Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-620/2022 04.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: sığorta məbləğinin subroqasiya qaydasında tutulması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli 2(075)-113/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası İşin halları 09.11.2020-ci il tarixində Cavabdeh1 etibarnamə olmadan idarə etdiyi ** LM *** dövlət qeydiyyat nişanlı VAZ 21723 markalı avtonəqliyyat vasitəsinin ** UF *** dövlət qeydiyyat nişanlı X17 Prado markalı avtonəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi nəticəsində sonuncuya zərər vurulmuş, həmçinin X7 az ağır xəsarət almışdır. Cavabdeh2 məxsus Cavabdeh1 etibarnamə olmadan idarə etdiyi ** LM *** dövlət qeydiyyat nişanlı VAZ 21723 markalı avtonəqliyyat vasitəsi 11.07.2020-ci il tarixində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. Birinci instansiya məhkəməsində icraat: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək olaraq subroqasiya qaydasında iddiaçı "xxxx" ASCnin xeyrinə 6 500,00 (altı min beş yüz) manat məbləğində ziyanın və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə 28 oktyabr 2021-ci il tarixdə məhkəməyə elektron qaydada ərizə göndərərək, məhkəmə iclaslarında məsafənin uzaq olması səbəbindən iştirak edə bilməmələrini qeyd etmiş, məhkəmə iclaslarının "xxxx" ASC-nin nümayəndələrinin iştirakları olmadan iddia ərizəsinə əlavə etdikləri sübutlar əsasında baxılmasını və iddianı təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini belə əsaslandırmışdır ki, Cavabdeh2 məxsus Cavabdeh1 idarə etdiyi ** LM *** dövlət qeydiyyat nişanlı VAZ 21723 markalı avtonəqliyyat vasitəsi 11.07.2020-ci il tarixində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. 09.11.2020-ci il tarixində Cavabdeh1 idarə etdiyi ** LM *** dövlət qeydiyyat nişanlı VAZ 21723 markalı avtonəqliyyat vasitəsilə ** UF *** dövlət qeydiyyat nişanlı X17 Prado markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurmuş, həmçinin X7 az ağır xəsarət almışdır. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh1 avtonəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmişdir. "xxxx" ASC tərəfindən tərtib olunmuş 25.11.2020-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən ** UF *** dövlət qeydiyyat nişanlı X17 Prado markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 5245,00 manat (beş min iki yüz qırx beş manat) manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin 08.01.2021-cİ il tarixli sığorta aktına əsasən 5000,00 manat məbləğində sığorta ödənişinin zərərçəkən avtonəqliyyat vasitəsinin təmiri üçün ödənilməsi qərara alınmışdır və köçürmə həyata keçirilmişdir. X1 az ağır xəsarət alması ilə bağlı 1500,00 (bir min beş yüz) manat sığorta ödənişi də həyata keçirilmişdir. Köçürülmə həyata keçirildikdən sonra cavabdehlərə ödənilmiş sığorta məbləğinin geri ödənilməsi barədə bildiriş göndərilmiş lakin cavabdeh hər hansı bir ödəniş etməmişdir. Mülki hüquq pozuntusu (delikt) Cavabdeh1 tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində digər avtomobilin sahibinə maddi zərər yetirilmişdir. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək göstərmişdir ki, 09.11.2020-ci il tarixində o, idarə etdiyi ** LM *** dövlət qeydiyyat nişanlı VAZ 21723 markalı avtonəqliyyat vasitəsilə yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə ** UF *** dövlət qeydiyyat nişanlı X17 Prado markalı avtonəqliyyat vasitəsi ilə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində X17 Prado markalı avtonəqliyyat vasitəsinə maddi ziyan dəymiş, həmçinin hadisə nəticəsində X7 az ağır xəsarət almışdır. Göstərmişdir ki, onun idarə etdiyi ** LM *** dövlət qeydiyyat nişanlı, VAZ 21723 markalı minik avtomobil qohumluq əlaqələri olan Cavabdeh2 məxsus olmuşdur. O, ** LM *** dövlət qeydiyyat nişanlı, VAZ 21723 markalı minik avtomobili etibarnamə əsasında idarə etmişdir. Lakin yolnəqliyyat hadisəsi baş verən günü etibarnamənin müddətindən 18-19 gün keçmiş olmuşdur. Hadisə ilə bağlı araşdırma aparılmışdır. Göstərmişdir ki, ağır şəkər xəstəsidir. Maddi imkanı çox aşağıdır. Hər hansı ödəniş etməyə imaknı yoxdur. "xxxx" ASC-nin 6500 (altı min beş yüz) manat məbləğində iddiasını qəbul etmir. İddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmiş və ya məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi barədə məlumat verməmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 09 noyabr 2020-ci il tarixdə etibarnaməsi olmadan idarə etdiyi "xxxx" ASC-də sığortalanmış VAZ 21723 markalı **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobili "X17 Prado" markalı ** UF *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və nəticədə yolnəqliyyat hadisəsi baş vermişdir. Nəticədə hadisə iştirakçıları yaralanmış və hər iki avtomobilə zərər dəymişdir. İddiaçı iddianı müdafiə etmiş, Cavabdeh1 iddianı qəbul etmir. Cavabdeh2 ona məxsus olan VAZ 21723 markalı **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsi üçün tanışı Cavabdeh1 etibarnamə olmadan vermişdir. Göründüyü kimi Cavabdeh2 qanunvericiliyə zidd olaraq ona məxsus olan avtomobilini etibarnamə olmadan Cavabdeh1 idarə etməsi üçün vermişdir. Baş vermiş hadisə Cavabdeh1 tərəfindən törədilərək, zərərçəkmiş şəxslərə və avtomobilə onun tərəfindən ziyan vurulsa da, Cavabdeh2 etibarnamə olmadan qanuna zidd olaraq avtomobilini idarə etmək üçün verməklə onun özü də vurulmuş ziyan üzrə mülki məsuliyyət daşımalı olmuşdur. Bu səbəbdən də məhkəmə iddia tələbini Cavabdeh2 aid olan hissədə əsaslı hesab edir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab etmişdir ki, Cavabdeh1 tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi (5000 manat + 1500 manat = 6500 manat) 6500 manat məbləğində pul vəsaiti "xxxx" ASC tərəfindən ödənildiyindən iddiaçı təşkilatın Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müddəalarına əsasən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yarandığından iddia təmin edilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş 30,40 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçıya verilməlidir. Həmçinin iş üzrə əmtəəşünaslıq ekspertiza xərci olan 100 manat Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GÜNAY BANK QSC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GUNAAZ22) “Əmlak Ekspert Mərkəzi" MMC-nin hesabına ödənilməlidir. Şəki Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli 2(075)-113/2022 nömrəli qətnaməsi ilə (hakim Cahid İmanov) iddia təmin olunmuş, Cavabdeh1 və Cavabdeh2 6500 (altı min beş yüz) manat məbləğində verilmiş sığorta ödənişi və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun müştərək qaydada tutularaq "xxxx" ASC-nə ödənilməsi, iş üzrə əmtəəşünaslıq ekspertiza xərci olan 100 manatın Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GÜNAY BANK QSC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GUNAAZ22) “Əmlak Ekspert Mərkəzi" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 362, 936, 1096, 1097, 1099, 1108 və 1114-cü maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İşdə olan 23 oktyabr 2019-cu il tarixli, ƏN-024285 seriya nömrəli etibarnamədən görünür ki, Cavabdeh2 Vaz 21723 minik markalı avtomobili etibarnamə əsasında 23.10.2020-ci ilədək idarə etməyə Cavabdeh1 vermişdir. İşdə olan 22 dekabr 2020-ci il tarixli, 005-965 nömrəli arayışdan görünür ki, 09 noyabr 2020-ci il tarixdə Qaraməryəm-İsmayıllı-Şəki yolunun 124-cü km-də **-LM-*** dövlət qeydiyyat nişanlı, VAZ 21723 minik markalı avtomobil **-UF-*** dövlət qeydiyyat nişanlı, X17 minik markalı avtomobillə toqquşmuşdur. İşdə olan 09 noyabr 2020-ci il tarixli, 172 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi protokolundan görünür ki, Cavabdeh1 hadisə zamanı sərxoşluq əlamətləri aşkar olunmamışdır. İşdə olan 09 noyabr 2020-ci il tarixli, 218 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokoldan görünür ki, X4 hadisə zamanı sərxoşluq əlamətləri aşkar olunmamışdır. İşdə olan 11 noyabr 2020-ci il tarixli, 485 nömrəli ekspert rəyində göstərilmişdir ki, X3 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət: sol mil sümüyünün tipik yerdən yerdəyişmiş sınığı bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət eldiyi vaxtdan bir qədər əvvəl olmaqla, qərarda göstərilən 09.11.2020-ci il tarixinə uyğundur, xəsarətin yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aiddir. İşdə olan 11 noyabr 2020-ci il tarixli dəymiş zərərin hesablanmasına dair aktın təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 məxsus “Lada Priora” markalı **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiz zərər ümumilikdə 3365 manat təşkil edir. İşdə olan 11 noyabr 2020-ci il tarixli dəymiş zərərin hesablanmasına dair aktın təsdiq edilmiş surətindən görünür ki, X8 məxsus “Toyota Prado” markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiz zərər ümumilikdə 6485 manat təşkil edir. İşdə olan 25 noyabr 2020-ci il tarixli, 109532 nömrəli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, X16 Prado minik markalı avtomobilə ümumilikdə 5245 manat məbləğdə zərər dəymişdir. İşdə olan 03 dekabr 2020-ci il tarixli, 8/2176 nömrəli ekspert rəyində göstərilmişdir ki, İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ-21723 markalı, ** LM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-cı maddəsinin 7-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Hərəkət üçün təhlükə yaranan anda Toyota Land-Cruiser-Prado markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yrtindən olduğu məsafənin müvafiq olaraq 31.8- 41.6 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində X2 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Hərəkət üçün təhlükə yaranan anda Toyota Land-Cruiser-Prado markalı, ** UF *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən olduğu məsafənin müvafiq olaraq 31.8-41.6 metrdən böyük məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində X2 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İşdə olan 06 dekabr 2020-ci il tarixli protokolda göstərilmişdir ki, Azərbaycan Respublikası CPM-nin 260-161-ci maddələrinin tələblərinə riayət etməklə material üzrə araşdırmanın düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə Toyota Land- Cruiser-Prado markalı ** UF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 iştirakı ilə 09.11.2020-ci il tarixdə təxminən saat 12.10 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonunun Bucaq kəndinin ərazisindən keçən 124-cü km-də, Oğuz şəhəri istiqamətindən Şəki rayonu istiqamətində hərəkət edərkən onun hərəkəti üçün təhlükə yarandığı anda idarə etdiyi avtomobilin toqquşma yerindən hansı məsafədə olduğunu göstərməsi təklif olundu. X2 göstərdiyi yerdən müvafiq ölçülər aparıldı və müəyyən olundu ki, Cavabdeh1 idarə etdiyi Vaz 21723 markalı ** LM *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkət üçün təhlükə yaratdığı anda X5 idarə etdiyi Toyota Land- Cruiser-Prado markalı ** UF *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşma yerindən 14,5 metr aralıda olmuşdur. İşdə olan 08 dekabr 2020-ci il tarixli cinayət işinin rədd edilməsi haqqında” qərardan görünür ki, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən xx.xx.1975-ci ildə Xocal rayonunun Dəhrav kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Xocalı rayonunun Kosalar kəndində qeydiyyatda olmaqla Oğuz rayonun Azərbaycan 60 qəsəbəsində yaşayan Cavabdeh1 barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilməsi, Vət. Cavabdeh1 barəsində Azərbaycan Respublikası İXMnin 327.2-ci və 332.1 -ci maddələri ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti BDYPİ-nə göndərilməsi, Vət. X5 hərəkətlərində Azərbaycan Respublikaslı CM-nin 263-cü maddəsində nəzərdə tutulan cianyət əməlinin tərkibi əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibi rədd olunması qərara alınmışdır İşdə olan 09 noyabr 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, Quliyev X9İsmayıllı-Şəki yolunun 124-cü km-da törətdiyi inzibati xətaya görə İXM-nin 327.2-ci maddəsinə əsasən 60 manat məbləğində cərimə olunmuşdur. İşdə olan "xxxx" ASC-nin İdarə Heyətinin sədri A.R.Ömərova tərəfindən təsdiq edilmiş 08 yanvar 2021-ci il tarixli, sığorta aktından görünür ki, sığorta predmeti olan Vaz 21723 markalı **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobilin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində X6 1500 (bir min beş yüz) manat sığorta ödənişi verilmişdir. İşdə olan "xxxx" ASC-nin İdarə Heyətinin sədri A.R.Ömərova tərəfindən təsdiq edilmiş 08 yanvar 2021-ci il tarixli, sığorta aktından görünür ki, sığorta aktından görünür ki, sığorta predmeti olan Vaz 21723 markalı **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobilin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində X8 5000 (beş min) manat sığorta ödənişi verilmişdir. İşdə olan Əmlak Ekspert Mərkəzinin 10 yanvar 2022-ci il tarixli ƏEM/Y-19-019/22 nömrəli rəyindən görünür ki, buraxılış ili 2006-cı il olan, qara rəngli ** UF *** dövlət qeydiyyat nişanlı X17 Prado markalı avtomobilin 09.11.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı əzilmiş hissələrinin təmiri üçün alınmış ehtiyat hissələrinin qiyməti hazırki bazarla qiymətlərinə uyğun olaraq avtomobilin təmiri üçün usta xərcinin dəyəri 1030 manat + ehtiyat hissələri 4215 manat = 5245 manat təşkil edir. Buraxılış ili 2006-cı il olan, qara rəngli ** UF *** dövlət qeydiyyat nişanlı X17 Prado markalı avtomobilin 09.11.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı əzilmiş hissələrinin təmiri üçün alınmış ehtiyat hissələrinin qiyməti və həmin qəza ilə bağlı ** UF *** dövlət qeydiyyat nişanlı X17 Prado markalı avtomobilin təmiri üçün sərf ediləcək usta xərci işdə olan 25.11.2020-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatda göstərilən məbləğ yuxarıda göstərilən cədvəllərə uyğundur. İşdə olan 13 yanvar 2021-ci il tarixli, 001XOH********** nömrəli qəbzdən görünür ki, "xxxx" ASC tərəfindən X5 hesabına 5000 (beş min) manat sığorta ödənişi edilmişdir. İşdə olan 13 yanvar 2021-ci il tarixli, 001XOH********** nömrəli qəbzdən görünür ki, "xxxx" ASC tərəfindən X3 hesabına 1500 (bir min beş yüz) manat sığorta ödənişi edilmişdir. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh1 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 2(075)-l13/2022 saylı qətnaməsini qeyri-obyektiv, birtərəfli, qərəzli, qanunsuz və ədalətsiz hesab edir. Belə ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Onun idarə etdiyi ** LM *** dövlət qeydiyyat nişanlı, VAZ 21723 markalı minik avtomobil qohumluq əlaqələri olan Cavabdeh2 məxsus olmuşdur. O, ** LM *** dövlət qeydiyyat nişanlı, VAZ 21723 markalı minik avtomobili etibarnamə əsasında idarə etmişdir. Lakin yol-nəqliyyat hadisəsi baş verən günü etibarnamənin müddətindən 18-19 gün keçmiş olmuşdur. İstər avtomobilə, istərsə də fiziki şəxsə dəymiş ziyanın məbləği düzgün hesablanmamışdır. Ona görə də, Şəki Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli 2(075)-113/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi və Cavabdeh2 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 362.2-ci maddəsinə əsasən notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinin tələblərinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Cavabdeh Şəki Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli 2(075)-113/2022 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində onun idarə etdiyi ** LM *** dövlət qeydiyyat nişanlı, VAZ 21723 markalı minik avtomobilinin qohumluq əlaqələri olan Cavabdeh2 məxsus olması barədə göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, Cavabdeh2 ona məxsus olan VAZ 21723 markalı **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsi üçün tanışı Cavabdeh1 etibarnamə olmadan vermişdir. Baş vermiş hadisə Cavabdeh1 tərəfindən törədilərək, zərərçəkmiş şəxslərə və avtomobilə onun tərəfindən ziyan vurulsa da, Cavabdeh2 etibarnamə olmadan qanuna zidd olaraq avtomobilini idarə etmək üçün verməklə onun özü də vurulmuş ziyan üzrə mülki məsuliyyət daşımalı olmuşdur. Cavabdeh apellyasiya şikayətində, həmçinin, istər avtomobilə, istərsə də fiziki şəxsə dəymiş ziyanın məbləğinin düzgün hesablanmadığını göstərsə də, göstərdiklərini təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə, mülki işin materiallarına əlavə edilmiş 11 noyabr 2020-ci il tarixli, 485 nömrəli ekspert rəyində X3 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət: sol mil sümüyünün tipik yerdən yerdəyişmiş sınığı bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət eldiyi vaxtdan bir qədər əvvəl olmaqla, qərarda göstərilən 09.11.2020-ci il tarixinə uyğundur, xəsarətin yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aid olması göstərilmişdir. Həmçinin, Əmlak Ekspert Mərkəzinin 10 yanvar 2022-ci il tarixli ƏEM/Y-19- 019/22 nömrəli rəyindən buraxılış ili 2006-cı il olan, qara rəngli ** UF *** dövlət qeydiyyat nişanlı X17 Prado markalı avtomobilin 09.11.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı əzilmiş hissələrinin təmiri üçün alınmış ehtiyat hissələrinin qiyməti hazırki bazarla qiymətlərinə uyğun olaraq avtomobilin təmiri üçün usta xərcinin dəyəri 1030 manat + ehtiyat hissələri 4215 manat = 5245 manat təşkil edir. Buraxılış ili 2006-cı il olan, qara rəngli ** UF *** dövlət qeydiyyat nişanlı X17 Prado markalı avtomobilin 09.11.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı əzilmiş hissələrinin təmiri üçün alınmış ehtiyat hissələrinin qiyməti və həmin qəza ilə bağlı ** UF *** dövlət qeydiyyat nişanlı X17 Prado markalı avtomobilin təmiri üçün sərf ediləcək usta xərci işdə olan 25.11.2020-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatda göstərilən məbləğ yuxarıda göstərilən cədvəllərə uyğun olduğu görünür. Qeyd olyunan ekspert rəylərində göstərilənləri təkzib edəcək heç bir sübut və dəlil apellyator tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə, ümumilikdə, münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli 2(075)-113/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli 2(075)-113/2022 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-620/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-620/2022
04.05.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver