Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-643/2024 13.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Cavabdeh MMC-yə və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2rşı «işə bərpa olunması və cavabdehin qanunsuz hərəkətlərinə görə məcburən buraxdığı iş günlərinin əmək haqqının ona ödənilməsi» tələbinə dair mülki iş üzrə (Açar sözlər: işə bərpa olunma və buraxılan iş günləri üçün əmək haqqının hesablanması, mülkiyyətçinin dəyişməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı, cavabdeh Cavabdeh MMC-nin nümayəndəsi X3 və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Cavabdeh MMC-yə və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2rşı «işə bərpa olunması və cavabdehin qanunsuz hərəkətlərinə görə məcburən buraxdığı iş günlərinin əmək haqqının ona ödənilməsi» tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 5 mart 2024-cü il tarixli, 2(025)-232/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh MMC-nə və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2rşı «işə bərpa olunması və cavabdehin qanunsuz hərəkətlərinə görə məcburən buraxdığı iş günlərinin əmək haqqının ona ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X11 Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, X-23/113 saylı Əmrini ləğv edilərək İddiaçı X11 Məhdud Məsuliyyətli Cəmiyyətinin X6 müdiri vəzifəsinə işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdeh X11 Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2022-ci il dekabrın 5-də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Qərarına əsasən X11 MMCdə İR şöbəsinin müdiri vəzifəsinə işə bərpa edilmiş, lakin həmin gündən bu günə kimi zavod rəhbərliyi onu zavodun ərazisinə buraxmamışdır. Zavodun işlək olmayan giriş qapısında ona işləmək üçün yararsız bir otaq ayırmış, orada oturacağını bildirmişlər. Onu hətta zavodun yeməkxanasına da buraxmamışlar. Ona həmin yerdə 8 saat oturmasına görə maaş verilmiş, lakin vəzifə öhdəliklərini və səlahiyyətlərini icra etməyə imkan verilməmişdir. Bu barədə dəfələrlə zavodun rəhbərlərinə və baş ofisə müraciət etsə də, sorğuları cavabsız qalmışdır. Bu ilin noyabrın 7-də baş ofisin nümayəndələri onun otağına gələrək yeni mülkiyyətçinin onunla işləmək istəmədiyini bildirmişlər və ona öz xahişi ilə işdən çıxıb getməyi təklif etmişlər. O, etiraz etdikdə ona Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "Ç" bəndinə əsasən işdən azad edilməyi barədə əmr təqdir etmişlər. Ona təqdim olunan əmrdə zavodun xx.xx.2023-cü il tarixdə yenidən qeydiyyatdan keçməsi barədə arayış verilmişdir. Əgər bu tarixi mülkiyyətçinin dəyişməsi kimi hesaba alınsa (hərçənd ki, zavodda mülkiyyətçi dəyişməsi olmayıb, təkcə təsisçi dəyişikliyi olub, bu da bundan xeyli əvvəl baş verib, hətta fevral ayında yeni direktoru da yeni təsisçi təyin edib) Noyabr ayında onu işdən çıxarmaq nə dərəcədə qanuna uyğundur? Bu məchuldur. Bundan başqa Əmək Məcəlləsinin 63-cü maddəsinin 2-ci hissəsində deyilir ki, Yeni mülkiyyətçi tərəfindən müəssisənin işəgötürəninin (rəhbərinin), onun müavinlərinin, baş mühasibin və bilavasitə idarəetmə funksiyasını yerinə yetirən digər struktur bölmələrin rəhbərlərinin əmək müqavilələrinə mülkiyyətçinin dəyişməsi ilə əlaqədar bu Məcəllənin 68-ci maddəsinin «ç» bəndi ilə xitam verilə və ya bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulan qaydada onların əmək müqavilələrinin şərtləri dəyişdirilə bilər. Bildirmək iştəyir ki, X6 müdiri bilavasitə idarəetmədə iştirak edən vəzifə deyil. Kadrlar şöbəsinin müdiri sadəcə direktorun əmr və göstərişlərini icra edir, müstəqil heç nə həll etmir. Bütün bunları nəzərə alaraq, hesab edir ki, onun Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "C" bəndinə əsasən işdən azad edilməsi barədə əmr tamamilə qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. İddia tələbi həmin əmrin ləğv olunması, işə bərpa olunması və məcburi iş buraxma üçün ödəniləməyən əmək haqqımın ödənilməsi ilə bağlıdır. Bununla bağlı Mediasiya prosesinə müraciət etmiş, lakin bir nəticəsi olmamışdır. O, işə qəbul olunduğu vaxt da Zavodun mülkiyyətçisi X11 Məhdud Məsuliyyətli Cəmiyyəti olmuş, indi də həmin hüquqi şəxsdir. Yəni heç bir mülkiyyətçi dəyişikliyi olmamışdır. Təkcə iki il bundan qabaq eşitdiyi qədəri ilə X11 Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi dəyişmişdir. Bu durum zavodun mülkiyyətçi dəyişikliyi kimi hesab oluna bilməz. Məlum olduğu kimi o, sənəd üzərində İR-nin müdiri vəzifəsində çalışmışdır. Faktiki olaraq isə, onun heç bir vəzifəsi olmamışdır. Belə ki, məhkəmənin qətnaməsi ilə işə bərpa olunduğu üçün, işəgötürən həm məhkəməyə, həm də ona qarşı hörmətsizlik edərək ona faktiki olaraq heç bir iş verməmiş, sadəcə olaraq məhkəmə qətnaməsi icra etdiyini göstərmək üçün ona zavodun girişində bir yararsız otaqda oturmaq üçün yer vermiş, lakin heç bir İR işini ona həvalə etməmişdir. Belə olan halda necə olur ki, Əmək Məcəlləsinin 63-ci maddəsinin 2-ci bəndinə göstərilən "bilavasitə idarəetmə funksiyasını yerinə yetirən digər struktur bölmələrin rəhbərlərindən" biri hesab olunur. Göründüyü kimi işə götürən burada da qanunvericiliyi kobud şəkildə pozub. Məqsədi nəyin bahasına olursa olsun onu işdən çıxarmaqdır. Bu isə qəbul edilməzdir. Bütün bunlardan məlum olduğu kimi onun işdən azad olunması ilə bağlı Əmr Əmək Məcəlləsinin imperativ tələblərinə uyğun deyil, bu səbəblə həmin Əmr ləğv olunaraq pozulmuş hüquqları bərpa olunmalıdır. Birinci instansiya məhkəməsində icraat Qəbələ Rayon Məhkəməsinin (hakim: A.Əliyev) 5 mart 2024-cü il tarixli, 2(025)- 232/2024 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Cavabdeh MMC-nə və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2rşı «işə bərpa olunması və cavabdehin qanunsuz hərəkətlərinə görə məcburən buraxdığı iş günlərinin əmək haqqının ona ödənilməsi» tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir: İş materiallarında olan 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli, **********180300 nömrəli Çıxarışdan göründüyü kimi "X11" MMC-nin mülkiyyətçisi qeyd olunan tarixdə dəyişmişdir. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********180300 saylı reyestrdən çıxarışına və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsində xx.xx.2023-cü tarixində ********** saylı nömrə ilə qeydiyyata alınmış "X11" MMC-nin Nizamnaməsinə əsasən Müəssisənin yeni təsisçisi "xxxx" MMC olmuşdur. Beləliklə, Cavabdeh MMC-nin direktorunun 07 noyabr 2023-cü il tarixli, X-23/113 nömrəli əmrinə əsasən həmin əmrlə "X11" MMC-nin X6 müdiri İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "ç" bəndinə əsasən (müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar) əmək müqaviləsinə xitam verilməklə xx.xx.2023-cü il tarixindən işdən azad edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, əmək qanunvericiliyinin mənasına görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə (eləcə də sığorta şəhadətnaməsi) sonuncu iş günü işçiyə mütləq təqdim olunmalı, işəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. İşdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. Mülki işin məhkəmə araşdırılması zamanı işin halları ilə müəyyən edilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi) ilə birlikdə sonuncu iş günü işçiyə təqdim olunmuşdur. İşin bu halı iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Beləliklə, əmək qanunvericiliyinin yuxarıda sadalanan normalarını və işin şərh olunan hallarını nəzərə alaraq, müqayisəli təhlil edərək birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsinə dair Cavabdeh MMC-nin direktorunun 07 noyabr 2023-cü il tarixli, X-23/113 nömrəliəmri (əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «ç» (müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar) bəndinə əsaslanması) əmək qanunvericiliyinin tələblərinə uyğundur. Belə ki, iş materiallarında olan 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli, **********180300 nömrəli Çıxarışdan göründüyü kimi "X11" MMC-nin mülkiyyətçisi qeyd olunan tarixdə dəyişmişdir Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********180300 saylı reyestrdən çıxarışına və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsində xx.xx.2023-cü tarixində ********** saylı nömrə ilə qeydiyyata alınmış "X11" MMC-nin Nizamnaməsinə əsasən Müəssisənin yeni təsisçisi "xxxx" MMC olmuşdur. Nəticədə işəgötürənlə işçi arassındakı əmək müqaviləsinin xitamına dair əmr əmək qanunvericiliyinin tələblərinə əsaslanmaqla çıxarılmışdır. Buna görə də iddiaçının işə bərpa olunması tələbinə dair iddiası əsassızdır və təmin edilməməlidir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələblərinə əsasən iddiaya əlavə olaraq ərizə ilə məhkəməyə müraciət etmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən cavabdehin qanunsuz hərəkətlərinə görə məcburən buraxdığı iş günlərinin əmək haqqının ona ödənilməsi də əlavə olunmaqla qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının işə bərpa olunması və cavabdehin qanunsuz hərəkətlərinə görə məcburən buraxdığı iş günlərinin əmək haqqının ona ödənilməsi tləbləri mahiyyət etibarı ilə bir-birinə əlaqəli tələblər olduğundan məntiqi baxımdan işə bərpa olunması tələbi təmin olunmadığı halda sonrakı iddia tələbi də təmin olunmamalıdır. Birinci instansiya məhkəməsi tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, İddiaçı Cavabdeh MMC-nə və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2rşı «işə bərpa olunması və cavabdehin qanunsuz hərəkətlərinə görə məcburən buraxdığı iş günlərinin əmək haqqının ona ödənilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Birinci instaniya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 44.3-cü maddəsi, 68-ci maddəsinin 2-ci hissəsinin «ç» bəndi, 63-cü maddəsinin 1-ci hissəsi, 63-cü maddəsinin 2-ci hissəsi, 63-cü maddəsinin 3-cü hissəsi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-saylı qətnaməsi ilə iddia ərizəsi rədd olunmuşdur. Məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. İşin hallarından, məhkəmənin gəldiyi nəticədən məlum olur ki, məhkəmə işi araşdırmadan, maddi və prosessual hüquq normaları pozaraq qətnamə qəbul edib. Ona görə də hesab etmişdir ki, həmin qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilərək onun iddia tələbi təmin olunmalıdır. Belə ki, o, 2022-ci il dekabrın 5-də Şəki Apelyasiya Məhkəməsinin qətnaməsinə əsasən X11 MMC-də İR şöbəsinin müdiri vəzifəsinə işə bərpa edilmiş, lakin həmin gündən bu günə kimi zavod rəhbərliyi onu zavodun ərazisinə buraxmayıb. Zavodun işlək olmayan giriş qapısında ona işləmək üçün yararsız bir otaq ayırıb, orada oturacağını bildiriblər. Onu hətta zavodun yeməkxanasına da buraxmayıblar. Ona burda 8 saat oturmağına görə maaş verilib, lakin vəzifə öhdəliklərini və səlahiyyətlərini icra etməyə imkan verməyiblər. Bu barədə dəfələrlə zavodun rəhbərlərinə və baş ofisə müraciət etsə də sorğuları cavabsız qalıb. Bu il noyabrın 7-də baş ofisin nümayəndələri onun otağına gələrək yeni mülkiyyətçinin onunla işləmək istəmədiyini bildirdilər və ona öz xahişi ilə işdən çıxıb getməyi təklif etdilər. O, etiraz etdikdə ona Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “Ç” bəndinə əsasən işdən azad edilməyim barədə əmr təqdim etdilər. Əvvəla qeyd etmək istəyir ki, ona təqdim olunan əmr Əmək məcəlləsinin ziddinə verilib, əmrin əsas hissəsində müəssisənin nizamnaməsi və verginin reyestrindən cıxarış göstəriliməyib. Müəssisənin Nizamnaməsi işçini işdən çıxarmaq ücün əsas ola bilməz. Bütün bunları nəzərə alaraq, hesab edir ki, onun Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin “Ç” bəndinə əsasən işdən azad edilməyi barədə əmr tamamilə qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Hesab edir ki, Qəbələ Rayon Məhkəməsinin qətnaməsi Əmək Məcəlləsinin 68-ci maddəsinin, 2-ci hisəsəinin C bəndinə və digər maddələrinə o cümlədən digər qanunvericilik aktlarına ziddir. Qeyd edilənləri nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(025)-232/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlillər Cavabdeh Cavabdeh MMC apellyasiya şikayətinə qarşı etiraz ərizəsi göndərərək qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı - İddiaçı cavabdeh - "X11" MMC-nin xx.xx.2022-ci il tarixli, D-22/57 nömrəli əmri ilə X6 müdiri vəzifəsinə işə qəbul edilmiş və onunla yazılı formada müddətsiz əmək müqaviləsi bağlanılaraq Əmək və X8 qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli dövlət reyestrindən verilmiş çıxarışdan da göründüyü kimi, iddiaçı əmək fəaliyyəti ilə məşğul olduğu dövr ərzində cavabdeh - Cavabdeh MMC- nin təsisçisi dəyişmiş və "xxxx" MMC (əvvəlki təsisçi "xxxx" MMC nizamnamə kapitalında mayalarının miqdarı -100%; Hazırki təsisçi "xxxx" MMC nizamnamə kapitalında mayalarının miqdarı -100%) "X11" MMC-nin yeni təsisçisi təyin olunmuşdur. Müəssisənin mülkiyyətçisinin belə dəyişməsi ilə əlaqədar olaraq, iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "ç" bəndinə istinadən xitam verilmişdir. Belə ki, cavabdeh - Cavabdeh MMC-nin direktorunun 07 noyabr 2023-cü il tarixli, X-23/113 nömrəli əmrinə əsasən, "X11" MMC-nin X6 müdiri İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "ç" bəndinə əsasən (müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar) əmək müqaviləsinə xitam verilməklə xx.xx.2023-cü il tarixindən işdən azad edilməsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci hissəsinə əsasən İddiaçı onun orta aylıq əmək haqqısının 3 (üç) misli miqdarında müavinət ödənilməsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən İddiaçı son haqq-hesabda çalışdığı dövrə görə istifadə edilməmiş 81 (səksən bir) təqvim günü əsas əmək məzuniyyəti əvəzinə puİ vəsaiti ödənilməsi, Əmrdən irəli gələn məsələlərin həllinin aidiyyəti struktur bölmələrə və vəzifəli şəxslərə tapşırılması əmr edilmişdir. Bundan narazı qalan iddiaçı cavabdehə qarşı "işə bərpa olunma və cavabdehin qanunsuz hərəkətlərinə görə məcburən buraxdığı iş günlərinin əmək haqqının ona ödənilməsi" tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Yekunda işə mahiyyəti üzrə baxan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(025)- 232/2024 saylı qətnaməsi ilə haqlı olaraq iddianın təmin edilməməsi qət edilib. Bundan narazı qalan iddiaçı - İddiaçı sözügedən qətnamədən apellyasiya şikayəti verib. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən həmin apellyasiya şikayətinin dəlillərinin əsassızdır. Belə ki, iddiaçı apellyasiya şikayətində təkrarən qeyd edib ki, o, "X11" MMC-də X6 müdiri vəzifəsində çalışıb. İddiaçı bildirib ki, "X6 müdiri" vəzifəsi bilavasitə idarəetmədə iştirak edən vəzifə deyil. Məhz bu məqamda məhkəmə kollegiyasının diqqətinə çatdırmaq istəyirik ki, İddiaçı 24 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Şəki-Zaqatala regional şöbəsinə (bundan sonra mətndə X9 Xidməti Şəki-Zaqatala regional şöbəsi adlandırılacaq) məktub ünvanlayaraq bildirib ki, "xx.xx.2023-cü il tarixdə onun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "ç" bəndinə əsasən xitam verilməsi qanunsuz və əsassız olub" (məktub iş materiallarında mövcuddur). X9 Xidməti Şəki-Zaqatala regional şöbəsi iddiaçının həmin məktubu üzrə ətraflı araşdırma başladıb, cavabdeh "X11" MMC-dən iş üzrə bütün alt sənədləri tələb edib. Aparılan araşdırma nəticəsində məlum olub ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi həqiqətən də tamamilə qanunauyğun və əsaslıdır (həmin cavab məktubu iş materiallarında mövcuddur). X9 Xidməti Şəki-Zaqatala regional şöbəsinin 18 dekabr 2023-ci il tarixli, 3-17- 5-2-Ə-52129/2023 saylı cavab məktubunda qeyd edilib ki, "...müəssisə tərəfindən təqdim edilən vergi orqanlarından alınmış çıxarışlara əsasən, "X11" MMC-nin təsisçisi xx.xx.2023-cü il tarixdə dəyişilərək "xxxx" MMC olmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 63-cü maddəsinin 2-ci bəndinin tələbinə əsasən, yeni mülkiyyətçi tərəfindən müəssisənin işə götürəninin (rəhbərinin), onun müavinlərinin, bas mühasibin və bilavasitə idarəetmə funksiyasını yerinə yetirən digər struktur bölmələrin rəhbərlərinin əmək müqavilələrinə mülkiyyətçinin dəyişməsi ilə əlaqədar bu məcəllənin 68-ci maddəsinin "c" bəndi ilə xitam verilə və ya bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulan qaydada onların əmək müqavilələrinin şərtləri dəyişdirilə bilər. Digər bir tərəfdən, idarəetmə birinci növbədə insanların, işçilərin fəaliyyətinin əlaqələndirilməsi və təşkilidir. Bu isə əmək ehtiyatlarından səmərəli istifadə olunması, insan amilinin nəzərə alınması, insan münasibətləri, əməyin təşkili, sosial inkişafı, əmək davranışı, kadr siyasəti, əmək bazarı kimi vacib problemləri əhatə edir. Heyətin idarəedilməsi istehsal, texniki-texnoloji sistemlərin idarə edilməsindən çətin və məsuliyyətli bir işdir. Heyətin idarə edilməsi ayrı-ayrı işçi kateqoriyaları ilə müəyyən prinsiplər, üsullar, səlahiyyətlər, funksiyalar çərçivəsində aparılan işlərin məcmusudur, sistemidir. Bu birinci növbədə firma və şirkətlərin kadr siyasəti ilə, yəni heyətin seçilməsi, qiymətləndirilməsi, yerləşdirilməsi, təlimatlandırılması ilə üzvi şəkildə bağlıdır. Beləliklə, yuxarıda qeyd edilən işin faktiki və hüquqi hallarının işığında görünən yeganə həqiqət odur ki, iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "ç" bəndinə əsasən xitam verilməsi qanunauyğun və ədalətlidir. Odur ki, İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(025)-232/2024 saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması xahiş etmişlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini və Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(025)-232/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh MMC-nin nümayəndəsi X7 apellyasiya şikayətinin təmin edilməməsini və Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(025)-232/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini və Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(025)-232/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsinin Maddə 2 (1-ci hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Maddə 2 (3-cü hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Maddə 3 (1-ci hissə). Müəssisə - mülkiyyətçinin təşkilati-hüquqi formasından, adından və fəaliyyət növündən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaratdığı hüquqi şəxs, onun və xarici hüquqi şəxsin filialı, nümayəndəliyi. Maddə 35.2. (3-cü hissə). Həmin Məcəllə əmək münasibətlərində olan tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun əliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. Həmin Məcəlləinin 44.3-cü maddəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az omayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Həmin Məcəlləinin 68-ci maddəsinin 2-ci hissəsinin «ç» bəndinə əsasən müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər)Əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. Həmin Məcəlləinin 63-cü maddəsinin 1-ci hissəsinə əsasən Müəssisənin mülkiyyətçisi dəyişdikdə bu maddənin 2-ci hissəsində göstərilən işçilərdən başqa qalan bütün işçilərlə əvvəlki mülkiyyətçi arasında bağlanmış əmək müqavilələri və onların şərtləri yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılır. Bu işçilərin əmək müqavilələri müəyyən edilmiş qaydalara əməl edilməklə bu Məcəllənin 70, 73 və 75-ci maddələrində nəzərdə tutulan müvafiq əsaslarla ləğv edilə bilər. Həmin Məcəlləinin 63-cü maddəsinin 2-ci hissəsinə əsasən Yeni mülkiyyətçi tərəfindən müəssisənin işəgötürəninin (rəhbərinin), onun müavinlərinin, baş mühasibin və bilavasitə idarəetmə funksiyasını yerinə yetirən digər struktur bölmələrin rəhbərlərinin əmək müqavilələrinə mülkiyyətçinin dəyişməsi ilə əlaqədar bu Məcəllənin 68-ci maddəsinin «ç» bəndi ilə xitam verilə və ya bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulan qaydada onların əmək müqavilələrinin şərtləri dəyişdirilə bilər. Həmin Məcəlləinin 63-cü maddəsinin 3-cü hissəsinə əsasən Mülkiyyətçinin dəyişməsi ilə əlaqədar yeni mülkiyyətçi və ya işəgötürən tərəfindən sahibkarlıq fəaliyyəti və hüququndan sui-istifadə edərək işçilərin peşəkarlıq səviyyəsini, əmək funksiyasını icra etmək bacarıqlarını, mülkiyyətçinin sahibkarlıq fəaliyyətinə xələl gətirə bilən səriştəsizliklərini aşkara çıxarmadan onların əmək müqavilələrinin kütləvi şəkildə ləğv edilməsi yolverilməzdir. Yeni mülkiyyətçi və ya işəgötürən işçilərin peşəkarlıq səviyyəsini, müəssisədə mövcud olan iş yerlərinin sahibkarlıq fəaliyyətini sərbəst surətdə həyata keçirmək üçün zəruriliyini iş yerlərinin və işçilərin attestasiyasını keçirməklə müəyyən etməlidir. Maddə 83 (1-ci hissə). Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Həmin Məcəllənin 53.1. Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil və müdafiə edən ayrıca bölməsi nümayəndəlik sayılır. Həmin Məcəllənin 53.2. Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. Həmin Məcəllənin 53.3. Nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Təsisçilərinin əcnəbilər və ya xarici hüquqi səxslər olduğu qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının vətəndaşları olmalıdır. Həmin Məcəllənin 99.1. Səhmdar cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bildikdə, o, açıq səhmdar cəmiyyəti sayılır. Bu cür səhmdar cəmiyyəti buraxdığı səhmlərə açıq abunə yazılışını və onların sərbəst satışını həyata keçirə bilər. Həmin Məcəllənin 106-1.1. Səhmdar cəmiyyətinin səhmdarı cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin bu Məcəllə ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olan fiziki və (və ya) hüquqi şəxsdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(025)-232/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Qəbələ Rayon Məhkəməsinin 5 mart 2024-cü il tarixli, 2(025)-232/2024 saylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı qətnamə ilə mübahisələndirilən hissə üzrə işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin 5 mart 2024-cü il tarixli, 2(025)-232/2024 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixində "X11" MMC-nin müvafiq əmrinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən işdən azad edilmişdir. xx.xx.2022-ci il tarixində məhkəmənin qərarı ilə İddiaçı işə bərpa edilmişdir. İş materiallarında olan 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli, **********180300 nömrəli Çıxarışla müəyyən edilir ki, "X11" MMCnin mülkiyyətçisi qeyd olunan tarixdə dəyişmişdir. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********180300 saylı reyestrdən çıxarışına və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsində xx.xx.2023-cü tarixində ********** saylı nömrə ilə qeydiyyata alınmış "X11" MMC-nin Nizamnaməsinə əsasən Müəssisənin yeni təsisçisi "xxxx" MMC olmuşdur. Beləliklə, Cavabdeh MMC-nin direktorunun 7 noyabr 2023-cü il tarixli, X- 23/113 nömrəli əmrinə əsasən həmin əmrlə "X11" MMC-nin X6 müdiri İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "ç" bəndinə əsasən (müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar) əmək müqaviləsinə xitam verilməklə xx.xx.2023-cü il tarixindən işdən azad edilmişdir. Kollegiya hesab edir ki, şikayətin dəlili əsassızdır. Belə ki, əmək qanunvericiliyinin mənasına görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə (eləcə də sığorta şəhadətnaməsi) sonuncu iş günü işçiyə mütləq təqdim olunmalı, işəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. İşdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. Mülki işin məhkəmə araşdırılması zamanı işin halları ilə müəyyən edilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi) ilə birlikdə sonuncu iş günü işçiyə təqdim olunmuşdur. İşin bu halı iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Beləliklə, əmək qanunvericiliyinin yuxarıda sadalanan normalarını və işin şərh olunan hallarını nəzərə alaraq, müqayisəli təhlil edərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsinə dair Cavabdeh MMC-nin direktorunun 7 noyabr 2023-cü il tarixli, X-23/113 nömrəliəmri (əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «ç» (müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar) bəndinə əsaslanması) əmək qanunvericiliyinin tələblərinə uyğundur. Belə ki, iş materiallarında olan 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli, **********180300 nömrəli çıxarışdan göründüyü kimi "X11" MMCnin mülkiyyətçisi qeyd olunan tarixdə dəyişmişdir. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********180300 saylı reyestrdən çıxarışına və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsində xx.xx.2023-cü tarixində ********** saylı nömrə ilə qeydiyyata alınmış "X11" MMC-nin Nizamnaməsinə əsasən Müəssisənin yeni təsisçisi "xxxx" MMC olmuşdur. Nəticədə işəgötürənlə işçi arassındakı əmək müqaviləsinin xitamına dair əmr əmək qanunvericiliyinin tələblərinə əsaslanmaqla çıxarılmışdır. Əmək Məcəlləsinin 68-ci maddəsinin “ç” bəndinin məzmunundan görünür ki, müəssisənin mülkiyyətçisi dəyişdikdə, yeni mülkiyyətçi siyahısı qanunda konkret göstərilmiş vəzifələrdə çalışan işçilərin əmək müqaviləsinə əlavə heç bir əsaslandırma aparmadan yalnız bu maddəyə istinad etməklə xitam verə bilər. Qeyd olunmalıdır ki, əmək müqaviləsinə yalnız müəssisəsinin yeni mülkiyyətçisinin iradəsinə əsasən xitam verilməsi və buna dair heç bir əsaslandırma aparmağa borclu olmaması qanunda nəzərdə tutulmuş müstəsna hüquqdur. Qeyd edilən müstəsnalığın tanınmasının isə legitim səbəbləri vardır. Belə ki, qanunla mülkiyyətçinin bu hüquqdan istifadə etmək imkanı verilmiş vəzifələr bilavasitə müəssisənin işinin və maliyyə resurslarının idarə edilməsi ilə bağlıdır. Göstərilən vəzifələrin müəssisənin işinin təşkili, fəaliyyətinin effektivliyi, davamlılığı, mənfəətlilik səviyyəsi, işgüzar nüfuzu və s. hallar baxımından müəssisənin fəaliyyəti üçün əhəmiyyəti nəzərə alındıqda müəssisənin mülkiyyətçisinin belə müstəsna səlahiyyətə malik olması hüquqi baxımdan qəbul ediləndir. Həmçinin, mülkiyyətçinin həmin müəssisəyə sahib olmaqla çatmaq istədiyi məqsədlər (ictimai, iqtisadi, sosial və s.) baxımından müəssisənin fəaliyyəti üçün strateji hesab edilən, qeyd olunan vəzifələrə özünün etimad göstərdiyi, səriştəsinə, peşəkar bacarıqlarına inandığı şəxsləri təyin etməsi haqlı və məntiqli yanaşmadır. Məhkəmə kollegiyası qeyd edir ki, müəssisənin mülkiyyətçisinin dəyişməsi dedikdə, dövlət yaxud bələdiyyə əmlakı özəlləşdirilərək fiziki və ya hüquqi şəxslərin mülkiyyətinə verildikdə, dövlət müəssisələri bələdiyyə mülkiyyətinə verildikdə müəssisənin əmlakına olan mülkiyyət hüququnun bir şəxsdən digər şəxsə, yaxud şəxslərə keçməsi (verilməsi) başa düşülür. Eyni zamanda, müəssisənin mülkiyyətçinin dəyişməsi dedikdə, əsasən təsisçi, payçı, səhmdar dəyişikliyi başa düşülür. Təşkilatın üç təsisçisi olduğu halda və təsisçilərdən biri yeniləndikdə artıq yeni mülkiyyətçi ortaya çıxır. Hər şey təsisçilərin iclas protokolunda qəbul olunan qərardan asılı olur. Başqa təsisçilərin olması yeni təsisçinin təkbaşına qərar qəbul etməsinə maneəçilik törədir, amma qərar qəbul olunsa, təşkilatda yeni mülkiyyətçi olduğuna görə Əmək Məcəlləsinin 63-cü maddəsi tətbiq oluna bilər. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, əmək qanunvericiliyinə əsasən müəssisə dedikdə - mülkiyyətçinin təşkilati-hüquqi formasından, adından və fəaliyyət növündən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaratdığı hüquqi şəxs, onun və xarici hüquqi şəxsin filialı, nümayəndəliyi nəzərdə tutulur (Əmək Məcəlləsi maddə 3.1). “Müəssisələr haqqında” Azərbaycan Respublikası Qanunun (xx.xx.2002-ci il tarixli Qanuna əsasən qüvvədən düşmüşdür) 1-ci maddəsinə əsasən, müəssisə dedikdə mülkiyyət formasından asılı olmayaraq, bu Qanuna müvafiq yaradılan və ictimai tələbatın ödənilməsi və mənfəət alması məqsədilə məhsul istehsal edən və satan, işlər görən və xidmətlər göstərən hüquqi şəxs olan müstəqil təsərrüfat subyektidir. Müəssisələr dövlət, bələdiyyə, özəl və qarışıq müəssisə formasında ola bilər. Təsisçisi (mülkiyyətçisi) dövlət olan müəssisə dövlət müəssisəsi, bələdiyyə olan müəssisə bələdiyyə müəssisəsi, fiziki və ya hüquqi şəxslər olan müəssisə özəl müəssisə hesab edilir. Mülkiyyətçiləri qismində bu subyektlərin (ən azı ikisinin) eyni zamanda çıxış etdiyi müəssisə isə qarışıq tipli müəssisədir. Müəssisənin mülkiyyətçisi (və ya mülkiyyətçiləri) qismində dövlət, bələdiyyələr, fiziki və ya hüquqi şəxslər çıxış edə bilərlər. Müəssisənin bir neçə mülkiyyətçisi ola bilər və bir müəssisənin mülkiyyətçiləri eyni zamanda həm dövlət, həm bələdiyyə, həm də fiziki və ya hüquqi şəxslər ola bilər. Bu halda, onlardan hər biri öz paylarına uyğun olaraq müəssisənin əmlakı üzərində mülkiyyətçi səlahiyyətlərini həyata keçirirlər. Müəssisənin mülkiyyətçisi anlayışı ilə müəssisənin əmlakının mülkiyyətçisi anlayışı fərqləndirilməlidir. Müəssisənin mülkiyyətçisi dedikdə onun təsisçiləri (sonradan dəyişdiyi halda onların yerinə keçən şəxslər), müəssisənin əmlakının mülkiyyətçisi dedikdə isə müəssisənin özü başa düşülür. Dövlət və bələdiyyə müəssisələri baxımından müəssisənin mülkiyyətçisi anlayışı, həm də onun əmlakının mülkiyyətçisi anlayışını ehtiva etsə də, özəl və qarışıq tipli müəssisələr baxımından vəziyyət fərqli ola bilər. Məsələn: Bir hüquqi şəxsin təsisçiləri (iştirakçıları) həmin müəssisənin mülkiyyətçiləri olduğu halda, müəssisənin əmlakının mülkiyyətçiləri hesab edilmirlər. Müəssisənin əmlakının (nizamnamə kapitalı, ofis, istehsal sahələri və digər əmlak, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalar və nizamnamədə müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsaitlər) mülkiyyətçisi həmin hüquqi şəxsin özüdür. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Əmək Məcəlləsinin 68-ci maddəsinin “ç” bəndinin mənası baxımından “müəssisənin mülkiyyətçisinin dəyişməsi” ifadəsi maddənin yazılışından da göründüyü kimi müəssisənin mülkiyyət formasının (dövlət, bələdiyyə və ya özəl) deyil, mülkiyyətçisinin dəyişməsi halını ifadə edir. O da qeyd olunmalıdır ki, müəssisənin mülkiyyət formasının dəyişməsi hər bir halda onun mülkiyyətçisinin də dəyişməsi anlamına gəlməklə, müəssisənin mülkiyyətçisinin dəyişməsi əsaslarından biri kimi çıxış edir. Belə ki, müəssisənin mülkiyyət forması dəyişmədən də mülkiyyətçinin dəyişməsi halı baş verə bilər. Məsələn: hüquqi şəxslər baxımından tək təsisçisinin dəyişməsi həmin müəssisənin mülkiyyətçisinin dəyişməsi anlamına gəlir və bu halda yeni təsisçinin avtomatik bu əsasla əmək müqaviləsinə xitam vermək hüququ yaranmış olur. (Qüvvədən düşmüş) “Müəssisələr haqqında” Qanunun 6-cı maddəsinə və onun şərhinə dair Konstitusiya Məhkəməsinin 09 mart 2000-ci il tarixli qərarındakı hüquqi mövqelərə əsasən, əgər müəssisənin səhmlərinin nəzarət paketi (azı 51 faizi) dövlət orqanlarına məxsus olduqda, o dövlət mülkiyyətinə əsaslanan dövlət müəssisəsidir və həmin müəssisənin daxilində başqa mülkiyyət növünün olması istisna edilmir. Səhmlərinin nəzarət paketi dövlət orqanlarına məxsus olan müəssisənin nizamnamə fondunda dövlətin payına uyğun olan əmlak dövlət mülkiyyəti hesab edilməlidir. Səhmlərinin nəzarət paketi dövlət orqanlarına məxsus olan müəssisənin digər payçıları öz paylarına uyğun olaraq əmlak üzərində mülkiyyətçi səlahiyyətlərini həyata keçirmək hüququna malikdirlər. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda adı çəkilən Qanun qüvvədən düşsə də, onun şərhinə dair Konstitusiya Məhkəməsinin qərarındakı hüquqi mövqelərdən rəsmi mənbə kimi istifadə edilə bilər. Belə ki, “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 66.5-ci maddəsinə əsasən, Konstitusiya Məhkəməsinin qərarının qəbul edilməsi üçün əsas təşkil etmiş Azərbaycan Respublikası Konstitusiyasının norması referendum nəticəsində dəyişdirildikdə, həmin qərar Konstitusiya Məhkəməsi tərəfindən qismən və ya bütövlükdə qüvvədən düşmüş hesab olunur. Göründüyü kimi, qanunda Konstitusiya Məhkəməsinin qərarlarının qüvvədən düşməsinin yeganə əsası kimi onun qəbul edilməsi üçün əsas təşkil etmiş Konstitusiya normasının dəyişdirilməsi göstərilmişdir. Buradan belə qənaətə gəlmək olar ki, Konstitusiya Məhkəməsi tərəfindən qanunların şərhinə dair qəbul edilmiş qərar həmin qanun qüvvədən düşmüş hesab edilsə belə, qüvvəsində qalır və işə baxan məhkəmələr öz qərarlarında oradakı hüquqi mövqelərə istinad edə bilərlər. Odur ki, Konstitusiya Məhkəməsinin yuxarıda istinad olunan 09 mart 2000-ci il tarixli qərarındakı hüquqi mövqelər baxımından analoji qaydada belə nəticəyə gəlmək olar ki, müəssisənin mülkiyyətçisi dəyişdikdə, bu əsasla əmək müqaviləsinə xitam vermək hüququ yaranır. Bu hal Əmək Məcəlləsinin 68-ci maddəsinin “ç” bəndi baxımından müəssisənin mülkiyyətçisinin dəyişməsi anlamına gəlməklə, həmin şəxslərə yeni mülkiyyətçilər kimi birlikdə qərar qəbul etməklə bu hüquqdan istifadə etmək imkanı verir. Beləliklə şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissə üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də iddiaçının apellyasiya şikayəti təmin edilməməli və Qəbələ Rayon Məhkəməsinin 5 mart 2024-cü il tarixli, 2(025)-232/2024 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 5 mart 2024-cü il tarixli, 2(025)-232/2024 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-643/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-643/2024
13.06.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver