Məhkəmə qərarları › İş №2(107)-627/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-627/2020

20.02.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-627/2020 20.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu, Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tаrixli, 2(046)-2873/2017 saylı qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Göyçay rayon notariat kontoru, X3 və X1 qarşı iddia qaldıraraq mərhum atası X2 miras qalmış, ünvan 1 A saylı ünvanda yerləşən 4 saylı 3 otaqlı mənzilin, Göyçay rayonunun Cəyirli kəndində yerləşən yaşayış məntəqəsi təyinatlı 0,0116 ha və 120 kvm torpaq sahələrinin qanun üzrə birinci növbə vərəsələr kimi onun və cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 arasında bərabər bölünərək hər birimizin ¼ hissə paylarının olmasının müəyyən edilməsi, onun və cavabdehlərin hər birinə miras əmlakların ¼ hissəsinə mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tаrixli, 2(046)-2873/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı Göyçay rayonunun Cəyirli kəndində yerləşən yaşayış məntəqəsi təyinatlı 0,0116 ha torpaq sahəsinin 1/8 hissəsinə, ünvan 3 A saylı ünvanda yerləşən 4 saylı 3 otaqlı mənzilin ¼ hissəsinə vərəsəlik hüququ və həmin hüquq əsasında onun bu hissələrə mülkiyyət hüququnun tanınması, iddianın qalan hissədə rədd edilməsi və iş üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun 5 (beş) manatı cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs həmin qətnamədən apelyasiya şikayəti vermişdir. Apelyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, ünvan 4 ünvanda yaşayan X4 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar Rayon Ərazi İdarəsinin xx.xx.2014-cü il tarixli, 27/254 nömrəli arayışına və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar Rayon Ərazi İdarəsinin xx.xx.2008-ci il tarixli MH- ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Göyçay rayonunun Cəyirli kəndi ərazisində yerləşən 0,0116 ha. torpaq sahəsindən 46,8 kvadrat metr torpaq sahəsini xx xxxxxx 2014-cü il tarixdə Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi ilə ona, Göyçay rayonunun Çaxırlı kənd sakini Maraqlı şəxs satmışdır. Həmin xx xxxxxx 2014-cü il tarixli Daşınmaz Əmlakın Alqı- Satqı Müqaviləsi Göyçay rayon Notariat Kontorunun notariusu Nəcəfli P.Ə tərəfindən təsdiq edilmiş və Reyestrdə 4Ə-117 nömrə ilə qeyd edilmişdir. O xx xxxxxxx 2019-cu il tarixdə Göyçay Notariat Kontorunun 4Ə-117 nömrəli xx xxxxxx 2014cü il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi əsasında ona satılmış 0.00468 ha. torpaq sahəsi üzərində Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın və Texniki pasportun hazırlanaraq verilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X9 ərizə ilə müraciət etmişdir. 16 saylı X8 rəisi cənab Ayxan Səfərovun ona ünvanladığı xx xxxxxx 2019-cu il tarixli **********81 nömrəli cavab məktubuda qeyd etmişdir ki, araşdırma zamanı Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(046)-2873/2017 saylı qətnaməsi ilə İddiaçı iddia tələbinin təmin edildiyi, Göyçay rayonunun Cəyirli kəndində yerləşən yaşayış məntəqəsi təyinatlı 0,0116 ha. torpaq sahəsinin 1/8 hissəsinə vərəsəlik hüququnun və həmin hüquq əsasında onun bu hissəyə mülkiyyət hüququnun tamndığı, həmçinin həmin qətnamənin qanuni qüvvəsini aldıqdan sonra icra olunması məqsədi ilə xx.xx.2018-ci il tarixli məktubla Daşınmaz Əmlakın Xidmətinin 16 saylı X9 göndərildiyi məlum olmuşdur. Qeyd olunanlara əsasən ərizənin icrası mümkün olmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X8 rəisi cənab Ayxan Səfərovun ona ünvanladığı xx xxxxxx 2019-cu il tarixli **********81 nömrəli cavab məktubu və həmin məktuba əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(046)-2873/2017 saylı qətnaməsinin surəti ona rəsmi şəkildə poçt vasitəsi ilə xx xxxxxx 2019-cu ildə təqdim edilmişdir. Bundan sonra onun Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tаrixli, 2(046)-2873/2017 saylı qətnаməsindən xəbəri olmuşdur. Ona görə də apelyasiya şikayəti təmin edilməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tаrixli, 2(046)-2873/2017 saylı qətnаməsi İddiaçı Göyçay rayonunun Cəyirli kəndində yerləşən yaşayış məntəqəsi təyinatlı 0,0116 ha torpaq sahəsinin 1/8 hissəsinə vərəsəlik hüququ və həmin hüquq əsasında onun bu hissəyə mülkiyyət hüququnun tanınması hissəsində ləğv edilməli, iddia həmin hissədə rədd edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Hüquqlarına toxunan şəxs Maraqlı şəxs məhkəmə kollegiyasına teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər heç bir üzürlü səbəblər göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tаrixli, 2(046)-2873/2017 saylı qətnаməsi İddiaçı Göyçay rayonunun Cəyirli kəndində yerləşən yaşayış məntəqəsi təyinatlı 0,0116 ha torpaq sahəsinin 1/8 hissəsinə vərəsəlik hüququ və həmin hüquq əsasında onun bu hissəyə mülkiyyət hüququnun tanınması hissəsində ləğv edilməli, iddia həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.2-ci maddəsinə əsasən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tаrixli, 2(046)-2873/2017 saylı qətnaməsi İddiaçı Göyçay rayonunun Cəyirli kəndində yerləşən yaşayış məntəqəsi təyinatlı 0,0116 ha torpaq sahəsinin 1/8 hissəsinə vərəsəlik hüququ və həmin hüquq əsasında onun bu hissəyə mülkiyyət hüququnun tanınması hissəsində mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya dəlilləri həcmində yoxlamağı zəruri hesab edir. Bu mövqe həm də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı Göyçay rayonunun Cəyirli kəndində yerləşən yaşayış məntəqəsi təyinatlı 0,0116 ha torpaq sahəsinin 1/8 hissəsinə vərəsəlik hüququ və həmin hüquq əsasında onun bu hissəyə mülkiyyət hüququnun tanınması hissəsində gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, X4 (miras qoyan) Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar Rayon Ərazi İdarəsinin xx.xx.2014-cü il tarixli, 27/254 nömrəli arayışına və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar Rayon Ərazi İdarəsinin xx.xx.2008-ci il tarixli MH- ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Göyçay rayonunun Cəyirli kəndi ərazisində yerləşən 0,0116 ha. torpaq sahəsindən 46,8 kvadrat metr torpaq sahəsini xx xxxxxx 2014-cü il tarixdə Daşınmaz Əmlakın Alqı- Satqı Müqaviləsi ilə Maraqlı şəxs satmışdır. Həmin xx xxxxxx 2014-cü il tarixli alqı-satqı müqaviləsi Göyçay rayon Notariat Kontorunun notariusu Nəcəfli P.Ə tərəfindən təsdiq edilmiş və Reyestrdə 4Ə-117 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Həmin Məcəllənin 648.2-ci maddəsinə əsasən satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir. Mülki Məcəllənin 152.1-ci maddəsi mülkiyyət hüququnu subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ kimi müəyyənləşdirmişdir. V.Q. Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edilir; Mülki qanunvericiliyin göründüyü kimi, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında ifadə etdiyi hüquqi mövqeyini bir daha təsdiq edir ki, daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir (Konstitusiya Məhkəməsi Plenumunun “F.Ə. Hüseynovun və A.Ə. Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2004-cü il tarixli qərarı). Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı iş üzrə xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apelyasiya şikayəti əsaslıdır. Belə ki, X4 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar Rayon Ərazi İdarəsinin xx.xx.2014-cü il tarixli, 27/254 nömrəli arayışına və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar Rayon Ərazi İdarəsinin xx.xx.2008-ci il tarixli MH- ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Göyçay rayonunun Cəyirli kəndi ərazisində yerləşən 0,0116 ha. torpaq sahəsindən 46,8 kvadrat metr torpaq sahəsini xx xxxxxx 2014-cü il tarixdə Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi ilə Maraqlı şəxs satmışdır. Həmin xx xxxxxx 2014-cü il tarixli alqı-satqı müqaviləsi Göyçay rayon Notariat Kontorunun notariusu Nəcəfli P.Ə tərəfindən təsdiq edilmiş və Reyestrdə 4Ə-117 nömrə ilə qeyd edilmişdir. Yəni Göyçay rayonunun Cəyirli kəndi ərazisində yerləşən 0,0116 ha. torpaq sahəsindən 46,8 kvadrat metr torpaq sahəsi xx xxxxxx 2014-cü il tarixdə Maraqlı şəxs tərəfindən alınmışdır. Həmin torpaq sahəsi artıq onun istifadəsində olmuşdur. Miras qoyan həmin torpaq sahəsini öz sağlığında özgəninkiləşdirdiyindən miras kütləsinə daxil edilə bilməz. Ona görə də Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tаrixli, 2(046)-2873/2017 saylı qətnаməsi İddiaçı Göyçay rayonunun Cəyirli kəndində yerləşən yaşayış məntəqəsi təyinatlı 0,0116 ha torpaq sahəsinin 1/8 hissəsinə vərəsəlik hüququ və həmin hüquq əsasında onun bu hissəyə mülkiyyət hüququnun tanınması hissəsində ləğv edilməli, iddia həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin sözügedən qətnaməsindən verilmiş apelyasiya şikayətinin təmin edilməsinə kifayət qədər əsas var. Sadalanan xüsusatları nəzərə alaraq məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, Göyçay Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnaməni İddiaçı Göyçay rayonunun Cəyirli kəndində yerləşən yaşayış məntəqəsi təyinatlı 0,0116 ha torpaq sahəsinin 1/8 hissəsinə vərəsəlik hüququ və həmin hüquq əsasında onun bu hissəyə mülkiyyət hüququnun tanınması hissəsində maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tаrixli, 2(046)-2873/2017 saylı qətnаməsi İddiaçı Göyçay rayonunun Cəyirli kəndində yerləşən yaşayış məntəqəsi təyinatlı 0,0116 ha torpaq sahəsinin 1/8 hissəsinə vərəsəlik hüququ və həmin hüquq əsasında onun bu hissəyə mülkiyyət hüququnun tanınması hissəsində ləğv edilməli, iddia həmin hissədə rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tаrixli, 2(046)-2873/2017 saylı qətnaməsi İddiaçı Göyçay rayonunun Cəyirli kəndində yerləşən yaşayış məntəqəsi təyinatlı 0,0116 ha torpaq sahəsinin 1/8 hissəsinə vərəsəlik hüququ və həmin hüquq əsasında onun bu hissəyə mülkiyyət hüququnun tanınması hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddia həmin hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar