Məhkəmə qərarları › İş №2(107)-631/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-631/2020

03.03.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-631/2020 03.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X10 iclas katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış evindən əmlakları ilə birlikdə çıxarılma” tələbinə dair iddiası, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Cavabdeh2 və Kürdəmir rayon Notariat Kontoruna qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbi barədə iddiasına dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(016)-729/2019 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşayış evindən əmlakları ilə birlikdə çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən xüsusi mülkiyyətində olan və Ağsu şəhəri, X19 küçəsi, ev 30 ünvanında yerləşən yaşayış evindən əmlakları ilə birlikdə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Cavabdeh2 və Kürdəmir rayon Notariat Kontoruna qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək Kürdəmir rayon Dövlət Notariat Kontorunda xx.xx.2019-cu il tarixdə Ağsu şəhəri, Vidadi küçəsi 30 saylı evdə yerləşən ümumi sahəsi 124.8 kv.metr, yaşayış sahəsi 55.4 kv.metr, yardımçı sahəsi 69.4 kv.metr olan 2 otaqlı fərdi yaşayış evinin alqı-satqısına dair rəsmiləşdirilmiş AN-İ nömrəli ******* saylı müqavilənin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(016)-729/2019 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşayış evindən əmlakları ilə birlikdə çıxarılması tələbinə dair (İş№2(016)-729/2019), iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Cavabdeh2 və Kürdəmir rayon Notariat Kontoruna qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair (İş№2(016)-812/2019) iddia tələbləri birlikdə baxılmaq üçün bir icraatda birləşdirilmiş və 2(016)-729/2019 nömrə ilə baxılmışdır. Ağsu Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(016)-729/2019 nömrəli (hakim E.Hümbətov) qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Cavabdeh2 və Kürdəmir rayon Notariat Kontoruna qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış evindən əmlakları ilə birlikdə çıxarılması tələbinə dair iddiasının təmin edilməsi, Cavabdeh1 və Cavabdeh2 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən əmlakları ilə birlikdə çıxarılmaları qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh1 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, yeddi-səkkiz ay olardı ki, cavabdehlər mənzili satışa çıxarmışdılar. Həmin ünvana gedərək mənzili almaq üçün razılaşdılar. Əvvəlcə sənədləşmənin pulu ilə bağlı narazılıq olsada sonda razılığa gəldilər. Hətta mənzili aldıqdan sonra hallallıq da almışdır. Müəyyən müddət, təxminən 20 gün evdə qalmalarına da razı olmuşdur. Lakin həmin müddət, daha doğrusu 6 ay ötsədə evdən çıxmadıqlarından evlərinə getdikdə həyətdə bəzi tikinti işləri həyta keçirdiklərini gördüm, onların evdən çıxmaq fikirlərinin olmadığı qənaətinə gəlmişdir. İddiaçı ona qarşı qaldırılan alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, ev alqı-satqı müqaviləsi onunla Cavabdeh1 etibarnamə əsasında adından çıxış edən arvadı Vəfa Orucalıyeva arasında notariat kontorunda bağlanmışdır. Həmin müqavilənin etibarsız olması barədə hər hansı səbəb olmamışdır. Odur ki, iddianın həmin hissədə rədd edilməsini, onların evdən çıxarılması barədə tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan, valideynlərindən miras qalmış evi ehtiyacları səbəbindən satmaq məcburiyyətində qalmışdır. Uşağı xəstədir. Onun müalicəsi üçün evi satmışlar. Evin satılması üçün də arvadı Vəfa Orucəliyevaya etibarnamə vermişdir. Hazırda isə evi qaytarmaq istəyir. Qeyd etdiyi kimi evi uşağının müalicəsi üçün satmışdır. Lakin uşağı başqa evə uyğunlaşmadığına görə satdığı evi qaytarmaq istəyir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Ağsu Rayon Məhkəməsinin 2(016)-729/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsitəmamilə qanunsuz və əsassızdır, qətnamə qəbul edilərkən maddi hüquq normaları pozulmuş, iş üçün zəruri olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə qeyri - möhtəbər, aidiyyatı olmayan sübutlarla qətnaməni əsaslandırmış, səhv nəticəyə gələrək qətnamə qəbuletmişdir. Məhkəmə qətnaməsini onunla əsaslandırmışdır ki, onun etibar etdiyi, hüququndan və uşağının mənafeindən sui istifadə edən, əqd bağlayarkən aldadılan X7 ilə onun iddia tələbi üzrə cavabdeh İsgəndərov Firudinin nümayəndəsi arasında alqı satqı müqaviləsi bağlanmış və bundan sonra mülkiyyət hüquqları Firudin İsgəndərova keçmişdir. Lakin məhkəmə birinci qrup əlil olan övladının hüquqlarının pozulmasına, əqli xəstə olmasına, cavabdeh X8 əqdi rəsmləşdirərkən onun hüquqlarını pozmasına, onun qəyyumunun iştirakı olmadan həmin ünvanda qeydiyyatda olub yaşayan həmin xəstə övladının qəyyumunun razılığı alınmadan (baxmayaraq ki, mübahisəli evdə oğlunda daimi qeydiyyatdadır, orada daimi yaşayır) qanunsuz olaraq əqdi rəsmləşdirməsinə hüquqi qimət verməmişdir. Sübutlar təqdim etsə də məhkəmə bu sübutlarınıda qiymətləndirməmiş və qətnaməsində bu barədə qeyd etməmişdir. Eyni zamanda məhkəmə etibar etdiyi Orucəliyeva Vəfanın onun iradəsinə və övldının iradəsinə zidd hərəkətlərinə də hüquqi qiymət verməmiş, onunla son münasibətlərini aydınlaşdırmamış, yalnız Firudin İsgəndərovun vəkili kimi çıxış edərək yalnız onun müdafiəsini təşkil etmişdir. Göründüyü kimi məhkəmə heç bir araşdırma aparmadan, qanunun tələblərini kobud surətdə pozmaqla, öz maraqları daxilində qanunsuz və əsasız qətnamə qəbul etmişdir. Qeyd etdiklərinə və qanunun tələblərinə əsasən Ağsu Rayon Məhkəməsinin 2(016)- 729/2019 saylı xx xxxxxxx 2019-ci il tarixli qətnaməsinin qanunsuz və əsasız olduğundan ləğv olunmasını, onun iddiasının təmin olunması, X2 iddiasının təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və cavabdeh Kürdəmir rayon Notariat Kontorunun nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından,cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(016)-729/2019 nömrəliqətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən sənədlər: AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, satıcı X5 ünvan 2 ünvanında yerləşən 0.11 ha torpaq sahsəsi ilə birlikdə ümumi sahəsi 124.8 kv.m, yaşayış sahəsi 55.4 kv.m, yardımçı sahəsi 69.4 kv.m olan 2 otaqlı yaşayış evini alıcı X1. Alqı-satqı müqaviləsi Kürdəmir rayon dövlət notariat kontorunda xx.xx.2019-cu ildə rəsmiləşdirilmiş və reyestrdə 4ə-147 nömrə ilə qeydə alınmış, Cavabdeh1 adından Cavabdeh2, X3 adından Abbasov Rövşən Fikrət çıxış etmişdir. AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, **********95-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, Ağsu şəhəri, M.V.Vidadi küçəsi, 30 saylı fərdi yaşayış evi və torpaq sahəsi X4 adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət rüyestrində 1 nömrəli reyestr kitabının 165 saylı vərəqində qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesabedirki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Kollegiya ilk iddia ərizəsində qeyd olunan tələblə bağlı lk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsində mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq kimi təsbit edilmişdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının və mülki qanunvericiliyin şərh olunan müddəalarını rəhbər tutmaqla məhkəmə belə hesab edir ki, hazırki mübahisəyə münasibətdə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. “İnsanhüquqlarınınvəəsasazadlıqlarınmüdafiəsihaqqındaKonvensiya”nın 1 saylıProtokolunun 1cimaddəsinəəsasənhərbirfizikivəhüquqişəxsözmülkiyyətindənmaneəsizistifadəhüququnam alikdir. Apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kоllegiyаsı hesаb edir ki, аpelyаsiyа şikаyətində göstərilən dəlillər əsаssız оlduğundаn qətnаmənin ləğv edilməsi və qarşılıqlı iddiа tələbinin təmin edilməsi üçün əsаs оlа bilməz. Əvvəla ona görə ki, əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Əqddə iradə və iradəni ifadə etmənin vəhdətinin pozulması isə əqd üzrə tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi ilə nəticələnməklə, bu əqd kimi həyata keçirilən hərəkətlər əqd üzrə tərəflər üçün hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilməz. Başqa sözlə əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. İkincisi, cavabdeh (qarşılıqlı iddiaçı) apelyasiya şikayətində maddi imknalarının olmaması və Bakı şəhərində işləməsi səbəbindən həyat yoldaşı Vəfa Orucalıyevə mübahisəli evin alqı-satqısına dair notariat kontorunda xx.xx.2018-ci il tarixli etibarnamə verdiyini, lakin ev satılarkən onların mənafeyinin nəzərə alınmamasını bildirmişdir. Kollegiya apelyasiya şikayətinin bu dəlili ilə də razılaşmır. Birincisi ona görə ki, evin alqı-satqısına dair etibarnamə kənar şəxsə deyil, cavabdehlə birgə yaşayan və təsərrüfat idarə edən arvadına verilmişdir. İkincisi, verilmiş etibarnamənin ləğvi barədə ərizə xx.xx.2019-cu il tarixdə təsdiq erdilmişdir. Alqı-satqı müqaviləsi isə xx.xx.2019-cu il tarixdə rəsmiləşdirilmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, Mülki Məcəllənin 366.2-ci maddəsinə əsasən etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir. Üçüncüsü, “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının xx xxxx 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2004-cü il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra mənzildən istifadə edilməsi ilə əlaqədar yaranmış hüquq münasibətlərinin mövcudluğunda notarius tərəfindən özgəninkiləşdirilən yaşayış mənzilində kimlərn yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayışın tələb edilməməsi və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığının alınmaması alqı-satqı müqaviləsinin aldatma yolu ilə bağlanması və Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə istinadən bu əqdin etibarsız hesab edilməsi üçün səbəb ola bilməz. Eyni zamanda qanunvericiliyin tələblərini pozmadığına görə aldatmanın olmadığını və əqdin etibarlı olduğunu sübut etmək cəhdləri də əsassızdır. X16 qeyd olunmuşdur ki, əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən yaşayış mənzilinin) alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 647.1-ci maddələri). Beləliklə də hər hansı əqdin (o cümlədən də alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Dördüncüsü, «Notariat haqqında» Qanuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatda nəzərdə tutulur ki, daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair əqdlər təsdiq edərkən digər vəzifələrlə yanaşı notariuslar notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxslərin şəxsiyyətini müəyyən etməli; əqd layihələrinin mənasını və əhəmiyyətini tərəflərə izah etməli və bu layihələrin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalı; özgəninkiləşdirilən mənzildə kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayış tələb etməli və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını almalıdır (17, 38, 46, və 49-cu bəndlər). Lakin bununla bağlı qeyd оlunmаlıdır ki, həmin Təlimаtdаn dаhа üstün hüquqi qüvvəyə mаlik оlаn nоrmаtiv hüquqi аktlаrın tələblərinə görə mülkiyyətçi öz əmlаkı üzərində tаm sərəncаm vermək hüququnа mаlik оlduğunа görə, Təlimаtın qeyd оlunаn bəndi əsаs götürülərək müqаvilənin təsdiq edilməsindən imtinа edilməsi iddiаçının mülkiyyət hüquqlаrının pоzulmаsınа səbəb оla bilər. Beşincisi, həm apelyasiya şikayətinin məzmunundan, həm də iş materlallarından göründüyü kimi Laçın Orucəliyev hazırki mübahisələndirilən müqavilə rəsmiləşdirilərkən xəbərdar olmuş, həmin vaxtr bununla bağlı hər hansı pretenziyası olmamaışdır. Hazırki iddianı da məhz X2 iddiasından sonra vermişdir. Bu baxımdan kollegiya qeyd edir ki, cavabdehin bu dəlilləri hüquqdan sui-istifadə kimi qiymətləndiriliməlidir. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətindəgöstərilənlərəsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğviüçün heç bir hüquqi əsaslar yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(016)-729/2019 nömrəliqətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar