Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-66/2023 27.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə (Açar sözlər: zəbt edilmiş torpaq sahəsindən çıxarılma, sübutetmə yükü, ekspertiza məsələləri) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 2(039)- 72/2022 saylı, 04 iyul 2022-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «zəbt edilmiş torpaq sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətinə verilmiş Yevlax rayonu, Quşçu kəndində yerləşən 1.5267 hektar torpaq sahəsinin zəbt edilmiş 1 hektar hissəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Yevlax rayonu, Quşçu kəndində yerləşən 1.5267 hektar torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Həmin torpağı alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Həmin torpaq sahəsinin təxminən 01 hektar hissəsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 uzun müddətdir ki, zəbt edib istifadə etmişlər. Dəfələrlə tələb etməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun mülkiyyətində olan torpaq sahəsinin zəbt etdiyi hissəsindən çıxmamışlar. İddiaçı məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Yevlax Rayon Məhkəməsinin (hakim R.Əlizadə) 4 iyul 2022-ci il tarixli, 2(039)- 72/2022 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «zəbt edilmiş torpaq sahəsindən çıxarılma» tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının Yevlax rayonu, Quşçu kəndi ərazisində 1.5267 hektar torpaq sahəsi vardır. İddiaçı cavabdehlərə qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Mütəxəssis və ekspert rəyində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 naturada istifadə etdikləri və göstərdikləri ll hissəli 0.45 ha və 0.70 ha torpaq sahəsinin 0.46 ha hisəssi (0.37 ha və 0.09 ha) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmış və İddiaçı **********74 reyestr nömrəsi ilə mülkiyyətinə verilmiş 1.5267 ha torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı ilə cavabdehin mülkiyyətinə verilmiş torpaq sahələri ilə onların faktiki naturada istifadə etdikləri torpaq sahələrinin həndəsi ölçüləri, konfiqurasiya fərqi və məkan göstəriciləri arasında uyğunsuzluqlar olduğu aşkar edilmişdir. Belə ki, iddiaçının və cavabdehlərin mülkiyyətində olan torpaq sahələrinin uzunluq istiqamətləri həm də islahat aparılmış ərazidən kənara çıxmaları müşahidə edilmişdir. Mövcud xəritə materialları ilə natura arasındakı bu cür uyğunsuzluqlar aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları” əsasında aparılan uçot işləri başa çatdıqdan və torpaqların rəqəmsal kadastr xəritələrinin hazırlanmasından sonra mümkün olacağı bildirilmişdir. Eyni zamanda iddiaçı tərəfindən torpağının cavabdehlər tərəfindən zəbt olunmasına dair məhkəməyə sübut təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; İddiaçı cavabdehlərin torpaq sahəsində çıxarılmasını tələb etsə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 naturada istifadə etdikləri və göstərdikləri ll hissəli 0.45 ha və 0.70 ha torpaq sahəsinin 0.46 ha hisəssi (0.37 ha və 0.09 ha) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmış və İddiaçı **********74 reyestr nömrəsi ilə mülkiyyətinə verilmiş 1.5267 ha torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı ilə cavabdehin mülkiyyətinə verilmiş torpaq sahələri ilə onların faktiki naturada istifadə etdikləri torpaq sahələrinin həndəsi ölçüləri, konfiqurasiya fərqi və məkan göstəriciləri arasında uyğunsuzluqlar olduğu aşkar edilmişdir. Belə ki, iddiaçının və cavabdehlərin mülkiyyətində olan torpaq sahələrinin uzunluq istiqamətləri həm də islahat aparılmış ərazidən kənara çıxmaları müşahidə edilmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «zəbt edilmiş torpaq sahəsindən çıxarılma» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103.1, 111.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 88 və 217.4-cü, maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri İddiaçı apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi heç bir qanuna əsaslanmamış və birinci instansiya məhkəməsinin şəxsi mülahizələri əsasında çıxarılmışdır. Qətnamədə maddi və prosessual hüquq normaları pozulmuşdur. Lakin birinci instansiya məhkəməsi sözügedən pozuntulara qiymət verilməsi əvəzinə əsassız olan qətnaməni əsaslandırmağa çalışmışdır. Sözügedən qətnamədə dəfələrlə cavabdehlərin ona məxsus torpaq sahəsini zəbt etməsi ilə əlaqədar iki mütəxəssis rəyini və birinci instansiya məhkəməsinin fikrini bildirməsinə baxmayaraq qətnamənin nəticə hissəsində qəflətən iddianı rədd etmişdir. Belə ki, qətnamədə göstərilmiş həm mütəxəssis rəyi, həm də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyində açıq-aydın göstərilmişdir ki, cavabdehlər naturada istifadə etdikləri torpaq 0,46 ha hissədə ona məxsus və mülkiyyətində olan torpaq sahəsinə girmişlər. Yəni cavabdehlərin ona məxsus torpaq sahəsini zəbt etməsi açıq-aydın görünmüşdür. Ekspekt rəyindən də aydın görünmüşdür ki, bu sahədə xüsusi biliyə malik olan şəxslər araşdırma aparmış və 0.46 ha torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilməsi aşkarlanmışdır. Ekspert rəyində əlavə olaraq Ekspertiza Mərkəzində torpaq sahələrinə dair baza məlumatlarının olmaması və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlarla baza məlumatlarını müqayisə edərək tədqiqatın aparılması mümkün olmaması yazılsa da, yeni xəritə və baza məlumatları hazırlanmışdır. Əldə olan baza məlumatları ilə cavabdehlərin ona məxsus torpaq sahəsini zəbt etməsi isə aydın görünmüşdür. Bundan əlavə birinci instansiya məhkəməsinin məhkəmə iclasında onun iddiası cavabdehlərin ona məxsus torpaq sahəsinin 1 ha hissəsini zəbt etməsini və yalnız bütün torpaq sahəsinin zəbt edildiyi halda çıxarılmanın mümkün olacağını bildirmişdir. Lakin cavabdehlər ona məxsus 0.46 ha torpaq sahəsini zəbt ediblərsə həmin hissədə də çıxarılmalıdırlar. İddianın qismən təmin olunması kimi bir anlayış var. Lakin birinci instansiya məhkəməsi bu anlayışdan kənar qərar çıxarmaqla bunu sübut etmişdir. Bundan əlavə iş üzrə həm mütəxəssis rəyi, həm də ekspert rəyi alınmasına baxmayaraq birinci instansiya məhkəməsi bu sübutları qətnamədə göstərmiş lakin bunların tam əksinə qətnamə çıxarmışdır. İddianın rədd olunması üçün isə heç bir əsas olmadığı halda öz qətnaməsini qətiyyən əsaslandırmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərindən də bilindiyi kimi hakim işə tərəflərin təqdim etdiyi sübutlar əsasında baxır və yalnız məhkəmə iclasında tədqiq olunan sübutlar əsasında qətnamə çıxarmışdır. Lakin birinci instansiya bu qanunvericilik aktlarından kənar və öz mülahizələri əsasında qətnamə çıxarmış, bu isə öz növbəsində qanunvericiliyin kobut pozulmasıdır. Sözügedən iş üzrə həm maddi, həm də prosessual normalar pozulmuşdur. Göründüyü kimi, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Lakin o öz mülkiyyətindən qərəzli olaraq məhrum olmuş və cavabdehlər tərəfindən öz torpaq sahəsindən lazımi qaydada istifadə edə bilmir. Sözügedən qanunvericilik aktlarından da göründüyü kimi, əmlak hüquqları tərəflərin bərabərlik prinsipləri əsasında müəyyən olunmalı və qanuna müvafiq olaraq həll edilməlidir.Lakin sözügedən mülki iş araşdırılarkən işə birtərəfli baxılmış, onun mülkiyyət hüquqları pozulmuş, müvafiq olaraq mütəxəssis və ekspert rəylərində onun mülkiyyyətində olan torpaq sahəsinin 0.46 ha hissədə cavabdehlər tərəfindən zəbt olunması yazılsa da, birinci instansiya məhkəməsi əsassız olaraq iddianı rədd etmişdir. Qeyd olunanalara əsasən, Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(039)-72/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin 4 iyul 2022-ci il tarixli, 2(039)-72/2022 saylı qətnaməsini ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin 4 iyul 2022-ci il tarixli, 2(039)- 72/2022saylı qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquqa Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən, mülki qanunvericiliyin prinsiplərindən biri də, məhz mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103.1-ci maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir . Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, İddiaçı Yevlax Rayon Məhkəməsinin 4 iyul 2022-ci il tarixli, 2(039)-72/2022 saylı qətnaməsini ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam həcmdə apellyasiya şikayətinin dəlilləri həddində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə almamışdır. Ona görə də İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 4 iyul 2022-ci il tarixli, 2(039)-72/2022 saylı qətnaməsi qismən ləğv edilməli və ləğv edilən hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Yevlax rayonu, Quşçu kəndi ərazisində İddiaçı 1.5267 hektar, Cavabdeh1 1.05 hektar, Cavabdeh2 isə 0.52 ha torpaq sahəsi vardır. İddiaçı məxsus Yevlax rayonu, Quşçu kəndi ərazisində yərləşən 1,5267 ha torpaq sahəsinin 0.9286 ha hissəsi naturada Cavabdeh1 tərəfindən istifadə edilir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının Yevlax rayonu, Quşçu kəndi ərazisində 1.5267 hektar torpaq sahəsi vardır. İddiaçı cavabdehlərə qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Mütəxəssis və ekspert rəyində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 naturada istifadə etdikləri və göstərdikləri ll hissəli 0.45 ha və 0.70 ha torpaq sahəsinin 0.46 ha hissəsi (0.37 ha və 0.09 ha) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmış və İddiaçı **********74 reyestr nömrəsi ilə mülkiyyətinə verilmiş 1.5267 ha torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı ilə cavabdehin mülkiyyətinə verilmiş torpaq sahələri ilə onların faktiki naturada istifadə etdikləri torpaq sahələrinin həndəsi ölçüləri, konfiqurasiya fərqi və məkan göstəriciləri arasında uyğunsuzluqlar olduğu aşkar edilmişdir. Belə ki, iddiaçların və cavabdehlərin mülkiyyətində olan torpaq sahələrinin uzunluq istiqamətləri həm də islahat aparılmış ərazidən kənara çıxmaları müşahidə edilmişdir. Mövcud xəritə materialları ilə natura arasındakı bu cür uyğunsuzluqlar aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları” əsasında aparılan uçot işləri başa çatdıqdan və torpaqların rəqəmsal kadastr xəritələrinin hazırlanmasından sonra mümkün olacağı bildirilmişdir. Eyni zamanda iddiaçı tərəfindən torpağının cavabdehlər tərəfindən zəbt olunmasına dair məhkəməyə sübut təqdim edilməmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin ilk dəlili ondan ibarətdir ki, qətnamədə göstərilmiş həm mütəxəssis rəyi, həm də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyində açıq-aydın göstərilmişdir ki, cavabdehlər naturada istifadə etdikləri torpaq 0,46 ha hissədə ona məxsus və mülkiyyətində olan torpaq sahəsinə girmişlər. Yəni cavabdehlərin ona məxsus torpaq sahəsini zəbt etməsi açıq-aydın görünmüşdür. Ekspekt rəyindən də aydın görünmüşdür ki, bu sahədə xüsusi biliyə malik olan şəxslər araşdırma aparmış və 0.46 ha torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilməsi aşkarlanmışdır. Ekspert rəyində əlavə olaraq Ekspertiza Mərkəzində torpaq sahələrinə dair baza məlumatlarının olmaması və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlarla, baza məlumatlarını müqayisə edərək tədqiqatın aparılması mümkün olmaması yazısa da yeni xəritə və baza məlumatları hazırlanmışdır. Əldə olan baza məlumatları ilə cavabdehlərin ona məxsus torpaq sahəsini zəbt etməsi isə aydın görünmüşdür. Bundan əlavə birinci instansiya məhkəməsinin məhkəmə iclasında onun iddiası cavabdehlərin ona məxsus torpaq sahəsinin 1 ha hissəsini zəbt etməsini və yalnız bütün torpaq sahəsinin zəbt edildiyi halda çıxarılmanın mümkün olacağını bildirmişdir. Lakin cavabdehlər ona məxsus 0.46 ha torpaq sahəsini zəbt ediblərsə həmin hissədə də çıxarılmalıdırlar. İddianın qismən təmin olunması kimi bir anlayış var. Lakin birinci instansiya məhkəməsi bu anlayışdan kənar qərar çıxarmaqla bunu sübut etmişdir. Bundan əlavə iş üzrə həm mütəxəssis rəyi, həm də ekspert rəyi alınmasına baxmayaraq birinci instansiya məhkəməsi bu sübutları qətnamədə göstərmiş, lakin bunların tam əksinə qətnamə çıxarmışdır. İddianın rədd olunması üçün isə heç bir əsas olmadığı halda öz qətnaməsini qətiyyən əsaslandırmamışdır. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin bu dəlili qismən-Cavabdeh1 münasibətdə əsaslıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 may 2022-ci il tarixli 10/2703 saylı rəyinə münasibətdə qeyd edir ki, hər bir halda araşdırma elə aparılmalı idi ki, rəylə gəlinmiş nəticənin hazırki mübahisəyə uyğun olması mübahisəsiz olaraq tam aydınlıqla əks etdirilsin. Lakin rəy əsaslandırılmadığından, mübahisənin düzgün həllinə uyğun rəy hesab edilərək qanuni və ədalətli qətnamənin çıxarılması əsası kimi qəbul olunması yolverilən hesab edilmir. Ona görə də kollegiya tərəfindən yenidən ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 mart 2023-cü il tarixli, 10/1306 saylı ekspert rəyinin nəticə hissəsinə əsasən, Yevlax rayonu, Quşçu bələdiyyəsinin xəritə materiallarında (DWJ- torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) qeydə alınmış "Torpağa mülkiyyət hüququna dair" JN-0099 kod 90111028 saylı Dövlət Aktına ilə Cavabdeh1 mülkiyyətinə verilmiş torpaq sahəsi 1,05 ha göstərilsə də, ləğv edilmiş DTXK-nin Yevlax rayon şöbəsinin təhvil kitabında mülkiyyətinə 0.52 ha torpaq sahəsinin verildiyi qeydiyyata saylı Dövlət aktının arxiv nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. "Torpağa mülkiyyət hüququna dair” JN-0099 kod 90111028 saylı dövlət aktına əsasən Cavabdeh1 Yevlax rayonu, Quşçu kəndi ərazisində verilmiş 1.05 ha torpaq sahəsinin sənəddə göstərilmiş koordinatları ilə naturadakı ölçüləri müəyyən edilərək rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. "Torpağa mülkiyyət hüququna dair” JN104 kod 90111028 saylı Dövlət Aktına asasən Cavabdeh2 məxsus Yevlax rayonu, Quşçu kəndində .erləşən 0,52 ha torpaq sahəsinin sənəddə göstərilmiş koordinatları müəyyən edilmişdir. “Torpağa mülkiyyət hüququna dair” JN-104 kod 90111028 saylı dövlət aktına əsasən Cavabdeh2 məxsus Yevlax rayonu, Quşçu kəndində yerləşən 0,52 ha torpaq sahəsinin koordinatları və ölçüləri müəyyən edilmişdir. İddiaçı məxsus Yevlax rayonu, Quşçu kəndi ərazisində yərləşən 1,5267 ha torpaq sahəsi ilə “Torpağa mülkiyyət hüququna dair” JN-0099 kod 90111028 saylı Dövlət Aktında göstərilmiş Cavabdeh1 Yevlax rayonu, Quşçu kəndi ərazisində verilmiş 1,05 ha torpaq sahəsi və“Torpağa mülkiyyət hüququna dair” JN-104 kod 90111028 saylı Dövlət Aktına əsasən Cavabdeh2 məxsus Yevlax rayonu, Quşçu kəndində yerləşən 0,52 ha torpaq sahəsi üst-üstə düşmür. Torpaq sahələri üst-üstə düşmür. İddiaçı məxsus Yevlax rayonu, Quşçu kəndi ərazisində yərləşən 1,5267 ha torpaq sahəsinin 0.9286 ha hissəsi naturada Cavabdeh1 tərəfindən istifadə edilir. Kollegiyanın qənaətinə görə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 mart 2023-cü il tarixli, 10/1306 saylı ekspert rəyi daha dolğun, əsaslı və obyektiv olduğundan həmin rəy əsas götürülməlidir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, tikinti-texniki ekspertizası üzrə tədqiqat təqdim olunmuş materiallar əsasında keçirilmişdir. Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə araşdırması zamanı qeyd edilən ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməmişdir. Göründüyü kimi, İddiaçı məxsus Yevlax rayonu, Quşçu kəndi ərazisində yərləşən 1,5267 ha torpaq sahəsinin 0.9286 ha hissəsi naturada Cavabdeh1 tərəfindən istifadə edilir. Bu hal da iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş mülkiyyətin toxunulmazlığı hüququnun pozulmasına dəlalət edir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh1 qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə qismən də olsa haqlı olmuşdur. Şikayətin digər dəlili ondan ibarətdir ki, birinci instansiya bu qanunvericilk aktlarından kənar və öz mülahizələri əsasında qətnamə çıxarmış, bu isə öz növbəsində qanunvericiliyin kobut pozulmasıdır. Sözügedən iş üzrə həm maddi, həm də prosessual normalar pozulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri bu hissədə də qismən əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən mülki iş kifayət qədər araşdırılmamış, iş üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət verilməmiş, yekunda qəbul edilən qətnamədə maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Kollegiya iddia tələbinin Cavabdeh2 aid hissəsinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini Cavabdeh2 münasibətdə rədd etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddianın Cavabdeh2 aid hissəsinə düzgün hüquqi qiymət verilmişdir ki, şikayətdə qeyd edilən dəlillər apellyasiya şikayətinin təmin olunması üçün əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, birinci instansiya məhkəməsi ekspertiza xərcinə münasibət bildirməməklə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əməl etməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, ekspertiza xərci tərəflər arasında bərabər şəkildə bölünməlidir. Ona görə də İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 4 iyul 2022-ci il tarixli, 2(039)-72/2022 saylı qətnaməsi qismən, iddianın təmin edilməmiş-Cavabdeh1 aid hissəsində ləğv edilməli və həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 4 iyul 2022-ci il tarixli, 2(039)-72/2022 saylı qətnaməsi qismən, iddianın təmin edilməmiş-Cavabdeh1 aid hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə qismən təmin edilsin. Cavabdeh1 İddiaçı məxsus Yevlax rayonu, Quşçu kəndi ərazisində yərləşən 1,5267 ha torpaq sahəsinin zəbt edilmiş 0.9286 ha hissəsindən çıxarılsın. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərcini təşkil edən 100 (yüz) manat pulun 50 (əli) manatı Cavabdeh1, 50 (əlli) manatı isə İddiaçı tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X2, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Rayon ekspertizasının tədqiqatının dəyəri 50 (əli) manat pulun 25 (iyirmi beş) manatı Cavabdeh1, 25 (iyirmi beş) manatı isə İddiaçı tutularaq büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X2, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, cavabdeh, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(107)-66/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-66/2023
27.04.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver