Məhkəmə qərarları › İş №2(107)-629/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-629/2025

19.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-629/2025 19.06.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiаçı İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən cavabdehin çıxarılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən cavabdehin çıxarılma tələbi, qüvvə) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X2 ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən cavabdehin çıxarılması” tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, 2(014)-16/2025 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı Cavabdeh zəbt olunmuş torpaq sahəsindən cavabdehin çıxarılmasını tələb edir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiаçı İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən cavabdehin çıxarılması” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh zəbt etdiyi, Ağdaş rayonu Ərəb kəndində yerləşən və mülkiyyətində olan 1.0987 ha torpaq sahəsinin 0.35 ha hissəsindən cavabdehin çıxarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini хаhiş еtmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş rayonu Ərəb kəndi ərazisində yerləşən 1.0987 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini xx.xx.2024-cü il tarixdə alğısatqı müqaviləsi əsasında əldə etmişdir. Alğı-satqı müqaviləsi əsasında qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına aldıraraq bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdindən çıxarış, eləcə də torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Plan və ölçü sənədində göstərilən koordinatlarına uyğun olaraq mülkiyyətində olan torpaq sahəsi naturada tanıdılarkən məlum olmuşdur ki, cavabdeh mülkiyyətində olan 1.0987 ha torpaq sahəsinin təxminən 0.35 ha hissəsini zəbt edərək, istifadə edir. Cavabdehlə danışıqlar aparıb zəbt etdiyi torpaq sahəsini boşaltmasını tələb etsə də, bir nəticəsi olmamış, öz qanunsuz tələblərində israrlı olaraq, dayanmışdır. Cavabdehin qanunsuz hərəkətləri barədə kənd icra nümayəndəliyinə eləcə də bələdiyyəyə tərəfindən müraciət edilsə də, sözügedən qrumların inzibati tədbirləri də bir nəticə verməmişdir. Bu səbəbdən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

4. Ağdaş Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, 2(014)-16/2025 nömrəli qətnaməsi ilə (hakim Aygün Mürsəlova) iddia təmin olunmuş, Cavabdeh Ağdaş rayonunun Ərəb kəndində yerləşən və iddiaçının mülkiyyətində olan 1.0987 ha torpaq sahəsinin 0.35 ha hissəsindən çıxarılması, iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçıya ödənilməsi, Ekspertiza xərci olan 100 (yüz) manat pul vəsaitinin Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; VÖEN **********; Hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1 və 152.5-ci maddələrinə, Torpaq Məcəlləsinin 5, 67.1, 68, 84.1 və 111-ci maddələrinə istinad etmişdir.

6. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İş materiallarında olan 07 aprel 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli əmlak məsələləri dövlət komitəsinin yanında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən məlum olur ki, ünvan 1i ünvanında yerləşən 0.3662 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X3 mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 17 saylı Yevlax ərazi idarəsi tərəfindən verilmiş 11 mart 2024-cü il tarixli 3- 21-3-35/2-S-0009-39 saylı məktubdan görünür ki, 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəssisi X4 07 mart 2024-cü il tarixdə Ağdaş rayonu, Ərəb kəndi ərazisində **********77 reyestr nömrəli çıxarışla mülkiyyətlərinə verilmiş 1.0987 ha torpaq sahəsinə sizin iştirakınızla naturada baxış keçirilən zaman məlum olmuşdur ki, uçot məlumatlarında qeydə alınmış torpaq sahələri ilə faktiki istifadəçilik arasında uyğunsuzluq vardır. Naturada tanıdılacaq torpaq sahəsi üzərində başqa şəxsə məxsus çoxillik əkmələr mövcud olduğundan, torpaq sahəsinin sərhədlərinin döngə nöqtələrinin koordinatlarının tanıdılması mümkün olmamışdır. İş materiallarında olan 01 fevral 2024-cü il tarixli Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 03/19028 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli ********** saylı ərizəsinə və xx.xx.2024-cü il tarixli ********** saylı müqaviləyə əsasən DƏDK və RPH Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən, mülkiyyətində olan kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi üçün qiymətləndirilmə işi aparılmışdır. Qiymətləndirmə zamaı daşınmaz əmlak bazarında analoji torpaq sahələrinin bazar dəyəri üçün əsas olan parametrlər və bazar trendi nəzərə alınmaqla müvafiq qiymətləndirmə metodu tətbiq edilmişdir. Daşınmaz əmlakın hüquqmüəyyənedici sənədlərə əsasən 29 yanvar 2024-cü il tarixinə bazar dəyəri 4500 manat təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli əmlak məsələləri dövlət komitəsinin yanında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1i ünvanında yerləşən 1.0987 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətindədir. İş materiallarında olan AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 17 saylı Yevlax ərazi idarəsi tərəfindən verilmiş 20 avqust 2024-cü il tarixli 3-21-3-35/2-3279/2024 saylı mütəxəssis rəyindən görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri kitabında qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********77 ilə qeydiyyata alınmış dövlət çıxarışına əsasən hazırda İddiaçı xüsusi mülkiyyətində olan 1.0987 ha torpaq sahəsinin 0.3662 ha hissəsi naturada Cavabdeh tərəfindən istifadə edilir. İddiaçının mülkiyyətinə **********77 reyestr nömrəli çıxarışla verilmiş 1.0987 ha torpaq sahəsinin 0.3662 ha hissəsi naturada cavabdeh tərəfindən istifadə edilir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 25 oktyabr 2024-cü il tarixli 3-16-16/2-10/8090 saylı ekspert rəyindən görünür ki, AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 17 saylı Yevlax ərazi idarəsinin yerquruluşu üzrə mühəndisi Nurlan Eldarlının mütəxəssis rəyində qeyd edilir ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri kitabında qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********77 ilə qeydiyyata alınmış dövlət çıxarışına əsasən hazırda İddiaçı xüsusi mülkiyyətində olan 1.0987 ha torpaq sahəsinin 0.3662 ha hissəsi naturada Cavabdeh tərəfindən istifadə edilir. AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 17 saylı Yevlax ərazi idarəsinin yerquruluşu üzrə mühəndisi Nurlan Eldarlının mütəxəssis rəyində qeyd edilir ki,iddiaçının mülkiyyətinə **********77 reyestr nömrəli çıxarışla verilmiş 1.0987 ha torpaq sahəsinin 0.3662 ha hissəsi naturada cavabdeh tərəfindən istifadə edilir.

7. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh nümayəndəsi və vəkili Vəkil аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, aşağıda göstərilənlərə görə Ağdaş Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il, 2(014)–16/2025 nömrəli qətnaməsini qismən qanunsuz, qeyri obyektiv və əsassız hesab edir. Ağdaş rayonu Ərəb kəndi ərazisində ona məxsus heç bir torpaq sahəsi yoxdur. Barəsində şikayət verilən məhkəmə qətnaməsində qeyd olunub ki, iş materiallarında olan 07 aprel 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli əmlak məsələləri dövlət komitəsinin yanında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən məlum olur ki, ünvan 1i ünvanında yerləşən 0.3662 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X3 mülkiyyətindədir. Baxmayaraq ki, 2(014)–16/2025 mülki işə baxarkən onun iddiaya cavab verməli olmayan şəxs olmağı məhkəməyə bəlli olmuşdur. Məhkəmə tərəflərlə cavabdehin əsl cavabdeh ilə əvəz olunması məsələsini müzakirə etməmiş, yəni bu hala heç bir hüquqi qiymət verməyərək İddiaçı ona qarşı “Zəbt olunmuş toraq sahəsindən cavabdehin çıxarılmas”na dair iddia tələbini tamamilə təmin edilmişdir. 2(014)–16/2025 mülki iş üzrə İddiaçı mənə qarşı “Zəbt olunmuş toraq sahəsindən cavabdehin çıxarılmas”na dair iddia tələbinin təmin edilməsi üçün başlıca əsas Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi idarəsinin yerquruluşu üzrə mühəndisi Nurlan Eldarlı tərəfindən məhkəmə verilmiş və məhkəmə iclasında tədqiq edilən 20 avqust 2024-cü il tarixli 3-21-3-35/2-3279/2024 saylı mütəxəssis rəyi olmuşdur. 3-21-3-35/2-3279/2024 saylı mütəxəssis rəyində göstərilir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri kitabında qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********77 ilə qeydiyyata alınmış dövlət çıxarışına əsasən hazırda İddiaçı xüsusi mülkiyyətində olan 1.0987 ha torpaq sahəsinin 0.3662 ha hissəsi naturada Cavabdeh tərəfindən istifadə edilir. 3-21-3-35/2-3279/2024 saylı mütəxəssis rəyinə əsasən ddiaçının mülkiyyətinə verilmiş 1.0987 ha torpaq sahəsinin 0.3662 ha hissəsinin naturada tərəfimdən istifadə ediliməsi qənaətinə gələn məhkəmə iş materiallarını araşdırarkən adıma heç bir torpaq sahəsi olmadığı halda yerquruluşu üzrə mühəndis Nurlan Eldarlının hansı sənədə əsasən belə bir nəticəyə gəldiyi ilə qətiyyən maraqlanmayaraq, eyni zamanda mühəndis Nurlan Eldarlının öz üzərinə məhkəmə funksiyyasını götürməyinə də heç bir hüquqi qiymət verməmişdir. Ağdaş rayonunun, Ərəb kəndi ərazisində İddiaçı ilə qonşuluqda xüsusi mülkiyyət hüququ əsasında X5 məxsus hərəsi 0.3662 hektar olan 2 (iki) torpaq sahəsi vardır. Qeyd olunan fakt Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş 07 aprel 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və 07 aprel 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışlararla təsdiq olunur. 2(014)–16/2025 nömrəli mülki iş üzrə yuxarıda istinad edilən 20 avqust 2024-cü il tarixli 3-21-3-35/2-3279/2024 saylı mütəxəssis rəyi əsasında İddiaçı mənə qarşı “Zəbt olunmuş toraq sahəsindən cavabdehin çıxarılmas”na dair iddia tələbini təmin edərkən məhkəmə həmin rəydə mənim iddiaçının xüsusi mülkiyyətində olan 1.0987 ha torpaq sahəsinin 0.3662 ha hissəsinin, yəni X5 məxsus, hərəsi 0.3662 hektar olan 2 (iki) torpaq sahəsindən birinin göstərilmiş olmasına da diqqət yetirməmiş və 07 aprel 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və 07 aprel 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışların surətlərinin iş materiallarında olmasına baxmayaraq bu ziddiyyətə heç bir heç bir hüquqi qiymət verməmişdir. Ağdaş Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il, 2(014) – 16/2025 nömrəli qətnaməsinin özündə ziddiyyət və anlaşılmazlıq var. Qətnamənin təsviri əsaslandırızı hissəsində (12-ci abzas) qeyd olunur: Beləliklə, məhkəmədə müəyyən olundu ki, iddiaçı Ağdaş rayonu Ərəb kəndi ərazisində yerləşən 1.0987 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini xx.xx.2024-cü il tarixdə alğısatqı müqaviləsi əsasında əldə etmişdir. Alğı-satqı müqaviləsi əsasında qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına aldıraraq bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdindən çıxarış, eləcə də torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Plan və ölçü sənədində göstərilən koordinatlarına uyğun olaraq mülkiyyətində olan torpaq sahəsi naturada tanıdılarkən məlum olmuşdur ki, cavabdeh mülkiyyətində olan 1.0987 ha torpaq sahəsinin təxminən 0.35 ha hissəsini zəbt edərək, istifadə edir. Cavabdehlə danışıqlar aparıb zəbt etdiyi torpaq sahəsini boşaltmasını tələb etsə də, bir nəticəsi olmamış, öz qanunsuz tələblərində israrlı olaraq, dayanmışdır. İşə əlavə edilmiş ekspert və mütəxəssis rəyindən də məlum olur ki, İddiaçı xüsusi mülkiyyətində olan 1.0987 ha torpaq sahəsinin 0.3662 ha hissəsi naturada Cavabdeh tərəfindən istifadə edilir. Nəticədə iddiaçı öz mülkiyyətlərindən faktiki olaraq məhrum edilmiş, yəni cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının hüquqları və qanuni maraqları pozulmuşdur. Ona görə də məhkəmə, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Ağdaş rayonu Ərəb kəndində yerləşən və iddiaçının mülkiyyətində olan 1.0987 ha torpaq sahəsinin 0.35 ha hissəsindən Cavabdeh çıxarılmaldır. Belə olduğu halda, yəni 20 avqust 2024-cü il tarixli 3-21-3-35/2-3279/2024 saylı mütəxəssis rəyində mənim iddiaçıya məxsus 1.0987 ha torpaq sahəsinin konkret olaraq guya 0.3662 ha hissəsini zəbt etmiş olduğu halda yalnız onun 0.35 ha hissəsindən çıxarılmalı olduğunu məhkəmə öz qətnaməsində əsaslandırmayıb. Bundan əlavə Məhkəmə 2(014)–16/2025 nömrəli mülki işə baxarkən iddiaçı ilə onun arasında yaranmış mübahisənin əsl səbəbini araşdırmayaraq öz qətnaməsini işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı olduğu halda bunu etməmişdir. İşin həqiqi halları isə bundan ibarətdir ki, iddiaçının əsl niyyəti Hüquqdan sui-istifadə edərək nəyin bahasına olursa - olsun başqasına ziyan vurmaq, yəni onun torpaq sahəsi ilə qonşuluqda X5 məxsus hərəsi 0.3662 hektar olan 2 (iki) torpaq sahəsindən birinə ələ keçirməkdir. Belə olan halda sual olunur 2(014)–16/2025 nömrəli mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin gəldiyi nəticə məgər Azərbaycan Respublikasının Mülki məhkəmə icraatı haqqında qanunvericiliyinin vəzifə və prinsiplərinə tam uyğundurmu? Yuxarıda qeyd olunanlarla Ağdaş Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il, 2(014)- 16/2025 nömrəli qətnaməsi saylı qətnaməsinin qanunsuz və əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, məhkəmənin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir və bu səbəbdən mən belə hesab edirəm ki, qətnamə ləğv edilməlidir.

9. Ona görə də, Ağdaş Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, 2(014)- 16/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Verilmiş apellyasiya şikayətinə etiraz verilməmişdir

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir.

12. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Ağdaş Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, 2(014)-16/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdilər.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və Ağdaş Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, 2(014)-16/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

16. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111.1-ci, 111.2-ci və 111.3-cü maddələrinin tələblərinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt olunmuş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

21. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

22. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

23. Cavabdeh nümayəndəsi və vəkili Vəkil Ağdaş Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, 2(014)-16/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

25. Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır.

26. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı Ağdaş rayonu Ərəb kəndi ərazisində yerləşən 1.0987 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini xx.xx.2024-cü il tarixdə alğı-satqı müqaviləsi əsasında əldə etmişdir. Alğısatqı müqaviləsi əsasında qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına aldıraraq bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdindən çıxarış, eləcə də torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Plan və ölçü sənədində göstərilən koordinatlarına uyğun olaraq mülkiyyətində olan torpaq sahəsi naturada tanıdılarkən məlum olmuşdur ki, cavabdeh mülkiyyətində olan 1.0987 ha torpaq sahəsinin təxminən 0.35 ha hissəsini zəbt edərək, istifadə edir. Cavabdehlə danışıqlar aparıb zəbt etdiyi torpaq sahəsini boşaltmasını tələb etsə də, bir nəticəsi olmamış, öz qanunsuz tələblərində israrlı olaraq, dayanmışdır. İşə əlavə edilmiş ekspert və mütəxəssis rəyindən də məlum olur ki, İddiaçı xüsusi mülkiyyətində olan 1.0987 ha torpaq sahəsinin 0.3662 ha hissəsi naturada Cavabdeh tərəfindən istifadə edilir. Nəticədə iddiaçı öz mülkiyyətlərindən faktiki olaraq məhrum edilmiş, yəni cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının hüquqları və qanuni maraqları pozulmuşdur. Ona görə də məhkəmə, tоplаnmış və tədqiq оlunmuş sübutlаrа məcmu hаldа hüquqi qiymət vеrərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Ağdaş rayonu Ərəb kəndində yerləşən və iddiaçının mülkiyyətində olan 1.0987 ha torpaq sahəsinin 0.35 ha hissəsindən Cavabdeh çıxarılmaldır.

27. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən hallar qətnamənin ləğv edilməsinə əsas ola bilməz.

28. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 25 oktyabr 2024-cü il tarixli 3-16-16/2- 10/8090 saylı ekspert rəyindən görünür ki, AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 17 saylı Yevlax ərazi idarəsinin yerquruluşu üzrə mühəndisi Nurlan Eldarlının mütəxəssis rəyində qeyd edilir ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri kitabında qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********77 ilə qeydiyyata alınmış dövlət çıxarışına əsasən hazırda İddiaçı xüsusi mülkiyyətində olan 1.0987 ha torpaq sahəsinin 0.3662 ha hissəsi naturada Cavabdeh tərəfindən istifadə edilir. AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 17 saylı Yevlax ərazi idarəsinin yerquruluşu üzrə mühəndisi Nurlan Eldarlının mütəxəssis rəyində qeyd edilir ki,iddiaçının mülkiyyətinə **********77 reyestr nömrəli çıxarışla verilmiş 1.0987 ha torpaq sahəsinin 0.3662 ha hissəsi naturada cavabdeh tərəfindən istifadə edilir.

29. Bundan başqa Cavabdeh nümayəndəsi və vəkili Vəkil şikayətində qeyd etdiyi 20 avqust 2024-cü il tarixli 3-21-3-35/2-3279/2024 saylı mütəxəssis rəyində mənim iddiaçıya məxsus 1.0987 ha torpaq sahəsinin konkret olaraq guya 0.3662 ha hissəsini zəbt etmiş olduğu halda yalnız onun 0.35 ha hissəsindən çıxarılmalı olduğunun məhkəmənin öz qətnaməsində əsaslandırmamasına dair dəlilinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, həmin dəlil də əsassızdır.

30. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

31. İddiaçının tələbindən göründüyü kimi o, Cavabdeh zəbt etdiyi, Ağdaş rayonu Ərəb kəndində yerləşən və mülkiyyətində olan 1.0987 ha torpaq sahəsinin 0.35 ha hissəsindən cavabdehin çıxarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini хаhiş еtmişdir.

32. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin 1.0987 ha torpaq sahəsinin 0.35 ha hissəsindən çıxarılmasına dair qənaətə gəlməkdə haqlı olmuşdur.

33. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

34. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən, düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin ləğv edilməsi üçün əsаslаr olmаdığındаn, Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağdaş Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, 2(014)-16/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, 2(014)-16/2025 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar