Məhkəmə qərarları › İş №2(107)-617/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-617/2022

11.04.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-617/2022 11.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, X9 və İddiaçı2 Cavabdeh qarşı “miras payın vərəsələr arasında bölünməsi” tələbinə dair (Açar sözlər: 3-cü şəxs DƏDRX-in səlahiyyəti yox) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X10 iştirakı ilə İddiaçılar İddiaçı1, X9 və İddiaçı2 Cavabdeh qarşı “miras payın vərəsələr arasında bölünməsi” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 2(033)-79/2013 nömrəli qərardadından Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası İşin halları Zaqatala Rayon Məhkəməsinin 2(033)-79/2013 nömrəli, 27 mart 2013-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Zaqatala rayonu Suvagil kəndində yerləşən mərhum X1 miras qalmış 1965-ci ildə tikilmiş 1 mərtəbəli 3 otaqlı, 62 kv.m. ümumi, 39 kv.m. yaşayış sahəsindən ibarət yaşayış evi və bu evin yerləşdiyi torpaq sahəsindən mərhum X4 çatan həyətyanı torpaq sahəsi üzərində hər birinə 1/7 hissə olmaqla İddiaçı1, X5, İddiaçı2, Cavabdeh, X3, mərhum X8 övladı X6 paylarının müəyyən edilməsi, mərhum Tevruzova (Məmmədova) Gülsevər Teymur cptna çatan 1/7 hissə payın isə onun övladları olan X2 və X7 adına müəyyən edilməsi qət edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 27 mart 2013-cü il tarixli, 2(033)-79/2013 nömrəli qətnaməsi 14 may 2013-cü il tarixdə icraya yönəldilmiş, Zaqatala rayon İcra qrupu tərəfindən 14 may 2013-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Zaqatala Rayon Məhkəməsi 10 yanvar 2022-ci il tarixdə 27 mart 2013-cü il tarixli, 2(033)- 79/2013 nömrəli qətnaməsini Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə icra edilməsi üçün göndərmişdir. Birinci instansiya məhkəməsində icraat Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Zaqatala Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 2(033)-79/2013 nömrəli nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1, Tevruzova Gözəl Teymur qızının və İddiaçı2 Cavabdeh qarşı miras payın vərəsələr arasında bölünməsi tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 27 mart 2013-cü il tarixli, 2(033)- 79/2013 nömrəli qətnaməsindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin rəisi Məmməd İsmayılovun verdiyi apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə icraata qəbul edilmədən geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin rəisi Məmməd İsmayılov şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Zaqatala Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 2(033)-79/2013 nömrəli qərardadının ləğv edilməsini, 02 fevral 2022-ci il tarixdə verilmiş apellyasiya şikayətinin baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2(033)-79/2013 nömrəli nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, təqdim olunmuş iş materiallarından göründüyü kimi Zaqatala Rayon Məhkəməsinin 27 mart 2013-cü il tarixli, 2(033)-79/2013 nömrəli qətnaməsi artıq qanuni qüvvəyə minmiş, 14 may 2013-cü il tarixdə icraya yönəldilmiş, Zaqatala rayon İcra qrupu tərəfindən 14 may 2013-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Həmin qətnamə daha sonra 10 yanvar 2022-ci il tarixdə icra edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala ərazi İdarəsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Zaqatala Rayon Məhkəməsinin 27 mart 2013-cü il tarixli, 2(033)-79/2013 nömrəli qətnaməsi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin hüquq və vəzifələrinə toxunmur.

14. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 46, 47.2, 357.1, 364.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Şikayətin dəlilləri

Məhkəmə qətnaməsinin nəticə hissəsi imperativ formada yazılmamış, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələri dəqiq müəyyən edilməmişdir. Belə ki, məhkəmə qeyd olunan qətnaməni qəbul edərkən həmin fərdi yaşayış evi üzərində olan mülkiyyət hüququnun qeydiyyata alınıb-alınmaması məsələsini araşdırmamışdır.

b) Şikayəti qarşı etirazın dəlilləri Şikayətiə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 364.2-ci maddəsinə əsasən apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. 384.0.5-ci maddəsinin mənasına görə, apellyasiya icraatı zamanı iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsaslar aşkar edildikdə apellyasiya instansiyası məhkəməsi iddia ərizəsini baxılmamış saxlamaqla birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməni ləğv edə bilər. 398.0.1-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; . kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; . iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Zaqatala Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 2(033)-79/2013 nömrəli qərardadının tam ləğv olunmasını ixahiş etmişdir. Ona görə də kollegiya Zaqatala Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 2(033)-79/2013 nömrəli qərardadını tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Apellyasiya instansiya məhkəməsi şikayət ərizəsini iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Zaqatala Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 2(033)-79/2013 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda sadalanan qanunvericilik normalarının mənasından göründüyü kimi qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Eyni zamanda apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunmalıdır. Lakin təqdim olunmuş iş materiallarından göründüyü kimi Zaqatala Rayon Məhkəməsinin 27 mart 2013-cü il tarixli, 2(033)-79/2013 nömrəli qətnaməsi artıq qanuni qüvvəyə minmiş, 14 may 2013-cü il tarixdə icraya yönəldilmiş, Zaqatala rayon İcra qrupu tərəfindən 14 may 2013-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Həmin qətnamə daha sonra 10 yanvar 2022-ci il tarixdə icra edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala ərazi İdarəsinə göndərilmişdir. Kollegiya verilmiş şikayətin dəlillərinə uyğun olaraq hüquqi dəyərləndirmə apararaq bildirir ki, Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Sözügedən hüququn pozulması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini əhəmiyyətsiz edir. Bu hüquq həm də iş üzrə tərəflərin açıq və aydın məhkəmə müdafiə vasitələrinə çıxışını təmin etməklə onların öz hüquqlarının müdafiəsi üçün effektiv və real imkanlarının olmasını nəzərdə tutur. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyildir. Hüquq sistemində şəxsə birbaşa tərəfi olmadığı (iddiaçı və ya cavabdeh qismində çıxış etmədiyi), lakin qanunla qorunan maraqlarına təsir göstərən bir məhkəmə işində özünün iddia və etirazlarını bildirməsinə imkan verən səmərəli işlək mexanizmin mövcudluğu ədalətli məhkəmə araşdırması hüququnun vacib təminatlarından biri kimi qəbul edilir. Çünki məhz bu mexanizm vasitəsilə baxılmaqda olan işdə mübahisənin tərəfi olmayan şəxslərin öz hüquqi maraqlarını qorumaq üçün işə qoşulmalarına şərait yaradılır və bununla da, onlar ədalət mühakiməsinin həyata keçirilməsi nəticəsində veriləcək qərarın özlərinə münasibətdə neqativ təsirlərini önləmək üçün prosessual imkana malik olurlar. Bu, hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi prinsipinin tələblərindən irəli gəlir. Buna görə, məhkəmə qərarının üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunma ehtimalı mövcud olduqda, həmin şəxslərə də məhkəmə qarşısında bərabər hüquqlar verilməli, öz hüquqlarının müdafiəsini səmərəli şəkildə həyata keçirə bilmələri üçün onlara bərabər imkanlar yaradılmalıdır. Hüquqi maraq bir qayda olaraq qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının şəxslərin qanunla qorunan maraqlarına toxunması halını yarada bildikdə mövcud olur. Bu, məhkəmə qərarının prosesdə tərəf olmayan digər şəxslərin hüquqi vəziyyətlərinə göstərə biləcəyi mümkün təsirlə bağlı məsələdir. Bir qayda olaraq, qəbul edilməsi nəzərdə tutulan məhkəmə aktının digər şəxslərin maraqlarına birbaşa təsir törətməsi halından o zaman söz edilə bilər ki, həmin məhkəmə aktı üçüncü şəxsin hüquqi statusuna təsir etmiş olsun, yəni ona münasibətdə konkret hüquqlar və vəzifələr yaratsın, yaxud mövcud hüquqları və vəzifələri ləğv etsin və ya dəyişdirsin. Digər halda isə hüquqi statusa bu qaydada birbaşa təsirlə bağlı olmayan maraqlara toxunma halı mövcud olur. Apellyasiya instansiyasının mövqeyinə görə üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə dair məsələlər həll edilərkən ilk növbədə göstərilən hüquqi mövqelər nəzərə alınmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Zaqatala Rayon Məhkəməsinin 27 mart 2013-cü il tarixli, 2(033)-79/2013 nömrəli qətnaməsi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin hüquq və vəzifələrinə toxunmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 2(033)-79/2013 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz

Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar