Məhkəmə qərarları › İş №2(107)-629/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-629/2024

30.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-629/2024 30.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Zaqatala Rayon 2 saylı Notariat Ofisinin xüsusi notariusu X8 qarşı (açar sözlər: Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Cavadova Günay İsmayıl qızı və X26 ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - İddiaçı, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər - X20 və X9 iştirakları ilə, İddiaçı cavabdeh Zaqatala Rayon 2 saylı Notariat Ofisinin xüsusi notariusu X8 qarşı “vərəsəlik hüququnun müəyyən edilməsi tələbinə dair” mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tаrixli, e-2(033)-55/2024 saylı qətnаməsindən üçüncü şəxs X20 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İş materiallarında olan A3 seriyalı ******* nömrəli Doğum haqqında Şəhadətnamədən görünür ki, 8 aprel 1966-cı il tarixdə anadan olmuş İddiaçı anası X15, atası X10r.

2. İş materiallarında olan AZ-İ seriyalı 623080 nömrəli Ölüm haqqında Şəhadətnamədən görünür ki, X16 xx.xx.2013-cü il tarixdə ölmüşdür.

3. İş materiallarında olan Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Lahıc kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.2013-cü il tarixədək Zaqatala rayonu Lahıc kəndində yaşamış X4 qızı-Məmmədova (Şahmurova) Aynaxanım Abdulhəmid qızı, qızı- Əliyeva (Şahmurova) Yaqut Abdulhəmid qızı, oğlu-X21, qızı- X13, oğlu-X22 və qızı- İddiaçı adında varisləri qalmışdır.

4. İş materiallarında olan Zaqatala Rayon 2 saylı Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış 07 dekabr 2022-ci il tarixli məktubdan görünür ki, ona anası X2 miras qalmış əmlaklara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsindən müddətin ötürülməsi əsası ilə imtina edilmişdir.

5. İş materiallarında olan Lahıc Bələdiyyəsi tərəfindən 06 dekabr 2022-ci il tarixdə verilmiş 61 nömrəli arayışdan görünür ki, X4 adına Fövqəladə Hallar Nazirliyi tərəfindən 2012-ci ildə tikilən əmlakın (evin) 2021 və 2022-ci illərin əmlak vergisi, eyni zamanda mərhumun adında olan torpağın 2021 və 2022-ci illərin torpaq vergisi İddiaçı tərəfindən ödənilmişdir.

6. İş materiallarında olan 05 dekabr 2022-ci il tarixdə şahidlərin iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, aktı tərtib edənlər mərhum X11 məxsus yaşayış evi olan həyətyanı sahədə onun qızı X5 2022-ci ildə öz vəsaiti hesabına yaşayış sahəsi 55 kv/m olan 1 (bir) mərtəbəli dəyəri 7 (yeddi) min manat olan yaşayış evini tikməsini təsdiq etmişdirlər.

7. İş materiallarında olan X3 tərəfindən verilmiş və Ryazan notariat dairəsinin notariusu X33 tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş ərizədən görünür ki, X3 xx.xx.2013-cü il tarixdə vəfat etmiş anası X2 miras qalmış əmlakı qəbul etməmişdir, miras qalmış əmlakı faktiki olaraq idarə etməmişdir, mirasa onun nədən ibarət olmasından və harada yerləşməsindən asılı olmayaraq iddia etmir və vərəsəlik hüquqlarını rəsmiləşdirmək niyyətində deyil. Miras əmlakın 09 aprel 1966-cı il tarixdə anadan olmuş İddiaçı adına rəsmiləşdirilməsinə etiraz etmir. Miras əmlakın qəbulu ilə əlaqədar müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəyini qeyd etmişdir.

8. İş materiallarında olan X25 tərəfindən verilmiş və Ryazan notariat dairəsinin notariusu X33 tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş ərizədən görünür ki, X25 xx.xx.2013-cü il tarixdə vəfat etmiş anası X2 miras qalmış əmlakı qəbul etməmişdir, miras qalmış əmlakı faktiki olaraq idarə etməmişdir, mirasa onun nədən ibarət olmasından və harada yerləşməsindən asılı olmayaraq iddia etmir və vərəsəlik hüquqlarını rəsmiləşdirmək niyyətində deyil. Miras əmlakın 09 aprel 1966-cı il tarixdə anadan olmuş İddiaçı adına rəsmiləşdirilməsinə etiraz etmir. Miras əmlakın qəbulu ilə əlaqədar müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəyini qeyd etmişdir.

9. İş materiallarında olan X13 tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə verilmiş ərizədən görünür ki, o anası X2 miras qalmış əmlakda payından bacısı İddiaçı xeyrinə imtina etmişdir.

10. İş materiallarında olan X21 tərəfindən məhkəməyə verilmiş ərizədən görünür ki, o torpaq sahələrindən ona düşən paydan qardaşı X12 xeyrinə imtina etmişdir.

11. İş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair JN-404H KOD40211018 nömrəli şəhadətnamədən görünür ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarına əsasən Zaqatala rayonu Lahıc kəndində yerləşən 0,16 hektar torpaq sahəsi X14 mülkiyyətinə verilmişdir.

12. İş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair JN-404İ KOD40211018 nömrəli şəhadətnamədən görünür ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarına əsasən Zaqatala rayonu Lahıc kəndində yerləşən 0,05 hektar torpaq sahəsi X14 mülkiyyətinə verilmişdir.

13. İş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair JN-404G KOD40211018 nömrəli şəhadətnamədən görünür ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarına əsasən Zaqatala rayonu Lahıc kəndində yerləşən 0,08 hektar torpaq sahəsi X14 mülkiyyətinə verilmişdir.

14. İş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair JN-404F KOD40211018 nömrəli şəhadətnamədən görünür ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarına əsasən Zaqatala rayonu Lahıc kəndində yerləşən 0,15 hektar torpaq sahəsi X14 mülkiyyətinə verilmişdir.

15. İş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair JN-404B KOD40211018 nömrəli şəhadətnamədən görünür ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarına əsasən Zaqatala rayonu Lahıc kəndində yerləşən 0,12 hektar torpaq sahəsi X14 mülkiyyətinə verilmişdir.

16. İş materiallarında olan Zaqatala Rayon 2 saylı Notariat Ofisinin 22 aprel 2024-cü il tarixli, 462 nömrəli məktubundan görünür ki, X16 20 sentyabr 2013-cii ildə vəfat etmişdir. Mərhumun qızı İddiaçı 2022-ci ilin yayında anasından qalmış Zaqatala rayonu, Lahıc kəndində yerləşən fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsilə bağlı onlara müraciət etmişdir. Notariat ofisinə təqdim olunan sənədlərə əsasən müəyyən olunmuşdur ki, X4 ölümündən sonra 6 ay ərzində vərəsəliyin qəbulu ilə bağlı notariat ofisinə müraciət olunmamışdır. Qalan əmlaka dair mirasın qəbulu üçün müəyyən olunmuş müddət ötürüldüyünə görə tərəflərindən heç bir əməliyyat aparılmamışdır.

II. İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

17. İddiaçı iddia ərizəsi ilə müraciət edərək mərhum anası X2 miras qalmış Zaqatala rayonu Lahıc kəndində yerləşən, torpağın mülkiyyətə verilməsinə dair JN-404H nömrəli şəhadətnaməyə əsasən 0.16 ha torpaq sahəsi, torpağın mülkiyyətə verilməsinə dair JN- 404İ nömrəli şəhadətnaməyə əsasən 0.05 ha torpaq sahəsi, torpağın mülkiyyətə verilməsinə dair JN404G nömrəli şəhadətnaməyə əsasən 0,08 ha torpaq sahəsi, torpağın mülkiyyətə verilməsinə dair JN-404F nömrəli şəhadətnaməyə əsasən 0.15 ha torpaq sahəsi və torpağın mülkiyyətə verilməsinə dair JN-404B nömrəli şəhadətnaməyə əsasən 0.12 ha torpaq sahəsindən ibarət olan miras əmlakı üzərində onun vərəsəlik payının tam 4/6 olaraq müəyyən edilməklə onun mülkiyyətinə verilməsini xahiş etmişdir.

18. İddia ərizəsi işin yuxarıda göstərilən faktiki halları ilə əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, anası X4 vəfatından sonra onun altı nəfər vərəsəsi, qızı- Məmmədova (Şahmurova) Aynaxanım Abdulhəmid qızı, qızı-Əliyeva (Şahmurova) Yaqut Abdulhəmid qızı, oğlu-X21, qızıX13, oğlu-X22 və o qalmışdır. Bacıları Məmmədova (Şahmurova) Aynaxanım Abdulhəmid qızı və Əliyeva (Şahmurova) Yaqut Abdulhəmid qızı hazırda Rusiya Federasiyasında yaşayırlar və miras əmlakının onlara düşən hissəsinin ona verilməsinə etiraz etməmişdirlər. Digər bacısı X13 da öz payını ona vermişdir və onun xeyrinə öz payından imtina etmişdir. Ona görə də, miras əmlakın 4/6 hissəsi onun payı olaraq müəyyən edilməlidir.

19. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdiyini, iddiasının təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, payına düşən torpaqların qanun çərçivəsində bölünməsini istəyir. Qanunsuz heç nə istəmir. Haqqını tələb edir.

20. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək bildirmişdir ki, iş üzrə tərəflərin anaları olan X16 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra mülkiyyətində olan JN- 404H, JN-404İ, JN-404G, JN-404F və JN-404B saylı şəhadətnamələrə əsasən torpaq sahələri miras qalmışdır. Yasəmən Şahmurovanın 6 vərəsəsi - 4 qızı və 2 oğlu olmuşdur. Əvvəlki məhkəmə iclaslarında bu vərəsələrdən 3 bacı yazılı şəkildə öz münasibətlərini bildirərək öz paylarından bacıları olan İddiaçı xeyrinə imtina etmişdirlər. Qeyd edilən 6 paydan 2 pay qalmışdır. Odur ki, iddianın təmin olunaraq iddiaçının öz payı ilə birlikdə 4/6 hissənin iddiaçının mülkiyyətinə verilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir.

21. Birinci instansiya məhkəməsi tərəfindən üçüncü şəxs qismində cəlb edilmiş X23 bildirmişdir ki, o, öz payını qardaşı Şahmurov Mayisə vermişdir. Qanun çərçivəsində iddiaçıya düşən payın verilməsinə etiraz etmir. Lakin bütün torpaqların sənədləri tam hazır olduqdan sonra bölünməsinə razılıq verir.

22. Birinci instansiya məhkəməsi tərəfindən üçüncü şəxs qismində cəlb edilmiş X24 iddia tələbinə münasibət bildirərək qeyd etmişdir ki, iddianı qəbul edir, bir şərtlə ki, iddiaçı həyətə girməyəcək. Qanunla iddiaçıya düşən payın verilməsinə etiraz etmir.

23. Zaqatala Rayon Məhkəməsinin (hakim Tural Həsənov) 30 yanvar 2024-cü il tаrixli, e-2(033)-55/2024 saylı qətnaməsi ilə iddia təmin edilərək mirasqoyan X4 mülkiyyətində olmuş Zaqatala rayon Lahıc kəndində yerləşən Torpağın mülkiyyətə verilməsinə dair JN-404H nömrəli Şəhadətnamədə göstərilən 0.16 ha torpaq sahəsi, Torpağın mülkiyyətə verilməsinə dair JN-404İ nömrəli Şəhadətnamədə göstərilən 0.05 ha torpaq sahəsi, Torpağın mülkiyyətə verilməsinə dair JN-404G nömrəli Şəhadətnamədə göstərilən 0,08 ha torpaq sahəsi, Torpağın mülkiyyətə verilməsinə dair JN-404F nömrəli Şəhadətnamədə göstərilən 0.15 ha torpaq sahəsi və Torpağın mülkiyyətə verilməsinə dair JN-404B nömrəli Şəhadətnamədə göstərilən 0.12 ha torpaq sahəsindən ibarət olan miras əmlak üzərində hər bir torpaq sahəsinə ayrı-ayrılıqda İddiaçı 4/6 hissədə payın müəyyən edilməsi və miras əmlakın həmin hissəsinin İddiaçı mülkiyyətinə verilməsi, İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 100 (bir yüz) manatın özünə aid edilməsi qət edilmişdir.

24. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, xx.xx.2013-cü il tarixdə vəfat etmiş miras qoyan X16 vəsiyyətnamə qoymamışdır və onun ölümündən sonra qanun üzrə birinci növbədən olan 6 vərəsəsi qalmışdır. xx.xx.2013-cü il tarixdə vəfat etmiş miras qoyan X4 vərəsələrindən olan X3, X25 və X13 xx.xx.2013-cü il tarixdə vəfat etmiş miras qoyan X4 vərəsəsi olan İddiaçı xeyrinə miras əmlakdan imtina etmişdir. İddiaçı isə mirasdan qanunla müəyyən edilmiş qaydada imtina etməmiş, ona görə də, mirası qəbul etmiş vərəsə sayılmalıdır.

25. Məhkəmə hesab etmişdir ki, mülki qanunvericilikdə belə imtina (üçüncü şəxslərə münasibətdə) nəzərdə tutulduğundan xx.xx.2013-cü il tarixdə vəfat etmiş miras qoyan X11 məxsus olmuş miras əmlakın kütləsindən onun vərəsələri olan X3, X25 və X6 düşən paylara münasibətdə də İddiaçı vərəsəlik hüququ müəyyən edilməli və miras əmlakın həmin hissəsinə münasibətdə də İddiaçı pay almalıdır.

26. Məhkəmə hesab etmişdir ki, iddiaçının tələbi tam qanuni və əsaslı olduğundan təmin edilməli, xx.xx.2013-cü il tarixdə vəfat etmiş mirasqoyan X4 mülkiyyətində olmuş Zaqatala Rayon Lahıc kəndində yerləşən Torpağın mülkiyyətə verilməsinə dair JN-404H nömrəli Şəhadətnamədə göstərilən 0.16 ha torpaq sahəsi, Torpağın mülkiyyətə verilməsinə dair JN-404İ nömrəli Şəhadətnaməyə göstərilən 0.05 ha torpaq sahəsi, Torpağın mülkiyyətə verilməsinə dair JN-404G nömrəli Şəhadətnamədə göstərilən 0,08 ha torpaq sahəsi, Torpağın mülkiyyətə verilməsinə dair JN-404F nömrəli Şəhadətnamədə göstərilən 0.15 ha torpaq sahəsi və Torpağın mülkiyyətə verilməsinə dair JN-404B nömrəli Şəhadətnamədə göstərilən 0.12 ha torpaq sahəsindən ibarət olan miras əmlak üzərində İddiaçı 4/6 hissədə payı müəyyən edilməli və miras əmlakın iddiaçıya düşən hissəsi İddiaçı mülkiyyətinə verilməlidir.

27. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133, 1134.1, 1145, 1146, 1151.1, 1159.1.1, 1243.1, 1243.2, 1243.3, 1255, 1256, 1262, 1273, 1301 və 1321.1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.2 və 217.4-cü maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarının 1 və 3-cü bəndlərinə istinad etməklə əsaslandırmışdır.

28. Zaqatala Rаyоn Məhkəməsinin 30 yanvar 2024-cü il tаrixli, e-2(033)-55/2024 saylı qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X20 tərəfindən apellyasiya şikayəti verilmişdir.

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

29. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, o, İddiaçı iddia taləbinə münasibət bildirərək iddianı qəbul etmişdir, bir şərtlə ki, iddiaçı həyətə girməyəcək. Qanunla İddiaçı düşən payın verilməsinə etiraz etməmişdir. Qeyd edir ki, qətnamənin qət etdi hissəsində qeyd olunan torpağın mülkiyyətə verilməsinə dair JN-404F nömrəli şəhadətnamədə torpaq sahəsi 0.15 ha qeyd olunsa da, faktiki olaraq həmin torpaq sahəsi 0.12 ha təşkil etmişdir. Həmin torpaq sahəsi onun mülkiyyətindədir. Lakin qeyd olunan şəhadətnamə mərhum anasının adına işlənmişdir. Həmin halın dəqiqləşdirilməsi üçün X34 müvafiq arayışın tələb olunması barədə məhkəmədə şifahi vəsatət versə də, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78.2-ci maddəsinin tələbini pozmaqla vəsatətini təmin etməmişdir. Bundan başqa, məhkəmə mübahisəli torpaq sahələrinə baxış keçirməmişdir. İş üçün əhəmiyyət kəsb edən ekspertiza təyin etməməklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 87.2-ci maddəsinin tələblərini pozmuşdur. Nəticədə onun mülkiyyət hüququ pozulmuşdur. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1.2 və 78.2-ci maddələrinin tələblərini pozmuşdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, qiymət verməmiş və tətbiq edilməli hüquq normalarını tətbiq etməmiş və tətbiq etdiyi hüquq normasını düzgün tövsif etməmiş və müvafiq olaraq düzgün qiymət verməmişdir. Məhkəmənin gəldiyi nəticə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmaması nəticəsində əldə olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən hesab etmişdir ki, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun deyildir. Ona görə də Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357-362-ci maddələrinə əsasən Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(033)- 55/2024 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

31. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X20 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.

32. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və Zaqatala Rаyоn Məhkəməsinin 30 yanvar 2024-cü il tаrixli, e- 2(033)-55/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

33. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X21 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

34. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Zaqatala Rayon 2 saylı Notariat Ofisinin xüsusi notariusu X17 və digər üçüncü şəxslər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, cavabdehin və digər üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

35. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası:

36. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

37. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

38. Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

39. Maddə 1133. Ölmüş şəxsin (mirаs qоyаnın əmlаkı bаşqа şəxslərə (vərəsələrə) qаnun üzrə və yа vəsiyyət üzrə və yа hər iki əsаslа keçir. Qаnun üzrə vərəsəlik (ölmüş şəxsin əmlаkının qаnundа göstərilmiş şəxslərə keçməsi) о zаmаn qüvvədə оlur ki, mirаs qоyаn vəsiyyətnаmə qоymur, yаxud vəsiyyətnаmə tаmаmilə və yа qismən etibаrsız sаyılır.

40. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər.

41. Maddə 1159.1. Əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: - 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). - 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. - 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.

42. Maddə 1160. Əvvəlki növbənin vərəsələrindən, heç оlmаzsа, birinin mövcudluğu sоnrаkı növbənin vərəsəliyini istisnа edir.

43. Maddə 1145. Mirаs fiziki şəxsin ölümü və yа məhkəmə tərəfindən ölmüş elаn edilməsi ilə аçılır.

44. Maddə 1146. Mirаs qоyаnın öldüyü gün və yа fiziki şəxsin ölmüş elаn edilməsi bаrədə məhkəmə qаrаrının qüvvəyə mindiyi gün mirаsın аçıldığı vаxt sаyılır.

45. Maddə 1243.1. Mirаsı istər qаnun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

46. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

47. Maddə 1243.2. Mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

48. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

49. Maddə 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər.

50. Maddə 1257.1. Hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir.

51. Maddə 1262. Əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın.

52. Maddə 1268.1. Vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz.

53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarı.

54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarı. - 1-ci bənd. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. - 3-cü bənd. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

55. Maddə 14.2-ci Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

56. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

57. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

58. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

59. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

60. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

61. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

62. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

63. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

64. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

65. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

66. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: - 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; - 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; - 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; - 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

VI. Apellyasiya məhkəməsinin mövqeyi

67. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, işin hallarını və tərəflər arasındakı qarşılıqlı münasibətləri araşdırıb, iş üzrə toplanmış sübutları tədqiq edib hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və Zaqatala Rаyоn Məhkəməsinin 30 yanvar 2024-cü il tаrixli, e-2(033)-55/2024 saylı qətnaməsi ləğv edilməlidir.

68. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

69. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

70. Müəyyən edilmişdir ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarına əsasən Zaqatala Rayonu Lahıc kəndində yerləşən 0,05 ha 0,15 ha, 0,16 ha, 0,12 ha və 0,08 ha torpaq sahələri X4 mülkiyyətinə verilmişdir. X16 xx.xx.2013-cü il tarixdə vəfat etmiş və onun vəfatından sonra qızı- Məmmədova (Şahmurova) Aynaxanım Abdulhəmid qızı, qızıƏliyeva (Şahmurova) Yaqut Abdulhəmid qızı, oğlu-X21, qızı- X13, oğlu-X22 və qızıX32 qızı adında 6 vərəsəsi qalmışdır. xx.xx.2013-cü il tarixdə vəfat etmiş miras qoyan X4 vərəsələrindən olan X3 və X25 xx.xx.2023cü il tarixdə notarial qaydada təsdiq edilmiş ərizələrlə miras əmlakda paylarından imtina etmişlər və həmin əmlakın İddiaçı adına rəsmiləşdirilməsinə etirazlarının olmadığını bildirmişdirlər. Miras qoyan X4 vərəsəsi olan İddiaçı miras əmlakı qəbul etmək məqsədi ilə mirasın açıldığı yer üzrə Zaqatala Rayon 2 saylı Notariat Ofisinə müraciət etmiş, lakin iddiaçı tərəfindən mirasın qəbulu üçün nəzərdə tutulmuş 6 aylıq müddət ötürüldüyü əsası ilə ona miras əmlaka dair şəhadətnamə verilməsindən imtina edilmişdir. xx.xx.2013-cü il tarixdə vəfat etmiş miras qoyan X2 miras qalmış əmlak üzərində vərəsəlik payının müəyyən edilməsi məqsədi ilə iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən üçüncü şəxs qismində cəlb edilmiş miras qoyanın vərəsəsi olan X13 da İddiaçı xeyrinə, X21 isə X12 xeyrinə miras əmlakda paylarından imtina etmişdirlər. Birinci instansiya məhkəməsi iş üzrə çıxartdığı qətnamə ilə mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Qətnamədən narazı qalan üçüncü şəxs X20 apellyasiya şiakyəti vermişdir.

71. Mübahisəni həll edən birinci istansiya məhkəməsi qeyd etmişdir ki, xx.xx.2013-cü il tarixdə vəfat etmiş miras qoyan X16 vəsiyyətnamə qoymamışdır və onun ölümündən sonra qanun üzrə birinci növbədən olan 6 vərəsəsi qalmışdır. Miras qoyan X4 vərəsələrindən olan X3, X25 və X1 Şahmurovanın digər vərəsəsi olan İddiaçı xeyrinə miras əmlakdan imtina etmişlər. İddiaçı isə mirasdan qanunla müəyyən edilmiş qaydada imtina etməmiş, ona görə də, mirası qəbul etmiş vərəsə sayılmalıdır. Mülki qanunvericilikdə belə imtina (üçüncü şəxslərə münasibətdə) nəzərdə tutulduğundan məhkəmə hesab edir ki, xx.xx.2013-cü il tarixdə vəfat etmiş miras qoyan X11 məxsus olmuş miras əmlakın kütləsindən onun vərəsələri olan X3, X25 və X6 düşən paylara münasibətdə də İddiaçı vərəsəlik hüququ müəyyən edilməli və miras əmlakın həmin hissəsinə münasibətdə də İddiaçı pay almalıdır.

72. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır, ona görə ki, iddiaçının və üçüncü şəxslərin vərəsəlik hüququna, onların mirası qəbul edibetməməsi ilə deyil, mirasdan qanunla müəyyən olunmuş qaydada imtina edib-etməmələri əsasında hüquqi qiymət verilməlidir. Belə ki, mülki qanunvericilik miras açıldığı andan mirasın vərəsələrin əmlakının aktiv və passivinə daxil olduğunu nəzərdə tutur. Bununla belə, vərəsə mirasın açıldığı andan üç ay müddətində notarial formada mirasdan imtina edə bilər. Vərəsə mirasdan imtina etdikdə onun mirasla bağlı hüquq və öhdəlikləri aradan qalxır. Əks halda, yəni qanunla müəyyən edilmiş müddətdə və qaydada mirasdan imtina etmədikdə vərəsə kimi qalmaqda davam edir. Odur ki, şəxsin mirası qəbul etməməsinə görə onun vərəsəlik hüququndan məhrum olması barədə mövqe Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş mülkiyyət və vərəsəlik hüquqlarına ziddir.

73. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, “qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. ...Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyrimüəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair Konstitusiya təminatına da xələl yetirmiş olur”. 74 . Konstitusiya Məhkəməsinin Plenumu yuxarıdakı hüquqi mövqelərin davamı olaraq, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarında göstərilmişdir ki, “Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. ...vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. ...mirasın qəbulu universal hüquq varisliyi prinsipi əsasında həyata keçirilir. Bu prinsipə müvafiq olaraq miras qoyanın ölümü ilə mirası qəbul etmiş vərəsələr onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Bu məsuliyyətin vərəsələr üçün yaradacağı çətinlikləri aradan qaldırmaq, habelə şəxslərin iradələrindən kənar vərəsə olmasının qarşısını almaq məqsədilə qanunverici mirasdan imtina hüququnu nəzərdə tutmuşdur.

75. Bununla belə, hüquqi müəyyənliyi və sabitliyi təmin etmək, vərəsələrin, habelə miras qoyanın və vərəsələrin kreditorlarının mənafeləri baxımından bu hüquqdan istifadə imkanı qanunverici tərəfindən müəyyən müddətlə məhdudlaşdırılmışdır.

76. İmtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür. Bu baxımdan mirasdan imtina institutu mülki dövriyyə iştirakçılarının hüquqlarının müdafiəsi yönümündən başda Konstitusiya olmaqla, mülki qanunvericiliyin tələblərinə daha uyğundur.

77. Vurğulanmalıdır ki, “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir. ...miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. ...mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. ... vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir”.

78. Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.

79. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma da yuxarıda göstərilən hüquqi mövqelərə və qanunvericiliyə uyğun olmadığından əsaslı sayıla bilməz.

80. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 26 iyul 2021-ci il Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir.

81. Məhkəmə kollegiyası hesab edir ki, payların müəyyən edilməsi zamanı vərəsələrdən X3, X25, X13 və X9 mirasdan imtinaya dair ərizələri də diqqətə alınmamalıdır.

82. İş materiallarından göründüyü kimi vərəsələrdən hər biri anaları X4 xx.xx.2013-cü il tarixdə vəfat etməsindən məlumatlı olsalar da, vərəsələrdən X3, X25, X13 və X21 mirasdan imtinaya dair ərizələrini analarını vəfatından bir ildən də artıq bir müddət keçdikdən sonra imzalamışlar.

83. Beləliklə, kollegiya qeyd edir ki, işdə olan sənədlər diqqətə alınmaqla mirasın açıldığı, yəni X4 öldüyü xx.xx.2013-cü il tarixdə onun birinci növbə vərəsələri İddiaçı, X3, X25, X13, X20 və X7, yəni 6 nəfərdən ibarət olmuşlar.

84. Kollegiya işin qeyd edilən hallarını nəzərə alaraq hesab edir ki, xx.xx.2013-cü il tarixdə vəfat etmiş miras qoyan X4 İddiaçı və X20 ilə yanaşı digər övladları da olduğu halda miras qoyanın mülkiyyətində olmuş əmlaklardan yalnız iki vərəsəyə pay verilməsi mülki qanunvericiliyin tələblərinə ziddir.

85. Kollegiya hesab edir ki, prossesual qənaət prinsipindən çıxış edərək, həmçinin vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həllinin məhkəmənin səlahiyyətində olması barədə Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı hüquqi mövqe nəzərə alınmaqla iddiaçı ilə yanaşı digər vərəsələrin də miras payları müəyyənləşdirilməli və vərəsələrdən hər birinin miras əmlakda 1/6 payı müəyyən edilməlidir.

86. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Torpağın mülkiyyətə verilməsinə dair JN-404F nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsinin 0.15 ha deyil, 0.12 ha təşkil etməsi və həmin torpaq sahəsinin mərhum X4 adına işlənsə də, hazırkı iş üzrə üçüncü şəxs X12 mülkiyyətində olması barədə dəlilini əsassız sayaraq qeyd edir ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. (MM, maddə 140).

87. Hazırkı vəziyyətdə miras əmlakda vərəsələrin payının ideal bölgüsün aparıldığından məhkəmə kollegiyası apellyasiya şikayətinin mübahisəli torpaq sahələrinə baxış keçirilməməsi və ekspertizanın təyin edilməməsinə dair dəllillərini də əsassız sayır.

88. “Məhkəmə qətnaməsi haqqında” Azərn payının baycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

89. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

90. Məhkəmə kollegiyası yekun olaraq bu nəticəyə gəlir ki, üçüncü şəxs X20 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Zaqatala Rаyоn Məhkəməsinin 30 yanvar 2024-cü il tаrixli, e-2(033)-55/2024 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Miras qoyan X4 mülkiyyətində olmuş Zaqatala Rayon Lahıc kəndində yerləşən Torpağın mülkiyyətə verilməsinə dair JN-404H nömrəli Şəhadətnamədə göstərilən 0.16 ha torpaq sahəsi, Torpağın mülkiyyətə verilməsinə dair JN-404İ nömrəli Şəhadətnamədə göstərilən 0.05 ha torpaq sahəsi, Torpağın mülkiyyətə verilməsinə dair JN-404G nömrəli Şəhadətnamədə göstərilən 0,08 ha torpaq sahəsi, Torpağın mülkiyyətə verilməsinə dair JN-404F nömrəli Şəhadətnamədə göstərilən 0.15 ha torpaq sahəsi və Torpağın mülkiyyətə verilməsinə dair JN-404B nömrəli Şəhadətnamədə göstərilən 0.12 ha torpaq sahəsindən ibarət olan miras əmlak üzərində hər bir torpaq sahəsinə ayrı-ayrılıqda İddiaçı, X20, X21, İddiaçı, Məmmədova (Şahmurova) Aynaxanım Abdulhəmid qızı və Əliyeva (Şahmurova) Yaqut Abdulhəmid qızının 1/6 hissədə payları müəyyən edilməli, həmin paylar onların mülkiyyətinə verilməlidir.

91. İddia tələbi qismən təmin edildiyindən kollegiya hesab edir ki, İddiaçı iddia ərizəsilə bağlı 100 manat məbləğində ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir.

92. Üçüncü şəxs X12 apellyasiya şikayəti verilməsi üçün ödədiyi 50 manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir.

93. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Üçüncü şəxs X20 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zaqatala Rаyоn Məhkəməsinin 30 yanvar 2024-cü il tаrixli, e-2(033)-55/2024 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilsin. Miras qoyan X4 mülkiyyətində olmuş Zaqatala Rayon Lahıc kəndində yerləşən Torpağın mülkiyyətə verilməsinə dair JN-404H nömrəli Şəhadətnamədə göstərilən 0.16 ha torpaq sahəsi, Torpağın mülkiyyətə verilməsinə dair JN-404İ nömrəli Şəhadətnamədə göstərilən 0.05 ha torpaq sahəsi, Torpağın mülkiyyətə verilməsinə dair JN-404G nömrəli Şəhadətnamədə göstərilən 0,08 ha torpaq sahəsi, Torpağın mülkiyyətə verilməsinə dair JN-404F nömrəli Şəhadətnamədə göstərilən 0.15 ha torpaq sahəsi və Torpağın mülkiyyətə verilməsinə dair JN-404B nömrəli Şəhadətnamədə göstərilən 0.12 ha torpaq sahəsindən ibarət olan miras əmlak üzərində hər bir torpaq sahəsinə ayrı-ayrılıqda İddiaçı, X20, X21, İddiaçı, Məmmədova (Şahmurova) Aynaxanım Abdulhəmid qızı və Əliyeva (Şahmurova) Yaqut Abdulhəmid qızının 1/6 hissədə payları müəyyən edilsin, həmin paylar onların mülkiyyətinə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Hazırkı mülki iş üzrə ödənilmiş dövlət rüsumları həmin dövlət rüsumlarını ödəmiş şəxslərə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar