Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-638/2024 04.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Məmmədova (Səfərova) Aybəniz Həsən qızı, Cavabdeh2, X17, Bazar (Səfərova) Aygün Həsən qızı və Cavabdeh5 qarşı (açar sözlər: Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və X9 ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlər - Cavabdeh2, Bazar (Səfərova) Aygün Həsən qızı, cavabdeh Məmmədova (Səfərova) Aybəniz Həsən qızının nümayəndəsi X3 və həmin cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər X10, Cavabdeh2, X17, Cavabdeh4 və Cavabdeh5 qarşı “mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair” mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 11 iyul 2023-cü il tаrixli, 2(051)-1404/2023 saylı qətnаməsindən cavabdehlər Məmmədova (Səfərova) Aybəniz Həsən qızı, Cavabdeh2 və Bazar (Səfərova) Aygün Həsən qızının nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İş materiallarında olan 2821 №-li 27 oktyabr 1972-ci il tarixli orderdən görünür ki, Mingəçevir şəhər X25 İcraiyyə Komitəsinin 278 №-li 26 oktyabr 1972-ci il tarixli qərarı ilə Mingəçevir şəhəri Komsomol küçəsi 2 №-li evin 15 №-li mənzili X11 adına qeyd edilməklə mənzil onun, arvadı Elyana Səfərova, qızları X10, Cavabdeh2, X17, Cavabdeh4, Cavabdeh5 və oğlu İddiaçı istifadəsinə verilmişdir.
2. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 07 may 2005-ci ildə vəfat etmişdir.
3. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 17 aprel 1988-ci ildə vəfat etmişdir.
4. İş materiallarında olan Mingəçevir şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi Mənzil Təsərrüfatı və Abadlaşdırma idarəsinin 337 №-li 16 avqust 2021-ci il tarixli məktubunda göstərilir ki, Mingəçevir şəhəri Komsomol küçəsi ev 166, mənzil 15, hazırda 20 Yanvar küçəsi, ev 166, mənzil 15 adlanır.
5. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* № li arayışından görünür ki, İddiaçı, cavabdehlər X10, X17, Cavabdeh4, Səfərova X7 şəhəri 20 Yanvar küçəsi 166 № li evin 15 № li mənzilində qeydiyyatda deyildirlər. Yalnız Cavabdeh2 həmin mənzildə qeydiyyatdadır.
6. Elektron portaldan görünür ki, Cavabdeh2 Baki şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, X28 küçəsi, ev 4a, mənzil 35-də qeydiyyatdadır.
7. İş materiallarında olan 22 iyul 2021-ci il tarixli aktdan görünür ki, cavabdehlər X2, Cavabdeh2, X17, Cavabdeh4, Səfərova X7 şəhəri 20 Yanvar küçəsi 166 № li evin 15 № li mənzilində yaşamırlar.
8. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Peyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Mingəçevir şəhəri 20 Yanvar küçəsi, ev 166, sahəsi 110,3 kv.m olan 15 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə tam olaraq İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 120 nömrəli kitabının 9 nömrəli vərəqində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi **********0, qeydiyyat tarixi xx.xx.2022).
II. Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehlər Məmmədova (Səfərova) Aybəniz Həsən qızı, Cavabdeh2, X17, Bazar (Səfərova) Aygün Həsən qızı və Cavabdeh5 qarşı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
10. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edərək izahatında bildirmişdir ki, Mingəçevir şəhəri X14 İcraiyyə Komitəsinin 26 oktyabr 1972-ci il tarixli qərarı ilə 287 №li 27 oktyabr 1972-ci il tarixli order əsasında Mingəçevir şəhəri Komsomol (hazırda 20 Yanvar küçəsi) 166 №li evin 15 №li mənzili ərizəçinin mərhum atası X11 adına qeyd edilməklə 8 nəfər ailə üzvləri: həyat yoldaşı Elyanə Səfərova, qızları X18, Cavabdeh2, X17, Bazar (Səfərova) Aygün Həsən qızı, Cavabdeh5, və ərizəçi İddiaçı istifadəsinə verilmişdir. Sonradan doğulmuş 1974-cü il təvəllüdlü ərizəçinin bacışı Səfərova (Rəcəbəliyeva) Şərafət Həsən qızı və o, ailə qurduqdan sonra oğlu X1 şəhəri 20 Yanvar küçəsi (keçmiş Komsomol küçəsi) 166 saylı evin 37 saylı mənzilinə qeydiyyata düşmüşdürlər. Həmin mənzildə uzun müddət yaşamadıqları üçün, Mingəçevir Şəhər Məhkəməsinin 25 iyun 2019-cu il tarixli, 2(051)- 1475/2019 saylı qətnaməsinə əsasən iddia təmin olunmuş cavabdehlər X4 və X8 Mingəçevir şəhəri 20 Yanvar küçəsi 166 №li evin 15 №li mənzilindən istifadə hüquqları itirilmiş hesab edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Hazırki iş üzrə cavabdehlər Məmmədova (Səfərova) Aybəniz Həsən qızı, Cavabdeh2, X17, Bazar (Səfərova) Aygün Həsən qızı, Cavabdeh5 Mingəçevir şəhəri 20 Yanvar küçəsi 166 №li evin 15 №li mənzilində qeydiyyatları yoxdur, ona görə də 2019-cu ildə cavabdehlər X4 və X8 Mingəçevir şəhəri 20 Yanvar küçəsi 166 №li evin 15 №li mənzilindən istifadə hüquqlarının itirilməsi ilə bağlı müraciət edəndə cavabdehlər Məmmədova (Səfərova) Aybəniz Həsən qızı, Cavabdeh2, X17, Bazar (Səfərova) Aygün Həsən qızı, Cavabdeh5 da isitifadə hüqüqlarının itirilməsi məsələsini mübahisləndirməmişdi. Cavabdehlər Məmmədova (Səfərova) Aybəniz Həsən qızı, Cavabdeh2, X17, Bazar (Səfərova) Aygün Həsən qızı, Cavabdeh5 mübahisəli mənzildə qeydiyyatda olmasalar da kirayədarın ailə üzvləri kimi orderdə adları vardır. Onların orderdə adları olduğu üçün ərizəçi mənzili özəlləşdirə bilmir. Belə ki, Məmmədova (Səfərova) Aybəniz Həsən qızı-1979-cu ildən, Cavabdeh2 1983-cü ildən, X17 1988-ci ildən ailə qurmuşlar, mübahisəli mənzildən köçmüşlər, həmin vaxtdan bu mənzildə yaşamırlar. Bazar (Səfərova) Aygün Həsən qızı 1997-ci ildən, Cavabdeh5 1996-cı ildən ailə qurmuş, mübahisəli mənzildən köçmüşlər, həmin vaxtdan bu mənzildə yaşamırlar. Onlara məxsus hər hansı əşya mübahisə edilən mənzildə qalmamışdır. Ərizəçinin anası X6 17 aprel 1988-ci ildə, atası X23 07 may 2005-ci ildə vəfat etmişlər. Valideynlərinn vəfatından sonra bacıları ümumiyyətlə qeyd edilən mənzil ilə çox az əlaqə saxlamışlar. Cavabdehlər xarici ölkə vətəndaşlarıdırlar. Əvvəl ailə qurmuş bacısı Aybəniz 40 ildən, sonuncu ailə qurmuş bacısı Nəzakət isə 20 ildən artıqdır ki, Mingəçevir şəhəri 20 Yanvar küçəsi 166 №li evin 15 №li mənzilində yaşamırlar. Cavabdelər 20-40 ildir ki, mübahisəli mənzildə yaşamırlar, onlara aid hər hansı bir əşya mənzildə yoxdur. Mənzil dövlət fondunda olan mənzildir. Özəlləşdirmək istəyir. Cavbdehlərin daimi yaşayış yerləri vardır, onların ərizəçinin yaşadığı və qeydiyyatda olduğu mənzilə ehtiyacları yoxdur. Yaşayış yerləri olmasaydı ərizəçi ilə yaşamaq üçün mənzillə əlaqə saxlayardılar. Mənzilin ərizəçinin adına özəlləşdirilməsi üçün orderdə adları olan hər bir şəxsin razılığı lazımdır. Hazırda onları tapıb razılığını ala bilmir. Ona görə də iddianın təmin olunmasını, Cavabdehlər Məmmədova (Səfərova) Aybəniz Həsən qızı, Cavabdeh2, X17, Bazar (Səfərova) Aygün Həsən qızı, Cavabdeh5 Mingəçevir şəhəri 20 Yanvar küçəsi 166 №li evin 15 №li mənzilindən (keçmiş Komsomol küçəsi) istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
11. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 verdiyi izahatında göstərmişdir ki, 2005-ci ildə atası rəhmətə gedəndən sonra qardaşı orada yaşamağa başlayıb. Qardaşı onları aldadıb və onların etibarından sui-istifadə edib etibarnamə alaraq evi öz adına keçirmişdir.
12. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ələkbər Hüseynov) 11 iyul 2023-cü il tаrixli, 2(051)-1404/2023 saylı qətnaməsi ilə iddia təmin edilərək cavabdehlər X10, Cavabdeh2, X17, Cavabdeh4, Cavabdeh5 Mingəçevir şəhəri 20 Yanvar küçəsi (keçmiş Komsomol küçəsi) 166 №li evin 15 №li mənzilindən istifadə hüquqları itirilmiş hesab edilməsi qət edilmişdir.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60 və 87-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
14. Cavabdehlər Məmmədova (Səfərova) Aybəniz Həsən qızı, Cavabdeh2 və Bazar (Səfərova) Aygün Həsən qızının nümayəndəsi və vəkili Vəkil2 tərəfindən Mingəçevir Şəhər Məhkəməsinin 11 iyul 2023-cü il tаrixli, 2(051)-1404/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.
III. Apellyasiya instansiya məhkəməsində icraat
a) apellyasiya şikayətinin dəlilləri
15. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, ...məhkəmə araşdırılması zəruri olan aşağıdakı halları araşdırmamış və hüquqi qiymət verməmişdir. - İddiaçı 1989-cu ildən başlayaraq 2017-2018-ci ilədək, yəni 27-28 il ərzində mübahisələndirdiyi mənzildə yaşamamasına baxmayaraq, həmin hal araşdırılmamış və mənzilə istifadə hüququnun ititrilib-itirilməməsinə hüquqi qiymət verilməmişdir. Aytəkinin isə daimi yaşayış yerinin olmadığına, həmin mənzildə qeydiyyatda olmasına baxmayaraq, hərbirimizin həmin mənzillə daimi əlaqəmizinn mövcud olmasına baxmayaraq, mənzilə dair verilmiş orderdə adımızın olmasına baxmayaraq bizim həmin mənzilə istifadə hüquqlarının itirilməsi haqqında qətnamə qəbul edilmişdir. - İddiaçı və cavabdehlərin mənzilə dair kirayəçi hüquqlarının bərabər olduğu halda, habelə S. Rəşid mənzilin mülkiyyətçisi olmadığı halda və onun özü həmin mənzilin daimi istifadəçisi olmadığı və həmin mənzildə qeydiyyatı olmadığı halda, onun digər kirayəçiyə qarşı isitfadə hüququnun itirilməsi haqqında iddia qaldırmaq üçün subyektiv hüququ vardırmı ?. - İddiaçı mübahisəli mənzildən qeydiyyatdan çıxma və yenidən həmin mənzilə yenidən qeydiyyata düşmə vaxtı, habelə mənzildə yaşamadığı müddət müəyyənləşdirilməyb. Onun daimi istifadəçi olub-olmaması araşdırılmayıb və işin bu kimi hallarına hüquqi qiymət verilməyib. - İddiaçı mübahisəli mənzildən köçməsi, özünə yaşayış sahəsinin əldə edibetməməsi halı müəyyənləşdirilməyib. - İddia tələbi, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsində göstərilmiş olan "mənzillər (evlər), özəlləşdirilməs üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş ailə üzvülərinin birinin, yaxud hamısının mülkiyyətinə verilir müddəasına uyğun gəlirmi? Orderdə adları olan hər bir kirayəçi, həmin mənzildən istifadə edib-etməməsindən asılı olmayaraq, mübahisəli mənzilə münasibətdə bərabər mülkiyyətçi hüququna malikdir. Məhkəmə cavabdehin mübahisəli mənzilə dair istifadə hüququnun itirilmiş hesab edilməsi barədə mövqeyini əsaslanadırarkən 1982-ci ildə qəbul edilmiş Mənzil Məcəlləsinin 60-cı maddəsinə istinad etmişdir. Lakin nəzərə almamışdır ki, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun 1993-cü ildə, köhnə mənzil məcəlləsi isə 1982-ci ildə, sovet dövründə, kommunal mənzillərin vətəndaşın şəxsi mülkiyyətində olması mümkün olmadığı dövrdə, qəbul edilmişdir. Ona görə də həmin mübahisə köhnə Mənzil Məcəlləsi ilə deyil, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun ilə tənzimlənməlidir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisəli mənzilə dair verilmiş 2821 №-li 27 oktyabr 1972-ci il tarixli orderdə cavabdehlərin hər birinin adları vardır və eyni zamanda müəyyən edilmişdir ki, mübahisəli mənzildə yalnız Cavabdeh2 qeydiyyatı vardır. Məhkəmə qeyd etmişdir ki, həmin şəxslərdən yalnız iddiaçı həmin mənzildən istifadə edir. Digər şəxslərin isə həmin mənzillə əlaqələri yoxdur. İddiaçı onların harada olmasından xəbəri yoxdur. Sübut qismində iş materiallarına əlavə edilmiş akta istinad etmişdir. Lakin həmin akt məhkəmə prossesində tədqiq edilməmişdir. İddiaçının özünün həmin mənzillə hansı dərəcədə və hansı müddətdə bağlı olması aydınıaşdırılmamışdır. Cavabdehlərin həmin mənzillə əlaqələrinin olmaması hərtərəfli araşdırılmamış, lazımı sübutlarla, ən azı yaxın qohumların ifadəsi ilə sübut edilməmişdir. Ona görə də qeyd olunanlara əsasən Mingəçevir Şəhər Məhkəməsinin 11 iyul 2023cü il tаrixli, 2(051)-1404/2023 saylı qətnaməsini ləğv edərək iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş edilmişdir.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə yazılı etirazında göstərmidir ki, şikayət əsassızdır. Cavabdehlər ataları vəfat etməmişdən əvvəl ailə qurarraq mənzildənçıxmış, özlərinin şəxsi mənzilləri olmuş, iddiaçı - İddiaçı nümayəndəsi və vəkili Vəkil1, dövlət mənzil fondu olan mənzildə yaşamaq ehtiyacları olmamışdır. Birinci instansiya məhkəməsi mübahisəyə xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 60, 87-ci maddələrini tətbiq etməkdə haqlı olmuşdur. Hal-hazırda iddiaçı həmin mənzilə mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır. Göstərilənlərə əsasən, cavabdehlərin apellyasiya şikayəti əsassız olduğu üçün rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh2, Bazar (Səfərova) Aygün Həsən qızı, cavabdeh Məmmədova (Səfərova) Aybəniz Həsən qızının nümayəndəsi X3 və həmin cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 hər biri ayrıayırlıqda apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdilər.
18. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 11 iyul 2023-cü il tаrixli, 2(051)-1404/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
19. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı və cavabdeh Məmmədova (Səfərova) Aybəniz Həsən qızı məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, iddiaçı və cavabdeh Məmmədova (Səfərova) Aybəniz Həsən qızının iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
20. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
22. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
23. İş üzrə apellyasiya şikayəti vermiş olan cavabdehlər birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdikləri üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası:
24. Maddə 29. Mülkiyyət hüququ
İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir.
25. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (köhnə redaksiyada, 8 iyul 1982--ci il tarixli)
26. Maddə 60. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanması
İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. (...). İcarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. (...). Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.
27. Maddə 87. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
28. Maddə 152.1. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
29. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
30. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla, müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
31. Maddə 14.2-ci Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
35. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
37. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
38. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
40. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
41. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdehlər Məmmədova (Səfərova) Aybəniz Həsən qızı, Cavabdeh2 və Bazar (Səfərova) Aygün Həsən qızının nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 11 iyul 2023-cü il tаrixli, 2(051)-1404/2023 saylı qətnaməsi mübahisələndirilən dəyişdirilmədən saxlanılmalıdır.
43. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
44. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
45. İş materialları və tərəflərin izahatları ilə müəyyən edilir ki, Mingəçevir şəhəri 20 Yanvar küçəsi 166 № li evin 15 № li mənzili dövlət fonduna aid olmuşdur. Mənzil Mingəçevir şəhər X25 İcraiyyə Komitəsinin 278 №-li 26 oktyabr 1972-ci il tarixli qərarı ilə 27 oktyabr 1972-ci il tarixli 287 №li orderlə X11 adına qeyd edilməklə onun, arvadı Elyanə Səfərovanın, qızları Cavabdeh1 (Səfərova), Cavabdeh2, Reyhan Səfərova, Aygün Bazar (Səfərova), Cavabdeh5 və oğlu İddiaçı istifadəsinə verilmişdir. Tərəflərin anası X5 1988-ci, atası X23 2005-ci il də vəfat etmişlər. İş üzrə iddiaçının bacıları olan cavabdehlər müxtəlif vaxtlarda ərə gedərək mübahisəli mənzili daimi olaraq tərk etmişlər. İddiaçı isə həmin mənzili 2022-ci ilə özəlləşdirərək mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmışdır. Hal-hazırda həmin mənzil tam olaraq iddiaçının mülkiyyətindədir.
46. İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edərək cavabdehlərin mübahisə predmeti olan mənzilə istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Qətnamədən narazı qalan cavabdehlər Məmmədova (Səfərova) Aybəniz Həsən qızı, Cavabdeh2 və Bazar (Səfərova) Aygün Həsən qızının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti vermişdir.
47. Qeyd edilməlidir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
48. Cavabdehlər ailə qurub mübahisəli mənzili daimi olaraq tərk etdiklərindən sonra qayıdaraq həmin mənzildə yaşadıqlarını bildirsələr də, bununla bağlı əsaslı sübutlar təqdim etməmişlər. Hətta iş materilları və tərəflərin izahatından cavabdehlərdən birinin başqa ölkənin vətəndaşı olduğu və daimi olaraq başqa ölkədə yaşadığı, digərinin isə daimi olaraq başqa ölkədə yaşadığı müəyyən edilmişdir.
49. Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X22 da cavabdehlərin onların valideynlərinin sağlığında mübahisəli evdə yaşadıqlarını, ərə getdikdən sonra başqa yerdə yaşadıqlarını, həmin mənzilə gəlibgetdiklərini bildirmişdir.
50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsi olan hüquqlarından məhrum etmir.
51. Göründüyü kimi, Mənzil Məcəlləsinin (köhnə redaksiyada) 87-ci maddəsində göstərilən əsaslar olduqda icarədar və ya onun ailə üzvü altı ay və daha çox müddətə başqa yerə getməsi həmin şəxslərin yaşayış sahəsinə olan hüquqlarından məhrum edilməsi üçün əsasdır.
52. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, cavabdehlərin adı mənzilin istifadəyə verilməsi barədə orderdə göstərilsə də, onlar uzun illərdir ki, həmin mənzildə yaşamırlar.
53. Apellyasiya şikayətinin başlıca dəlili, iddiaçının özünün də uzun müddət mənzildə yaşamaması, bu səbəbdən də onun 1982-ci il Mənzil Məcəlləsinin 60-ci maddəsinin son abzasına əsasən iddia qaldırmaq hüququnun olmaması barədədir.
54. Kollegiya təqdim olunmuş sübutları tam və hərtərəfli araşdıraraq, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına, xüsusən də mübahisəli mənzilin İddiaçı adına tam mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmasına diqqət yetirərək belə qənaətə gəlir ki, iddiaçının nəinki hal-hazırda mübahisəli mənzildə yaşamağa qalmış daimi istifadəçisi kimi, eyni zamanda mübahisəli mənzilin mülkiyyətçisi kimi cavabdehlərin müəyyən edildiyindən artıq müddətə başqa yerə (daimi) getmələri nəticəsində yaşayış sahəsindən istifadə hüququnun itirmiş hesab edilməsi barədə məhkəmədə iddia qaldırmağa subyektiv hüququ olmuşdur.
55. Məhkəmə kollegiyasının iclasında cavabdehlərin izahatlarından o da müəyyən olunmuşdur ki, mübahisəli mənzil uzun müddət iddiaçı tərəfindən kirayəyə verilmiş, kirayə haqlarını da iddiaçı almışdır. Hal-hazırda mənzildə ailəsi ilə birlikdə yaşayır.
56. Apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin İddiaçı mübahisəli mənzildən qeydiyyatdan çıxma və həmin mənzilə yenidən qeydiyyata düşmə vaxtı, habelə mənzildə yaşamadığı müddətin, onun daimi istifadəçi olub-olmaması, mübahisəli mənzildən köçməsi, özünə yaşayış sahəsinin əldə edib-etməməsi hallarının müəyyənləşdirilməməsi ilə bağlıdır.
57. Kollegiya şikayətin həmin dəlilləri ilə bağlı qeyd edir ki, iş materialları ilə, həmçinin işə əlavə olunmuş məhkəmə qətnamələri ilə də iddiaçının qeydiyyatda olmaqla mənzilin onun istifadəsi və sahibliyində olması öz təsdiqini tapır.
58. İş üzrə cavabdehlər mübahisəli mənzili müvafiq olaraq 1992-2005-ci illərdən daimi olmaqla tərk edərək Azərbaycan Respublikasının yeni Mənzil Məcəlləsi qanuni qüvvəsini alanadək (2009-cu il) və ondan sonra da yaşamamışlar.
59. Məhkəmə kollegiyası onu da vurğulayır ki, iddiaçı uzun müddət mübahisəli mənzildə yaşamamış olsa da belə, cavabdehlərdən heç biri iddiaçının yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi barədə məhkəmədə iddia qaldırmamışdır. Bu həm də cavabdehlərin özlərinin mənzilin daimi istifadəçiləri olmamasından irəli gəlmişdir.
60. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin işə mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iş üzrə gəlinən nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir.
61. «Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarı).
62. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdehlər Məmmədova (Səfərova) Aybəniz Həsən qızı, Cavabdeh2, X17, Bazar (Səfərova) Aygün Həsən qızı, Cavabdeh5 Mingəçevir şəhəri 20 Yanvar küçəsi 166 №-li evin 15 №-li mənzilindən istifadə hüquqları itirilmiş hesab edilməlidir.
63. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.
64. Şərh olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır.
65. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
66. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun
67. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
68. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
69. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 11 iyul 2023-cü il tаrixli, 2(051)-1404/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdehlər Məmmədova (Səfərova) Aybəniz Həsən qızı, Cavabdeh2 və Bazar (Səfərova) Aygün Həsən qızının nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 11 iyul 2023-cü il tаrixli, 2(051)-1404/2023 saylı qətnаməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov