Məhkəmə qərarları › İş №2(107)-633/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-633/2023

17.05.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-633/2023 17.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı divarın çəkilməsi ilə bağlı tikintinin mülkiyyətdə olan torpaq sahəsinə keçmiş hissəsinin sökülməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: icraatın dayandırılması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı divarın çəkilməsi ilə bağlı tikintinin mülkiyyətdə olan torpaq sahəsinə keçmiş hissəsinin sökülməsi tələbinə dair mülki iş üzrə icraatın dayandırılması barədə Şəki Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli 2(075)-601/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan torpaq sahəsində divarın-barının çəkilməsi ilə əlaqədar, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən mülkiyyətində olan Şəki şəhəri, X3 küçəsi, dalan 9, ev 3 ünvanındakı ona məxsus olan torpaq sahəsinə keçmiş tikinti hissəsinin Cavabdeh öz hesabına sökülərək götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 2(075)-601/2023 saylı qərardadı ilə Şəki Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə qarşı olan “hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın ləğv edilməsi” tələbinə dair 2(075)-813/2023 saylı mülki işə baxılaraq qəbul edilmiş yekun qərar qanuni qüvvəsini alanadək hazırkı İddiaçı Cavabdeh qarşı “divarın çəkilməsi ilə bağlı tikintinin mülkiyyətdə olan torpaq sahəsinə keçmiş hissəsinin sökülməsi” tələbinə dair 2(075)-601/2023 nömrəli mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Həmin qərardaddan iş üzrə İddiaçı şikаyət vermişdir. Şəki Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli 2(075)-601/2023 nömrəli qərardadı ilə şikayət təmin olunmamış və şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli 2(075)- 601/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materialında olan Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə qarşı olan “hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin surətindən və Şəki Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(075)-813/2023 saylı qərardadından, 05 aprel 2023-cü il tarixli bildirişindən görünür ki, iddiaçı Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə qarşı olan “hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, işin məhkəmə hazırlıq iclası xx.xx.2023- cü il tarixdə keçirilmiş, işin növbəti məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə, saat 10:00-a təyin edilmişdir. Çünki, hazırki iş üzrə qəbul ediləcək qərarın nəticəsi həmin iş üzrə iddia ərizəsinin hansı həddə təmin edilib-edilməməsindən asılıdır. Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsinə əsasən iş Konstitusiya məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa məhkəmə iş üzrə icraatı dayandırmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Şəki Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli 2(075)-601/2023 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli 2(075)-601/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli 2(075)-601/2023 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Elçin Mehdiyev Mahir Əsədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar