Məhkəmə qərarları › İş №2(107)-620/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-620/2024

08.05.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-620/2024 08.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair ilk, cavabdehlər Cavabdeh2, İddiaçı2, Cavabdeh1 və Cavabdeh3 İddiaçı1 və X3 qarşı mənzilə köçürülmə və istifadə hüququnun müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki iş üzrə (Açar sözlər: mənzilə istifadə hüququ) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı1, onun nümayəndəsi və vəkili Vəkil1, qarşılıqlı iddia üzrə cavabdeh X2, Cavabdeh2 və qarşılıqlı iddia üzrə İddiaçı2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair ilk, cavabdehlər Cavabdeh2, İddiaçı2, Cavabdeh1 və Cavabdeh3 İddiaçı1 və X3 qarşı mənzilə köçürülmə və istifadə hüququnun müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 6 fevral 2024-cü il tarixli 2(051)-306/2024 nömrəli qətnaməsindən Cavabdeh2 və qarşılıqlı iddia üzrə İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı1 mərhum əri X6 adına 15 mart 1968-ci il tarixdə Mingəçevir şəhəri, Lenin küçəsi 55 saylı evin, 30 saylı mənzilinə (hazırda Vidadi küçəsi 3, mənzil 30) dair 423 saylı order verilmişdir. Qarşılıqlı iddia üzrə İddiaçı2 İddiaçı1 oğludur. Cavabdehlərdən Cavabdeh2 qarşılıqlı iddia üzrə İddiaçı2 arvadı, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 isə qarşılıqlı iddia üzrə İddiaçı2 uşaqlarıdır. Mübahisə İddiaçı2, onun arvadı və uşaqlarının göstərilən mənzilə istifadə hüquqları barədədir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı1 cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 (xx.xx.1997-ci il doğum tarixli), Cavabdeh2 (xx.xx.1971-ci il doğum tarixli) və Cavabdeh3 (xx.xx.1995-ci il doğum tarixli) Mingəçevir şəhəri, M.V.Vidadi küçəsi, ev 3, 30 nömrəli mənzilə dair istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Sonradan İddiaçı1 məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə ilə müraciət edərək, bildirdi ki, o, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Mingəçevir şəhəri M.V.Vidadi küçəsi, ev 3, 30 saylı mənzilə istifadə hüququnun itirilmişhesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 22-23 fevral 1968-ci il tarixli, 05 saylı protokollarına əsasən Mingəçevir şəhəri, Lenin küçəsi 55 saylı evin, 30 saylı mənzili (hazırda Vidadi küçəsi 3, mənzil 30) üç nəfər ailə üzvü ilə birlikdə iddiaçının əri X7 verilmişdir. Kamal Məmmədov 01 mart 2022-ci ildə vəfat etmişdir. Mənzildə iddiaçı özü, qızı Tamilla Məmmədova, oğlu İddiaçı2, arvadı Cavabdeh2 və övladları Zaur və Afaq Məmmədovlar qeydiyyatda olsalar da, mənzildə o, qızı Tamilla ilə birlikdə yaşamışdır. X13 da vəfat edənə qədər onlarla birlikdə yaşamışdır. Oğlu İddiaçı2 1994-cü ildən ailə qurduqdan sonra yaşadıqları evi tərk edib getmiş, daha sonra mənzildən qeydiyyatdan çıxmışdır. Oğlunun ailəsi isə mənzildə yaşamasalar da, qeydiyyatdan çıxmamışlar, bu da mülkiyyətçi kimi onun hüquqlarını pozur. Cavabdeh İddiaçı2 və onun ailə üzvləri heç vaxt onlarla birlikdə yaşamamışlar. İddiaçı2 və onun ailə üzvləri mərhum Kamal Məmmədovun yas mərasiminə də gəlməmişdir. Mənzildə cavabdehlərə aid heç bir əşya yoxdur. Qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehlərin Mingəçevir şəhəri, M.V.Vidadi küçəsi, ev 3, 30 nömrəli mənzilə dair istifadə hüquqlarına xitam verilməlidir. Ona görə də cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mingəçevir şəhəri, M.V.Vidadi küçəsi, ev 3, 30 nömrəli mənzilə dair istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini, qarşılıqlı iddianın təmin edilməməsini xahiş etmişdir.

5. İlkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2, İddiaçı2, Cavabdeh1 və Cavabdeh3 cavabdeh İddiaçı1 və X3 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mingəçevir şəhəri, M.V.Vidadi küçəsi, ev 3, 30 nömrəli mənzilə köçürülmələri və həmin mənzildən istifadə hüquqlarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

6. Cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh2 və İddiaçı2 etibarnamə üzrə nümayəndələri və vəkilləri Vəkil2 məhkəmə iclasında izahatında bildirmişdir ki, Mingəçevir şəhər Vidadi küçəsi 3 saylı evin, 30 saylı mənzil order əsasında İddiaçı2 atası mərhum Kamal Məmmədovun adına verilmişdir. İddiaçı2 1992-ci ildə Cavabdeh2 ilə ailə qurmuş, ailə qurduqdan sonra Afət onların yaşadıqları Mingəçevir şəhər Vidadi küçəsi 3 saylı evin 30 saylı mənzilinə gəlin köçmüşdür. Onların birgə nikahdan Zaur və Afaq adlı iki övladları olmuşdur. Bir müddət cavabdehlər anası Solmaz və bacısı Tamella ilə mehriban yaşamışlar. Həmin vaxt qeyd olunan mənzildə dünyaya gəlmiş övladları tələf olmuşdur. Lakin sonra cavabdehlər əsassız mübahisələr yaratmaqla onun həyat yoldaşı Afəti hamilə vəziyyətdə mənzildən qovub çıxarmışlar. Bundan əlavə atasının vəfatını onlardan gizlətmiş, məlumat verməmişlər. Artıq neçə illərdir ki, kirayədə yaşayırlar. Onların mübahisəli mənzildə qeydiyyatda olmalarına, orderdə adının olmasına baxmayaraq, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində qeyd olunan mənzildə yaşaya bilmirlər. Ailə üzvü olmasına, ailə üzvü kimi təsərrüfatı birgə idarə etmələrinə və hazırda yaşayış sahələrinin olmadığına görə onların mənzildən istifadə hüquqları vardır və həmin mənzilə köçürülməlidirlər.

7. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Mingəçevir Şəhəri XDS İcraiyyə Komitəsinin 22-23 fevral 1968-ci il 05 saylı protokollarına əsasən Mingəçevir şəhəri, Lenin küçəsi 55 saylı evin 30 saylı mənzili iddiaçının ərinə verilmişdir. İddiaçının əri xx.xx.2022-ci ildə vəfat etmişdir. Mənzilə dair orderdə iddiaçının, iddiaçının qızının, oğlunun (qarşılıqlı iddia üzrə iddiaçının) adı qeyd olunmuşdur. İddiaçının gəlini (ilkin iddia üzrə cavabdeh) 1992-ci ildə həmin mənzilə gəlin köçmüş, 1994-cü ildə iddiaçının oğlu və gəlini mənzili tərk etmişlər. İddiaçının oğlu və gəlininin birgə nikahdan iki övladı olmuşdur. Onlar da doğulandan həmin mənzilə qeydiyyata düşmüşlər. İddiaçının oğlu qeyd olunan mənzildən qeydiyyatdan çıxaraq digər ünvana qeydiyyata düşmüşdür. İddiaçının gəlini və nəvələri həmin ünvanda 1994-cü ildən yaşamasalar da qeydiyyatda qalmışlar.

8. İddiaçı gəlini və nəvələrinin evə istifadə hüquqlarının itirilmiş hesab edilməsini tələb edir. İddiasını da belə əsaslandırır ki, onlar 30 ilə yaxındır həmin mənzildə yaşamırlar, nəvələri ümumiyyətlə həmin mənzildə yaşamamışdır. Ona görə də, iddianın təmin edilməsini xahiş edir.

9. Qarşılıqlı iddia üzrə iddiaçılar-ilkin iddia üzrə iddiaçının oğlu, ilkin iddia üzrə iddiaçının gəlni, ilkin iddia üzrə iddiaçının nəvələri evə köçürülmə tələbləri qoyub, qarşılıqlı iddianı belə əsaslandırırlar ki, onlar köçürülmə tələb etdikləri mənzildən öz istəkləri ilə çıxmamışlar. Hazırda kirayədə yaşayırlar. Daimi yaşayış sahəsi ilə təmin olunmamışlar. Ona görə də, qarşılıqlı iddianın təmin edilməsini xahiş edirlər.

10. Hazırki mübahisə üzrə ilkin iddia üzrə cavabdehlərin istifadə hüquqlarının yaranması işin mübahisəsiz halıdır. Lakin ilkin iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçının gəlini) həmin mənzilə köçsə də cəmi iki il orada yaşamış, daha sonra başqa mənzilə köçmüş, övladları dünyaya gəlmiş, onlar da mübahisəli mənzilə qeydiyyata düşmüş, artıq 30 ilə yaxındır ki, onlar digər mənzildə yaşayırlar. Eyni zamanda onlar 30 ilə yaxın müddət ərzində özlərinin istifadə hüquqlarının pozulması barədə nə məhkəməyə, nə də digər hüquq mühafizə orqanına müraciət etməmişlər. Eyni zamanda cavabdehlər mənzilin saxlanılması üçün 30 il ərzində heç bir vəzifəni icra etməmişlər. Mənzilə qayıtmaları üçün hər hansı cəhd göstərməmişlər. Əksinə ailənin başçısı ilkin iddia üzrə iddiaçının oğlu həmin mənzildən qeydiyyatdan çıxmış, könüllü olaraq həmin mənzilə olan hüquqlarından imtina etmişdir.

11. Qarşılıqlı iddia tələbinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçının oğlunun mənzildən qeydiyyatdan çıxması işin mübahisəsiz halıdır. Qarşılıqlı iddia üzrə iddiaçı Rasimin könüllü olaraq mənzildən qeydiyyatdan çıxaraq digər yaşayış sahəsinə qeydiyyata düşməsi onun həmin mənzilə olan hüquqlarından imtina etməsini göstərir. Bu keçən müddət ərzində həm ilkin iddia üzrə iddiaçının oğlu, həm də qarşılıqlı iddia üzrə digər iddiaçılar ümumiyyətlə mənzillə əlaqəni tamamilə daimi olaraq kəsmişlər. Yalnız ilkin iddia qaldırıldıqdan sonra belə bir qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişlər.

12. İş üzrə ilk iddianın təmin edilməsi qarşılıqlı iddianın təmin edilməsini aradan qaldırır. Belə ki, ilk iddia üzrə cavabdehlərin istifadə hüququqnun itirilmiş hesab edilməsi onların mənzilə köçürülmə tələbini aradan qaldırır. Eyni zamanda qarşılıqlı iddia üzrə digər İddiaçı2 mənzilə istifadə hüququ itirildiyindən onun da mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilə bilməz.

13. Mingəçevir Şəhər Məhkəməsinin 6 fevral 2024-cü il tarixli 2(051)-306/2024 nömrəli qətnaməsi ilə (hakim Güləndam Quliyeva) İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsinə dair ilkin iddia tələbi təmin edilmiş, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Mingəçevir şəhəri, Vidadi küçəsində yerləşən 3 saylı evin 30 saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi, iddiaçı Cavabdeh2, İddiaçı2, Cavabdeh1 və Cavabdeh3 Mingəçevir şəhəri, Vidadi küçəsində yerləşən 3 saylı evin 30 saylı mənzilinə köçürülmə və həmin mənzildən istifadə hüquqlarının müəyyən edilməsinə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən xx.xx.2009–cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51-54-cü, 60, 85 və 87-ci maddələrinə istinad etmişdir.

15. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: X6 adına 15 mart 1968-ci il tarixdə Mingəçevir şəhəri, Lenin küçəsi 55 saylı evin, 30 saylı mənzilinə (hazırda Vidadi küçəsi 3, mənzil 30) dair verilmiş 423 saylı order Mingəçevir şəhər 3 saylı MİS-nin xx.xx.2023-cü il tarixdə tərtib olunmuş akt Mingəçevir regional «Asan xidmət» mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamə Mingəçevir şəhər VVAQ Şöbəsi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli arayış Mingəçevir şəhər 1 nömrəli MİS-nin xx.xx.2023-cü il tarixli, 375 №li arayışı Mingəçevir şəhər 1 nömrəli MİS-nin xx.xx.2023-cü il tarixli, 374 №li arayışı

16. Qətnаmədən nаrаzı qаlаn cavabdehlər Cavabdeh2 və İddiaçı2 аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

17. Cavabdehlər Cavabdeh2 və İddiaçı2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Mingəçevir şəhərinin Vidadi küçəsində yerləşən 3 saylı evin 30 saylı mənzili order əsasında mərhum atası X6 adına verilmişdir. Orderdə onun, yəni İddiaçı2 adı da qeyd olunmuşdur. O, 1992-ci ildə Cavabdeh2 ilə ailə qurmuşdur. Ailə qurduqdan sonra həyat yoldaşı Cavabdeh2 onların yaşadığı, Mingəçevir şəhərinin Vidadi küçəsində yerləşən 3 saylı evin 30 saylı mənzilinə gəlin köçmüşdür. Həmin vaxt qeyd olunan mənzildə dünyaya gəlmiş övladı tələf olmuşdur. Cavabdeh2 ilə birgə nikahından Zaur və Afaq adlı iki uşağı dünyaya gəlmişdir. Bir müddət onlar cavabdehlər olan anası İddiaçı1 və bacısı Tamella Məmmədova ilə mehriban yaşamışlar. Lakin, sonradan cavabdehlər əsassız mübahisələr yaratmağa başlamış və onları yoldaşı Afət hamilə olan zaman qeyd olunan mənzildən qovub çıxartmışlar. Bu halı Mənzil İstismar Sahəsi tərəfindən tərtib olunmuş arayışdan da görmək olar. Belə ki, MİS-nin arayışda tərəflər arasında mübahisə olduğu üçün İddiaçı2 və ailə üzvlərinin mübahisəli mənzildən çıxdıqları qeyd olunmuşdur. Lakin, işə baxan Mingəçevir Şəhər Məhkəməsi bu halı nəzərə almamışdır. Halbuki, qarşılıqlı iddia üzrə iddiaçıların yaşayış sahəsinə olan ehtiyyac meyarları aradan qalxmamışdır. Belə ki, onlar hazırda kirayəşin yaşayırlar. Qarşılıqlı iddiaçıların adlarına mənzil mövcud deyil. Halbuki, o, İddiaçı2 nə qədər ki, orderdə adı qeyd olunduğuna görə onun gözləntidə olan mülkiyyət hüququ var və Mingəçevir şəhərinin Vidadi küçəsində yerləşən 3 saylı evin 30 saylı mənzilinin gələcəkdə mülkiyyətçilərindən biri kimi qeyd olunan mənzildən ailə üzvləri ilə birlikdə istifadə etmək hüququ vardır. Bundan başqa anası İddiaçı1 və bacısı Tamella Məmmədova atası Kamal Məmmədovun rəhmətə getməsi barədə onlara heç bir məlumat verməmişlər. İddiaçılar artıq neçə ildir ki, kirayəşin yaşayırlar. İddiaçılardan Afət, Zaur və Afaqın Mingəçevir şəhərinin Vidadi küçəsində yerləşən 3 saylı evin 30 saylı mənzilinə qeydiyyatları olmalarına baxmayaraq, eyni zamanda da onun qeyd olunan mənzilə dair verilmiş orderdə adının qeyd olunmasına baxmayaraq cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində qeyd olunan mənzildə yaşaya bilmirlər. Onlar ailə üzvü olduğuna, ailə üzvü kimi təsərrüfatı birgə idarə etdiyinə, hazırda yaşayış sahəsinə olan ehtiyac meyarı aradan qalxmadığına və onun, yəni İddiaçı2 gözləntidə olan mülkiyyət hüquqları olduğunu nəzərə alaraq onların Mingəçevir şəhərinin Vidadi küçəsində yerləşən 3 saylı evin 30 saylı mənzilindən istifadə hüquqları vardır və qeyd olunan mənzilə köçürülməlidirlər.

18. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 6 fevral 2024-cü il tarixli 2(051)- 306/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 və qarşılıqlı iddia üzrə İddiaçı2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

21. Məhkəmə kollegiyasının iclasında İddiaçı1, onun nümayəndəsi və vəkili Vəkil1 və qarşılıqlı iddia üzrə cavabdeh X4 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 6 fevral 2024-cü il tarixli 2(051)-306/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

22. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

23. xx.xx.2009–cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 51–ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla–mənzil istisimar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar–adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. 52–ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. 53–cü maddəsinin 3–cü hissəsinə görə icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. 54–cü maddəsinin 1–ci hissəsinə görə isə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılğı ilə öz arvadını, uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Qeyd edilən maddənin 3–cü hissəsinə əsasən isə icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan diglər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 60-cı maddəsinin 1-ci hissəsində qeyd olunur ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. 60-cı maddənin 10-cu hissəsində isə qeyd olunur ki, şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 85–ci maddəsinə əsasən İcarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi–buluğa çatmış qalan üzvülərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. 87-ci maddəsində nəzərdə tutulmuşdur ki, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

24. Qərarlar: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228–ci maddəsinin və Mənzil Məcəlləsinin 123– cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001–ci il tarixli qərarında qanunun zamana görə qüvvəsinə əsaslanaraq, qeyd etmişdir ki, 2000–ci il sentyabrın 1–dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr MM–in 228.1 və 228.2–ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123–cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarı

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 217.2-ci mаddəsinə əsаsən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

26. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

27. Apellyatorlar Mingəçevir Şəhər Məhkəməsinin 6 fevral 2024-cü il tarixli 2(051)- 306/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ilk iddianı təmin, qarşılıqlı iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

29. İş materiallarından görünür ki, Mingəçevir şəhəri, Lenin küçəsi 55 saylı evin, 30 saylı mənzilinə (hazırda Vidadi küçəsi 3, mənzil 30) dair 423 saylı orderlə həmin mənzilin icarədarı İddiaçı1 mərhum əri X8 olmuşdur. Qarşılıqlı iddia üzrə İddiaçı2 Kamal Məmmədovun ailə üzvü olaraq həmin mənzilə istifadə hüququ olmuşdur. Cavabdehlərdən Cavabdeh2 isə İddiaçı2 arvadı olaraq həmin mənzilə köçmüş və istifadə hüququ əldə etmişdir. İddiaçıya görə 1994-cü ildə, iş materiallarında olan Mingəçevir şəhər 3 saylı MİS-nin xx.xx.2023-cü il tarixdə tərtib olunmuş akta və Mingəçevir şəhər 3 nömrəli MİS-nin xx.xx.2023-cü il tarixli arayışına görə isə 1995-ci ildə qarşılıqlı iddia üzrə İddiaçı2 ailə üzvləri ilə birlikdə həmin mənzili tərk edərək başqa yaşayış yerinə köçmüşlər. Birinci instansiya məhkəməsi haqlı olaraq xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsi 60 və 87-ci maddələrinə istinad etməklə hesab etmişdir ki, İddiaçı2 və ailə üzvləri mübahisəli mənzilə istifadə hüquqlarını həmin vaxtdan itirmişlər. Apellyatorlar apellyasiya şikayətində mənzildən məcburiyyətdən çıxdıqlarını, həmçinin çıxdıqdan sonra kirayədə qaldıqlarını, ona görə də mənzilə ehtiyaclarının aradan qalxmadığını iddia etmişlər. Kollegiya qeyd edir ki, həmin hallar mənzilə istifadə hüququnun itirilməsinin qarşısını almır. Ona görə ki, apellyatorlar mənzildən çıxdıqdan sonra 30 il müddətinə həmin mənzilə qayıtmaq üçün hər hansı cəhd etdikləri iş materialları ilə sübut olunmadığından, onlar mənzili daimi əsaslarla tərk etmiş hesab olunurlar. Həmin vaxt ərzində harda yaşadıqları isə bu halı dəyişdirmir. Apellyatorlar həmçinin İddiaçı2 mübahisəli orderdə adı olduğunu, ona görə də mənzildə gözlənilən mülkiyyət hüququ olduğunu iddia etmişdir. xx.xx.2009–cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51–ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla–mənzil istisimar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar–adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmin Məcəllənin 53-cü maddəsinin 1-ci hissəsinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 60-cı maddəsinin 1-ci hissəsində qeyd olunur ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Kollegiya qeyd edir ki, mənzilə dair order icarədarın adına verilir ki, hazırki iş üzrə də icarədar Məmmədov Kamal olmuşdur. Orderdə icarədarla birlikdə onun ailə üzvlərinin adları qeyd olunur ki, həmin şəxslər icarədarla birlikdə mənzildən eyni əsaslarla istifadə hüququna malikdirlər. Həmin Mənzil Məcəlləsinin dövlət və ictimai mənzil fondu evlərində yaşayiş sahəsindən istifadə adlanın ikinci fəslinin normalarının mənasından aydın şəkildə görünür ki, mənzilə dair icarədara order verilməsi həmin icarədarın və onun ailə üzvlərinin həmin mənzildən daimi və davamlı istifadəsinə əsaslandır. Elə ona görə də, həmin Məcəllənin 60-cı maddəsinə görə nəinki ailə üzvlərinin, hətta icarədarın özünün belə 6 aydan artıq mübahisəli mənzildən getməsi, həmin maddədə göstərilən hallar istisna olmaqla, mənzilə hüquqların itirilməsinə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 1999-cu il tarixli qərarına əsasən, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində (İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir) və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. xx.xx.2009–cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin Həmin Məcəllənin 87-ci maddəsində nəzərdə tutulmuşdur ki, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Göstərilənlərə əsasən kollegiya apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, İddiaçı2 mübahisəli mənzilə dair orderdə adının qeyd olunması onun mənzildən 6 aydan artıq müddətə daimi əsaslarla getdiyi halda həmin mənzilə hüquqlarının itirilməsinə mane olmur.

30. hazırki iş üzrə İddiaçı2 ilk iddia üzrə cavabdeh olmadığı halda qarşılıqlı iddia vermiş, həmçinin X4 ilk iddia üzrə iddiaçı olmadığı halda qarşılıqlı iddia üzrə cavabdeh kimi qeyd edilmiş, qarşılıqlı iddia icraat qəbul edilməklə baxılaraq qətnamə qəbul edilmişdir. Həmin hal mübahisələndirilməmişdir.

31. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri) Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 127, həmçinin Azərbaycan Respblikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyasının (Avropa Konvensiyası) 6-cı maddəsinə, habelə Azərbaycan Respublikası MPM-nin 9 və 14-cü maddələrinə əsasən məhkəmə işdə tərəf deyildir və hər hansı işə baxılmasında arbitr funksiyasını daşıyır. Məhkəmə tərəfləri təmsil etmək və onların adından hər hansı prosessual hərəkəti etmək, o cümlədən sübut toplamaq səlahiyyətinə malik deyildir. Məhkəmənin əsas vəzifəsi ədalətli məhkəmə araşdırmasını təmin etməkdir ki, bu da tərəflər üçün ilkin şərtlərin bərabərliyini, yəni işdə iştirak edən şəxslərə öz işlərini aparmaq üçün bərabər imkanlar yaradılmasını və çəkişmə prinsipinin bərqərar edilməsini ehtiva edir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qərar verir. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

32. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi ilk iddianı təmin, qarşılıqlı iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh2 və qarşılıqlı iddia üzrə İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin 6 fevral 2024-cü il tarixli 2(051)-306/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh2 və qarşılıqlı iddia üzrə İddiaçı2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 6 fevral 2024-cü il tarixli 2(051)-306/2024 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar