycan Respublikası Mülki Məcəlləsi (1964)

66. Maddə 43. Əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunda tələb olunan notariat formasına riayət edilməməsi (bu Məcəllənin 44cü maddəsi) əqdin etibarsızlığına səbəb olur. Tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırarsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda əqdin notariat tərtibatı tələb olunmur.

67. Maddə 228. Alğı-satqı müqaviləsi üzrə satıcı əmlakı alıcının mülkiyyətinə verməyi, alıcı isə əmlakı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Alıcı dövlət təşkilatı və ya bu Məcəllənin 88-1-ci maddəsində göstərilən digər təşkilat olduqda, onun əmlakı əməli surətdə idarə etmək hüququ əmələ gəlir.

Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsi:

68. Maddə 9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

69. Maddə 14.2. Məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir.

70. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir.

71. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

72. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

73. Maddə 88. Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur.

74. Maddə 217. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır.

75. Maddə 218.1. Qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir.

76. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

77. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

78. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

79. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

80. Maddə 384.0.2 Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

81. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: - 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; - 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; - 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; - 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

82. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

83. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

84. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

X. Apellyasiya məhkəməsinin mövqeyi

85. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, yerində baxış keçirib, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Zaqatala Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, e-2(033)-810/2022 saylı qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalıdır.

86. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

87. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

88. Müəyyən edilmişdir ki, Zaqatala rayonu, Yuxarı Çardaxlar kənd sakini Mustafayev Ramazan Abdulqədir oğlunun mülkiyyətinə Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 nömrəli qərarı ilə 6464 kv.m kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın Dövlət Reyestrində ümumi birgə mülkiyyət kimi Cavabdeh1, Mustafayev Ramazan Abdulqədir oğlu, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 adına qeydiyyata alınmışdır. 20 mart 1998-ci il tarixdə İddiaçı, arvadı X3 ilə Mustafayev Ramazan Abdulqədir oğlu və onun arvadı Cavabdeh5 Qədir qızı arasında Mustafayev Ramazan Abdulqədir oğlunun mülkiyyətinə verilmiş 0,47 ha torpaq sahəsinin alqı-satqısına dair sadə yazılı formada müqavilə tərtib edilmişdir. Müqavilənin şərtlərinə görə Mustafayev Ramazan Abdulqədir oğlu, onun həyat yoldaşı Cavabdeh5 Qədir qızı 0,47 ha torpaq sahəsini 15000000 manat müqabilində İddiaçı və onun həyat yoldaşı X1. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(033)-625/2020 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh5 arasında Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndində yerləşən 0.42 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Həmin iddia tələbinin predmeti olan 0,42 ha torpaq sahəsi Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 nömrəli qərarı ilə Mustafayev Ramazan Abdulqədir oğlunun mülkiyyətinə verilmiş 6464 (0,6464 ha) kv.m kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin bir hissəsidir. İddiaçı hazırda cavabdehlərə məxsus Yuxarı Çardaxlar kəndində yerləşən ********** qeydiyyat nömrəli, xx.xx.2020 qeydiyyat tarixli Çıxarışda qeyd olunan 0,6464 ha kənd təsərrüfatlı təyinatı torpaq sahəsinin 0,47 ha hissəsi üzərində onunla cavabdehlər arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə və həmin torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, işə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi iddianın təmin edilməməsinə dair qətnamə qəbul etmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir.

89. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən belə qənaətə gəlmişdir ki, ... cavabdehlərin mülkiyyətində olan 0,6464 ha torpaq sahəsinin 0,42 ha hissəsi ilə bağlı iddiaçının Cavabdeh5 qarşı iddiası təmin edilməmişdir. İddiaçı hazırda 0,47 ha torpaq sahəsinin alqı-satqısına dair müqavilənin bağlanmış hesab olunmasını xahiş edir. Göründüyü kimi, iddiaçının alqı-satqı müqaviləsi əsasında tələb etdiyi torpaq sahələri cəmləşdirildiyi halda 0.97 ha torpaq sahəsi olmuş olur. Halbuki cavabdehlərin mülkiyyətində olan torpaq sahəsinin ərazisi 0,6464 ha təşkil edir. İddiaçının bu barədə mülahizələri ondan ibarət olmuşdur ki, əslində onun hazırki iş üzrə bağlanmasını tələb etdiyi torpaq sahəsinin ölçüsü 0.22 ha (0.6464-0.42) təşkil edir. Qalan 0.25 ha (iddiaçının tələb etdiyi 0.47 ha – əslində tələb etməli olduğu 0.22 ha=0.25 ha) torpaq sahəsi isə iddiaçının deməsinə görə zəbt olunmuş torpaq sahəsidir. Həmin torpaq sahəsinin də cavabdehlərə məxsus olmasını zənn edərək o, istifadə etmişdir.

90. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaəti ilə qismən razılaşmayaraq aşağıdakıları qeyd edir.

91. Hazırki işdə mübahisə 0,42 ha torpaqla yox, 0,47 ha torpaqla bağlı mübahisədir və əvvəlki işdən fərqli olaraq bu işdə iddiaçı 20 mart 1998-ci il tarixli sadə yazılı əqdə istinad etmişdir.

92. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdehlərin mülkiyyətində olan 0,6464 ha torpaq sahəsinin 0,42 ha hissəsi ilə bağlı iddiaçının Cavabdeh5 qarşı iddiasının təmin edilməməsi, iddiaçının hazırda 0.47 ha torpaq sahəsinin alqı-satqısına dair müqavilənin bağlanmış hesab olunmasını xahiş etməklə, alqısatqı müqaviləsi əsasında tələb etdiyi torpaq sahələrinin cəmləşdirildiyi halda bunun 0.97 ha torpaq sahəsi olması barədə gəldiyi nəticə düz deyil.

93. Əvvəla, cəmləşdirildiyi halda, torpaq sahələri 0,97 ha yox, 0,89 ha təşkil edir. Bundan başqa, belə olan halda, ən azı iddiaçının 0,6464 ha torpağın qalan hissəsi ilə bağlı iddia tələbinin əsaslı olub-olmamasına qiymət verilməlidir.

94. Müəyyən edilmişdir ki, aparılmış torpaq islahatı zamanı Zaqatala rayon Yuxarı Çardaxlar kənd sakinləri olan cavabdehlərin 6 (altı) nəfərdən ibarət ailə üzvünün hər birinin mülkiyyətinə 0,25 ha olmaqla cəmi 1,5 ha kənd təsrrüfatı təyinatlı torpaq payı verilmişdir. Yuxarı Çardaxlar kəndinin bölgüyə gedən torpaq sahələrinin bir hissəsi kəndin ərazisində, bir hissəsi isə kənddən 40 km aralıda olan Aşağı Çardaxlar kəndinin yanında yerləşdiyindən cavabdehlərə 0,6464 ha torpaq sahəsi Yuxarı Çardaxlar kəndinin ərazisində, yerdə qalan hissəsi isə (təqribən 0,86 ha) isə Aşağı Çardaxlar kəndinin yanında yerləşən ərazidən verilmişdir.

95. Yuxarı Çardaxlar kəndində yerləşən 0,6464 ha torpaq sahəsi üzərində cavabdehlərin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması işin mübahisəsiz halıdır. İddiaçı hazırda həmin torpaq sahəsinin 0,47 ha hissəsi üzrə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini xahiş edir. Lakin müəyyən olunur ki, iddiaçı əvvəllər 0,6464 ha torpaq sahəsinin 0,42 ha hissəsi ilə bağlı müqavilənin bağlanmış hesab edilməsini məhkəmədən xahiş etmiş və Zaqatala Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddiası təmin olunmamışdır.

96. Həmçinin, kollegiya tərəfindən baxış keçirilən Zaqatala Rayon Məhkəməsinin icraatında olmuş 2(033)-625/2020 saylı mülki işdə olan yalnız iddiaçı (alıcılar) tərəfindən imzalanmış 12 oktyabr 2001-ci il tarixli müqavilənin əslində (iş vərəqi 34) 0,42 ha torpaq sahəsinin 6.000.000 (altı milyon) manata (AZM) aldığı göstərilsə də, iddiaçının məhkəmə kollegiyasına təqdim etdiyi yalnız iddiaçı (alıcılar) tərəfindən imzalanmış 12 oktyabr 2001ci il tarixli müqavilənin əslində 0,42 ha torpaq sahəsini 1200 ABŞ dollarına aldığı göstərilmişdir.

97. İddiaçı eyni olduğunu bəyan etdiyi müqavilənin iki nüsxədə yazılmasının və fərqli məbləğlərin yazılamasını o zaman kserosurət çıxarılmasının mümkün olmaması və həmin məbləğlərin bir-birinə ekvalent olması ilə izah etdi. Hər iki müqavilə nüsxəsinin isə cavabdehlər (satıcılar) tərəfindən imzlanmamasını isə onun torpağın pulunu ödədikdən sonra imtina etmələri və onların özlərinin olmayan torpaq sahəsini satmaları ilə bağlı olduğunu izah etmişdir.

98. Bundan sonra, iddiaçı 06 avqust 2020-ci il tarixli qətnamə ilə razılaşmış (qətnamə 18 sentyabr 2020-ci il tarixdə qanuni qüvvəsini almışdır) və yeni iddia ilə məhkəməyə müraciət edərək, qeyd olunan 0,42 ha torpaq sahəsinə sərf etdiyi xərclərin tutulmasını məhkəmədən xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli qətnaməsi ilə cavabdehlərdən 0,42 ha torpaq sahəsinə görə ödənilmiş 1200 ABŞ dollarının indeksasiyası olan 3596,85 manatla yanaşı, fındıq bağının salınması və aqrotexniki qulluq üçün sərf edilmiş 2990 manat, 20 ədəd alma ağacının dəyəri olan 400 manat və su kanalının çəkilməsi üçün sərf edilən 1600 manat pulun tutulması qət edilmişdir. Həmin qətnamə ilə həmçinin qarşılıqlı iddia təmin edilərək, İddiaçı hazırki iş üzrə cavabdehlərin mülkiyyətində olan 0,6464 ha torpaq sahəsinin 0,42 ha hissəsindən çıxarılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 7 iyul 2022ci il tarixli qətnaməsi ilə cavabdehlər tərəfindən apellyasiya şikayəti qismən təmin edilərək Zaqatala Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli qətnaməsinin qismən, 2990 manat xərcin tutulması hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamənin qəbul edilməsi, iddia ərizəsinin həmin hissədə təmin edilməməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 iyul 2022-ci il tarixli qətnaməsindən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamış və qanuni qüvvəsini almışdır.

99. Məhkəmə kollegiyası hazırkı tələbdə göstərilən torpaq sahəsinin Zaqatala Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli qətnaməsindəki mübahisə predmeti olan 0,42 ha torpaq sahəsi ilə eyni ərazidə yerləşib-yerləşməməsini, cavabdehlərin mülkiyyətində olan eyni 0,6464 ha torpaq sahəsinin tərkib hissəsi olmasını, o cümlədən cavabdehlərin mülkiyyətlərində Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndində başqa eyni sahəli torpaq sahəsinin mövcudluğunu araşdırmaq məqsədilə tərəflərin və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin əməkdaşının (mütəxəssisin) iştirakı ilə mübаhisə predmeti оlаn ərаziyə baxış keçirmiş və aşağıdakıları müəyyən etmişdir.

100. Yol tərəfdən hasarlanmış torpaq sahəsi 0,6464 hektardır. Hazırda həmin torpaq sahəsində alma və fındıq ağacları mövcuddur və giriş qapısından sağda iddiaçı deməsinə görə onun tərəfindən saray inşa edilmişdir. İddiaçı bildirmişdir ki, 1998-ci ildə qardaşı və arvadı ona həmin torpaq sahasinin 0,47 ha hissəsini satmışdır. Həmin 0,47 ha torpaq sahəsi qapıdan girdikdə sağ tərəfdəki başdan başlayaraq sola tərəf uzanır. 0,47 ha torpaq sahəsindən sonra iddiaçının qardaşına məxsus 0,1764 ha torpaq sahəsi yerləşir. (0,6464 ha-0,47 ha=0,1764 ha). İddiaçı bildirmişdir ki, 2001-ci ildə qardaşı özünə məxsus kimi təqdim edərək ona əlavə 0,42 ha torpaq sahəsini (0,17 ha + 0,25 ha= 0,42 ha) də satmışdır. Həmin 0,42 ha torpaq sahəsi sağdan-sola 0,47 ha torpaq sahəsindən sonra yerləşməklə 0,17 ha hissəsi iddiaçının qardaşına, 0,25 ha hissəsi isə solda yanda yerləşən qonşu Rəcəb Məmmədova məxsus olmuş torpaq sahəsindən ibarətdir. Yəni 0,47 ha və 0,42 ha torpaq sahəsi eyni ərazidə yerləşir. İddiaçı bəyan etmişdir ki, sonradan qonşu Rəcəb Məmmədovun mülkiyyətində olan həmin 0,25 ha torpaq sahəsi də daxil olmaqla sonuncunun mülkiyyətində olan 0,70 ha torpaq sahəsini notarial qaydada satın alaraq həmin torpaq sahəsinə mülkiyyət hüquqlarını qeydə aldırmışdır. Ümumiyyətlə mübahisələndirilən 0,64 ha torpaq sahəsi hazırda iddiaçının mülkiyyətində olan 0,70 ha torpaq sahəsi ilə sol tərəfdən həmsərhəddir.

101. İddiaçının istifadasində olan torpaq sahəsi cavabdehlərə verilmiş eyni 0,6464 ha torpaq sahəsi ilə üst-üstə düşür, onun hüdudları daxilindədir. Yəni 0,47 ha torpaq sahəsi 0,6464 ha torpaq sahəsinin tərkib hissəsidir.

102. Yerli baxış zamanı müəyyən edilənlər yerli baxışda iştirak edən mütəxəssisin vermiş olduğu rəylə də təsdiq olunur.

103. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin 25 iyun 2024-cü il tarixli, 3-21-3-47/2-2622/2024 saylı məktubuna əlavə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki; 1) Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Mustafayev Ramazan Abdulqədir oğlu və qeyrilərinin ümumi birgə mülkiyyətində olan Zaqatala rayonu, Yuxarı Çardaxlar kəndində yerləşən xx.xx.2020 qeydiyyat tarixdə ********** qeydiyyat nömrəsi ilə 0,6464 ha torpaq sahəsinin koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. 2) Zaqatala Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 17 yanvar 2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı, Mustafayev Ramazan Abdulqədir oğlu və qeyrilərinin mülkiyyətində olan 0,6464 ha torpaq sahəsinin İddiaçı çıxarılmalı olan 0,42 ha torpaq sahəsinin yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. 3) 0,6464 ha torpaq sahəsinin İddiaçı çıxarılmalı olan 0,42 ha hissəsindən sonra yerdə qalan 0,2264 ha torpaq sahəsinin yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. 4) 0,6464 ha torpaq sahəsinin əvvəllər X6, sonradan İddiaçı mülkiyyətində olan 0,70 ha torpaq sahəsi ilə birgə sərhəddindən başlayaraq 0,2264 ha hissəsi cizgiləri tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.

104. İddiaçı cavabdehlərin mülkiyyətində olan 0,6464 ha torpaq sahəsinin 0,47 ha hissəsi üzərində onunla cavabdehlər arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin torpaq sahəsinin onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, tələbinin faktiki əsası kimi 20 mart 1998-ci ildə qardaşı Mustafayev Ramazan Abdulqədir oğlu və hazırki iş üzrə cavabdeh olan qardaşı arvadı X7 ilə bağladığı sadə yazılı əqdə və hazırki vaxta qədər də torpaqdan istifadə etməsinə, torpaq sahəsini əkib-becərməsinə, hüquqi əsası kimi isə həmin dövrdə qüvvədə olan Mülki Məcəllənin 43-cü maddəsinə istinad etmişdir.

105. Mülki Məcəllənin (1964-cü il) 43-cü maddəsinə görə tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırarsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda əqdin notariat tərtibatı tələb olunmur.

106. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən göstərmişdir ki, Zaqatala rayon Yuxarı Çardaxlar kəndində yerləşən 6464 kv.m kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi Mustafayev Ramazan Abdulqədir oğlu və onun həyat yoldaşı Cavabdeh5 ilə yanaşı, onların ailə üzvlərinin də mülkiyyətinə verilmişdir. Yəni Mustafayev Ramazan Abdulqədir oğlu və onun həyat yoldaşı Cavabdeh5 ilə yanaşı, həmin torpaq sahəsi onların övladları olan Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 da mülkiyyətində olmuşdur. Cavabdeh2 və Cavabdeh3 müqavilə bağlandığı tarixə yetkinlik yaşına çatmasalar da, Cavabdeh4 və Cavabdeh1 müqavilə bağlanan tarixdə yetkinlik yaşına çatmış mülki hüquq fəaliyyət qabiliyyətli şəxslər olmuşlar. Mübahisəli 0,47 ha torpaq sahəsinin də daxil edildiyi 0,6464 ha torpaq sahəsi 20 mart 1998-ci il tarixdə sadə yazılı formada tərtib edilmiş müqavilənin iştirakçısı olan Mustafayev Ramazan Abdulqədir oğlu və onun həyat yoldaşı olan Cavabdeh5 ilə yanaşı, onların ailə üzvlərinin ümumi birgə mülkiyyətində olmaqla həmin torpaq sahəsi üzərində mülkiyyətçilərin payları müəyyən edilməmiş, onların payları natura qaydasında bölünməmiş və paylı mülkiyyət hüquqlarına xitam verilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş 20 mart 1998-ci il tarixli sadə yazılı müqavilə özü-özlüyündə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi üçün tələb edilən etibarlı əqd hesab edilə bilməz. 20 mart 1998-ci il tarixdə sadə yazılı formada tərtib edilmiş müqaviləyə əks yanaşma isə, həmin torpaq sahəsinin digər mülkiyyətçilərin mülkiyyət hüququnun pozulmasına səbəb ola bilər.

107. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının hazırki vaxta qədər torpaq sahəsindən mübahisəsiz qaydada istifadə etməsi, cavabdehlərin, o cümlədən sadə yazılı müqavilə bağlanarkən yetkinlik yaşına çatmamaları qeyd edilən Nərmin və Cavabdeh3lərin yetkinlik yaşına çatdıqdan sonra da buna etiraz etməmələri barədə dəlillərinə lazımi qiymət verməmişdir. Qeyd edilən hallar əqd bağlanan zaman yetkinlik yaşına çatan və çatmayan şəxslərlə bağlı əqdin bəyənilməsini nizama salan müvafiq qanunvericiliyin tətbiqini zəruri edir.

108. Belə ki, 1964-cü il Mülki Məcəlləsinin 59-cu maddəsinə görə, əqd bağlamağa müvəkkil edilməyən və ya səlahiyyət həddini aşmaqla başqasının adından bağlanılan əqd, təmsil edilən üçün mülki hüquq və vəzifləri yalnız o halda əmələ gətirə, dəyişdirə və onlara xitam verə bilər ki, o, bu əqdi bəyənmiş olsun. Əqd təmsil edilənin bəyəndiyi vaxtdan etibarklı heab edilir.

109. Hazırda qüvvədə olan Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Mülki Məcəllənin 360.2-ci maddəsinə görə isə təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.

110. Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.

111. Azərbaycan Respublikası Konstitusya Məhkəməsinin “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 mart 2023-cü il tarixli qərarınada əks edilən hüquqi mövqeyinə görə “Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan suiistifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar”.

112. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı da (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Buna görə də əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin hallarını tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət vermədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan suiistifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına gətirib çıxarır.

113. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, hazırki iddia üzrə cavabdehlərin mülkiyyətində olan 0,6464 ha torpaq sahəsinin 0,47 ha hissəsinə iddiaçının mülkiyyət hüququ tanındığı halda, torpağın əvvəlki mübahisənin predmeti olan 0,42 ha hissəsinin ən azı 0,2436 ha hissəsi də iddiaçının mülkiyyətinə keçəcəkdir (0,6464 ha – 0,47 ha = 0,1764 ha – hazırkı qətnamə ilə cavabdehlərin mülkiyyətində qalan və mübahisələndirilməyən sahə; 0,42 ha – 0,1764 ha = 0,2436 ha – hər iki qətnamə ilə mübahisələndirilən torpaq sahələrinin üst-üstə düşən hissələrinin minimal sahəsi. Zaqatala Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddiaçının qeyd olunan torpaq sahəsinə də sərf etdiyi vəsaitin cavabdehlərdən tutulduqdan sonra, həmin torpağın onun mülkiyyətinə verilməsi isə iddiaçının əsassız varlanmasına səbəb ola bilər.

114. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, əvvəlki tələbdə göstərilən (həm də qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən iddiaçının çıxmalı olduğu) 0,42 ha və hazırki iddianın predmetini təşkil edən 0,47 ha torpaq sahələrinin eyni 0,6464 ha torpaq sahələrinin tərkib hissələri olduğu üçün, 0,6464 ha torpaq sahəsinin 0,42 ha hissəsi ilə üst-üstə düşən hissəsinə münasibətdə hazırki iddianın təmin edilməsi mümkün deyidir. Hazırkı iddia tələbi qismən yalnız 0,6464 ha torpaq sahəsinin 0,2264 ha (0,6464 ha-0,42 ha =0, 2264 ha) hissəsində təmin edilə bilər ki, həmin hissə isə tərtib edilmiş yerquruluşu planına əsasən, hal-hazırda iddiaçının mülkiyyətində olan 0,70 ha (0,6974 ha) torpaq sahəsininin sərhəddindən başlayır.

115. Beləliklə də, mülki işin apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və iddianın qismən təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir.

116. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddia tələbini təmin etməməkdə birinci instаnsiyа məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmədiyindən və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi səbəbindən, eyni zamanda işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olduğundan İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Zaqatala Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, e-2(033)-810/2022 saylı qətnaməsi ləğv edilməli, iddianın qismən təmin olunmasına dair yeni qətnamə qəbul edilməli, İddiaçı ilə cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 arasında cavabdehlərə məxsus Zaqatala rayonu, Yuxarı Çardaxlar kəndində yerləşən ********** qeydiyyat nömrəli, xx.xx.2020 qeydiyyat tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış 0,6464 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin 25 iyun 2024cü il tarixli mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilən qaydada 0,2264 ha hissəsi üzərində alqı-satqı müqaviləsi bağlanılmış hesab edilməli, həmin hissə iddiaçının mülkiyyətinə verilməli və iddia qalan hissədə təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, e-2(033)-810/2022 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. İddiaçı ilə cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 arasında cavabdehlərə məxsus Zaqatala rayonu, Yuxarı Çardaxlar kəndində yerləşən ********** qeydiyyat nömrəli, xx.xx.2020 qeydiyyat tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış 0,6464 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin 25 iyun 2024-cü il tarixli mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilən qaydada 0,2264 ha hissəsi üzərində alqı-satqı müqaviləsi bağlanılmış hesab edilsin və həmin hissə iddiaçının mülkiyyətinə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar