Məhkəmə qərarları › İş №2(107)-641/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-641/2022

23.05.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-641/2022 23.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən çıxarılma tələbinə dair mülki iş üzrə (Açar sözlər: fərdi yaşayış evindən çıxarılma) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən çıxarılma tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2(046)-45/2022 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları Göyçay rayon Aqrar İslahat Komissiyasının 17 aprel 1998-ci il tarixli 35 saylı qərarına əsasən İddiaçı mülkiyyətinə 0.26 ha həyətyanı torpaq sahəsi verilmişdir ki, həmin torpaq sahəsində 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi tikilmişdir. Həmin evin tikildiyi 2004-cü ildən hal-hazıradək cavabdeh X7 ailə üzvləri ilə birlikdə JN 247 A, KOD 40806038 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan 0.26 ha torpaq sahəsinin üzərində inşa edilmiş 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evində yaşayır. Birinci instansiya məhkəməsində icraat: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Göyçay rayonu Hacalıkənd kəndində yerləşən 0.26 ha torpaq sahəsində onun tərəfindən inşa edilmiş fərdi yaşayış evindən Cavabdeh çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 17 aprel 1998-ci il tarixli 35 saylı qərarına əsasən onun mülkiyyətinə 0.26 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində tərəfindən öz şəxsi vəsaiti hesabına 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi tikilmişdir. Hal-hazırda cavavbdeh X7 ailə üzvləri ilə birlikdə JN 247 A, KOD 40806038 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən mülkiyyətində olan 0.26 ha torpaq sahəsinin üzərində inşa edilmiş 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evində yaşayır. JN 247A torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən mülkiyyətində olan 0.26 ha torpaq sahəsinin üzərində inşa edilmiş 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evində cavabdeh X5 yaşamaq üçün müvəqqəti icazə vermiş, lakin hazırda cavabdeh X4 həmin fərdi yaşayış evindən çıxarılmasını istəyir. Buna görə də iddia tələbinin təmin olunması xahiş etmişdir İş üzrə Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçıya məxsus torpaq sahəsində iddiaçının razılığı ilə fərdi yaşayış evi inşa etmişdir. Uzun müddətdir ki, həmin fərdi yaşayış evində yaşayır. Buna görə də iddianın rədd edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Göyçay rayonu Hacalıkənd kəndində yerləşən JN 247A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən iddiaçının qanuni sahibliyində olan 0.26 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi cavabdehin qanunsuz istifadəsindədir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna və Mülki Məcəllənin normalarına əsaslanmaqla məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçının iradəsinin ziddinə olaraq onun qanuni sahibliyində olan 0.26 ha torpaq sahəsinin qeyd edilən hissələrinin cavabdehin zəbt etməsi həmin daşınmaz əmlaka olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir, bu torpaq sahəsinə sahiblik, istifadə və sərəncam hüququnun həyata keçirilməsinə maneə yaradır. Cavabdehin hərəkətləri iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində sahiblik və mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Belə olan halda məhkəmə hesab etmişdir ki, İddiaçı iddiası təmin edilməli, Göyçay rayonu Hacalıkənd kəndində yerləşən JN 247A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən iddiaçının mülkiyyətində olan 0.26 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evindən Cavabdeh çıxarılmalıdır. Bundan başqa məhkəməyə təqdim edilmiş 12.04.2021-ci il tarixli kassa mədaxil orderindən görünür ki, İddiaçı X10 və Ekspertiza Mərkəzi MMC-nin hesabına 300 manat ekspertiza xərci ödənilmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu və 300 manat ekspertiza xərci Cavabdeh alınaraq İddiaçı ödənilməli, iş üzrə ekspertiza xərci olan 100 manat cavabdehdən tutularaq məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Göyçay Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2(046)-45/2022 nömrəli qətnaməsi ilə (hakim İbrahim Fəttahov) iddia təmin olunmuş, Göyçay rayonu Hacalıkənd kəndində yerləşən Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan 0.26 ha həyətyanı torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evindən cavabdeh X4 çıxarılması, iş üzrə ekspertiza xərcləri olan 100 manatın cavabdehdən alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilməsi, dövlət rüsumu kimi ödənilmiş 10 manatın və 300 manat məhkəmə xərcinin cavabdeh X1 alınaraq İddiaçı verilməsi, qətnamənin icrasının Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152 və 157-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Məhkəməyə təqdim edilmiş JN 247A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Göyçay rayonu Hacalıkəd kəndində yerləşən 0.26 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Məhkəməyə təqdim edilmiş X10 və Ekspertiza Mərkəzi MMC tərəfindən verilmiş 01.04.2021 tarixli rəydən görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN-247A saylı şəhadətnaməyə əsasən iddiaçı X2 mülkiyyətinə verilmiş 0,26 ha torpaq sahəsinin və Torpağın mülkiyyətə verilməsinə dair JN245A saylı şəhadətnaməyə əsasən cavabdeh X4 mülkiyyətinə verilmiş 0,19 ha torpaq sahəsinin şəhadətnamələrdə qeyd edilən sərhədlər daxilində naturada yerləşməsi müəyyən olunarkən məlum oldu ki, həmin torpaq sahələri naturada və sənəd üzrə həmsərhəd olmaqla bitişikdir, aralarında hasar yoxdur, döngə nöqtələri naturadakı yerlərinə uyğundur. JN-247A (kod ********) saylı Şəhadətnamədə qeyd edilmiş 0,26 ha torpaq sahəsinin hüdudları daxilində iş üzrə mübahisələndirilən fərdi yaşayış evi tikilmişdir. Məhkəməyə təqdim edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 21.05.2021-ci il tarixli 10/1899 saylı rəydən görünür ki, X10 və Ekspertiza Mərkəzi MMC tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən, Göyçay rayonu Hacılıkənd kəndində yerləşən torpağın mülkiyyətə verilməsinə dair JN-247A saylı şəhadətnaməyə əsasən iddiaçı X2 mülkiyyətinə verilmiş 0.26 ha torpaq sahəsinin üzərində fərdi yaşayış evi inşa edilmişdir. Göyçay rayonu Hacılıkənd kəndində yerləşən torpağın mülkiyyətə verilməsinə dair JN-247A saylı şəhadətnaməyə əsasən iddiaçı X2 mülkiyyətinə verilmiş 0.26 ha torpaq sahəsində aparılmış tikinti işləri müvafiq orqanlarla razılaşdırılmasına dair iş materiallarında olmadığı üçün, həmin tikinti işlərini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1 və 4.2 bəndlərinin tələblərinə uyğun inşa olunmadığı müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh nümayəndəsi və vəkili Vəkil аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Göyçay rayon X6 16 dekabr 1993-cü il tarixli qərarı ilə Cavabdeh Göyçay rayonunun Hacalıkend kəndində yaşayış evi inşa etmək üçün 0,06 ha torpaq sahəsi ayrılmışdır. Həmin vaxtdan 0,06 ha torpaq sahəsinin yerləşdiyi ərazidə 0,41 ha torpaq sahəsi ətrafı hasarlanmaqla onun istifadəsindədir. Göyçay rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli 42 saylı qərarı ilə istifadəsində olan torpaq sahəsinin 0,19 ha hissəsi onun mülkiyyətinə verilmişdir. Mülkiyyət hüququ torpağın mülkiyyətə verilməsinə dair JN-245 A saylı şəhadətnamə ilə qeydə alınmışdır. O, 2003-cü ildə ailə qurmuş və müvəqqəti olaraq valideynlərinə məxsus evdə yaşamaqla yanaşı mülkiyyətində olan həyətyanı torpaq sahəsində fərdi yaşayış evi inşa etdirməyə başlamışdır. 2004-cü ildə evin 1 otağını hazırlayıb ailəsilə birlikdə həmin evə köçmüşdür. O, iddiaçının mübahisələndirdiyi evə köçərkən iddiaçı onun 2002-ci ildən evli olduğu arvadı X3 ilə birlikdə valideynlərinin evində yaşayırdı. 2004-cü ildən sonra o, fərdi yaşayış evinin tikintisini davam etdirərək əlavə 3 otaq və yardımçı sahələr də inşa etdirmişdir. İddiaçı bu müddət ərzində ailəsi ilə birlikdə valideynlərinin evində yaşamış və mərhum atalarının 01 fevral 2012-ci il tarixdə baş vermiş ölümündən sonra mirası faktiki qəbul edərək fərdi yaşayış evinin 1/8 hissəsi və torpaq sahəsinin 1/20 hissəsinə mülkiyyət hüququ əldə etmişdir. Təxminən 4-5 il əvvəl iddiaçı mülkiyyətində olan torpaq sahəsinin onun həyətyanı torpaq sahəsinin hüdudları daxilində olduğunu öyrənmiş və 03 noyabr 2020-ci il tarixdə ona qarşı fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Göyçay rayon Məhkəməsinə müraciət etmişdir. O şəxsi vəsaiti hesabına inşa etdirdiyi sahibliyində və istifadəsində olan evin yerləşdiyi mübahisəli torpaq sahəsindən istifadə etdiyi halda mülkiyyətçi 1998-ci ildən ötən 24 il ərzində torpaq sahəsi ilə maraqlanmamış, vergilərini ödəməmişdir. O, 2004-cü ildən torpaq sahəsinə sahiblənib orada ev inşa edib yaşayır, bütün kommunal xərcləri, vergiləri ödəyir. Buna baxmayaraq məhkəmə onun əmlak hüquqlarını pozmuşdur. Halbuki mülkiyyətçi olmasa da, onun hüquqları dövlət tərəfindən müdafiə edilir. Lakin məhkəmə onun hüquqlarını pozulmaqdan müdafiə etməmiş, onun hüququna deyil, 24 il torpaq sahəsinin harada yerləşməsi barədə məlumatı olmayan, onun inşa etdirdiyi evi özünün tikdiyini yazıb məhkəmədə sübut edə bilməyən iddiaçının hüququna üstünlük vermişdir. İddiaçının onu çıxarmaq istədiyi, öz vəsaiti hesabına inşa etdirdiyi fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır və o, ailəsilə birlikdə həmin evə 2004-cü ildə köçdüyü üçün iddiaçının onu evdən çıxarma tələbi qanunsuzdur. Belə ki, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinin tələblərinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan onun qeyd edilən evdə 2004cü ildən yaşamaqla yaşayış sahəsindən istifadə hüququ əldə etməyi, iddiaçının mülkiyyətində başqa yaşayış sahəsinin olması və 24 il ərzində torpaq sahəsi ilə maraqlanmaması faktlarını aydınlaşdırmamışdır. O birinci instansiya məhkəməsinə yazılı izahatla qeyd etdiyi hallara 3 nəfərin şahid olduğunu göstərərək məhkəmə iclasında həmin şəxslərin şahid qismində dindirilmələrini xahiş etsə də, məhkəmə vəsatətini təmin etməmişdir. O, məhkəmənin ədalətinə ümid edərək təqdim etdiyi sübutların kifayət edəcəyini düşünmüş, torpaq və əmlak vergilərini və kommunal xərcləri ödəməyi barədə sənədləri məhkəməyə təqdim etməmişdir. Həmin sənədləri hazırda apellyasiya şikayətinə əlavə edir. Ona görə də, apelyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2(046)-45/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə etiraz göndərərək apellyasiya şikayətinin təmin edlməməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 01.10.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsi: Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin; ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Həmin Məcəllənin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qərarlar: “Torpаq qаnunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri hаqqındа” Azərbаycаn Respublikаsı Ali Məhkəməsi Plenumunun 14 fevrаl 2003-cü il tаrixli, 2 №-li qərаrının 3-cü bəndinə görə torpаq sаhəsi ilə əlаqədаr mübаhisələrə bаxıldıqdа hər şeydən əvvəl torpаq sаhəsinin hüquqi stаtusu müəyyən edilməlidir. Torpаq sаhəsinin hüquqi stаtusu onun məqsədli təyinаtını (kənd təsərrüfаtı təyinаta, su fondu, ehtiyаt fondu və s.), torpаq sаhəsi üzərində hüququn formаsını (mülkiyyət, istifаdə, icаrə), hаbelə torpаq sаhəsindən istifаdəyə dаir müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 16 mart 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 9.1, 9.3 və 14.1-ci maddələri). Çəkişmə prinsipi hər bir tərəfin üzərinə istinad etdiyi halları sübut etmək vəzifəsi qoyduğu halda (Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar istisna olmaqla), məhkəmənin öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini istisna edir. Belə ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsi). Bununla belə, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Eyni zamanda həmin Məcəllənin 78.2-ci maddəsinə görə, işdə iştirak edən şəxsin işdə iştirak edən və etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Göstərilənlərlə yanaşı məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsi xüsusilə qeyd edilməlidir. Sübutların qiymətləndirilməsi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqini ehtiva edir. Ədalətli məhkəmə qərarı isə yalnız obyektiv, qərəzsiz və mötəbər sübutlara əsaslanır. Belə ki, məhkəmə işin gedişində təqdim olunmuş yalnız o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Bununla da, mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Apellyasiya baxışının hədləri Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Cavabdeh Göyçay Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2(046)-45/2022 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən gəldiyi nəticə ilə razılaşmır. Torpağın mülkiyyətə verilməsinə dair JN-247A saylı şəhadətnamə ilə iddiaçı X2 mülkiyyətinə Göyçay rayonu Hacalıkəd kəndində yerləşən 0,26 ha torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN245A saylı şəhadətnaməyə əsasən cavabdeh X4 mülkiyyətinə Göyçay rayonu Hacalıkəd kəndində yerləşən 0,19 ha torpaq sahəsi verilmişdir. Torpaq sahələri həmsərhəddir. JN-247A (kod ********) saylı Şəhadətnamədə qeyd edilmiş 0,26 ha torpaq sahəsinin hüdudları daxilində iş üzrə mübahisələndirilən 2003-cü ildə tikilməsi ehtimal olunan fərdi yaşayış evi mövcuddur. Həmin fərdi yaşayış evinin iddiaçı yoxsa cavabdeh tərəfindən tikildiyi məsələsi tərəflər arasında mübahisəli olsa da, məhkəmə kollegiyası hesab edir ki, bu hal hazırki iddia tələbi üzrə çıxarılacaq qərara təsir etməməlidir. Belə ki, Cavabdeh 2003-cü ildə İddiaçı razılığı ilə mübahisələndirilən fərdi yaşayış evinə köçməsi işin mübahisə olunmayan halıdır və iddiaçı tərəfindən də təsdiq edilir. Tərəflər arasında yaranmış hüquq münasibətləri 2003-cü ildən başlandığından hazırki mübahisəyə həmin vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işin hüquqi əsasını 01.10.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53, 54 və 123-cü maddələri təşkil edir. Belə ki, 01.10.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsində icarədarın ailə üzvləri olaraq icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunmaqla bərabər, icarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslərin də icarədarın ailə üzvləri hesab edilə bilmələri göstərilir. Eyni zamanda, həmin vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onların da malik olduğu göstərilmişdir. Hazırki halda, İddiaçı mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçisidir və cavabdehin çıxarılmasını tələb etdiyi fərdi yaşayış evi də həmin torpaq sahəsinin üzərində yerləşir. Cavabdeh İddiaçı razılığı ilə sonuncunun deməsinə görə 2003-cü ildə həmin evə köçmüş və o vaxtdan bəri həmin evdə yaşamışdır. Onun həmin evdən başqa yaşayış yeri yoxdur. İddiaçı X3 ilə 15 yanvar 2003-cü ildə rəsmi nigaha girərək sonuncunu Göyçay rayonu Hacalıkənd kəndində yerləşən 0.44 ha torpağın 1/20 hissəsi, ümumi sahəsi 183.9 kvm olan evin isə 1/8 hissəsi hal-hazırda onun mülkiyyətində olan ünvana gəlin köçürmüşdür. Həmin ünvanda yaşamışdır və Göyçay Rayon Məhkəməsinin hal-hazırda qüvvədə olan 21 may 2020-ci il tarixli, 2(046)-382/2020 nömrəli qətnaməsi ilə həmin evdən arvadı və uşaqları ilə birlikdə istifadə hüquqları təmin edilərək oraya köçürülmüşlər. Göyçay Rayon Məhkəməsinin hal-hazırda qüvvədə olan 15 mart 2021-ci il tarixli, 2(046)-55/2021 nömrəli qətnaməsi ilə onların həmin 5 otaqlı evin 2 otağından istifadə etmələri halı müəyyən edilmişdir. Həmin qətnamələr apellyasiya baxışı zamanı cavabdeh tərəfindən məhkəmə kollegiyasına təqdim olunmuş və məhkəmə tərəfindən sübut kimi qəbul olunmuş və işə əlavə edilmişdir. Həmin qətnamələrin hazırda qüvvədə olması məhkəmə kollegiyasının araşdırmaları ilə müəyyən edilmişdir. Azərbaycan Respublikası MM-nin 157.2-ci maddəsində sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir. 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Hazırki iş üzrə mübahisəli evi kimin tikməsindən asılı olmayaraq, cavabdehin həmin evdən 2003-2004-cü illərdən istifadəsi, buna iddiaçının razılıq verməsi ilə başlandığından, qanunsuz deyildir. Bu baxımdan cavabdehin iddiaçının qeyd etdiyi kimi evdən çıxarılması hazırkı vəziyyətdə təmin edilə bilməz. Ən azı cavabdehin iddiaçının qardaşı olaraq və onun razılığı ilə ailəsi ilə birlikdə 2003-2004-cü ildən bəri uzun müddət ərzində yaşadığı, hazırkı vəziyyətdə də mübahisə predmeti olan, evin üzərində iddiaçının mülkiyyət hüquqları mövcud olmadığından, belə hüquq əldə ediləcəyi halda da, onun cavabdehin həmin evdən əvəzsiz olaraq çıxarılması barədə iddiası təmin edilə bilməz. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsini qət etməklə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Göyçay Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2(046)- 45/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddiası rədd edilməlidir. İş üzrə ekspertiza xərcləri olan 100 manat İddiaçı alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilməli, dövlət rüsumu kimi ödənilmiş 10 manat və 300 manat məhkəmə xərci İddiaçı özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2(046)-45/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddiası rədd edilsin. İş üzrə ekspertiza xərcləri olan 100 manat İddiaçı alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Dövlət rüsumu kimi ödənilmiş 10 manat və 300 manat məhkəmə xərci İddiaçı özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar