Məhkəmə qərarları › İş №2(107)-659/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-659/2024

15.05.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-659/2024 15.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı əmlakın açıq hərracda satılaraq payların bölünməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə (Açar sözlər: əmlakın açıq hərracda satılaraq payların bölünməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X2 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlakın açıq hərracda satılaraq payların bölünməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 6 dekabr 2023-cü il tarixli 2(014)-707/2023 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı ilə Cavabdeh birgə nikah münasibətlərində olarkən ünvan 1 ünvanında yerləşən 2 otaqlı, ümumi sahəsi 44,56 kvadrat metr, yaşayış sahəsi 31,47 kv.metr olan mənzili alqı-satqı müqaviləsi əsasında almışlar.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətin digər mülkiyyətçisi tərəfindən payının dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2012-ci ildə rəsmi nikah bağlayaraq evlənmişlər. Birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü Kamilə adlı bir övladları var. Ailədə münasibətləri pozulduğundan Ağdaş Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən aralarında olan nikah pozulmuşdur. Cavabdeh hazırda Ağdaş rayonu, Qəsil kəndində qeydiyyatda olmasına baxmayaraq, Rusiya Federasiyasında yaşayır. Onlar birgə nikah dövründə Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 19 saylı binanın 4 saylı mənzilini almışlar. Nikah pozulduqdan sonra Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən qeyd edilən mənzilin ½ hissəsinə payı müəyyən edilmişdir. Eyni zamanda məhkəmənin qətnaməsinə əsasən o, köçüb həmin mənzildə yaşamalı olduğu halda məhkəmənin qətnaməsi hələ də icra olunmamış qalır. Hazırda yaşamağa yeri olmadığından kirayədə yaşamaq məcburiyyətindədir. Maddi vəziyyəti ağır olduğundan kirayə pulunu ödəməkdə çətinlik çəkir. Mənzilin naturadabölünməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Mingəçevir şəhəri "xxxx" MMC-nin mənzilin bazar dəyərinin müəyyən edilməsi barədə rəyinə görə ünvan 1-də olan orta təmirli bina yaşayış evinin 2023-cü il tarixdə orta bazar satış qiyməti 40.000 (qırx min) manat dəyərində qiymətləndirilmişdir. Göstərilənlərə əsasən Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 19 saylı binanın 4 saylı mənzilinin onun mülkiyyətində olan ½ hissəsinin dəyərinin paylı mülkiyyətinin digər mülkiyyətçisi, yəni Cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

4. Sonradan İddiaçı vəkili və nümayəndəsi Nümayəndə2 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 19 saylı binanın 4 saylı mənzilinin hərracdan satılması və satışdan əldə edilmiş pulun paylara uyğun bölünməsi barədə qətnamə çıxarılmsını xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh birgə nikah münasibətlərində olarkən ünvan 1 ünvanında yerləşən 2 otaqlı, ümumi sahəsi 44,56 kvadrat metr, yaşayış sahəsi 31,47 kv.metr olan mənzili alqısatqı müqaviləsi əsasında almışlar. Tərəflər arasında qeyd edilmiş nikah pozulmuş, Cavabdeh Rusiya Federasiyasına gedərək oranın vətəndaşlığını almışdır. ünvan 1 ünvanında yerləşən mənzilin ½ hissəsi Cavabdeh, ½ hissəsi X1 mülkiyyətinə verilmiş və dövlət qeydiyyatı aparılaraq çıxarış verilmişdir. Lakin iddiaçı həmin mənzilə köçürülməli olduğu halda qətnamə ilə müəyyən edilmiş öz payından istifadə edə bilmir. Eyni zamanda, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1087/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilir ki, qeyd olunan mənzilin naturada bölünməsi mümkün deyil. Hazırda iddiaçı birgə nikah dövründə əldə edilmiş həmin əmlakın hərracda satılmasını və satışdan əldə edilmiş pulun paylara uyğun bölünməsini tələb edir.

6. Qeyd olunur ki, yaşayış evlərinin tərəflər arasında bölünməsi təcrid şəklində aparılır. Yəni bölgü zamanı tərəflərdən hər birinin sərəncamında, qanun normalarının tələblərində göstərildiyi kimi, ayrı-ayrılıqda yaşayış-yardımçı tikililəri, həmin tikililərə ayrıca giriş-çıxış qapıları olmalıdır. Göründüyü kimi, tərəflərin paylı mülkiyyətində olan əmlakın onların paylarına uyğun naturada bölünməsi mümkün deyil.

7. Həmçinin, mənzilin ilkin satış qiyməti ilə bağlı məhkəmə qeyd edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 29 noyabr 2023-cü il tarixli, 2911/01 nömrəli rəyə uyğun olaraq likvid dəyər nəzərə alınmaqla 38000 manat kimi müəyyən edilməsi daha ağlabatandır.

8. Ağdaş Rayon Məhkəməsinin 6 dekabr 2023-cü il tarixli 2(014)-707/2023 nömrəli qətnaməsi ilə (hakim Cavid Sultanov) iddia təmin olunmuş, tərəflərin hər birinin ½ paylı mülkiyyətində olan ünvan 1ünvanında yerləşən mənzili ilkin satış qiyməti 38000 manat müəyyən olunmaqla açıq hərracda satılması, hərracdan əldə olunmuş məbləğin tərəflər arasında bərabər bölünməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinə istinad etmişdir.

10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: 07 avqust 2018-ci il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № 298500 saylı nikahın pozulması haqqında şəhadətnamə AN-İ № ******* saylı Daşınmaz Əmlakın alqı-satqısı müqaviləsi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nörməli Çıxarış Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1502/2017 saylı, 18 may 2017-ci il tarixli qətnaməsi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarış Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1087/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(84)-607/2019 saylı qərardad "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 29 noyabr 2023-cü il tarixli, 2911/01 nömrəli mənzilin qiymətləndirilməsinə dair rəy "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş ML-31xx.xx/2023 nömrəli mənzilin qiymətləndirilməsinə dair rəy Mingəçevir şəhəri "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 24 saylı mənzilin bazar dəyərinin müəyyən edilməsi barədə rəy Ağdaş Rayon Məhkəməsinin 2(014)-52/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi Ağdaş rayon İcra Hakimiyyəti başçısının Qulbəndə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 avqust 2022-ci il tarixli, 223 saylı arayış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən Nümayəndə1 ünvanlanmış15 avqust 2022-ci il tarixli, **********43 saylı məktub

11. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh nümayəndəsi Nümayəndə1 аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Ağdaş rayon məhkəməsində hakim tərəfindən Rusiyada yaşayan, qeydiyyatında olan, Rusiyanın vətəndaşı olan cavabdeh kimi göstərilən Q.Eldənizin barəsində Ağdaş rayon məhkəməsinin 2(014)-1829/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Cavabdeh 30000 (otuz min) manat alınıb iddiaçı X7 verilməlidir. Bu haqda cavabdehin nümayəndəsi atası tərəfindən dəfələrlə Ağdaş rayon icra və probasiya şöbəsinə ərizə ilə müraciət etmişdir ki, 30000 manatın ödənilməsinin müqabilində ərarvada məxsus olan mənzil Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi ev 19 mənzil 4 əllərindən alınaraq tələbkar borc verən Ysifov Qaffar əvvəl oğlunun adına rəsmiləşdirilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Bundan əlavə xx.xx.2023-cü il tarixdə yazdığı iddia ərizəsini Ağdaş rayon məhkəməsinin hakimi X5 poçtla xəbərnaməli sifarişlə göndərmişdir. xx.xx.2023-cü il tarixdə alıb. Məhkəmədən hakimdən ərizə ilə xahiş etmişdir ki, 30.000 manatın ödənilməsini ər-arvada Q.Eldəniz və Q.Vüsalə arasında bərabər bölünməklə tələbkar 30000 manat Y.Qaffara ödənilməsi təmin edilsin. Ər-arvada məxsus olan mənzil həmin borc pulla alınmışdır. Məhkəmə həmin mənzili hərraca satılmamışdan öndə mənzili 30000 manat borc verən tələbkara verilməsinə məhkəmə heçbir münasibət bildirməmişdir. Mingəçevir şəhər məhkəməsində iddiaçı X3 tərəfindən 2017-ci ildə cavabdeh keçmiş boşanmış ərinə qarşı iddia ərizəsi ilə ərinə məxsus mənzil Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi ev 19 mənzil 4-ün ½ hissəyə bölünməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Mənzilin sahibi Q.Eldənizin xəbəri olmadan, həmin mənzildə yaşayan və qeydiyyatda olan Eldənizin anası X6 bildirişlə xəbər etmədən xx.xx.2017–ci il tarixlə, 2(051)-1502/2017 nömrəli qətnamə ilə əri nikahlı Eldənizə xəyanət etmiş, cinayət etmiş, əxlaqsız və ləyaqətsiz qadın iddiaçının xeyrinə ½ hissəyə bölünməsi haqda qətnamə çıxarmışdır. Halhazırda Q.Eldənizin ailə üzvü 05 nəfərdi. Ağdaş rayon məhkəməsinin hakimi X10 tərəfindən xx.xx.2023–cü il tarixli 2(014)-707/2023 nömrəli qətnamə ilə Mingəçevir şəhərində yerləşən Ş.İ.Xətai küçəsi ev 19 mənzil 4–ü hərraca çıxarmışdır. Sual olunur? Mənzil hərraca satılması zamanı məhkəmə Eldənizin himayəsində yaşayan 12 yaşlı və 4 yaşlı iki az yaşlı qız övladının və həmin mənzildə qeydiyyatda olmaqla yaşayan 62 yaşlı qoca anasının taleyinin həll olunmasını necə həll olunacaqdır? Bundan başqa 30000 manat borcun tələbkara ödənilməsi üçün Russiyadan qazanıb gətirdiyi 14000 ABŞ dollarını, 280000 R/R rus rublunu və cehizə aidiyyatı olmayan 240 qram çəkidə qızıl-zinət əşyalarının oğurlanması faktı Mingəçevir şəhər Ş.İ.Xətai küçəsi ev 19 mənzil 4-dən Eldənizin arvadı tərəfindən Q.Vüsalə və anası X12 tərəfindən oğurlanması faktının sübutu kimi Mingəçevir şəhər Polis Şöbəsində cinayət işini mülki işə çevirmək üçün oğurlanmışdır sözünü dəyişərək aparmışdılar sözləri ilə əvəzləməklə 16 mart 2018–ci il tarixli qərar çıxmışdır.

13. Ona görə də, Ağdaş Rayon Məhkəməsinin 6 dekabr 2023-cü il tarixli 2(014)- 707/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ağdaş Rayon Məhkəməsinin 6 dekabr 2023cü il tarixli 2(014)-707/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

18. Qərarlar: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarı

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri

20. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

21. Cavabdeh Ağdaş Rayon Məhkəməsinin 6 dekabr 2023-cü il tarixli 2(014)- 707/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

23. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması qaydaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsində müəyyən edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarının 2-ci bəndinə əsasən məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. İş materiallarından görünür ki, Ağdaş Rayon Məhkəməsinin 7 noyabr 2023-cü il tarixli 2(014)-707/2023 nömrəli qərardadı ilə cavabdehin nümayəndəsinin iş üzrə icraat xitam verilməsi barədə ərizəsi təmin edilməmişdir. Həmin qərardadda göstərilmişdir ki, hazırda cavabdehin nümayəndəsinin daha əvvəl hazırkı iddia tələbinə baxıldığını bildirir və Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)-52/2022 saylı qətnaməsinə istinad edir. Ağdaş Rayon Məhkəməsinin həmin qətnaməsi ilə iddiaçı Hüseynova (Qəribova) Vüsalə Sədirəddin qızının cavabdeh X4 qarşı mənzilin açıq hərracdan satılması və satışdan əldə edilmiş pulun paylara uyğun bölünməsi barədə iddiası təmin edilməmişdir. Məhkəmə bu nəticəyə gələrkən qeyd etmişdir ki, iddiaçı tərəfindən qaldırılmış mənzilin açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi iddiası Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkün olduğundan, iddiaçı tərəfindən isə bu ardıcıllığa əməli edilmədiyindən iddia tələbi rədd edilməlidir. Lakin sonradan iddiaçı məhkəməyə hazırkı iş üzrə iddia ərizəsi ilə müraciət edərək Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 19 saylı binanın 4 saylı mənzilinin onun mülkiyyətində olan ½ hissəsinin dəyərinin paylı mülkiyyətinin digər mülkiyyətçisi, yəni Cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Bu iddiaya baxılarkən məhkəmənin 08 may 2023-cü il tarixli hazırlıq iclasında Cavabdeh nümayəndəsi Nümayəndə1 həmin tələblə razılaşmadığını və iddiaçıya heç bir vəsait ödəmək niyyətlərinin olmadığını bildirmişdir. Belə olan halda isə iddiaçı iddia tələbini yenidən dəyişmək məcburiyyətində qalmış və Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 19 saylı binanın 4 saylı mənzilinin hərracdan satılması və satışdan əldə edilmiş pulun paylara uyğun bölünməsi barədə qətnamə çıxarılmsını xahiş etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Hazırkı halda isə cavabdehin (paylı mülkiyyətçi) nümayəndəsi kompensasiya verməkdən imtina edir. Göründüyü kimi iddiaçı faktiki olaraq bütün prosessual ardıcıllıqlara riayət etmiş, formal mülahizələrdən kənar olaraq bütün təklifləri irəli sürmüş, lakin cavabdeh tərəflə razılaşma əldə olunmamışdır. Belə olan halda isə həm prosessual qənaət baxımından, həm də işin faktiki halları baxımından iddiaçının mülkiyyət hüquqlarını tələb etmək üçün yeganə imkan kimi qalır. Göründüyü kimi, həm cavabdehin nümayəndəsinin icraata xitam verilməsi barədə dəlillərinə, həm də iş üzrə Mülki Məcəllənin 220.4-cü maddəsinin tələbinə dair məsələyə məhkəmənin göstərilən qərardadı ilə ətraflı münasibət bildirilmişdir və məhkəmə kolelgiyası məhkəmənin həmin dəyrləndirməsi ilə razılaşmaqla əlavə şərhə zərurət görmür.

24. Apellyasiya şikayətinin iş üzrə Cavabdeh X7 30.000 manat borcu olmasına dair dəlillərinə gəldikdə isə, kollegiya qeyd edir ki, hazırki iddia tələbi əmlakın açıq hərracda satılaraq mülkiyyət paylarının bölünməsi ilə bağlıdır ki, həmin borcun hazırki tələbə əlaqəsi yoxdur. Həmin borcun əmlaka yönəldilməsi məsələsi həmin məhkəmə qətnaməsinin icrası qaydasında həll oluna bilər.

25. Apellyasiya şikayətinin mənzilin hərracda satılması zamanı Eldənizin himayəsində yaşayan 12 yaşlı və 4 yaşlı iki az yaşlı qız övladının və həmin mənzildə qeydiyyatda olmaqla yaşayan 62 yaşlı qoca anasının taleyinin həll olunması ilə bağlı dəlillərinə gəldikdə kollegiya qeyd edir ki, cavabdehin anasının və uşaqlarının olması mülkiyyətçini öz payının ayrılmasını tələb etmək hüququndan məhrum etmir. Həmçinin, cavabdehin mənzil satılmadan iddiaçıya ona aid payı pul şəklində vermək imkanı olmuş, lakin o bundan imtian etmişdir.

26. Hərraca çıxarılaraq satılması tələb olunan ünvan 1 ünvanında yerləşən mənzilin məhkəmə tərəfindən müəyyən edilmiş ilkin satış qiyməti isə nə iddiaçı, nə də cavabdeh tərəfindən mübahisələndirilmədiyindən kollegiya həmin hissədə araşdırma aparmamışdır.

27. Göstərilənlərə əsasən apellyasiya şikayətinin dəlilləri əsassızdır və qətnamənin ləğvi üçün əsas deyildir.

28. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağdaş Rayon Məhkəməsinin 6 dekabr 2023-cü il tarixli 2(014)-707/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 6 dekabr 2023-cü il tarixli 2(014)-707/2023 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar