Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-62/2023 02.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “Bank VTB (Azərbaycan) ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi, likvid dəyər, ekspertiza məsələləri) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X2 ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi ilə, İddiaçı Bank VTB (Azərbaycan) ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 2(046)-233/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Bank VTB (Azərbaycan) ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12.454.04 manat əsas kredit borcunun, 12.14 manat faiz borcu olmaqla, cəmi 12.466.18 kredit borcunun və 30 manat dövlət rüsumunun tutularaq Bank VTB (Azərbaycan) ASC-nin hesabına keçirilməsi, borcun ipoteka predmeti olan Chevrolet Aveo markalı **-ES-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə Bank VTB (Azərbaycan) ASC arasında bağlanmış xx.xx.2019cu il tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh illik 01 faiz olmaqla 60 ay müddətinə 13165.84 məbləğində kredit verilmişdir. Cavabdeh ilə bağlanmış kredit müqaviləsinin təminatı kimi Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh arasında ipoteka müqaviləsi bağlanmış və cavabdeh mülkiyyətində olan Chevrolet Aveo markalı **-ES-*** dövlət nömrə nişanlı avtomobili kredit müqaviləsinin təminatı kimi iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh banka olan kredit borcunu qaytarmamışdır. Cavabdeh borclu olduğu əsas kredit borcundan qismən ödəniş etmiş, hazırda banka 12.466.18 manat kredit borcu vardır. Buna görə də cavabdehdən borcun tutulması və tutmanın ipoteka predmeti olan avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq həraccda satılaraq kredit borcunun ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Göyçay Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 2(046)-233/2022 saylı qətnaməsi ilə (hakim İ.Fəttahiv) iddia təmin edilmiş, Cavabdeh 12.454.04 manat əsas kredit borcunun, 12.14 manat faiz borcu olmaqla, cəmi 12.466.18 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı Bank VTB (Azərbaycan) ASC-nin hesabına ödənilməsi, kredit borcu bank qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus Chevrolet Aveo markalı **-ES-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, ipoteka predmeti olan Chevrolet Aveo markalı **-ES-*** dövlət nömrə nişanlı avtomobil açıq hərracda satılması nəticəsində əldə edilmiş məbləğdən Cavabdeh iddiaçı Bank VTB (Azərbaycan) ASC-yə olan kredit borcu ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Cavabdeh ilə Bank VTB (Azərbaycan) ASC arasında bağlanmış xx.xx.2019cu il tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh illik 01 faiz olmaqla 60 ay müddətinə 13165.84 məbləğində kredit verilmişdir. Cavabdeh ilə bağlanmış kredit müqaviləsinin təminatı kimi Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh arasında ipoteka müqaviləsi bağlanmış və cavabdeh mülkiyyətində olan Chevrolet Aveo markalı **-ES-*** dövlət nömrə nişanlı avtomobili kredit müqaviləsinin təminatı kimi iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh banka olan kredit borcunu qaytarmamışdır. Cavabdeh borclu olduğu əsas kredit borcundan qismən ödəniş etmiş, hazırda banka 12.466.18 manat kredit borcu vardır. Buna görə də cavabdehdən borcun tutulması və tutmanın ipoteka predmeti olan avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq həraccda satılaraq kredit borcunun ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəməyə təqdim edilmiş kredit müqaviləsindən görünür ki, Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanmış və Cavabdeh illik 01 faiz olmaqla 60 ay müddətinə 13165.84 manat məbləğində kredit verilmişdir. Məhkəməyə təqdim edilmiş ipoteka müqaviləsindən görünür ki, Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə ipoteka müqaviləsi bağlanmış və Cavabdeh mülkiyyətində olan Chevrolet Aveo markalı **-ES-*** dövlət nömrə nişanlı avtomobili müqavilənin təminatı kimi ipoteka ilə yüklü etmişdir. Təqdim edilmiş AB N 961023 seriyalı Azərbaycan Respublikası Nəqliyyat X1 görünür ki, Cavabdeh mülkiyyətində “Chevrolet Aveo” markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Qeydiyyat şəhadətnaməsində xüsusi qeydlər qrafasında həmin avtomobilin İddiaçı ASC-nin Göyçay filialı qarşısında ipoteka ilə yüklü edildiyi göstərilmişdir. Təqdim edilmiş sübutlarla müəyyən edilir ki, Cavabdeh ilə Bank VTB (Azərbaycan) ASC arasında kredit müqaviləsi bağlanmış və Cavabdeh 60 ay müddətinə illik 01 faiz ödəməklə 13165.84 manatməbləğində kredit verilmişdir. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmiş, öhdəliyin icrasından yayınmış, nəticədə kredit borcu yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirmədiyindən, iddiaçı cavabdehdən kredit borcunun ödənilməsini və borcun Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsini tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295, 319.1, 385.1-ci, 445.2-ci, maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, onun Bank VTB (Azərbaycan) ASC ilə bağladığə 21 iyun 2013-cü il tarixli 114393-1-7363 saylı kredit müqaviləsi, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrası nəticəsində restrukturizasiya edilərək 26 dekabr 2019-cu il tarixdə onunla nağd pul kredit müqaviləsi bağlanmış və kredit öhdəliyinin təminatı kimi mülkiyyətində olan “Chevrolet Aveo” markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə o 13165.84 manat kredit məbləğini 60 ay müddətində Banka qaytarmalı idi. Lakin COVİD 19 virusunun yayılması nəticəsində baş vermiş pandemiya ilə əlaqədar işləyə bilmədiyi üçün və pandemiya dövrü bitdikdən sonra maddi vəziyyəti kəskin pisləşdiyindən kredit məbləğini ödəniş qrafikində nəzərdə tutulduğu miqdarda deyil, maddi imkanı çatdığı miqdarda ödəmişdir. 05 avqust 2022-ci il tarixdə Göyçay rayon İcra və Probasiya Şöbəsi tərəfindən axtarıldıqdan sonra ona məlum olmuşdur ki, Bank VTB (Azərbaycan) ASC-nin ona qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 15 aprel 2022-ci il 2(046)-233/2022 saylı qətnaməsi ilə 12.454.04 manat əsas kredit borcu,12.14 manat faiz borcu olmaqla, cəmi 12.466.18 manat və ödənilmiş 30 manat dövlət rüsumunun ondan tutularaq iddiaçı Bank VTB (Azərbaycan) ASC-nin hesabına ödənilməsi, kredit borcunun bank qarşısında ipoteka ilə yüklü edilmiş ona məxsus Chevrolet Aveo markalı **-ES-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılması nəticəsində əldə edilmiş məbləğdən banka olan kredit borcumun ödənilməsi qət edilmişdir. Daimi qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün məhkəmə qətnaməsinin çıxarılması barədə məlumatı olmamışdır. Özü birinci qrup hərbi xidmət əlilidir və səhhətində olan problemlərlə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilmədiyindən iddia tələbinin təfərrüatları barədə məlumatım olmamışdır. 11 avqust 2021-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət edən iddiaçı ondan 13154,04 manat məbləğində əsas borc, 12,14 manat faiz borcunun tutulmasını tələb etsə də 15 aprel 2022-ci il tarixdə məhkəməyə elektron qaydada arayış göndərərək həmin tarixə 12454,04 manat məbləğində əsas, 12,14 manat faiz borcu olmaqla 12466,18 manat borcun olduğunu göstərmişdir. İddia ərizəsinə əlavə edilmiş hesabdan çıxarış 27 dekabr 2019-cu il tarixə kimi olan ödənişləri əks etdirsə də hakim iddiaçıdan son dövrə qədər olan ödənişlərə dair hesabdan çıxarış verilməsini tələb etməmiş, nəticədə onun kredit borcu düzgün hesablanmamışdır. Belə ki, o, 19 may 2021-ci il tarixdən başlayaraq 20 dekabr 2021-ci il tarixə kimi borcundan hər ay 100 manat olmaqla 800 manat məbləğində ödəniş etmişdir. Belə olan halda məhkəmə öz təşəbbüsü ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin etməli idi. Lakin birinci instansiya məhkəməsi nə ipoteka predmeti olan avtomobilin ilkin satış qiymətinin müəyyən olunması üçün, nə də kredit borcunun düzgün hesablanması üçün müvafiq ekspertizalar təyin etməmişdir. Qeyd edir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Lakin məhkəmə iş üzrə heç bir ekspertiza keçirmədən gəldiyi nəticəni iddiaçının təqdim etdiyi sənədlərlə əsaslandırmışdır. Məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan borcun hansı hissəsinin ödənilməsi, ipoteka predmeti olan avtomobilin hansı dəyərdə olması faktlarını aydınlaşdırmamışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli 2(046)-233/2022 saylı qətnaməsinin ləğv edilib avtomobilin qiymətləndirilməsi və məhkəmə-mühasibatlıq ekspertizası keçirilməklə iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh məhkəməyə teleqram göndərərək qeyd etmişdir ki, səhhəti ilə əlaqədar məhkəmə prosesində iştirak edə bilməyəcəyi üçün məhkəmə iclasını başqa vaxta təyin edilməsini xahiş etmişdir. Cavabdeh qeyd edilən halı təsdiq edəcək sübut təqdim etmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, iş görməli, xidmət göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir. Kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərəri ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgənin pul vəsaitini qanunsuz saxlamaqla onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödəməlidir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə görə, ipoteka saxlayanın tələbi əsasən borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilmməsi, o, cümlədən kecikdirilməsi nəticəsində dəbbə pulu, və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutlmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil olmaqla tam həcmdə təmin edilir. Həmin Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Qanununun 34.1.2-ci maddəsinə əsasən, öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması nəticəsində ipoteka saxlayan ipoteka predmetinə tutmanı yönəltməklə, onun satılmasını, əldə edilmiş puldan kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin bununla bağlı çəkilmiş bütün xərclərin ipotekaya qoyulmuş əmlak hesabına ödənilməsini tələb edə bilər. Həmin Qanununun 39.3-cü maddəsinə görə, məhkəmə ipoteka predmetininə tutma yönəldilməsinə dair qərarında ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsində qeyd olunur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, Göyçay Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 2(046)-233/2022 saylı qətnaməsinin ləğv edilməsini, avtomobilin qiymətləndirilməsi və məhkəmə-mühasibatlıq ekspertizası keçirilməklə iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Göyçay Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 2(046)-233/2022 saylı qətnaməsini apelyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Bununla belə birinci instansiya məhkəməsi ipoteka predmeti olan Chevrolet Aveo markalı **-ES-*** dövlət nömrə nişanlı avtomobil açıq hərracda satılması hissəsində səhvə yol vermişdir. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 2(046)- 233/2022 saylı qətnaməsinin ipoteka predmeti olan Chevrolet Aveo markalı **-ES-*** dövlət nömrə nişanlı avtomobilin açıq hərracda satılması hissəsi, ipoteka predmeti olan Chevrolet Aveo markalı **-ES-*** dövlət nömrə nişanlı avtomobilin dəyəri 11000 ( on bir min) manat olmaqla açıq hərracdan satılması şəklində dəyişdirilməlidir. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanmış və Cavabdeh illik 1 faiz olmaqla 60 ay müddətinə 13165.84 manat məbləğində kredit verilmişdir. Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə ipoteka müqaviləsi bağlanmış və Cavabdeh mülkiyyətində olan Chevrolet Aveo markalı **-ES-*** dövlət nömrə nişanlı avtomobili müqavilənin təminatı kimi ipoteka ilə yüklü etmişdir. ABN 961023 seriyalı Azərbaycan Respublikası Nəqliyyat X1 görünür ki, Cavabdeh mülkiyyətində “Chevrolet Aveo” markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Qeydiyyat şəhadətnaməsində xüsusi qeydlər qrafasında həmin avtomobilin İddiaçı ASC-nin Göyçay filialı qarşısında ipoteka ilə yüklü edildiyi göstərilmişdir. Cavabdeh ilə Bank VTB (Azərbaycan) ASC arasında kredit müqaviləsi bağlanmış və Cavabdeh 60 ay müddətinə illik 1 faiz ödəməklə 13165.84 manatməbləğində kredit verilmişdir. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmiş, öhdəliyin icrasından yayınmış, nəticədə kredit borcu yaranmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. Belə ki, apellyator şikayətinin dəlilində bildirmişdir ki, 19 may 2021-ci il tarixdən başlayaraq 20 dekabr 2021-ci il tarixə kimi borcundan hər ay 100 manat olmaqla 800 manat məbləğində ödəniş etmişdir. Belə olan halda məhkəmə öz təşəbbüsü ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin etməli idi. Lakin birinci instansiya məhkəməsi nə ipoteka predmeti olan avtomobilin ilkin satış qiymətinin müəyyən olunması üçün, nə də kredit borcunun düzgün hesablanması üçün müvafiq ekspertizalar təyin etməmişdir. Qeyd edir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Lakin məhkəmə iş üzrə heç bir ekspertiza keçirmədən gəldiyi nəticəni iddiaçının təqdim etdiyi sənədlərlə əsaslandırmışdır. Məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan borcun hansı hissəsinin ödənilməsi, ipoteka predmeti olan avtomobilin hansı dəyərdə olması faktlarını aydınlaşdırmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin borc məbləğinə münasibətdə şikayətin dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertiza təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Ekspertin xx.xx.2022-ci il tarixli 9/8239 saylı rəyinə əsasən Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair cari hesabdan çıxarış; arayış məlumatları və 26 dekabr 2019-cu il tarixli, 114393-1- 7363/1 saylı kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq Cavabdeh xx.xx.2022-ci il tarixə (qərardadın tarixinə) İddiaçı ASC-nə olan borcu 12.466,18 AZN məbləğində müəyyən olunur edilmişdir. Göründüyü kimi cavabdehin şikayətinin dəlilləri ekspertiza rəyi ilə təkzib olunur. Borcun düzgün hesablandığı müəyyən edildiyindən ekspert rəyinin əsassızlığı ilə bağlı apellyasiya şikayətlərinin dəlilləri formal mülahizə xarakteri daşıyır.” Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, mühasibatlıq ekspertizası üzrə tədqiqat təqdim olunmuş materiallar əsasında keçirilərək, cavabdehin kredit üzrə ödənişləri nəzərə alınmışdır. Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, cavabdeh bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin ipoteka predmetinin qiymətləndirilməməsi barədə dəlili ilə razılaşır. Qətnamədən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetinin likvid dəyəri müəyyən edilməmişdir. Məhkəmə kollegiyasının qərardadı ilə qiymətləndirici dəvət edilmiş, “X4” MMC-nin 23 yanvar 2023-cü il tarixli qiymətləndirmə rəyinə əsasən, Cavabdeh məxsus “Chevrolet Aveo” markalı, 2012-ci il buraxılışlı, 99- ES-023 dövlət nömrə nişanlı minik avtomobilinin real bazax dəyəri nbzərə alınmaqla hazırki dövrə olan likvid qiyməti 11000 ( on bir min) AZN təşkil etmişdir. Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə İpoteka Predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli qərardadına əsasən, kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması barədə tələblər üzrə işlərə baxılarkən “İpoteka haqqında” Qanunun tələblərinə riayət etmək üçün ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı aparılan məhkəmə araşdırmasında qanunla müəyyən edilmiş ardıcıllığa riayət edilməlidir. Belə ki, ilk növbədə ipotekaqoyanla ipotekasaxlayanın ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində, Qanunun 10.5-ci maddəsinin tələbinə uyğun olaraq qeyd edilmiş qiymətlə müəyyən edilməsinə münasibəti öyrənilməlidir. Bununla bağlı razılıq olmadıqda isə, Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq müqavilədə nəzərdə tutulduğundan fərqli həddə ilkin satış qiyməti ilə bağlı istinad edilən tərəflərin razılaşmasının olub-olmaması aydınlaşdırmalıdır. Məhkəməyə təqdim olunan razılaşma Mülki Prosessual Məcəllənin 106.3 və 191.1-ci maddələrinin tələbləri baxımından yazılı şəkildə tərtib edilməli, ya məhkəmə iclas protokoluna imza edilməklə təsdiq olunmalı, ya da tərəflərin razılığı bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Bu halda məhkəmə tərəflərin razılaşması ilə müəyyən edilmiş qiymətlə, onun əmlakın likvid və ya real bazar qiymətini təşkil edib-etməməsindən asılı olmayaraq bağlıdır. Buna baxmayaraq, məhkəmə Mülki Prosessual Məcəllənin 52.5 və 106.4-cü maddələrində sadalanan halların mövcudluğunu aşkar etdikdə həmin razılaşmanı nəzərə almaya bilər. Belə razılaşmanın əldə edilmədiyi, yaxud məhkəmə tərəfindən nəzərə alınmadığı hallarda isə ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi (mütəxəssis rəyi) əsasında müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, mütəxəssis rəyinin mübahisə tərəflərinin təqdim etməsindən, yaxud məhkəmə qərardadı ilə təyin edilmiş əmlakın qiymətləndirilməsi ilə bağlı qərardadla alınmasından asılı olmayaraq, rəydə ipoteka predmetinin yalnız likvid qiyməti deyil, həmçinin likvid qiymətin ağlabatanlığının dəyərləndirməsi baxımından əhəmiyyətli olan real bazar qiyməti də əks olunmalıdır. Bu yanaşma “İpoteka haqqında” Qanunun 54-cü maddəsinin torpaq sahəsinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı tələbindən də irəli gəlir. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qanunvericiliyin ipoteka predmeti ilə bağlı tələblərini pozmuş və ipoteka predmetinin likvid dəyərini müəyyən etməməmişdir. Ona görə də kollegiya hesab edir ki, ipoteka predmeti olan Chevrolet Aveo markalı **-ES-*** dövlət nömrə nişanlı avtomobilin dəyərinın 11000 ( on bir min) manat olmaqla açıq hərracdan satılması şəklində dəyişdirilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməsi, Göyçay Rayon Məhkəməsinin 15 aprel 2022ci il tarixli, 2(046)-233/2022 saylı qətnaməsi ipoteka predmeti olan Chevrolet Aveo markalı **-ES-*** dövlət nömrə nişanlı avtomobilin açıq hərracda satılması hissəsi, yəni ipoteka predmeti olan Chevrolet Aveo markalı **-ES-*** dövlət nömrə nişanlı avtomobilin dəyərinın 11000 ( on bir min) manat olmaqla açıq hərracdan satılması şəklində dəyişdirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti ipoteka predmeti olan Chevrolet Aveo markalı **-ES-*** dövlət nömrə nişanlı avtomobilinə münasibətdə qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 2(046)-233/2022 saylı qətnaməsi ipoteka predmeti olan Chevrolet Aveo markalı **-ES-*** dövlət nömrə nişanlı avtomobilin açıq hərracda satılması hissəsində dəyişdirilsin. İpoteka predmeti Chevrolet Aveo markalı **-ES-*** dövlət nömrə nişanlı avtomobilin likvid dəyəri 11000 ( on bir min) manat müəyyən edilsin. Göyçay Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 2(046)-233/2022 saylı qətnaməsi apellyatorun apellyasiya şikayəti üzrə mübahisələndirdiyi qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərcini təşkil edən 25 manatı Cavabdeh və 25 manatı isə İddiaçı ASC-dən tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X3, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-62/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-62/2023
02.02.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver