Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-62/2020 21.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X8 iclas katibliyi, iddiaçılar İddiaçı1 (həmçinin İddiaçı4 nümayəndəsi) və İddiaçı2, cavabdehlər Cavabdeh1 və X4 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və X5 qarşı torpaq sahəsindən çıxarılma, torpaq sahəsinə qoyulmuş dəmir darvazanın götürülməsi və həmin torpaq sahəsinin iddiaçılara təhvil verilməsi tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tаrixli, 2(033)-206/2019 nömrəli qətnaməsindəniddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətlərində olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən, JN-1094 seriyalı, kod ********* saylı Dövlət Aktında qeyd olunan sahəsi 8363,32 kv.m., planşet nömrəsi 1094A olan torpaq sahəsindən cavabdehlərin çıxarılmasına, həmin torpaq sahəsinə qoyulmuş dəmir darvazanın götürülməsinə və həmin torpaq sahəsinin onlara təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tаrixli, 2(033)-206/2019 nömrəli (hаkim T.Həsənov) qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və X5 qarşı torpaq sahəsindən çıxarılma, torpaq sahəsinə qoyulmuş dəmir darvazanın götürülməsi və həmin torpaq sahəsinin iddiaçılara təhvil verilməsi barədə tələbi rədd edilməsi, 10 manat dövlət rüsumu İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 özlərinə aid edilməsi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 91,87 manat ekspertiza xərci müştərək qaydada alınaraq-Benefisiarın adı: Kadastr və X2 Mərkəzi, VÖEN **********, Benefisiarın hesabı: AZ23AİİB**********3701778107 hesaba ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İşin faktiki halları: İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı3 və İddiaçı4 nümayəndəsi İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini belə əsaslandırdı ki, onların mülkiyyətlərində Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 1,79 ha torpaq sahələri vardır. Həmin torpaq sahəsi “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında onların mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi 2 ayrı-ayrı hissədən ibarətdir. JN-1094 seriyalı, kod ********* saylı Dövlət Aktında qeyd olunan sahəsi 8363,32 kv.m., planşet nömrəsi 1094A olan torpaq sahəsinin bir hissəsi cavabdehlər tərəfindən zəbt edilmişdir. Belə ki, cavabdehlər həmin torpaq sahəsinin qonşuluğunda olan, özlərinə məxsus torpaq sahəsinə gediş-gəliş üçün onların torpaq sahəsindən yol açmış və dəmir darvaza qoyaraq onlara məxsus torpaq sahəsindən yol kimi istifadə edirlər. Onların bu qanunsuz hərəkətləri barədə müxtəlif inzibati orqanlara müraciət etsələr də, heç bir müsbət nəticə alınmamışdır. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki, cavabdehlər həmin torpaq sahəsinin qonşuluğunda olan, özlərinə məxsus torpaq sahəsinə gediş-gəliş üçün onların torpaq sahəsindən yol açmış və dəmir darvaza qoyaraq onlara məxsus torpaq sahəsindən yol kimi istifadə edirlər. Həmin torpaq sahəsi “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında onların mülkiyyətinə verilmişdir. Məhkəmə qətnamə çıxararkən mütəxəssis rəyini mütəbər sübut kimi qəbul edərək qanunsuz qətnamə çıxarmışdır. Ona görə də həmin qətnamə ləğv edilməli və iddia təmin edilməlidir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasında iştirak edən İddiaçı1 (həmçinin İddiaçı4 nümayəndəsi) apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, mübahisəli torpaq sahəsi onların ümumi birgə mülkiyyətindədir. Həmin torpaq sahəsinə dair mülkiyyət hüququna dair şəhadətnaməsi olmasına baxmayaraq cavabdeh tərəf onun torpaq sahəsindən qanunsuz istifadə edir. O, bununla bağlı aidiyyəti reyestr orqanına müraciət etməsinə baxmayaraq, sonda ona məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Necə olur ki, birdən–birə onun torpağı bazadan çıxarılır. Ona görə də məhkəmə kollegiyasından apelyasiya şikayətinin təmin olunmasını, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, cavabdeh tərəf qanunsuz olaraq onlara məxsus torpaq sahəsini zəbt etmişdir. İddiaçı2 sonda apelyasiya şikayətinin təmin olunaraq, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, qeyd olunan mübahisəli ərazinin iddiaçı tərəfə heç bir aidiyyəti yoxdur. Ona görə də Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tаrixli, 2(033)-206/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh X7 heç bir izahatının olmadığını bildirərək, sonda Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tаrixli, 2(033)-206/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər İddiaçı3 məhkəmə iclasına gəlməmiş, eləcədə gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından,cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Torpağa mülkiyyət hüququna dair JN-1094 seriyalı, kod ********* saylı Dövlət Aktının surətindən görünür ki, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Zaqatala rayon X6 xx xxxx 1996-cı il tarixli 36 nömrəli qərarı ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində 1,79 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün verilmiş, həmin dövlət aktı qeydiyyat kitabında 15975 nömrə ilə xx xxxxxx 1999-cu il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A298339 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Cavabdeh1 Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx xxx 2004-cü il tarixli 113 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə Zaqatala rayonu Əliabad qəsəbəsində 4000 kv.m. torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi Dövlət Torpaq kadastr kitabında xx xxxxxx 2011-ci il tarixdə 4373 nömrə ilə uçota alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxx 2019-cu il tarixli **********86 nömrəli məktubu ilə göndərilmiş mütəxəssis rəyindən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 mülkiyyətlərində olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən JN-1094 seriyalı, kod ********* saylı Dövlət X10 Bazasında aşkarlanmadığından Dövlət Aktında qeyd olunan torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi mümkün olmamışdır. Cavabdehlər Cavabdeh1 və X4 adına olan torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən onlara məxsus torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. İddiaçıların və cavabdehlərin torpaq sahələrinin arasında yerləşən mübahisəli torpaq sahəsi Baza məlumatlarına əsasən bələdiyyə mülkiyyətinə aid olan ümumi istifadədə olan yoldur. ********** saylı xx xxxxxx 2019-cu il tarixli xidməti tapşırığa əsasən mübahisəli torpaq sahəsinin inventarlaşmasına dair ekspertiza xərci, smetası N: 02/04/32 ümumi smeta dəyəri 91,87 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən torpaq sahəsinə mütəxəssisin iştirakı ilə yerində baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 bildirdilər ki, özlərinə məxsus sənədlər əsasında onlara məxsus torpaq sahələrindən istifadə edirlər, ancaq torpaq sahələrinin bir hissəsi cavabdehlər tərəfindən zəbt edilmişdir. Həmin torpaq sahəsini mütəxəssisə göstərdilər. Həmin torpaq sahəsində mütəxəssis tərəfindən ölçmə işləri aparıldı. Cavabdehlər Cavabdeh1 və X7 da dediklərinə görə sənədlər əsasında onlara məxsus torpaq sahələrindən istifadə edirlər. Mübahisəli torpaq sahəsini zəbt etməmişlər. Apelyasiya icraatı zaman məhkəmə ekspertizası təyin edilmiş və Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli 18236 nömrəli ekspertizanın rəydən görünür ki, iddiaçılar İddiaçı1, X1, İddiaçı3 və İddiaçı4 adma olan Dövlət Aktı “xxxx” MMC-nin Elektron Baza məlumatlarında aşkarlanmadığından qeyd olunan torpaq sahəsinin sərhədlərinin üst-üstə düşməsini müəyyən etmək olmamışdır. Cavabdehlər Cavabdeh1 və X7 iddiaçıların xüsusi mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsini iddiaçıların adlarına işlənilmiş Dövlət Aktının "xxxx” MMC-nın Elektron Baza məlumatlarında öz əksini tapmadığına və Dövlət Aktında göstərilən torpaq sahəsinin hansı cizgilər daxilində yerləşdiyi məlum olmadığına görə iddiaçıların torpaq sahəsindən cavabdehlərin istifadə etməsinin araşdırılması mumkun olmamışdır. İddiaçıların və cavabdehlərin naturada istifadə etdikləri torpaq sahələrinin yerləşdiyi ərazi mütəxəssis rəyinə əlavə edilmiş sxemdə öz əksini tapmışdır. Hazırkı iş üzrə iddianı rədd edən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəllənin 157-ci maddələrinə istinad edərək hesab etmişdir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddia ərizəsində qeyd olunan mübahisəli ərazinin araşdırılması üçün ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir. Belə ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kоllegiyаsı hesаb edir ki, аpelyаsiyа şikаyətində göstərilən dəlillər əsаssız оlduğundаn qətnаmənin ləğv edilməsi və iddiа tələbinin təmin edilməsi üçün əsаs оlа bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Hazırki iş üzrə, iddia tələbinin faktiki halları qanuni əsasların şərtlərinə, yəni dizpozisiya şərtlərinə uyğun olmadığından birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnaməninləğvi üçün əsas yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 119.1-ci mаddəsində deyilir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münаsib оlаrаq işdə iştirаk edən şəxslərə аid edilir. Məhkəmə kоllegiyаsı iddiа tələbinin təmin edilməməsini nəzərə аlаrаq, bu qərаrа gəldi ki, qeyd оlunаn məhkəmə xərci iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4nа аid edilməli və məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri 50 manat оnlardаn alınaraq Dövlət büdcəsinə-AZ.MEM. VÖİN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ******************** İWİFT BİK CTREAZ 22 hesаbа ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tаrixli, 2(033)-206/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə 50 manat məhkəmə ekspertizası xərci iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 alınaraq Dövlət büdcəsinə-AZ.MEM. VÖİN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ******************** İWİFT BİK CTREAZ 22 hesаbа ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-62/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-62/2020
21.01.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver