Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-622/2020 03.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X1 iclas katibliyi, Ərizəçi oğlunun iştirakı ilə Ərizəçi oğlunun «əmək stajının müəyyən olunması» tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(051)-1839/2019 nömrəli qətnaməsindən Ərizəçi oğlu tərəfindən verilmiş apelyasiya şikаyətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Ərizəçi oğlu ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, onun xx xxxx 1969-cu ildən 1971-ci ilin sentyabr ayına kimi Ağdam rayonun Mərzili kəndinin 1 May kolxozunda fəhlə vəzifəsində iş stajının olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(051)-1839/2019 nömrəli (hakimH.Mirzəliyev) qətnaməsi ilə Ərizəçi oğlunun xx xxxx 1969-cu ildən1971-ci ilin sentyabr ayına kimi Ağdam rayonu Mərzili kəndində yerləşən 1 May kolxozunda fəhlə işləməsi faktı müəyyən olunmuş hesab edilməmişdir. Qətnamədən narazı qalan Ərizəçi oğlu apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsivə tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi oğlutələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1953-cü ildə Beyləqan rayonun Təzəkənd kəndində doğulmuşdur. 1958-ci ildə Ağdam rayonun Mərzili kəndində yerləşən tam orta məktəbin 1-ci sinfinə getmiş, 1969-cu ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir. xx xxxx 1969-cu ildən 1971ci ilin sentyabr ayına kimi Ağdam rayonun Mərzili kəndində yerləşən 1 May kolxozunda fəhlə vəzifəsində işləmişdir. Hazırda özü təqaüdçüdür. Lakin, yaşadığı torpaq düşmən tərəfindən işğal olunduğuna görə onun 1969cu ilin iyun ayının 1-dən 1971-ci ilin sentyabr ayına kimi işlədiyi sənədlər Ağdam rayonun Mərzili kəndində işğal zonasında qalmışdır. Həmin sənədlər arxivə təhvil verilmədiyindən tələb olunan sənədləri təqdim edə bilməmişdir. Onun Ağdam rayonun Mərzili kəndində yerləşən 1 May kolxozunda işləyərək iş stajının olması faktını başqa qaydada müəyyən etmək mümkün deyildir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Ərizəçi oğlu apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(051)-1839/2019 nömrəli qətnaməsi əsassız və qanunsuzdur. Belə ki, Mingəçevir Şəhər Məhkəməsi iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparmadan, maddi və prosessual hüquq normalarını pozmaqla əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Ona görə də Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(051)-1839/2019 nömrəli qətnaməsi ləğv edilməli və ərizə təmin edilməlidir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasında iştirak edən Ərizəçi oğlu apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o qeyd olunan illər ərzində Ağdam rayonunun Mərzili kəndinin 1 May kolxozunda fəhlə işləməsinə baxmayaraq bu barədə əmək kitabçasında qeyd aparılmamışdır. Ona görə də məhkəmə kollegiyasından apelyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ərizənin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq,maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir.Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlıikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinin Ərizəçi oğluna ünvanladığı xx xxxxx 2019-cu il tarixli cavab məktubundan görünür ki, Ərizəçi xx xxxxxx 2016-cı il tarixdə yaşa görəəmək pensiyası təyin edilən zaman təqdim etdiyi iş fəaliyyətini özündə əks etdirən 1977-ci il tarixdə açılmış kolxozçuların əmək kitabçasında 1969-1971ci illər yazılmamışdır. Buna görə də 1969-1971-ci illər Ərizəçi sosial sığorta stajına daxil edilməmişdir. Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mingəçevir şəhər nümayəndəliyinin xx xxxxx 2019-cu il tarixli arayışından görünür ki, Ərizəçi oğlu erməni təcavüzü nəticəsində yaşayış yeri olan Ağdam rayonunu tərk edib Mingəçevir şəhərində məskunlaşmış və hazırda Mingəçevir şəhəri, Günəşli qəsəbəsi, bağ evində yaşayır. Dövlət Arxivinin Ağdam filialının xx xxxx 2019-cu il tarixlli, 39 saylı arayışında göstərilmişdir ki, Ağdam rayon Mərzili kənd 1 May adına sovxozun 1969-1971-ci ilin sentyabr ayına kimi olan arxiv sənədləri Ağdam rayonu işğal olunduğu səbəbindən işğal altında olan ərazidə qalmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesabedirki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 306.1-ci maddəsinə görə, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-1-ci fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 307.1-ci maddəsinə görə, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması Qaydalarının 2.5-ci bəndində göstərilir ki, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən, 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir Həmin Qanununun 30.1-ci maddəsinə əsasən, əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərin isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarə etməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanları tərəfindən təyin edilir. Apelyasiya instansiyası məhkəməsi hesab edir ki, ərizəçinin apelyasiya şikayətində göstərilən dəlillər əsassızdır və qətnamənin ləğvi üçün əsas ola bilməz.Əvvəla ona görə ki, ərizəçi xx xxxx 1969-cu ildən 1971-ci ilin sentyabr ayına kimi Ağdam rayonun Mərzili kəndinin 1 May kolxozunda fəhlə işləməsini bildirsə də buna dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, məhkəmə tərəfindən təklif olunduqda isə işdə şahidlərin əmək kitabçalarının olduğunu bildirmişdir. Lakin həmin şahidlər ümumiyyətlə birinci instansiya məhkəməsində dindirilməmiş, apelyasiya instansiya məhkəməsinə isə gətirilməmişdir. İkincisi, ərizəçi tərəfindən məhkəməyə təqdim olunan şahidlərin əmək kitabçası (ifadələri) məhz bu xarakterli mübahisə üçün mötəbər hesab edilə bilməz. Çünki, şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübut etmə predmetinə daxil olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlumat mənbələrindən aldığı və qanunvericiliklə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan maraqlı olma dedikdə iş üzrə ərizəçi ilə yaxın qohumluq və tanışlıq münasibətlərinin olmasıdır. Qeyd olunan əmək kitabçalarına nəzər saldıqda isə həmin əmək kitabçalarında göstərilmiş illərin ümumiyyətlə ərizəçinin mübahisələndirdiyi 1969-1971-ci illərlə üst-üstə düşmədiyi, eləcə də həmin illəri əhatə etmədiyi müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Qeyd olunanlara əsasən məhkəməkollegiyasıhesabedirki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətindəgöstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Ərizəçi oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(051)-1839/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-622/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-622/2020
03.03.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver