Məhkəmə qərarları › İş №2(107)-621/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-621/2021

07.04.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-621/2021 07.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Əliyev Fərid Mehdi oğlunun katibliyi, cavabdeh X10 Məhsulları” MMC-nin nümayəndəsi X4 və İddiaçı Hüsnü oğlunun iştirakları ilə, İddiaçı Hüsnü oğlunun cavabdeh “X10 Məhsulları” MMC-nə qarşı əmrin ləğv edilməsi və işə bərpa olunması tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli 2(033)-1014/2020 nömrəli qətnaməsindən İddiaçı Hüsnü oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli 2(033)-1014/2020 nömrəli qətnaməsi ilə (hakim Tural Həsənov) İddiaçı Hüsnü oğlunun cavabdeh “X10 Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmrin ləğv edilməsi və işə bərpa olunması tələbinə dair iddia ərizəsi iddia müddəti tətbiq edilməklə rədd edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası “xxxx” MMC-nin Zaqatala Rayon Fındıq zavodunda onun işə bərpa olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı sonradan ərizə ilə məhkəməyə müraciət edərək mülki iş üzrə cavabdeh qismində göstərdiyi “xxxx” MMC-nin Zaqatala Rayon Fındıq zavodunun həqiqi cavabdeh “X10 Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əvəz olunmasını xahiş etmişdir. İddiaçının ərizəsinə əsasən “xxxx” MMC-nin Zaqatala Rayon Fındıq zavodu həqiqi cavabdeh “X10 Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əvəz olunmuşdur. Cavabdeh “X10 Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili X12 məhkəməyə iddiaya etiraz ərizəsi göndərərək İddiaçı Hüsnü oğlunun cavabdeh “X10 Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı işə bərpa edilmə tələbinə dair iddiasının təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, xx.xx.2018-ci il tarixli xxxx talimatlı yazıya görə işdən çıxarılma əmri ilə onunla uzaqdan yaxından əlaqəsi olmayan iddia ilə yanıltılaraq qeyri-əxlaqi günahlandırmayla proses kontrol tesbiti deyərək Zaqatala fındıq zavodu mühasibat rəisi Pəri Əlicanova xx.xx.2018-ci ildə “öz xahişin ilə işdən çıxsan təzminatını ala bilərsən. Başqa edəcək bir şey yoxdur deyərək” ona bildirmiş, o da ərizəsini yazmışdır. Bundan sonra o Bakıya mərkəzə gedib soruşum demişdir. Pəri xanım tərəfindən ona razılıq verildikdən sonra xx.xx.2018-ci ildə eyni sözlərlə bu dəfə öz xahişinlə çıxsan təzminat ala bilərsən yoxsa yox deyərək Yaşar Savadov ona öz xətti ilə öz xahişi ilə ikinci dəfə ərizə yazdırmışdır. İşdən çıxmamağı üçün min səbəbi varkən, işdən ayrılmağı üçün bir tək səbəbi yoxdur. Cavabdehin vəkilləri xx.xx.2018-ci il təlimatlı yazını onun tərəfindən sosial şəbəkələrdə yazıldığını iddia etmişlər. İşdən çıxması üçün bir insan nəyə görə öz xahişiylə ərizə verər ki? Qayda qanunları bilmədiyi üçün onun bu vəziyyətindən istifadə edilmişdir. Vəziyyət ortadadır. 2013-cü ilin avqust ayında işə başladığı halda onun əmək kitabçasında 2016-cı ildə işə başladığı yazılıb. Həmin vaxt Qəhraman Musayev proses nəzarət müdürü olmuşdur. 2017-ci ildə proses nəzarət işçisi Hafiz Kazımovdur. Fəaliyyətin yoxlanması nəticəsində xx xxxxxx 2017-ci ildə briqadir Sürəyya Abakarova eyni səbəblə işdən çıxarıldı. Ancaq ona da deyildi ki, öz xahişinlə işdən çıx, yeni sezonda səni yenidən işə götürəcəyik. 9 ay sonra onu müdüriyyət işə götürdü. Qəhrəman Musayev isə “işdən atılan işə geri götürülə bilməz” deyərək yenidən çıxarılanda Sürəyya Abakarovaya get xxxx mərkəzinə haqqını tələb et dedilər. Ondan sonra ona gələn yazıya görə haqqını tələb etməyə gedəndə, bu səfər Yaşar Savadov ona təzminat ala bilməyi üçün öz xahişinlə işdən çıxmağının lazım olduğunu demişdir. O da xx xxxxxxxx 2018-ci il tarixdə öz ərizəsi əsasında işdən azad edilmiş, son haqq-hesabı hesablanaraq ona ödənilmiş və eyni tarixdə əmək kitabçasını imza etməklə təhvil almışdır. Hesab edir ki, yuxarıda qeyd etdiklərinə əsasən onu qanunsuz olaraq işdən azad etmişlər. Beləliklə də onun hüquqları kobud şəkildə pozulmuşdur. Belə olan halda həmin əmr qanunsuz hesab olunur. İddia tələbini müdafiə edir və iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdeh “X10 Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili X8 izahat verərək göstərmişdir ki, iddiaçı Aziz Gökalemin cavabdeh “X11 Məhsulları” MMC-yə qarşı” “əmrin ləğvi və işə bərpa olunma” tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı Aziz Gökalemin “əmrin ləğvi və işə bərpa olunma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün qanunla müəyyən olunmuş 1 (bir) aylıq iddia müddətini keçirmişdir. Aziz Gökaleminlə xx.xx.2018-ci il tarixdə əmək müqaviləsinə xitam verilsə də o, iddia müddətini keçirərək xx.xx.2020-ci il tarixdə (iddia ərizəsi bu tarixdə məhkəmə tərəfindən qəbul edilmişdir) məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsindəki normaların məzmununa görə fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 (bir) təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin verildiyi gündür. İddiaçı Aziz Gökaleminə məxsus əmək kitabçası şəxsən işçinin özünə, yəni Aziz Gökaleminə imza edilməklə xx.xx.2018-ci il tarixdə işəgötürən tərəfindən təqdim edilmişdir. Bunu “X11 Məhsulları” MMC-də olan “Qeydiyyat kitabı” da tam şəkildə təsdiq edir. Beləliklə, iddia müddətinin axımı xx.xx.2018-ci il tarixdən, yəni əmək kitabçasının iddiaçıya verildiyi tarixdən hesablanarsa, o zaman məhkəməyə müraciət etdiyi xx.xx.2020ci il tarixədək iddia müddəti - 1 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün keçmiş olur. Göründüyü kimi, iddiaçı Aziz Gökalemin məhkəməyə müraciət etmək üçün iddia müddətini keçirmişdir. Göstərilənləri nəzərə alaraq, iddia müddətinin tətbiq edilməsini və iddia müddətinin keçməsi səbəbindən iddianın təmin edilməməsi barədə qətnamə çıxarmasını xahiş edir. Bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o “X11 Məhsulları” MMC-nin X7, X2 operatoru vəzifəsində işləmişdir və xx xxxx 2016-cı il tarixdə öz ərizəsi əsasında onunla olan əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı iş yoldaşı kimi tanıyır. İddiaçı ilə onun arasında səmimi münasibətlərin olduğu iddia edilmiş və bunun şirkət qaydalarını pozduğu bildirilərək ona təzminat almaq və sonradan yenidən işə qayıtmaq istəyirsə ərizə yazıb işdən çıxmasını Pəri xanım ona təklif etmişdir. O da öz növbəsində işdən azad edilməsinə dair ərizəsini yazmışdır. xx xxxx 2006-cı il tarixdə onunla “X11 Məhsulları” MMC arasında olan əmək müqaviləsinə xitam verilmişdir. 2017-ci ildə o yenidən “X11 Məhsulları” MMC-də işləməyə başlamış lakin sonra yenidən ərizə yazaraq işdən azad edilməsi təklif edildiyindən o ərizəsini yazmış və xx xxxxxx 2019-cu ildə işdən çıxmışdır. İşdən çıxmasının təklif olunmasına səbəb yenə də İddiaçılə olan münasibətləri göstərilmişdir. İddiaçı işdən çıxması barədə məlumatı keçmiş iş yoldaşlarından eşitmiş və Aziz bəylə rastlaşdıqda səbəbini ondan soruşmuşdur. Aziz Gökalemin ona təzminat almaq üçün öz ərizəsi ilə işdən azad olunmasını ona Pəri Əlicanova tərəfindən təklif edildiyini bildirmiş və maddi durumuna görə işdən çıxması barədə ərizə yazdığını bildirmişdir. Bildirmək istəyir ki, onun İddiaçı Hüsnü oğlu ilə yalnız iş münasibətləri olmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı Hüsnü oğlu apellyasiya şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı Hüsnü oğlu apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə və birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatının dəlilləri ilə əsaslandıraraq qanuni qərar qəbul edilərək itirlmiş haqlarının ona geri qaytarılmasını xahiş etmişdir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı Hüsnü oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh X10 Məhsulları” MMC-nin nümayəndəsi X8 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli 2(033)-1014/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı Hüsnü oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli 2(033)- 1014/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan “X11 Məhsulları” MMC-nin direktoru X9 ilə İddiaçı Hüsnü oğlu arasında xx.xx.2015-cı il tarixdə bağlanmış əmək müqaviləsindən görünür ki, Aziz X3 Fındıq zavodu Laborotoriya sahəsinə sahə rəisi vəzifəsinə işə qəbul edilmişdir. Müqavilə xx.xx.2016-cı il tarixədək 1 bir il müddətinə bağlanmışdır. İşdə olan “X11 Məhsulları” MMC-nin direktoru X9 ilə İddiaçı Hüsnü oğlu arasında xx.xx.2016-cı il tarixdə bağlanmış əmək müqaviləsindən görünür ki, Aziz X3 Fındıq zavodu Laborotoriya sahəsinə sahə rəisi vəzifəsinə işə qəbul edilmişdir. Müqavilə xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək bağlanmışdır. İşdə olan İddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdə “X11 Məhsulları” MMC-nin direktoru Muhammed Gözələ ünvanlanmış ərizədən görünür ki, o, xx.xx.2018-ci il tarixdən öz xahişi ilə işdən azad edilməsini xahiş etmişdir. İşdə olan xx.xx.2018-ci il tarixli razılıq və təsdiqləmə vərəqəsindən görünür ki, Aziz Gökalemin xx.xx.2018-ci il tarixə qədər işlədiyi və öz xahişi ilə istefa etdiyi Müəssisədə, bu Şirkətə daxil olan iş yerilərində istifadə etmədiyi illər üçün məzuniyyət, müavinat pulunu tam və kəsirsiz olaraq aldığını təsdiq edir. Bu sahədə işlədiyi dövrlər üçün işə götürəndən heç bir alacağının qalmadığını və işləmiş olduğu Şirkətə qarşı nə indi, nə də gələcəkdə heç bir narazılıq, iddia və şikayətinin olmadığını bildirmişdir. İşdə olan “X11 Məhsulları” MMC-nin xx.xx.2018-ci il tarixli 084/K nömrəli əmrindən çıxarışdan görünür ki, Cəmiyyətin X7, X5 rəisi ilə bağlanan əmək müqaviləsinə xx.xx.2018-ci il tarixindən Azərbaycan Respublikasının ƏM-nin 69-cu maddəsinin 3-cü hissəsinə asasan (öz xahişinə əsasən) xitam verilmişdir. İşdə olan əmək kitabçalarının qeydiyyatı vərəqindən görünür ki, İddiaçı Hüsnü oğlu ******* nömrəli xx.xx.2015-ci il tarixdə açılmış əmək kitabçasını xx xxxxxxxx 2018-ci il tarixdə şəxsən imzalamaqla təhvil almışdır. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi qənaətinə gələrkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıda göstərilən maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 294-cü maddəsinin 2-ci hissəsinə əsasən kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. Həmin Məcəllənin 296-cı maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Həmin Məcəllənin 375.1-ci maddəsindən görünür ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq, məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, İddiaçı Hüsnü oğlu ilə cavabdeh “X11 Məhsulları” MMC-nin direktoru X9 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən xx.xx.2016-cı il tarixədək 1 bir il müddətinə Zaqatala Fındıq zavodu Laborotoriya sahəsinə sahə rəisi vəzifəsinə işə qəbul edilmişdir. Eyni tərəflər arasında xx.xx.2016-cı il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı Hüsnü oğlu xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək Zaqatala Fındıq zavodu Laborotoriya sahəsinə sahə rəisi vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixdə öz ərizəsi əsasında işdən azad edilmiş və “X11 Məhsulları” MMC-nin xx.xx.2018-ci il tarixli 084/K nömrəli əmrinə əsasən iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xitam verilmişdir. İddiaçı xx xxxxxxxx 2018-ci il tarixdə ******* nömrəli xx.xx.2015-ci il tarixdə açılmış əmək kitabçasını təhvil almışdır. Hazırda iddiaçı “X11 Məhsulları” MMC-nə məxsus Zaqatala Rayon Fındıq zavodunda işə bərpa olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdehin nümayəndəsi və vəkili isə iddiaçı Aziz Gökaleminin məhkəməyə müraciət etmək üçün iddia müddətini keçirməsini nəzərə alaraq, iddia müddətinin tətbiq edilməsini və iddia müddətinin keçməsi səbəbindən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı tərəfindən əmək kitabçası işdən azad edildiyi gün, yəni xx xxxxxxxx 2018-ci il tarixdə təhvil alınmışdır. İddiaçı isə hazırki iddia ərizəsi ilə məhkəməyə hüququnun pozulduğunu aşkar etdiyi gündən bir aydan çox müddət (1 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün) keçdikdən sonra, yəni xx xxxxxxxx 2019-cu il tarixdə müraciət etmişdir. Qanunvericiliyin tələbindən göründüyü kimi, əmək münasibətlərindən irəli gələn iddia müddəti bir ay təşkil etdiyindən iddiaçı həmin müddəti üzrsüz səbəbdən ötürmüş, cavabdeh isə iddia müddətinin tətbiq edilməsi ilə bağlı məhkəməyə ərizə təqdim etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı Hüsnü oğlunun cavabdeh “X10 Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı işə bərpa olunması tələbinə dair iddia ərizəsi bir aylıq iddia müddəti ötürülməklə verildiyinə görə təmin edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, apellyasiya şikayətində qeyd olunan məsələlər birinci instansiya məhkəməsi tərəfindən tam araşdırıldığından və qiymətləndirildiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin apellyasiya qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı Hüsnü oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli 2(033)-1014/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apellyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apellyasiya şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Zaqatala Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli 2(033)-1014/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. İddiaçı Hüsnü oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar