Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-634/2023 18.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X6 ibarət tərkibdə, məhkəmə iclasının katibi X9 iştirakı ilə, Balakən Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(019)-186/2023 saylı qərardadından İddiaçı şikаyətinə Şəki Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh və X12 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16 may 2020-ci il tarixdə vəfat etmiş X4 miras qalmış əmlaklara-Balakən rayonu Qazma kəndində yerləşən 0.25 ha həyətyanı və 0.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin hər birinin 1/2 hissəsinə iddiaçı tərəfindən mirasın qəbulu faktının müəyyən edilməsi, mərhum X4 miras qalmış miras əmlakları onu qəbul etmiş vərəsələri arasında bərabər paylarla bölünməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(019)-186/2023 saylı qərardadı ilə, İddiaçı Cavabdeh və X12 qarşı hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının, mirasın qəbulu faktının müəyyən edilməsi və mirasın bölünməsi tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanması, iddia ərizəsinə əlavə edilmiş sənədlərin İddiaçı qaytarılması, İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumunun qərardad qanuni qüvvəyə mindikdən sonra Balakən Rayon Maliyyə İdarəsi vasitəsilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən İddiaçı qaytarılması, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır. Balakən Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(019)-186/2023 saylı qərardadıdan iş üzrə İddiaçı şikаyəti 8 aprel 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, o, Cavabdeh və X12 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16 may 2020-ci il tarixdə vəfat etmiş X4 miras qalmış əmlaklara, Balakən rayonu Qazma kəndində yerləşən 0.25 ha həyətyanı və 0.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin hər birinin 1/2 hissəsinə iddiaçı tərəfindən mirasın qəbulu faktının müəyyən edilməsi, mərhum X4 miras qalmış miras əmlakları onu qəbul etmiş vərəsələri arasında bərabər paylarla bölünməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında onun nümayəndəsi, həmçinin vəkili Nümayəndə1 ərizə ilə məhkəməyə müraciət edərək, JN 1337A KOD 40103018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və JN 1337 KOD 40103018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət X1 aid hissədə X10 məxsus olması faktının müəyyən edilməsi, 16 may 2020-ci il tarixdə vəfat etmiş X4 miras qalmış əmlaklara, Balakən rayonu Qazma kəndində yerləşən 0.25 ha həyətyanı və 0.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin hər birinin 1/2 hissəsinə iddiaçı tərəfindən mirasın qəbulu faktının müəyyən edilməsi, mərhum X4 miras qalmış miras əmlakların onu qəbul etmiş vərəsələri arasında bərabər paylarda bölünməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, e-2(019)-186/2023 nömrəli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Məhkəmə qərardadı onunla əsaslandırılmışdır ki, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 6-cı bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın, yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquq müəyyənedici sənədlər olmalıdır; üçüncüsü, məhkəməyə müraciət edən ərizəçiyə hüquq müəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Göründüyü kimi, qanunda və hüquqtətbiq etmə praktikasında şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən olunması üçün işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi qaydası nəzərdə tutulmuşdur ki, şəxs bu faktın müəyyən olunması üçün məhkəməyə müractiət etməmişdən həmin məhkəmədən kənar qaydaya riayət etməlidir. Lakin iş materiallarından görünür ki, o, mübahisə predmeti olan JN 1337A KOD 40103018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə və JN 1337 KOD 40103018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında (hüquq müəyyənedici sənədlərdə) iddia olunan səhvlərin aradan qaldırılması üçün qeydiyyat orqanına müraciət etmədən və bu qaydanı tətbiq etmək imkanı itirilmədən birbaşa məhkəməyə müractiət etmişdir. Halbuki qeydiyyat orqanına müraciət etməklə bu səhvləri aradan qaldırmaq imkanı itirilməmişdir. Mülki prosessual qanunvericilik qanunda və yaxud müqavilədə nəzərdə tutulan hallarda bu kateqoriya işlər üçün məhkəməyə müraciət etməzdən əvvəl işin qabaqcadan məhkəmədən kənar (pretenziya) qaydasına riayət edilməsini imperativ tələb kimi vurğulayır və bu qaydaya riayət edilməməsini iddia ərizəsinin qaytarılması və ya baxılmamış saxlanması üçün əsas kimi müəyyənləşdirir. Qeyd edilənlərlə bağlı məhkəmə hesab etmişdir ki, məhkəməyə müraciət etmiş İddiaçı hazırki işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi barəsində qanunla müəyyən edilmiş qaydaya əməl etməməsi və bu qaydanı tətbiq etmək imkanının itirilməməsi əsasına görə İddiaçı Cavabdeh və X12 qarşı hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının, mirasın qəbulu faktının müəyyən edilməsi və mirasın bölünməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalıdır. Aşağıda qeyd edilənlərə əsasən hesab etmişdir ki, Balakən Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, e-2(019)-186/2023 nömrəli qərardadı ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından görünür ki, JN 1337A KOD 40103018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və JN 1337 KOD 40103018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət X1 aid hissədə X10 məxsus olması faktının müəyyən edilməsi, 16 may 2020-ci il tarixdə vəfat etmiş X4 miras qalmış əmlaklara, Balakən rayonu Qazma kəndində yerləşən 0.25 ha həyətyanı və 0.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin hər birinin 1/2 hissəsinə onun tərəfindən mirasın qəbulu faktının müəyyən edilməsi, mərhum X4 miras qalmış miras əmlakların onu qəbul etmiş vərəsələr arasında bərabər paylarda bölünməsi tələbinə dair iddia ərizəsinə əlavə xx.xx.2022-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmişdir. İddia ərizəsinə əlavə hazırki işdə icraata qəbul edilərək baxılmalı olmadığı halda, məhkəmə iddia ərizəsinə əlavəni icraata qəbul etmədən geri qaytarmalı idi. Məhkəmə iddia ərizəsini icraata qəbul etdiyi halda, qeydiyyat orqanı olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsini işə cəlb etməklə işə baxmalı idi. Lakin məhkəmə iddia ərizəsinə əlavəni icraata qəbul etsə də, qeydiyyat orqanını işə cəlb etməmişdir. İkincisi, iddia tələbindən də görünür ki, tərəflər arasında olan mübahisə JN 1337A KOD 40103018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və JN 1337 KOD 40103018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə X7 verilmiş miras əmlakların bölüşdürülməsi ilə bağlıdır. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəməyə verdiyi ərizələrdən də görünür ki, cavabdeh miras əmlakın bölüşdürülməsini mübahisələndirmir. Eyni zamanda iş materiallarına əlavə edilmiş X23 Xidmət Mərkəzində Notariat ofisinin xx.xx.2022-ci il tarixli 1860 saylı arayışından da görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X8 vərəsəlik işi ilə əlaqədar X23 xidmət mərkəzində Notariat ofisi tərəfindən İddiaçı və Cavabdeh müraciətləri əsasında vərəsəlik işi açılmışdır. X2 mirasına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün X23 xidmət mərkəzində Notariat ofisinə müraciət edilmişdir. Eyni zamanda mirasın bölüşdürülməsi ilə əlaqədar digər vərəsələrlə aralarında mübahisə olduğu bildirilmişdir. Bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi ilə əlaqədar ixtilaflar olduqda mübahisəyə məhkəmə baxır. Odur ki, mirasdan payların müəyyən edilməsi məqsədilə məhkəməyə müraciət olunmalıdır. Göründüyü kimi vərəsəliyin açılmasını icra edən orqan olaraq X23 xidmət mərkəzində Notariat ofisi X14 ilə X5 mübahisələndirməmişdir və hazırki mübahisənin həll edilməsində bu halı maneə kimi görməmişdir. Üçüncüsü, İddiaçı anası X10 məxsus olan 0.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0.25 ha həyətyanı torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmiş, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi xx.xx.2022-ci il tarixli **********16 say məktubuna əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş verilmişdir. Göründüyü kimi o, hazırki işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi barəsində qanunla müəyyən edilmiş qaydaya əməl etsə də, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi xx.xx.2022-ci il tarixli, **********16 saylı məktubuna əsasən hüquqların qeydə alınmasından imtina etmişdir. Hesab etmişdir ki, hazırki iddia tələbinin mahiyyəti mirasın bölüşdürülməsi ilə bağlı olduğundan, tərəflər arasında mübahisənin də bundan yarandığından, həmin mübahisənin də qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlərə aid olmadığından Balakən Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, e-2(019)-186/2023 saylı qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxaraq həll edilməsini xahiş etmişdir.. Balakən Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 2(019)-186/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аslı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(019)-186/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, JN 1337A KOD 40103018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə və JN 1337 KOD 40103018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında miras qoyanın adı X3 qeyd edilmişdir. Halbuki onun şəxsiyyətini təsdiq edən sənəddəki adı (soyadı, adı və atasının adı) X11r. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 6-cı bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın-yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənədəki adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquq müəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquq müəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Göründüyü kimi, qanunda və hüquqtətbiq etmə praktikasında şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən olunması üçün işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi qaydası nəzərdə tutulmuşdur ki, şəxs bu faktın müəyyən olunması üçün məhkəməyə müractiət etməmişdən həmin məhkəmədən kənar qaydaya riayət etməlidir. Lakin iş materiallarından görünür ki, İddiaçı mübahisə predmeti olan JN 1337A KOD 40103018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə və JN 1337 KOD 40103018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında (hüquq müəyyənedici sənədlərdə) iddia olunan səhvlərin aradan qaldırılması üçün qeydiyyat orqanına müraciət etmədən və bu qaydanı tətbiq etmək imkanı itirilmədən birbaşa məhkəməyə müractiət etmişdir. Halbuki qeydiyyat orqanına müraciət etməklə bu səhvləri aradan qaldırmaq imkanı itirilməmişdir. Mülki prosessual qanunvericilik qanunda və yaxud müqavilədə nəzərdə tutulan hallarda bu kateqoriya işlər üçün məhkəməyə müraciət etməzdən əvvəl işin qabaqcadan məhkəmədən kənar (pretenziya) qaydasına riayət edilməsini imperativ tələb kimi vurğulayır və bu qaydaya riayət edilməməsini iddia ərizəsinin qaytarılması və ya baxılmamış saxlanması üçün əsas kimi müəyyənləşdirir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.4-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikası MPM-nin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 259.0-cı maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.1. məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə… Azərbaycan Respublikası MPM-nin 260.1, 260.2 və 260.3-cü maddələrinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır; qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir; qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Azərbaycan Repsublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Məhkəmə kollegiyası hesab edir ki, Balakən Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(019)-186/2023 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də şikayət təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(019)-186/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında;. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263- 264, 397, 398.0.1 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(019)-186/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-634/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-634/2023
18.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver