Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-661/2024 25.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Oğuz Rayon Məhkəməsinin 2(054)-334/2021 saylı mülki iş üzrə qəbul etdiyi 01 mart 2024-cü il tarixli qərardadından cavabdeh Oğuz rayonu X2 tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Oğuz rayonu X1(bundan sonra- cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Oğuz rayonu Böyük Söyüdlü kəndi ərazisində yerləşən 127 kv.metr sahibkarlıq təyinatlı torpaq sahəsinin alğı-satqısına dair onunla Oğuz rayonu X2 arasında aktın bağlanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin(bundan sonra- Rayon Məhkəməsi) 29 sentyabr 2021ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh Rayon Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə verərək, ərizənin təmin edilməsini və apellyasiya şikayətinin baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli qərardadı ilə caabdehin ərizəsi təmin edilməmiş və apellyasiya şikayəti geri qaytarılmışdır. Rayon Məhkəməsi “ərizənin təmin edilməməsi” barədə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh müddətin bərpasına dair ərizəsinə müddətin üzrlü səbəbdən ötürülməsinə dair hər hansı sübut əlavə etməmişdir. Cavabdeh həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və şikayəti baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, Oğuz Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2(054)-334/2021 saylı qətnaməsini qanun çərçivəsində icra etmək qeyri-mümkündür. Bunun da əsas səbəbi məhz Oğuz Rayon Məhkəməsinin əslində qanunla bələdiyyə aid olmayan bir öhdəliyi onun üzərinə qoymuş olmasıdır. Bunlardan başqa, Bələdiyyə inzibati orqandır. Bir inzibati orqanın üzərinə torpağa dair özgəninkiləşdirilmə müqaviləsinin bağlanması öhdəliyinin qoyulması da mülki xarakterli deyil, inzibati xarakterli bir işdir. Ümumiyyətlə mülki xarakterdə olsaydı belə, heç kim müqavilə bağlamağa məcbur edilə bilməz. Buna baxmayaraq Oğuz Rayon Məhkəməsi həmin işə baxaraq qətnamə qəbul etmiş, bununla Bələdiyyənin üzərinə qanun çərçivəsində icrası mümkün olmayan bir öhdəlik qoymuşdur. Bu isə qəbul edilməzdir. Həmin qətnamə rəsmi qaydada Bələdiyyəyə verilməyib. Budan başqa Bələdiyyə bu icranın mümkünsüz olduğunu indi müəyyən edə bilib. Ona görə də hesab edir ki, apellyasiya şikayətinin verilmə müddəti ötürülməyib. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, mülki işin 73-cü vərəqəsində olan poçt xəbərnaməsindən görünür ki, Oğuz Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2(054)-334/2021 saylı qətnaməsi 15 oktyabr 2021-ci ildə cavabdehə rəsmi qaydada verilmişdir. Apellyasiya şikayəti isə 04 fevral 2024-cü il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülərək verilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Bununla yanaşı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133.1ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Lakin Məhkəmə hesab edir ki, hazırkı işdə həmin maddənin tətbiq edilməsi və prosessual müddətin bərpası üçün əsaslar mövcud deyildir. Belə olan halda hesab edilməlidir ki, Rayon Məhkəməsi “buraxılmış prosessual müddətin bərpasından imtina” barədə qərardad qəbul etməkdə və həmin qərardaddan iddiaçının verdiyi şikayəti təmin etməməkdə haqlı olmuşdur. Şikayətin dəlilləri əsassızdır. Qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, Məhkəmə, Mülki Prosessual Məcəllənin 398-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Cavabdeh Oğuz rayonu X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Oğuz Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 mart 2024-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-661/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-661/2024
25.04.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver