Məhkəmə qərarları › İş №2(107)-657/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-657/2024

13.06.2024 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-657/2024 13.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Rzayeva (Zamanova) Əntiqə Həsən qızına və qeyrilərinə qarşı alqı-satqı əqdinin etibarlı sayılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı əqdinin etibarlı sayılması, bəyənmə, maddi hüquq normasının düzgün təfsir edilməməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X3 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı və nümayəndəsi, həmçinin vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Rzayeva (Zamanova) Əntiqə Həsən qızına və qeyrilərinə qarşı alqı-satqı əqdinin etibarlı sayılması tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, 2(054)-20/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Rzayeva (Zamanova) Əntiqə Həsən qızına, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı JN 273 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən cavabdehlərin xüsusi mülkiyyətində olan 7,50 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi barəsində cavabdehlər Rzayeva (Zamanova) Əntiqə Həsən qızı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 arasında bağlanmış alqı-satqı əqdinin etibarlı sayılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2004-cü ildə Oğuz rayon Bucaq kənd ərazisində yerləşən, torpağa mülkiyyət hüququna dair JN 273 (kod ********) saylı Dövlət aktına əsasən cavabdehlər Rzayeva (Zamanova) Əntiqə Həsən qızına, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6, habelə ailə başçısı- Cavabdeh1 əri, digər cavabdehlərin atası X7 məxsus olan cəmi 7,50 hektar torpaq sahəsini aralarındakı şifahi razılaşmaya əsasən dəyərini tam ödəmək şərti ilə 5000 ABŞ dollarına onlardan satın almışdır. Pulu mülkiyyətçilərə təqdim etmişdir. Həmin vaxt Şahnaz və Babək kiçk yaşlı olduqlarından onları valideynləri təmsil etmişlər. Dövlət aktının əsli ona təqdim edilmişdir. 2004-cü ildən torpaq sahəsi onun daimi və faktiki istifadəsindədir. Cavabdehlər indiyədək torpaq sahəsindən istifadəsi ilə bağlı ona hər hansı maneə törətməmişlər.Cavabdehlərdən Rəsmiyə İranda, Şəmsiyyə Rusiya Federasiyasında yaşayır. Ailə başçısı 2019-cu ildə ölmüşdür. Mülkiyyətçilərin bəziləri ölkədə olmadığından torpaq sahəsinin alqı-satqı müqaviləsinin notarial qaydada rəsmiləşdirilməsi mümkün deyil. Bu isə artıq ona maneələr yaradır, məsələn torpaq sahəsindən istifadəyə görə subsidiya ala bilmir. Qeyd edilən torpaq sahəsinin satın alınması ilə bağlı o, alıcı kimi öz üzərinə düşən öhdəlikləri tam şəkildə icra etmişdir. Cavabdehlərin də həmin torpaq sahəsi ilə bağlı hər hansı tələbləri və ya iddiaları yoxdur, onlar torpaq sahəsinin satılmasına dair onunla özləri arasında əqdin bağlanmış hesab edilməsinə etiraz etmirlər. Hazırki vəziyyətdə onunla cavabdehlər arasında bağlanmış alqı-satqı əqdinin etibarlı sayılması ancaq məhkəmə qərarı əsasında mümkündür. İddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Oğuz Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, 2(054)-20/2024 saylı (hakim: S.Zeynalova) qətnaməsi ilə İddiaçı cavabdehlər Rzayeva (Zamanova) Əntiqə Həsən qızına, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı alqı-satqı əqdinin etibarlı sayılması tələbinə dair iddiasının təmin edilməməsi, dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı hazırki iddianın predmetinə aid olan 7,50 hektar torpaq sahəsinin tərəflər arasında olan qarşılıqlı razılığa əsasən müəyyən edilmiş dəyəri olan 5000 ABŞ dollarını 2004-cü ildə cavabdehlərə və onların ailə üzvlərinə tam şəkildə ödəmiş və qeyd edilən əmlakın satın alınması ilə bağlı alıcı kimi öz üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, torpaq sahəsi satılan zaman ailənin yetkinlik yaşına çatmayan Şahnaz və Babək adlı üzvləri alqı-satqı prosesində iştirak etməmişlər. Buna baxmayaraq məhkəmə iclasında təqdim edilmiş ərizə və teleqramla cavabdeh olan hər iki şəxsin alqı-satqıya etirazının olmadığı müəyyən edilmişdir. Bundan başqa digər cavabdehlər Rəsmiyyə və Amin məhkəməyə ünvanlanmış ərizə və teleqramla iddianı qəbul etdiklərini bildirmişlər. Məhkəmə iclasında müəyyən edildiyi kimi ailə başçısıtorpağın müılkiyyətçilərindən biri X9 2019-cu ildə vəfat etmişdir. İşdə iştirak edən cavabdehlər onun alqı-satqıya əks münasibətinin olduğuna dair heç bir fikir irəli sürməmişlər. Cavabdeh olan Cavabdeh3 iddiaya münasibətinə gəldikdə buna dair məhkəmə iclasında heç bir sübut təqdim edilməmiş, mülki işə əlavə edilmiş, xx.xx.2004-cü il tarixdə tərtib edildiyi irəli sürülən aktda onun adının qarşısındakı imzanın həqiqətən ona aid olub-olmamasının müəyyən edilməsi isə mümkün olmamışdır. Belə ki, cavabdeh— həmçinin digər cavabdehlərin anası Əntiqə Cavabdeh3 adlı qızının gənc yaşlarından Rusiya Federasiyasında yaşadığını söyləmişdir. Bundan əlavə Əntiqə Rzayeva onunla əlaqələrinin olmadığını, bunun ailə daxili münasibət olmaqla hazırki işlə də heç bir əlaqəsinin olmadığını, habelə Şəmsiyyənin torpağa aidiyyətinin olmadığını, qayıdıb gəlsə belə ona torpaq payı verilməyəcəyini bildirdiyindən məhkəmə Şəmsiyyənin vaxtilə torpaq satılan zaman buna razılığının olduğuna dair müddəalara tənqidi yanaşaraq bildirir ki, hazırki iş üzrə əqdin etibarlı sayılması üçün bütün mülkiyyətçilərin razılığının olması şübhə doğurmamalı, əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsinin əks tərəfin təqsiri ucbatından baş verməsi, məhz əks tərəfin əqdin notariat qaydasında təsdiqlənməsindən yayınması müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsinin iclasında müəyyən edilmişdir ki, iddiaçı hazırki iddianın predmetinə aid olan 7,50 hektar torpaq sahəsinin tərəflər arasında olan qarşılıqlı razılığa əsasən müəyyən edilmiş dəyəri olan 5000 ABŞ dollarını 2004-cü ildə cavabdehlərə və onların ailə üzvlərinə tam şəkildə ödəmiş və qeyd edilən əmlakın satın alınması ilə bağlı alıcı kimi öz üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, torpaq sahəsi satılan zaman ailənin yetkinlik yaşına çatmayan Şahnaz və Babək adlı üzvləri alqı-satqı prosesində iştirak etməmişlər. Buna baxmayaraq məhkəmə iclasında təqdim edilmiş ərizə və teleqramla cavabdeh olan hər iki şəxsin alqı-satqıya etirazının olmadığı müəyyən edilmişdir. Bundan başqa digər cavabdehlər Rəsmiyyə və Amin məhkəməyə ünvanlanmış ərizə və teleqramla iddianı qəbul etdiklərini bildirmişlər. Məhkəmə iclasında müəyyən edildiyi kimi ailə başçısıtorpağın müılkiyyətçilərindən biri X9 2019-cu ildə vəfat etmişdir. İşdə iştirak edən cavabdehlər onun alqı-satqıya əks münasibətinin olduğuna dair heç bir fikir irəli sürməmişlər. Cavabdeh olan Cavabdeh3 iddiaya münasibətinə gəldikdə buna dair məhkəmə iclasında heç bir sübut təqdim edilməmiş, mülki işə əlavə edilmiş, xx.xx.2004-cü il tarixdə tərtib edildiyi irəli sürülən aktda onun adının qarşısındakı imzanın həqiqətən ona aid olub-olmamasının müəyyən edilməsi isə mümkün olmamışdır. Belə ki, cavabdeh həmçinin digər cavabdehlərin anası Əntiqə Cavabdeh3 adlı qızının gənc yaşlarından Rusiya Federasiyasında yaşadığını söyləmişdir. Bundan əlavə Əntiqə Rzayeva onunla əlaqələrinin olmadığını, bunun ailə daxili münasibət olmaqla hazırki işlə də heç bir əlaqəsinin olmadığını, habelə Şəmsiyyənin torpağa aidiyyətinin olmadığını, qayıdıb gəlsə belə ona torpaq payı verilməyəcəyini bildirdiyindən məhkəmə Şəmsiyyənin vaxtilə torpaq satılan zaman buna razılığının olduğuna dair müddəalara tənqidi yanaşaraq bildirir ki, hazırki iş üzrə əqdin etibarlı sayılması üçün bütün mülkiyyətçilərin razılığının olması şübhə doğurmamalı, əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsinin əks tərəfin təqsiri ucbatından baş verməsi, məhz əks tərəfin əqdin notariat qaydasında təsdiqlənməsindən yayınması müəyyən edilməlidir. Beləliklə, birinci instansiya məhkəməsinin araşdırması nəticəsində əldə edilən faktlara əsasən məhkəmə hesab etmişdir ki, JN 273 saylı (KOD ********) dövlət aktına əsasən 7,50 ha pay torpaq sahəsi 7 mülkiyyətçinin paylı mülkiyyətində olmaqla, mülkiyyətçi X9 2019-cu ildə vəfat etdiyindən və onun payı üzərində vərəsəlik müəyyən edilmədiyindən, qanunvericiliyə uyğun olaraq hər mülkiyyətçi öz payının üzərində qanunla ona verilmiş səlahiyyətləri həyata keçirmək məqsədilə paylı mülkiyyətin bölünməsi üçün digər mülkiyyətçilərlə razılaşmalı, razılıq olmadıqda isə məhkəməyə müraciət etmək hüququna malik olduğundan, başlıca olaraq əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsinin əks tərəfin təqsiri ucbatından baş verməsi, məhz əks tərəfin əqdin notariat qaydasında təsdiqlənməsindən yayınması, əqdin özünün qanuna müvafiq olması və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilməsi ilə bağlı mötəbər sübutlar təqdim edilmədiyindən, beləliklə yuxarıda qeyd edilən mülki qanunvericilik normaları pozulduğundan iddia tələbi təmin olunmamalıdır. İddia tələbi təmin edilmədiyindən dövlət rüsumu iddiaçıya aid edilməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni “İnsan Hüquqlarının və X6 Haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 144.4, 146.1, 152.1, 157.2, 178.1, 215.1, 215.2, 218.1, 218.2, 218.3, 218.4, 220.1, 220.2, 220.3, 394, 1159.1, 1159.1.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.K.Rəcəbovun şikayəti üzrə” 22 mart 2006-cı il tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti üzrə” 31 may 2006-cı il tarixli qərarı, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarı, Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3, 217.4, 218.3 və 119.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, o, 15 yanvar 2004-cü il tarixdə Oğuz rayon Bucaq kəndi ərazisində yerləşən JN: 273 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən X9, Rzayeva (Zamanova) Əntiqə Həsən qızı, Cavabdeh2, Cavabdeh3, Verdiyeva (Zamanova) Rəsmiyyə Məhəmməd qızı, Cavabdeh5 və Cavabdeh6 xüsusi mülkiyyətində olan cəmi 7,50 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsini pulunu tam ödəməklə X9, cavabdehlər Rzayeva (Zamanova) Əntiqə Həsən qızı, Cavabdeh2, Cavabdeh3 və Verdiyeva (Zamanova) Rəsmiyyə Məhəmməd qızından satın almışdır. 15 yanvar 2004-cü il tarixdə 7,50 hektar torpaq sahəsinin dəyəri olan 5000 ABŞ dolları pul məbləğini X9, cavabdehlər Rzayeva (Zamanova) Əntiqə Həsən qızı, Cavabdeh2, Cavabdeh3 və Verdiyeva (Zamanova) Rəsmiyyə Məhəmməd qızına tam şəkildə ödəmiş və bu barədə akt tərtib edərək imzalamışlar. Akt tərtib edilən tarixdə paylı mülkiyyətçilərdən Cavabdeh5 və Cavabdeh6 yetkinlik yaşlarına çatmadıqlarından akta imza etmələrinə lüzum olmamışdır. Qeyd edilən torpaq sahəsi Oğuz Rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1997-ci il tarixli 50 nömrəli qərarı ilə X9, Rzayeva (Zamanova) Əntiqə Həsən qızı, Cavabdeh2, Cavabdeh3, Verdiyeva (Zamanova) Rəsmiyyə Məhəmməd qızı, Cavabdeh5 və Cavabdeh6 xüsusi mülkiyyətinə verilmiş, bu qərar əsasında Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən adlarına 18 mart 1998-ci il tarixli JN: 273 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı hazırlanmışdır. Torpaq sahəsinin dəyərini ödədikdən sonra X9 və cavabdehlər torpaq sahəsini və torpaq sahələrinə dair onlarda olan JN:273 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının əslini ona vermişlər. Həmin torpaq sahəsi qeyd edilən tarixdən onun faktiki istifadəsindədir. Torpaq sahəsinin mülkiyyətçilərindən X9 10 sentyabr 2019-cu il tarixdə vəfat etmişdir. Onun torpaq sahəsindəki payı vərəsəlik qaydasında öz varislərinin adına rəsmiləşdirilmədiyindən hazırda torpaq sahəsinin notariat qaydasında onun adına rəsmiləşdirilməsi də mümkün deyildir. Torpaq sahəsini əvvəllər öz adına sənədləşdirməyə özü də tələsməmiş, cavabdehlərə inandığından onların nə vaxsa torpaq sahəsini adına rəsmiləşdirməkdən imtina edəcəklərini güman etməmişdir. Son vaxtlarda isə qeyd edilən torpaq sahəsini öz adına rəsmiləşdirmək məqsədilə cavavdehlərə müraciət edərək onlarda olan müvafiq sənədlərlə birlikdə müvafiq notariat kontoruna gələrək alqı-satqı müqaviləsinə satıcı qismində imza etmələrini xahiş etmişdir. Cavabdehlər torpaq sahəsini ona satmış olmalarını, torpaq sahəsinin müqabilində müvafiq pul məbləğini almış olmalarını inkar etməsələr də torpaq sahəsinin paylı mülkiyyətçilərindən X5 vəfat etdiyini, onun payının vərəsələrinin adına keçirilməsi xeyli vəsait və çoxlu sayda müxtəlif sənədlər toplamaq lazım olduğunu bildirir, vərəsəlik işlərini apararaq torpaq sahəsinin sənədlərini yaranmış vəziyyətdə alqı-satqıya hazır vəziyyətə gətirmək işini yubadırlar. Bu isə onun mənafeyinə ciddi maddi ziyan vurur. Belə ki, o, torpaq sahəsini adına rəsmiləşdirmədən dövlət tərəfindən həmin torpaq sahəsinin əkilib becərilməsi üçün nəzərdə tutulan subsidiyaları ala, və digər güzəştlərdən istifadə edə bilmir. O qeyd edilən torpaq sahəsi ilə bağlı alıcı kimi üzərinə düşən bütün öhdəlikləri hələ 15 yanvar 2004-cü il tarixdə tam icra etmişdir. Cavabdehlər isə satıcı kimi öz üzərlərinə düşən öhdəlikdən, yəni müvafiq torpaq sahəsini onun adına rəsmiləşdirmək üçün lazımi notariat əməliyyatlarını həyata keçirməkdən yayınırlar. İş materiallarından da göründüyü kimi iş üzrə cavabdehlər X11 və Cavabdeh6 məhkəmə iclasında şəxsən iştirak edərək 2004-cü ildə torpaq sahəsini ona 5000 ABŞ dollarına satdıqlarını, torpaq sahəsinin pulunu tam şəkildə məndən aldıqlarını, həmin torpaq sahəsinə görə onun onlara borcu qalmadığını, torpaq sahəsindən 20 ildir onun istifadə etdiyini cavabdehlərdən və sair etiraf etmişlər. Bununlada əqdin onun tərəfindən tam icra edildiyi sübuta yetirilmişdir. Məhkəmə qətnamə qəbul edərkən əqdin tərəfimdən icra edilmiş olması faktını nəzərə almamışdır. Məhkəmə onu da nəzərə almamışdır ki, torpaq sahəsini ona satmış şəxslərdən X9 vəfat etmişdir. Onun qanun üzrə vərəsələri torpaq sahəsi barədə ondan qalmış müvafiq mirası adlarına rəsmiləşdirərək sonradan torpaq sahəsini onun adına rəsmiləşdirməkdən müxtəlif səbəblərdən yayınırlar. Odur ki, qeyd edilənlər nəzərə alınaraq Oğuz Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, 2(054)-20/2024 saylı qətnaməsinin tamamilə ləğv edilməsini, onun Oğuz rayon Bucaq kəndi ərazisində yerləşən JN: 273 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən X9, Rzayeva (Zamanova) Əntiqə Həsən qızı, Cavabdeh2, Cavabdeh3, Verdiyeva (Zamanova) Rəsmiyyə Məhəmməd qızı, Cavabdeh5 və Cavabdeh6 xüsusi mülkiyyətində olan 7,50 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi barəsində mərhum X9, cavabdehlər Rzayeva (Zamanova) Əntiqə Həsən qızı, Cavabdeh2, Cavabdeh3 və Verdiyeva (Zamanova) Rəsmiyyə Məhəmməd qızı ilə aralarında 15 yanvar 2004-cü il tarixdə bağlanmış alqı-satqı əqdinin etibarlı sayılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və nümayəndəsi, həmçinin vəkili Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, Oğuz Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, 2(054)-20/2024 saylı qətnaməsinin tamamilə ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişlər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdehlər heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər və gəlməmələrnin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Maddə 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Maddə 222.3. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Maddə 355.1. Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Maddə 355.2. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. Maddə 357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Maddə 360.2. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqlar ola bilər. Tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı zaman, yəni 01 noyabr 2005-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydada təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydada təsdiqlənməsi tələb edilmir. Həmin Məcəllənin 336.2-ci maddəsinəəsasən əgər əqd lazımi formada bağlanmışsa, lakin tərəflərdən biri əqddən əmələ gələn hüquqların qeydiyyatından boyun qaçırırsa, digər tərəfin tələbi ilə məhkəmənin həmin hüquqların qeydə alınması barədə qərar çıxarmaq ixtiyarı vardır. Bu halda əqddən əmələ gələn hüquqlar məhkəmənin qərarına uyğun qeydə alınır. İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarında qeyd edilir ki, məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur; -əqdin natorial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin əqdin notarial qaydasında təsdiqlənməsindən yayınmalıdır. -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında da Konstitusiya Məhkəməsi qeyd edir ki, daşınmaz əmlaka dair əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Oğuz Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, 2(054)-20/2024 saylı qətnaməsinin tamamilə ləğv edilməsini, onun Oğuz rayon Bucaq kəndi ərazisində yerləşən JN: 273 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən X9, Rzayeva (Zamanova) Əntiqə Həsən qızı, Cavabdeh2, Cavabdeh3, Verdiyeva (Zamanova) Rəsmiyyə Məhəmməd qızı, Cavabdeh5 və Cavabdeh6 xüsusi mülkiyyətində olan 7,50 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi barəsində mərhum X9, cavabdehlər Rzayeva (Zamanova) Əntiqə Həsən qızı, Cavabdeh2, Cavabdeh3 və Verdiyeva (Zamanova) Rəsmiyyə Məhəmməd qızı ilə aralarında 15 yanvar 2004-cü il tarixdə bağlanmış alqı-satqı əqdinin etibarlı sayılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Oğuz Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, 2(054)-20/2024 saylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Oğuz Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, 2(054)-20/2024 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsi iddianın təmin olunmaması barədə mövqeyini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə əqdin etibarlı sayılması üçün bütün mülkiyyətçilərin razılığının olması şübhə doğurmamalı, əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsinin əks tərəfin təqsiri ucbatından baş verməsi, məhz əks tərəfin əqdin notariat qaydasında təsdiqlənməsindən yayınması müəyyən edilməlidir. Apellyasiya şikayətinin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməyərək əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin yalnız yuxarıda qeyd edilən halları və maddi hüquq normalarını göstərməklə mübahisəni həll etməsi düzgün və etibarlı nəticəyə gəlmək üçün yetərli olmamışdır. Çünki, bu xarakterli mübahisələrə baxılarkən göstərilənlərlə yanaşı səlahiyyətsiz şəxsin əşyaya sərəncam verməsi halında əqdi bəyənmə və hüquqdan suiistifadə qadağası ilə bağlı qaydalar da nəzərə alınmalı, işin əhəmiyyət kəsb edən faktiki halları mülki qanunvericiliyin aidiyyəti normaları ilə birlikdə dəyərləndirilməklə qanuni və ədalətli nəticəyə gəlinməlidir. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı hazırki iddianın predmetinə aid olan 7,50 hektar torpaq sahəsinin tərəflər arasında olan qarşılıqlı razılığa əsasən müəyyən edilmiş dəyəri olan 5000 ABŞ dollarını 2004-cü ildə cavabdehlərə və onların ailə üzvlərinə tam şəkildə ödəmiş və qeyd edilən əmlakın satın alınması ilə bağlı alıcı kimi öz üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Baxılan iş üzrə mübahisə predmeti olan torpaq sahəsi cavabdehlərin ümumi birgə mülkiyyətində olmuşdur. Məlum olduğu kimi, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Belə əşyaya sərəncam verilməsi qaydaları Mülki Məcəllənin 222-ci maddəsində tənzimlənir. Həmin maddəyə əsasən, birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Bundan əlavə, səlahiyyəti olmayan şəxsin əşyaya sərəncam verməsi və onun nəticələri ilə bağlı hüquq münasibətləri Mülki Məcəllənin digər normaları ilə də tənzimlənmişdir. Belə ki, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən görünüdüyü kimi, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə, habelə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr və daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilənin etibarlı sayılması üçün, mütləq iki şərtin mövcudluğu vacibdir: müqavilənin yazılı formada bağlanılması və notariat qaydasında təsdiqlənməsi. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarında qeyd edilir ki, məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur; -əqdin natorial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin əqdin notarial qaydasında təsdiqlənməsindən yayınmalıdır. -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. İşə əlavə edilmiş aktdan görünür ki, X9, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X4 JN 273 kod 40503018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən 7,50 ha torpaq sahəsini İddiaçı satdıqlarını, torpağın dəyəri olan 5000 ABŞ dollarını tam şəkildə aldıqlarını, torpaq sahəsinin alqı-satqısından İddiaçı heç bir borcunun qalmadığını bildirmişlər. Aktda qeyd edilən şəxslərin adları qarşısında imzalar əks olunmuşdur. İş materiallarından aydın olur ki, qanunvericinin əqdin bağlanmış hesab edilməsi üçün tələb etdiyi ilkin şərt, yəni tərəflər arasında torpağın alqı-satqısına dair sadə yazılı əqd hesab oluna biləcək yazılı sənəd mövcuddur. Ələvə olaraq kollegiya qeyd edir ki, cavabdeh X11 birinci instansiya məhkəməsində izahat verərək bildirmişdir ki, 2004-cü ildə onlar həmin torpaq sahəsini iddiaçıya 5000 ABŞ dollarına satmışlar. Torpaq sahəsinin tərəflər arasında razılaşdırılmış dəyəri tam şəkildə onlara ödənilmişdir. Həmin vaxtdan qeyd olunan torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir. Əri 2019-cu ildə vəfat etmişdir. X16 şəhərində, qızı Şahnaz Şəki rayonunun Küngüt kəndində, Rəsmiyyə İranda, Şəmsiyyə isə gənc vaxtından Rusiya Federasiyasında yaşayır. Amin, Şahnaz, Babək və Rəsmiyyə yazılı şəkildə torpağın Şahların adına keçməsinə etiraz etmirlər. Şəmsiyyə ilə əlaqələri yoxdur, problemləri də yoxdur. Onunla əlaqənin yaradılmaması ailə məsələsidir, onun hazırki işə aidiyyəti yoxdur. Şəmsiyyənin torpağa da aidiyyəti yoxdur, gəlsə də ona torpaq payı verilməyəcək. 20 ildir Şahlar torpaqdan istifadə edir. Torpağın onun adına sənədləşdirilməsinə etirazı yoxdur. Adlarına torpaq olduğundan sosial yardım ala bilmirlər. İddianın təmin edilməsini xahiş etmişdir. Həmçinin Cavabdeh6 iştirak etdiyi birinci instansiya məhkəməsinin iclasında anasıcavabdeh X8 izahatının məzmununa uyğun izahat verərək özlərinə məxsus olan, 7,50 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 14 yanvar 2004-cü il tarixdə iddiaçıya satdıqlarını, hazırda həmin torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsinə razı olduğunu bildirərək iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi X4 istisna olmaqla digər cavabdehlər iddiaçı ilə cavabdehlər arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə etiraz etmirlər. Məhkəmə kollegiyası cavabdeh X2 münasibətdə qeyd edir ki, kənd təsərrüfatı təyinatlı, torpaq sahəsinin başqasına satılmasından xəbərdar olmaması, habelə sakini olduqları kənddə həmin sahəni 20 ilə yaxın müddətdə başqasının istifadə etməsini görməməsi inandırıcı deyildir. X1 birgə mülkiyyətdə olan torpaq sahəsinin satılmasından xəbərdar olmuş və onu bəyənmişdir. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. F.Nəcəfovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 03.03.23 tarxli qərarında aşağdakılar qeyd edilir; Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Mülki Məcəllənin Səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Konstitusiya Məhkəməsinin Plenumu B.Qasımovun şikayəti üzrə xx.xx.2019-cu il tarixli qərarında göstərmişdir ki, müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər. Nəzərə alınmalıdır ki, mübahisəli sahənin iddiaçıya satılmasından müqaviləni imzalamamış mülkiyyətçi(lər)in məlumatlı olduqları, özlərinin davranışları ilə əqdi bəyənmələri müəyyən edildiyindən, hazırkı iddianın irəli sürülməsinə, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi, yəni hüquqdan sui-istifadə baxımından hüquqi qiymət verilməlidir. Məlum olduğu kimi, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan suiistifadə qadağası ilə məhdudlaşdırmışdır . Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir. Çünki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir. Məhkəmələr hüquqi mübahisələrə baxarkən hüquqdan sui-istifadə hallarını tərəflərin irəli sürüb-sürməməyindən asılı olmayaraq nəzərə almalıdırlar. Əks halda, yəni hüquqdan sui-istifadə halını nəzərə almadan çıxarılan məhkəmə qərarları başda konstitusiya olmaqla bütün qanunvericiliyə zidd olaraq ədalətsiz nəticələrin əmələ gəlmə səbəbi olar. Belə bir nəticə “ədalət mühakiməsi” anlayışının özünə kökündən ziddir. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Oğuz Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, 2(054)-20/2024 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Oğuz Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, 2(054)-20/2024 saylı qətnаməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. İddiaçı Oğuz rayon Bucaq kəndi ərazisində yerləşən JN: 273 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən X9, Rzayeva (Zamanova) Əntiqə Həsən qızı, Cavabdeh2, Cavabdeh3, Verdiyeva (Zamanova) Rəsmiyyə Məhəmməd qızı, Cavabdeh5 və Cavabdeh6 xüsusi mülkiyyətində olan 7,50 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi barəsində mərhum X9, cavabdehlər Rzayeva (Zamanova) Əntiqə Həsən qızı, Cavabdeh2, Cavabdeh3 və Verdiyeva (Zamanova) Rəsmiyyə Məhəmməd qızı ilə İddiaçı arasında 15 yanvar 2004-cü il tarixdə bağlanmış alqı-satqı əqdi etibarlı hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar