Məhkəmə qərarları › İş №2(107)-63/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-63/2020

07.10.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-63/2020 07.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi və İddiaçı MMC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı «xxxxxxx» MMC-nin Cavabdeh qarşı iddiaçının mülkiyyətində olan torpaq sahəsindən cavabdehin çıxarılması təlbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-265/2019 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikаyətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-265/2019 nömrəli qətnaməsi ilə (hakim Elçin Mehdiyev) iddia qismən təmin edilmiş, ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli, **********16 reyestr nömrəli çıxarışa əsasən iddiaçı «xxxxxxx» MMC-nin mülkiyyətində olan və Şəki rayonu, Qaratorpaq kəndi ərazisində yerləşən 5 hektar torpaq sahəsindən Cavabdeh çıxarılması və həmin torpaq sahəsinin İddiaçı MMC-nə təhvil verilməsi, iddiaçı «xxxxxxx» MMC-nin iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 20 manat məbləğində dölət rüsumunun 10 manatının Cavabdeh alınaraq iddiaçı «xxxxxxx» MMC-nə verilməsi, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-265/2019 saylı qərardadına əsasən iddiaçı «xxxxxxx» MMC-nin iddia ərizəsinin verilməsi üçün artıq ödədiyi 10 (on) manat dövlət rüsumunun dövlət büdcəsindən iddiaçı «xxxxxxx» MMC-nə geri qaytarılmasının qərara alınmasının nəzərə alınması, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı «xxxxxxx» MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nə tam mülkiyyət hüququ üzrə məxsus olan Şəki rayonu, Qaratorpaq kəndində yerləşən 5 ha torpaq sahəsindən (daşınmaz əmlakın reyestr nömrəsi **********16), həmin torpaq sahəsini qanunsuz zəbt etmiş Cavabdeh və onunla birgə torpağı qanunsuz olaraq zəbt etmiş və orada qanunsuz təsərrüfat aparan şəxslərin (cavabdehin ailə üzvlərinin) çıxarılması, həmin torpaq sahəsinin İddiaçı MMC-nə təhvil verilməsi və onun tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа iddiaçı «xxxxxxx» MMC-nin nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı MMC-nin mülkiyyətində Şəki rayonu, Qaratorpaq kəndində yerləşən 5 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mövcuddur. Həmin torpaq sahəsinə ƏMDK yanında DƏDRX-nin X11 tərəfindən İddiaçı MMC-nin adma RX seriyalı ******* saylı çıxarış verilmiş və həmin çıxarışa əsasən xx.xx.2017-ci il tarixdə ********** nömrəsi ilə mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Mübahisə predmeti olan torpaq sahəsi vaxtilə cavabdeh tərəfindən Əliyev Qorxmaz Qaragöz oğluna satılmışdır, Əliyev Qorxmaz isə öz növbəsində həmin torpaq sahəsini X2 adlı vətəndaşa satmışdır. Torpaq sahəsi Həsənov Fikrətə məxsus olan zaman, o məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ona məxsus torpaq sahəsindən çıxarılmasını xahiş etmişdir. Həmin qətnamə qanuni qüvvəsini alaraq icraya yönəlsə də, cavabdehin qanunsuz olaraq istifadə etdiyi torpaq sahəsindən çıxarılması mümkün olmamışdır. Fikrət Həsənov sonradan alğısatqı müqaviləsi əsasında qeyd edilən torpaq sahəsini iddiaçının təsisçisi olan “xxxxxxxxx” MMC-nə satmışdır. “xxxxxxxxx”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx“Biznes Audit MMC-nin müstəqil auditoru tərəfindən verilmiş audit rəyinə əsasən İddiaçı MMC-nin nizamnamə kapitalına əmlak şəklində yatırmış və beləliklə ƏMDK yanında DƏDRX-nin müvafiq ərazi idarəsinə müraciət olunaraq iddiaçının mübahisə predmeti olan torpaq sahəsi üzərində hüquqları qeydiyyata alınmışdır. Lakin mülkiyyət hüququ ilə İddiaçı MMC-nə məxsus olan həmin torpaq sahəsi əvvəllərdən olduğu kimi hələ də Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilməkdə davam edir və bununla iddiaçının mülkiyyət hüququ ciddi şəkildə pozulmuşdur. Cavabdehdən dəfələrlə torpaq sahəsini boşaltması tələb olunsa da, o bu tələblərə heç bir məhəl qoymamış və iddiaçıya məxsus torpaq sahəsindən qanunsuz olaraq istifadə etməyə davam etmişdir və hal-hazırda da davam etməkdədir. Buna görə də iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, iddia əsaslıdır. İddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq birinci instansiya məhkəməsi işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh apelyasiya şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, həmin qətnaməni iddia qismən təmin edilsin hissəsində qanunsuz və əsassız hesab edir. Belə ki, iddiaçının nümayəndəsi məhkəmə iclasında izahat verərkən bildirmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi vaxtıilə cavabdeh tərəfindən Əliyev Qorxmaz Qaragöz oğluna satılmışdır, Əliyev Qoxmaz isə öz növbəsində həmin torpaq sahəsini X2 adlı vətəndaşa satmışdır. Məhkəmə iddianı qismən təmin edərkən belə qənaətə gəlmişdir ki, Cavabdeh həmin torpaq sahəsi ilə bağlı hər hansı bir hüququ yoxdur. Halbuki, JN-0173, kod 40402017 №-li torpağa mülkiyət hüququna dair Dövlət aktına əsasən 18 ha torpaq sahəsi onun və 5 nəfər ailə üzvlərinin mülkiyyətinə verilmiş və bu günədək də onlar həmin torpaq sahəsindən istifadə edirlər. Belə olan təqdirdə onun həmin torpaq sahəsi ilə bağlı necə ola bilər ki, heç bir hüququ olmasın? Bundan başqa onu da qeyd etmək istəyir ki, mülkiyyətində olan torpaq sahəsinin 5 ha hissəsini Əliyev Qorxmaz Qaragöz oğluna satmamış, yalnız 5 il müddətinə ona icarəyə vermişdir. Belə olan halda alqı-satqıdan söhbət gedə bilməz. Məhkəmə isə bu halları tam, obyektiv və hərtərəfli araşdırmadan qanunsuzolaraq iddianı qismən təmin etmişdir. Göründüyü kimi məhkəmə tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlməmişdir. Birinci instansiya məhkəməsi işə birtərəfli yanaşmış, iş üzrə obyektiv və hərtərəfli araşdırma aparmamış, həqiqəti müəyyən etməyən və ədalətsiz qətanamə çıxarmışdır. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)- 265/2019 nömrəli qətnaməsini iddia qismən təmin edilsin hissəsində ləğv edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı MMC-nin nümayəndəsi X6 izahat verərək apelyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-265/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apelyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-265/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli, **********16 reyestr nömrəli çıxarışdan görünür ki, Şəki rayonu, Qaratorpaq kəndi ərazisində 5 hektar torpaq sahəsi «xxxxxxx» MMC-nin mülkiyyətindədir. İşdə olan «xxxxxxx» MMC-nin Şəki Bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Mövlamov Səyyad İsrafil oğlu, Şəki şəhər İHB-nin Bolludərə kənd İƏD-si üzrə nümayəndəsi, kənd ərazi komissiyasının sədri X5 və Şəki rayonu, Bolludərə bələdiyyəsinin sədri X1 tərtib etdikləri xx xxxxxx 2018-ci il tarixli aktdan görünür ki, «xxxxxxx» MMC-nə məxsus Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdindən verilmiş ******* nömrəli çıxarışa əsasən Şəki rayonu Qaratorpaq kəndində olan 5 (beş) hektar əkin torpaq sahəsinə 2018-ci ilin payızında baxış keçirilən zaman həmin torpaq sahəsinin Qaratorpaq kənd sakini Cavabdeh tərəfindən əkildiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikasının xx xxxxxxxx 2000-ci il tarixdə qüvvəyə minmiş Mülki Məcələsinin 152.1 və 152.5-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən də hər bir fiziki və hüquqi şəxsin öz mülkiyyətindən maneəsiz istifadə hüququ (nəzərdə tutulmuşdur) müəyyən edilmişdir. Azərbaycan Respublikasının xx xxxxxxxx 2000-ci il tarixdə qüvvəyə minmiş Mülki Məcələsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququ və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli, **********16 reyetr nömrəli çıxarışa əsasən Şəki rayonu, Qaratorpaq kəndi ərazisində 5 hektar torpaq sahəsi iddiaçı «xxxxxxx» MMC-nin mülkiyyətindədir. İddiaçı «xxxxxxx» MMC-nin mülkiyyətində olan 5 hektar torpaq sahəsi Cavabdeh tərəfindən əkilməklə zəbt edildiyindən və Cavabdeh torpaq sahəsindən iddiaçının istifadəsinə maneə yaratdığından iddiaçı «xxxxxxx» MMC hazırki tələblə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı «xxxxxxx» MMChəmin torpaq sahəsinin mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Lakin, Cavabdeh iddiaçıya məxsus 5 hektar torpaq sahəsindən istifadə etməklə iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsinə imkan vermir. Nəticədə isə iddiaçının qanunvericiliklə müəyyən edilmiş hüquqları pozulur. Halbuki, Cavabdeh həmin torpaq sahəsi ilə bağlı hər hansı bir hüququ yoxdur. İş materiallarından da görünür ki, mübahisə predmeti olan torpaq sahəsi iddiaçının adına qeydiyyata alınmaqla onun mülkiyyətindədir. Cavabdeh isə həmin torpaq sahəsindən istifadə etmək üçün hər hansı bir hüquqi əsası yoxdur. Buna görə də iddiaçı «xxxxxxx» MMC mülkiyyətində olan 5 hektar torpaq sahəsindən Cavabdeh çıxarılmasını və həmin torpaq sahəsinin İddiaçı MMC-nə təhvil verilməsini tələb etməkdə haqlıdır. Lakin, iddiaçı «xxxxxxx» MMC-nin Cavabdeh ilə birgə torpağı qanunsuz olaraq zəbt etmiş və orada qanunsuz təsərrüfat aparan şəxslərin (cavabdehin ailə üzvlərinin) çıxarılmasını da tələb etsə də, o, Cavabdeh ilə birlikdə çıxarılmasını tələb etdiyi şəxslər haqqında məlumatları iddia ərizəsində qeyd etmədiyindən, həmçinin həmin şəxsləri iş üzrə cavabdeh qismindən göstərmədiyindən iddia tələbinin həmin hissəsini məhkəmə əsaslı hesab etmir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia qismən təmin edilməli, ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli, **********16 reyestr nömrəli çıxarışa əsasən iddiaçı «xxxxxxx» MMC-nin mülkiyyətində olan və Şəki rayonu, Qaratorpaq kəndi ərazisində yerləşən 5 hektar torpaq sahəsindən Cavabdeh çıxarılmalı və həmin torpaq sahəsi İddiaçı MMC-nə təhvil verilməlidir. Əsaslı olmadığından iddia tələbinin qalan hissəsi təmin edilməməlidir. İddia qismən təmin edildiyindən iddiaçı «xxxxxxx» MMC-nin iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 20 manat məbləğində dölət rüsumunun 10 manatı Cavabdeh alınaraq iddiaçı «xxxxxxx» MMC-nə verilməlidir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2 (075)-265/2019 saylı qərardadına əsasən iddiaçı «xxxxxxx» MMC-nin iddia ərizəsinin verilməsi üçün artıq ödədiyi 10 (on) manat dövlət rüsumunun dövlət büdcəsindən iddiaçı «xxxxxxx» MMC-nə geri qaytarılmasının qərara alınması nəzərə alınmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsini qət edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsini qət etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları qismən də olsa birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehin göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianın qismən təmin edilməsini qət etməklə düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin apelyasiya qаydаsındа ləğvi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-265/2019 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apelyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apelyasiya şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-265/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Rövşən Rəfiyev Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar