Məhkəmə qərarları › İş №2(107)-64/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-64/2025

13.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-64/2025 13.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı «torpaq sahəsindən məcburi çıxarılma və qanunsuz hərəkətlərə birdəfəlik son qoyulma» tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma, ekspertiza tədqiqatı) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq və X14 ibarət tərkibdə, məhkəmə iclas katibi Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «torpaq sahəsindən məcburi çıxarılma və qanunsuz hərəkətlərə birdəfəlik son qoyulma» tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli 2(039)-94/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 24 fevral 2015-ci il tarixdə verilmiş **********45 reyestr, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Yevlax rayonu Nəmərli kəndində yerləşən 1.6742 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 25 fevral 2015-ci il tarixdə verilmiş **********23 reyestr, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Yevlax rayonu Nəmərli kəndində yerləşən 4.5216 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 27 dekabr 2023-cü il tarixdə verilmiş **********85 reyestr, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Yevlax rayonu Nəmərli kəndində yerləşən 3.418 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh ümumibirgə mülkiyyətlərindədir.

2. İddiaçı Cavabdeh qarşı «torpaq sahəsindən məcburi çıxarılma və qanunsuz hərəkətlərə birdəfəlik son qoyulma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona və ailə üzvlərinə məxsus Yevlax rayonu, Nəmərli kəndində yerləşən 6.2 ha torpaq sahəsindən çıxarılması və torpaqdan qanunsuz istifadə etdiyi üçün 20000 manat əldən şıxmış faydanın cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, onun və ailə üzvlərinin 6 ha torpaq sahəsi var. Hazırda maddi ziyanı istəmir. Cavabdehin torpağından çıxmasını istəyir.

4. Cavabdeh məhkəmə iclasında izah etdi ki, o istəyir ki, onun torpağı tanıdılsın və artıq torpaq varsa götürsünlər. 4.42 ha torpaq sahəsi var. Onun artıq torpağa ehtiyacı yoxdur.

5. Yevlax Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli 2(039)-94/2024 nömrəli qətnaməsi ilə (hakim R.Əlizadə), iddianın qismən təmin edilməsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli 24 fevral 2015-ci il tarixli çıxarışla iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan 1.6742 ha torpaq sahəsinin 1.52 ha hissəsindən Cavabdeh çıxarılması, iddianın qalan hissədə rədd edilməsi, Cavabdeh 50 manat ekspertiza xərcinin tutularaq X6; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli 25 fevral 2015-ci il tarixli və ********** qeydiyyat nömrəli 24 fevral 2015-ci il tarixli çıxarışlara əsasən Yevlax rayonu, Nəmərli kəndi ərazisində mülkiyyətində 6.2 hektar torpaq sahəsi vardır. Həmin torpaq sahəsininin 1.52 ha hissəsini cavabdeh faktiki olaraq qanuni əsas olmadan istifadə edir və bununla da iddiaçıların mülkiyyət hüquqları kobud şəkildə pozulur. İddiaçıya maddi ziyanın dəyməsi ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdir.

Məhkəmə gəldiyi nəticəni açağıdakılarla əsaslandırmışdır;

7. Məhkəmə hesab etmişdir ki, ********** qeydiyyat nömrəli 24 fevral 2015-ci il tarixli çıxarışla iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan 1.6742 ha torpaq sahəsinin 1.52 ha hissəsindən cavabdeh çıxarılmalıdır. Cavabdeh 50 manat ekspertiza xərci tutularaq X6; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilməlidir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5, 110-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1.2, 6.1.4, 6.1.7, 152.1, 152.5, 157.2, 157.4, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, "İnsan Hüquqlarının və X8 haqqında" Avropa Konveniyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2003-cü il tarixli 2 saylı Plenumunun Qərarının 3-cü bəndinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1, 121.1, 124.1, 88, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a)Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.

10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbində qeyd olunanlarla o, razılaşmır. Ona artıq torpaq lazım deyil. Lakin hesab edir ki, iddiaçının onda heç bir torpağı yoxdur. Lakin məhkəmə qeyd etdiklərini nəzərə almayaraq iddiaçının mənafeyinə uyğun əsassız qətnamə qəbul etmiş, nəticədə bu qətnamə ilə onun hüquqları çox ciddi şəkildə pozulmuşdur.

11. Məhkəmə tərəfindən işin faktiki halları araşdılmadan əsassız və qeyri obyektiv məhkəmə qərarı qəbul edilmişdir.

12. Məhkəmə iddia tələbini təmin edərkən işin faktiki hallarını nəzərə almamışdır. Hesab edir ki, bu hallar məhkəmə tərəfindən araşdırılmalı olduğu halda araşdırılmamış, işə birtərəfli yanaşılaraq ədalətsiz qətnamə qəbul edilmişdir.

13. Odur ki, apellyаsiyа şikаyətinin təmin edilməsi, Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(039)-94/2024 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(039)-94/2024 nömrəli qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və həmin hissədə də iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(039)-94/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(039)-94/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Konstitusiyasının; 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər.

20. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 97.1-ci maddəsində qeyd olunur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

22. “X9rşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin edilən hissəsində mübahisələndirmişdir. Həmçinin Cavabdeh Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(039)-94/2024 nömrəli qətnaməsinin tam ləğv olunmasını xahiş etsə də, iddianın rədd edilmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmadığından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin edilən hissəsinə münasibətdə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv olunması üçün əsas yoxdur.

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

28. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 24 fevral 2015-ci il tarixdə verilmiş **********45 reyestr, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Yevlax rayonu Nəmərli kəndində yerləşən 1.6742 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, X10, X11, X15, X7, X16 və X12, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 25 fevral 2015-ci il tarixdə verilmiş **********23 reyestr, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Yevlax rayonu Nəmərli kəndində yerləşən 4.5216 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, X10, X11, X15, X7, X16 və X12 ümumibirgə mülkiyyətlərindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 27 dekabr 2023-cü il tarixdə verilmiş **********85 reyestr, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Yevlax rayonu Nəmərli kəndində yerləşən 3.418 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh, X3, X4, X5, X2 ümumibirgə mülkiyyətlərindədir.

29. Mütəxəssis və ekspert rəyləri ilə müəyyən olunmuşdur ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli 24 fevral 2015-ci il tarixli çıxarışla iddiaçının ümumibirgə mülkiyyətində olan 1.6742 ha torpaq sahəsinin 1.52 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir.

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır.

31. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının onda heç bir torpağının olmamasına dair dəlilini əsaslı hesab etməyərək qeyd edir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 19 fevral 2024-cü il tarixli, 3-16-16/2-10/872 nömrəli ekpsert rəyindən görünür ki,-Yevlax rayonu, Nəmərli kəndi ərazisində JN0002 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında iddiaçının və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsi Cavabdeh tərəfindən naturada istifadə edilir. İddiaının və ailə üzvlərinin mülkiyyətinə verilmiş və TEKUİS qeydə alınmış 1.52 ha torpaq sahəsi cavabdeh tərəfindən istifadə edilir.

32. Məhkəmə kollegiyası qeyd etməyi vacib hesab edir ki, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasının təmin edilməsi məqsədi ilə məhkəmə kollegiyasının 01 avqust 2024-cü il tarixli qərardadı ilə də məhkəmə tikinti texniki ekspertizası təyin edilmiş, icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmə kollegiyasının qərardadının icrası üzrə verilmiş rəy mülki iş materiallarına əlavə edilmişdir.

33. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 12 mart 2025-ci il tarixli, 10/9121 nömrəli ekpsert rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-35/2-5620/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, iş üzrə İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan Reyestr nömrəsi **********23 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən 4.5216 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin sənəd üzrə koordinatları müəyyən edilmişdir.

34. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-35/2-5620/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, koordinatları müəyyən edildikdən sonra Reyestr nömrəsi **********23 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən 4.5216 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin sənəd üzrə naturada ölçüləri müəyyən edilmişdir.

35. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-35/2-5620/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, iş üzrə İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan Reyestr nömrəsi **********45 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən 1.6742 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin sənəd üzrə koordinatları müəyyən edilmişdir.

36. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-35/2-5620/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, koordinatları müəyyən edildikdən sonra Reyestr nömrəsi **********45 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən 1.6742 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin sənəd üzrə naturada ölçüləri müəyyən edilmişdir.

37. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-35/2-5620/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, iş üzrə Cavabdeh və ailə üzvlərinin mülkiyyətində olan Reyestr nömrəsi **********85 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən 3.418 ha kənd təsərrüfatlı təynatlı torpaq sahəsinin sənəd üzrə koordinatları müəyyən edilmişdir.

38. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-35/2-5620/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, koordinatları müəyyən edildikdən sonra Reyestr nömrəsi **********85 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən 3.418 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin sənəd üzrə naturada ölçüləri müəyyən edilmişdir.

39. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-35/2-5620/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, iş üzrə iddiaçıya və cavabdehə məxsus torpaqların sənəd üzrə üst-üstə düşmədiyi müəyyən edilmişdir.

40. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-35/2-5620/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, iş üzrə iddiaçıya məxsus Reyestr nömrəsi **********23 və **********45 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən 4.5216 və 1.6742 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahələrindən TEKUİS qeydə alınmış 1.52 ha hissəsi naturada Cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edilmişdir və iddiaçılara məxsus olan və naturada cavabdeh tərəfindən istifadə edilən torpaq sahəsi rəyə əlavə edilmiş plan-sxemdə göstərilmişdir.

41. Kollegiya qeyd edir ki, Məhkəmə Ekspertizası Mərkəzinin 12 mart 2025-ci il tarixli, 10/9121 nömrəli ekspert rəyi verilərkən istinad edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin 29 dekabr 2024-cü il tarixli mütəxəssis rəyinə əlavə edilmiş sxemlərdən Cavabdeh tərəfindən iddiaçının ümumibirgə mülkiyyətində olan 1.6742 ha torpaq sahəsinin 1.52 ha hissəsindən istifadə edildiyi müəyyən edilmişdir.

42. Məhkəmə kollegiyası qeyd edir ki, ekspertiza tədqiqatlarının aparılması üçün ekspertə yalnız məhkəmə qərardadının nüsxəsi deyil, hər iki tərəfin mülkiyyətlərində olan torpaq sahələrinə dair hüquqmüəyyənedici və texniki sənədlərin də əlavə edildiyi mülki iş materialları təqdim edilməklə, ekspertiza tədqiqatları zamanı hüquqların dövlət qeydiyyatını həyata keçirən Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəssis rəylərinə də istinad edilməklə ekspertiza tədqiqatları zamanı iddiaçının ümumibirgə mülkiyyətində olan 1.6742 ha torpaq sahəsinin 1.52 ha hissəsinin cavabdeh tərəfindən naturada istifadə edilməsi müəyyən edilmişdir.

43. Həm birinci instansiya məhkəməsindəki məhkəmə araşdırması dövründə təyin edilmiş məhkəmə tikinti texniki ekspertizasının, həmçinin məhkəmə kollegiyasının qərardadının icrası üzrə aparılmış ekspertiza tədqiqatının nəticələrinin eynilik təşkil etməklə onların arasında hər hansı bir ziddiyyətin olması halı müəyyən edilməmişdir.

44. Məhkəmə kollegiyası qeyd edir ki, məhkmə tikinti-texniki ekspertizasının 19 fevral 2024-cü il tarixli, 3-16-16/2-10/872 nömrəli və 12 mart 2025-ci il tarixli, 10/9121 nömrəli rəyləri nəzərdən keçirilərkən müəyyən olunur ki, rəylərin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, cavabdeh bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadları əsasında keçirilmiş ekspertizaların rəylərində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmə tərəfindən işin faktiki hallarının araşdılmaması, işin faktiki hallarının nəzərə alınmamasına dair dəlilini də əsaslı hesab etməyərək qeyd edir ki, məhkəmə təyin edilərək alınmış ekspert rəyinə uyğun olaraq iddiaçının ümumibirgə mülkiyyətində olan 1.6742 ha torpaq sahəsinin 1.52 ha hissəsinin cavabdeh tərəfindən zəbt edilməsi nəticəsinə gəlmişdir. İşin hallarından görünür ki, ekspertiza tədqiqatı ilə iddiaçının ümumibirgə mülkiyyətində olan 1.6742 ha torpaq sahəsinin 1.52 ha hissəsinin cavabdeh tərəfindən naturada istifadə edilməsi müəyyən edildiyi halda, cavabdeh tərəfindən bunu inkar edə biləcək, iddia tələbinə etirazını əsaslandıra biləcək dəlillər təqdim edilməmişdir.

46. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

48. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

49. Məhkəmə kollegiyasının qərardadının icrası üzrə aparılmış məhkəmə tikintitexniki ekspertizasının dəyəri olan 50 manat ekspertiza xərci Cavabdeh tutularaq dövlət büdcəsi hesabına (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X6, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilməlidir.

50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli 2(039)-94/2024 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 manat ekspertiza xərci Cavabdeh tutularaq dövlət büdcəsi hesabına (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X6, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar