Məhkəmə qərarları › İş №2(107)-641/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-641/2020

23.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-641/2020 23.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafil qızının katibliyi və İddiaçı X4 nümayəndəsi X3 iştirakıilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)-8/2019 nömrəli qətnaməsindən İddiaçı QSC-nin nümayəndəsi X13 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)-8/2019 nömrəli qətnaməsi ilə (hakim Zəfər Quliyev) iddia qismən təmin edilmiş, xx.xx.2014-cü il tarixli 26R000004560 saylı kredit razılaşmasına əsasən 64098 (altmış dörd min doxsan səkkiz) ABŞ dolları 35 (otuz beş) sent əsas, 9390 (doqquz min üç yüz doxsan) ABŞ dolları 41 (qırx bir) sent faiz, 1000 (bir min) ABŞ dolları cərimə olmaqla, cəmi 74488 (yetmiş dörd min dörd yüz səksən səkkiz) ABŞ dolları 76 (yetmiş altı) sent, xx.xx.2014-cü il tarixli 26R000004857 saylı kredit razılaşmasına əsasən 33894 (otuz üç min səkkiz yüz doxsan dörd) ABŞ dolları 11 (on bir) sent əsas, 5729 (beş min yeddi yüz iyirmi doqquz) ABŞ dolları 99 (doxsan doqquz) sent faiz, 1000 (bir min) ABŞ dolları cərimə olmaqla, cəmi 40624 (qırx min altı yüz iyirmi dörd) ABŞ dolları 10 (on) sent və xx.xx.2014-cü il tarixli 026R********** saylı kredit razılaşmasına əsasən 43411 (qırx üç min dörd yüz on bir) ABŞ dolları 98 (doxsan səkkiz) sent əsas, 6150 (altı min bir yüz əlli) ABŞ dolları 03 üç) sent faiz, 1000 (bir min) ABŞ dolları cərimə olmaqla, cəmi 50562 (əlli min beş yüz altmış iki) ABŞ dolları 01 (bir) sent, ümumilikdə 165674 (bir yüz altmış beş min altı yüz yetmiş dörd) ABŞ dolları 87 (səksən yeddi) sent məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarının cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutulub İddiaçı QSC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan Göyçay rayonun Potu kəndində Cavabdeh2 mülkiyyətində olan 1,91 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən əmlak kompleksinə yönəldilməsi, həmin əmlakların ilkin satış qiymətinin 240000 (iki yüz qırx min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, satıldıqdan 1 ay ərzində Göyçay rayonunun Potu kəndində Cavabdeh2 mülkiyyətində olan 1,91 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən əmlak kompleksinin boşaldılması, əldə edilən vəsaitdən 165674 (bir yüz altmış beş min altı yüz yetmiş dörd) ABŞ dolları 87 (səksən yeddi) sent məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarının və həmçinin məhkəməyə müraciət etmək üçün xərcin cavabdehlərə aid hissəsi 20 (iyirmi) manatın, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun və 21 (iyirmi bir) manat xidmət haqqının İddiaçı QSC-yə ödənilməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 10 (on) manatının İddiaçı QSC-yə aid edilməsi, 20 (iyirmi) manatının cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutulub İddiaçı QSC-yə ödənilməsi, iş üzrə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun və 21 (iyirmi bir) manat xidmət haqqının cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməsi, 340 (üç yüz qırx) manat ekspertiza xərcinin 100 (bir yüz) manatının İddiaçı QSC-dən, 240 (iki yüz qırx) manatının cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməsi, iş üzrə 200 (iki yüz) manat məhkəmə qiymətləndirmə ekspertizası xərcinin 40 (on) manatının İddiaçı QSC-dən, 160 (bir yüz altmış) manatının cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “xxxxxxx” MMC-yə ödənilməsi, (VÖİN **********, H/H: AZ61AİİB********************, “xxxxxxxxxxxx” ASC-nin Nərimanov Filialı M/H:AZ37NABZ013501**********1944, Kod:200093 hesabı) qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. İşin halları İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia qaldıraraq, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə xx xxxxxx 2014-cü il tarixli 26R000004560 saylı kredit razılaşması üzrə 67362 ABŞ dolları 56 sent əsas, 11634 ABŞ dolları 28 sent faiz və 36250 ABŞ dolları 74 sent cərimə olmaqla, cəmi 115247 ABŞ dolları 58 sent borcun, xx xxxx 2014-cü il tarixli 26R000004857 saylı kredit razılaşması üzrə 36122 ABŞ dolları 83 sent əsas, 6703 ABŞ dolları 80 sent faiz və 28531 ABŞ dolları 02 sent cərimə olmaqla, cəmi 71357 ABŞ dolları 65 sent borcun, xx xxxxxx 2014-cü il tarixli 026R********** saylı kredit razılaşması üzrə 46714 ABŞ dolları 36 sent əsas, 8603 ABŞ dolları 23 sent faiz və 35298 ABŞ dolları 62 sent cərimə olmaqla cəmi 90616 ABŞ dolları 88 sent, ümumilikdə hər üç kredit razılaşması üzrə 277221 ABŞ dolları 44 sent məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Göyçay rayonu, Potu kəndində mülkiyyətdə olan 1,91 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən əmlak kompleksinə yönəldilərək açıq hərracda satılması, cəmi 277221 ABŞ dolları 44 sent borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetinin hərracda satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ümumi qaydada tutulması, Göyçay rayonu, Potu kəndində mülkiyyətdə olan 1,91 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən əmlak kompleksinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin əmlakdan çıxarılması, əmlak kompleksinin boşaldılması və İddiaçı QSC-nə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı QSC-nin nümayəndəsi X6 iddia tələbini müdafiə edərək bildirmişdir ki, xx xxxxx 2010-ci il tarixdə Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 15L000001192 saylı kredit xətti müqaviləsinə əsasən, Cavabdeh1 120 ay müddətinə 250000 ABŞ dolları kredit xətti açılmışdır. Tərəflərin imzaladığı xx.xx.2014-cü il tarixli 1192 saylı sazişlə kredit xəttinin məbləği 500000 ABŞ dolları və kredit xəttinin müddəti 166 ay müəyyən edilmişdir. xx xxxxxx 2014-cü il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 26R000004560 saylı kredit razılaşması əsasında Cavabdeh1 36 ay müddətinə, aylıq 1,5 faiz olmaqla 100000 ABŞ dollar məbləğində kredit götürmüşdür. xx xxxx 2014-cü il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 26R000004857 saylı kredit razılaşması əsasında Cavabdeh1 36 ay müddətinə, aylıq 1,4167 faiz olmaqla 50000 ABŞ dollar məbləğində kredit götürmüşdür. xx xxxxxx 2014-cü il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 026R********** saylı kredit razılaşması əsasında Cavabdeh1 36 ay müddətinə, aylıq 1,4167 faiz olmaqla 50000 ABŞ dollar məbləğində kredit götürmüşdür. Öhdəliyin icrasını təmin etmək məqsədi ilə bankla Cavabdeh3 arasında xx xxxxxxx 2011-ci il tarixdə, Cavabdeh2 arasında xx xxxxxx 2014-cü il tarixdə zaminlik müqavilələri bağlanmışdır. xx xxxxxx 2014-cü il tarixdə İddiaçı QSC ilə Cavabdeh3 arasında zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə saziş bağlanmışdır. xx xxxxxx 2014-cü il tarixdə Cavabdeh2 ilə İddiaçı QSC arasında ipoteka müqaviləsi bağlanmış və ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus Göyçay rayonu, Potu kəndində xüsusi mülkiyyətdə olan 1,91 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən əmlak kompleksi kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən borclunun hesablaşmalara görə iddiaçıya xx xxxxxx 2014-cü il tarixli 26R000004560 saylı kredit razılaşması üzrə 67362 ABŞ dolları 56 sent əsas, 11634 ABŞ dolları 28 sent faiz və 36250 ABŞ dolları 74 sent cərimə olmaqla, cəmi 115247 ABŞ dolları 58 sent, xx xxxx 2014-cü il tarixli 26R000004857 saylı kredit razılaşması üzrə 36122 ABŞ dolları 83 sent əsas, 6703 ABŞ dolları 80 sent faiz və 28531 ABŞ dolları 02 sent cərimə olmaqla, cəmi 71357 ABŞ dolları 65 sent, xx xxxxxx 2014-cü il tarixli 026R********** saylı kredit razılaşması üzrə 46714 ABŞ dolları 36 sent əsas, 8603 ABŞ dolları 23 sent faiz və 35298 ABŞ dolları 62 sent cərimə olmaqla, cəmi 90616 ABŞ dolları 88 sent, ümumilikdə hər üç kredit razılaşması üzrə 277221 ABŞ dolları 44 sent məbləğində borcu qalmışdır. Cavabdehlərə dəfələrlə bildirişlə müraciət olunmasına baxmayaraq, kreditin və faizlərin ödənilməsi üçün tədbir görməmişlər, kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Göstərilənlərlə əlaqədar iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 nümayəndəsi X1 iddianı qismən qəbul etmiş və bildirmişdir ki, xx xxxxx 2010-ci il tarixdə Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 15L000001192 saylı kredit xətti müqaviləsinə əsasən, Cavabdeh1 120 ay müddətinə 250000 ABŞ dolları kredit xətti açılmışdır. xx.xx.2014-cü il tarixli 1192 saylı sazişlə kredit xəttinin məbləği 500000 ABŞ dolları və kredit xəttinin müddəti 166 ay müəyyən edilmişdir. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 26R000004560 saylı kredit razılaşması əsasında Cavabdeh1 36 ay müddətinə, aylıq 1,5 faiz olmaqla 100000 ABŞ dolları, xx xxxx 2014-cü il tarixli 26R000004857 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq 1,4167 faiz olmaqla 50000 ABŞ dolları, xx xxxxxx 2014-cü il tarixli 026R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq 1,4167 faiz olmaqla 50000 ABŞ dollar məbləğində kredit götürmüşdür. Öhdəliyin icrasını təmin etmək məqsədi ilə bankla Cavabdeh3 arasında xx xxxxxxx 2011-ci il tarixdə, Cavabdeh2 arasında xx xxxxxx 2014cü il tarixdə zaminlik müqavilələri bağlanmışdır. xx xxxxxx 2014-cü il tarixdə İddiaçı QSC ilə Cavabdeh3 arasında zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə saziş bağlanmışdır. xx xxxxxx 2014-cü il tarixdə Cavabdeh2 ilə İddiaçı QSC arasında ipoteka müqaviləsi bağlanmış və ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus Göyçay rayonu, Potu kəndində xüsusi mülkiyyətdə olan 1,91 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən əmlak kompleksi kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. ABŞ dollarının dəyəri qalxdığından kredit razılaşmaları üzrə borc ödənilməmişdir. Kredit razılaşmaları üzrə cərimə borcu yüksək hesablanmışdır. Məhkəmədən iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq,onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Birinci instansiya məhkəməsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə bu şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qalan İddiaçı QSC-nin nümayəndəsi X13 və Cavabdeh1 tərəfindən аpellyаsiyа şikаyətləri vermişlər. Apellyasiya şikayətlərinin dəlilləri İddiaçı QSC-nin nümayəndəsi X13 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmənin gəldiyi nəticə ilə razı deyillər. Belə ki, borclunun kreditor qarşısında yaranan əsas öhdəliklərinin icrasını təmin edən ipoteka aksessor xarakter daşıyır. İpotekanın aksessor xarakteri ondan ibarətdir ki, ipoteka icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Cavabdehlər mülkiyyətlərində olan qeyri-yaşayış sahəsini kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı üçün Bank qarşısında yüklü edərkən həmin əmlaka tutma yönəldildiyi təqdirdə onu qeyd şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşlər. Hesab edirlər ki, göstərilən müddəaların tələbləri baxımından cavabdehlərin ipoteka müqaviləsi bağlandığı andan əmlakı tərk etmək vəzifəsi yaranmışdır. Bundan başqa birinci instansiya məhkəməsinin ekspertiza xərci ilə bağlı mövqeyi barədə bildirir ki, qətnamədə ekspertiza xərcinin ödənilmiş tələblərin təmin edilmiş hissəsinə mütənasib olaraq tutulması qət edilməmişdir. İddia tələbi təmin edilsə də, bu ekspertiza xərcinə münasibətdə öz əksini tapmamışdır. Məhkəmə əsassız olaraq 40 manat ekspertiza xərcinin İddiaçı X2 alınaraq “xxxxxxx” MMC-nin hesabına keçirilməsini qət edilmişdir. Belə ki, iş üzrə ipoteka predmetinin qiymətləndirilməsi barədə iddiaçı vəsatət verməmişdir. Ona görə də, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)- 8/2019 nömrəli qətnaməsini qismən-Göyçay rayonu, Potu kəndində xüsusi mülkiyyətdə olan 1.91 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən Əmlak kompleksinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin əmlakdan çıxarılmasının və İddiaçı QSC-nə təhvil verilməsinin təmin edilməməsinə dair hissəsində, 40 manat məbləğində ekspertiza xərcinin İddiaçı QSC-dən tutularaq “xxxxxxx” MMC-yə ödənilməli hissəsində, həmçinin 100 manat məbləğində ekspertiza xərcinin İddiaçı QSC-dən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməli hissəsində ləğv edilməsini, Göyçay rayonu, Potu kəndində xüsusi mülkiyyətdə olan 1.91 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən Əmlak kompleksinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin əmlakdan çıxarılmasının və İddiaçı QSC-nə təhvil verilməsinin təmin edilməsi, 40 manat və 100 manat məbləğində ekspertiza xərcinin cavabdehlərə aid edilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, İddiaçı QSC ilə aralarında bağlanmış xx.xx.2014-cü il, xx.xx.2014-cü il və xx.xx.2014-cü il tarixli kredit razılaşmaları üzrə yaranmış əsas borc və faizləri məhkəmə-mühasibat ekspertizasının rəyi ilə ödənişlərə uyğun olaraq tam hesablanmamış, ipoteka ilə yüklü edilmiş mənzilin ilkin satış qiyməti mütəxəssis rəyi ilə olduqca az qiymətləndirilmiş, 165674 ABŞ dolları məbləğində yaranmış borcun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankının deyil, ödəniş yerinin müəyyən etdiyi məzənnə qiyməti üzrə ödənilməsi qanuni deyil, eyni zamanda hazırki iş üzrə nümayəndənin məhkəmədə iştirakı zamanı məhkəməyə vermiş etirazları təhrif olunmaqla qətnamədə öz əksini tapmamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki və Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun hərəkət etmədən iddia tələbinə uyğun olaraq formal qətnamə qəbul etmiş, nümayəndənin etiraz və mülahizələrinə uyğun olmayan ifadəni göstərmiş, ekspert qarşısında daha dolğun suallar qoyulmasına dair məhkəmə mühasibat ekspertizası təyin edilməsi ilə bağlı vəsatətə münasibət bildirilməmiş, Azərbacan Respublikası Xammal və Əmtəə Birjası qiymətləndirmə Xidməti “xxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli rəyə əsasən Göyçay rayonu Potu kəndində ipoteka qoyana məxsus əmlakın bazar qiymətinin 240000 manat qiymətləndirilməsi faktiki bazar qiymətinə nisbətdə az olmasına baxmayaraq təkrar qiymətləndirməyə göndərilməmişdir. İpoteka ilə yüklü edilmiş əmlak sahəsi hər ötən il üçün yeni tikililərin və bazar məzənnəsinin artması hesabına dəyərini artırır. Hal-hazırda orada sahibkar kimi kəndli-fermer təsərrüfatını inkişaf etdirmişlər. Yəni əmlakın qiymətləndirildiyi əvvəlki 3 il vaxtla (2017) müqayisə etdikdə indi həmin əmlakın dəyəri 2 dəfədən çox artmış, ən azı 500 min manat civarında olmuşdur. Göyçay rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi göstərilən xüsusatlara görə qanunsuz və ədalətsizdir. Ona görə də, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)- 8/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və işin bütün faktiki halları hərtərəfli və obyektiv araşdırılmaqla, ipoteka əmlakı yenidən qiymətləndirməklə iş üzrə yeni qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı X4 nümayəndəsi X8 iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmin apellyasiya şikayətinin təmin edilməsini, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclаsının vаxtı və yeri bаrədə lаzımi qаydаdа məlumаtlаndırılmış cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyаsı Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 376.2-ci mаddəsinə əsаsən işə onların iştirаkı olmаdаn bаxılmаsını mümkün hesаb etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı QSC-nin nümayəndəsi X13 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunmalı, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)- 8/2019 nömrəli qətnaməsi dəyişdirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı QSC-nin Mingəçevir filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2010ci il tarixli 15L000001192 saylı kredit xətti müqaviləsinə əsasən bank tərəfindən 120 aymüddətə Cavabdeh1 250000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır (1.1 və 1.2ci bəndlər). İddiaçı QSC-nin Göyçay filialı ilə Cavabdeh1 arasında bağlanmış kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında xx xxxxxx 2014-cü il tarixli sazişə əsasən kredit xətti müqaviləsinin müddəti 166 (bir altmış altı) ay, məbləğ artırılaraq 500.000 (beş yüz min) ABŞ dolları müəyyən edilmişdir (xx.xx.2014-cü il tarixli saziş). İddiaçı QSC-nin Göyçay filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 26R000004560 saylı kredit razılaşmasına əsasən bank tərəfindən aylıq 1,5 % hesablanmaqla 36 aylıq müddətə Cavabdeh1 100000 ABŞ dolları məbləğində kredit verilmişdir (1.1-ci bənd). İddiaçı QSC-nin Göyçay filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 26R000004857 saylı kredit razılaşmasına əsasən bank tərəfindən aylıq 1,4167 % hesablanmaqla 36 aylıq müddətə Cavabdeh1 50000 ABŞ dolları məbləğində kredit verilmişdir (1.1-ci bənd). İddiaçı QSC-nin Göyçay filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 026R********** saylı kredit razılaşmasına əsasən bank tərəfindən aylıq 1,4167 % hesablanmaqla 36 aylıq müddətə Cavabdeh1 50000 ABŞ dolları məbləğində kredit verilmişdir (1.1-ci bənd). Cavabdeh3, Cavabdeh2 da Cavabdeh1 kredit xətti müqaviləsindən irəli gələn öhdəliyini icra etmədikdə (kredit və onun faizini, cəriməni və digər zərəri şərtləşdirilmiş müddət və qaydada ödəmədikdə) bank qarşısında həmin öhdəliyin tam icra olunmasını üzərlərinə götürmüşlər ( xx xxxxxxx 2011-ci il tarixli və xx xxxxxx 2014-ci il tarixli zaminlik müqavilələrinin 1.1-ci bəndi). İddiaçı QSC-nin Göyçay filialı ilə Cavabdeh3 arasında zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında saziş bağlanmışdır (xx.xx.2014-cü il tarixli saziş). İddiaçı QSC-nin Göyçay filialı ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 26M000000498 saylı ipoteka müqaviləsinə əsasən ipoteka qoyan Cavabdeh2 mülkiyyət hüququ ilə ona məxsus olub bu müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı həmin müqavilənin 1.1-ci bəndində göstərilən öhdəliyin təminatı kimi ipotekaya qoyur (müqavilənin 1.1-ci bəndi). İpotekanın predmeti Göyçay rayonu, Potu kəndində 1,91 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən əmlak kompleksidir. (2.1-ci bənd). İpoteka predmetinin qiyməti 144311 manat 20 qəpik məbləğində qiymətləndirilmişdir (2.4-cü bənd). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarışa əsasən Göyçay rayonu, Potu kəndində Cavabdeh2 mülkiyyətində olan 1,91 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən əmlak kompleksi İddiaçı QSC-nin xeyrinə yüklü edilmişdir (qeydiyyat tarixi xx.xx.2014). İddiaçı QSC-nin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə xx.xx.2016-cı il tarixli məktub ünvanlayaraq Göyçay rayonu, Potu kəndində Cavabdeh2 mülkiyyətində olan 1,91 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən əmlak kompleksinə tutmanın yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Bildiriş bank tərəfindən xx.xx.2016-cı il tarixdə ipoteka qoyan Cavabdeh2 göndərilmiş və və xx.xx.2016-cı il tarixdə bildiriş alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin elektron xidmətlər portalından görünür ki, ipoteka predmeti olan Göyçay rayonu, Potu kəndində Cavabdeh2 mülkiyyətində olan 1,91 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən Əmlak kompleksinə tutmanın yönəldilməsi haqqında bildiriş xx.xx.2016-cı il tarixdə qeydə alınmışdır. Cavabdeh1 kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməməsi nəticəsində bank qarşısında xx.xx.2014-cü il tarixli 26R000004560 saylı kredit razılaşması üzrə 67362 ABŞ dolları 56 sent əsas, 11634 ABŞ dolları 28 sent faiz və 36250 ABŞ dolları 74 sent cərimə olmaqla, cəmi 115247 ABŞ dolları 58 sent borcu yaranmışdır (xx.xx.2016cı il tarixli maliyyə arayışı). Cavabdeh1 kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməməsi nəticəsində bank qarşısında xx.xx.2014-cü il tarixli 26R000004857 saylı kredit razılaşması üzrə 36122 ABŞ dolları 83 sent əsas, 6703 ABŞ dolları 80 sent faiz və 28531 ABŞ dolları 02 sent cərimə olmaqla, cəmi 71357 ABŞ dolları 65 sent borcu yaranmışdır (xx.xx.2016-ci il tarixli maliyyə arayışı). Cavabdeh1 kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməməsi nəticəsində bank qarşısında xx.xx.2014-cü il tarixli 026R********** saylı kredit razılaşması üzrə 46714 ABŞ dolları 36 sent əsas, 8603 ABŞ dolları 23 sent faiz və 35298 ABŞ dolları 62 sent cərimə olmaqla, cəmi 90616 ABŞ dolları 88 sent borcu yaranmışdır (xx.xx.2016-ci il tarixli maliyyə arayışı). Məhkəmə ekspertiza mərkəzinin xx.xx.2017-ci il tarixli 15562 nömrəli rəyinə əsasən Cavabdeh1 xx xxxxx 2016-cı il tarixinə banka olan borcu xx.xx.2014-cü il tarixli 26R000004560 saylı kredit razılaşması üzrə əsas borc 64098 ABŞ dolları 35 sent, faiz borcu 9390 ABŞ dolları 41 sent, xx.xx.2014-cü il tarixli 26R000004857 saylı kredit razılaşması üzrə əsas borc 33894 ABŞ dolları 11 sent, faiz borcu 5729 ABŞ dolları 99 sent, xx.xx.2014-cü il tarixli 026R********** saylı kredit razılaşması üzrə əsas borc 18535 ABŞ dolları 15 sent, faiz borcu 2564 ABŞ dolları 54 sent təşkil edir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə ekspertiza mərkəzinin xx.xx.2018-ci il tarixli 30901 nömrəli rəyinə əsasən Cavabdeh1 xx xxxxx 2016-cı il tarixinə banka olan borcu xx.xx.2014-cü il tarixli 26R000004560 saylı kredit razılaşması üzrə əsas borc 64098 ABŞ dolları 35 sent, faiz borcu 9390 ABŞ dolları 41 sent, xx.xx.2014-cü il tarixli 26R000004857 saylı kredit razılaşması üzrə əsas borc 33894 ABŞ dolları 11 sent, faiz borcu 5729 ABŞ dolları 99 sent, xx.xx.2014-cü il tarixli 026R********** saylı kredit razılaşması üzrə əsas borc 18535 ABŞ dolları 15 sent, faiz borcu 2564 ABŞ dolları 54 sent təşkil edir. Aparılmış tədqiqatın dəyəri 145 manat təşkil edir. Məhkəmə ekspertiza mərkəzinin xx.xx.2019-ci il tarixli 4512 nömrəli rəyinə əsasən Cavabdeh1 xx xxxxx 2016-cı il tarixinə banka olan borcu xx.xx.2014-cü il tarixli 26R000004560 saylı kredit razılaşması üzrə əsas borc 64098 ABŞ dolları 35 sent, faiz borcu 9390 ABŞ dolları 41 sent, xx.xx.2014-cü il tarixli 26R000004857 saylı kredit razılaşması üzrə əsas borc 33894 ABŞ dolları 11 sent, faiz borcu 5729 ABŞ dolları 99 sent, xx.xx.2014-cü il tarixli 026R********** saylı kredit razılaşması üzrə əsas borc 43411 ABŞ dolları 98 sent, faiz borcu 6150 ABŞ dolları 03 sent təşkil edir. Aparılmış tədqiqatın dəyəri 145 manat təşkil edir. Аzərbаycаn Rеspublikаsı Хаmmаl və Əmtəə Birjаsı qiymətləndirmə Хidməti xxxxxxx MMC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli rəyə əsasən Göyçay rayonu, Potu kəndində Cavabdeh2 mülkiyyətində olan 1,91 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən əmlak kompleksinin xx.xx.2017-ci il tarixinə bazar qiyməti 240000 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 200 manat təşkil edir. xx.xx.2016-cı il tarixli ödəniş tapşırığından görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlak Elektron Xidmətlər Portalından verilmiş xx.xx.2016-cı il tarixli bildirişə əsasən ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlak Elektron Xidmətlər Portalından verilmiş xx.xx.2016-cı il tarixli təsdiqetmə bildirişinə əsasən 20 manat dövlət rüsumu ödənilmişdir Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 295, 296.1, 297, 317, 385.1, 442, 448.1, 472.1, 472.2 və 739-cu maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 və 59.3.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Cavabdeh1 hərəkətləri nəticəsində bank müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuş və bununla da onun hüququ Cavabdeh1 tərəfindən pozulmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Birinci instansiya məhkəməsi cavabdehlər tərəfindən banka ödənilməli pulun məbləğinin sübutu kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyini kredit razılaşmaları üzrə iddianın əsas və faiz borcu tələbinə dair hissədə mötəbər hesab edir. Birinci instansiya məhkəməsi işin hallarını və Mülki Məcəllənin 467-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, xx.xx.2014-cü il tarixli 26R000004560 saylı kredit razılaşması üzrə 36250 ABŞ dolları 74 sent cərimə, xx.xx.2014-cü il tarixli 26R000004857saylı kredit razılaşması üzrə 28531 ABŞ dolları 02 sent cərimə, xx.xx.2014-cü il tarixli 026R********** saylı kredit razılaşması üzrə 35298 ABŞ dolları 62 sent cərmə tənasübsüz surətdə yüksəkdir və bu məbləğlər xx.xx.2014-cü il tarixli 26R000004560 saylı kredit razılaşması üzrə 1000 ABŞ dolları, xx.xx.2014-cü il tarixli 26R000004857saylı kredit razılaşması üzrə 1000 ABŞ dolları, xx.xx.2014-cü il tarixli 026R**********saylı kredit razılaşması üzrə 1000 ABŞ dollarınadək azaldılmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 münasibətdə də iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Yuxarıda da qeyd olunduğu kimi iddiaçı ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsində müəyyən olunmuşdur ki, kredit xətti müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Göyçay rayonu, Potu kəndində Cavabdeh2 mülkiyyətində olan 1,91 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən əmlak kompleksinə tutma yönəldilməli, həmin daşınmaz əmlakların ilkin satış qiyməti 240.000 manat müəyyən olunmaqla açıq hərracda satılmalı və satışdan əldə ediləcək vəsait hesabına İddiaçı QSC-yə olan borc və çəkilmiş xərclər ödənilməlidir. Həmin torpaq sahəsi və həmin torpaq sahəsuində yerləşən əmlak kompleksi satıldıqda 1 ay ərzində boşaldılmalıdır. İşdəki sənədlərdən də göründüyü kimi Göyçay rayonu, Potu kəndində Cavabdeh2 mülkiyyətində olan 1,91 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən əmlak kompleksi kreditin qaytarılması üçün ipoteka qoyulmuşdur. Hərracdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ümumi qaydada tutulması tələbi təmin edilməməlidir. Çünki borcun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ümumi qaydada tutulması qaydaları və əsasları «İcra haqqında» Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Həmin Qanunun preambulasında göstərilmişdir ki, bu Qanun məhkəmələrin və digər orqanların qərarlarının məcburi icrası qaydalarını və şərtlərini müəyyən edir. Qanunun məcburi icra tədbirlərinin tətbiqinin əsaslarını müəyyən edən 44-cü maddəsində göstərilir ki, məcburi icra tədbirlərinin tətbiqinin əsasları: qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsidir. Göründüyü kimi baxılan iş üzrə məcburi icra tədbiri kimi borcun ödənilməsinin ümumi qaydada tutulması üçün qanunla müəyyən olunmuş əsaslar mövcud deyildir və həmin tələb təmin edilməməlidir. Göyçay rayonu, Potu kəndində Cavabdeh2 mülkiyyətində olan 1,91 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən əmlak kompleksinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin əmlakdan çıxarılması, əmlak kompleksinin İddiaçı QSCyə təhvil verilməsi tələbləri təmin edilməməlidir. Çünki həmin əmlak kompleksinin İddiaçı QSC-yə təhvil verilməsini və Cavabdeh2 həmin əmlakdan çıxarılmasını tələb etmək üçün iddiaçının subyektiv hüququ olmamışdır. Belə hüquq daşınmaz əmlakı hərracda satın alacaq şəxsə və hərracda satılmayacağı təqdirdə banka təhvil verilməsinin baş tutacağı təqdirdə banka məxsus olacaqdır. Buna görə də iddia həmin hissələrdə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 10 (on) manatı iddiaçıya aid edilməli, 20 (iyirmi) manatı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 21 (iyirmi bir) manat xidmət haqqı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi qənaətə görə iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə xx.xx.2014-cü il tarixli 26R000004560 saylı kredit razılaşmasına əsasən 64098 (altmış dörd min doxsan səkkiz) ABŞ dolları 35 (otuz beş) sent əsas, 9390 (doqquz min üç yüz doxsan) ABŞ dolları 41 (qırx bir) sent faiz, 1000 (bir min) ABŞ dolları cərimə olmaqla, cəmi 74488 (yetmiş dörd min dörd yüz səksən səkkiz) ABŞ dolları 76 (yetmiş altı) sent, xx.xx.2014- cü il tarixli 26R000004857 saylı kredit razılaşmasına əsasən 33894 (otuz üç min səkkiz yüz doxsan dörd) ABŞ dolları 11 (on bir) sent əsas, 5729 (beş min yeddi yüz iyirmi doqquz) ABŞ dolları 99 (doxsan doqquz) sent faiz, 1000 (bir min) ABŞ dolları cərimə olmaqla, cəmi 40624 (qırx min altı yüz iyirmi dörd) ABŞ dolları 10 (on) sent və xx.xx.2014cü il tarixli 026R********** saylı kredit razılaşmasına əsasən 43411 (qırx üç min dörd yüz on bir) ABŞ dolları 98 (doxsan səkkiz) sent əsas, 6150 (altı min bir yüz əlli) ABŞ dolları 03 üç) sent faiz, 1000 (bir min) ABŞ dolları cərimə olmaqla, cəmi 50562 (əlli min beş yüz altmış iki) ABŞ dolları 01 (bir) sent, ümumilikdə 165674 (bir yüz altmış beş min altı yüz yetmiş dörd) ABŞ dolları 87 (səksən yeddi) sent məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı tutulmalı, tələb ipoteka predmeti olan Göyçay rayonu, Potu kəndində Cavabdeh2 mülkiyyətində olan 1,91 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən əmlak kompleksinə yönəldilməli, həmin əmlakların ilkin satış qiyməti 240000 (iki yüz qırx min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılmalı, satıldıqdan sonra 1 ay ərzində Göyçay rayonu, Potu kəndində Cavabdeh2 mülkiyyətində olan 1,91 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən əmlak kompleksi boşaldılmalı, əldə edilən vəsaitdən 165674 (bir yüz altmış beş min altı yüz yetmiş dörd) ABŞ dolları 87 (səksən yeddi) məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı və həmçinin məhkəməyə müraciət etmək üçün xərcin cavabdehlərə aid hissəsi 20 (iyirmi) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 21 (iyirmi bir) manat xidmət haqqı İddiaçı QSC-yə ödənilməlidir. 340 (üç yüz qırx) manat ekspertiza xərcinin 100 (bir yüz) manatı İddiaçı QSC-dən, 240 (iki yüz qırx) manatı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməlidir. İş üzrə 200 (iki yüz) manat məhkəmə qiymətləndirmə ekspertizası xərcinin 40 (on) manatı İddiaçı QSC-dən, 160 (bir yüz altmış) manatı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “xxxxxxx” MMC-yə ödənilməlidir. (VÖİN **********, H/H: AZ61AİİB********************, “xxxxxxxxxxxx” ASC-nin Nərimanov Filialı M/H:AZ37NABZ013501**********1944, Kod:200093 hesabı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı QSC-nin nümayəndəsi X9 apelyasiya şikayətində göstərdikləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin məsələlər birinci instansiya məhkəməsi tərəfindən düzgün həll edildiyindən onun verdiyi apelyasiya şikayəti təmin edilə bilən deyil. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X5 HaqqındaKonvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 269.7-ci maddəsinin tələbinə görə ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319-cu maddəsinin tələbinə görə ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 442-ci mаdəsinin tələbinə görə öhdəliyin icrа еdilməməsi dеdikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа еdilməməsi bаşа düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur və eyni zamanda borclu tərəfindən icranın gecikdirilməsi nəticəsində vurulmuş zərərə görə həmçinin, icra mümkünsüzlüyünön nəticələri üçün borclu kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci mаdəsində qеyd еdilir ki, öhdəliyin оnun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа еdilməməsi bоrclunun icrаnı gеcikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gеcikdirmiş bоrclu gеcikdirmə nəticəsində vurduğu zərər üçün və gеcikdirmə zаmаnı təsаdüfən bаş vеrmiş icrа mümkünsüzlüyünün nəticələri üçün krеditоr qаrşısındа məsuliyyət dаşıyır. Həmin Məcəllənin 448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, bоrclu оnun risk dаirəsinə dахil оlаn öhdəliklərin icrа еdilmədiyi bütün hаllаr üçün cаvаbdеhdir. Həmin Məcəllənin 448.2-ci mаddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 460.1-ci maddəsinin tələbinə görə öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə (öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi) əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditorun qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.2-ci mаdəsində isə göstərilir ki, bоrc müqаviləsinin prеdmеti pul məbləği оlduqdа,о, krеdit müqаviləsi аdlаnır. Həmin Məcəllənin 743-cü mаddəsinin tələbinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 317-ci və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.2-ci maddələrinə əsasən əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması nəticəsində ipoteka saxlayan ipoteka predmetinə tutmanı yönəltməklə, onun satılmasını, əldə edilmiş puldan kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin bununla bağlı çəkilmiş bütün xərclərin ipotekaya qoyulmuş əmlak hesabına ödənilməsini tələb edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin tələbinə əsasən ipoteka qoyana müvafiq bildiriş göndərilərək həmin bildirişin dövlət orqanında qeydiyyata alınması barədə ərizə ilə müraciət edilmişdir. Həmin Qanunun 41.2-ci maddəsinin tələbinə görə məhkəmənin qərarı əsasında ipoteka predmetinə tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Həmin Qanunun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Həmin Qanunun 59.3-cü maddəsinin tələbinə görə ipotekaya qoyulmuş mənzilinə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan mülkiyyətçinin və ailə üzvlərinin mənzili ən geci bir ay ərzində boşaltmalıdırlar. Həmin Qanunun 59.4-cü maddəsinin tələbinə görə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipotekaya qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər məhkəmənin qərarı əsasında məcburi qaydada çıxarılırlar. «F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülkiyyət hüququnu təsbit edən konstitusiya normaları çərçivəsində əmlakla bağlı hüquqların reallaşdırılması isə mülki hüquq subyektlərinin bərabərliyi, onların iradə sərbəstliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı kimi hüquq prinsipləri üzərində qurulur. Qeyd olunmalıdır ki, mülkiyyət hüquq münasibətlərilə yanaşı öhdəlik hüquq münasibətləri də əmlak hüquq münasibətlərinin bir növü kimi mülki dövriyyənin iştirakçıları arasında maddi nemətlərin sərbəst yerdəyişməsinə xidmət edir. Konstitusiya müddəalarından irəli gəlməklə belə münasibətləri tənzimləyən MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlik münasibətləri tərəflərini intizamlandırmaq, onun yetərincə və vaxtında icra olunmasını təşviq etmək məqsədilə həmin Məcəllədə kreditorla müqayisədə borclu barəsində birbaşa və ya dolayısı yüklülük yaradan və əlavə təminat vasitəsi kimi çıxış edən öhdəliklərin icrasının təmin edilməsi üsulları da müəyyənləşdirilmişdir. MM-in 460-cı maddəsinə əsasən girov (ipoteka) belə üsullardan biridir. Girov və ipoteka borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsulu olmaqla yanaşı, girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur (MM-in 269-cu maddəsi).Bu baxımdan ipoteka əlavə (aksessor) öhdəlik kimi onunla təmin edilmiş öhdəliklərin yerinə yetirilmədiyi və ya yerinə yetirilməsinin gecikdirildiyi hallarda əmlakdan real məhrum olma təhlükəsi yaratdığından borclunu əsas öhdəliyin vaxtında icrasına sövq edir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmiş olsa da, tutma yönəldilən ipoteka predmetinin ilkin satış qiymətini 240000 (iki yüz qırx min) manat müəyyən etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair xx xxxx 2020-ci il tarixli qərardadında göstərilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. İpoteka predmetinin ilkin satış qiyməti onların real bazar qiyməti nəzərə alınmaqla müəyyən edilən likvid qiymətidir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinin tələbinə görə işə baxan məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini çıxardığı qərarda göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tаrixli, 2(107)-641/2020 nömrəli qərаrdаdı ilə xx xxxxxx 2014-cü il tarixli 26M000000498 saylı ipoteka müqaviləsinə uyğun оlаrаq ipоtekа qоyulmuş, Göyçay rayonu, Potu kəndində yerləşən 1,91 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən Əmlak kompleksinin qiymətləndirilməsi və ipotekа predmetinin qiymətləndirilməsinin “X7” MMCyə həvаlə edilməsi qərara alınmışdır. Məhkəmənin qərardadına müvafiq olaraq xx xxxxxxxx 2020-ci ildə “X7” MMC tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 045/LBC nömrəli rəy Şəki Apelyasiya Məhkəməsinə daxil olmuşdur. Həmin rəydə göstərilmişdir ki, Göyçay rayonu, Potu kəndində yerləşən 1,91 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən əmlak kompleksinin hazırki dövrə olan orta bazar qiyməti 300 000 (üç yüz min) AZN, likvid qiyməti isə 270 000 (iki yüz yetmiş min) AZN təşkil edir. Məhkəmə kollegiyası həmin hissədə xx xxxxxx 2020-ci il tаrixli, 2(107)-641/2020 nömrəli qərаrdаdına əsasən “X7” MMC tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 045/LBC nömrəli rəyi sübut kimi qəbul edir və hesab edir ki, ipoteka predmeti olan, Göyçay rayonu, Potu kəndində yerləşən 1,91 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən əmlak kompleksinin ilkin satış qiyməti 270 000 (iki yüz yetmiş min) manat müəyyən edilməlidir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, İddiaçı QSCnin nümayəndəsi X13 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunmalı, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)-8/2019 nömrəli qətnaməsi dəyişdirilməli, ipoteka predmeti olan, Göyçay rayonu, Potu kəndində yerləşən 1,91 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən əmlak kompleksinin ilkin satış qiyməti 270 000 (iki yüz yetmiş min) manat müəyyən edilməli və qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 384.0.3-cü maddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı QSC-nin nümayəndəsi X13 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Cаvаbdeh X11 tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)-8/2019 nömrəli qətnaməsi dəyişdirilsin. xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsinə uyğun оlаrаq ipoteka predmeti olan, Göyçay rayonu, Potu kəndində yerləşən 1,91 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən əmlak kompleksinin ilkin satış qiyməti 270 000 (iki yüz yetmiş min) manat müəyyən edilsin. Qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar