Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-662/2025 22.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: İstifadə hüququnun itirilmiş hesab edilməsi) Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və X2 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, e- 2(033)-200/2025 nömrəli qətnaməsindən İddiaçı oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin mənzilə dair mülkiyyət hüquqları xx.xx.2023-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətində qeydə alınaraq çıxarış verilmişdir. Mənzildə Cavabdeh pasport qeydiyyatındadır. Cavabdeh həmin mənzildə yaşamır, lakin əsassız olaraq pasport qeydiyyatından bu günə qədər çıxmamışdır. Cavabdehin ona məxsus mənzildə pasport qeydiyyatında olması mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxartmışdır. Hazırda cavabdeh ailə üzvləri ilə birlikdə Zaqatala şəhərində Yeni yaşayış massivində özünə məxsus fərdi yaşayış evində yaşayır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, cavabdeh Zaqatala ş, V.Qurbanov küçəsi, ev 1, m 42 saylı mənzildə qeydiyyatdadır. Cavabdeh ona məxsus olan mənzildə pasport qeydiyyatında olsa da, həmin mənzildə uzun illərdir ki, yaşamır. Onun mənzildə qeydiyyatda olması formal xarakter daşıyır. Buna görə də cavabdehin ona məxsus olan mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir.
3. İddiaçı 20 fevral 2025-ci il tarixdə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ünvanlayaraq Cavabdeh mülkiyyət hüququ üzrə ona məxsus ünvan 1 ünvanından istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh onun qardaşıdır. O, artıq beş ildən çoxdur ki, mübahisəli mənzildə yaşamır. Cavabdeh ailəsi ilə birlikdə Zaqatala rayonunun Danaçı massivində kirayədə yaşayır. Mübahisəli mənzili anası ona bağışlanma müqaviləsi əsasında bağışlamış və həmin mənzildə hazırda o ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdehin və onun ailə üzvlərinin qeydiyyatdan çıxarılması barədə iddia tələbinə Şəki İnzibati Məhkəməsində baxılıb qərar verilmişdir. Şəki İnzibati Məhkəməsinin 13 mart 2024-cü il tarixli qərarı ilə cavabdehin ailə üzvlərinin onun mülkiyyətində olan evdən qeydiyyatdan çıxarılması barədə qərar verilmiş, sonuncuya münasibətdə isə iddia tələbi mümkün sayılmamışdır. Cavabdeh mübahisəli evdən pay istəyir. Lakin onun payı artıq verilmişdir. Belə ki, onun banka olan 15 000 manat borcunu əri Fikrət Şirinov ödəmişdir. Anası da hər dəfə banklardan kreditlər götürüb cavabdehə vermişdir. Lakin cavabdeh evdən qeydiyyatdan çıxmaqdan imtina edir. Cavabdehin onun mülkiyyətində olan evdən qeydiyyatdan çıxarılmasını istəyir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
5. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü olması barədə məhkəməyə heç bir sənəd təqdim etməmişdir.
6. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Zaqatala Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, e-2(033)-200/2025 nömrəli qətnaməsi ilə (hakim V.Məmmədov) iddianın rədd edilməsi və İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Zaqatala şəhəri, V.Qurbanov küçəsi, 1 saylı evin 42 saylı mənzili tərəflərin anası X1 mülkiyyətində olmuş və cavabdeh ailə üzvü olaraq həmin mənzildən istifadə hüququ əldə etmişdir. X3 16 iyul 2023-cü il tarixdə mənzili iddiaçıya bağışlamışdır. Mənzil xx.xx.2023-cü il tarixdə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və hazırda onun mülkiyyətindədir.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
10. İddiaçı tələbini, cavabdehin ailə üzvləri ilə birlikdə Zaqatala şəhərində Yeni yaşayış massivində özünə məxsus fərdi yaşayış evində yaşaması ilə əsaslandırsa da, tələbinin əsası kimi istinad etdiyi həmin halın təsdiqi üçün sübut təqdim etməmişdir. İş üzrə sübutlarla cavabdehin başqa yerdə yaşayış sahəsi əldə etməsi və yaşayış sahəsinə olan ehtiyacını iddiaçının mənzilindən istifadə etməklə qarşılamaq məcburiyyətində olmaması halı təsdiq edilməmişdir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.4, 228.5-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 121.1, 217.3, 217.4, 220.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Məhkəmə iddianı rədd etməklə konstitusiyanın 13-cü maddəsinin tələblərini pozmuşdur. Cavabdeh və ailə üzvləri ona məxsus fərdi yaşayış evində 2019-cu ildən yaşamırlar. Cavabdeh ailəsi ilə birlikdə başqa ünvanda yaşayır. Şəki İnzibati Məhkəməsinin qərarına əsasən cavabdehin ailə üzvləri mənzildən qeydiyyatdan çıxarılmış, lakin cavabdehə dair münasibətdə iddia mümkün sayılmamışdır. Məhkəmə iclasında məhkəmə iclas katibi vasitəsilə cavabdeh ilə əlaqə saxlanılmış və cavabdehə məhkəmə iclasına gəlməyi, iddiaya münasibət bildirilməsi təklif edilmişdir. Lakin cavabdeh məhkəmə iclasına gəlməkdən imtina etmiş, məhkəmə iclaslarında iştirak etməmişdir. Cavabdeh isə, ona məxsus mənzildə yaşamadığını, başqa ünvanda yaşadığını telefon vasitəsi ilə iclas katibinə bildirmişdir. Cavabdehin hələ də ona məxsus mənzildə qeydiyyatda qalması mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Halbuki məhkəmə qərarında qeyd etdiklərini nəzərə almamış və mülkiyyət hüququnun pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir.
14. Qeyd edir ki, hazırda mülkiyyət hüququ üzrə ona məxsus mənzilə dair hər hansı bir notariat əməliyyatları apara bilmir. Çünki cavabdehin mənzildə yaşamadığı təqdirdə qeydiyyatda olması mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Həm də əlavə edir ki, Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Lakin cavabdehin hərəkətlərindən görünür ki, onun hərəkətləri iddiaçını mülkiyyət hüququndan məhrum etməklə, əmlakından sərbəst surətdə istifadə etməyinə, onun üzərində sərəncam verməyinə maneçilik törətməkdən ibarətdir.
15. Əlavə olaraq qeyd edir ki, məhkəmə mülki iş materialına əlavə olunmuş sübutları da tam qiymətləndirməmişdir. Mülki iş materiallarına əlavə edilmiş Zaqatala rayon Mənzil İstismar İdarəsi tərəfindən verilmiş 04 mart 2025-ci il tarixli 114 saylı arayışdan görünür ki, Cavabdeh 2019-cu ildən ailəsi ilə birgə Zaqatala şəhəri, V.Qurbanov küçəsi, 1 saylı evin 42 saylı mənzilində yaşamır. Cavabdehin ailə üzvləri ilə birlikdə ona məxsus mənzildə yaşamaması mülki iş materialına əlavə edilmiş Şəki İnzibati Məhkəməsinin qərarı ilə təsdiq edilir. Lakin məhkəmə qərarının əsaslandırma hissəsində qeyd edir ki, iddiaçı tələbini, cavabdehin ailə üzvləri ilə birlikdə Zaqatala şəhərində Yeni yaşayış massivində özünə məxsus fərdi yaşayış evində yaşaması ilə əsaslandırsa da, tələbinin əsası kimi istinad etdiyi həmin halın təsdiqi üçün sübut təqdim etməmişdir. İş üzrə sübutlarla cavabdehin başqa yerdə yaşayış sahəsi əldə etməsi və yaşayış sahəsinə olan ehtiyacını iddiaçının mənzilindən istifadə etməklə qarşılamaq məcburiyyətində olmaması halı təsdiq edilməmişdir. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, cavabdehin iddiaçıya məxsus yaşayış sahəsinə ehtiyacının aradan qalxması təsdiq olunmadığından, iddia tələbi təmin edilə bilməz. Məhkəmənin mövqeyini tam əsassız hesab edir.
16. Belə ki, cavabdehin və ailə üzvlərinin ona məxsus mənzildə 2019-cu ildən yaşamadığı iş materiallarına əlavə olunmuş sənədlərlə təsdiq olunur. Bundan əlavə mülki iş materialına əlavə olunmuş xx.xx.2024-cü il tarixli Zaqatala rayon Mənzil İstismar idarəsinin Şəki İnzibati Məhkəməsinə ünvanlanmış məktubundanda aydın olur ki, Cavabdeh həmin ünvanda yaşamadığı üçün məhkəmə qərarı anası Əntiqə İsmayılovaya verilmişdir. Sənədlər cavabdehin ona məxsus mənzildə yaşamadığını bir daha təsdiq etsə də, cavabdehin istifadə hüququna xitam verilməmişdir. Məhkəmə qərarında da bir daha təsdiq edilir ki, cavabdeh ona məxsus mənzildə yaşamır. Cavabdehin başqa yerdə yaşayış sahəsi əldə etməməsi ona məxsus mənzildə qeydiyyatda qalmasına əsas ola bilməz.
17. Həmçinin qeyd edir ki, məhkəmə MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Lakin məhkəmə bu hissədə də, pozuntuya yol vermişdir.
18. Odur ki, Zaqatala Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, e-2(033)- 200/2025 saylı qətnaməsini ləğv edib, iddiasının təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı və Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13 (hissə İ) Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 29 (hissə İİİ) Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 43 (hissə İ) Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
23. xx.xx.2009–cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 51. dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla–mənzil istisimar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar–adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Maddə 53. (Hissə 3) icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. Maddə 54. (Hissə 1) icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılğı ilə öz arvadını, uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Qeyd edilən maddənin 3–cü hissəsinə əsasən isə icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan diglər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Maddə 60. 10-cu hissəsində isə qeyd olunur ki, şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Maddə 87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
24. Qərarlar: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228–ci maddəsinin və Mənzil Məcəlləsinin 123– cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001–ci il tarixli qərarında qanunun zamana görə qüvvəsinə əsaslanaraq, qeyd etmişdir ki, 2000–ci il sentyabrın 1–dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr MM–in 228.1 və 228.2–ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123–cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 16 mart 2022-ci il tarixli Qərarı
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2-ci mаddəsinə əsаsən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 388-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
Apellyasiya baxışının hədləri
26. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
27. Apellyator Zaqatala Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, e-2(033)- 200/2025 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam və hərtərəfli araşdırıb, verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul olunmalıdır.
29. Belə ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsi nəticəsinə gəlsə də, qətnaməni işin faktiki hallarına uyğun əsaslandırmamış, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadan qərar qəbul etmişdir. 29.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 388-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. 30.Həmin Məcəllənin 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 31.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 16 mart 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 9.1, 9.3 və 14.1-ci maddələri). 32.Çəkişmə prinsipi hər bir tərəfin üzərinə istinad etdiyi halları sübut etmək vəzifəsi qoyduğu halda (Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar istisna olmaqla), məhkəmənin öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini istisna edir. 33.Belə ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsi). 34.Bununla belə, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Eyni zamanda həmin Məcəllənin 78.2-ci maddəsinə görə, işdə iştirak edən şəxsin işdə iştirak edən və etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. 35.Göstərilənlərlə yanaşı məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsi xüsusilə qeyd edilməlidir. Sübutların qiymətləndirilməsi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqini ehtiva edir. Ədalətli məhkəmə qərarı isə yalnız obyektiv, qərəzsiz və mötəbər sübutlara əsaslanır. 36.Belə ki, məhkəmə işin gedişində təqdim olunmuş yalnız o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). 37.Bununla da, mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı).
38. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan kollegiya bildirir ki, məhkəmə iddia tələbini rədd edərkən iddiaçının və cavabdehin mübahisəli mənzilə hansı əlaqələrinin və hüquqlarının olduğunu aydınlaşdırmamışdır.
39. Baxılan işin faktiki hallarından müəyyən edilir ki, Zaqatala şəhəri, V.Qurbanov küçəsi, 1 saylı evin 42 saylı mənzil iddiaçı və cavabdehin anası X1 mülkiyyətində olmuş və cavabdeh ailə üzvü olaraq həmin mənzildən istifadə etmiş və həmin mənzildə pasport qeydiyyatında olmuşlar. X3 16 iyul 2023-cü il tarixli bağışlama müqaviləsi əsasında Zaqatala şəhəri, V.Qurbanov küçəsi, 1 saylı evin 42 saylı mənzil iddiaçıya bağışlamış, mənzil xx.xx.2023-cü il tarixdə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və hazırda onun mülkiyyətindədir. Cavabdeh 1981-ci ildən mübahisəli mənzildə pasport qeydiyyatındadır.
40. Həmçinin məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, cavabdeh ailəsi ilə birlikdə daimi başqa ünvanda yaşamaq üçün 2019-cu ildən mənzili tərk etmiş və digər yaşayış sahəsinə köçmüşdür. Cavabdeh ailəsi ilə uzun müddətdir (təxminən 2019-cu ildən) ünvan 1 ünvanında yerləşən mənzildə yaşamaması hazırki mülki işin mübahisələndirilməyən halıdır. Bununla da Cavabdeh mübahisəli mənzilə olan bağlılığını itirmişdir. Bu hallar iş materialları ilə də öz təsdiqini tapır.
41. Belə ki, məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsindən təqdim olunmuş xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh adına qeyd edilmişdir.
42. Kollegiya qeyd edir ki, Cavabdeh ailəsi ilə birlikdə uzun müddət (təxminən 2019cu ildən) ünvan 1 ünvanında yerləşən mənzildən köçüb getməsi və onun həmin vaxtdan sonra mübahisəli mənzildə yaşamadığı nəzərə alındıqda cavabdehin mübahisəli mənzilə istifadə hüququ itirilmiş hesab olunmalıdır.
43. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmadığından, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Zaqatala Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli 2(033)- 200/2025 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası təmin edilməli, ödənilmiş 100 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, e-2(033)-200/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbi təmin edilsin. Cavabdeh Zaqatala şəhəri, V.Qurbanov küçəsi, ev 1 ünvanında yerləşən 42 saylı mənzilə istifadə hüququ itirilmiş hesab edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.