Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-652/2024 29.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Əsədli Mahir Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, Göyçay Rаyоn Məhkəməsinin 2(046)-639/2023 saylı, 26 fevral 2024-cü il tаrixli qərаrdаdındаn İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Dövlət Aktına əsasən mülkiyyətdə olan Göyçay rayonu Xəlitli kəndində yerləşən 1.07 ha torpaq sahəsinin 0.25 ha hissəsindən cavabdehin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 7 sentyabr 2023-cü il tarixli 2(046)-639/2023 nömrəli qətnaməsi ilə Göyçay rayonu Xəlitli kəndində yerləşən Torpağa mülkiyyət hüququna dair JN-193 nömrəli dövlət aktın əsasən İddiaçı xüsusi mülkiyyətində olan 1.07 ha torpaq sahəsinin 0.20 ha hissəsindən Cavabdeh çıxarılmışdır. Göyçay Rayon Məhkəməsinin 7 sentyabr 2023-cü il tarixli 2(046)-639/2023 nömrəli qətnaməsindən hüquqlarına toxunan şəxs kimi Maraqlı şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Göyçay Rаyоn Məhkəməsinin 2(046)-639/2023 saylı, 26 fevral 2024-cü il tаrixli qərаrdаdı ilə Göyçay Rayon Məhkəməsinin 7 sentyabr 2023-cü il tarixli 2(046)-639/2023 saylı qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan iş üzrə İddiaçı şikаyət vermişdir. İddiaçı şikayət ərizəsini belə əsaslandırmışdır ki, Göyçay rayonuYeniarx Bələdiyyəsi apellyasiya şikayətində elektron baza məlumatlarında göstərilən TEKUİS məlumatlarında JN-193 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmiş torpaq sahəsinin koordinatlarının bələdiyyənin mülkiyyətinə **********57 reyestr nömrəli çıxarışla verilmiş 7.23 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşdüyünü qeyd edir. Halbuki DaşınmazƏmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı UcarƏrazi İdarəsinin mənə ünvanladığı 18 dekabr 2023-cü il tarixli 3-21-3-36/2-S-00xx-xx/2023 saylı məktubundan görünür ki, JN-193 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə mənim və ailə üzvlərimizin mülkiyyətinə verilmiş 1.07 ha torpaq sahəsi Torpaqların elektron kadast X3 məlumatlarında göstərilmişdir. Həmin məktub mübahisəli torpaq sahəsi Yeniarx bələdiyyəsinin sədrinin iştirakı ilə ölçüldükdən sonra mənə verilmişdir və torpaq sahəsinin koordinatlarının bələdiyyənin mülkiyyətində olan torpaq sahəsinin koordinatlarının üst-üstə düşdüyü müəyyən olunmamışdır.Göründüyü kimi torpaq sahəsi həm dövlət aktına, həm də TEKUİS məlumatlarına əsasən mənim vəailə üzvlərimin mülkiyyətindədir və məhkəmə qəbul etdiyi qərardadla mənim mülkiyyət hüququnu pozmuşdur. Yeniarx bələdiyyəsi, bələdiyyənin mülkiyyətinə **********57 reyestr nömrəli çıxarışla verilmiş 7.23 ha torpaq sahəsinin koordinatlarının guya onun və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsini əsas gətirərək öz hüququndan sui-istifadə edib mülkiyyət hüquqlarını pozur.Buna görə də qərardadın ləğv edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 7 mart 2024-cü il tarixli, 2(046)-639/2024 saylı qərardadı ilə şikayət təmin olunmamış və şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin 26 fevral 2024-cü il tarixli, 2(046)-639/2024 saylı qərardadı ləğv edilməli və mülki işin materialları Göyçay Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Elektron bazada mövcud olan, JN-193 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçımülkiyyətində olan, Göyçay rayonu Xəlitli kəndində yerləşən 1.07 ha torpaq sahəsinin 0.20 ha hissəsi cavabdeh tərəfindən istifadə edilir. Elektron baza məlumatlarında göstərilən TEKUİS məlumatlarında, JN-193 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə verilmiş torpaq sahəsinin koordinatları Göyçay rayonu Yeniarx bələdiyyəsinin mülkiyyətinə **********57 reyestr nömrəli çıxarışla verilmiş 7.23 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. Belə ki, Göyçay rayonu Yeniarx bələdiyyəsinin mülkiyyətinə **********57 reyestr nömrəli çıxarışla verilmiş 7.23 ha torpaq sahəsi kəndin islahat xəritəsində bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olaraq işlənsə də, “Azərbaycan Respublikasındatorpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” AzərbaycanRespublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında X1 X3nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na uyğun olaraq tərtib edilmiş “X1 X3” məlumatlarında ərazidə xüsusi mülkiyyətə verilmiş torpaq sahələri, o cümlədən JN- 193 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” mövcuddur. Lakin məhkəmə tərəfindən iş üzrə hər hansı araşdırma aparılmamışdır. İşin hallarından göründüyü kimi iddiaçının JN-193 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında mülkiyyətində olmuş torpaq sahəsi hazırda “Azərbaycan Respublikasında torpaq münasibətlərinintənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan RespublikasıPrezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında X1 X3nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na uyğun olaraq tərtib edilmiş “X1 X3”ndə olan məlumatlarında göstərilən ərazidə yerləşdiyi halda, işə baxan birinci instansiya məhkəməsi göstərilən halları nəzərə almamış və əsassız olaraq iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmışdır. Göründüyü kimi Göyçay Rayon Məhkəməsinin 7 sentyabr 2023-cü il tarixli 2(046)- 639/2023 saylı qətnaməsi Maraqlı şəxs hüquqlarına toxunduğundan apellyasiya şikayəti mümkün hesab edilməli və baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-cimaddəsinin tələblərinə görə Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.2-cimaddəsinin tələblərinə görə həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Birinci instansiya məhkəməsi Maraqlı şəxs qətnamədən verdiyi apellyasiya şikayətini mümkün hesab etsə də işdə olan sənədlərlə qətnamənin bələdiyyənin hüquq və vəzifələrinə toxunması halını araşdırmamışdır. İşdə olan Torpağa mülkiyyət hüququna dair JN-193 nömrəli dövlət aktının surətindən görünür ki, Göyçay rayon Xəlitli kəndində yerləşən 1.07 ha torpaq sahəsi İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Kollegiya qeyd edir ki, Maraqlı şəxs Göyçay Rayon Məhkəməsinin 7 sentyabr 2023cü il tarixli 2(046)- 639/2023 saylı qətnaməsi ilə Maraqlı şəxs hansı hüquqlarına toxunmasını əsaslandıra bilməmişdir. Çünki əslində həmin qətnamə ilə cavabdehin torpaq sahəsindən çıxarılması Maraqlı şəxs də mənafeyinə uyğun olmuşdur. Bununla belə kollegiya qeyd edir ki, Maraqlı şəxs iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinə dair rəsmi sənədləri mübahisələndirə bilər. Ona görə də kollegiya hesab edir ki, Göyçay Rayon Məhkəməsinin 26 fevral 2024-cü il tarixli, 2(046)-639/2024 saylı qərardadı ləğv edilməli, yeni qərardad qəbul edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Göyçay Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmin Məcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 26 fevral 2024-cü il tarixli, 2(046)-639/2024 saylı qərardadı ləğv edilsin. Yeni qərardad qəbul edilsin. Mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən sonrakı prosessual hərəkətlərin edilməsi üçün mülki işin materialları Göyçay Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərаrdаddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-652/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-652/2024
29.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver