Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-62/2022 28.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 Siminoviç, Cavabdeh2 və maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı cavabdehlərin məcburi qaydada çıxarılması, yolun açılması, cavabdehlər tərəfindən edilən maneələrin aradan qaldırılması və özünə dəymiş 7000 manat ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə (Açar sözlər: torpaq sahəsindən çıxarılma, ekspertiza məsələləri, mülkiyyətin toxunulmazlığı) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 Siminoviç və Cavabdeh2 iştirakları ilə, Qax Rayon Məhkəməsinin 17 mart 2021-ci il tаrixli 2(024)-43/2021 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1 Simonoviç və Cavabdeh2 ona məxsus olan Qax rayonu Qax-İngiloy kəndində yerləşən 0.03 ha torpaq sahəsindən məcburi qaydada çıxarılması və cavabdehlər tərəfindən edilmiş manelərin aradan qaldırılması ona dəymiş 7000 manat ziyanın cavabdehlərdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ailəsi ilə birlikdə Qax rayonu Turaclı kəndində yaşayır. Onlar 2014-cü il tarixdə Qax rayonu, Qaxingiloy kəndində 0.03 ha həyətyanı sahə almışdır. Həmin Piltənin bir hissəsini qonşusu Cavabdeh1 Simonoviç və Cavabdeh2 zəbt etmiş və yolunu bağlamışdır. O, dəfələrlə bununla bağlı hüquq mühafizə orqanlarına ərizə versə də nəticəsi olmamışdır. 6 il olar ki, cavabdehlərin hərəkətləri nəticəsində onlara 7000 manat ziyan dəymişdir. Demək olar ki, neçə illərdir orada ev tikə bilmir və kirayə mənzildə qalır. Hər ay 200 manat kirayə ha vermişdir. Ona məxsus olan ərazinin bir hissəsini zəbt edib hasarlamışdır. Ona görə də məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Göstərdiklərini nəzərə alaraq məhkəmədən cavabdehlər Cavabdeh1 Simonoviç və Cavabdeh2 ona məxsus olan Qax rayonu, Qax-İngiloy kəndində yerləşən 0.03 torpaq sahəsindən məcburi qaydada çıxarılması və cavabdehlər tərəfindən edilmiş manelərin aradan qaldırılması ona dəymiş 7000 manat ziyanın cavabdehlər alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Qax Rayon Məhkəməsinin 17 mart 2021-ci il tаrixli, 2(024)-43/2021 saylı qətnaməsi ilə (hakim M.Qarayev) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 Simonoviç və Cavabdeh2 iddiaçıya məxsus Qax rayonu, Qax-İngiloy kəndində yerləşən 0.03 ha torpaq sahəsindən məcburi qaydada çıxarılması və cavabdehlər tərəfindən həmin torpaq sahəsi ilə bağlı iddiaçıya yaradılan maneələrin aradan qaldırılması, iddianın qalan hissəsi əsassız olduğundan rədd edilməsi, cavabdehlər Cavabdeh1 Simonoviç və Cavabdeh2 müştərək qaydada iş üzrə 300 manat ekspertiza xərcinin alınıb "Kapital Bank” ASC-nin Sahil filialı, KOD 2012018, VÖEN **********, SFİFT kod AİİBAZ2X, AZ37NABZ********************, VÖEN **********. Hesab-AZ64AİİB400900C**********208 saylı hesaba ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Şəki Ərazi idarəsi tərəfindən verilmiş **********31 reyestr nömrəli ********** qeydiyyat nömrəli, 28.08.2020-ci il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, həmin Çıxarışa əsasən Qax rayonu Qax-İngiloy kəndində yerləşən 0,03 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Qax RİHB-nın Turaclı kənd İƏD-si nümayəndəsinin verdiyi 09.09.2020-ci il tarixli 547 saylı arayışa əsasən İddiaçı Qax rayonu Turaclı kəndində qeydiyyatdadır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə iddia tələbinin “cavabehlərin özünə məxsus Qax rayonu İngiloy kəndində yerləşən 0.03 ha torpaq sahəsindən məcburi qaydada çıxarılması, cavabdehlər tərəfindən edilmiş manelərin aradan qaldırılması”na dair hissəsi üzrə qeyd etmişdir ki, hazırki iddia tələbinin düzgün həlli və qanuni qərar qəbul edilməsi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Şəki Ərazi idarəsi üzrə verilmiş **********31 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 2020-ci il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz dövlət reyestrindən Çıxarışa əsasən Qax rayonu, Qax-İngiloy kəndində 0.03 ha torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilib-edilməməsini müəyyən edilməsi üçün xüsusi biliklərdən istifadə edilməsi zəruri olduğundan onun 18 noyabr 2020-ci il tarixli, 2(024)-589/2020 saylı qərardadı ilə məhkəmə-torpaqşünaslıq ekspertizası təyin edilmiş və tədqiqatın aparılması üçün mübahisəli torpaq sahəsinə ekspert tərəfindən tərəflərin iştirakı ilə baxış keçirilmiş və ölçü işləri aparılmış, Azərbaycan Respublikası “X1” ekspertləri qarşısında qoyulmuş sualları cavablandırmış, ekspertizanın 21 yanvar 2021-ci il tarixli, 56 saylı rəyinə əsasən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Şəki Ərazi idarəsi tərəfindən verilmiş **********31 nömrəli, ********** qeydiyyat nömrəli, 28.08.2020-ci il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçını mülkiyyətində olan Qax rayonu Qax-İngiloy kəndində yerləşən 0.03 ha torpaq sahəsinin cavabdehlər tərəfindən faktiki istifadə olunan sahəsinin daxilində olması müəyyənləşdirilmişdir. Ona görə də, məhkəmə qeyd edir ki, iddiaçı tələbin həmin hissəsində haqlıdır. Eyni zamanda iş üzrə 50 (əlli) manat ekspertiza xərci cavabdehlərdən birgə qaydada alınaraq müvafiq qaydada ödənilməlidir. İddia tələbinin 7000 (yeddi min) manat maddi ziyana dair hissəsi ilə bağlı isə məhkəmə qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. İddiaçı cavabdehlər tərəfindən ona maddi ziyan vurulması ilə bağlı məhkəməyə hər hansı bir əsaslı və mötəbər sübutlar təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab etmişdir ki, tələbin həmin hissəsi əsassızdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1. 152.2, 152.3. 152.4, 152.5, 157.4-cü maddələri, “Mahmudovun Rusiya Federasiyasına qarşı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarı” ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Cavabdeh2 Qivieviç və atası Cavabdeh1 Simyonoviç Qax rayon Qaxingiloy kəndində yerləşən torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə JN-597 a kod 4030 9005 torpaq sahəsində 1985-ci ildən yaşayırlar. 2014-cü ildə arxa qonşusu X2 özünə məxsus 0,6 ha torpaq sahəsini İddiaçı 0,3 ha və qardaşı X4 0,3 ha torpaq sahəsini satmışdır. Üstündən bir müddət keçəndən sonra Mirzəyev qardaşları yeri satmaq məqsədi ilə alıcını torpaq sahəsinə gətirərək 0,9 ha torpaq sahəsi olduğunu bildirmişdilər. O gündən onunla ədavətləri başlanmışdır. İddiaçı iddia ərizəsində bildirmişdir ki, Maraqlı şəxsnə ərizə ilə çıxışın alınması üçün müraciət etmişdir. Lakin həmin qurum tərəfindən 26 fevral 2020-ci il tarixdə məlumat gəlir ki, həmin yerə baxış keçirilmiş torpaq sahəsinin bir hissəsi zəbt edilmişdir və ona məxsus olan ərazinin 0,0065 ha hissəsi zəbt olunduğuna görə çıxarış verilməsi mümkün olmamışdır. Qax Rayon Məhkəməsinin 2(024)-599 saylı mülki iş materiallarından çıxarılmış sənədlər Qax Rayon Məhkəməsinin 18.11.2020-ci il tarixli qərardadı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı ərazi idarəsi tərəfindən **********0 qeydiyyat tarixli 28.08.2020-ci il qeydiyyat tarixli çıxarış və AA seriyalı, 535304 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi Qax Rayon Məhkəməsinin öz istəyi ilə "xxxx" MMC-yə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 97-ci maddəsinə müvafiq olaraq işi məhkəmədə baxılmağa hazırlayarkən Müstəqil Məhkəmə Ekspertizası MMC-yə göndərilmiş və iş üzrə icraat rəy alınanadək dayandırılmışdır. 26 fevral 2021 tarixdə ekspert rəyi ekspertizadan məhkəməyə daxil olmuşdur. Məhkəmə işi yekunlaşmamış DƏDRX-in 12 saylı ərazi idarəsi İddiaçı hansı səbəbdən çıxarış vermişdir. Buradan açıqaşkar qanun pozuntusu olduğu görünür. Qax Rayon Məhkəməsinin 2(024)-43/2021 saylı qətnaməsində Müstəqil Məhkəmə Ekspertizası MMC-nin ekspertiza rəyi qərəzli olaraq hesab edir ki, hal-hazırda Mirzəyev qardaşlarının aldıqları sahə hasarlanmışdır. Mövcud sahə 0,7 ha-dır. Qax Rayon Məhkəməsinin qətnaməsində bildirilmişdir ki, 0,3 ha torpaq sahəsi 350 manat ekspetiza haqqı məcburi qaydada alınsın. Qax Rayon Məhkəməsinin çıxartdığı qətnamədən narazı qalaraq Şəki Apellyasiya Məhkəməsinə müraciət edir. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi, Qax Rayon Məhkəməsinin 2(024)-43/2021 qətnaməsini ləğv edilib 0,0065 ha torpaq sahəsinin zəbt olunmasının təmin olunması, ekspertiza xərcinin 350 manatın ondan alınması hissəsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməməsi və iş üzrə Qax Rayon Məhkəməsinin 17 mart 2021-ci il tаrixli, 2(024)-43/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 Siminoviç və Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyətçı öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst həyata keçirir və bu hüquqlar dövlət tərəfindən tanınır və qorunur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111.1-ci, 111.2-ci və 111.3-cü maddələrinin tələblərinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt olunmuş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdırr.Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.6-cı maddəsinə əsasən yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Həmin Məcəllənin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, cavabdehlərdən yalnız Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən yəni, 0.065 ha torpaq sahəsindən çıxarılması və 300 manat ekspertiza xərcinin alınması hissəsində mübahisələndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi, yəni Cavabdeh2 apellyasiya şikayəti həcmində, yəni 0,065 ha torpaq sahəsindən çıxarılması və 300 manat ekspertiza xərcinin alınmasına münasibətdə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya hesab edir ki, hazırki halda qətnamə Cavabdeh2 apellyasiya şikayəti həcmində, yəni 0,065 ha torpaq sahəsindən çıxarılması və 300 manat ekspertiza xərcinin alınmasına münasibətdə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Qax Rayon Məhkəməsinin 17 mart 2021-ci il tаrixli, 2(024)-43/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Şəki Ərazi idarəsi tərəfindən verilmiş **********31 reyestr nömrəli ********** qeydiyyat nömrəli, 28.08.2020-ci il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Qax rayonu Qax-İngiloy kəndində yerləşən 0,03 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Həmin sahənin bir hissəsi cavabdehlər tərəfindən zəbt edilmişdir. Apellyator apellyasiya şikayətinin dəlillərində bildirmişdir ki, cavabdehlər tərəfindən 0,0065 ha torpaq sahəsinin zəbt edilmişdir. Ona görə də o, iddia tələbinin həmin hissədə təmin olunmasını, ekspertiza xərcinin 350 manatın ondan alınması hissəsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşır. Ona görə də hesab edir ki, şikayətin dəlilləri qismən əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilmiş, ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş ekspert rəyindən görünür ki, İddiaçı Mirzə oğlunun mülkiyyətində olan 0.02 ha torpaq sahəsi cavabdehlər Cavabdeh1 Simonoviç və Cavabdeh2 tərəfindən faktiki istifadə olunan torpaq sahəsi daxilində olması müəyyənləşdirilmişdir. Lakin məhkəmə kollegiyası həmin rəyi mötəbər sübut kimi qəbul etmir və mülki işin daha obyektiv araşdırılması üçün eksperiza təyin edərək, ekspertizanın aparılmasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. 11 mart 2022-ci il tarixli, 10/387 saylı ekspert rəyindən görünür ki, mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki Layihə-Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş, 21.12.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********31 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 28.08.2020-ci il qeydiyyat tarixli çıxarışa əsasən İddiaçı Mirzə oğlunun mülkiyyətində olan 0.03 ha torpaq sahəsi JN-597 A saylı şəhadətnamədə göstərilən cizgi ilə cavabdehlər Cavabdeh1 Siminoviçə birgə mülkiyyət hüququ üzrə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki Layihə-Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş, 21.12.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********31 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 28.08.2020-ci il qeydiyyat tarixli çıxarışa əsasən İddiaçı Mirzə oğlunun mülkiyyətində olan 0.03 ha torpaq sahəsinin 63 kv.m hissəsi cavabdehlər Cavabdeh1 Siminoviç və Cavabdeh2 tərəfindən hissəsi istifadə edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki Layihə-Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş, 21.12.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən İddiaçı Mirzə oğlunun adına DƏDRX-nin tərtib etdiyi **********31 reyestr nömrəli Çıxarışa əsasən 0.03 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh1 Siminoviç və X3 tərəfindən naturada istifadə edildiyi 63 kv.m hissənin yerləşmə vəziyyəti və koordinatları tərtib edilmiş yerquruluşu planı 2-də göstərildiyi kimi 1-2 döngə nöqtələri arasında məsafə 9.5 metr, 2-3 döngə nöqtələri arasında məsafə 6.8 metr, 3-4 döngə nöqtələri arasında məsafə 9.6 metr və 4-1 döngə nöqtələri arasında məsafə isə 6.5 metrdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki Layihə-Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş, 21.12.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən iddiaçıların torpaq sahəsinə elektron məlumat bazasına əsasən gediş-gəliş yolu nəzərdə tutulmuşdur və həmin yolun ölçüləri, koordinatları tərtib edilmiş sxem 3-də göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki Layihə-Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş, 21.12.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən İddiaçıların torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmuşdur və həmin yolun giriş hissəsində ağac materialından hazırlanmış müvəqqəti xarakterli giriş qapıları qoyulmuşdur. İddiaçının bildirdiyinə görə həmin giriş qapıları cavabdehlər tərəfindən qoyularaq iddia olunan yoldan cavabdehlər istifadə edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki Layihə-Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş, 21.12.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən Elektron baza məlumatlarına əsasən cavabdehlər tərəfindən istifadə edilən yol ərazisinin yerləşmə vəziyyəti, ölçüləri və koordinatları tərtib edilmiş yerquruluşu planı 3-də göstərildiyi kimi 1-2 döngə nöqtələri arasında məsafə 4.0 metr, 2-3 döngə nöqtələri arasında məsafə 45.2 metr, 3-4 döngə nöqtələri arasında məsafə 4.1 metr, 4-5 döngə nöqtələri arasında məsafə 31.1 metr və 5-1 döngə nöqtələri arasında məsafə 14.6 metrdir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Həmçinin rəydən görünür ki, Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır və rəy cavabdehin torpaq sahəsinin 63 kvm hissəsindən çıxarılması ilə bağlı dəlillərini təsdiq edir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, mübahisələndirilən hissədə qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, mübahisələndirilən hissədə iddianı təmin etməklə qanuni və əsaslı qətnamə qəbul edilməmişdir. Həmçinin kollegiya apellyasiya şikayətinin ekspertiza xərcinin iddiaçıdan da tutulmaması hissəsinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri bu hissədə də qismən əsaslıdır. Belə ki, ilk növbədə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdehlərdən 350 manat deyil 300 manat ekspertiza xərcinin tutulmasını qət etmişdir. İkinci növbədə isə kollegiya qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən birinci instansiya məhkəməsi ekspertiza xərcinin hamısının cavabdehlərdən tutmaqda haqlı olmamışdır. Ona görə kollegiya hesab edir ki, iddia qismən təmin edildiyindən ekspertiza xərcinin üçdə biri iddiaçıdan, digər üçdə biri isə Cavabdeh2 tutulmalıdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olmayaraq yuxarıda qeyd edildiyi kimi təmin etmişdir. Ona görə də, Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilməli, Qax Rayon Məhkəməsinin 17 mart 2021-ci il tаrixli, 2(024)-43/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, Cavabdeh2 İddiaçı məxsus Qax rayonu, Qax- İngiloy kəndində yerləşən 0.03 ha torpaq sahəsinin 63 kv.m hissəsindən çıxarılmalı, ekspertiza xərcinin üçdə biri iddiaçıdan, digər üçdə biri isə Cavabdeh2 tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Qax Rayon Məhkəməsinin 17 mart 2021-ci il tаrixli, 2(024)-43/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh2 İddiaçı məxsus Qax rayonu, Qax-İngiloy kəndində yerləşən 0.03 ha torpaq sahəsinin 63 kv.m hissəsindən çıxarılsın. Ekspertiza xərcinin üçdə biri (100 manat) İddiaçı, digər üçdə biri (100 manat) isə Cavabdeh2 tutulsun. Qətnamədən, iddiaçı, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-62/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-62/2022
28.04.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver