Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-636/2021 30.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X3 iclas katibliyi, İddiaçı və onun vəkili Vəkil, cavabdeh Kəlbəcər rayon 118 saylı tam orta məktəbin direktoru X1 iştirakı ilə İddiaçı cavabdeh Kəlbəcər rayon 118 saylı tam orta məktəbinə qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(051)-1809/2020 saylı qətnaməsindən cavabdeh Kəlbəcər rayon 118 saylı tam orta məktəbin direktoru X4 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir Şəhər məhkəməsinə müraciət edərək, Kəlbəcər rayon 118 saylı tam orta məktəbinin xx xxxxxxxx 2014-cü il tarixli 179&2 saylı əmrinin onunla bağlanmış əmək müqaviləsinin müddətli hesab edilməsinə dair hissəsinin və xx xxxx 2020-ci il tarixli 300 saylı əmrinin etibarsız hesab edilməsi, onun Kəlbəcər rayon 118 saylı tam orta məktəbinə azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsinə müddətsiz müqavilə müddətilə işə bərpa olunmağı və məcburi işburaxma dövrü üçün ona əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(051)-1809/2020 saylı (hakim Ə.Hüseynov) qətnaməsi ilə iddia tələbi təmin edilərək cavabdeh Kəlbəcər rayon 118 saylı tam orta məktəbin direktorunun xx xxxxxxxx 2014-cü il tarixli 179&2 nömrəli əmrinin İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddətli hesab edilməsinə dair hissəsi etibarsız sayılması, cavabdeh Kəlbəcər rayon 118 saylı tam orta məktəbin direktorunun İddiaçı əmək müqaviləsinə xitam verilməsinə dair xx/xx/2020-ci il tarixli 300 nömrəli əmri etibarsız hesab edilməsi, İddiaçı Kəlbəcər rayon 118 saylı tam orta məktəbinə azərbaycan dili və ədəbiyyat müəllim vəzifəsinə bərpa edilməsi, İddiaçı xx xxxx 2020-ci il tarixdən başlayaraq işə bərpa edildiyi günədək məcburi iş buraxdığı günlər üçün əmək haqqı hesablanıb ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh Kəlbəcər rayon 118 saylı tam orta məktəbin direktoru X4 apellyasiya şikayəti verərək, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-1809/2020 saylı qətnaməsinin məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsində ləğv edib, iddia tələbinin qismən təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxxx 2014-cü ildə Kəlbəcər rayon 118 saylı tam orta məktəbdə azərbaycan dili və ədəbiyyat müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. Belə ki, həmin vaxt cavabdehlə onun arasında müddətsiz əmək müqaviləsi bağlanmış, əmək müqaviləsinin bildirişi xx xxxxxxx 2014-cü ildə elektron sistemə daxil edilmişdir. Həmin sistemdə onunla bağlanmış müqavilənin daimi əsaslarla bağlanması qeyd olunmuşdur. 2020-ci ilin dərs ili başlayarkən cavabdeh onu işdən azad olunmağı barədə məlumat vermişdir. xx xxxxxxxx 2020-ci il tarixdə işdən çıxma barədə əmrin surətini aldıqdan sonra ona məlum olmuşdur ki, müdriyyət onunla bağlanmış əmək müqaviləsinə heç bir normaya istinad etmədən xitam vermişdir. Belə ki, Kəlbəcər rayon 118 saylı tam orta məktəbin 300 saylı əmrlə onunla bağlanmış əmək müqaviləsinə xx xxxx 2020-ci il tarixdən müddətli əmək müqaviləsi kimi xitam verilmişdir, əsas kimi isə ikinci iş yeri olması qeyd olunmuşdur. O, Kəlbəcər rayon 118 saylı tam orta məktəbdə 2014-cü ildən 12 saat dərs yükü ilə işləyir. Digər məktəbdə də onun dərs yükü cəmi 6 saat olmuşdur. Hesab edir ki, cavabdeh əmək qanunvericiliyi normasına istinad etmədən və qanunvericilikdə göstərilməyən əsasla onu işdən azad edə bilməzdi. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7.2-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin elektron informasiya sistemində onunla bağlanmış müqavilənin müddətsiz bağlandığı göstərilmişdir. Mənim ikici iş yerimin olması mənimlə bağlanmış müqavilənin ləğvi əsası olması Əmək Məcəlləsinin 68-ci maddəsində qeyd olunmamışdır. Ona görə də Kəlbəcər rayon 118 saylı tam orta məktəbinin xx xxxxxxxx 2014-cü il tarixli 179&2 saylı əmrinin onunla bağlanmış əmək müqaviləsinin müddətli hesab edilməsinə dair hissəsinin və xx xxxx 2020-ci il tarixli 300 saylı əmrinin etibarsız hesab edilməsi, onun Kəlbəcər rayon 118 saylı tam orta məktəbinə azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsinə müddətsiz müqavilə müddətilə işəbərpa olunmağı və məcburi işburaxma dövrü üçün ona əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh Kəlbəcər rayon 118 saylı tam orta məktəbin direktoru X4 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-1809/2020 saylı qətnaməsini qismən əsassız və qanunsuz hesab edir. Belə ki, işə baxan Mingəçevir Şəhər Məhkəməsi (hakim Ələkbər Hüseynov) İddiaçı, iddia tələbini tam qaydada təmin etməkdə haqlı olmamışdır. Belə ki, məhkəmə iddia tələbinin İddiaçı işə bərpa olunması hissəsini təmin etməkdə haqlı olsa da, onun işə bərpa edildiyi günədək məcburi iş buraxdığı günlər üçün əmək haqqının hesablanıb ödənilməsi hissəsində haqlı olmamışdır. Bundan başqa onu da məhkəmə kollegiyasının nəzərinə çatdırmaq istəyir ki, iddiaçı Abbasova X2 rayon 118 saylı tam orta məktəbdə əvəzçilik üzrə azərbaycan dili və ədəbiyyat müəllimi işləyir. Onun əsas iş yeri Ağdam rayon 74 nömrəli köçkün məktəbidir. İddiaçı həmin məktəbdə əsas iş yeri üzrə azərbaycan dili və ədəbiyyat müəllimi işləyir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300.1-ci maddəsinin tələbinə görə əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə iddia tələbinin iddiaçının işə bərpa edildiyi günədək məcburi iş buraxdığı günlər üçün əmək haqqının hesablanıb ödənilməsi hissəsini təmin etsə də, bunu qətnamədə əsaslandırmamış, heç bir sübut olmadan iddia tələbinin həmin hissəsini təmin etmişdir. Halbu ki, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilənlərə əsasən Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)- 1809/2020 saylı qətnaməsinin məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsində ləğv edib, iddia tələbinin qismən təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdeh Kəlbəcər rayon 118 saylı tam orta məktəbin direktoru X4 izahat verərək bildirdi ki, iddiaçı nizam-intizamlı müəllim olmaqla, 5 ildən yuxarı həmin məktəbdə işləmişdir. Bu gün də iddaçının həmin məktəbdə müəllim kimi çalışmasına etiraz etmir. Ona görə də mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxaraq, ədalətli qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı apellyasiya şiakyətinə etiraz edərək, bildirdi ki, o işinə daim nizam-intizamla yanaşmış, heç vaxt əmək pozuntusuna yol verməmişdir. Əmək müqaviləsinə dair bildirişdə onunla bağlanmış əmək müqaviləsinin müddətsiz olmasına baxmayaraq, onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. Hesab edir ki, işdən çıxarılma barədə verilmiş əmr tamamilə əsassızdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, sonda şikayətin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Təhsil Nazirliyinin 8 saylı Ərazi Hesablama Mərkəzinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2. maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı, iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(051)-1809/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Kəlbəcər rayon 118 saylı tam orta məktəbinin 179&2 saylı əmrindən çıxarışdan və elektron sistemdən çıxarışdan görünür ki, xx.xx.2014-cü il tarixdən dil-ədəbiyyat fənninə ehtiyac olduğu üçün Ali təhsilli müəllim İddiaçı rayon təhsil şöbəsinin göstərişinə əsasən məktəbə dil-ədəbiyyat müəllimi təyin edilmiş və bildiriş elektron sistemdən çıxarışda qeydiyyatdan keçmiş və əmək müqaviləsinin müddətsiz olması qeyd edilmişdir. Kəlbəcər rayon 118 saylı tam orta məktəbin direktorunun 179&2 nömrəli əmrindən çıxarışdan görünür ki, xx.xx.2014-cü il tarixdən dil ədəbiyyat fənninə ehtiyac olduğu üçün Ali təhsilli müəllim İddiaçı Rayon Təhsil Şöbəsinin göndərişinə əsasən müvəqqəti olaraq məktəbə dil ədəbiyyat müəllimi vəzifəsinə təyin edilmişdir. Kəlbəcər rayon 118 saylı tam orta məktəbin direktorunun 300 №-li əmrindən çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixdən məktəbdə müddətli müqavilə ilə işləyən Azərbaycan dili və ədəbiyyat müəllimi İddiaçı Elburus qızının müqaviləsinə göstərilən tarixdən xitam verilmişdir Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2014–ci il tarixdən Kəlbəcər rayon 118 saylı tam orta məktəbinə dil-ədəbiyyat fənninə ehtiyac olduğu üçün Ali təhsilli müəllim İddiaçı rayon təhsil şöbəsinin göstərişinə əsasən elektron sistemdə qeydiyyatdan keçmiş müddətsiz əmək müqaviləsi əsasında Kəlbəcər rayon 118 saylı tam orta məktəbinə dil-ədəbiyyat müəllimi təyin edilmiş, lakin cavabdehin məhkəməyə təqdim etdiyi 179&2 saylı əmrdən çıxarışda isə iddiaçının müvəqqəti olaraq məktəbə dil ədəbiyyat müəllimi vəzifəsinə təyin edildiyi göstərilmişdir. Həmin əmrdə cavabdeh tərəf iddiaçının hansı müddətə işə qəbul edildiyini göstərməmiş, həmçinin əmək müqaviləsində dəyişiklik olub-olmamasını qeyd etməmişdir. Eləcə də həmin dəyişiklikdən iddiaçının məlumatı olmamış, nə də həmin dəyişiklik elektron sistemdə qeydiyyatdan keçməmişdir. Ondan sonra cavabdeh 300 №-li əmrlə məktəbdə müddətli müqavilə ilə Azərbaycan dili və ədəbiyyat müəllimi işləyən iddiaçının əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən birtərəfli qaydada xitam vermişdir. Cavabdeh tərəf qeyd olunan əmrdə də iddiaçının əmək müqaviləsinə hansı əsasla və yaxud hansı müddətin bitməsinə görə xitam verdiyini göstərməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi-işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Əmək Məcəlləsinin 9-cu maddəsinin “q” bəndinə əsasən əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq işçinin əsas hüquqlarındadır. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci bəndinin, “b” yarımbəndində həmin Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin vəzifəsi kimi nəzərdə tutulmuşdur Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən;
1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.
3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.
4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Əmək Məcəlləsinin 68-ci (əmək müqaviləsinə xitam verilməsinin əsasları) maddəsinə əsasən;
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarından göründüyü kimi əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya müəyyən müddətə (müddətli) bağlanıla bilər. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Həmin Məcəllənin 74-ci maddəsinin 2-ci hissəsinə görə, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Beləliklə, tərəflərin izahtlarının və iş materiallarına əlavə edilmiş sənədlərin məhkəmə kollegiyasının iclasında tədqiqi nəticəsində müəyyən edildi ki, iddiaçı xx.xx.2014–ci il tarixdən Kəlbəcər rayon 118 saylı tam orta məktəbinə dil-ədəbiyyat fənninə ehtiyac olduğu üçün ali təhsilli müəllim İddiaçı rayon təhsil şöbəsinin göstərişinə əsasən elektron sistemdə qeydiyyatdan keçmiş müddətsiz əmək müqaviləsi əsasında Kəlbəcər rayon 118 saylı tam orta məktəbinə dil-ədəbiyyat müəllimi təyin edilmiş, lakin cavabdehin məhkəyə təqdim etdiyi 179&2 saylı əmrdən çıxarışda isə iddiaçının müvəqqəti olaraq məktəbə dil ədəbiyyat müəllimi vəzifəsinə təyin edildiyi göstərilmişdir. Həmin əmrdə cavabdeh tərəf iddiaçının hansı müddətə işə qəbul edildiyini göstərməmiş, həmçinin əmək müqaviləsində dəyişiklik olub-olmamasını qeyd etməmiş, eləcə də həmin dəyişiklikdən iddiaçının məlumatı olmamış, nə də həmin dəyişiklik elektron sistemdə qeydiyyatdan keçməmişdir. Lakin cavabdeh müddətli müqavilə ilə Azərbaycan dili və ədəbiyyat müəllimi işləyən iddiaçının əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən birtərəfli qaydada xitam vermişdir. Cavabdeh tərəf qeyd olunan əmrdə də iddiaçının əmək müqaviləsinə hansı əsasla və yaxud hansı müddətin bitməsinə görə xitam verdiyini göstərməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış fərdi əmək mübahisəsinin düzgün həll edilməsi üçün ilk növbədə əmək müqaviləsinə xitam verilməsi əsaslarının, əmək müqaviləsinin xitam verilməsi haqqında əmrin məzmununun əmək qanunvericiliyinin tələblərinə uyğun olub–olmaması araşdırılmalıdır. Əmək Məcəlləsinin 84-cü maddəsinə əsasən, 1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir.
2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.
3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada - təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Əmək Məcəlləsinin 288-ci maddəsinin “h” bəndinə görə fərdi əmək mübahiələrinin həlli zamanı həmçinin işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi məsələləri nizama salınır. Həmin Məcəllənin 290.2-ci maddəsinə əsasən isə işçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümimilikdə hüquqi qiymət verərək bildirir ki, аpellyаsiyа şikаyətində göstərilən dəlillər qeyri-müəyyən оlduğundаn və şəxsi mülаhizələrə əsаslаndığındаn əsаssızdır və qətnаmənin ləğvi üçün əsаs оlа bilməz. Çünki, cаvаbdeh Əmək Məcəlləsinin bir sıra müddəalarına imperativ qaydada riayət etməli olduğu halda etməmişdir. Məhz cavabdeh tərəf işdən azad olunma, müqavilənin ləğvi barədə əmr verərkən əmək funksiyasının və vəzifə təlimtalarının yerinə yetirilməsi ilə əlaqədar Əmək Məcəlləsinin bir sıra müddəalarına riayət etməli olduğu halda bunu etməmişdir. Göründüyü kimi işəgötürən tərəfindən Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqаviləsinin ləğv edilməsi qаydаlаrınа əməl оlunmаdаn xitam vermiş və əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamışdır. Şikаyətdə isə bu tələblərə ümumiyyətlə riаyət оlunmаsı bаrədə hər hаnsı bir fikir bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh Kəlbəcər rayon 118 saylı tam orta məktəbin direktoru X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(051)-1809/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Ayaz Mahmudov