Məhkəmə qərarları › İş №2(107)-66/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-66/2024

12.09.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-66/2024 12.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı torpaq sahəsinin qaytarılması, torpaq sahəsi üzərində tikilmiş daş hasarın, dəmir tor barmaqlıqların və dəmir qapının sökülməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsinin qaytarılması, tikililərin sökülməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X3 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı torpaq sahəsinin qaytarılması, torpaq sahəsi üzərində tikilmiş daş hasarın, dəmir tor barmaqlıqların və dəmir qapının sökülməsi tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli 2(025)-34/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Azərbaycan Respublikasının ƏMDX yanında DƏDRK-nın RPHŞ-si tərəfindən verilmiş **********67 reyestr nömrəli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0,49 ha torpaq sahəsi üzərində olan xüsusi mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində ********** № ilə qeydiyyata alınmışdır. Hal-hazırda iddiaçı cavabdehlərin həmin torpaq sahəsinin bir hissəsini zəbt etdiklərini və daş hasar, dəmir tor barmaqlıqlar və dəmir qapı inşa etdiklərini iddia edir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “torpaq sahəsinin qaytarılması, torpaq sahəsi üzərində tikilmiş daş hasarın, dəmir tor barmaqlıqların və dəmir qapının sökülməsi” tələbinə dair məhkəmədə iddia qaldıraraq, onun xüsusi mülkiyyətində olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********67, qeydiyyat nömrəsi **********, olan Çıxarış əsasında Qəbələ rayonu, Vəndam qəsəbəsi ərazisindəki 0.49 ha torpaq sahəsinin bir hissəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qeyri-qanuni sahibliyindən geri alınaraq ona qaytarılması, cavabdehərin qanunsuz olaraq zəbt etdikləri torpaq sahəsinin ətrafında tikilmiş daş hasarın, çəkilmiş dəmir tor barmaqlıqların və dəmir qapının onların hesablarına sökülərək götürülməsi və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum babası X8 və mərhum nənəsi X6 Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 19 saylı qərarı ilə Qəbələ rayonu, Vəndam qəsəbəsində xüsusi mülkiyyətlərinə 0,49 ha fərdi yaşayış evi, həyətyanı sahə, fədi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsinə görə adlarına JN-163A, kod 40600048 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Baba və nənədən qalmış Qəbələ rayonu, Vəndam qəsəbəsindəki 0,49 ha torpaq sahəsindəki miras əmlaka adına Qanuni vərəsəlik haqqında Şəhadətnamə aldıqdan sonra Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********67 olan Çıxarış əldə etmişdir. Lakin 0,49 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarım tanınmasına baxmayaraq cavabdeh şəxslər tərəfindən mülkiyyətində olan torpaq sahəsindən sərbəst istifadə edə bilmir, belə ki, cavabdeh şəxslər torpaq sahəsinin təxminən 0,10 ha bir hissəsində daş hasar hörməklə, dəmirdən ibarət qapı qoymuşlar, təxminən 0,25 ha bir hissəsində isə dəmir tor barmaqlıqlardan ibarət hasar çəkməklə ümumi torpaq sahəsindən ayırmışlar. Hətta o, 2018-ci il tarixində Vəndam qəsəbə İƏD üzrə nümayəndəliyinə müraciət edərək nənə və babasından miras qalmış və hal-hazırda yaşadıqları həyətdə əmisi oğlu X7 qanunsuz hasar tikdiyi haqqında məlumat vermiş və Vəndam qəsəbə İƏD-i üzrə nümayəndəliyin əməkdaşları həmin əraziyə baxış keçirərək tikintinin dayandırılması haqqında məlumat verməklərinə baxmayan qanunsuz tikili davam etdirilib və dayandırılmamışdır. Cavabdeh şəxslər Cavabdeh1, Rəvan və Bayram baba və nənəsindən qalmış miras əmlakdan qanuni vərəsəlik üzrə pay almaq istəyərək, dəfələrlə Qəbələ Rayon Məhkəməsinə müraciət etmələrinə baxmayaraq iddia tələbləri əsassız olduğundan təmin olunmamışdır. Cavabdehlər xüsusi mülkiyyət əsasında ona məxsus torpaq sahəsinin bir hissəsini öz torpağı hesab edərək, istifadə edirlər və həmin əraziyə onu buraxmırlar. O da barədə qəsəbə Bələdiyyəsinə, icra nümayəndəsinə müraciət etsə də mübahisənin həlli mümkün olmamışdır. Cavabdehlərə dəfələrlə torpaq sahəsindən çıxmasını bildirib, xəbərdarlıq etməyimə baxmayaraq heç bir nəticə əldə edə bilməmişdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur.

4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının ƏMDX yanında DƏDRK-nın RPHŞ-si tərəfindən verilmiş **********67 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0,49 ha torpaq sahəsi üzərində olan xüsusi mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində ********** № ilə qeydiyyata alınmışdır. Hazırda İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “torpaq sahəsinin qaytarılması, torpaq sahəsi üzərində tikilmiş daş hasarın, dəmir tor barmaqlıqların və dəmir qapının sökülməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, “torpaq sahəsinin qaytarılması, torpaq sahəsi üzərində tikilmiş daş hasarın, dəmir tor barmaqlıqların və dəmir qapının sökülməsi” tələbinə dair məhkəmədə iddia qaldıraraq, onun xüsusi mülkiyyətində olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********67, qeydiyyat nömrəsi **********, olan Çıxarış əsasında Qəbələ rayonu, Vəndam qəsəbəsi ərazisindəki 0.49 ha torpaq sahəsinin bir hissəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qeyri-qanuni sahibliyindən geri alınaraq ona qaytarılması, cavabdehərin qanunsuz olaraq zəbt etdikləri torpaq sahəsinin ətrafında tikilmiş daş hasarın, çəkilmiş dəmir tor barmaqlıqların və dəmir qapının onların hesablarına sökülərək götürülməsi və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsini tələb edir. Cavabdeh1 isə Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən mübahisəli ərazi daxilində yerləşən torpaq sahələrinin onun istifadəsində olan torpaq sahəsinin eynilik təşkil etməsi mübahisə doğurduğunu göstərib, iddiaçıya məxsus torpaq sahəsini zəbt etmədiyini bildirmişdir.

5. Məhkəmə qeyd edir ki, iddiaçı onun xüsusi mülkiyyətində olan Azərbaycan Respublikasının ƏMDX yanında DƏDRK-nın RPHŞ tərəfindən verilmiş **********67 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışına əsasən Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0.49 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə “torpaq sahəsinin qaytarılması, torpaq sahəsi üzərində tikilmiş daş hasarın, dəmir tor barmaqlıqların və dəmir qapının sökülməsi” tələbi ilə məhkəməyə müraciət etsə də, məhkəmə araşdırması zamanı, eyni zamanda alınmış müvafiq rəylər əsasında məlum olmuşdir ki, Azərbaycan Respublikasının ƏMDX yanında DƏDRK-nın RPHŞ-nın Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (reyestr nömrəsi - **********67; qeydiyyat nömrəsi - **********; qeydiyyat tarixi xx.xx.2022) Çıxarışın verilməsinə əsas olmuş JN-163A Kod 40600048 saylı şəhadətnamə üzrə 0,4888 ha torpaq sahəsinin qərb tərəfdən 0,08 ha hissəsi, şərq tərəfdən isə 0,1418 ha hissəsi cavabdehin istifadəsindədir. Həmçinin iddiaçıya məxsus torpaq sahəsinin şərq tərəfdə cavabdehin istifadəsində olan 0,1418 ha hissəsinin kənarları metal torla, qərb tərəfdə cavabdehin istifadəsində olan 0,08 ha hissəsinin kənarları cavabdeh tərəfindən mişar daşı ilə, hasarlanmışdır və dəmir qapı qurulması müəyyən edilmişdir.

6. Qəbələ Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli 2(025)-34/2023 nömrəli qətnaməsi ilə (hakim Elman İsayev) iddia qismən təmin olunmuş, İddiaçı mülkiyyətində olan Azərbaycan Respublikasının ƏMDX yanında DƏDRK-nın RPHŞ-nın Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (reyestr nömrəsi - **********67; qeydiyyat nömrəsi - **********; qeydiyyat tarixi xx.xx.2022) Çıxarış üzrə 0,4888 ha torpaq sahəsinin qərb tərəfdən 0.08 ha hissəsi və şərq tərəfdən 0.1418 ha hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 geri alınaraq İddiaçı qaytarılsın. İddiaçıya məxsus həmin torpaq sahəsinin şərq tərəfdən 0.1418 ha hissəsində metal tor və qərb tərəfdən 0.08 ha hissəsində mişar daş hasarı və dəmir qapı cavabdehlərin hesabına sökülməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 156 və 157-ci maddələrinə istinad etmişdir.

8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş reyestr nömrəsi – **********67; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2022 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1dekabr 2022-ci il tarixli, **********68 saylı mütəxəssis rəyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/741 saylı ekspertiza rəyi

9. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh1 аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iddiaçının məhkəməyə sübut kimi təqdim etdiyi çıxarışı, həmin məhkəmənin həmin predmetə dair 2018-ci ildə qəbul etdiyi qətnamə ilə müəyyən etdiyi halları müqayisəli təhlil etdikdə görünür ki, bir tərəfdən 2018-ci ildə qəbul edilmiş qətnamə iddia predmetinə münasibətdə preyudisial xarakter daşıyır və həmin qətnamə ilə iddia predmeti olan torpaq sahəsi bələdiyyənin mülkiyyəti kimi müəyyən edilmişdir, digər tərəfdən həmin məhkəmə hazıkı qətnaməsində, əvvəl qəbul etdiyi preyudisial xarakter daşıyan qətnaməyə istinad etməmiş və həmin qətnamə ilə müəyyən edilmiş hallara münasibət bildirmədən, eyni torpaq sahəsini miras kimi müəyyən etmişdir.

11. O, babasından miras qalmış torpaq sahəsinin 0.08 ha hissəsinə onların sağlığı dövründən sahiblik edir. Belə ki, əvvəllər də keçirilmiş məhkəmə prosseslərində bəyan etmişdir ki, həmin torpaq sahəsini mərhumlar özləri tərəvəz üçün onlara vermişdilər. Bu torpaq sahəsi onların yaşadığı evə bitişikdir, hətta onların evin texniki pasportunda da öz əksini tapmışdır. Ona görə də, həmin hissəyə dair onların mülkiyyət sənədləri olmasa da, mülkiyyətçi hüquqları ilə sahiblik edir. İddiaçının isə əldə etdiyi hüquqmüəyyənedici sənədlər qanunsuz yolla əldə edilmişdir.

12. İddiaçının sübut kimi təqdim etdiyi çıxarışın məhkəmə qaydasında mübahisələndirilməsinə dair mülki işin digər məhkəmənin icraatında olması və həmin iş üzrə yekun məhkəmə qərarı olmadan, hazırkı işə baxılması mümkünlüyü aydınlaşdırılmamışdır. Məhkəməyə bildirilsə də ki, iddiaçı çıxarışı qanunsuz yolla əldə etmişdir. İddiaçının təqdim etdiyi çıxarışın düzgün olub-olmamasına qiymət verilməmişdir. Daha əvvəl qəbul edilmiş məhkəmə qətnaməsində iddia predmetinin bələdiyyə fonduna aid olmasının müəyyən edilməsi, hazırda isə hansı səbəbdən vərəsəlik predmetinə aid edilməsinə hüquqi qiymət verilməmişdir. İddia predmeti olan miras torpaq sahəsinin hansı vaxtdan onun sahibliyində olması və hansı səbəbdən 2000-ci ildən indiyədək onun sahibliyində olmaması, habelə vicdanlı yaxud vicdansız sahibliyində olması müəyyən edilməmişdir.

13. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli 2(025)- 34/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli 2(025)-34/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

16. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.

Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri,istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

19. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

20. Cavabdeh Qəbələ Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli 2(025)-34/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, iddianın rədd edilmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını göstərmədiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin edilmiş hissəsində yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

22. İşin halları bundan ibarətdir ki, mübahisəli Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0,49 ha torpaq sahəsi JN-163 A, kod 40600048 saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» ilə Qəbələ rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 19 saylı qərarına əsasən X4 və X5 mülkiyyətinə verilmişdir. X8 18 iyul 2000-ci ildə və X9 18 iyul 2001-ci ildə ölmüşlər. Onlardan qalan miras əmlakın qəbul edilməsi ilə bağlı bir neçə məhkəmə işi olmuşdur və hal-hazırda qanuni qüvvədə olan məhkəmə qərarları mövcuddur. Belə ki, hazırki iş üzrə cavabdehlərdən Cavabdeh1 vərəsəliyin onun tərəfindən faktiki qəbul edilməsinin müəyyən edilməs barədə iddiası Qəbələ Rayon Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli, 2(025)-1523/2018 saylı Qətnaməsi ilə təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2019-cu il tarixli, 2(107)- 341/2019 saylı Qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kolegiyasının 10 iyun 2019-cu il tarixli, 2(102)-4022/2019 saylı Qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Hazırki iş üzrə cavabdehlərdən Cavabdeh1 və hazırki işdə tərəf olmayan X1 miras əmlakın qəbul edilməsinin müəyyən edilməsi, həmin əmlakı qəbul etmiş vərəsələrin mülkiyyəti sayılması” tələbinə dair iddiası Qəbələ Rayon Məhkəməsinin 06 may 2020-ci il tarixli, 2(025)-242/2020 saylı qətnaməsi ilə təmin edilməmiş və qətnamədən apellyasiya şikayəti verilməməklə qanuni qüvvəsini almışdır. Hazırki iş üzrə cavabdehlərdən Cavabdeh3 “miras əmlakın qəbul edilməsinin müəyyən edilməsi, həmin əmlakdan payın müəyyən edilməsi” tələbinə dair iddiası Qəbələ Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli 2(025)-47/2021 saylı qətnaməsi ilə təmin edilməmiş və qətnamədən apellyasiya şikayəti verilməməklə qanuni qüvvəsini almışdır. 10 iyun 2022-ci ildə hazırki iş üzrə İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, 4 iyul 2022-ci ildə isə **********67 reyestr nömrəli ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. Hal-hazırda iddiaçı cavabdehlərin həmin torpaq sahəsinin bir hissəsini zəbt etdiklərini və daş hasar, dəmir tor barmaqlıqlar və dəmir qapı inşa etdiklərini iddia edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/741 saylı ekspert rəyi ilə iddiaçıya məxsus 0,4888 ha torpaq sahəsinin qərb tərəfdən 0,08 ha hissəsi, şərq tərəfdən isə 0,1418 ha hissəsinin cavabdehin istifadəsində olduğu, iddiaçıya məxsus torpaq sahəsinin şərq tərəfdə cavabdehin istifadəsində olan 0,71418 ha hissəsinin kənarları metal torla, qərb tərəfdə cavabdehin istifadəsində olan 0,08 ha hissəsinin kənarları cavabdeh tərəfindən mişar daşı ilə hasarlandığı və dəmir qapı qurulduğu müəyyən edilmişdir. İddiaçının iddia tələbi sübut oldunduğundan birinci instansiya məhkəməsi tərəfindən ekspert rəyində göstərilən həcmdə təmin olunmuşdur.

23. Apellyasiya şikayətinin dəlilləri həmin torpaq sahəsinə X4 və X5 vərəsələri olaraq cavabdehlərin hüququnun olduğu istiqamətindədir.

24. Apellyasiya şikayətinin bu qətnamənin 10-cu bəndində göstərilmiş dəlilinə münasibət bildirərək kollegiya qeyd edir ki, hazırki halda mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətində olduğundan və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış mövcud olduğundan 2018-ci ildə qəbul edilmiş qətnamədə həmin torpaq sahəsinin mülkiyyət növünün hansı şəkildə göstərilməsi artıq əhəmiyyət kəsb etmir.

25. Apellyasiya şikayətinin bu qətnamənin 11-12-ci bəndlərində göstərilmiş dəlillərinə münasibət bildirərək kollegiya qeyd edir ki, hazırki iş üzrə icraat iddiaçı Cavabdeh1 cavabdehlər Qəbələ Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə və üçüncü şəxslər İddiaçı və X2 qarşı vərəsəlik hüququ haqqında Şəhadətnamənin və DƏDR-dən verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair 2(107)-856/2023 nömrəli mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə qərarı qanuni qüvvəsini alana kimi dayandırılmış, həmin iş üzrə Qəbələ Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli 2(025)-73/2023 nömrəli və Şəki Apellyasiya Məhkəməsinin 29 fevral 2024-cü ildə 2(107)-63/2024 nömrəli qətnamələri, Azərbaycan Respublikası Ali Məhkəməsinin 9 iyul 2024-cü il tarixli 2(102)- 2296/2024 qərarı qəbul edilmiş, nəticədə vərəsəlik hüququ haqqında Şəhadətnamənin və DƏDR-dən verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Beləliklə, apellyasiya şikayətinin iddiaçının adına verilmiş Çıxarışın qanunsuzluğu və mübahisəli torpaq sahəsinə cavabdehlərin də hüququnun olması barədə dəlillərinin əsassızlığı qanuni qüvvədə olan məhkəmə qərarları ilə təsdiq edilmişdir və həmin hallar hazırki məhkəmə baxışında mübahisələndirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

26. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli 2(025)-34/2023 nömrəli qətnaməsi mübahisələndirilən – iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli 2(025)-34/2023 nömrəli qətnaməsi mübahisələndirilən – iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar